Məhkəmə qərarları › İş №1(016)-7/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-7/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-7/2024 16.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı ildə Ağsu rayonu Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ort-ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu Çiyni kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, Ağsu rayon şöbəsinin həqiqi-hərbi xidmətə çağırış bölməsinin müfəttişi vəzifəsində mülki işçi kimi işləyərkən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 SHXÇDX-nin Ağsu rayon şöbəsində qeydiyyatda olan övladı X1 barəsində hərbi xidmətə yararsız qərarı verilərək müddətli həqiqi hərbi xidmətə göndərilməyəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə etməklə, 2022-ci ilin fevral ayının ortalarında Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində 2000 manat məbləğində nağd pulunu, daha sonra Zərərçəkmiş şəxs1 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsində yerləşən “Elsəvər” marketdə yerləşdirilmiş E-manat ödəmə terminalı vasitəsilə oğlu X4 məxsus "xxxx" ASC-nin debet kartına köçürdüyü 2000 manat məbləğində pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 4000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 SHXÇDX-nin Ağsu rayon şöbəsində qeydiyyatda olan övladı X6 barəsində hərbi xidmətə yararsız qərarı verilərək müddətli həqiqi hərbi xidmətə göndərilməyəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə etməklə, 2022-ci ilin may ayının ortalarında Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində 2000 manat məbləğində nağd pulunu, bir neçə gün sonra 2022-ci ilin may ayının ortalarında yenidən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində 3000 manat məbləğində nağd pulunu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 5000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 SHXÇDX-nin Ağsu rayon şöbəsində qeydiyyatda olan övladı X2 barəsində hərbi xidmətə yararsız qərarı verilərək müddətli həqiqi hərbi xidmətə göndərilməyəcəyinə dair yalan vəd verərək, Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə etməklə 2022-ci ilin may ayının axırlarında Ağsu şəhəri ərazisində yerləşən SHXÇDX-nin Ağsu rayon şöbəsində 2500 manat məbləğində nağd pulunu, daha sonra 2022-ci ilin avqust ayının əvvəllərində Ağsu şəhəri ərazisində yerləşən SHXÇDX-nin Ağsu rayon şöbəsində 2000 manat məbləğində nağd pulunu, bundan sonra 2022-ci ilin oktyabr ayının ortalarında 500 manat məbləğində nağd pulunu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 5000 manat məbləğində pulu, vahid niyyətlə əhatə olunan qəsdlə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 SHXÇDX-nin Göyçay rayon şöbəsində qeydiyyatda olan qohumu X5 barəsində hərbi xidmətə yararsız qərarı verilərək müddətli həqiqi hərbi xidmətə göndərilməyəcəyinə dair yalan vəd verərək, Zərərçəkmiş şəxs4 ona olan inam və etibarından sui-istifadə etməklə 2022-ci ilin dekabr ayının əvvəllərində Ağsu şəhəri Meleratorlar Qəsəbəsində 8000 manat məbləğində nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin özünü CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışdığını, onlara dəyən ziyanı ödədiyini və eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs3 nümayəndəsi Şahid2 təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəyən ziyanı tam ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. - Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. - Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. - Zərərçəkmiş şəxs3 nümayəndəsi Şahid2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icraata xitam verilməmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 15963 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X3 dəymiş zərərin ödənilməsi təyinatı üzrə 1000 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 28141 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X3 dəymiş zərərin ödənilməsi təyinatı üzrə 1500 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 15967 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X3 dəymiş zərərin ödənilməsi təyinatı üzrə 1000 manat pul ödənilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2024-cü il tarixli, 9080 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X3 dəymiş zərərin ödənilməsi təyinatı üzrə 2000 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışdığını və onlara dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla X8 cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(016)- 16/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)- 50/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 (beş) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 35 (otuz beş) saat hüquqi yardıma görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar