Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-79/2024 15.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2024-cü il tarixdə saat təxminən 10 radələrində Ağsu şəhəri, Cavanşir küçəsində vətəndaşların istifadəsi üçün quraşdırılmış Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə məxsus, 01 ədəd, 24x24 sm ölçüdə, 03 sm qalınlığı olan, orta bazar qiyməti 40 manat olan, kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapağını, Ağsu şəhəri, Ə.Kərim küçəsindən keçən yolda quraşdırılmış 01 ədəd, 24x24 sm ölçüdə, 03 sm qalınlığı olan, orta bazar qiyməti 40 manat olan kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapağını və Ağsu şəhəri, Gənclər küçəsində quraşdırılmış 05 ədəd, 24x24 sm ölçüdə, 03 sm qalınlığı olan, hər birinin orta bazar qiyməti 40 manat olan, 200 manat dəyərində kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarını yerindən çıxarıb özü ilə götürərək gizli olaraq talayıb zərərçəkmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla dövlət əhəmiyyətli kanalizasiya xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ittihamın mənası ona aydındır. Ağsu şəhəri, Ə.Kərim küçəsi ev 4 ünvanında anası, arvadı və övladları ilə birlikdə yaşayır. Əvvəllər usta işləsə də, bir neçə vaxtdır işsizdir. Buna görə də maddi imkanı zəifdir. Spirtli içkilərin aludəçisidir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 14 may 2024-cü il tarixdə özünə spirtli içki almaq istəsə də pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 10 radələrində yaşadığı evdən küçəyə çıxıb gəzməyə başlamışdır. Bundan sonra yaşadığı evin yaxınlığında yerləşən küçələrdən yəni, Ağsu şəhəri Cavanşir küçəsində yerləşən bir ədəd kanalizasiya qapağını, Ağsu şəhəri Ə.Kərim küçəsindən bir ədəd kanalizasiya qapağını və Ağsu şəhəri Gənclər küçəsindən beş ədəd kanalizasiya qapaqlarını götürərək hissə-hissə yaşadığı evə aparmışdır. Onların bir hissəsini evin həyətində, bir hissəsini isə evinin bağında gizlətmişdir. 15 may 2024-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Ondan kanalizasiya qapaqlarını oğurlayıb-oğurlamadığını soruşduqda, o, oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. Daha sonra o, yaşadığı evdə gizlətdiyi yeddi ədəd kanalizasiya qapaqlarını polis əməkdaşlarına təqdim etmiş və sonra oğurluq etdiyi yerləri polis əməkdaşlarına göstərmişdir. Həmçinin bildirmişdir ki, oğurluğu gizli etmiş, oğurluq edən zaman onu görən olmamışdır. Kanalizasiya qapaqlarını oğurlamasını və evinə aparmasını ailə üzvləri görməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin nümayəndəsi kimi dəvət olunmuş Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı bildirmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, 2018-ci ilin sentyabr ayından 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu su kanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 15 may 2024-cü il tarixdə idarəyə Ağsu şəhəri Gənclər küçəsində quraşdırılmış kanalizasiya qapaqlarının oğurlanması barədə məlumat daxil olmuşdur. İdarə rəhbərliyindən oğurlanmış əmlakın dəqiqləşdirilməsi üçün göstəriş verilmişdir. Bundan sonra o, əraziyə getmiş və Ağsu şəhəri, Cavanşir küçəsində bir ədəd, Ağsu şəhəri Ə.Kərim küçəsində bir ədəd və Ağsu şəhəri Gənclər küçəsində beş ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarının yerində olmadığını müəyyən etmişdir. Bundan sonra Ağsu rayon Polis Şöbəsinə təqdim etmək üçün ərizə hazırlanmış və müraciət edilmişdir. Daha sonra polis əməkdaşları ilə onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. O, həmin protokolu imzalayaraq təsdiq etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsin talama yolu ilə əldə etdiyi yeddi ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqları onlara qaytarılmış, onlara dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən heç bir şikayətləri yoxdur, cəza təyini zamanı bu halın nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu şəhəri, Ə.Kərim küçəsi ev 4 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə onunla yaşayır. Təqsirləndirilən şəxs spirtli içkilərin aludəçisidir. Mahiyyəti üzrə bildirmişdir ki, 14 may 2024-cü il tarixdə saat təxminən 10 radələrində oğlu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evdə səs-küy saldığı üçün qonşusunun evinə getmişdir. Həmin gün təxminən saat 11 radələrində yaşadığı evə geri dönmüş və Təqsirləndirilən şəxs evdə olmadığını müəyyən etmişdir. O, həyətində saxladığı toyuqlarına dən verərkən bağ sahəsində bir neçə ədəd kanalizasiya qapaqlarının olduğunu görmüşdür. Lakin qapaqların oğurluq olduğunu düşünə bilməmişdir. Ertəsi gün axşamüstü onun evinə Təqsirləndirilən şəxs və polis əməkdaşları gəlmişdir. Onlar Təqsirləndirilən şəxs iştirakı ilə kanalizasiya qapaqlarını götürüb aparmışlar. Sonradan o, oğlu Təqsirləndirilən şəxs həmin qapaqları haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona küçələrdə olan kanalizasiya qapaqları olduğunu, həmin qapaqları satıb spirtli içki almaq üçün götürüb gətirib evə yığdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs kanalizasiya qapaqlarını oğurlayıb evinə gətirməsini görməmişdir. O, qapaqları sonradan görmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Ağsu RP-nin İQ-na göndərilmişdir. - Baxış keçirilməsi haqqında 15 may 2024-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli X18 İdarəsinin Ağsu sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası vəzifəsində işləyən X1 və hal şahidlərinin iştirakı ilə hadiə yerinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Ağsu şəhəri Gənclər küçəsi olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və oğurladığı 07 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarını yaşadığı evə aparıb orada saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, Ə.Kərim küçəsi ev 4 ünvanında yerləşən evinə gedilmiş və oradan 07 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlar götürülmüşdür. Bununla da baxış sonra çatmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli 9/4030 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 07 ədəd, 24x24 sm ölçüdə, qalınlığı 3 sm olan kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə yəni, 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 280,00 (7 ədəd x 40,00 manat) manat müəyyən olunur. - Zərərçəkmiş şəxs qismində tanıma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsi ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs olan 2 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi qismində 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu sukanal sahəsinin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun ustası Zərərçəkmiş şəxs tanınmışdır. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı şahid Təqsirləndirilən şəxs Ağsu şəhəri, Cavanşir küçəsində quraşdırılmış 01 ədəd, Ağsu şəhəri, Ə.Kərim küçəsində quraşdırılmış 01 ədəd, və Ağsu şəhəri, Gənclər küçəsində quraşdırılmış 05 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarını oğurlayaraq evinə gətirdiyini etiraf etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə məxsus 07 ədəd, 24x24 sm ölçüdə, 03 sm qalınlığı olan kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqları ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və sahibinə geri qaytarılmışdır. - 19 iyul 2024-cü il tarixdə tərtib olunmuş qəbzdən görünür ki, Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə məxsus 07 ədəd, 24x24 sm ölçüdə, 03 sm qalınlığı olan kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqları işlədiyi idarəyə təhvil verilməsi üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs geri qaytarılmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X9 02 sentyabr 2024-cü il tarixli, 18-1-25/2-852/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Orta dərəcəli nevrosteniya, özünü kəsmələrlə və çox saylı döymələrlə” diaqnozu ilə Ağsu “RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatda dayanır. Təqsirləndirilən şəxs narkomaniyaya xəstəliyi ilə əlaqədar Ağsu “RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2735 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 21 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixli qərarla CM-nin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmiş, X3 və Şahid barələrində CM-nin 307-ci maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmiş, cinayətin törədildiyi yerlərin Ağsu şəhəri, Cavanşir küçəsi, Ağsu şəhəri, Ə.Kərim küçəsi və və Ağsu şəhəri, Gənclər küçəsi olması nəzərə alınmış, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar olması nəzərə alınmış, Təqsirləndirilən şəxs CM-nin 83-cü maddəsinə əsasən əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilən hesab edilmiş, Təqsirləndirilən şəxs talama yolu ilə əldə etdiyi 07 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə geri qaytarılması nəzərə alınmış, iş üzrə vurulmuş ziyanın məbləği Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2024-cü il tarixli, 9/4534 saylı rəyinə uyğun olaraq 1185 (bir min yüz səksən beş ) manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4534 saylı rəyi və ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2735 nömrəli ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin nümayəndəsini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsi, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əmələri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin CM-in 177.2.3-2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 221.2.1, 127.2.3 və 66.3-cü maddələrlə təqsirli bilinmiş və 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 02 sentyabr 2024-cü il tarixli, 5-34-13/2-3-3392/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Ə.Kərim küçəsi 4 saylı evdə yaşayır. Ailə üzvləri: atası X6 (1961-ci il təvəllüdlü), anası Şahid (1963-cü il təvəllüdlü), arvadı X4 (1995-ci il təvəllüdlü), oğlu X8 (2015-ci il təvəllüdlü), oğlu X7 (2019-cu il təvəllüdlü). - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, eləcə də Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, onlara CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; cinayət işi üzrə maddi sübut kimi tanınmış 07 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə geri qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə icraatı zamanı isə dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 08 (səkkiz) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış 07 ədəd kanalizasiya şəbəkəsinə qoşulma nöqtəsinin örtük qapaqlarının "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu Sukanal sahəsinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-79/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-79/2024
15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver