Məhkəmə qərarları › İş №1(016)-75/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-75/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-75/2024 13.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X22 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1972-ci ildə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayon Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, 2023-cü ilin dekabr ayında Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən vət. Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,0430 ha torpaq sahəsinin 0,0158 ha hissəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan mişar daşlarından heyvanların saxlanılması üçün nəzərdə tutulmuş tövlə inşa etdirərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,0158 ha torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Ağsu rayon Qaraqaşlı kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxsla aralarında ədavət və düşmənçiliyi yoxdur. Onun Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi vardır. O, 1992-ci ildən həmin torpaq sahəsində yaşayır. Həmin torpaq sahəsində özünə bir mərtəbəli fərdi yaşayış evi, xırdabuynuzlu heyvanlar saxlamaq üçün kiçik tövlə və digər tikililər tikmişdir. Onu da qeyd etmişdir ki, onun həyətyanı torpaq sahəsinin yanında 0,043 ha boş torpaq sahəsi vardır. 2019-cu ilin oktyabr ayında o, həmin 0,043 ha boş torpaq sahəsini almaq və sənədləşdirmək istəyirmiş. Bununla bağlı Ağsu rayon Pirhəsənli Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. X1 rəsmi şəkildə cavab vermişlər ki, həmin torpaq sahəsinin həyətyanı sahə kimi ayrılması mümkün deyil. Bundan sonra o, Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı mərhum Vahid Tağıyevə müraciət etmişdir. Vahid Tağıyevdə iclasların birində Pirhəsənli Bələdiyyəsinin sədri Şahid2 həmin boş torpaq sahəsinin ona satılması ilə bağlı göstəriş vermişdir. X5 sədri Şahid2 həmin torpaq sahəsinin ona satılmasını həyata keçirməmişdir. Bir müddət sonra isə Ağsu rayon İcra Hakimiyyətinin başısı Vahid Tağıyev vəfat etmişdir. Buna görə də həmin 0,043 ha torpaq sahəsinin sənədləşməsi həyata keçirilməmişdir. Lakin o, həmin torpaq sahəsinin onsuzda gec-tez ona satılacağını fikirləşirmiş. Çünki 1996-cı ildə torpaq islahatı aparılan zaman ona Ağsu rayon Qaraqaşlı kəndinin çöl sahəsindən 0,34 ha pay əkin torpaq sahəsi ayrılacaqmış. Lakin məlum olmuşdur ki, ona 0,24 ha pay əkin torpaq sahəsi ayrılmışdır. O bu barədə Ağsu rayon Pirhəsənli kənd bələdiyyəsinə müraciət edən zaman Pirhəsənli Bələdiyyəsinin sədri Şahid2 həyətyanı torpaq sahəsinin yanında olan 0,043 ha torpaq sahəsinin ona veriləcəyini, ona görə də pay əkin torpaq sahəsinin azlıq təşkil etdiyini bildirmişdir. Buna görə də 2023-cü ilin dekabr ayında o, həmin 0,043 ha torpaq sahəsinin onsuzda gec-tez ona satılacağını fikirləşdiyi üçün həmin torpaq sahəsinin bir hissəsində tövlə tikdirməyə başlamışdır. O, tövləni tikdirən zaman dekabr ayının sonlarında Zərərçəkmiş şəxs və Ağsu rayon İcra Hakimiyyətinin işçiləri həmin yerə gələrək həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olduğunu və qanunsuz tikinti işi apardığını, tikintini saxlamağını, tikdiyi hissəni sökməyini bildirmişlər. Bundan sonra isə o, öyrənmişdir ki, 2021-ci il tarixdə həmin 0,043 ha torpaq sahəsini Pirhəsənli Bələdiyyəsinin sədri Şahid2 Zərərçəkmiş şəxs satmışdır. O, tikintini dayandırsa da, tikdiyi hissəni sökməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Ağsu rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Pirhəsənli Bələdiyyəsi həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs satılması barədə ona heç bir məlumat verməmişdir. O, həmin torpaq sahəsinin Pirhəsənli Bələdiyyəsinin mülkiyyətində olduğunu və gec-tez ona satılacağını fikirləşirmişdir. Çünki ona çöl əkin sahəsindən pay torpağı az verilmişdir. Həmin torpaq sahəsinin ətrafını o, hasarlamamışdır, kim tərəfindən hasarlanmasını da bilmir. O, həmin torpaq sahəsindən istifadə etməmişdir. Sadəcə 2023-cü ilin dekabr ayında həmin torpaq sahəsinin bir hissəsində eni 4 metr uzunluğu isə 8 metr olan tövlə tikmişdir. Lakin torpaq sahəsinin yol tərəfi 2018-ci il tarixdə Ağsu rayon İcra Hakimiyyəti tərəfindən hasarlanmışdır. Həmin torpaq sahəsində tikintini həmkəndlisi usta işləyən Şahid1 tikmişdir. Lakin Mirhacıya tövlənin tikilməsi barədə göstərişi o, vermişdir. Həmin 0,043 ha boş torpaq sahəsinin Ağsu rayon Pirhəsənli Bələdiyyəsindən alınması ilə bağlı müraciət etməsi və rəsmi şəkildə cavab verildiyini təsdiq edən sənədin surətini istintaqa təqdim etmişdir. Həmin torpaq sahəsi Zərərçəkmiş şəxs bələdiyyə tərəfindən qanunsuz satılmışdır. Həmin torpaq sahəsi ona satılmalıdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini, ona şər və böhtan atıldığını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əmlində cinayət tərkibinin olmadığını, onun özünü təqsirli bilməməsini, heç bir cinayət törətmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü Bakı şəhərində yaşasa da, Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində 4,30 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin qonşuluğunda Ağsu rayon Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs yaşayır. Təqsirləndirilən şəxs həyatyanı sahəsinin nə qədər olmasını isə bilmir. 2023-cü ilin aprel ayından həmin ilin dekabr ayınadək olan müddətdə ailə vəziyyəti ilə əlaqədar olaraq Ağsu rayonuna gələ bilməmişdir. 2023-cü ilin dekabr ayının 23-də Ağsu rayonuna gələrkən özünə məxsus torpaq sahəsinə baxmaq üçün getmişdir. Həmin vaxt torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüşdür. O, həmin vaxtı orada olan şəxslərdən tikinti işlərinin kim tərəfindən və nə üçün aparıldığını soruşmuşdur. Orada olan tanımadığı şəxslər ona tikinti işlərinin Ağsu rayon Qaraqaşlı kənd sakini Müşfiq adlı şəxs tərəfindən aparıldığını və həmin yerdə tövlə tikildiyini bildirmişlər. Dərhal o, Ağsu rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Ağsu rayon İcra Hakimiyyətindən 3 nəfər nümayəndə ayırılmış və birlikdə həmin yerə getmişlər. Ağsu rayon İcra Hakimiyyətinin iştirakçıları tərəfindən Müşfiq adlı şəxs xəbərdar olunaraq ona tikintinin dayandırılması və tikdiyi daşların sökülməsi barədə göstəriş verilmişdir. Müşfiq adlı şəxs İcra Hakimiyyətinin işçilərinə tikintini dərhal dayandıracağını və hörülmüş daşların qısa müddətdə söküləcəyini bildirmişdir. Bundan sonra o və İcra Hakimiyyətinin işçiləri oradan uzaqlaşıb getmişlər. Həmin günü o, işləri ilə əlaqədar Bakı şəhərinə getmişdir. 29 yanvar 2024-cü il tarixdə yenidən Ağsu rayonuna gəlmiş, rayona gəldikdən sonra Müşfiq adlı şəxsin onun torpaq sahəsində hördüyü daşları söküb-sökmədiyini öyrənmək üçün öz torpaq sahəsinə getmişdir. Orada görmüşdür ki, Müşfiq adlı şəxs tikinti aparmasa da, əvvəlcədən hördüyü daşları sökməmişdir. Buna görə o, Ağsu RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdən rəsmi olaraq çıxarış və plan-ölçü əsasında ona məxsusdur, torpaq sahəsi 0,043 hektardır. O, həmin torpaq sahəsini Pirhəsənli Bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında 2021-ci il tarixdə almışdır. O, özünə məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin hansı tarixdə aparılmasını dəqiq bilmir. Lakin onu bilir ki, tikinti işləri 2023-cü ilin dekabr ayından bir müddət əvvəl aparılmışdır. Onun torpaq sahəsinin kənarında köhnə yanacaqdoldurma məntəqəsinin ərazisi deyilən yerdə başqa şəxsə məxsus torpaq sahəsi vardır. Həmin çəpərlənmədə qonşu torpaq sahəsi ilə onun torpaq sahəsini ayırır və uzun illər əvvəl çəkilmişdir. Təqsirləndirilən şəxs onun torpaq sahəsində sadəcə özbaşına və qanunsuz olaraq tikinti işləri aparmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini, istintaqa verdiyi ifadəni təsdiq etdiyini, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun torpaq sahəsini qaytarmadığını, ona görə də ona ağır cəza təyin edilməsini və torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ağsu rayon Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əmisioğludur. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Hal-hazırda fərdi əməklə məşğul olur, usta işləyir. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ondan həyatyanı sahəsində heyvanların saxlanılması üçün tövlə tikməyini istəmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmış və gördüyü işin müqabilində Təqsirləndirilən şəxs 300 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs ona tövlə tikəcəyi yeri göstərib həmin yerin həyətyanı sahəsinə aid olduğunu bildirmişdir. O da tikəcəyi tövlənin eni və uzununu ölçüb-biçdikdən sonra tövləni tikməyə başlamışdır. O, tövləni tikən zaman dekabr ayında xatırlamadığı gündə Zərərçəkmiş şəxs həmin əraziyə gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs həmin yerə gəldikdən sonra həmin tikinti aparılan torpaq sahəsinin özünə məxsus olduğunu və tikintini dayandırmağını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ondan həmin tövləni kimin üçün tikdiyini soruşmuşdur. O da həmin yerin Təqsirləndirilən şəxs məxsus olduğunu və tövləni də Təqsirləndirilən şəxs göstərişi ilə tikdiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ona həmin yerin sənədləri olduğunu və yerin çıxarış əsasında özünə məxsus olduğunu demişdir. O da bundan sonra tikintini saxlamışdır. Həmin vaxtdan sonra orada heç bir iş görməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Ağsu rayon Pirhəsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayından Pirhəsənli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. X4 kəndi və Pirhəsənli kəndinin ərazilərini əhatə edir. 2021-ci ildə Qaraqaşlı kəndi ərazisində yerləşən 4,3 sot yaşayış mənətəqələri kateqoriyalı torpaq sahəsi satılması üçün hərrəca çıxarılmışdır. Zərərçəkmiş şəxs hərracda qalib gələrək həmin torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi daha alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs satılmış, daha sonra notarial qaydada Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinə çıxarış verilmişdir. Lakin 2023-cü ilin dekabr ayında həmin torpaq sahəsində Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmışdır. Buna görə də Zərərçəkmiş şəxs Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı “Hərrac Qəzetində” məlumat verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs da həmin torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı məlumatı olmuşdur. 09 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs “həmin torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti keçdiyi üçün həyətyanı torpaq sahəsi kimi ayrılmasının mümkün olmaması” barədə rəsmi məktubla məlumat vermişdir. Lakin sonradan həmin torpaq sahəsinin yanında yerləşən yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırdığına görə həmin məntəqəyə gedən elektrik xətti 2020-ci ilin iyul-avqust aylarında söküldüyü üçün, Layihə Tədqiqat İdarəsi 07 sentyabr 2020-ci il tarixli “Ayrılan torpaq sahəsinin kadastr göstəriciləri” adlı sənədində həmin torpaq sahəsi heç bir kommunikasiya xətlərinin mühafizə və sürüşmə zonasında yerləşmir deyə bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs satılmasından məlumatı olmuşdur. Həmin torpaq sahəsinin ətrafını Təqsirləndirilən şəxs hasarlamamışdır və həmin torpaq sahəsindən istifadə etməmişdir. Lakin 2023-cü ilin dekabr ayında həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Ağsu rayon X13 Qrupuna göndərilmişdir. - Cinayət işi icraata qəbul edilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. - Zərərçəkmiş şəxs oğllunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində ona məxsus olan təxminən 4 sot torpaq sahəsi Qaraqaşlı kənd sakini Müşfiq adlı şəxs tərəfindən qanunsuz olaraq zəbt olunmuş və orada tikinti işləri aparılmışdır. Odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********89 olan Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən ümumi sahəsi 0,043 hektar olan torpaq sahəsi Zərərçəkmiş şəxs adına qeydiyyat nömrəsi ********** olan xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin A№645685 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Zərərçəkmiş şəxs adına olan Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən ümumi sahəsi 0,043 hektar olan torpaq sahəsinin kadastr götəriciləri, o cümlədən döngə nöqtələri müəyyən edilmişdir. - Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon Qaraqaşlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində baxış keçirilmiş, baxış zamanı ərazinin metal tor vasitəsilə hasara çəkilməsi, həmçinin mişar daşından tikinti işlərinin aparılması müəyyən olunmuşdur. Metal tor vasitəsilə hasara çəkilmiş ərazinin, həmçinin mişar daşından tikilmiş tikilinin foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Ağsu rayonu X2 Müşfiq Mayıs oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Pirhəsənli bələdiyyəsinə məxsus sözügedən torpaq sahəsindən yüksək gərginlikli elektrik xətti keçdiyi üçün həmin sahənin həyətyanı toraq sahəsi kimi verilməsi mümkün deyil. - 07.09.2020-ci il tarixli D/y **********/Y/p045 saylı Ayrılan torpaq sahəsinin kadastr göstəricilərindən görünür ki, Qaraqaşlı kənd ərazisində yerləşən 430 kv.metr torpaq sahəsi Pirhəsənli bələdiyyəsinin mülkiyyətindədir. Ayrılmış torpaq sahəsinin qonşuluğunda olan yancaq doldurma məntəqəsi hal-hazırda naturada mövcud deyildir. Ayrılmış torpaq sahəsi daş hasar daxilindədir. Torpaq sahəsi xx.xx.2019-cu il ********** nömrəli müayinə baxış aktı ilə üst-üstə düşür. Ayrılmış torpaq sahəsi kommunikasiya xətlərinin (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər) mühafizə və sürüşmə zonasında yerləşmir. - Ağsu rayon İcra Hakimiyyəti memarlıq və Tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, fərdi yaşayış ev tikintisi məqsədilə Ağsu rayon Pirhəsənli bələdiyyəsinin mülkiyyətində olan Qaraqaşlı kəndinin prespektiv fondundan 0,043 ha torpaq sahəsi üçün “Şəhərsalmanın əsasnamələri haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin şərtlərinə uyğun olaraq müvafiq tiktintilərin altına torpaq sahələrinin ayrılmasına Ağsu rayon İcra Hakimiyyəti memarlıq və Tikinti şöbəsi etiraz etmir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auiksion Mərkəzinin xx.xx.2021-ci il tarixli AM seriyalı № 013100 nömrəli Şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ağsu rayonunun Pirhəsənli Bələdiyyəsinin mülkiyyətində olan 430 kv.metr və ya 0,043 hektar olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X11 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın qalibidir. Torpaq sahəsi torpaq hərracında 760 manata satılmışdır. Şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X11 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə 24 nömrə ilə qeydiyyata alınmaqla hərracın qalibinə verilmişdir. - Daşınmaz əmlakın AN-İ№ ******* saylı xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən ümumi sahəsi 0,043 hektar olan torpaq sahəsi Ağsu rayonunun Pirhəsənli Bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs satılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23i 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 iyun 2024-cü il tarixli, **********07 nömrəli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin və Ağsu rayon Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin sərhədləri, koordinatları və konfiqurasiyası müəyyən edilmiş, Təqsirləndirilən şəxs faktiki istifadəsində olan 0,0958 hektar torpaq sahəsinin 0,0158 hektar hissəsi **********89 reyestr nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs məxsus 0,0430 hektar torpaq sahəsi ilə üst-üstə düşür (ortofoto görüntüsü əlavə edilmişdir). Məlumat üçün bildirilmişir ki, Təqsirləndirilən şəxs faktiki isifadəsində olan 0,0958 hektar torpaq sahəsinin 0,08 ha hissəsinə aid Təqsirləndirilən şəxs məxsus JN-156A nömrəli şəhadətnamə mövcuddur. - 12 iyun 2024-cü il tarixli aktdan görünür ki, DƏDKD-in 14 saylı Şamaxı Ərazi İdarəsinin mühəndisi Əkrəm Əhmədov, Ağsu rayon Polis Şöbəsinin baş müstəntiqi Rəhim Əhmədov və baxış keçirilən həyətin sahibi Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli ********* nömrəli məktubu ilə əlaqədar olaraq Ağsu rayonu Qaraqaşlı kəndində olmuşlar. Məktubda qeyd edilən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və sözügedən ərazidə GPS aləti vasitəsilə çöl-ölçmə işləri aparılmış, ərazinin koordinatları müəyyənləşdirilmişdir. Foto şəkil əlavə edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X20 24 iyun 2024-cü il tarixli 18-1-25/2-532/24 nömrəli məktubundan görünür ki, Ağsu rayonunun Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmiş, qərarın surəti ona təqdim edilmişdir. - Məhkəmə-torpaqşünaslıq ekspertizasının 06 avqust 2024-cü il tarixli 3-16-16/2- 10/5390 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********07 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, Təqsirləndirilən şəxs faktiki istifadəsində olan 0,0958 hektar torpaq sahəsinin 0,0158 hektar hissəsi **********89 reyestr nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs məxsus 0,0430 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Məlumat üçün bildirilmişdir ki, Təqsirləndirilən şəxs faktiki isifadəsində olan 0,0958 hektar torpaq sahəsinin 0,08 ha hissəsinə aid Təqsirləndirilən şəxs məxsus JN-156A nömrəli şəhadətnamə mövcuddur. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 188.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 barəsində CM-nin 188.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işi üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsininin məktubu, məhkəmə-torpaqşünaslıq ekspertizasının 06 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5390 nömrəli rəyi və cinayət işinin materiallarına əlavə edilmiş sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi CPM-in 143-146cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahid ifadələri, iş materiallarına əlavə edilmiş foto şəkillər və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə, həmçinin cinayət işi materialları ilə tanış olarkən özünü ona CM-nin 188.2-ci maddə ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs özü etiraf edir ki, ittihamda göstərilən ərazini heç bir sənəd olmadan, heç kimlə müqavilə bağlamadan çəpərləmişdir. Bundan başqa cinayət işinin başlanmasına əsas olmuş torpaq sahəsinin rəsmi olaraq zərər çəkmiş şəxsə məxsus olmasını bildiyi vaxtdan, həmin sənədin verilməsini mübahisələndirməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dolayısı ilə törətdiyi əməli etiraf etmiş, lakin özünü təqsirli bilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməllərini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin zərər çəkmiş şəxsin, yuxarıda sadalanmış şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları, verilmiş sorğulara alınmış cavablar və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 188.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1972-ci il tarixdə Ağsu rayonu Qaraşaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu Qaraşaqlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən CM-nin 143.3-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə 01 il 02 ay 03 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 13 fevral 2024-cü il tarixli 5-34-17/2-3- 86/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqaşlı kəndində yaşayır və ailə üzvləri: arvadı – X8 – 1980; oğlu – X12 – 2003; qızı – X9 – 2017; qızı – X10 – 2019. - Azərbaycan Respublikası Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 16 saat hüquqi yardıma görə 96 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar