Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-68/2024 12.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X36 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X7, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs X9 və onun vəkili X8 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Ağsu rayonu İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Ağsu rayonu İlxıçı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 saxlanılan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 16 aprel 2024-cü il tarixdə saat təxminən 19:55 radələrində mərhum atası X2 pisləşməsinə görə yaşadığı evə çağırılmış Ağsu rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin çağırışa vaxtında gəlmədiklərinə görə atasının ölməsi qənaətinə gələrək xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar oraya gəlmiş Ağsu rayon Mərkəzi Xəstəxanasının X13 yardım stansiyasında sürücü vəzifəsində çalışan Zərərçəkmiş şəxs1, Ağsu rayon Mərkəzi Xəstəxanasının X13 yardım stansiyasında təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışan Zərərçəkmiş şəxs2, Ağsu rayon Mərkəzi Xəstəxanasının X13 yardım stansiyasında feldşer vəzifəsində çalışan Şahid1 yaşadığı, Ağsu rayon İlxıçı kəndində yerləşən evin qarşısında nalayiq ifadələrə söyüb təhqir edərək səs-küy salmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarına, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək qəsdən yumruqla Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən vuraraq, yerə yıxıb sürüyərək Zərərçəkmiş şəxs1 sol dirsək oynağının və sol budun yuxarı 1/3-nin bayır səthində dərinin epidermis qatının sıyrılmış yaraları ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, üst dodağın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, həmin vaxt onu sakitləşdirməyə çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyətilə qəsdən əli ilə itələyərək yerə yıxıb təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya sol dirsək oynağı və sol dizin bayır səthində dərinin epidermis qatının sıyrılmış yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, sol bud sümüyündə böyük burmanın qopması, sol bud sümüyünün boyun hissəsinin burmalararası yerini dəyişməklə müşahidə olunan travmatik sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək “QAZ 310231” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı X37 avtomobilinin arxa şüşəsini yumruqla sındırmaqla zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bununla da, X15 CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. X1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs2 xəsarət yetirmək fikri olmamış və məqsədi Zərərçəkmiş şəxs2 özündən aralamaq olmuşdur. Həmçinin o, Zərərçəkmiş şəxs2 yerə yıxıb təpiklə vurmamış və tibb işçilərini söyməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, həbs olunana qədər Ağsu rayonu İlxıçı kəndində yaşamışdır. X4 onun atasıdır. X33 uzun müddət imiş ki, ürək-damar xəstəliklərindən əziyyət çəkirmiş. O, 16 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Ağsu rayonu İlxıçı kəndinin ərazisində imiş. Bu vaxt anası Aybəniz Hüseynova ona zəng edərək X33un halının pisləşməsini bildirmişdir. Bundan sonra o, yanında olan qohumu Şahid2 X37a zəng etməsini bildirmişdir. Şahid2 da özünə məxsus mobil telefonla “103” xidmətinə zəng edərək Sabit Hüseynovun səhhətinin pisləşməsini və həkimə ehtiyac olduğunu bildirmişdir. Bundan sonra Şahid2la birlikdə yaşadığı evə getmişlər. O, evin həyətinə daxil olan zaman atasının halsız vəziyyətdə evin həyətində yerdə uzanmasını görmüşdür. O, atasına yaxınlaşmış və atasının nəfəs alıb-versə də lakin danışa bilmədiyini görmüşdür. Onlar təxminən 40 dəqiqə gözləsələr də X37 gəlməmiş və X33 vəfat etmişdir. Daha sonra ailə üzvləri və qohumları ilə birlikdə atasının cənazəsini evə aparmışlar. O, isə özünü piss hiss etdiyi üçün əvvəlcə həyətə düşmüş, sonra isə yaşadığı evin qarşısına çıxıb gözləməyə başlamışdır. Bu zaman yaşadığı ünvanın qarşısına X37 avtomobili gələrək dayanmışdır. Həmin vaxt saat təxminən 20 radələri imiş. O, çox əsəbi olduğu üçün özünü ələ ala bilməmiş və X37 avtomobilinin sürücüsünə yaxınlaşmışdır. O, avtomobildə əyləşmiş üç nəfər X37 işçilərinə gec gəldiklərinə görə irad bildirmişdir. Lakin, həmin vaxt onların nə dediklərini xatırlamır. Bundan sonra o, avtomobilə yaxınlaşaraq avtomobilin pəncərəsindən əlini içəri salıb sürücü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 avtomobildən yerə düşmüşdür. Zərərçəkmiş şəxs1 yerə düşdükdən sonra sinəsindən itələyərək Zərərçəkmiş şəxs1 yerə yıxmışdır. Bu vaxt onu kimlərsə aralamağa çalışırmış. O, isə əli ilə həmin şəxsləri kənara itələmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 özünə tərəf çəkib yerdə sürüməyə başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 buraxıb X37 avtomobilinə tərəf gedib yumruqla X37 avtomobilinin arxa şüşəsinə vurmuş və şüşəsi sınmışdır. Həmin zaman sağ qolundan xəsarət almışdır. Bundan sonra səs-küyə başqa şəxslər gəlmiş və onu aralayıb həmin yerdən uzaqlaşdırmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmişlər və onu Ağsu rayon polis şöbəsinə gətirmişlər. Bildirmişdir ki, həkim Zərərçəkmiş şəxs2 bilərəkdən xəsarət yetirməmiş və təpiklə vurmamışdır. O, sadəcə onu aralaşdırmaq istəyənləri kənara itlələyirmiş. Zərərçəkmiş şəxs2 da özündən uzaqlaşdırmaq məqsədilə kənara itələmişdir. Onun məqsədi yalnız sürücü Zərərçəkmiş şəxs1 xəsarət yetirmək imiş. Çünki Zərərçəkmiş şəxs1 sürücüsü olduğu X37 avtomobili ilə vaxtında çağırışa gəlmədiyinə görə atası vəfat etmişdir. Zərərçəkmiş şəxs2 qəsdən itələyərək yerə yıxmamış və qətiyyən təpiklə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs2 bilmədən kənara itələmişdir. Çünki onu tutmaq istəyənlərin əlindən çıxmaq istəyirmiş. Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman orada tibb işçilərindən başqa adam yox imiş. O, X37 avtomobilinin şüşəsini qıran zaman səs-küyü eşidib oraya başqa şəxslər gəlmiş və onu oradan uzaqlaşdırmışlar. Onun əsəbi halda etdiyi həmin hərəkətlər təxminən 2-3 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Hazırda “Ağsu rayon Mərkəzi xəstəxanası” PHŞ-nin X13 Yardım Şöbəsinin həkimi vəzifəsində işləyir. X16 hadisə baş verən gün tanımışdır. Zərərçəkmiş şəxs1 və Şahid1 onun iş yoldaşlarıdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, 16 aprel 2024-cü il tarixdə Ağsu rayon Mərkəzi xəstəxanasında növbədə imiş. Həmin gün saat təxminən 19:30 radələrində X37 Şöbəsinin daxili telefonuna zəng gəlmişdir. Zərərçəkmiş şəxs1 zəngə cavab verdikdə bir nəfər şəxs Ağsu rayonu İlxıçı kəndində qohumunun səhhətinin pisləşdiyini və təcili olaraq həmin yerə gəlməli olduqlarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 və Şahid1 ilə birlikdə X37 avtomobilinə əyləşmişlər və Ağsu rayonu İlxıçı kəndinə getmişlər. Həmin gün saat təxminən 19:50 radələrində Ağsu rayonu İlxıçı kəndinə çatmışlar. Zərərçəkmiş şəxs1 çağırışa getdikləri şəxsin mobil nömrəsinə zəng vurmuş və həmin şəxsə kəndin ərazisində olduqlarını bildirmişdir. Bu zaman adını bilmədiyi şəxsin əli ilə işarə etməsi əsasında avtomobillə X9 yaşadığı evin qarşısına gəlmişlər. Bu zaman Samid Hüseynov əsəbi halda evin qapısından küçəyə çıxaraq onları söyə-söyə avtomobilə yaxınlaşmış və avtomobilin ön hissəsinə yumruqla vurmuşdur. Samid Hüseynov qəflətən avtomobilin sürücü hissəsinin qapısını açmış və yumruqla Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir dəfə vurmuşdur. Sonra isə X34 Xasiyevi avtomobildən yerə düşürmüşdür. Bu zaman o, da avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs1 Samid Hüseynovun əlindən almaq istəmişdir. Həmin vaxt Samid Hüseynov əli ilə onu sinəsindən geriyə doğru itələmiş və o, yerə yıxılmışdır. Həmin vaxt sol bud-çanaq nahiyəsindən xəsarət aldığını hiss eləmişdir. O, yerə yıxıldıqdan sonra Samid Hüseynov iki-üç dəfə təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bu zaman oraya gəlmiş şəxslər Samid Hüseynovu aralaşdırıb aparmşlar. Samid Hüseynov X37 avtomobilinə yaxınlaşaraq yumruqla avtomobilin arxa şüşəsini sındırmışdır. Bundan sonra Samid Hüseynovu oradan uzaqlaşdırmışlar. Daha sonra oraya polis əməkdaşları gəlmişdir. Şahid1 onu X37 avtomobilinə əyləşdirmiş və Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Samid Hüseynov onu və digər iş yoldaşlarını söyüb təhqir etmişdir. Samid Hüseynovun qanunsuz hərəkətləri təxminən 3-4 dəqiqə ərzində davam etmişdir. Zərər çəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, 2021-ci ildən “Ağsu rayon Mərkəzi xəstəxanası” PHŞ-nin X37 Şöbəsinin sürücüsü vəzifəsində işləyir. X16 hadisə baş verən gün tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 16 aprel 2024-cü il tarixdə Ağsu rayon Mərkəzi xəstəxanasında növbədə imiş. Həmin gün saat 19:34-də X37 Şöbəsinin daxili telefonuna zəng gəlmişdir. O, zəngə cavab verdikdə bir nəfər şəxs Ağsu rayonu İlxıçı kəndində bir nəfər şəxsin səhhətinin pisləşdiyini və təcili olaraq həmin yerə gəlməli olduqlarını demişdir. Bundan sonra o, bu məlumatı Ağsu rayon Mərkəzi xəstəxanasının X37 Şöbəsinin feldşeri Şahid1 və Ağsu rayon Mərkəzi xəstəxanasının X37 Şöbəsinin həkimi Zərərçəkmiş şəxs2 bildirmişdir. Dərhal onlar X37 avtomobilinə əyləşmişlər və avtomobili Ağsu rayonu İlxıçı kəndi istiqamətində idarə etməyə başlamışlar. Həmin gün saat təxminən 19:52 radələrində X9 yaşadığı evin qarşısına çatmışlar. Bu zaman Samid Hüseynov əsəbi halda evin qapısından küçəyə çıxaraq avtomobilə yaxınlaşmışdır. Samid Hüseynov qəflətən avtomobilin sürücü hissəsinin qapısını açmış və yumruqla onun ağız nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, huşunu itirmişdir. Qəfil özümə gələndə yerdə olduğunu və ağzından qan gəldiyini görmüşdür. O, dərhal oradan qaçmışdır. O, arxaya baxan zaman Zərərçəkmiş şəxs2 yerə yıxılmış vəziyyətdə olduğunu və Samid Hüseynovun yumruqla X37 avtomobilini şüşəsini sındırdığını görmüşdür. Bundan sonra o, yolun kənarına gəlmiş və döyülməyi barədə polisə məlumat vermişdir. Daha sonra oraya Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gəlmişdir. Təxminən 5 dəqiqə sonra Şahid1 X37 avtomobilini sürüb Zərərçəkmiş şəxs2la birlikdə yanına gəlmiş və birlikdə Ağsu rayon Mərkəzi xəstəxanasına getmişlər. Samid Hüseynovun onu yumruqla vurmasını iş yoldaşları Zərərçəkmiş şəxs2 və Şahid1 görmüş, huşsuz vəziyyətdə olduğu üçün X23 Şikarovu vurmasını görməmiş, ayılıb kənara baxan zaman Zərərçəkmiş şəxs2 yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və Samid Hüseynovun qanunsuz hərəkətləri təxminən 3-4 dəqiqə ərzində davam etmişdir. Zərər çəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu İlxıçı kəndində ailə üzvlərilə birlikdə yaşayır. X4 onun xalasıoğludur. X20 isə Sabit Hüseynovun oğludur. Mahiyyəti üzrə bildirmişdir ki, 16 aprel 2024-cü il tarixdə saat təxminən 19:30 radələrində Samid Hüseynovla birlikdə Ağsu rayonu İlxıçı kəndində imiş. Bu zaman Samid Hüseynova anası zəng vurub atasının halının pisləşdiyini bildirmişdir. Onlar dərhal Samid Hüseynovun yaşadığı evə getmişlər. O, evə çatan zaman mərhum Sabit Hüseynovun evin həyətində yerdə uzandığını və yanında arvadının dayandığını görmüşdür. O, dərhal Səhiyyə Nazirliyinin “103” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Sabit Hüseynov vəfat etmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra X37ın avtomobili evin qarşısında dayanmışdır. O, mərhum Sabit Hüseynovun nəşini evə qaldırıb aparmışdır. Bu zaman çöldən səs-küy gəldiyini eşitmişdir. O, küçəyə çıxan zaman Samid Hüseynovun yumruqla X37 avtomobilinin arxa şüşəsinə vurduğunu görmüşdür. O, Samid Hüseynova yaxınlaşıb onu sakitləşdirmişdir. Sonra işçilərinə su vermişlər və təxminən beş dəqiqə sonra X37 avtomobili ilə oraya gəlmiş iki nəfər tibb işçiləri oradan çıxıb getmişlər. O, X25 Xasiyevə və Zərərçəkmiş şəxs2 xəsarət yetirməsini görməmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Padar kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, 2022-ci ilin fevral ayından “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin X37 Şöbəsinin feldşeri vəzifəsində işləyir. X16 məlum hadisə baş verən gün tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, 16 aprel 2024-cü il tarixdə Ağsu rayon Mərkəzi xəstəxanasında iş növbəsində imiş. Həmin gün saat təxminən 19:30 radələrində X37 Şöbəsinin daxili telefonuna zəng gəlmişdir. İşlədiyi şöbənin X37 avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 zəngə cavab verdikdə bir nəfər şəxs Ağsu rayonu İlxıçı kəndində qohumunun səhhətinin pisləşdiyini və təcili olaraq həmin yerə gəlməli olduqlarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bu məlumatı ona və Ağsu rayon Mərkəzi xəstəxanasının X37 Şöbəsinin həkimi Zərərçəkmiş şəxs2 bildirmişdir. Dərhal onlar X37 avtomobilinə əyləşmişlər və Zərərçəkmiş şəxs1 avtomobili Ağsu rayonu İlxıçı kəndi istiqamətində idarə etməyə başlamışdır. Həmin gün saat təxminən 19:55 radələrində Ağsu rayonu İlxıçı kəndinə çatmışlar və X9 yaşadığı evin qarşısına gəlmişlər. Bu zaman Samid Hüseynov əsəbi halda evin qapısından küçəyə çıxaraq avtomobilə yaxınlaşmışdır. Samid Hüseynov qəflətən avtomobilin sürücü hissəsinin qapısını açmış və yumruqla Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir dəfə vurmuşdur. Bu vaxt o, Samid Hüseynovu sakitləşdirmək üçün avtomobildən yerə düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs2 da avtomobildən düşüb Samid Hüseynova yaxınlaşmışdır. X29 Şikarovun onun üzərinə gəldiyini görüb Zərərçəkmiş şəxs1 buraxmış və iki əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən geriyə doğru itələmişdir. Zərərçəkmiş şəxs2 bu zaman yerə yıxılmışdır. Bundan sonra Samid Hüseynov X37 avtomobilinin arxa hissəsinə yaxınlaşıb yumruqla avtomobilin arxa şüşəsini sındırmışdır. Bu zaman oraya gələn şəxslər Samid Hüseynovu tutub oradan uzaqlaşdırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs2 yerdən qaldırıb X37 avtomobilinə əyləşdirmişdir. Bu zaman kənara baxdıqda Zərərçəkmiş şəxs1 orada olmadığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 mobil nömrəsinə zəng vurmuş, lakin nömrə məşğul imiş. Bundan sonra X37 avtomobilini idarə etmiş və kəndin kənarına gəlmişlər. Bu zaman Zərərçəkmiş şəxs1 yolun kənarında dayandığını görmüşlər. Həmçinin oraya həmin vaxt polis əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxs1 avtomobilə əyləşmiş və avtomobili idarə edərək onları Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Samid Hüseynov iki əli ilə Zərərçəkmiş şəxs2 sinəsindən geriyə doğru itələyərək yerə yıxmış və Zərərçəkmiş şəxs2 yanından keçib X37 avtomobilinin şüşəsini sındırmışdır. Samid Hüseynov onu döyməyib və ya xəsarət yetirməyib. X30 barəsində şikayəti yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 18 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışlar. - Hadisə yerinə baxış keçirilməsi haqqında 17 aprel 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı hadisə yerinin X9 yaşadığı, Ağsu rayonu İlxıçı kəndində yerləşən evin qarşısı olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən foto şəkilər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X38 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-ci il tarixli, 113 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində sol bud sümüyündə böyük burmanın qopması, sol bud sümüyünün boyun hissəsinin burmalararası yerini dəyişməklə müşahidə olunan travmatik sınığı ilə nəticələnən, ilə müşayiət olunan xəsarət aşkar edilmiş, xəsarətlərin küt-bərk əşya üzərinə yıxılması zamanı, eləcə də təpiklə vurulması nəticəsində əmələ gəlmə halları inkar edilmir, törənmə müddətləri 16 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Sol dirsək oynağı və sol dizin bayır səthində dərinin epidermis qatının sıyrılmış yaraları xəsarətləri kənar şəxslər tərəfindən itələnməsi nəticəsində öz boyu hündürlüyündən yerə yıxıldıqdan sonra küt-bərk əşya üzərində (çınqıllı, daşlı və s.) sürtünməsi nəticəsində əmələ gəlməsi halı istisna edilmir, törənmə müddətləri 16 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X38 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-ci il tarixli, 114 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində üst dodağın əzilmiş-cırılmış yarası müəyyən edilmiş, həmin xəsarət küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti 16 aprel 2024-cü il tarixə uyğun gəlir, kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol dirsək oynağının və sol budun yuxarı 1/3nin bayır səthində dərinin epidermis qatının sıyrılmış yaraları xəsarətləri kənar kənar şəxslər tərəfindən itələnməsi nəticəsində öz boyu hündürlüyündən yerə yıxıldıqdan sonra küt-bərk əşya üzərində (çınqıllı, daşlı və s.) sürtünməsi nəticəsində əmələ gəlməsi halı istisna edilmir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 16 aprel 2024-cü il tarixə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X38 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-ci il tarixli, 115 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizası zamanı 1999-cu il təvəllüdlü X9 bədəni üzərində sağ saidin yuxarı 1/3-nin ön səthində dərinin epidermis qatının çoxsaylı səthi cızılmış-kəsilmiş yaraları xəsarətləri aşkar edilmişdir. Ola bilsin ki, həmin xəsarətlər avtomobilin arxa qorucu şüşəsinin sınmış qəlpələrinin təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 16 aprel 2024-cü il tarixə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verə gün idarə etdiyi “QAZ 310231” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı X37 avtomobilinə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin arxa şüşəsinin sınmış vəziyyətdə olması və arxa hissəsinin yapışqan lentlə sarınmış olması müəyyən edilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 26 aprel 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-nin 221.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə əməl həmin məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, X20 CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Samid Hüseynovun ifadəsinin yerində yoxlanılmış, həmin vaxt Samid Hüseynov 16 aprel 2024-cü il tarixdə X37 avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla vurduğunu təsdiq etsə də Zərərçəkmiş şəxs2 qəsdən itələyərək yerə yıxmadığını, təpiklə xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs2 bilmədən kənara itələdiyini ehtimal etdiyini və məqsədinin yalnız sürücü Zərərçəkmiş şəxs1 xəsarət yetirmək olduğunu bildirmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 06 iyun 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X15 CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər etməklə ona CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X35 tabeliyində olan Ağsu rayon X18 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağsu rayon İlxıçı kənd sakini X20 ruhi əsəb və narkomaniya xəstəliklərinə “Ağsu RMX” PHŞ-yə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxsi tərəfindən verilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 384 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası zamanı X1nda psixi xəstəlik olmadığı, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətində olması, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmədiyi, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı və ekspertiza zamanı psixi xəstəliyinin olmaması, psixi fəaliyyətinin müvəqqəti pozulmadığı və kəmağıllılıq xəstəliyindən əziyyət çəkməməsi müəyyən edilmişdir. Məhkəmə-psixoloji ekspertizası zamanı isə, təqsirləndirilən Samid Hüseynovun praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymətvermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə anlaşmaya çətin daxil olma xüsusiyyətləri aşkar edilmiş, cinayət işi üçün əhəmiyyəti olan halları düzgün qavraya bilməsi, başqalarının təsiri altında hərəkət etməyə meyilli olmadığı, özündən uydurmağa meyilli olmaması, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilməsi, hadisə zamanı və hadisədən sonra əsəbi psixi emosional halda olması, cinayət əməlini törədərkən fizioloji affekt halında olmaması, əqli inkişafına gerilik əlamətləri olmadığı, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malik olması müəyyən edilmişdir. - Ağsu rayon X18 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 “Ağsu RMX” PHŞ-də Ağsu rayon Mərkəzi Xəstəxanasının X13 yardım stansiyasında təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 Ağsu rayon Mərkəzi Xəstəxanasının X13 yardım stansiyasında sürücü vəzifəsində çalışır. - Ağsu rayon X18 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində “sol bud sümüyündə və sol bud sümüyünün boynu” hissəsində müşahidə olunan xəsarətlərlə və ya sol bud nahiyəsində şikayətlərlə xəstəxanaya müraciət etməmiş və ona xəstəlik vərəqəsi verilməmişdir. Mütəmadi əmək qabiliyyətini davam etdirmişdir. - Ağsu rayon X18 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubuna qoşma şəklində əlavə edilmiş sənəd surəti ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2, Şahid1 və Zərərçəkmiş şəxs1 Ağsu rayon İlxıçı kəndindən verilmiş çağırışa 16 aprel 2024-cü il tarixdə saat 19:34-də getmiş və 20:16-da geri qayıtmışdır. - Ağsu rayon X18 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Ağsu RMX” PHŞ-nin balansında olan “QAZ 2413” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsinin sındırılmasına görə 150 manat məbləğində maddi ziyan dəymişdir və ziyan ödənilməmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X15 CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs Samid Hüseynovun barəsində CM-nin 128, 186.1 və 315.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ifadələrində əhəmiyyəti ziddiyyətlər olan Zərərçəkmiş şəxs2la təqsirləndirilən şəxs Samid Hüseynovun arasında üzləşdirilmə aparılmasının mümkün olmaması nəzərə alınmış, Samid Hüseynovun cinayət əməlini törətmə tarixinin və vaxtının 16 aprel 2024-cü il tarixdə saat təxminən “19:55” radələri olaraq hesablanılması nəzərə alınmış, Ağsu rayon Mərkəzi Xəstəxanasının mülki iddiaçı qismində tanınmasından imtina edilmiş, təqsirləndirilən şəxs Samid Hüseynov məhkumluğu olmayan şəxs hesab edilmiş, X23 Şikarova bilərəkdən xəsarət yetirməməsi və yerə yıxıb təpiklə vurmaması, Zərərçəkmiş şəxs2 xəsarət yetirməsini xatırlamaması və hadisə günü məqsədinin yalnız sürücü Zərərçəkmiş şəxs1 xəsarət yetirmək olması barədə istintaq zamanı göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan özünün müdafiəsinə gətirdiyi dəlil kimi qiymətləndirilməklə, sübut kimi qəbul olunmadan rədd edilməsi nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-cü il tarixli, 113 nömrəli, 17 aprel 2024-cü il tarixli, 114 nömrəli, 17 aprel 2024-cü il tarixli, 115 nömrəli ekspert rəyləri, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 384 nömrəli ekspert rəyi əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, X9 CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirliliyi CPM-in 143- 146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslər, şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən X9 əməli CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-nin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də CM-nin 221-ci maddəsilə tövsüf olunmalıdır. Qərarının 6-cı bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan “digər şəxslər” dedikdə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarına görə dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla və ya fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn vəzifələr - xidməti vəzifələr, vətəndaşların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələr və ya cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyət isə (məsələn, hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) ictimai borc hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, zərər çəkmiş şəxslər “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-də çalışdıqlarından və mərhum Sabit Hüseynova tibbi yardım göstərilməsi üçün Ağsu rayon İlxıçı kəndinə gəldiklərindən onlar xidməti vəzifələrini yerinə yetirən zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs2 isə xuliqanlıq hərəkətləri edən Samid Hüseynovu sakitləşdirməyə çalışan zaman xəsarət aldığından ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs hesab edilmiş və Samid Hüseynova CM-nin 127.2.1 və 221.2.2-ci maddəsi ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxs X20 zərərçəkmiş şəxslərə xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, X20 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır və yüngül zərər vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Samid Hüseynovun qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər və zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurmasına, həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qərəzli hərəkətlər etdiyinə görə onun əməli Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yerə yıxıb təpiklə vurmasını və tibb işçilərini təhqir etməsini təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17 X38 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2024-ci il tarixli, 113 nömrəli ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin küt-bərk əşya üzərinə yıxılması zamanı, eləcə də təpiklə vurulması nəticəsində əmələ gəlmə halları inkar edilmir, törənmə müddətləri 16 aprel 2024-cü il tarixə uyğun gəlir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər X9 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, X15 Xüsusi hissəsinin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-in: 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 127.2-ci maddəsinə əsasən eyni əməllər: 127.2.1. Xərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; 127.2.3. Ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Ağsu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarından görünür ki, X20 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X20 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X9 CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İHB-nin Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2024-cü il tarixli arayışından görünür ki, X39 rayon İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayır və subaydır. Ailə üzvləri: anası X3 – xx.xx.1966, qardaşı X12 – xx.xx.1991. - Ağsu rayon İHB-nin Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Samid Hüseynov yaşayış yeri üzrə cəmiyyət arasında müsbət xarakterizə olunur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən X9 cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs X9 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 cəzasını ağırlaşdıran hal qismində CMnin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, X15 cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi) nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X9 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini (CM 66.2) qanuni və əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, X20 24 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağsu Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərarı ilə barəsində 24 aprel 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X9 ibtidai istintaq zamanı 24 aprel 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək tutulduğu 04 (dörd) ay 19 (on doqquz) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən X9 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. X15 azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 CM-nin 127.2.1, 127.2.3 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, vəkilərin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü və 221.2.2cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X15 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 24 aprel 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək tutulduğu 04 (dörd) ay 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 09 (doqquz) ay 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X9 üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X9 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X9 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. X20 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs X15 məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-68/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-68/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver