Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-76/2024 15.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2002-ci ildə Kürdəmir rayon Dəyirmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Kürdəmir rayon Dəyirmanlı kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx.xx.1996-cı ildə Ağsu rayon Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" QSC-nin Ağsu rayon filalında çilingər işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayon Rəhimli kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, oğurluq etmək barədə razılığa gəldikdən sonra 18 may 2024-cü il tarixdə, saat 23 radələrində qonşusu Ağsu rayon Rəhimli kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinin dəmir tordan ibarət çəpərini birlikdə aşmaqla sonuncunun evinin həyətində yerləşən tövləyə daxil olaraq oradan 01 baş diri çəkisi 50 kq, erkək cinsli bir il yarımlıq 450 manat dəyərində və 01 baş diri çəkisi 30 kq, ekrək cinsli 08 aylıq 280 manat dəyərində qoyunları oğurlayıb, aparmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vuraraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, oğurluq etmək barədə razılığa gəldikdən sonra 19 may 2024-cü il tarixdə, saat 23 radələrində Ağsu rayon Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin dəmir tordan ibarət çəpərinin yaxınlığına gəlib, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra qohumu Təqsirləndirilən şəxs2la aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən sonuncu kənarda gözləyərkən o, dəmir tordan ibarət çəpəri aşmaqla Zərərçəkmiş şəxs2 evinin həyətində olan heyvanların saxlanılması üçün nəzərdə tutulan qəhələ daxil olaraq, oradan 01 baş diri çəkisi 25 kq, erkək cinsli, 09 aylıq, 235 manat dəyərində və 01 baş, diri çəkisi 25 kq, dişi cinsli, 09 aylıq, 220 manat dəyərində qoyunları oğurlayıb, aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 455 (dörd yüz əlli beş) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, oğurluq etmək barədə razılığa gəldikdən sonra 18 may 2024-cü il tarixdə, saat 23 radələrində Ağsu rayon Rəhimli kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinin dəmir tordan ibarət çəpərini birlikdə aşmaqla sonuncunun evinin həyətində yerləşən tövləyə daxil olaraq oradan 01 baş diri çəkisi 50 kq, erkək cinsli bir il yarımlıq 450 manat dəyərində və 01 baş diri çəkisi 30 kq, ekrək cinsli 08 aylıq 280 manat dəyərində qoyunları oğurlayıb, aparmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 730 (yeddi yüz otuz) manat məbləğində maddi ziyan vuraraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, oğurluq yolu ilə əldə edəcəkləri qoyunları daşıyıb, aparmaqla bağlı razılığa gəldikdən sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən 19 may 2024-cü il tarixdə saat 23 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı əvvəlcədən təyin etdikləri yerə, yəni Ağsu rayon Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 evinin həyətinin dəmir tordan ibarət çəpərinin qarşısına gələrək orada gözləmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 evinin həyətinin dəmir tordan ibarət çəpərini aşmaqla sonuncunun evinin həyətində olan heyvanların saxlanılması üçün nəzərdə tutulan qəhələ daxil olaraq, oradan 01 baş diri çəkisi 25 kq, erkək cinsli, 09 aylıq, 235 manat dəyərində və 01 baş, diri çəkisi 25 kq, dişi cinsli, 09 aylıq, 220 manat dəyərində qoyunları oğurlayıb, daşıyaraq onun olduğu yerə gətirmiş, sonra birlikdə həmin qoyunları aparmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 455 (dörd yüz əlli beş) manat məbləğində maddi ziyan vuraraq qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun xalası oğludur və o, hazırda Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunda olarkən İnqilaba yaşadığı evə gəlməsini və evinin həyətində olan otu biçməsini bildirmişdir. İnqilab da onunla razılaşmış və həmin gün o, Kürdəmir rayonunda olduğundan onunla birlikdə yaşadığı Ağsu rayonu Rəhimli kəndinə gəlmişdir. Lakin həmin gün hava yağışlı olduğundan İnqilab otu biçə bilməmişdir, buna görə də həmin gün İnqilab onun evində qalmalı olmuşdur. Sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə də hava yağışlı olduğundan İnqilab yenə də həyətin otun biçə bilməmiş, buna görə də həmin gün də orada qalmalı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində İnqilabla yaşadığı evdə yemek yeyib spirtli içki olan pivə içmişdirlər. Spirtli içki qəbul etdikdən sonra onlar bir qədər sərxoş olmuşdur. Sonra evin həyətində İnqilabla birlikdə gəzərək siqaret çəkib, söhbətləşməyə başlamışdırlar. Onlar söhbət edərkən çəpər qonşusu olan Zərərçəkmiş şəxs1 həyətində yerləşən tövlənin qarşısında xırdabuynuzlu heyvanlarını yemlədiyini sonra isə tövləyə saldığını görmüşdürlər. Zərərçəkmiş şəxs1 heyvanlarını tövləyə saldıqdan sonra isə çıxıb getmişdir. İkayə çıxıb getdikdən sonra İnqilabla o, Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvanlardan ikisini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində İnqilabla birlikdə yaşadığı evin həyətinin dəmir tordan ibarət çəpərindən aşmaqla qonşusu Zərərçəkmiş şəxs1 evinin həyətinə birlikdə daxil ollmuş, sonra isə birlikdə Zərərçəkmiş şəxs1 heyvanlarını saxladığı tövləyə yaxınlaşaraq tövlənin qapısını açıb, oradan iki baş qoyun götürərək həmin qoyunları çəpərdən öz evinin həyətinə keçirmişdirlər. Sonra həmin qoyunları evinin həyətində olan tövləyə salmışdır. Bundan sonra İnqilabla o, həmin qoyunları necə satacaqları barədə fikirləşməyə başlamış və İsmayıllı rayon sakini olan dayısı Şahid heyvan al-veri ilə məşğul olduğunu xatırlayaraq həmin heyvanları dayısına satmaq qərarına gəlmişdirlər. Bu məqsədlə İnqilab onun telefonu ilə dayısı Şahid zəng edərək yalandan bir nəfər şəxsin onlara pul borcu olduğunu və əvəzində 2 baş qoyun verdiyini, həmin qoyunları satmaq istədiklərini bildirmişdir. Həkim də onlarla razılaşmış və sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında gələrək qoyunlara baxacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində dayısı yaşadıqları kəndə gəlmiş və onlar heyvanları yola çıxardaraq dayısına göstərmiş, sonra isə həmin heyvanları dayısına 250 manata satmışdır. Bundan sonra həmin gün İnqilqabla birlikdə əldə etdikləri 250 manat pul ilə Ağsu rayon Ülgüclü kəndi ərazisində yerləşən “Dəyirman” adlı kafedə saat təxminən 17 radələrində yemək yeyib, spirtli içki olan araq içmişdirlər. Sonra isə birlikdə yaşadıqları kəndə gəlmişdirlər. Onlar yolda gələrkən həmkəndlisi Zərərçəkmiş şəxs2 evinin həyətindəki qəhəldə xırdabuynuzlu heyvanlar saxladığını əvvəlcədən bildiyinə görə oradan da oğurluq etmək barədə İnqilaba təklif etmiş və yenidən oğurluq etmək barədə razılaşmışdırlar. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində Zərərçəkmiş şəxs2 dəmir tordan ibarət çəpərinin yaxınlığına gəlmişlər və o, həmin çəpəri aşmaqla Talehin evinin həyətinə daxil olmuşdur. İnqilab isə çöldə qalaraq onun heyvanları gətirməsini gözləməyə başlamışdır. Sonra o, Zərərçəkmiş şəxs2 heyvanlarını saxladığı qəhələ yaxınlaşaraq qəhəlin qapısını açmış və oradan iki baş qoyun götürərək gətirib çəpərin üstündən İnqilaba vermişdir. Sonra onlar birlikdə həmin qoyunları evinin tövləsinə gətirib yerləşdirmişdirlər. Sonra isə İnqilab onun telefonu ilə yenə də dayısı Həkimə zəng edərək onlara borcu olan şəxsin pul əvəzində yenə də qoyun verdiyini və həmin qoyunları da satmaq istədiklərini bildirmişdir. Şahid da sabahısı gün gəlib heyvanlara baxacağını demişdir. Sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində Həkim yaşadıqları kəndə gəlmiş və onlar heyvanları yenə də yola çıxardaraq Şahid təqdim etmişdirlər. Həmin vaxt Həkim heyvanların oğurluq olubolmamasını onlardan soruşmuş, onlar isə Şahid heyvanların oğurluq olmamasına, borcu olan şəxsin pul əvəzində verməsinə əmin etmişdir. Sonra isə həmin qoyunları da 250 manat müqabilində dayısına satmışdır. Həmin pulu da öz aralarında bölmüşdürlər və həmin gün İnqilab onun evini tərək edərək çıxıb getmişdir. Bundan bir neçə gün sonra isə İnqilab və onun əməli polis əməkdaşları tərəfindən ifşa olunmuş və onlar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əlavə olaraq bildirmişdir ki, o, başqa heç bir yerdən oğurluq etməmişdir, bu onun ilk belə əməlidir, əməlindən peşmandır, dayısı Şahid həmin qoyunların oğurluq olmasını əvvəlcədən bilməmişdir, İnqilab və o, həmin qoyunların oğurluq olmamasını Həkimə əmin etdikdən sonra onlardan almışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlərlə barışmalarını, onlara dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atasının xəstə olmasını, özünün səhhəti ilə əlaqədar hərbi xidmətə yararsız olmasını nəzərə alaraq ona şərti cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs1 əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlərlə barışmalarını, onlara dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını atasının xəstə olmasını, özünün səhhəti ilə əlaqədar hərbi xidmətə yararsız olmasını nəzərə alaraq ona şərti cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunda olarkən Təqsirləndirilən şəxs1 ona zəng edərək onların yaşadığı evə gəlməsini və həyətlərində olan otu biçməsini ondan xahiş etmişdir. O da Təqsirləndirilən şəxs1lə bu barədə razılaşaraq həmin gün Təqsirləndirilən şəxs1 Kürdəmir rayonunda olduğundan onunla birlikdə yaşadığı Ağsu rayonu Rəhimli kəndinə gəlmişdir. Lakin həmin gün hava yağışlı olduğundan otu biçə bilməmişdir. Buna görə də həmin gün xalası oğlu Təqsirləndirilən şəxs1 evində qalmalı olmuşdur. xx.xx.2024-cü il tarixdə də hava yağışlı olduğundan o, otları yenə də biçə bilməmiş, buna görə də həmin gün Təqsirləndirilən şəxs1lə yeyib-içmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs1 evində yemək yeyib spirtli içki olan pivə içmişlər, sonra evin həyətində siqaret çəkərək söhbət etməyə başlamışlar. Onlar həyətdə söhbət edərkən Təqsirləndirilən şəxs1 çəpər qonşusu Zərərçəkmiş şəxs1 evinin həyətində xırdabuynuzlu heyvanlarını yemlədiyini sonra isə heyvanlarını tövləyə salaraq çıxıb getdiyini görmüşdürlər. İkayə adlı qadın çıxıb getdikdən sonra sərxoş olduqları üçün Təqsirləndirilən şəxs1lə birlikdə həmin qadının heyvanlarınından ikisini oğurlamaq qərarına gəlmişdirlər. Bu məqsədlə həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxs1 evinin həyətindən dəmir tordan ibarət çəpəri aşmaqla İkayənin evinin həyətinə birlikdə daxil olaraq tövləyə yaxınlaşıb, tövlədən iki baş qoyun götürüb çəpərin üzərindən Təqsirləndirilən şəxs1 evinin həyətinə keçirmiş, sonra isə həmin qoyunları Təqsirləndirilən şəxs1 evinin həyətində olan tövləyə yerləşdirmişdirlər. Sonra onlar heyvanları İsmayıllı rayon sakini olan dayısına satmaq qərarına gəlmişdirlər və o, öz telefonu olmadığı üçün Təqsirləndirilən şəxs1 telefonu ilə dayısı Şahid zəng edərək yalandan bir nəfər şəxsin onlara pul borcu olduğunu və əvəzində iki baş qoyun verdiyini deyərək həmin qoyunları satmaq istədiklərini bildirmişdir. Dayısı da onlarla razılaşmış və sabahısı gün gəlib heyvanlara baxacağını bildirmişdir. Sabahısı gün yəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında dayısı Ağsu rayon Rəhimli kəndinə gəlmiş və onlar heyvaları yola çıxardaraq dayısına təqdim etmişdir. Dayısı Şahid heyvalara baxdıqdan sonra həmin iki baş qoyunu 250 manat müqabilində dayısına satmışdırlar. Sonra əldə etdikləri pul ilə Ağsu rayonu Ülgüclü kəndi ərazisində yerləşən “Dəyirman” adlı kafedə həmin gün yemək yeyib araq içmişdirlər. Yeyib-içdikdən sonra onlar birlikdə Rəhimli kəndinə getmişdir. Kəndə getdikdən sonra Təqsirləndirilən şəxs1lə birlikdə Ağsu rayon Rəhimli kənd sakini Zərərçəkmiş şəxs2 evindən də iki baş qoyun oğurlamaq qərarına gəlmişdirlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 evinin yaxınlığına gəlmişlər və Təqsirləndirilən şəxs1 dəmir tordan ibarət çəpəri aşmaqla Talehin evinin həyətinə daxil olmuşdur, o isə çəpərdən çöldə Təqsirləndirilən şəxs1 iki baş qoyunu oğurlayaraq gətirməsini gözləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 həyətə daxil olduqdan sonra həyətdə olan qəhəldən iki baş qoyun oğurlayaraq gətirib çəpərin yanında ona vermiş, sonra isə birlikdə həmin qoyunları da gətirib Təqsirləndirilən şəxs1 evinin həyətində olan tövləyə salmışdırlar. Sonra o, yenidən dayısı Şahid zəng edərək onlara borcu olan şəxsin pul əvəzində yenə də iki baş qoyun verdiyini həmin qoyunları da satmaq istədiklərini bildirmişdir. Dayısı da sabahısı gün gəlib heyvanlara baxacağını demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında dayısı Şahid kəndə gəlmiş və onlar heyvanları yola çıxardaraq dayısına təqdim etmişdir. Həmin vaxt dayısı şübhələnərək heyvanların oğurluq olubolmamasını onlardan soruşsa da, onlar heyvanların oğurluq olmamasına dayısını əmin etmişlər və həmin heyvanları da dayısına 250 manata satmışdırlar. Sonra isə əldə etdikləri pulu Təqsirləndirilən şəxs1lə aralarında bölmüşlər və o, ordan çıxıb öz yaşadığı rayona getmişdir. Bundan bir neçə gün sonra isə oğurluq əməli polis əməkdaşları tərəfindən ifşa olunmuş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əlavə olaraq bildirmişdir ki, o, başqa heç bir yerdən oğurluq etməmişdir, bu onun ilk belə əməlidir, əməlindən peşmandır, Şahid həmin qoyunların oğurluq olmasını əvvəlcədən bilməmişdir, Təqsirləndirilən şəxs1 və o həmin qoyunların oğurluq olmamasını Həkimə əmin etdikdən sonra onlardan almışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlərlə barışmalarını, onlara dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlərlə barışmalarını, onlara dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxslərin şikayətçi olmamalarını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, yaşadığı Ağsu rayon Rəhimli kəndində yerləşən evinin həyətində öz şəxsi təsərrüfatında xırda və iri buynuzlu heyvanlar saxlayır. Təsərrüfatında 4 baş iribuynuzlu, 22 baş isə xırdabuynuzlu heyvanlar mövcuddur. Həmin heyvanları evinin həyətində yerləşən heyvanları saxlamaq üçün nəzərdə tutulmuş tövlədə saxlayır. Həmçinin evinin hasarı dəmir tordan ibarətdir. Təsərrüfatında saxladığı heyvanları kəndin örüş sahəsində otarır. 18 may 2024-cü il tarixdə səhər saat 06 radələrində təsərrüfatında saxladığı heyvanları kənd sakinlərinin heyvanları ilə birlikdə otlamaları üçün örüş sahəsinə göndərmişdir. Həmin gün saat təxminən 20 radələrində örüş sahəsinə göndərdiyi heyvanları örüşdən geri qayıtmış və o, evinin həyəti geniş olduğu üçün heyvanları həyətə salaraq həyətə otlamaları üçün saat təxminən 21 radələrinə qədər heyvanları həyətdə saxlamışdır. Həmin gün saat təxminən 21 radələrində o, 4 baş iribuynuzlu, 22 baş isə xırdabuynuzlu heyvanları sayaraq evinin həyətində yerləşən tövləyə salmış və tövlənin dəmir tordan ibarət qapısını bağlayaraq çıxıb getmişdir. Sabahısı gün, yəni 19 may 2024-cü il tarixdə saat təxminən 06 radələrində tövlədə saxladığı heyvanları örüş sahəsinə göndərmək üçün tövləyə gedərək heyvanları tövlədən çölə çıxardıqda o, 22 baş xırdabuynuzlu heyvanlarından 02 baş xırdabuynuzlu heyvanların əskik olduğunu müəyyən etmişdir. Həmin vaxt o, 02 baş xırdabuynuzlu heyvanların tövlənin dəmir tordan ibarət qapısının altından keçərək naməlum istiqamətdə gedib itdiyini düşünərək kənd ərazisini gəzərək heyvanları axtarsa da, lakin buna nail ola bilməmiş, nəticədə isə 02 baş xırda buynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasına tam əmin olduqdan sonra hadisə barədə Ağsu RPŞ-nə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurlanmış 02 baş heyvanlarından biri bir il yarımlıq, diri çəkisi 50 kq çəkidə erkək cinsində olan qoyun olmuşdur və təxminən 350 manat dəyətində olmuşdur, digər heyvanı isə 08 aylıq quzu olmuşdur, diri çəkisi 30 kq olmaqla erkək cinsində olmuşdur və qiyməti təxminən 300 manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını, barələrində təqsirli bilndikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, yaşadığı Ağsu rayon Rəhimli kəndində yerləşən evinin həyətində öz şəxsi təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. Təsərrüfatında 89 baş xırdabuynuzlu heyvanlar mövcuddur. Həmin heyvanları evinin həyətində yerləşən heyvanları saxlamaq üçün nəzərdə tutulmuş qəhəldə saxlayır. Həmçinin evinin hasarı dəmir tordan və ağ dəmirdən ibarətdir. Təsərrüfatında saxladığı heyvanları kəndin örüş sahəsində otarır. Axşam vaxtı isə həmin xırdabuynuzlu heyvanları həyətə gətirib, həyətdə olan qəhəldə saxlayır. Evinin girişi dəmir qapıdan ibarətdir. Həmin giriş qapısını arxa tərəfdən kilidləyir. Lakin heyvanları saxladığı qəhəlin yerləşdiyi yerin ətrafında olan dəmir hasarın da əlavə olaraq bir dəmir qapısı vardır. Həmin dəmir qapı kilidlənmir, sadəcə olaraq həmin dəmir qapının arxasına bir ədəd daş parçasını qoyaraq açılmaması üçün bərkidir. Buna baxmayaraq istənilən kənar şəxs həmin giriş qapısını əli ilə itələyərək aça bilər. 19 may 2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus olan xırdabuynuzlu heyvanları örüş sahədən gətirib həyətinə salmışdır. Bundan sonra xırdabuynuzlu heyvanları, yəni qoyunları saymış və onların sayının 89 baş olmasını müəyyən etdikdən sonra heyvanları qəhələ yerləşdirmişdir. 20 may 2024-cü il tarixdə saat 06 radələrində həyətə düşüb, özünə məxsus olan qoyunları kəndin örüş sahəsinə göndərmək üçün qəhəldən çıxardarkən heyvanları sayan zaman qəhəldə saxladığı qoyunların sayının 87 baş olmasını, yəni iki baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bundan sonra kənd ərazisində qoyunları nə qədər axtarsa da tapa bilməmişdir. Sonradan isə iki baş qoyunun oğurlanmasına tam əmin olaraq baş vermiş hadisə barədə Ağsu RPŞ-nə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğurlanmış 02 baş heyvanlarından biri 09 aylıq, diri çəkisi 25 kq çəkidə, erkək cinsində olan qoyun olmuşdur və təxminən 250 manat dəyətində olmuşdur, digər heyvanı isə 09 aylıq quzu olmuşdur, diri çəkisi 25 kq olmaqla dişi cinsində olmuşdur və qiyməti təxminən 250 manat dəyərində olmuşdur. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını, barələrində təqsirli bilndikləri maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun bacısı oğullarıdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində İnqilab ona zəng edərək Ağsu rayonu Rəhimli kəndində Təqsirləndirilən şəxs1lə birlikdə olduğunu və bir nəfər şəxsin pul borcu əvəzində onlara iki baş qoyun verdiyini və həmin qoyunları satmaq istədiklərini demişdir. O da İnqilabla razılaşmış və qoyunlara sabahısı gün gəlib, baxacağını demişdir. Sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində Ağsu rayon Rəhimli kəndinə gələrək İnqilab və Təqsirləndirilən şəxs1lə görüşmüş və heyvanlara baxdıqdan sonra 250 manat müqabilində heyvaları Təqsirləndirilən şəxs1 və İnqilabdan alaraq çıxıb getmişdir. Həmin gün Şamaxı rayon heyvan bazarında həmin qoyunları tanımadığı şəxsə 375 manat müqabilində satmışdır və yaşadığı İsmayıllı rayonuna geri qayıtmışdır. Yaşadığı evə çatdıqdan bir neçə saat sonra, yəni 19.05.204-cü il tarixdə saat təxminən 23 radələrində İnqilab ona təkrar zəng edərək ona borcu olan şəxsin pul əvəzində yenə də onlara iki baş qoyun verdiyini və həmin qoyunları da satmaq istədiklərini demişdir. O da sabahısı gün gəlib, heyvanlara baxacağını demişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən Ağsu rayon Rəhimli kəndinə gəlmiş və İnqilab və Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Həmin vaxt ona iki baş qoyun təqdim edilmiş və 250 manat müqabilində satdıqlarını bildirmişdirlər. O, isə şübhələndiyi üçün həmin qoyunların oğurluq olub-olmamasını İnqilab və Təqsirləndirilən şəxs1 soruşmuş, lakin onlar cavabında həmin heyvanların oğurluq olmadığını deyərək and içmişlər, buna görə də o, inanmış və 250 manata həmin qoyunları alaraq evinə gətirmişdir. Lakin o, heyvanların oğurluq olmasından şübhələndiyi üçün həmin heyvanları satmamış və bir müddət evinin həyətində saxlamaq qərarına gəlmişdir. Bir müddət sonra isə o, həmin heyvanların oğurluq olmasını öyrənmiş və polis əməkdaşlarının iştirakı ilə sahibinə təhvil vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, həmin qoyunların oğurluq olmasını əvvəlcədən bilməmişdir, çünki Təqsirləndirilən şəxs1 və İnqilab indiyə kimi hər hansı bir oğurluq əməli törətməmişdir, buna görə də onlara arxayn olaraq heyvanları almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Baxış keçirilməsi haqqında 26 may 2024-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, baxış Ağsu rayon Rəhimli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinin həyətindəki sahəsində aparılmışdır. Həmin evin giriş hissəsi dəmir qapı kənarları isə dəmir hasardır, dəmir qapıdan içəri tərəfdə tövlə (sol tərəfdə) yerləşir, tövlənin qarşı tərəfin boş sahədir. Həmin sahə dəmir hasar vasitəsilə kənardan tam təcrid edilmişdir. Zərərçəkmiş şəxs2 həmin sahəni göstərib gecə vaxtı qoyunları orada saxladığını bildirmişdir. Bununla da baxış sonra çatmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Baxış keçirilməsi haqqında 26 may 2024-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, baxış Ağsu rayon Rəhimli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan fərdi yaşayış evinin həyətindəki sahəsində aparılmışdır. Həmin evin ətrafı dəmir çəpərdir. Həmin evin həyətyanı sahəsində tövlə yerləşir. Tövlənin qabaq tərəfi qoyunların saxlanıldığı hissədə yerləşir. Zərərçəkmiş şəxs1 həmin hissəni göstərib oradan özünə məxsus iki baş qoyunun oğurlanmasını, tövlənin qarşısında olan dəmir hasarın isə kənar təsir nəticəsində yerinin dəyişdirildini demişdir. Bununla da baxış sonra çatmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - 31 may 2024-cü il tarixdə tərtib olunmuş qəbzdən görünür ki, Şahid yaşadığı İsmayıllı rayonu Xankənd kəndində yerləşən evinin həyətindən aşkar olunmuş iki baş xırdabuynuzlu heyvan olan qoyunlar sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı şahid Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduqları yerin qarşısında, yəni Zərərçəkmiş şəxs2 dəmir tordan ibarət çəpərinin qarşısında daynaraq xx.xx.2024-cü il tarixdə saat 23 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmək məqsədi ilə həmin yerə gəldiklərini, sonra Təqsirləndirilən şəxs2 çəpərdən çöldə gözlədiyini, özünün isə dəmir tordan ibarət çəpəri aşmaqla Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduğunu, sonra Zərərçəkmiş şəxs2 heyvanlarını saxladığı qəhəlin qarşısında daynaraq həmin qəhəlin qapısını açdığını, oradan iki baş qoyun oğurladığını və gətirib çəpərin digər tərəfində gözləyən xalası oğlu Təqsirləndirilən şəxs2 verdiyini, sonra həmin qoyunları da evinin həyətində yerləşən tövləyə gətirərək saxladıqlarını ifadəsinə uyğun şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı şahid Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduqları yerin qarşısında, yəni Zərərçəkmiş şəxs2 dəmir tordan ibarət çəpərinin qarşısında daynaraq xx.xx.2024-cü il tarixdə saat 23 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmək məqsədi ilə həmin yerə gəldiklərini, sonra çəpərdən çöldə gözlədiyini, Təqsirləndirilən şəxs1 isə dəmir tordan ibarət çəpəri aşmaqla Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduğunu, sonra Zərərçəkmiş şəxs2 heyvanlarını saxladığı qəhəldən iki baş qoyun oğurlayaraq gətirib çəpərin digər tərəfində ona verdiyini, sonra həmin qoyunları da Təqsirləndirilən şəxs1 evinin həyətində yerləşən tövləyə gətirərək saxladıqlarını ifadəsinə uyğun şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və onlara həmin maddələr ilə ittiham elan olunmuşdur. - Əşyaya baxış keçirilməsi barədə 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim etdiyi iki baş xırdabuynuzlu heyvan olan qoyunlara baxış keçirilmiş, baxış zamanı və tərəzi vasitəsi ilə çəkilərinin çəkilməsi zamanı müəyyən olunmuşdur ki, həmin heyvanlardan biri diri çəkisi 25 kq, erkək cinsli, 09 aylıq, digər isə diri çəkisi 25 kq, dişi cinsli, 09 aylıq qoyunlardır. Baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şahid yaşadığı İsmayıllı rayonu Xankənd kəndində yerləşən evinin həyətindən aşkar olunaraq sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmiş iki baş xırdabuynuzlu heyvan olan maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli 9/4534 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda, göstərilən xırdabuynuzlu heyvanların hadisə baş verən tarixə, yənin 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1185 (bir min yüz səksən beş) manat müəyyən edilir. Həmin xırdabuynuzlu heyvanların adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdaki kimi müəyyən olunmuşdur – 01 baş diri çəkisi 50 kq, erkək cinsli bir il yarımlıq qoyun 450 manat; 01 baş diri çəkisi 30 kq, erkək cinsli 08 aylıq qoyun 280 manat; 01 baş diri çəkisi 25 kq, erkək cinsli 09 aylıq qoyun 235 manat; 01 baş diri çəkisi 25 kq, dişi cinsli 09 aylıq qoyun 220 manat. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dindirilməsi haqqında 16 avqust 2024-cü il tarixli protokollardan görünür ki, onlar oğurlanmış əmlakların qiymətlərinin müəyyən edilməsi ilə bağlı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2024-cü il tarixli 9/4534 nömrəli rəyi ilə tanış olmuşlar və rəydə göstərilmiş qiymətlərlə razı olduqlarını bildirmişlər. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X14 06 iyun 2024-cü il tarixli, 18-1-49/2-551/2024 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu, Dəyirmanlı kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ruhi-əsab və narkomaniyaya görə Kürdəmir “RMX” PHŞ-nə müraciət etməmişlər və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X14 06 iyun 2024-cü il tarixli, 18-1-25/2-552/2024 nömrəli məktubdan görünür ki, Ağsu rayonu, Rəhimli kənd sakini Təqsirləndirilən şəxs1 ruhi-əsab və narkomaniyaya görə Ağsu “RMX” PHŞ-nə müraciət etməmişlər və dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 17 avqust 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 avqust 2024-cü il tarixli qərarla CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 157-ci və 177.3.1-ci maddələri ilə cinayət təqibi başlanılması rədd edilmiş, Şahid barəsində CM-nin 194-cü maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmiş, iş üzrə vurulmuş ziyanın məbləği Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2024-cü il tarixli, 9/4534 saylı rəyinə uyğun olaraq 1185 (bir min yüz səksən beş ) manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4534 saylı rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin sənədləri sübut növü kimi tanınmış, iş üzrə götürülmüş iki ədəd xırdabuynuzlu heyvan olan qoyunların 06 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılması nəzərə alınmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarda həmçinin göstərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əmələri törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xüsusi hissəsinin CM-in 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (177.2.1); təkrar törədildikdə (177.2.2); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3) - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 iyun 2024-cü il tarixdə saat 17:00-da tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 04 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 iyun 2024-cü il tarixdə saat 19:00-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 saxlanıldığı Ağsu rayon polis şöbəsinin müvəqqəti saxlanma yerindən 05 iyun 2024-cü il tarixdə saat 13:50-də azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 saxlanıldığı Ağsu rayon polis şöbəsinin müvəqqəti saxlanma yerindən 05 iyun 2024-cü il tarixdə saat 16:45-də azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİNnin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 04 iyun 2024-cü il tarixli, 5-34-31/2-3-54/2024 saylı Arayışından görünür ki, X4 həqiqətən də Ağsu rayon Rəhimli kəndində qeydiyyatdadır və yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 04 iyun 2024-cü il tarixli, 5-34-31/2-3-55/2024 saylı Arayışından görünür ki, Zərərçəkmiş şəxs2 həqiqətən də Ağsu rayon Rəhimli kəndində qeydiyyatdadır və yaşayır. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 162 saylı Arayışından görünür ki, Səlimov X6 rayonu, Dəyirmanlı kəndində yaşamaqla ailə tərkibi – atası X7 (1972), anası X8 (1973), qardaşı X11 (2003) və qardaşı X9r (2006). - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 07 iyun 2024-cü il tarixli, 5-34-13/2-3-58/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Rəhimli kəndində qeydiyyatda olmaqla ailə tərkibi – atası X5 (1963), anası X10r (1966). - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 ilə barışmalarını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əməllərini könüllü etiraf etmələrini, əvvəllər məhkum olunmamalarını, əməllərindən peşman olmalarını onlara CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onların qəsdən az ağır cinayət törətmələrini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onların şəxsiyyətlərini, o cümlədən onların cəzasını yüngülləşdirən halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq belə qənaətə gəlir ki, onlara CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli tutma protokollarından, həmçinin təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsləri müvəqqəti saxlama yerindən azad etmə haqqında 05 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 04 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 iyun 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 04 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; cinayət işi üzrə maddi sübut kimi tanınmış iki baş xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə icraatı zamanı isə dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişlər. Məhkəmə vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, vəkilərin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 (on iki) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 04 iyun 2024-cü il tarixdən 05 iyun 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Kürdəmir rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın İş üzrə maddi sübut kimi tanınmış iki baş xırdabuynuzlu heyvanların Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN- **********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-76/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-76/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver