Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-7/2025 01.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X31 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi və X14 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, işsiz, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 09 yanvar 2024-cü il tarixdə tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,93 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb, üzərində saxlamış, 10 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 18:40 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd göy rəngli sellofan torbanın içərisində olan dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin dindirilmə zamanı vermiş olduğu ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan marixuananın istifadəçisidir, hərdənbir narkotik vasitə olan marixuana əldə edərək istifadə edir. Əvvələr narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün bir dəfə məhkum olunmuşdur. Hazırda Ağsu rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və sağ ayağında Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən nəzarət olunan xüsusi nəzarət cihazı vardır. Ağsu şəhər sakini, onunla qonşu küçədə yaşayan X12 tanıyır, həmin şəxs onun tanışıdır, Laçın Mehdiyevlə əvvələr normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. İstifadə etdiyi narkotik vasitələ olan qurudululmuş marixuananı əksər vaxt tanışı X7 pul müqabilində əldə etmişdir. Narkotik vaxitə olan marixuanaya ehtiyacı olan zaman Laçın Mehdiyevə müraciət edir. 08 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən tanışı Laçın Mehdiyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Laçın Mehdiyev də yaşadığı evdə olduğunu və evə gəlməsini ona demişdir. Bundan sonra o, Laçın Mehdiyevlə telefon danışığını bitirərək ünvan 3 ünvanına getmişdir. O, Laçın Mehdiyevin yaşadığı evə çatdıqda saat artıq gecə yarısını keçdiyi üçün 09 yanvar 2024-cü il tarix olmuşdur. Laçın Mehdiyevin evinə çatdıqdan sonra evin həyətinə daxil olaraq Laçın Mehdiyevlə görüşmüş, Laçın Mehdiyevlə aralarında olan danışıq zamanı bir qutu marixuana istədiyini bildirmişdir, Laçın Mehdiyev də onunla razılaşaraq gözləməsini bildirmiş, bir qədər sonra yanına gələrək bir ədəd kibrit qutusunda narkotik vaxitə olan marixuananı 70 manat müqabilində ona vermişdir. O, Laçın Mehdiyevdən bir ədəd kibrit qutusunda olan marixuananı götürmüş və 70 manat pulu sonra verəcəyini deyərək oradan çıxıb getmişdir. O, Laçın Mehdiyevdən götürdüyü marixuanadan bir qismini istifadə edərək yaxşı marixuana olduğunu müəyyən etmiş, buna görə də təxminən bir saat sonra yenidən Laçın Mehdiyevə zəng edərək əlavə iki kibrit qutusunda marixuana istədiyini bildirmişdir. Laçın Mehdiyev də onunla razılaşmış və yaşadığı ünvana yenidən gəlməsini bildirmişdir. Bundan sonra o, Laçın Mehdiyevin yaşadığı ünvana təkrar getmiş və orada 140 manat müqabilində daha iki kibrit qutusunda marixuananı Laçın Mehdiyevdən götürmüş, həmin vaxt Laçın ona əlavə olaraq bir ədəd kibrit qutusunun içərisində siqaretin gümüşü kağızına bükülümüş bükümdə bir büküm marixuana pay vermişdir. Bununla da ümumilikdə Laçın Mehdiyevə 210 manat borcu yaranmış və sonra verəcəyini deyərək oradan uzaqlaşıb getmişdir. O, Laçın Mehdiyevlə görüşdükdən sonra aldığı narkotik vasitə olan marixuanadan istifadə etmək üçün bir qismini götürmüş qalanlarını isə yaşadığı evdə ailə üzvləri tərəfindən aşakar olunmasından qorxduğu üçün Laçın Mehdiyevin yaşadığı evin yaxınlığında gizlətmişdir. Sabahısı gün, yəni 10 yanvar 2024-cü il tarixdə saat 17 radələrində 210 manat pul düzəldərək Laçın Mehdiyevin pulunu vermək və gizlətdiyi marixuanadan götürmək üçün Laçın Mehdiyevin yaşadığı evin yerləşdiyi küçəyə, yəni Ağsu şəhəri, M.Ə.Sabir küçəsinə getmiş, həmin yerə çatdıqdan sonra gizlətdiyi ümumilikdə dörd qutu marixuananı gizlətdiyi yerdən götürmüş və Laçının evi istiqamətində getməyə başlamışdır. Həmin vaxt isə küçədə hərəkətdə olarkən polis əməkdaşları onu saxlayaraq, birlikdə Ağsu rayon polis şöbəsinə getməyi təklif etmişlər. O da polislərlə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmiş, daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmiş, sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkcəmin sağ yan cibindən, 4 ədəd kibrit qutularında olan narkotik vasitə marixuananı cibindən çıxararaq təhvil vermişdir. Daha sonra qeyd etmişdir ki, üzərindən aşakar edilmiş kibrit qutularında olan marixuanaları 09 yanvar 2024-cü il tarixdə tanışı Laçın Mehdiyevdən 210 manat pul müqabilində almışdır, yəni üç qutu üçün hər biri 70 manat olmaqla 210 manat pul verəcəyi barədə razılaşmışdırlar, digər dördüncü qutuda olan bir büküm marixuananı isə Laçın ona pay olaraq vermişdir, həmçinin Laçın Mehdiyevdən 09 yanvar 2024-cü il tarixdə narkotik vasitəni alarkən üzərində pul olmadığı üçün sonra verəcəyi barədə razılaşmışdırlar, o, narkotik vasitə istifadə etdiyindən Laçın Mehdiyevdən narkotik vasitəni özünün istifadə etməsi üçün almışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, əvvəllər də Laçından təxminən 3-4 dəfə narkotik vasitə almışdır, yenicə tutulduğu zaman həyacanlı olduğundan əhatəli fikirləşməyərək ilkin izahatında və üzərində axtarış aparılarkən narkotik vasitəni 10 yanvar 2024-cü il tarixdə aldığını bildirmişdir, lakin o, narkotik vasitəni Laçın Mehdiyevdən almaq üçün 08 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Laçına telefonala zəng etmişdir və Laçının yaşadığı evə gedib çatdıqda artıq saat gecə yarısını keçdiyindən tarix 09 yanvar 2024-cü il olmuşdur, o, həmin narkotik vasitəni Laçın Mehdiyevdən 09 yanvar 2024-cü il tarixdə almışdır saxlanılarkən üzərində bir ədəd “Samsung” markalı mobil telefonu olmuşdur. Mobil nömrələri isə ***-***-**-** və ***-***-**-**-dir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yeni müdafəçisinin iştirakı ilə əlavə dindirilən zaman vermiş olduğu ifadəsində və məhkəmə iclasında vermiş olduğu ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, istintaqa verdiyi ilkin ifadəsini qəti şəkildə təsdiq etmir və bildirmək istəyir ki, o, şərlənmişdir, belə ki, Ağsu şəhər sakini əvvələr tanıdığı Şahid5 adlı şəxslə aralarında borc münasibətləri olmuşdur. Şahid5 ona 550 manat pul borcu olmuşdur. Buna görə də Çingizlə pulunu geri qaytarması üçün aralarında bir-neçə dəfə söhbətlər olmuşdur. 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında Çingiz idarə etdiyi avtomobil ilə yaşadığı evin qarşısına gələrək onu qapıdan səsləyib, çölə çağırmışdır. O, çölə çıxdıqdan sonra Çingizlə görüşmüş, Çingizlə həmin vaxt aralarında olan söhbət zamanı Çingiz ona olan pul borcunu vermək istədiyini, əmisi oğlundan pul alacağını, lakin əmisi oğlunun yanından ona zəng edərkən nə desə təsdiq etməsini ondan xahiş etmişdir. O, isə pulunu Çingizdən almaq üçün onunla razılaşmış və zəng edərək nəsə deyəcəyi halda razılaşacağını bildirmişdir. Bundan sonra Çingiz idarə etdiyi avtomobil ilə çıxıb getmişdir. Bundan təxminən 2 saat sonra Çingiz ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək adını bilmədiyi əmisi oğlunun gəldiyini, yanında olduğunu və 210 manat verdiyini, həmin pulun müqabilində qonşusu Laçından marixuana almasını bildirmiş, həmin vaxt o, təccüblənsə də, lakin Çingiz ona telefonla zəng edərkən nə desə razı olmasını əvvəlcədən dediyindən o, pulunu almaq məqsədi ilə Çingizə yalandan razılıq vermiş və pulu gətirməsini bildirmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra Çingiz idarə etdiyi avtomobil ilə yenidən onun yaşadığı evin qarşısına gəlmiş və ona zəng edərək çölə çıxmasını bildirmişdir. Həmin vaxt o, çölə çıxmış və Çingizlə görüşərək ona olan borcundan 210 manatını almışdır. Sonra Çingiz onun yanından çıxıb getmişdir. Çingiz çıxıb getdikdən sonra həmin pulla özünə və uşaqlarına dərman almaq üçün evə geri qayıtmadan yaxınlıqda olan aptek istiqamətində getməyə başlamış, lakin həmin vaxt həkimin yazdığı respetin üzərində olmadığını xatırladığından o, evə geri qayıdarkən qəflətən üzərinə ağ rəngli Vaz 21074 markalı avtomobil gəlmiş və onun yanında avtomobil dayanaraq avtomobildən mülki geyimli iki nəfər polis əməkdaşları düşərək üzərinə gəlmişlər və onu saxlayaraq avtomobilin arxa oturacağına əyləşdirmişdirlər, həmin vaxt onu saxlayan polis əməkdaşlarından Kamal adlı polis əllərini qandal ilə bağlamış və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibinə nəsə qoymuşdur. Həmin vaxt o, Kamal adlı polisdən cibinə nə qoyduğunu soruşsa da Kamal cavabında Şöbədə öyrənəcəyini bildirmişdir. Bir qədər sonra o, avtomobildən müşahidə etmişdir ki, Ağsu RPŞ-nə məxsus polis avtomobili qonşusu Laçının evinə doğru getmiş və Laçını da evlərinin qarşısından həmin polis avtomobilinə əyləşdirmişdirlər. Sonra onun əyləşdiyi avtomobil hərəkətə başlamış və onu, eləcə də qonşusu Laçını RPŞ-nə gətirmişdirlər. Sonra onu adını bilmədiyi polis əməkdaşının otağına gətirərək orada şəxsən tanımadığı polis əməkdaşlarından biri ona gödəkcəsinin sağ cibində narkotik vasitə marixuana olduğunu bildirmiş və həmin marixuananı cibindən çıxardaraq təqdim etməsini tələb etmişdir. O, isə gödəkcəsinin cibində olan marixuananın ona məxsus olmadığını bildirmiş və həmin narkotik vasitəni cibinə Kamal adlı polis əməkdaşı tərəfindən qoyulduğunu bildirsə də orada olan Vahid adlı polis əməkdaşı ona narahat olmamasını həmin narkotik vasitəni Laçın adlı şəxsdən almasını deməsini ondan tələb etmiş, əvəzində isə ona köməklik ediləcəyini, azadlıqda qalacağını, əks halda isə yaşadığı evdə baxış keçirdəcəklərini və evindən başqa qanunsuz əşyalar aşkar edərək ona daha ağır ittiham verəcəklərini bildirmişdir. O, isə orada polis əməkdaşı olan Kamalın onunla əvvəlcədən ədavəti olduğunu bildirmiş, belə ki, 26 oktyabr 2023-cü il tarixdə Ağsu rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində həbs olunduqdan sonra məhkəmədən PPX avtomobili ilə RPŞ-nə gətirlməzdən öncə, yəni avtomobilə polis əməkdaşları tərəfindən əyləşdirilən zaman həmin vaxt orada olan polis əməkdaşı Kamal onu təpiklə vurmuş, buna görə də o, sutkalıq həbsdən çıxdıqdan sonra Kamal barəsində 102 xidmətinə şikayət etmiş, sonradan ona polis şöbəsindən şikayətini geri götürməli olduğu, əks halda ona problem yaradılacağı bildirilmişdir. O, da bundan narahat olaraq Kamal adlı polisdən şikayətini geri götürmüş, bundan sonra Kamal adlı polislə rayon ərazisində təsadüfən rastlaşarkən Kamal ondan şikayət etdiyi üçün ona 1 ay yarım vaxtı olduğunu demiş və onu həbsə göndərəcəyi ilə hədələmişdir. Həmçinin də 10 yanvar 2024-cü il tarixdə Kamal adlı polis onu evinin qarşısında tutaraq avtomobilə əyləşdirərkən ona bildirmişdir ki, “gördün mü? sənə səni həbs edəcəyimi demişdim” ifadəsini işlətmişdir. Beləliklə də bütün bunlar Kamalın ona qurduğu oyundur, bundan başqa şübhəli şəxs qismində tutularkən müdafiəçisi qismində təyin olunmuş vəkil Vasif Səmədova da onu şərlədiklərini bildirsə də, Vasif Səmədov polis əməkdaşlarının dediklərini etməli olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, ilkin ifadə verən zaman polislərin ona olan təzyiqləri altında özünü təqsirli bildiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, eləcə də həmin narkotik vasitəni Laçın Mehdiyevdən aldığını bildirmişdir. Lakin işin əsli hazırda istintaqa müqavilə ilə vəkil qismində iştirak edən Müdafiəçilə verdiyi ifadəsində göstərdikləri kimidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Şahid4 əlini onun cibinə salaraq nəsə qoyarkən əli qandalda olduğu üçün cibindən çıxara bilməmiş və nə olduğunu da bilməmişdir. Şahid4 ona “Görürsən polis adama neyləyir?! Səndə məndən şikayət edirdin”- demişdir. Onu tutduqdan sonra isə Laçıngil tərəfə getmişlər və bu dəfə də Laçını ev paltarı ilə çıxartmışlar, polis əməkdaşının biri əlində salafan paketdə nəsə gətirmişdir. Laçını da, onu da polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs verdiyi ifadəsində daha sonra qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi və X21 çıxışlarını yazılı təqdim edərək Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamasını, ona qarşı zor tətbiq edilməklə üzərinə narkotik vasitə qoyulmasını, fiziki təsir nəticəsində toplanılmış sübutların qanuna zidd olmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2022-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumat tərəfindən raportla Şöbənin rəisinə məruzə olunaraq əməliyyat-axtarış tərbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Əməliyyat-axtarış tədbirilərinin icra olunması məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid2 və Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət etmişdirlər. Sonra Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs müdafiəçi Vasif Səmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan X15 narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Laçın Mehdiyevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Laçın Mehdiyev əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Laçın Mehdiyev yaşadığı evində istifadə etməyi üçün əlavə narkotik vasitə saxlamasını bildirmiş, sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və ünvan 8 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Laçın Mehdiyev yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmiş, Laçın Mehdiyevin təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. X23 təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Təşkilat oğlunu evləri olan küçədə tək olarkən saxlamışlar, bir başa şöbəyə gətirmişlər, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, həmin vaxt Laçın adlı şəxsdən aldığını söyləmiş, bundan sonra Laçının saxlanılmasında da iştirak etmiş, Laçını əvvəllər tanımamış, əməliyyat marağında olmamışdır. Təqsirləndirilən şəxs Təşkilat oğlu barəsində məlumatın nə vaxt daxil olduğunu xatırlamır, məlumat ona ya hadisə günü, yada hadisədən əvvəl daxil olmuş, əməliyyat işi açılmış, əməliyyat tədbiri məruzə olunmuş, əməliyyat qrupu yaradılmış, təxirə salınmaz əməliyyat tədbiri həyata keçirilmi, evlərinə yox, küçələrinə baxış keçirilmiş, saxlanılma vaxtı yadında deyil, günortadan sonra imiş, şöbədə Eldarın üzərinə vəkilin iştirakı ilə baxış keçirilmiş, bu zaman onun deməsi əsasında Laçını bilmişlər, Eldar barəsində məlumat daxil olsada Laçın barəsində məlumatı onlara Eldar vermiş, hər iki əməliyyat tədbirində iştirak etmiş, vaxt dəqiq yadında deyil, əməliyyat tədbirində 04 nəfər olmuşlar, izahatı təhqiqatçı almışdır. Eldar Laçının adını verdikdən sonra yenidən bütün əməliyyat tədbirinin hamısını Laçın üçün keçirmişlər. Aralarındakı saat fərqi yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu rayonu Daşdəmirbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Hazırda Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumat və həmin məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirilərinin icrası ilə əlaqədar olaraq CAB-ın əməliyyat müvəkkili Şahid1, CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edərək rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs müdafiəçi Vasif Səmədovun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan X15 narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Laçın Mehdiyevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Laçın Mehdiyev əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Laçın Mehdiyev yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və ünvan 8 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Laçın Mehdiyev yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmişdir. Laçın Mehdiyevin təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. X23 təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Təşkilat oğlu küçədə hərəkətdə olarkən yaxınlaşmışlar və üzərində qanunsuz narkotik vasitə olmasında şübhəli olduğunu bildirmişlər, bu zaman dörd kirbit qutusu narkotik vasitə aşkarlanmış, həmin narkotik vasitəni Laçından alldığını qeyd etmiş, üstündə niyə gəzdirməsi ilə bağlı məlumatı olmamış, rəhbərliyin göstərişi ilə əlavə qrup kimi getmişdir. Əməliyyata gedərkən onlara şəxs barəsində əvvəlcədən deyil, əməliyyat tədbiri ilə bağlı sonradan xəbər verilir. Laçını Eldardan sonra tutmuşlar, Təqsirləndirilən şəxs təzyiq və hədə-qorxu göstərməmişlər, üzərinə baxış zamanı bilmişlər ki, narkotik vasitəni Laçından almışdır. Məlumatın nəvaxt daxil olduğunu xatırlamır, Eldarın onun barəsində şikayəti olmamışdır, Təqsirləndirilən şəxs və Mehdiyev Laçının saxlanıldığı vaxt yadında deyil. Həmçinin həmin gün qolunda olan saatın işləmədiyini, ümumiyyətlə dayandığını, saatı həm düzəltdirmək, həm də bəzək aksesuarı kimi qoluna taxtını, şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırıldıqdan sonra imzalanarkən qolunda həmin saatda zamanın 21:30 göstərilməsini saatın xarab olması əlaqədar olduğunu, Mehdiyev Laçının üzərində şəxsi axtarış və götürmə aparılarkən həmin saatda zamanın 21:55, Mehdiyev Laçının evində axtarış və götürmə aparılarkən 22:45 göstərilməsinin səbəbini isə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 9 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. 2022-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid1, CAB-ın əməliyyat müvəkkili Şahid3, Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edib, rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs müdafiəçi Vasif Səmədovun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartları və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan X15 narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Laçın Mehdiyevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Laçın Mehdiyev əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Laçın Mehdiyev yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və ünvan 8 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Laçın Mehdiyev yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmiş, Laçın Mehdiyevin təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. X23 təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatının məlumatın nəvaxt daxil olduğunu xatırlamır, əməliyyat zamanı rəis müavini İlkin Kərimov da onlarla birlikdə bütün əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmişdir. Hansı əməlliyat-axtarış tədbiri görülüb dəqiq bilmir. Eldarı yaşadığı küçədə saxlamışlar, saxlanılma vaxtı da dəqiq yadında deyil, əməliyyat qeydiyyat işi açılıb-açılmamasını dəqiq bilmir, hər-halda açılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, Mehdiyev Laçın barəsində əvvəllər məlumatları olmamışdır, onun barəsində məlumatı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra Laçını bilmişlər. Təqsirləndirilən şəxs və Mehdiyev Laçının saxlanılması ilə bağlı hər hansı vaxt yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2021-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid1, CAB-ın əməliyyat müvəkkili Şahid2, Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edib, Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs müdafiəçisi Vasif Səmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan X15 narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Laçın Mehdiyevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Laçın Mehdiyev əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Laçın Mehdiyev yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və ünvan 8 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Laçın Mehdiyev yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmişdir. Laçın Mehdiyevin təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. X23 təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatının məlumatın nəvaxt daxil olduğunu xatırlamır, əməlliyat-axtarış tədbirində Şahid2, Şahid4, Şahid1 iştirak etmişdir, əməliyyat zamanı rəis müavini İlkin Kərimov da onlarla birlikdə bütün əməliyyat tədbirlərinin keçirilməsində iştirak etmişdir. Hansı əməlliyat-axtarış tədbiri görülüb dəqiq bilmir. Eldarı yaşadığı küçədə saxlamışlar, saxlanılma vaxtı da dəqiq yadında deyil, əməliyyat qeydiyyat işi açılıb-açılmamasını dəqiq bilmir, hər-halda açılmışdır. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, Mehdiyev Laçın barəsində əvvəllər məlumatları olmamışdır, onun barəsində məlumatı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra Laçını bilmişlər. Təqsirləndirilən şəxsla Mehdiyev Laçının evi arasında olan məsafə yadında deyil. Təqsirləndirilən şəxs və Mehdiyev Laçının saxlanılması ilə bağlı hər hansı vaxt yadında deyil. Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmir, o, heç bir hadisəyə şahid olmamış, Təqsirləndirilən şəxs onun qonşusudur, bir məhlədə böyümüşlər, Eldara verəcəyi bir pul var idi, onu ödəmişdir. Onun adından qeyd olunmuşdur ki, o, Eldara pul verərək narkotik vasitə almasını istəmişdir. Belə birşey olmamışdır. Onu polis şöbəsinə çağırıb suallar vermişlər ki, Eldarı və Laçını tanıyırsan o, da cavabında demişdir ki, Eldarı tanıyır, Laçını isə sadəcə məhlədə yaşayan biri kim tanıyır. Suallara cavab olaraq Laçının narkotik vasitə satdığından xəbəri olmadığını bildirmişdir. İbtidai istintaqda verilən ifadə də nə yazılıb dəqiq bilmir, ona dedilər ki, imzala o, da imzalamışdır. Vərəqə imza çəkib çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona nə dedilərsə onuda yazmışdır, ondan izahat alanın adını bilmir, sualları da həmin şəxs soruşur, o, Bakıda işləyir, çağırmışlar gəlmiş, birdəfə şöbədə olmuşdur, tanımadığı bir neçə nəfərdə var idi, Kürdəmirdə problem yaşamışdır, o, Eldardan borc almışdı, onu geri vermişdir, narkotik vasitəni bir-iki dəfə istifadə etmişdir, müstəntiq özü demişdir ki, sən ona pul vermisən. Şöbəyə nəvaxt çağrıldığını xatırlamır, lakin gecə idi, zəng edib çağırmışlar, heçvaxt belə işlə bağlı çağrılmamışdır, o, Eldara narkotik alması üçün pul verməmişdir, Laçını qonşu kimi tanıyır, şöbədə ifadə verəndə bugünü gözləyirmiş ki, doğruları burda desin. Çünki, hüquqları məhkəmədə qorunur. Orada isə istədiklərini edə bilirlər. Dediklərini etməsə onu da narkotiklə tutacaqlarından, şərləyəcəklərindən qorxmuşdur. Təzyiq olmamış, amma öz aralarında danışdıqlarından bilmək olur ki, aqibətin nə olacaq. O, şöbəyə gedəndə axşam qaranlıq imiş, lakin saatı dəqiq xatırlamır. Onu vurmamışlar, amma bilirmiş ki, dediklərini etməsə onu də şərləyərək tutacaqlar. Məhkəmə iclasında təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş müdafiəçisi olmuş X16 verilən suallara cavab olaraq bildirmişdir ki, bütün istintaq hərəkətlərinin keçirilməsində iştirak etmiş, lakin vaxt yadında deyildir. Ona hər hansı təzyiq olmasını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, bütün əməliyyat tərbirində iştirak etmişdir. Bu işin rəhbərliyini özü aparmış və cavabdeh şəxsdir. O, həmin dövrdə 2 ay olardı ki, rayonda fəaliyyətə başlamışdır. Təqsirləndirilən şəxs rayon sakinlərinin hamısı tanıyır. O, Təqsirləndirilən şəxs özünə məlumat vermişdir ki, barəsində məlumatlar daxil olur. Bu vətəndaşa xəbərdarlıq və onu qanuna çağırmaq xarakterli məlumatlandırma idi. Lakin Eldar ona demişdir ki, o, içki içəndir, amma narkotik vasitədən istifadə etmir. Daha sonra onlar narkotiklə mübarizəyə başlamışlar, çox saylı tədbirlər keçirmişlər, rayonda bir çox narkotik alqı-satqısının qarşısını almışlar. Əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs narkotik saxlanmasında şübhəli bilinərək saxlanılmışdır. Bu zaman Eldarın üzərindən üç qutu narkotik vasitə aşkarlanaraq götürülmüş və o, şöbəyə gəldikdən sonra özü könüllü şəkildə həmin narkotik vasitəni qonşusu Mehdiyev Laçından 210 manat qarşılığında aldığını etiraf etmişdir. Üzləşmədə bir daha bunu təsdiq etmişdir. Üzləşmədə Laçından yox, başqa şəxsdən aldığını bildirsəydi, həmin şəxs barəsində tədbir görüləcəkdi. Polis şöbəsində Eldar barəsində məxfi qovluq olmuşdur. Açıq məhkəmə iclası olduğu üçün tam şəkildə məlumat vermək istəmir, lakin onlara Eldarın qanunsuz hərəkəti əvvəlcədən məlum olmuşdur. Eldara qarşı heç bir təzyiqdən söhbət gedə bilməz. Eldar könüllü olaraq vəkillərin iştirakı ilə özü narkotik vasitəni Mehdiyev Laçından aldığını söyləmişdir. Məhkəmə iclasında təhqiqatçı Şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsi müdafiəçinin iştirakı ilə alınmışdır. Ola bilər ki, stolun üstündə izahat görünsün, lakin yaxşı baxdıqda görünür ki, izahat vərəqində imza yoxdur, orada yazılanlar özü üçün edilən qeydlərdir. Qeydlər müdafiəçini gözləyərkən aparılmışdır. Təqsirləndirilən şəxsə hər hansı təzyiq və ya təsir olmamışdır. Konkret saatı qeyd etmişdir, ola bilər ki, polis əməkdaşı Şahid4 saatı səhv işləyir. Məhkəmə iclasında müstəntiq X13 oğlu bildirmişdir ki, cinayət işi üzrə müstəntiq o olmuşdur. Eldarı rayon sakini kimi daha əvvəlcədən də tanımışdır. İş üzrə isntaq aparılarkən onun tərəfindən təsir olmamışdır. Onun tərəfindən təsir, təzyiq olunması barədə məlumat özünü müdafiə xarakterli də ola bilər. Şahidərin İfadələr alınarkən tarixin səhf yazılması texniki xəta ola bilər, adətən şablon üzərində işlənilir, üzərindən çox vaxt keçdiyi üçün xatırlamır. Eldarın telefonun da Aqşinin zəngi olmasına fikir verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 yanvar 2024cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli raortdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Sabir küçəsində saat 17:50 radələrində saxlanılaraq Ağsu RPŞ-nə gətirilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə saat 18:40 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid6 tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 və müdafiəçi X9 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan torbanın içərisində olan 04 ədəd kibrit qutularında, həmin kibrit qutuları ilə birlikdə çəkiləri 6,8 qram, 8,0 qram, 8,2 qram və 0,6 qram olmaqla ümumilikdə 23,6 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni qonşusu X7 210 manat pul müqabilində alaraq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 4 ədəd kibrit qutularında olan narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən olunması məqsədilə ekspertiza tədqiqatı üçün və 01 ədəd “Samsung A21 S” markalı mobil telefon, plastik kartlar və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş və zərflərə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - 10 yanvar 2024-cü il tarixdə keçirilmiş Şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntü 14 dəqiqə 55 saniyə davam edir, video çəkilişin 04:22-ci dəqiqəsindən 04:31-ci dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və plastik kartlar götürülərək qablaşdırılarkən stolun üzərində artıq onun adından yazılmış izahatın olduğu, həmçinin video çəkilişin 11:01-ci dəqiqəsindən 11:06-cı dəqiqəsinədək olan hissəsində və 14:11-ci dəqiqəsindən 14:15-ci dəqiqəsinədəkşəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırıldıqdan sonra imzalanarkən zərfi imzalayan şəxslərdən X5 qolunda saat olduğu və həmin saatda zamanın 21:30-21:33 radələri olduğu aşkar surətdə görünür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 17/41 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşak edilmiş kibrit qutularına doldurulmuş kütlələr..” adlar və imzalar yazılımış zərfin içərisində 03 ədəd kibrit qutularında və 01 ədəd kibrit qutusundakı 01 ədəd gümüşüağ rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 3,67 qr., 5,01 qr., 4,84 qr., 0,41 qr., ümumi təmiz çəkisi – 13,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Üzləşdirmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:50- dən 12:25-dək Təqsirləndirilən şəxs ilə X15 üzləşdirilmiş, üzləşdirilmədə hər iki şəxsin dövlət hesabına təyin edilmiş müdafiəçiləri iştirak etmişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni Mehdiyev Laçından aldığını sonuncunu üzünə demiş, Mehdiyev Laçın isə onunla razılaşmamış, onun nə üçün belə deməsi barədə bir söz deyə bilməmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X34 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X30 18 yanvar 2024-cü il tarixli, 18-1-25/2-36/24 saylı məktubundan görünür ki, ünvan 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliklərinə görə "xxxx" PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Əlavə olaraq bildirmişlər ki, o, və narkomaniya xəstəliyi ilə əlaqədar "xxxx" PHŞ-də qeydiyyatda dayanır. - Bakcell MMC tərəfindən istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Mehdiyev Laçının istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrdə narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatlar akşar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Laçın Mehdiyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 18:40 radələrində zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 21:58 radələrində zəng edilmiş və 19 saniyə danışıq aparılmış, həmin tarixdə saat 23:08 radələrində Laçın Mehdiyevin istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 23:53 radələrində zəng edilmiş və 11 saniyə danışıq aparılmış, xx.xx.2024-cü il tarixdə saat 00:16 radələrində zəng edilmiş və 8 saniyə danışıq aparılmışdır. Həmçinin həmin faylda Laçın Mehdiyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə ilə daha çox danışıqlar aparması müəyyən edilmişdir. Dİskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. - Azercell Telekom MMC tərəfindən istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədə narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatlar akşar edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Laçın Mehdiyevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 17:04 radələrində zəng edilmiş və 24 saniyə danışıq aparılmış, həmin tarixdə saat 19:47 radələrində zəng edilmiş və 27 saniyə danışıq aparılmış, xx.xx.2024-cü il tarixdə, saat 18:40 radələrində zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 21:58 radələrində zəng edilmiş və 18 saniyə danışıq aparılmış, Diskdə olan antenna.xlsx adlı fayla daxil 051918- 48-58 və ***-***-**-** saylı mobil nömrələrin 09-10 yanvar 2024-cü il tarixlərdə Ağsu rayonu ərazisində olan antenlərin əhatə dairəsində olması müəyyən edilmişdir. Dİskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs X10 üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları (marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 fevral 2024-cü il tarixli, 192 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xırdalan Vəkil Börosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün təqdim edilmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilmişdir. - Üzləşmədən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Müdafiəçi ifadələrində əhəmiyyətli ziddiyətlər olduğundan Şahid4, Şahid1, Şahid3 və Şahid2 ilə aralarında üzləşdirmə istintaq hərəkətinin keçirilməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişlər. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, üzləşdirmə hərəkətlərindən imtina edir. Qeyd edir ki, üzləşdirmə aparılan polis əməkdaşı Kamal ona dəfələrlə hədə-qorxu gəlmiş, ona dəfələrlə bildirmişdir ki, onu və ailə üzvlərini onun tərəfindən təhlükə gözləyir. Kamal ona bir neçə dəfə təzyiq göstərib və ona xəsarət yetirmişdir. Qeyd etmişdir ki, Kamal polis əməkdaşıdır və hazırda istintaq Ağsu rayon Polis Şöbəsində aparılır. Hesab edir ki, polis əməkdaşları ilə üzləşdirmə aparsa onlar ona və ailə üzvlərinə qarşı təzyiq göstərəcəklər. - Vəsatətə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən göstərdiyi xüsusatlar əsassız olduğundan təmin edilmədən rədd edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı şübhəli Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs X10 üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları (marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin özlərinin ilkin etirafedici ifadələri, şahidlərin ifadələri, Ağsu rayon Məhkəməsinin təqsiriləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarlarında göstərilən xüsusatlar, axtarış və götürmə protokolları, üzləşdirmə protokolu, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X19 11 yanvar 2024-cü il tarixli, 17/41 saylı və 17/42 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 192 və 193 nömrəli ekspert rəyləri, “Azercell Telekom MMC”-dən və “Bakcell MMC”-dən daxil olmuş disklərə keçirilmiş baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - 19.03.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung A 21S” markalı mobil telefon müdafiəçisi Müdafiəçi təhvil verilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət qismən təmin edilmiş, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi və X10 CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X15 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 iyun 2024-cü il tarixədək uzadılmışdır. - Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatında olan ********* saylı cinayət işinin materiallarından CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı şübhəli Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs X10 üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları (marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, şahidlərin ifadələri, Ağsu rayon Məhkəməsinin təqsiriləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarlarında göstərilən xüsusatlar, axtarış və götürmə protokolu, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X19 11 yanvar 2024-cü il tarixli, 17/41 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 192 nömrəli ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024-cü il tarixdə saat 17:38-də anten məlumatı ünvan 13 ünvanını göstərmiş, həmin gün saat 18:41-də anten məlumatı Ağsu rayonu, Pirhəsənli kəndində olmasını göstərmişdir. Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024-cü il tarixdə saat 18:01-də anten məlumatı ünvan 13 ünvanını göstərmiş, həmin gün saat 18:28-də anten məlumatı Ağsu rayonu, Pirhəsənli kəndində olmasını göstərmişdir. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Şahid3 istifadəsində və üzərində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin 10 yanvar 2024-cü il tarixdə saat 21:00 və 21:43-də anten məlumatları eyni ərazi göstərmişdir. X9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024cü il tarixdə saat 17:59-dan 19:45-dək anten məlumatı Kürdəmir rayonu ünvanını göstərmişdir. Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 11 mart 2024-cü il tarixdə saat 08:46-dan 22:50-dək anten məlumatı Bakı şəhəri və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanını göstərmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:46-dan saat 15:48-dək Ağsu şəhəri, Sabir küçəsində olmuş, saat 16:00-dan saat 16:34-dək yaşayış yerində, saat 16:35-də hərəkətə başlayaraq saat 16:39-dan 16:41-dək yenidən Sabir küçəsində olmuş, saat 16:42-dən 16:54-dək yaşayış yerində, saat 16:55-də yaşayış yerini tərk edərək saat 17:07-dək Hüseyn Məmmədov küçəsində olmuş, saat 17:10-dan başlayaraq Ağsu rayon polis şöbəsində saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİdmət X3 xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-1869 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən müəssisəyə etapla qəbul edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs tibbi müayinə zamanı hər hansı xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin qərarın 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özü etiraf etməsə də onun CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, o cümlədən barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman ona hər hansı təsirin olmasına, üzərində narkotik vasitənin olmamasına, narkotik vasitənin üzərinə qoyulmasına dair söz deməmiş, bununla bağlı vəsatət və ya ərizə verməmiş, eyni zamanda məhkəmə tərəfindən verilən suallara cavab olaraq təqsirini etiraf etmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİdmət X6 etapla qəbul edilərkən tibbi müayinə zamanı hər hansı xəsarət izləri aşkar edilməmişdir, hətta orda da fiziki və ya psixoloji təsirlə bağlı hər hansı müraciət etməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, protokolun tərtib edilmə saatı təhqiqatçı tərəfindən texniki xəta nəticəsində səhf yazılsada onun üzərinə baxış keçirilməsində müdafiəçi iştirak etmiş və o, həmin vaxtda da ona qarşı hər hansı zorakılıq hərəkətlərinin olmasına və narkotik vasitəni üzərinə qoyulmasına dair müraciət etməmişdir. Üzləşdirmə aparılmasına dair CD diskə baxışdanda görünür ki, protokolun tərtib edilmə saatı texniki xəta nəticəsində səhf yazılsada üzləşdirmədə həm Təqsirləndirilən şəxs, həmdə Mehdiyev Laçının müdafiəçiləri iştirak etmişlər. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 10 yanvar 2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 18:10-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(016)-4/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 1(016)-16/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu rayon icra və probasiya şöbəsinin 011/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(016)-16/2022 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Ağsu rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Ağsu Rayon Məhkəməsinin 4(016)-5/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq inzibati qaydada həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddət axımına daxil olmadığı üçün hal-hazırda məhkumun cəzasının çəkilməmiş hissəsi xx.xx.2024-cü il tarixinə 03 (üç) ay 13 (on üç) gündür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 yanvar 2024-cü il tarixli, 5-34-13/2-3-335/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 16 ünvanında yaşayır. Ailə üzvü arvadı - X11r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam intizamlı deyil. Ailə və məişətdə özünü aparmağı bacarmır. Böyüklərə hörmət etmir. Bir dəfə həbs olunmuşdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarına əlavə edilmiş Ağsu rayon icra və probasiya şöbəsinin 011/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(016)-16/2022 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi xx.xx.2024cü il tarixinə 03 (üç) ay 13 (on üç) gün təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(016)-16/2022 saylı hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 03 (üç) ay 13 (on üç) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), təyin edilən cəzanın həbsdə saxlanıldığı müddət həcmində olması nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən götürülmüş ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,73 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 35,97 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Ağsu Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 13 (on üç) gün azadlığın məhdudlaşdırılması cəzası, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 21 (iyirmi gün) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən (01 (bir) il 05 (beş) ay 21 (iyirmi gün)) həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,73 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-7/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-7/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver