Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-8/2024 13.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X36 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Laçın rayonu Xırmanlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər “Şöhlətoğlu” X16 aşpaz işləmiş, hal-hazırda işsiz, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X4 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X16 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi və müxtəlif çeşiddə yemək hazırlanması üçün alınmış malların, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların, eləcə də mərkəzin təmir-bərpa işlərinə alınmış malların dəyərinin ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı, 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı, 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı, 2022-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı, 2022-ci ilin avqust-sentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı, 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı, 2022-ci ilin avqust ayında X35 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X21 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı, 2022-ci ilin may ayından halhazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvar-fevral aylarında “Şöhlətoğlu” X17 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 31426 manat (otuz bir min dörd yüz iyirmi altı manat) xeyli miqdarda pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talamışdır. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel-may aylarında “Şöhlətoğlu” X17 müştərisi olan, Laçın rayonu Şeylanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, həmin İstirahət Mərkəzində görüşüb sonuncunun oğlu, Laçın rayonu Şeylanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Soğanverdilər kəndində yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Şahid15 dənizdə gəmiyə fəhlə kimi işə düzəldəcəyinə vəd verib aldadaraq ondan 2200 manat pul alıb öz şəxsi ehtiyaclarına istifadə etməklə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 avqust 2018-ci ildən 03 mart 2023-cü il tarixədək Ağsu rayonu Nüydü kəndində yerləşən “Şöhlət oğlu” X16 administrator və aşpaz vəzifəsində işləmişdir. Həmin istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxs1dur. Zərərçəkmiş şəxs1la münasibətləri normal olmuş, onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmin istirahət mərkəzindən işdən çıxmağına səbəb xəstəliyi olmuşdur. Yəni belində olan protuziyadan əziyyət çəkir. Hal-hazırda heç yerdə işləmir. “Şöhlət oğlu” X16 administrator və aşpaz kimi iş fəaliyyəti yeməkləri bişirməkdən, istirahət mərkəzinin ümumi fəaliyyətinə nəzarət etməkdən, işçilərin işə vaxtı-vaxtında gəlməsinə nəzarət etməkdən, göstərilən xidmətin keyfiyyətinə nəzarət etməkdən, işçilərin əmək haqqılarının verilməsini təmin etməkdən, mərkəzin gündəlik fəaliyyətini təmin etmək məqsədi ilə ərzaqların alınması üçün siyahı tutub lazımi satıcılarnan əlaqə saxlamaq və onlara alınacaq ərzaq mallarının adını bildirməkdən, mərkəzdə xırda təmir işlərini görməkdən ibarət olmuşdur. Aylıq əmək haqqısı 350 manat olmuş və onunla əmək müqaviləsi bağlanıb-bağlanmamasını xatırlamır. “Şöhləroğlu” X17 əsas fəaliyyəti yay ayları ərzində olurdu, yəni cari ilin may ayından sentyabr ayınadək davam edirdi. İstirahət Mərkəzinin gündəlik fəaliyyətindən təxminən 1000-1500 manat xeyir qalırdı. Həmin pullarıda Zərərçəkmiş şəxs1 vermişdır. Bundan başqa İsmayıllı şəhərində yerləşən bazarda meyvə tərəvəz satışı ilə məşğul olan Şahid1 2021-ci ilin yay aylarında alınmış meyvə-tərəvəz və digər məhsullara görə ödənişləri etməyərək Zərərçəkmiş şəxs1 məxsus 22000 manat pul vəsaitini, 2022-ci ilin oktyabr ayında İsmayıllı rayonunda qəssab işləyən Şahid13 alınmış 9 kilo 500 qram quzu ətə görə 132 manat pulu, 2022-ci ilin sentyabroktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 aınmış 50-53 kiloluq ətə görə Zərərçəkmiş şəxs1 ona verdiyi 691 manat pulu, İsmayıllı rayonu Lahıc avtomobil yolunda yerləşən tikinti materialları satışı mağazasından 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri üçün alınmış mallara görə ödənilməli olan 1482 manat pulu, yük avtomobili ilə yük daşıma ilə məşğul olan Şahid12 xidmət haqqı kimi verilməli olan 300 manatı, İsmayıllı rayonunda Mican inşaat adı altında fəaliyyət göstərən tikinti malları mağazasını işlədən Elxan Rəsulzadəyə ödənilməli olan 1833 manat pulu, 2022-ci ilin avqust ayında İstirahət Mərkəzinə yandırmaq üçün Meşə təsərrüfatına rüsum ödəyərək aldıqları odunları restorana gətirib boşaldan fəhlələrin 300 manat pulunu, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı, 2022-ci ilin may ayından halhazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı mənimsəmədiyini, bunların hamısının şər və böhtan olmasını, İstirahət Mərkəzi üçün alınan mallara görə hər hansı bir ödəniş etmədiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Şahid8 və Şahid9 tanıyır. Belə ki, əvvəllər işlədiyi “Şöhlətoğlu” X16 təxminən 700-750 ədəd ot kipləri vardır. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, “müştəri tap, kipləri sat”. O, da istirahət mərkəzində aşpaz işləyən Şahid10 demişdir ki, “həmin kipləri satmaq üçün müştəri lazımdır”. Şahid10 isə demişdir ki, “müştəri tapsam deyərəm”. Həmin ərəfələrdə Şahid10 həmkəndçisinə zəng edib ot kipləri olması barədə məlumat vermişdir. Bundan sonra Şahid9 və Şahid8 istirahət mərkəzinə gəlmişlər. Onlarla o tanış olduqdan sonra Zərərçəkmiş şəxs1 zəng etmiş və mobil telefonunu Şahid8 vermişdir ki, qiymətdə razılaşsınlar. Onlar otun kipinin birini 2.7 manata alınması barədə razılaşmışlar. Bundan başqa Zərərçəkmiş şəxs1 ona “Umuddan 100 manat beh alarsan” sözlərini demiş, o, da 100 manat behi Şahid8 almışdır. Həmin razılaşma ərəfəsində istirahət mərkəzinin həyətinə qar yağmışdır. Bu səbəbdən təxminən 7-10 gün ərzində onlar istirahət mərkəzinin həyətini qardan təmizləmişlər. X22 Şahid8 məlumat almışlar ki, yollar açılıb və onlar gəlib ot kiplərini aparmağa başlamışlar. Şahid8 və Şahid9 öz yük avtomobillərində təxminən 10 gün ərzində 3 dəfə 140 kip, 1 dəfə 170, 1 dəfə isə 50 kip ot aparmışlar. Hər reysdə də aparılmış kiplərin pulunu ona vermişlər. X37 140 kipə görə 378 manat, 170 kipə görə 459 manat, 50 kipə görə isə 135 manat ona pul vermişlər. Ümumulikdə isə Umud Maliyev 640 ədəd ot kipinə görə ona 1728 manat pul vermişdir. Sonuncu 50 kipi apardıqdan sonra Şahid8 Şahid9 istirahət mərkəzinə gəlib Zərərçəkmiş şəxs1la görüşmüşlər və onlar Zərərçəkmiş şəxs1la görüşdükdən sonra Şahid8 ona “verilmiş 100 manat behi də yerdə qalan çürümüş ot kipləri ilə əvəzləşdirmək barədə Novruzla razılaşdıq” sözlərini demişdir. Bundan sonra onlar yerdə qalan çürümüş ot kiplərini də yığıb aparmışlar. Lakin nə qədər ot kipi apardıqlarına fikir verməmişdir. Satılmış ot kiplərinə görə pulun 300 manatını birinci reysdən sonra yol taksisi ilə Zərərçəkmiş şəxs1 göndərmiş, qalan 1428 manatı isə Şahid8 və Şahid9 çürümüş ot kiplərini apardıqdan sonra 2023-cü ilin yanvar ayının 1-7 arası Zərərçəkmiş şəxs1 istirahət mərkəzində olarkən ona təklikdə əlbə-əl vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Həmin puldan da Zərərçəkmiş şəxs1 əziyyət çəkdiyi üçün ona 50 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ona demişdir ki, “Qəhrəmana da şirinlik verəcəm”. Hər reysdən sonra Zərərçəkmiş şəxs1la danışıb aparılmış ot kiplərinin sayı və verilmiş pul barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır. Bəlkə üzdən görsə tanıyar. Lakin ad olaraq həmin şəxsin adını birinci dəfədir ki, eşidir və elə bir adda şəxslə heç bir əlaqəsi olmamışdır. Şahid7 Zərərçəkmiş şəxs1 qohumu kimi tanıyır. Şahid7la münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 oğlu Şahid15 tərəfindən işə düzəlməsi barədə hər hansı bir razılaşma olmadığını və buna görə Zərərçəkmiş şəxs2 2200 manat pul almadığını bildirmişdir. Eyni zamanda göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Şahid7 izahatlarında dedikləri vaxtda “Şöhlətoğlu” X10mamışdır. Bu onların telefon anten dairəsi üzrə edilmiş sorğunun da cavablarından da görünür. Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd olunan cinayətləri törətmədiyini nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 çıxışını yazılı qaydada məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törətmədiyini nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmiş və ********** X4 Nömrəsi altında fəaliyyət göstərir. 2015-ci il tarixdə Bakı-Şamaxı-İsmayıllı avtomobi yolunun, Ağsu rayon Nüydü kəndindən keçən hissəsində “Şöhlətoğlu” adı altında fəaliyyət göstərən X25ni açmışdır. Həmin istirahət mərkəzi ona məxsusudur. Təxminən 2017-ci il tarixdə Laçın rayon sakini Təqsirləndirilən şəxs həmin istirahət mərkəzinə aşbaz kimi işə götürməyinə baxmayaraq sonuncu administrator vəzifəsini icra etmişdir. Belə ki, istirahət mərkəzinin idarə olunması ilə bağlı bütün işləri şifahi qaydada Təqsirləndirilən şəxs həvalə etmişdir. Təqsirləndirilən şəxs ona məxsus olan istirahət mərkəzini işlədərkən gündəlik olaraq istirahət mərkəzinin əldə etdiyi gəlirləri onunla şifahi olaraq haq-hesab etmişdir. Həmçinin Təqsirləndirilən şəxs aylıq olaraq 300 manat əmək haqqı ödəmişdir. Təqsirləndirilən şəxs istirahət mərkəzinin bütün işlərini görməsini həvalə etdiyindən İstirahət Mərkəzinin təmir tikintisi ilə əlaqədar, həmçinin İstirahət Mərkəzinə ərzaq və ya digər məhsulların alınması ilə əlaqədar bütün işləri Təqsirləndirilən şəxs həyata keçirmişdir. Təqsirləndirilən şəxs İstirahət Mərkəzinin tikintisi, təmiri, həmçinin alınmış ərzaq və digər məhsulları İstirahət Mərkəzinə daxil etdikdən sonra, həmin məhsulların alınmasına dair xərclədiyi pulların miqdarını ona bildirmiş, o, isə Adilin həmin məhsulları aldığı şəxslərə pulu ödəməsi üçün sonuncuya həmin miqdarda pul ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs gündəlik istifadə olunan ərzaq və meyvə-tərəvizin alınmasını, gündəlik ticarətdən qalan pul vəsaiti üzrə həmin alınmış malların pullarını ödəməsini həyata keçirmişdir. Yəni əsasən Təqsirləndirilən şəxs onun ümumi göstərişinə görə hər dəfə gündəlik ticarətdən qalan pul vəsaiti üzrə sərəncam verib borca alınmış malların pullarını ödəyirmiş, işçilərin əmək haqqılarını verirmiş. Eləcə də, ümumi borc ödənildikdən sonra qalan xeyiri ona verirmiş. Bəzən olurmuş ki, o, özü də yaranmış borcların pullarının ödənilməsi üçün Təqsirləndirilən şəxs pul verirmiş və sonuncu həmin pulları borc sahiblərinə ödəyirmiş. “Şöhlətoğlu” X17 əsasən ticarəti isti havalarda, yəni cari ilin aprelmay aylarından başlayaraq sentyabr-oktyabr aylarınadək davam edirmiş. Gündəlik ticarət dövriyyəsi isə 1000-1500 manat arası dəyişirmiş. Təqsirləndirilən şəxs ona məxsus xeyli miqdarda yəni 31426 manat pul vəsaitini mənimsəmişdir. Belə ki, 2022-ci ilin təxminən aprel ayında səhhətində yaranan problemlərə görə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasında müalicəsini bitirdikdən sonra Azərbayacana geri qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra ona məxsus olan istirahət mərkəzinə gələrək Təqsirləndirilən şəxsla haq-hesab etmiş, aralarında baş tutan haqq-hesab zamanı Təqsirləndirilən şəxs ona 5000 manat ödəyərək ay ərzində restoranın xərclərini ödədikdən sonra qalan məbləğin bu olduğunu demişdir. 5000 manatlıq xeyir təxminən 4-5 aylıq istirahət mərkəzinin fəaliyyəti ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs ona verdiyi 5000 manat pulu götürmüş, pulu götürdükdən sonra onda Təqsirləndirilən şəxs İstirahət Mərkəzinin gündəlik alverindən qalan xeyiri mənimsəməsi barədə şübhə yaranmışdır. Həmin ərəfələrdə İsmayıllı bazarında meyvə-təvəz satışı ilə məşğul olan Şahid1 ona müraciət edib bildirmişdir ki, “sənin mənə 22000 manat borcun yaranmışdır”. O, Şahid1 demişdir ki, “həmin borcu Təqsirləndirilən şəxs yaradıb, yəni sənə veriləsi mənim pullarımı mənimsəyərək borc yaratmışdır, indi bunun üstündə işləyirəm, qoy Adili ifşa edim, sənin borcunu ondan alıb qaytaracam”. Şahid1 isə ona “bəs istirahət mərkəzi üçün ondan bundan nisyə mal alıb vermişəm, heç olmaya onların pullarını mənə ver” sözlərini demiş, o, da onun sözləri ilə razılaşıb həmin ərəfələrdə 4000 ABŞ dolları bir, 1200 manat da bir Şahid1 pul vermişdir. Halbuki həmin pullar 22000 manatlıq borca daxildir. O, həmin pulları ona görə vermişdir ki, Şahid1 İstirahət Mərkəzi üçün borca aldığı malların pullarını borc sahiblərinə verə bilsin. 2022-ci ilin aprel-may aylarından sonra Şahid1 “mənə nisyə mal vermə, mal alıdıqdan sonra dərhal pulunu al” sözlərini demiş, Şahid1 da onunla razılaşmışdır və 2022-ci ilin aprel-may aylarından hal-hazıradək Şahid1 borcu yaranmamışdır. Şahid1 yaranmış 22000 manatlıq borcu isə 2021-ci ilin yay aylarında alınmış meyvə-tərəvəz və digər məhsullara görə yaranmışdır. 2023-cü ilin fevral ayının sonları, mart ayının əvvəlləri İsmayıllı rayonunda qəssab kimi fəaliyyət göstərən Şahid13 onunla əlaqə saxlayaraq İstirahət Mərkəzi üçün alınmış 132 manat dəyərində ətin pulunun hələdə verilmədiyini bildirdi. O, isə ona demişdir ki, “pulu mən Təqsirləndirilən şəxs vermişəm, sonuncu pulu sənə verməli idi”. 2022-ci ilin oktyabr ayında Şahid13 9 kilo 500 qram quzu əti almış və Şahid13 demişdir ki, “yaza qədər, yəni 2023-cü ilin may ayınadək pulu verəcəm”. Həmin ərəfələrdə isə Təqsirləndirilən şəxs təxminən 3-4 gün idi ki, xəstə olmasını əsas gətirərək İstirahət Mərkəzini tərk edib çıxıb getmişdi. O, Təqsirləndirilən şəxs İstirahət Mərkəzinə geri qayıtmasını gözləmişdir ki, onunla bu məsələ barəsində danışsın, lakin Təqsirləndirilən şəxs müxtəlif bahanələr gətirərək İstirahət Mərkəzinə geri qayıtmaqdan imtina edirmiş, buna görə də o, Təqsirləndirilən şəxs uzun müddət işə çıxmadığından onunla aralarında olan əmək müqaviləsinə xitam vermişdir. Təqsirləndirilən şəxs işinə xitam verdikdən sonra o, mütəmadi olaraq alış veriş etdiyi ərzaq mağazalarına, tikinti materialları mağazaları ilə, həmçinin iş gördüyü digər şəxslərlə əlaqə saxlayaraq onlardan İstirahət Mərkəzinin borcu olub-olmamasını maraqlanmağa başlamışdır. Bu isiqamətdə araşdırma apararkən müəyyən etmişdir ki, İsmayıllı rayon Bizlan kəndində ət satışı ilə məşğul olan Zaur X1 691 manat borcu olduğunu, Təqsirləndirilən şəxs ona pul ödəmədiyini bildirdi. Şahid3 2022-ci ilin sentyabr-oktyabr aylarında 50-53 kiloluq ət almışdı. Buna görə də ödəniləcək 691 manat pulu 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs vermişdi. İsmayıllı rayonu Lahıc avtomobil yolunda yerləşən tikinti materialları satışı mağazasında işləyən Şahid14 zəng edib ondan istirahət mərkəzinin borcu olubolmamasını maraqlanmış, Şahid14 ona İstirahət Mərkəzinin mağazaya 1482 manat borcu olduğunu bildirmişdir. Həmin pulu o, Təqsirləndirilən şəxs əlbə-əl təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında vermişdi. Həmin mağazadan isə tikinti malları 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri üçün alınmışdır. Yük avtomobili ilə yük daşıma ilə məşğul olan Şahid12 xidmət haqqı kimi ödməsi üçün Təqsirləndirilən şəxs 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında 300 manat versə də, Şahid12 həmin pulu ödəməyərək mənimsəmişdir. Belə ki, 2022-ci ilin avqust-sentyabr aylarında Şahid12 Ağdaş rayonundan kafel-metlak gətirmiş və buna görə ona 300 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs 300 manatı vermişdi ki, həmin pulu Şahid12 ödəsin, lakin Təqsirləndirilən şəxs həmin pulu da verməyib mənimsəmişdir. İsmayıllı rayonunda Mican inşaat adı altında fəaliyyət göstərən tikinti malları mağazasını işlədən Elxan Rəsulzadəyə 1833 manat pul ödməsi üçün həmin məbləği 2022-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs ödəsə də, Elxan Rəsulzadədən bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs həmin məbləği də mənimsəyərək Elxan Rəsulzadəyə ödəməmişdir. Mican inşaat mağazasından tikinti malları 2021-ci ilin yay aylarında alınmışdır. 2022-ci ilin avqust ayında İstirahət Mərkəzinə yandırmaq üçün Meşə təsərrüfatına rüsum ödəyərək aldıqları odunları restorana gətirib boşaldan fəhlələrin 300 manat pulunu da Təqsirləndirilən şəxs 2022-ci ilin sentyab-oktyabr aylarında ondan alsa da həmin pulu Şahid17 verməyərək mənimsəmişdir. Eləcə də Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı adlarını qeyd etdiyi şəxslərə ödəməyərək mənimsəmişdir. Həmin şəxslərdən bu barədə maraqlandıqda onlar ona bildirmişlər. Lakin Təqsirləndirilən şəxs ona demişdir ki,” işçilərin əmək haqqılarını tam şəkildə İstirahət Mərkəzinin alverindən ödəmişəm”. Bundan başqa 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ona zəng edib demişdir ki, “istirahət mərkəzində aşpaz işləyən Qəhrəman kişinin heyvan saxlayan tanışları var, həmin şəxslər ot presi istəyirlər, halhazırda istirahət mərkəzindədirlər”. Təqsirləndirilən şəxs mobil telefonu ilə adını sonradan bildiyi Şahid8 onu çalaşdırmış və o, Şahid8lə 2,70 manata bir kipi satmaq barədə razılaşmışlar. Umud Malıev ondan 640 ədəd ot kipi almağa qərar vermişdir. Həmin kiplər İstirahət Mərkəzinin həyətində saxlanılırdı. Lakin alınacaq ot kiplərinə görə ödənişin nə vaxt veriləcəyi barədə Şahid8lə aralarında heç bir razılaşma olmamışdır. Bu barədə Təqsirləndirilən şəxs ot kipləri alınan zaman zəng edib ona demişdir ki, “640 ədəd kipin dəyəri olan 1728 manat pulu üç aya verəcəklər”. O, da Təqsirləndirilən şəxsla razılaşmışdır. Bundan sonra kipləri hissə-hissə aparmışlar. Ot kiplərini apardıqdan sonra İstirahət Mərkəzində olarkən yerdə təxminən 100 ədəd çürümüş ot kipləri qalmışdır. Şahid8 atası Arif Malıyevlə birlikdə onunla 1-2 dəqiqəlik görüşmüşlər. O, Şahid8 demişdir ki, “100 ədəd ot əskiyim var”. Şahid8 isə ona demişdir ki, “mənim bu barədə məlumatım yoxdur, işçiləriniz bilər”. Sonrada o, araşdırmış və ona məlum olmuşdur ki, yanlış başa düşmüş, ot əksiyi yoxdur. Şahid8 ona “sizə verilmiş 100 manat behlə yerdə qalan çürümüş ot kiplərini aparsaq olar” sözlərini demiş, o, da Şahid8lə razılaşmışdır. Lakin nə Şahid8, nə də ki Arif Malıyev aparılmış ot kiplərinə görə pulu Təqsirləndirilən şəxs verməkləri barədə bir söz deməmişlər. Nə də ki o, onlardan bu barədə soruşmamışdır. Sonra onlar çıxıb getmişlər və qalan çürümüş otları da aparmışlar. 2023-cü ilin aprel ayında o, Şahid8 zəng edib “bəs alınmış ot kiplərinə görə pulu nə vaxt verəcəksiz” sözlərini demiş. Şahid8 isə ona “biz hər dəfə ot kiplərini aparanda pulunu Təqsirləndirilən şəxs vermişik” sözlərini demişdir. Lakin Təqsirləndirilən şəxs 1728 manat pulu da mənimsəyərək ona verməmişdir. Bundan başqa zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxsla arasında borc münasibətlərinin olmadığını, İstirahət Mərkəzini işlədən Təqsirləndirilən şəxs onunla aylıq olaraq haqq-hesab edən zaman İstirahət Mərkəzinin bütün xərclərini ödədiyini deyərək ödəməli olduğu məbləğdən həmin xərclərin pulunu çıxıb ona İstirahət Mərkəzinin gəlirini verdiyini, eləcə də onun özü də Təqsirləndirilən şəxs borcları bağlamasını üçün pul verdiyini, lakin sonradan Təqsirləndirilən şəxs İstirahət Mərkəzinin xərclərini ona ödəməli olduğu puldan çıxsa da qalan pulları İstirahət Mərkəzinin xərclərinə ödəməyərək, borcları ödəmək üçün ona verdiyi pullarla birlikdə öz şəxsi mənafeləri üçün mənimsədiyini, Təqsirləndirilən şəxs faktiki olaraq 350 manat əməkhaqqı verməsini, texniki xəta olaraq onun əməkhaqqısının elektron sistemdə 300 manat göstərilməsini, əvvəllər verdiyi ifadəsində Şahid1 yaranmış borcun 2022-ci ilin yay aylarında alınmış mallara görə yaranmasını bildirməsi fikirli olması ilə bağlı olduğunu, Şahid1 yaranmış borc 2021-ci ilin yay aylarında alınmış mallara görə olduğunu, Təqsirləndirilən şəxs İsmayıllı rayonunda yerləşən bazarda alverlə məşğul olan Əflakədən pendir alaraq 40 manat pulu və Şöhlət adlı işçinin 125 manat əməkhaqqısını ödədiyini, ümumilikdə Təqsirləndirilən şəxs ona məxsus 31426 manat pul vəsaitini mənimsədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində dövlət ittihamçısının dedikləri ilə razı olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmasını, ona dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 dövlət ittihamçısının dedikləri ilə razı olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmasını, ona dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qaynıdır. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X25 vardır. Həmin istirahət mərkəzində Təqsirləndirilən şəxs administrator işləmişdir. Təqsirləndirilən şəxsla münasibətləri “Şöhlət oğlu” X16 işlədiyi dövrdən yaranmış və onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Bir oğlu, səkkiz qızı var. Oğlunun adı Şahid15dir. Şahid15 1982-ci il təvəllüddür və 41 yaşı vardır. Şahid15 ailəlidir və heç bir yerdə işləmir. O, da Şahid15 işə düzəltmək üçün müəyyən adamlardan xahiş etməyə başlamışdır. 2022-ci ilin yaz aylarında “Şöhlət oğlu” X6rkən Təqsirləndirilən şəxs “oğlum Alimi işə düzəltmək istəyirəm” sözlərini demiş, Təqsirləndirilən şəxs da ona “narahat olma, Alimi dənizdə gəmiçiliyə düzəldə bilərəm, orada fəhlə kimi işləsin” sözlərini demişdir. Həmin vaxt yanlarında “Şöhlət oğlu” X17 işçisi Məhəbbət də olmuşdur. O, Təqsirləndirilən şəxs “mən razıyam, sən düzəltməkdən ol” sözlərini demişdir. Təqsirləndirilən şəxs da ona “3000 manat pul lazımdır ki, Alimi dediyim yerə işə düzəldək” sözlərini demişdir. O, da Təqsirləndirilən şəxs “bir az aşağı elə, mənim o qədər pulum yoxdur” sözlərini demişdir. Təqsirləndirilən şəxs da ona “ get gör gücün nəyə çatırsa, sənə köməklik edərik” sözlərini demişdir. O, da geri yaşadığı Bərdə rayonu Soğanverdilər kəndinə gəlib oğlu Şahid15lə məsləhətləşdikdən sonra 2022ci ilin aprel-may aylarında "xxxx" ASC-nin Bərdə rayon filialından 3600 manat kredit götürmüş, sonra 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X16 Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Məhəbbəti də yanlarına çağırmış, Təqsirləndirilən şəxs demişdir ki, “mən 2200 manat pul düzəltmişəm”. Təqsirləndirilən şəxs isə ona “narahat olma, pulu ver, amma iş düzələndən sonra əlavə mənə də verərəsən” sözlərini demişdir. O, da Təqsirləndirilən şəxs “bu pulu ona görə sənə verirəm ki, Novruzun yanında işləyirsən” sözlərini demişdir. Sonra 2200 manatı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona “təxminən 1-2 aya oğlunu işə düzəldəcəm”. Lakin həmin söhbətlərindən xeyli vaxt keçəndən sonra dəfələrcə Təqsirləndirilən şəxsla həm əlaqə saxlayıb, həm də ki görüşüb Şahid15 işə nə vaxt düzələcəyini maraqlanmış, Təqsirləndirilən şəxs hər dəfə bəhanə uyduraraq bu gün-sabah Şahid15 işə düzələcəyini bildirmişdir. Lakin hal-hazıradək Təqsirləndirilən şəxs oğlu Şahid15 işə düzəltməyərək, onun 2200 manat pulunu ələ keçirmişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlamadığını, yalnız 2022-ci ilin sentyabr-oktyabr aylarında iki dəfə görüşdüyünü, oğlunun işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 2200 manat pul verməsini Şahid7 başqa heç kimin təsdiqləyə bilməyəcəyini, 3600 manat kredit götürməsinə səbəb əlavə xərclərinin də olması ilə bağlı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt 050 ***-**- ** nömrəli mobil telefondan istifadə etmiş, başqa nömrədən istifadə eməmişdir. İttham tərəfinin təşəbbüsü ilə Zərərçəkmiş şəxs2 təkrarən məhkəmə iclasında dindirilən zaman bir daha 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X16 Şahid7 yanında Təqsirləndirilən şəxs 2200 manat pul verməsini təsdiqləmiş və həmin vaxt üzərində ifadələrində qeyd etdiyi mobil nömrənin olduğunu bildirmiş, ondan başqa nömrə işlətmədiyini, telefonun əhatə dairəsinin göstərilməməsinin səbəbini bilmədiyini qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində dövlət ittihamçısının dedikləri ilə razı olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmasını, ona dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X25 vardır. Həmin istirahət mərkəzində ara-sıra işləyib çıxmışdır. Lakin çıxsada belə, ara-sıra gedib gəlmişdir. Həmin istirahət mərkəzində Təqsirləndirilən şəxs administrator işləmişdir. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 yeznəsi kimi tanımışdır və onunla da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs2lə də münasibətləri sonuncunun “Şöhlət oğlu” X21 gəlib-getməsindən yaranmışdır. 2022-ci ilin yaz aylarında “Şöhlət oğlu” X6rkən onun yanında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs demişdir ki, “oğlum Alimi işə düzəltmək istəyirəm”. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 demişdir ki, “narahat olma, Alimi dənizdə gəmiçiliyə düzəldə bilərəm, orada fəhlə kimi işləsin, gəmi kapitanı ilə münasibətim var, 15 gün evdə, 15 gün işdə olacaq”. Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs demişdir ki, “mən razıyam, sən düzəltməkdən ol”. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 dmişdir ki, “3000 manat pul lazımdır ki, Alimi dediyim yerə işə düzəldək”. Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs demişdir ki, “bir az aşağı elə, mənim o qədər pulum yoxdur”. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 demişdir ki, “ get gör gücün nəyə çatırsa, sənə köməklik edərik”. Bundan sonra onların razılaşmaları bitmişdir. 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X6rkən Zərərçəkmiş şəxs2 onu yanına çağırıb “Adilə verəcəyim pulu gətirmişəm, gəl, sənin yanında verim” sözlərini demiş, onun yanında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “mən 2200 manat pul düzəltmişəm” sözlərini demiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 “narahat olma, pulu ver, amma iş düzələndən sonra əlavə mənə də verərəsən” sözlərini demişdir. Zərərçəkmiş şəxs2 də Təqsirləndirilən şəxs “bu pulu ona görə sənə verirəm ki, Novruzun yanında işləyirsən” sözlərini demişdir. Sonra Zərərçəkmiş şəxs2 2200 manatı Təqsirləndirilən şəxs verdi. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 “təxminən 1-2 aya oğlunu işə düzəldəcəm” sözlərini demişdir. Bundan sonra uzun müddət vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğlu Şahid15 işə düzəltmədi. Hər dəfə də bir bahanə uydururdu. Gah deyirdi ki, “gəmi kapitanı xəstələnib”, gah da deyirdi ki, “narahat olma artıq az qalıb Alimin işə düzəlməsinə”. Lakin hal-hazıradək Təqsirləndirilən şəxs Şahid15 işə düzəltməyərək, Zərərçəkmiş şəxs2 2200 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 2200 manat pul verməsini ondan başqa heç kimin təsdiqləyə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt 050 və 055 ***-**-** nömrəli mobil telefondan istifadə etmiş, başqa nömrədən istifadə eməmişdir. Şahid7 məhkəmə iclasında dövlət ittihamçısının vəsatətinə əsasən təkrar dindirilərkən eyni məzmunlu izahat vermişdir. Telefon əhatə dairəsinin göstərilməməsinin səbəbini bilmədiyini qeyd etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid15 məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. O, məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 atasıdır. Ailəlidir, iki övladı var. Zərərçəkmiş şəxs1 dayısıdır. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X25 vardır. Həmin istirahət mərkəzində Təqsirləndirilən şəxs administrator işləmişdir. Təqsirləndirilən şəxsla hər hansı bir münasibəti olmamış və onun adını sonradan bilmişdir. Belə ki, 2022-ci ilin aprel-may aylarında atası Zərərçəkmiş şəxs2 ona “dayın Novruzun obyektində işləyən Adillə danışmışam, Adil mənə deyib ki, oğlunu gəmiçiliyə fəhlə kimi işə düzəldə bilərəm, bunun üçün pul lazımdır” sözlərini demiş, o, da atası Zərərçəkmiş şəxs2lə razılaşmışdır. Bundan sonra atası Zərərçəkmiş şəxs2 3600 manat "xxxx" ASC-nin Bərdə rayon şöbəsindən 3600 manat kredit götürmüş və həmin pulun 2200 manatını aparıb Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra atası Zərərçəkmiş şəxs2 ona demişdir ki, “narahat olma yaxın zamanlarda işə düzələcəksən”. Lakin hal-hazıradək o, işə düzələ bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 2200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 1997-ci ildən hal-hazıradək İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlət oğlu” İstirahət Mərkəzinin sahibidir. Zərərçəkmiş şəxs1la münasibətləri normal olmuş, onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” İstirahət Mərkəzinin administratoru kimi tanımışdır. Təqsirləndirilən şəxsla da münasibətləri normal olmuş, onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” İstirahət Mərkəzinə 2021-ci ildən meyvə və tərəvəz satır. Bundan başqa ara-sıra İstirahət Mərkəzinə ət alıb göndərilməsində də işitirak etmişdir. Belə ki, ara-sıra Zərərçəkmiş şəxs1 ona zəng edirdi ki, hansı mallar lazımdır və o, həmin malları “Şöhlət oğlu” İstirahət Mərkəzinə taksi ilə göndərirdi. Əsasən isə Təqsirləndirilən şəxs ona zəng edirdi və o, hansı mallar lazımdır həmin malları “Şöhlət oğlu” İstirahət Mərkəzinə taksi ilə göndərirdi. Bundan başqa əsasən Təqsirləndirilən şəxs özü gəlib onda “Şöhlət oğlu” İstirahət Mərkəzinə meyvə-tərəvəz və ət almışdır. Lakin bəzən olurdu ki, Zərərçəkmiş şəxs1 da gəlib ondan meyvə-tərəvəz almışdır. Alınmış məhsulların ödənişlərini əsasən Təqsirləndirilən şəxs özü gətirib verirdi. Ara-sıra Zərərçəkmiş şəxs1 da gətirib ona alınmış məhsulların pullarını vermişdir. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 yaxınlaşıb bildirmişdir ki, “sənin mənə 22000 manat borcun yaranmışdır”. Zərərçəkmiş şəxs1 da ona demişdir ki, “həmin borcu Təqsirləndirilən şəxs yaradıb, yəni sənə veriləsi mənim pullarımı mənimsəyərək borc yaratmışdır, indi bunun üstündə işləyirəm, qoy Adili ifşa edim, sənin borcunu ondan alıb qaytaracam”. O, Zərərçəkmiş şəxs1 demişdir ki, “bəs istirahət mərkəzi üçün ondan bundan nisyə mal alıb vermişəm, heç olmaya onların pullarını mənə ver”. Zərərçəkmiş şəxs1 da onun sözləri ilə razılaşıb həmin ərəfələrdə 4000 ABŞ dolları bir, 1200 manatda bir ona pul vermişdir. Halbuki həmin pullar 22000 manatlıq borca daxildir. Zərərçəkmiş şəxs1 da həmin pulları ona görə verdi ki, o, İstirahət Mərkəzi üçün borca aldığı malların pullarını borc sahiblərinə verə bilsin. 2022-ci ilin aprel-may aylarından hal-hazıradək “Şöhlət oğlu” X7 borcu yaranmamışdır. Zərərçəkmiş şəxs1la üzləşdikdən sonra ondan malları əsasən Təqsirləndirilən şəxs almasını, buna görə də ödənişləri əsasən Təqsirləndirilən şəxs etməsini, hal-hazırki 22000 manatlıq borcun 2021-ci ilin yay aylarında alınmış mallara görə yaranmasını xatırlamasını bildirmişdir. Şahid1 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, onlarla işləmiş, bazardan mallar verirmiş, həftə içi Adil, həftə sonu isə Novruzun özü gəlib aparırmış. Sonra 21168 manat borcları yığılmışdır. Ondan 7000 manat ödənilmiş, 14168 manat isə ödənilməmişdir. Borcun qaytarılması üçün gün danışılmamışdı, həftənin ya əvvəli, yada axırı verilirmiş. Elə olurmuş ki, həftə sonu çox mal aparırmışlar. O, hər dəfə Adilə deyirmiş, o, da deyirmiş ki, pulun veriləcək, amma dəqiq vaxtını demirmiş. Adilə deyəndə 300-500 manat verirmiş. 7000 min manat verəndə 14 min manat qaldığını Novruz bilirmiş. Novruz sonuncu dəfə demişdir ki, pulu Adilə vermişəm, pul ondadır. Adil işdən çıxmamışdan əvvəl Novruz demişdir ki, pulu Adilə vermişəm. O, iki dəfə Adilə zəng vurmuş, Adil demişdir ki, onluq deyil, adı hallandırılmasın. Bütün mala görə qaimə yazmış və həmin qaimələri Adilə vermişdir. O, 2019-cu ildən bəri Novruz və Adillə işləyirmiş, borc isə 2020-ci ildən yaranmış, hər dəfə borcu tələb edirmiş. Həftə sonu Novruz malı nağd alırmış, Novruz nağd alanda deyirmiş ki, borcunuz var, o, 2-3 gün sonra Adillə borcdan göndərirmiş və sonra Novruz maraqlanırmış ki, Adil bu gün pul verdi, o, da deyirmiş ki, bəli verdi. Sonuncu dəfə o, borcu tələb etdikdə Novruz demişdir ki, pulu Adilə vermişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən hal-hazıradək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti materialları mağazasında satıcı işləyir. Həmin mağazada müxtəlif çeşiddə tikinti materialları satılır. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlət oğlu” X17 sahibi Zərərçəkmiş şəxs1 tanıyır. Onunla münasibətləri normal olmuş və sonuncu mütəmadi olaraq işlədiyi mağazadan tikinti materialları almışdır. Təqsirləndirilən şəxs isə “Şöhlət oğlu” X16 işləyən işçi kimi tanımış və sonuncu Zərərçəkmiş şəxs1 göstərişi ilə işlədiyi mağazadan tikinti materiallarıı aparmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 işlədiyi mağazadan tikinti materiallarının alınmasını sifariş vermiş və Təqsirləndirilən şəxs malları gəlib aparmışdır. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda sement, gips, əhəng və sair malmaterialları aparmışdır. Bəzən də Təqsirləndirilən şəxs alınmış malların pulunu ödəmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 işlədiyi mağazaya 1482 manat borcu yaranmışdır. 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək Zərərçəkmiş şəxs1 “Şöhlət oğlu” X16 təmirtikinti işləri görürdü və həmin borc həmin dövrlə bağlı yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı mütəmadi olaraq Zərərçəkmiş şəxs1la əlaqə saxlamışdır. Lakin Zərərçəkmiş şəxs1 vəziyyətinin yaxşı olmamasını bildirirək gələcəkdə ödəyəcəyini bildirmişdir. 2023-cü ilin fevral-mart aylarında Zərərçəkmiş şəxs1 ona zəng edib “sənə olan 1482 manat borcumu ödəyiblər” sözlərini demiş, o, da ona “xeyr, ödəməyiblər” sözlərini demişdir. Lakin həmin borcun kimin tərəfindən ödənilməsi barədə onda məlumat yoxdur. Çünki bu barədə Zərərçəkmiş şəxs1 heçnə soruşmamışdır. Şahid14 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Novruz gəlib demişdir ki, tikintiyə başlamışıq, bundan sonra aralarında alqı-satqı olmuş, tikinti materiallarını ya Novruz özü, ya usta gəlib götürmüş, ustası gələndə zənglə də alver etmişlər, 1482 manat borc 3-4 il ərzində yığılmış, səbəb isə tikinti materialı alınan zaman bəzən götürülən malın pulunun bir qismi ödənilmiş, bir qismi borc kimi qalmışdır (məsələn 1000 manatlıq mal almışlar, 600-700 manatı ödənilmiş, qalanı isə qalmışdır). Adil də ondan mal almış, lakin pulunu nağd vermişdir. Borcu Novruz özü ödəmiş, Adil ona borc ödəməmiş, Adil aldığı malın pulunu nağd vermişdir. Borc barədə hər il zəng edib məlumat vermişdir. Novruza dəfələrlə zəng etmiş, o, isə cavabında demişdir ki, imkan yoxdur sezonda verəcəkdir, sezonda da yeni mal aparmışlar, borc azalıb-artmışdır. Novruz ona deməmişdir ki, pulu göndərir. Novruz nə isə almağa gələndə borcundan da ödəyirdi. Sonuncu dəfə Novruz ona zəng edib demişdir ki, borc ödənilib, o da cavabında xeyir ödənilməyib demişdir. Ondan təxminən bir ay sonra onu Ağsu rayon polis şöbəsindən çağırmışlar və o, da gedib izahatını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildən halhazıradək “Mican” İnşaat mağazasında satıcı işləyir. Həmin mağaza İsmayıllı şəhərində yerləşir. Mağazada müxtəlif çeşiddə tikinti materialları satılır. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” X16 işləyir. Onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. “Şöhlətoğlu” X17 sahibi Zərərçəkmiş şəxs1dur. Zərərçəkmiş şəxs1la da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs işlədiyi “Mican” İnşaat mağazasından taxta, boya məhsulları, kafel-metlak və sair inşaat məhsulları almışdır. Həmin malların ümumi qiyməti 2733 manat olmuş, həmin pulun Təqsirləndirilən şəxs 400 manatını 22 iyul 2021-ci il tarxdə, 500 manatını 05 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ödəmişdir. Qalan borc isə hal-hazıradək ödənilməmişdir. Borcla bağlı müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 zəng edilmiş və sonuncu axırıncı danışıq zamanı 1833 manatlıq borcunu ödənilməsi üçün Təqsirləndirilən şəxs verdiyini, lakin Təqsirləndirilən şəxs həmin pulun arxasına keçdiyini bildirmişdir. Şahid X18 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Adil onların mağazasından öz başına mal götürməmişdir. Mağazada olanda Adil telefon vasitəsilə Novruzla əlaqə saxlayaraq mal alırmış, Novruz telefonda onlara deyirmiş ki, malı verin. Hazırda 1810 manat borc var. 1-2 dəfə Adil ödəmiş, Novruz özü də ödəniş etmişdir, axırıncı dəfə Adil ödəmiş və həmin vaxtda Novruzla əlaqə saxlamışdır ki, ödədim. Ayda bir dəfə Novruza zəng vurub borcunun olmasını deyirmiş, o, da cavabında əvvəl deyirmiş ki, özüm ödəyəcəm, sonda demişdir ki, pulu Adilə vermişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildən artıqdır ki, İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” X16 işləyir. Onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. “Şöhlətoğlu” X17 sahibi Zərərçəkmiş şəxs1dur. Zərərçəkmiş şəxs1la da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs1 ondan hissə-hissə 50-53 kiloluq ət almışdır. Həmin ət xırda buynuzlu heyvanın əti olmuşdur. Həmin alınmış ətin dəyəri 691 manat olmuş, lakin həmin borc hal-hazıradək ödənilməmişdir. Bununla bağlı 2022-ci ilin dekabr ayının sonları Zərərçəkmiş şəxs1 zəng edib borcunu istəmişdir. Zərərçəkmiş şəxs1 ona “narahat olma verəcəm” sözlərini demişdir. Bundan sonra o, bununla bağlı birdə Zərərçəkmiş şəxs1 zəng etməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs1 ona demişdir ki, “sənə olan borcunu Təqsirləndirilən şəxs vermişəm və o, da pulu sənə verməmişdir”. Əvvəllər də Zərərçəkmiş şəxs1 ondan ət almasını və pulunu özünün ödəməsini, bəzən isə Zərərçəkmiş şəxs1 tapşırığı ilə Təqsirləndirilən şəxs da kassadan ona olan borclarını ödəməsini bildirmişdir. Şahid3 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona borcu vardır. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəldən onunla danışaraq razılaşmışdır ki, ondan ət alıb, pulunu hər həftənin sonunda verəcəkdir. Dörd il olar olarla işləyir. Əti bəzən o, obyektə aparıb verirmiş, bəzən Zərərçəkmiş şəxs1, bəzən də Təqsirləndirilən şəxs gəlib aparırmış. Pulu da həmçinin ya özləri gətirib verirmiş, ya da o, obyektə gedib alırmış. Hazırda 691 manat borc vardır. Sonuncu dəfə Novruza demişdir ki, borcunuz var pulumu verin, Novruzda demişdir ki, iş yoxdur, lazım olsa maşınımı satıb pulunu verəcəm. Sonra demişdir ki, obyekti satdığa qoymuşam, satanda pulu verəcəkdir. Obyektə gedəndə Novruz Adilə deyirmiş ki, borcun pulunu gətir ver. X33 pul vermişəm deməmişdir, bir dəfə deyib. Novruz Adilə pul verib-verməməsindən, ümumiyyətlə pulun kimdə olmasından məlumatı yoxdur. O, Adilin nömrəsini bilmir. Adilin ona borcu yox idi, Novruzun borcu var, ona görə də Novruzdan pul istəmişdir. Adil ət aparırmış, gətirib pulunu verirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, ona məxsus Mersedes Atego 1523 markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobil vardır. Həmin avtomobillə sifariş əsasında yük daşıma fəaliyyəti ilə məşğul olur. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlət oğlu” X17 sahibi Zərərçəkmiş şəxs1 tanıyır. Onunla münasibətləri normal olmuş və onun bir neçə dəfə yük daşıma sifarişini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs isə “Şöhlət oğlu” X17 administratoru kimi tanımış və onunla da münasibətləri normal olmuşdur. 2022-ci ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng edib demişdir ki, “Ağdaş şəhərindən kafel-metlak gətirilməlidir”. O, da Zərərçəkmiş şəxs1 razılıq verib özünə məxsus yük avtomobili ilə Ağdaş şəhərinə getmişdir. Orada kafel-metlak istehsalı ilə məşğul olan sexdən kafel-metlaxı avtomobilinə yığıb “Şöhlət oğlu” X21 gətirmişdir. O, kafel-metlağa görə Zərərçəkmiş şəxs1 verməli olduğu 550 manatı sexə ödəmiş, “Şöhlət oğlu” X21 gəldikdə Zərərçəkmiş şəxs1 da orada olmuşdur. O, Zərərçəkmiş şəxs1 “daşıma haqqı və kafel-metlaxa görə mənə verməli olacağın pul 600 manatdır” sözlərini demiş, həmin vaxt Təqsirləndirilən şəxs da onların yanlarında olmuşdur. Zərərçəkmiş şəxs1 ona “300 manatı veririəm, qalan 300 manatı isə sonra verilcək” sözlərini demişdir. O, da Zərərçəkmiş şəxs1 sözləri ilə razılaşmış və ondan 300 manatı götürmüşdür. Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıdığına görə ondan qalan 300 manatı ona görə istəməmişdir ki, nə vaxtsa verər. Təxminən 2023-cü ilin fevral-mart aylarında Zərərçəkmiş şəxs1 ona zəng edib “sənə verilməli olan 300 manatı Adil sənə veribmi” sözlərini demiş, o, da Zərərçəkmiş şəxs1 “xeyir, Adil verməyibdir” sözlərini demişdir. Şahid12 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Novruzu çoxdan tanıyır, 2022-ci ilin avqust-sentyabr aylarında ona yük aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da onların yanlarında olmuşdur. Zərərçəkmiş şəxs1 ona “300 manatı vermiş, qalan 300 manatı isə sonra verilcək” sözlərini demişdir. Hardasa 3 ay sonra Novruz özü ona zəng edib demişdir ki, sənin pulunu Adilə vermişəm, niyə pulunu istəmirsən? Adildən heç vaxt pulu ona niyə verməməsini soruşmamışdır. Ümumiyyətlə Adilin telefon nömrəsi onda yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, İsmayıllı şəhərində yerləşən bazarda qəssab kimi fəaliyyət göstərir. Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlət oğlu” X17 sahibi Zərərçəkmiş şəxs1 tanıyır. Onunla münasibətləri normal olmuş və sonuncu mütəmadi olaraq ondan ət almışdır. Təqsirləndirilən şəxs isə “Şöhlət oğlu” X16 işləyən işçi kimi tanımış və onunla heç bir şəxsi münasibətləri olmamışdır. 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 9 kilo 500 qram məndən quzu əti almış və demişdir ki, “yaza qədər, yəni 2023-cü ilin may ayınadək pulu verəcəm”. O, da Zərərçəkmiş şəxs1la razılaşmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 həmişə ondan ət almış və pulunu dediyi vaxtda vermişdir. Həmin ət alışı Zərərçəkmiş şəxs1 tərəfindən sonuncu ət alışı olmuş, yəni həmin vaxtdan hal-hazıradək Zərərçəkmiş şəxs1 ondan ət almamışdır. 2023-cü ilin fevral-mart aylarında Zərərçəkmiş şəxs1 ona zəng edib “Adil sənə 132 manat pulunu veribmi” sözlərini demiş, o, ona “xeyr, Adil mənə heç bir pul verməmişdir” sözlərini demişdir. Şahid13 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Adillə onun alış-verişi olmamışdır, həmişə malı ondan Novruz almış, pulunu da özü vermişdir. Adili kafeyə gedəndə görürmüş, onunla alver etməmişdir. 132 manat borc qalmışdır, Novruz özü vermişdir. O, Novruzla alver edirmiş və Novruz deyirmiş ki, pulunu yazda verəcəm və verirmiş. Adil zənglə də deməmişdir ki, ət lazımdır, Novruzla alver etmişdir. Novruz ona deməmişdir ki, pulu Adil verəcəkdir. Novruz gələndə pulu özü verirmiş. Borcu istəyəndə deyirmiş ki, iş zəifdir, verəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 2001-ci ildən hal-hazıradək X35 X5 Meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Nüydü kəndinin ərazisində yerləşən “Şöhlətoğlu” X16 administrator işləmişdir. Onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. “Şöhlətoğlu” X17 sahibi Zərərçəkmiş şəxs1dur. Zərərçəkmiş şəxs1la da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 işlədiyi Talıstan Meşəbəyliyinin qırma sahəsindən 40 kub metr odun almaq istəməsini ona bildirmişdir. O, da ona razılıq vermişdir. Sonra Təqsirləndirilən şəxs gəlib ərizə ilə müraciət edib oduna görə veriləcək 1000 manat pulu ona vermiş və o, həmin pulu "xxxx"ın İsmayıllı rayon şöbəsində Şamaxı RMTM-nin hesabına ödəmişdir. Odunları o, fəhlələrlə gətirib “Şöhlətoğlu” X21 boşaltmış, odunları üç nəfər fəhlə boşaltmış, onlara 300 manat pul verilməli olmuşdur. O, Zərərçəkmiş şəxs1 zəng edib “fəhlələrin 300 manat xidmət haqqıları verilməlidir” sözlərini demiş, Zərərçəkmiş şəxs1 ona “mən Adilə tapşıracam, versin” sözlərini demiş, o, isə Təqsirləndirilən şəxs istədikdə sonuncu pulun olmamasını bildirmişdir. O, da məcbur qalıb özü fəhlələrin pulunu vermişdir. 2023-cü ilin yanvar-fevral aylarında Zərərçəkmiş şəxs1 “odun tədarükünə görə fəhlələrə veriləcək 300 manatı nə vaxt verəcəksən” sözlərini demiş, Zərərçəkmiş şəxs1 ona “mən pulu Adilə vermişəm, o da sənə verməyibdir” sözlərini demişdir. Hal-hazıradək o, pulunu ala bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Novruz müəllimə deməməsinin səbəbi Adilin pul yoxdur verəcək deməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibətləri normal olmuş, lakin sonradan əmək haqqısını vermədiyindən onunla münasibətləri pisləşmişdir. Belə ki, 2022-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayındək Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X16 kababçı işləmişdir. Əmək haqqısı gündəlik 30 manat olmuşdur. Onu işə Zərərçəkmiş şəxs1 götürsədə əmək haqqısını işlədiyi müddətdə İstirahət Mərkəzində administrator işləmiş Təqsirləndirilən şəxs verirdi. Belə ki, həm onun, həm də ki digər işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verirdi. Çünki əmək haqqıların verilməsini Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tapşırmışdı. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında gündəlik müştərilərin verdikləri hesabları özü götürürdü və İstirahət Mərkəzinin gündəlik alış verişini özü həyata keçirirdi. Təqsirləndirilən şəxs ümumilikdə onun 1200 manat əmək haqqısını verməmişdir. Bununla bağlı həm işlədiyi müddətdə, həm də ki işdən çıxandan sonra Təqsirləndirilən şəxs dəfələrcə bildirsədə ki, onun əmək haqqısı niyə vermir, sonuncu ona bildirmişdir ki, “narahat olma, Novruz müəllimə heçnə demə, mən sənin əmək haqqını verəcəm”. O, da Təqsirləndirilən şəxs inanıb bu barədə Novruz müəllimə heçnə deməmişdir. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 səhətində olan problemlərlə bağlı İstirahət Mərkəzinə demək olar ki, gəlmədiyini, Mərkəzin fəaliyyətini Təqsirləndirilən şəxs idarə etməsini, yəni gündəlik alınacaq ərzaqları Təqsirləndirilən şəxs özünün almasını, eləcə də işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verməsini, 2022-ci ilin yay aylarında X8 ara-bir İstirahət Mərkəzinə gəlib getməsini, lakin Şöhlətin əsgərlikdə olmasını, 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs İstirahət Mərkəzini idarə etdiyindən gündəlik müştərilərin verdiyi hesabları sonuncunun yığmasını bildirmişdir. Şahid16 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, Adilin təklifi ilə Şöhlətoğlu kafesə kababçı kimi gedib işləmişdir, əmək haqqını da Adillə danışmış, pulu hamıya Adil verirmiş, Adil onu aldatmış, pulunu verəcəyik demiş, lakin verməmişdir. Zərərçəkmiş şəxs1 gəlib onu görüb demişdi ki, bunun pulunu kəsməyin, bir-iki həftə keçirdi arada 100 manat verirmiş, iki üç ayın pulu qalmışdır, cəmi 1200 manat əmək haqqısı verilməmişdir, o da çıxıb getmişdir. Dəfələrlə gəlib Adilə demişdir ki, pulumu ver, o, da cavabında demişdir ki, pul yoxdur, Novruz Gülməmmov gəlsin verəcəyik. Novruz Gülməmmov qəti pulu kəsməyir, Adildən gizli mənə pul verirdi. Adillə danışanda deyirdi verəcəyik. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibətləri normal olmuş, lakin sonradan əmək haqqısını vermədiyindən onunla münasibətləri pisləşmişdir. Belə ki, 2022-ci ildən may ayından hal-hazıradək Bakı-Şamaxı- İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X16 ofisiant işləyir. Əmək haqqısı 150 manatdır. O, işlədiyi müddətdə əmək haqqısını İstirahət Mərkəzində 2023-cü ilin fevral ayınadək administrator işləmiş Təqsirləndirilən şəxs vermişdir. Belə ki, hər ay həm onun, həm də ki digər işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verirdi. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında gündəlik müştərilərin verdikləri hesabları özü götürürdü və İstirahət Mərkəzinin gündəlik alış verişini özü həyata keçirirdi. Lakin 2022-ci ilin sentyabr və 2023-cü ilin yanvar ayları ərzində Təqsirləndirilən şəxs onun əmək haqqısını verməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə onun 300 manat əmək haqqısını verməmişdir. 2023-cü ilin fevral ayının əvvəlləri işdən çıxmışdır. İşdən çıxanda Zərərçəkmiş şəxs1 “2022-ci ilin sentyabr və 2023-cü ilin yanvar aylarının əmək haqqısını Təqsirləndirilən şəxs mənə verməyib” sözlərini demiş, Zərərçəkmiş şəxs1 ona “Təqsirləndirilən şəxs alıb sənə verəcəm, Adil mənim pullarımın arxasına keçib” sözlərini demişdir. O, da sonradan işə qayıtmışdır. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 səhətində olan problemlərlə bağlı İstirahət Mərkəzinə demək olar ki, gəlmədiyini, Mərkəzin fəaliyyətini Təqsirləndirilən şəxs idarə etməsini, yəni gündəlik alınacaq ərzaqları Təqsirləndirilən şəxs özünün almasını, eləcə də işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verməsini, 2022-ci ilin yay aylarında X8 ara-bir İstirahət Mərkəzinə gəlib getməsini, lakin Şöhlətin əsgərlikdə olmasını, 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs İstirahət Mərkəzini idarə etdiyindən gündəlik müştərilərin verdiyi hesabları sonuncunun özünə verməsini bildirmişdir. Şahid5 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Şöhlətoğlu istirahət mərkəzində afisant işləyirmiş, Adil administrator imiş, əmək haqqı verilməsini Zərərçəkmiş şəxs1 tapşırırmış, Adil də əlbəl verirmiş, bir aylıq əmək haqqını, yəni 300 manatını verməmişlər və Adilə deyirmiş, o da deyirmiş verəcəm, amma verməmişdir. Zərərçəkmiş şəxs1 deyəndə o, cavabında bildirmişdir ki, vermişəm Adilə. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla münasibətləri normal olmuş, lakin sonradan onun əmək haqqısını vermədiyindən onunla münasibətləri pisləşmişdir. Belə ki, 2019-cu ildən hal-hazıradək Bakı-Şamaxı- İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X9b yuyan işləyir. Əmək haqqısı 300 manatdır. O, X26 Əsədovun vasitəsi ilə işə düzəlmişdir. O, işlədiyi müddətdə əmək haqqısı İstirahət Mərkəzində 2023-cü ilin fevral ayınadək administrator işləmiş Təqsirləndirilən şəxs vermişdir. Belə ki, hər ay həm onun, həm də ki digər işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verirdi. Lakin 2022-ci ilin aprel ayından başlayaraq Təqsirləndirilən şəxs onun əmək haqqısını hər ay kəsməyə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin may ayının əmək haqqısının 170 manat, həmin ilin iyun ayının əmək haqqısının 180 manat, iyul ayının əmək haqqısının 100 manat, avqust ayının əmək haqqısının 110 manat az vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərindən Təqsirləndirilən şəxs işə çıxmadı. O, da Təqsirləndirilən şəxs işə çıxmadığından Zərərçəkmiş şəxs1 soruşmuşdur ki, Adil müəllim onun 560 manat əmək haqqısını verməyib. Zərərçəkmiş şəxs1 da ona “belə şey, ola bilməz, mən işçilərin pullarını hər ay Təqsirləndirilən şəxs vermişəm” sözlərini demişdir. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 səhətində olan problemlərlə bağlı İstirahət Mərkəzinə demək olar ki, gəlmədiyini, Mərkəzin fəaliyyətini Təqsirləndirilən şəxs idarə etməsini, yəni gündəlik alınacaq ərzaqları Təqsirləndirilən şəxs özünün almasını, eləcə də işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verməsini, 2022ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 oğlu İsanın ara-bir İstirahət Mərkəzinə gəlib getməsini, lakin Şöhlətin gəlmədiyini bildirmişdir. Şahid4 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, əvvəl 3-4 ay maaşımı normal almış, sonra hər ay maaşından kəsmişlər, Zərərçəkmiş şəxs1 Türkiyəyə getdikdən sonra idarəçilik Adildə olmuşdur, hamı pulunu alırmış, o, isə pulunu istəyəndə dava salırmış, deyirmiş ki, pul yoxdur. Qış ayları idi, Adil evə gedirmiş, onlar hamısı yığışıb onu yola salanda demişdir ki, bəs onun pulu, Adil də cavabında demişdir ki, Zərərçəkmiş şəxs1 demişəm, özü bilir. Təqsirləndirilən şəxs orda işləyən vaxt hamının maaşını o verirmiş. Adil onun əmək haqqını hər ay kəsirmiş, onun əmək haqqısı 170 manat, 100 manat, 180 manat kəsilirmiş. Hazırda ona 560 manat pul borcludur. Zərərçəkmiş şəxs1 ayda bir dəfə, elə olurdu ay yarımda, elə olurdu beş aydan bir gəlirmiş, o, Novruza söz demirmiş, çünki Adillə işləyirmiş. Zərərçəkmiş şəxs1 da deyirmiş ki, hər şeyi Adilə tapşırmışam. O, maaşından kəsilən pulu Adildən istəyirmiş, Adil də deyirmiş ki, burda olanı Zərərçəkmiş şəxs1 deməyin. Adil gedəndən sonra Zərərçəkmiş şəxs1 zəng edib demişdir ki, ona pul lazımdır, Adil də çıxıb gedib, Novruz da gələndə ona öz cibindən 200 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının axırları Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlət oğlu” X21 aşbaz kimi işə düzəlmək üçün həmin İstirahət Mərkəzinin sahibi Zərərçəkmiş şəxs1 ilə görüşmüş, Zərərçəkmiş şəxs1 “mən aşpaz kimi işə düzəlmək istəyirəm” sözlərini demiş, Zərərçəkmiş şəxs1 ona “aşpazımız var, səni aşpaz köməkçisi kimi işə götürə bilərəm” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs1 sözləri ilə razılaşmış və gündəlik 20 manat əmək haqqı almaq müqabilində ona məxsus “Şöhlət oğlu” X16 işə başlamışdır. İstirahət Mərkəzinin aşpazı və administratoru Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona hər ay 600 manat əmək haqqı verməli idi. Çünki işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verirdi İşlədiyi müddət yalnız ona 200 manat əmək haqqı və 150 manatlıq siqaret alınmışdır. Həmin 200 manatın 100 manatını 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs kreditinə görə “Bank Bizim” lombartının işçisinin kartına vurmuş, qalan 100 manatı isə 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 yanında ona vermişdir. Bundan başqa işlədiyi müddətdə Təqsirləndirilən şəxs ona 150 manatlıq siqaret almışdır. 2022-ci ilin sentyabr ayının əvvəlləri o, işdən çıxmışdır. Ümumilikdə 900 manat əmək haqqısı hal-hazıradək ödənilməmişdir. İşdən çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs1la bir-iki dəfə danışmış və qalan 900 manatlıq əmək haqqısını istəmişdir. Zərərçəkmiş şəxs1 ona “sizlərin əmək haqqılarınızı Təqsirləndirilən şəxs verməli idi, lakin pullarınızı verməyib” sözlərini demişdir. 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 səhətində olan problemlərlə bağlı İstirahət Mərkəzinə gec-gec gəlib-gedirdi. Mərkəzin fəaliyyətini Təqsirləndirilən şəxs idarə edirdi. Yəni gündəlik alınacaq ərzaqları Təqsirləndirilən şəxs siyahı tutub özü alırdı. Eləcə də işçilərin əmək haqqılarını Təqsirləndirilən şəxs verirdi. 2022-ci ilin yay aylarında Novruz Gülmmədovun oğlanları İsa istirahət mərkəzində bir-iki dəfə gəlmişdir. Lakin Zərərçəkmiş şəxs1 digər oğlu X13 görməmişdir. Şahid6 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, iki ay işləmişdir. Bir ayın maaşını Adildən 100 manat almış, 98 manat da Adil aparıb banka keçirmişdir. İşə girəndən bir həftə sonra demişdir ki, banka pul keçirtməlidir, Zərərçəkmiş şəxs1 demişdir ki, Adil apar keçirt. Ondan sonra Adillə gedib banka pul keçirtmişlər. O, bilmir pulu kim verməli imiş, iki dəfə pul vermişlər, hər ikisi Adil vermişdir. O, Adilə zəng vurmamışdır, çünki nömrəsi yoxdur. Təxminən 900 manat borcları vardır. Borcu Zərərçəkmiş şəxs1 demiş, o, da cavabında demişdir ki, pul yoxdur verəcəklər. Daha sonra Zərərçəkmiş şəxs1 zəng vurmuşdur ki, pulunu almamışdır, o, da cavabında demişdir ki, alacaqsan. Daha sonra Zərərçəkmiş şəxs1 yığıb demişdir ki, pulu Adilə verdim sənə verməyib? Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X25 vardır. Həmin istirahət mərkəzindən ot alarkən Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxsla münasibətlərim normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Eləcə də Zərərçəkmiş şəxs1la da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus “Şöhlətoğlu” X16 kəndçisi Şahid10 aşpaz işləyir. 2023-cü ilin yanvar-fevral aylarında Şahid10 ona və atası Şahid9 demişdir ki, “işlədiyim istirahət mərkəzində ot tayısı var və otu satırlar”. O, da Şahid10 sözləri ilə “Şöhlətoğlu” X21 atası Arif Malıyevlə getmişdir ki, təzədən satmaq üçün həmin ot kiplərini alsın. X24 Əsədovla görüşmüş, Təqsirləndirilən şəxs ona “otun kipinin birini 3 manata satırıq” sözlərini demişdir. O, isə kipin birini 2.5 manata almaq istəməyini bildirmişdir. Təqsirləndirilən şəxs istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxs1la danışmış və Təqsirləndirilən şəxs öz mobil telefonunu ona vermişdir ki, Zərərçəkmiş şəxs1la otun kipinin birini hansı qiymətə almaqları barədə razılaşsınlar. O, Zərərçəkmiş şəxs1 demişdir ki, otun kipinin birini 2.5 manata almaq istəyir. Zərərçəkmiş şəxs1 isə ona “onda 2.7 manata sənə satıram” sözlərini demişdir. O, da Zərərçəkmiş şəxs1 sözləri ilə razılaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 “otun behi kimi 100 manata Adilə verirəm” sözlərini demişdir. Lakin alınacaq ot kiplərinə görə ödənişin nə vaxt edilməsi barədə Zərərçəkmiş şəxs1 heç bir söz deməmişdir. Təxminən həmin razılaşmalarından bir həftə sonra ot kiplərini gəlib aparmağa başlamışlar. O və atası Şahid9 təxminən 10 gün ərzində 3 dəfə 140 kip, 1 dəfə 170, 1 dəfə isə 50 kip ot “Şöhlətoğlu” X14 almışlar. Hər dəfə də ot kipi götürdükdə ödənişi o Təqsirləndirilən şəxs etmişdir. Yəni 140 kipə görə 378 manat, 170 kipə görə 459 manat, 50 kipə görə isə 135 manat o, Təqsirləndirilən şəxs pul vermişdir. Ümimilikdə onlar 640 ədəd ot kipi almışlar və buna görə 1728 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs1 ona zəng edib demişdir ki, “bəs alınmış ot kiplərinə görə pulu nə vaxt verəcəksiz”. O, isə Zərərçəkmiş şəxs1 demişdir ki, “biz hər dəfə ot kiplərini aparanda pulunu Təqsirləndirilən şəxs vermişik”. “Şöhlət oğlu” X14 ot kipləri alarkən ödənişi Təqsirləndirilən şəxs etməyini istirahət mərkəzində aşpaz işləyən Qəhrəman Ələlkbərovun və Kalva kənd İƏDÜ nümayəndəsi işləyən Cavid müəllimin təsdiqləyə biləcəyini, bir dəfə Şahid10 yanında 140 kipin pulunu, yəni 378 manat, Cavid müəllimin yanında isə 140 və 170 kipin pulunu, yəni 837 manatı Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 və Maliyev X27 Umud Arif oğlu ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 2012-cü ildən hal-hazıradək Ağsu rayonu Kalva kənd İƏDÜ nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində Zərərçəkmiş şəxs1 məxsus “Şöhlət oğlu” X25 vardır. Həmin istirahət mərkəzinə tez-tez gedib-gəlir və bu səbəbdən Zərərçəkmiş şəxs1la münasibətləri yaranmşdır. Həmin istirahət mərkəzində Təqsirləndirilən şəxs administrator işləmişdir. Təqsirləndirilən şəxsla münasibətləri “Şöhlət oğlu” X16 işlədiyi dövrdən yaranmış və onunla münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. Eləcə də Zərərçəkmiş şəxs1la da münasibətləri normal olmuş, heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. 2023cü ilin yanvar-fevral ayında “Şöhlətoğlu” X16 çay içirərkən Təqsirləndirilən şəxs və adlarını sonradan bildiyi Arif və Ümid onun oturduğu kupeyə gəlmişlər. Onlar onun yanında iki reyslik ot kipinin pulunu Təqsirləndirilən şəxs vermişlər. Təxminən 800 manat çivarında Təqsirləndirilən şəxs pul vermişlər. Həmin pulun konkret miqdarını xatılamır. Bundan başqa həmin Zərərçəkmiş şəxs1 onların yanında olmamasını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 18C-2023 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 179.2.4-cü il maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirlən “Şöhlətoğlu” X25 Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun üzü ismayıllı rayonu istiqamətində gedərkən Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yolun sol tərəfində yerləşir. Mərkəzin həyətində kupelər, attraksionlar və mətbəx vardır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş 10 aprel 2023-cü il tarixli və 16 iyul 2023-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir ki, sonuncu ona məxsus “Şöhlətoğlu” X17 tikintisi, təmiri, həmçinin alınmış ərzaq və digər məhsulları İstirahət Mərkəzinə daxil etdikdən sonra, həmin məhsulların alınmasına dair xərclənmiş pulların miqdarını ona bildirmiş, o, isə həmin məhsulları aldığı şəxslərə pulu ödəməsi üçün Təqsirləndirilən şəxs həmin miqdarda pul ödəmişdir. Təqsirləndirilən şəxs gündəlik istifadə olunan ərzaq və meyvə-tərəvizin alınmasını, gündəlik ticarətdən qalan pul vəsaiti üzrə həmin alınmış malların pullarını ödəməsini, işçilərin əməkhaqqılarını ödəməsini həyata keçirmişdir. Bu minvalla Təqsirləndirilən şəxs işlədiyi müddətdə alınmış malların pullarını, işçilərin əməkhaqqılarını, İstirahət mərkəzi üçün göstərilmiş xidmətlərin dəyərini ödəməyərək ona məxsus 29698 manat pul vəsaitini mənimsəmişdir. Lakin Təqsirləndirilən şəxs bunların hamısını təkzib edərək Zərərçəkmiş şəxs1 dediklərinin şər və böhtan olmasını bildirmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 179.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Şahid X15 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X30 Əsədovun üzünə qarşı bir daha bildirmişdir ki, hər dəfə sonuncu işçilərin əməkhaqqılarını vermiş və onun da əməkhaqqısını verməli olduğu halda verməyərək 560 manat əməkhaqqısını mənimsəmişdir. Lakin Təqsirləndirilən şəxs bunların yalan olmasını bildirmişdir. - Şahid5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir ki, hər dəfə sonuncu işçilərin əməkhaqqılarını vermiş və onun da əməkhaqqısını verməli olduğu halda verməyərək 300 manat əməkhaqqısını mənimsəmişdir. Lakin Təqsirləndirilən şəxs bunların yalan olmasını bildirmiş və qeyd etmişdir ki, 07-xx.xx.2023-cü il tarixdə Novruz Gülməmədovun yanına getmişlər və ona demişdir ki, Vasif əmək haqqısını istəyir, bundan sonra Zərərçəkmiş şəxs1 da 100 manat vermişdir. Şahid5 niyə 2022-cilin sentyabr və 2023-cü ilin yanvar ayının əmək haqqısının istəməməsi ilə bağlı heç bir söz deməmişdir. - Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə şahid X19 arasında keçirilmiş 14 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Şahid1 üzünə qarşı bildirmişdir ki, 2021-ci ilin yay aylarında aparılmış İstirahət Mərkəzi üçün aparılmış alverə görə sonuncuya 22000 manat borcu yaranmış, həmin borcu Təqsirləndirilən şəxs onun pullarını mənimsəyərək yaratmışdır. Şahid1 isə Zərərçəkmiş şəxs1 dediklərini təsdiqləmişdir. - Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 14 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, əsasən sonuncunun sifarişi ilə “Şöhlətoğlu” İstirahət Mərkəzinə meyvə-tərəvəz və ət məhsulları göndərmiş və buna görə ödənişləri əsasən Təqsirləndirilən şəxs həyata keçirmişdir. 2021-cü ilin yay ayları ərzində alınmış mallara görə ödəniş edilməyərək 22000 manatlıq borc yaranmışdır. Lakin Təqsirləndirilən şəxs Şahid1 dedikləri ilə qismən razılaşaraq ödənişləri onun etmədiyini bildirmişdir. Bundan başqa üzləşmə zamanı 2022-ci ilin aprel-may aylarından 2023-cü ilin fevral ayına kimi Adildən hər hansı pul tələb etməsinə dair fikir bildirməmişdir. - Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 24 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir ki, sonuncu onun oğlu Şahid15 işə düəltmək adı ilə ondan 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X16 2200 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs bunun yalan olmasını və Zərərçəkmiş şəxs2 pul almadığını, onların arasında hər hansı bir razılaşma olmadığını, həmin şəxsi tanımadığını bildirmişdir. - Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 24 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid7 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid15 işə düzəltmək adı ilə sonuncunun atası Zərərçəkmiş şəxs2 onun yanında 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X16 2200 manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs Şahid7 dediklərinin yalan olmasını bildirmişdir. Şahid7 əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ********** nömrəli mobil telefonuna zəng edib ona demişdir ki, “gəlir, Adilnən görüşməyə”. - Cinayət işinin tövsif edilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsindən CM-nin 179.2.4 və 178.1-ci maddələrinə tövsif edilmişdir. - Baxış keçirilməsi haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır və VÖEN-i **********dir. - Şahid8 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, “Şöhlətoğlu” X14 aldıqları 640 ədəd ot kipinə görə 1728 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da həmin xüsusatı təsdiqləmişdir. - Zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında 08 may 2023-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində Müdafiəçi2 tanınmışdır. - Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir ki, “Şöhlətoğlu” X16 saxlanılan 640 ədəd ot kipi satıldıqdan sonra əldə edilmiş 1728 manat pul vəsaitini də mənimsəyərək ona verməmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin pul vəsaitini Zərərçəkmiş şəxs1 vermişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Baxış keçirilməsi haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X11 "xxxx" ASC-də adlarına olan kart hesabları üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən çıxarışlara baxış keçirilmiş və həmin kart hesablarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. - Cinayət işinin tövsif edilməsi haqqında 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi CM-nin 178.1-ci və 179.2.4-cü maddələrindən CM-nin 178.2.2 və 179.2.4-cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda əlavə və dəyişikliklər edilərək o, CM-nin 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. - Tibbi Ərazi Bölmələrini X28 Rayon Mərkəzi Xəstəxanası X32 07 iyul 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs X3 ruhi-əsəb, narkoloji və onkoloji kabinetində dispanser qeydiyyatına alınmayıb. - Sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 179.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CPM-nin 39.1.2-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, işdəki ifadələr və iş üzrə toplanmış digər materiallar işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qiymətləndirilmişdir. - “Azercell Telecom”un xx.xx.2024-cü il tarixli 5101 saylı məktubundan və ona əlavə edilmiş CD disklərə məhkəmə iclasında baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, **********, ********** və ********** saylı nömrələrin qərarda göstərilən müddətdə istifadəsi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs2 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 556-03-07, Şahid7 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 ***-**-** telefon nömrələrinin 2022-ci ilin yanvar-may aylarında əhatə dairəsindən görünür ki, həmin vaxt aralığında hər iki nömrə “Şöhlət oğlu” X17 ərazisində olmamışdır. - “Azercell Telecom”un xx.xx.2024-cü il tarixli 9232 saylı məktubundan və ona əlavə edilmiş CD disklərə məhkəmə iclasında baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, “Şöhlət oğlu” X17 yerləşdiyi Ağsu rayonu Nüydü kəndi və ətraf ərazilərə xx.xx.2023-cü il tarixindən hal-hazıradək servis verən ötürücü stansiyalar anten adı: PRVAL2, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi; anten adı: PRVAL3, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi; anten adı: PRVALW2, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi; anten adı: PRVALW3, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi; anten adı: PRVAL82, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi, anten adı: PRVAL83, yerləşdiyi ərazi: Ağsu rayonu, Quzay kənd ərazisi; anten adı: BİZLA1, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLA2, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLA3, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLAW1, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLAW2, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLAW3, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLA81, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi; anten adı: BİZLA82, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndi və anten adı: BİZLA83, yerləşdiyi ərazi: İsmayıllı rayonu, Bizlan kəndidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, həmin sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın yeddi epizodu, yəni 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı; 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı; 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı; 2022-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı; 2022ci ilin avqust-sentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı; 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı; 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə xeyli miqdarda pul vəsaitini talama epizodları üzrə onun təqsirliliyinə əsaslı şübhələr vardır. Belə ki, iş materiallarından və tərəflərin izhatlarından görünür ki, yuxarıda qeyd edilən epizodlar üzrə şahidlər Şahid14, Şahid1, X18, Şahid3, Şahid12, Şahid13 və Şahid6 zərər çəkmiş şəxsin onlara çatası pulu təqsirləndirilən şəxsə verməsinin şahidi olmamışlar, ümumiyyətlə iş materiallarına Şahid14 ödənilməli olan 1482 manatın, Şahid1 ödənilməli olan 22000 manatın, X12 ödənilməli olan 1833 manatın, Şahid3 ödənilməli olan 691 manatın, Şahid12 ödənilməli olan 300 manatın, Şahid13 ödənilməli olan 132 manatın və Şahid6 ödənilməli olan 900 manatın zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə verilməsini təsdiq edən hər hansı bir sübut belə əlavə edilməmişdir. Bunun əksinə olaraq şahidlər ifadələrində, həmçinin məhkəmə iclasında onlara verilən suallara cavab olaraq bildirmişlər ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 borclarını istəyən zaman sonuncu bildirmişdir ki, hazırda pul yoxdur, qısa vaxtda veriləcəkdir, bundan əlavə bəzi epizodlar borclu şəxslərə təqsirləndirilən şəxs vasitəsilə pul göndərilən zaman pulun çatıb-çatmamasını dəqiqləşdirmək üçün onlarla telefon vasitəsilə əlaqə saxlamışdır, ittihamda qeyd olunan epizodlar üzrə pulun Təqsirləndirilən şəxs vasitəsilə onlara verilməsini isə ya özlərinin borclarını Zərərçəkmiş şəxs1 istəməsi, ya da sonradan Adil vasitəsilə göndərdiyi pulu alıb-almamalarını Zərərçəkmiş şəxs1 soruşmasını bildirmişlər. İttiham aktında qeyd olunan epizodlar üzrə pulun zərər çəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs nə vaxt, harada, hansı məbləğdə, kimin yanında verilməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmiş, təqsirləndirilən şəxsə verilən ittiham yalnız zərər çəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur. CPM-in: 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (21.1.). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2.). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3.). 41.3-cü maddəsinə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın yeddi epizodu, yəni müxtəlif çeşiddə yemək hazırlanması üçün alınmış malların, eləcə də mərkəzin təmir-bərpa işlərinə alınmış malların dəyərinin, bundan başqa 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı; 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı; 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı; 2022-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı; 2022ci ilin avqust-sentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı; 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı; 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə xeyli miqdarda pul vəsaitini talama epizodları üzrə CPM-in 43.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Bundan başqa Məhkəmə digər epizodlar üzrə zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X4 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı- Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X16 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2022-ci ilin avqust ayında X35 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X21 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən halhazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvar-fevral aylarında “Şöhlətoğlu” X17 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması epizodları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 27338 (iyirmi yeddi min üç yüz otuz səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması epizodları sübuta yetirilmədiyindən, yalnız 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması epizodları sübuta yetirildiyindən və CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda həmin Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət yarandığından istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı CM-nin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı irəli sürülmüş ittiham üzrə Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini Məhkəmə mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 145.1-ci maddəsin ə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, “Avropa İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X4 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X16 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2022-ci ilin avqust ayında X35 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X21 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvar-fevral aylarında “Şöhlətoğlu” X17 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması ilə bağlı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs CM-in 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, zərər çəkmiş şəxs, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı isə aşağıdakıları qeyd edir: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin izahatını və şahidin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Belə ki, CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu cinayət təkrar törədildikdə əməl CM-nin 178.2.2ci maddəsi ilə tövsif edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Bu cinayət təkrar törədildikdə əməl CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2022-ci ilin yaz aylarında “Şöhlət oğlu” X6rkən Təqsirləndirilən şəxsla onun oğlu Alimi işə düzəltmək barədə razılaşmış, bundan sonra Bərdə rayonu Soğanverdilər kəndinə qayıdaraq bankdan kredit götürmüş və 2200 manat pul düzəltmişdir. Daha sonra 2022-ci ilin aprel-may aylarında “Şöhlət oğlu” X16 Təqsirləndirilən şəxsla görüşərək həmin pulu ona vermişdir. Bu zaman onların yanında Şahid7 olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dediklərini Şahid7 da təsdiq etmişdir. Bu zaman zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istifadəsində 050 ***-**-** və Şahid7 istifadəsində 050 ***-**-** nömrələr olmuşdur. Təqsirləndirilən şəxs isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid7 dediklərini təkzib edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanımadığını, işlədiyi müddətdə onu “Şöhlət oğlu” X16 görmədiyini, həmçinin Şahid7 da ittihamda qeyd olunan vaxt “Şöhlət oğlu” X16 işləmədiyin və onun ərazisində olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında zərər çəkmiş şəxsin və şahidin istifadəsində olan 050 ***-**-** və 050 ***-**-** nömrələrin, həmçinin onların adlarına qeydiyyatdan keçmiş və istifadələrində olan telefon nömrələrinin 2022-ci ilin yanvar-may aylarında anten məlumatları (həmin telefonlara daxil olan və çıxan zənglərin zamanı, zənglərin çıxdığı və qəbul edildiyi məkan (antenn) göstərilməklə) götürülmüşdür. Həmin məlumatlardan görünür ki, **********, ********** və ********** saylı nömrələrin qərarda göstərilən müddətdə istifadəsi aşkar edilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 556-03-07, Şahid7 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 ***-**-** telefon nömrələri 2022-ci ilin yanvar-may aylarında “Şöhlət oğlu” X17 ərazisinin əhatə dairəsində olmamışdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in: 15.3-cü maddəsinin tələbindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx.xx.2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanımadığını, işlədiyi müddətdə onu “Şöhlət oğlu” X16 görmədiyini, həmçinin Şahid7 da ittihamda qeyd olunan vaxt “Şöhlət oğlu” X16 işləmədiyini və onun ərazisində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin göstərilən dəlillərini Zərərçəkmiş şəxs2 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 556-03-07, Şahid7 adına qeydiyyatdan keçmiş və istifadəsində olan 050 ***-**-** telefon nömrələrinin 2022-ci ilin yanvar-may aylarında “Şöhlət oğlu” X17 ərazisinin əhatə dairəsində olmaması təsdiqləmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsinə dair qeyd edir ki: - cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edən CPM-in təqsirlizlik prezumpsiyası prinsipinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21-ci maddəsi); - hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər (CPM-in 25-ci maddəsi); - məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir (CPM-in 349-cu maddəsi). Nəzərə alınmalıdır ki, CPM-lə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.1-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur; CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, “Şöhlətoğlu” X16 görüşüb sonuncunun oğlunu işə düzəldəcəyinə vəd verib aldadaraq ondan 2200 manat pul alıb öz şəxsi ehtiyaclarına istifadə etməklə özgə əmlakını ələ keçirərək dələduzluq etməsi hər hansı sübutla öz təsdiqini tapmır. Əldə olunmuş və yuxarıda qeyd edilən sübutlarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumiyyətlə “Şöhlətoğlu” X10maması müəyyən olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsini təsdiq edən mötəbər sübutlar əldə edilmədən ona qarşı CM-in 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, ehtimal və mülahizələrə əsasən belə bir ittiham əsasında Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirsiz olması cinayət-prosessual qanunvericiliklə tam sübuta yetirilərsə, onda məhkəmə tərəfindən bunu təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə şəxsin təqsirliliyinin sübuta yetirilmədiyinə əsasən bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməlin həqiqətən baş verməsi müəyyən edilmiş olsun, lakin toplanmış sübutlar əsasında şəxsin həmin cinayəti etməkdə təqsirini təsdiq etmək mümkün olmasın və ya əksinə, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etsin. CPM-in: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsini əldə olunmuş sübutlarla öz təsdiqini tapmadığından, onun CM-in 178.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması yolverilməzdir və buna görə də ona həmin maddə ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs oğlunun törətdiyi X2 məxsus 4088 (dörd min səksən səkkiz) manat miqdarda pul vəsaitini 2019-cu il tarixdən 2023-cü ilin mart ayınadək mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması əməli isə CM-in 179.1-ci maddəsi ilə tövsif edilməli o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 179.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-in 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 1980-ci il tarixdə Laçın rayonu Xırmanlar kəndində kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə, saat 10:15-də CM-nin 179.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından 11 aprel 2023-cü il tarixdə saat 17:20-də imtina edilmişdir. - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı baxılmış protestə nisbətdə dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ünvan 2bati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023cü il tarixli, 5-64-50/3-2-38/2023 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkündür, hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. - ünvan 2bati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuş və Ağsu Rayon Məhkəməsinin qərarı ilə 11 aprel 2023-cü il tarixdə saat 17:20-də onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, 11 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 aprel 2023-cü il saat 10:15-dən 11 aprel 2023-cü il saat 17:20-dək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; sübut olan iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan “müxtəlif çeşiddə yemək hazırlanması üçün alınmış malların, eləcə də mərkəzin təmir-bərpa işlərinə alınmış malların dəyərinin, bundan başqa 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı; 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı; 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı; 2022-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı; 2022-ci ilin avqustsentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı; 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı; 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 31426 (otuz bir min dörd yüz iyirmi altı) manat xeyli miqdarda” sözləri xaric edilsin. Təqsirləndirilən şəxs 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X4 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X16 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2022-ci ilin avqust ayında X35 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X21 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X16 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin may ayından halhazıradək “Şöhlətoğlu” X16 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X9b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvar-fevral aylarında “Şöhlətoğlu” X17 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması ilə bağlı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 aprel 2023-cü il saat 10:15-dən 11 aprel 2023-cü il saat 17:20-dək tutulduğu 02 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağcabədi rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Sübut olan iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-8/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-8/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver