Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-72/2024 12.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsi X17 Sahəsində sürücü vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 386,52 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək bir hissəsini üzərində, digər hissəsini isə avtomobilində saxlamış, 04 may 2024-cü il tarixdə saat 12:15 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün idarə etdiyi “Mitsubishi L200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 14:17-dən etibarən üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sol yan cibindən, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,52 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 14:40-dan etibarən idarə etdiyi avtomobildə axtarış və götürmə aparılması zamanı avtomobilin sürücü oturacağının altından bir ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 380 qram olan, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşamışdır. Narkotik vasitə olan, camaat arasında “nəşə” adlanan marixuanadan arabir istifadə edirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, 03 may 2024-cü il tarixdə Ağsu şəhəri ərazisində “Köhnə xəstəxana” adlanan yerin yaxınlığında küçə ilə gedərkən yerdə bir ədəd sellofan torba onun diqqətini cəlb etdiyi üçün yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt onun içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. İstifadə etmək məqsədilə həmin torbanı götürüb idarə etdiyi “Mitsubishi L200” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü oturacağının alt hissəsinə qoymuşdur. Bundan başqa həmin sellofan torbanın içərisində olan marixuanadan bir hisəssini də bir ədəd kibrit qutusuna doldurmuş və istifadə etmək məsədilə üzərində saxlamışdır. 04 may 2024-cü il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi “Mitsubishi L200” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən Ağsu rayon polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Onlar özlərini təqdim etmişlər. Polis əməkdaşları üzərində və avtomobilində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötrü onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin təhqiqat qrupunda olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edilmişdir. O, üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra o, əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu onun və iştirakçıların iştirakı ilə açıldıqda orada marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərimdə şəxsi axtarış aparılmış və axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş və o digər iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra imza etmişdir. Bundan sonra idarə etdiyi “Mitsubishi L200” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmışdır. O, axtarış aparılarkən idarə etdiyim “Mitsubishi L200” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba onun və iştirakçıların iştirakı ilə açıldıqda orada marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən avtomobildə axtarış aparılmış və axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş və o, həmin protokollarla tanış olduqdan sonra imza etmişdir. Əlavə olaraq üzərindən və avtomobilindən aşkar edilmiş marixuananı heç kəsdən almadığını, aşkar edilmiş qurudulmuş marixuananı 03 may 2024cü il tarixdə Ağsu şəhərində yerdən tapdığını, özü marixuana istifadə etdiyindən tapdığı marixuananın bir hissəsini üzərində, digər hissəsini avtomobilində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs X5 daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid qardaşı olmasını, himayəsində iki azyaşlı uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, xəstə olmasını, məhkumluğunun ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid qardaşı olmasını, himayəsində iki azyaşlı uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, xəstə olmasını, məhkumluğunun ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu Musabəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyir. 04 may 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra o, həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və lazımi sənədləşdirməni aparmışdır. Daha sonra əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Onlar həmin tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb ona özlərini təqdim etmişlər və avtomobildən yerə düşürmüşlər. Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Ağsu rayon Polis Şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə şöbəyə gəlmişdir. Rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sol yan cibindən, bir ədəd kibrit qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobildə də Ağsu şəhər ərazisində yerdən tapdığı marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin sürücü oturacağının altından bir ədəd torbada olan marixuanaya bənzər maddə çıxarıb təqdim etmişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman və ya rayon polis şöbəsinə gətirdikdən sonra ona qarşı hər hansı fiziki zorakılıq tətbiq etməmişdir. Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki zorakılıq göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən nömrəsiz evdə yaşayır. Hazırda Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 04 may 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra Şahid1 həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və lazımi sənədləşdirməni aparmışdır. Daha sonra əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Onlar həmin tarixdə saat 12:15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və avtomobildən yerə düşürmüşlər. Habil Zamnova üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün birlikdə Ağsu rayon Polis Şöbəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə şöbəyə gəlmişdir. Rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynində olan göy rəngli şalvarın sol yan cibindən, bir ədəd kibrit qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. O, həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin idarə etdiyi avtomobildə də Ağsu şəhər ərazisində yerdən tapdığı marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin sürücü oturacağının altından bir ədəd torbada olan marixuanaya bənzər maddə çıxarıb təqdim etmişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05 may 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Osmanlı tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili işləyən, polis polkovnik-leytenantı Şahid2 və Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əyninə geyindiyi göy rəngli şalvarının sol yan cibindən, bir ədəd kibrit qutusunda, kibrit qutusu ilə birlikdə 9,75 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - Nəqliyyat vasitəsində axtarış və götürmə aparılması haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Osmanlı tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili işləyən, polis polkovnik-leytenantı Şahid2 və Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus “Mitsubishi L200” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparılması zamanı avtomobilin sürücü oturacağının altından bir ədəd qara rəngli sellofan torbada, sellofan torba ilə birlikdə çəkisi 295 qram olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş 05 may 2024-cü il tarixli 3-16-16-2-17/423 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə axtarış keçirilən zaman aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi – 380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda və 01 ədəd qara rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir (İ siyahı). Qeyd: 1) Marixuananın təmiz çəkisi – 6,52 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq – 6,50 qr. 2) Marixuananın təmiz çəkisi – 380,0 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 379,9 qr. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içərisində olan, 01 ədəd kibrit qutusunda, tədqiqatdan sonrakı təmiz çəkisi 6,50 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd kağız torbanın içində olan, 01 ədəd qara rəngli sellofan torbada olan tədqiqatdan sonrakı təmiz çəkisi 379,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli 18-1-25/2-535/24 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nin psixiatrik kabinetində Psixopatiya oyanıq tip diaqnozula dispanser qeydiyyatda dayanır, narkoloji kabinetdə narkomaniyaya görə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 07 iyun 2024-cü il tarixli, 1015 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperrtiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12 iyun 2024-cü il tarixli, 1733 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. - Sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın 07 may 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edillərək şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/423 saylı ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 1015 saylı ekspert rəyi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsində axtarış və götürmə aparılması haqqında protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 386,52 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.1974-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda yaşayan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 may 2024-cü il tarixdə saat 12:15-da tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(016)-32/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 may 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə CM-nin 226-1 maddəsinin 1 hissə 55 AR ilə təqsirli bilinərək 02 il müddətinə narkotikdən məcburi müalicə olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1994-cü ildə cəzasının sonu ilə azad olunmuş, Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 102.1, 207.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 05 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəza müddəti 01 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəza müddəti 01 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 ay 20 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş və cəza müddəti 2012-ci ildə bitmişdir. Hazırkı cinayət əməlini də xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi vaxt məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Sukanal sahəsinin Xasiyyətnamədən görünür ki, Ağsu şəhəri, Firdovsi küçəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən "xxxx" ASC-nin 2 №-li Regional Sukanal idarəsinin Ağsu Sukanal sahəsində İstismarın təşkili və idarə edilməsi qrupunda 4-cü dərəcə ilə sürücü peşəsində işləyir. İşlədiyi müddətdə intizamlı sürücü kimi özünü göstərmişdir. Verilmiş bütün tapşırıqları vaxtı-vaxtında yerinə yetirmişdir. Çalışdığı kollektivdə iş yoldaşlarının hörmətini qazanmış və həmişə mehriban ünsiyyətdə olmuşdur. - Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər inzibti ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-13/2-3-1187/2024 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Firdovsi küçəsi ev 21də yaşayır. Ailə üzvləri: arvadı – X1 – 1976 təvəllüdlü, oğlu – X8 – 2011-ci il təvəllüdlü qızı – X6 – 2013-cü il təvəllüdlü. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli 18-1-25/2-2-31-1169/24 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-nin endokrinoloji kabinetində “Şəkərli diabet tip 2, orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatda dayanır. - Şəhid ailəsi üzvünün 005804 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X4 şəhid anasıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli 18-1-25/1-2-31-1177/24 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan X4 “Ağsu RMX” PHŞ-nin endokrinoloji kabinetində “Şəkərli diabet tip 2, orta ağır forma” diaqnozu ilə dispanser qeydiyyatda dayanır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid ailəsi olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əvvəllərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 06 may 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içərisində olan, 01 ədəd kibrit qutusunda, tədqiqatdan sonrakı təmiz çəkisi 6,50 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və idarə etdiyi avtomobildə axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd kağız torbanın içində olan, 01 ədəd qara rəngli sellofan torbada olan tədqiqatdan sonrakı təmiz çəkisi 379,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 35,97 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 (on) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 04 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içərisində olan, 01 ədəd kibrit qutusunda, tədqiqatdan sonrakı təmiz çəkisi 6,50 qram olan narkotik vasitə olan qurudulmuş marixuana və idarə etdiyi avtomobildə axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd kağız torbanın içində olan, 01 ədəd qara rəngli sellofan torbada olan tədqiqatdan sonrakı təmiz çəkisi 379,9 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-72/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-72/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver