Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-8/2023 19.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış 1,340 qram çəkidə, narkotik vasitə olan heroini əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlaması, 14 sentyabr 2022-ci il tarixdə saat 12:20 radələrində Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilməsi, orda həmin tarixdə saat 13:05 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının arxa sağ cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,340 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağsu şəhəri, Ə.Qarayev küçəsində yerləşən 3 saylı evdə yalnız yaşayır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində imiş. Xırdalan şəhərində parkda olarkən yerdə bir ədəd sellofan bükülünü görüb yerdən götürmüşdür. Bükümü açıb baxarkən içində “kakos” adlanan narkotik vasitə olmasını görmüşdür. O, narkotik vasitələrdən arabir istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. Ertəsi gün tanımadığı taksi ilə Ağsu şəhərinə gəlmişdir. 14 sentyabr 2022-ci il tarixdə, həmin tapdığı bir ədəd şəffaf sellofan bükümdə olan heroini cibinə qoyaraq evdən çölə çıxmışdır. Həmin gün saat 12:20 radələrində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyini bildirib Ağsu rayon polis şöbəsinə getməyini tələb еtmişlər. O, polis əməkdaşları ilə razılaşıb Ağsu rayon polis şöbəsinə getmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə olunması üçün oraya vəkil dəvət еdilmişdir. Bundan sonra ona hüquqları izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçisinin iştirakı ilə üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonra əynində olan qara rəngli şalvarının arxa sağ cibindən, bir ədəd şəffaf sellofan bükümdə olan heroini çıxararaq təhvil vermişdir. Bundan sonra bu barədə tərtib edilən protokolu imzalamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni 2022-ci ilin sentyabr ayının əvvəllərində Xırdalan qəsəbəsində olarkən yerdən tapmışdır. Həmin narkotik vasitəni heç kəsdən almamışdır. Özü narkotik istifadə etdiyindən tapdığı narkotik vasitəni üzərində gəzdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağsu şəhəri Koroğlu küçəsində yerləşən 3 nömrəli evdə yaşayır. Ağsu RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 sentyabr 2022-ci il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu barədə onun tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra şöbənin CAB-ın əməliyyat müvəkkili Aqşin Mirzəxanlı ilə birlikdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Onlar həmin tarixdə saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olmasını görüb onu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən Аğsu RPŞ-nin ТQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Üzərində şəxsi ахtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan heroinəbənzər maddəni çıxarıb təqdim еtmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və bir müddət əvvəl Abşeron rayonunun Xırdalan qəsəbəsində yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə tərəzi ilə ölçülmüşdür. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyən, polis leytenantı X3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağsu şəhəri, M.Hüseyn küçəsi, 2 saylı evdə yaşayır. 14 sentyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid məxfi mənbədən məlumat daxil olmuşdur. Şahid daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Şahid ilə birlikdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Onlar həmin tarixdə saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olmasını görüb saxlamışlar. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli oldğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən Аğsu RPŞ-nin ТQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Üzərində şəxsi ахtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan heroinəbənzər maddəni çıxarıb təqdim еtmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və bir müddət əvvəl Abşeron rayonunun Xırdalan qəsəbəsində yerdən tapdığını demişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 14 sentyabr 2022-ci il tarixli, 17/721 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri və imzalar olan zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 1,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 14 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in 226-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müdətinə azadlıqdan şərti məhrum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 18 sentyabr 2022-ci il tarixli, 1391 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqatdan sonrakı qalıqları cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən, 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd sellofan bükümdə, 1.290 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102,12 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd sellofan bükümdə, 1.290 qram çəkidə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102,12 (bir yüz iki manat on iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-8/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-8/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver