Məhkəmə qərarları › İş №1(016)-69/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-69/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-69/2025 30.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçıraraq cinayət əməlini törətmişdir. Belə ki, o, “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci iİ oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək 07 oktyabr 2025-ci iİ tarixdə müddətli həqiqi hərbi xidmətə yararlı sayılıb, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-ci maddəsinin tələbinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra 08 oktyabr 2025-ci il tarixdə istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Ağsu rayon icra hakimiyyəti başçısı yanında Kəndoba İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şahid3 Hümbət oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və SHXÇDX-nin Ağsu rayon şöbəsinin səfərbərliyə hazırlıq və səfərbərlik bölməsinin zabit Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 10 oktyabr 2025-ci il tarixdə yenidən dəfələrlə danışıqlar zamanı, həqiqi hərbi xidmətə yararlı hesab edilməsi və buna görə dərhal SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməli olması ilə bağlı məlumatlandırılsa da, 30 yaşının tamam olacağını və hərbi xidmətə getməyəcəyini bildirərək qəsdən və qərəzli şəkildə, üzrlü səbəblər olmadan 2025-ci ilin oktyabr çağırış ayı ərzində hərbi qeydiyyatda olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə gəlməmiş, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildi və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Müdafiəçi məhkəmə iclasında çıxış edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 24 noyabr 2025-ci il tarixli qərardan görünür ki, X2 və qeyrilərinin hərbi xidmət keçməkdən boyun qaçırması ilə bağlı istintaq edilən ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 211.2.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hərbi xidmət keçməkdən boyun qaçırması ilə bağlı CM-in 321.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Kərimov X1 qeydiyyatda olmaqla, hal-hazıda Bakı şəhərində yaşayır. O, kənd camaatı ilə yaxşı münasibətdədir, ailə və məişətdə özünü nizam-intizamlı aparır. Onun barəsində Kəndoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olunmuşdur. - AZ-V seriyalı 070038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə doğulmuş, atasının “Təqsirləndirilən şəxs”, anasının “X5” olması qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 24 noyabr 2025-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi haqında” 07 dekabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə CM-in 321.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Şahid1 və Şahid3 Hümbət oğluna məxsus mobil telefonlardan götürülmüş 05 ədəd telefon danışıqlarının fotoşəkillərinin maddi sübut olaraq tanınması, cinayət işi üzrə toplanmış ifadələr, ekspertiza rəyi, istintaq hərəkət protokolları, Şahid1 və Şahid3 məxsus mobil telefonlardan götürülmüş telefon danışıqlarının fotoşəkilləri, habelə cinayət işinə əlavə olunmuş arayışlar və digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 39.1 və 39.1.12-ci maddələrinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5 və 5.1-ci bəndlərinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı vardır və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5 və 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış - Şahid1 və Şahid3 Hümbət oğluna məxsus mobil telefonlardan götürülmüş 05 ədəd telefon danışıqlarının fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 176 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - Şahid1 və Şahid3 Hümbət oğluna məxsus mobil telefonlardan götürülmüş 05 ədəd telefon danışıqlarının fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 176 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar