Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-8/2025 24.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X30 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X9, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağsu rayon Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağsu rayon Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx xxxx 2002-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatdığı halda aralarında iki yaşdan artıq yaş fərqi olan, xx xxxxx 2009-cu il təvəllüdlü olmaqla on altı yaşına çatmamış şəxs Zərərçəkmiş şəxs ilə cinsi ehtirasını təmin etmək məqsədi ilə mərhum nənəsi X1 məxsus Ağsu rayon Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evində ilk dəfə 2024-cü ilin yanvar ayında qarşılıqlı razılıq əsasında və könüllü olaraq təbii yolla, bundan başqa 23 fevral 2024-cü il tarixdə, saat 02 radələrində həmin ünvanda qarşılıqlı razılıq əsasında və könüllü olaraq təbii yolla cinsi əlaqədə olmaqla, on altı yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ağsu rayon Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. “İkinci Qarabağ” müharibəsinin iştirakçısıdır, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs tanıyır, Lətifə ilə 2024-cü ilin yanvar ayında tanış olmuşlar. Belə ki, Ağsu rayon Ağarx kəndində yerləşən “AL” marketdə satıcı kimi işləyir. 2024-cü ilin yanvar ayının əvvələrində Zərərçəkmiş şəxs bir-neçə dəfə həmin marketə alış-veriş etmək üçün gəlmişdir. Həmin vaxt onlar tanış olmuşlar və aralarında sevgi münasibətləri yaranmışdır, həmçinin onlar tanış olarkən Lətifə ona 19 yaşı olmasını bildirmişdir və onların niyyəti evlənmək olmuşdur. Buna görə də onlar bir neçə dəfə Ağsu şəhəri Nizami küçəsində yerləşən parkda görüşüb söhbət etmişlər və birbirilərinə bağlanmışlar. 2024-cü ilin yanvar ayının ortalarında Ağsu şəhəri Nizami küçəsində yerləşən parkda Lətifə ilə görüşərərkən Lətifəyə baş-başa qalmaq üçün birlikdə mərhum nənəsinin Ağsu rayon Qaraqaşlı kəndində yerləşən evinə getməyi təklif etmişdir. Həmin vaxt Lətifənin yanında qohumu Şahid1 da olmuşdur. Lətifə onun təklifilə razılaşmış və birlikdə Ağsu rayon Qaraqşlı kəndində yerləşən mərhum nənəsininin evinə getmişlər. Həmin ünvana çatdıqdan sonra onlar birlikdə söhbətləşəməyə başlamışlar. Sonra Şahid1 telefonuna zəng gəldiyi üçün Şura evdən çölə çıxmışdır. Şura çölə çıxdıqdan sonra onlar Lətifə ilə baş-başa qalmışlar. Lətifə ilə baş-başa qaldıqdan sonra bir qədər söhbətləşib, sonra bir-birilərinə yaxınlaşıb dodaq-dodağa öpüşməyə başlamışlar. Onlar bir qədər öpüşdükdən sonra hər ikisinin razılığı ilə əyinlərində olan paltarlarını tam soyunmuşlar. Sonra o, yerə ədyal sərmiş və onlar ədyalın üzərində Lətifə ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Lətifə ilə cinsi əlaqədə olduqdan sonra onlar paltarlarını geyinmiş və evdən çıxıb getmişlər. Bundan sonra onlar vatsap vasitəsi ilə danışmağa, həmçinin parkda görüşməyə davam etmişlər. 22 fevral 2024-cü il tarixdə vatsap vasitəsi ilə Lətifə ilə danışarkən onlar yenidən görüşmək qərarına gəlmişlər. Həmin gün saat 22 radələrində iş yerindən çıxmışdır. O, işdən çıxdıqdan sonra əvvəlcə dostları Şahid3 və Şahid4la görüşmək qərarına gəlmişdir. Əbilə zəng edərək idarə etdiyi avtomobili ilə onu götürməsini xahiş etmişdir. Bir qədər sonra Əbil idarə etdiyi Vaz 2109 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək işlədiyi marketin qarşısından onu götürmüşdür. Həmin vaxt Şahid4 da Əbilin idarə etdiyi avtomobildə olmuşdur. Sonra o, Avtomobilə əyləşmiş və yaxınlıqda olan çayxanalardan birinə gedərək çay içməyə və söhbətləşməyə başlamışlar. Həmin vaxt o, vatsap vasitəsi ilə Lətifə ilə mesajlaşmışdır. Həmin gün saat təxminən 23 radələrində Lətifə ona mesaj yazaraq anası Qanuni nümayəndə ilə mübahisə etdiyini, evdən çıxdığını və onu gəlib götürməsini ondan xahiş etmişdir. Həmin vaxt o, yanında olan Əbilə onu Ağsu şəhəri “Mərkəz” deyilən yerə aparmasını, orada sevdiyi qız Lətifə ilə görüşəcəyini və Lətifə ilə onu mərhum nənəsinin Ağsu rayon Qaraqaşlı kəndində yerləşən evinə aparmasını xahiş etmişdir. Əbil də onunla razılaşmış və onlar çayxanadan çıxmışlar. Rasim isə çayxanada qalaraq Əbilin geriyə qayıtmasını gözləməyə başlamışdır. Sonra o, Əbilin idarə etdiyi avtomobil ilə birlikdə Ağsu şəhəri “Mərkəz” deyilən yerə gəlmişdir. Onlar həmin yerə çatdıqda o, avtomobildən yolun kənarında Lətifənin dayandığını, lakin tək olmadığını, yanında qohumu Şahid1 da olmasını görmüşdür. Sonra Əbil avtomobili Lətifə və Şuranın yanında saxlamış və onlar avtomobilə əyləşmişlər. Sonra onlar Ağsu rayon Qaraqaşlı kəndi istiqamətində getməyə başlamışlar. Yolda gedərkən o Əbildən marketin qarşısında saxlamasını marketdən alış-veriş edəcəyini demişdir. Buna görə də Ağsu şəhəri, Nizami küçəsində yerləşən marketlərdən birinin qarşısında Əbil avtomobilini saxlamışdır. Sonra o, marketə daxil olaraq oradan meyvə şirəsi və günəbaxan tumu almışdır. Sonra geri qayıdaraq avtomobilə əyləşmiş və Əbil onları Ağsu rayon Qaraqaşlı kəndində göstərdiyi ünvanda avtomobildən düşürtmüş, sonra isə çıxıb getmişdir. Onlar evə çatdıqdan sonra birlikdə söhbətləşməyə sonra isə telefon vasitəsi ilə film izləməyə başlamışlar. Bir qədər sonra isə, yəni 23 fevral 2024-cü il tarixdə saat təxminən 02 radələrində o, Lətifə ilə birlikdə Şuraya təklikdə söhbət etmək istədiklərini deyərək digər otağa keçmişlər. Digər otağa keçdikdən sonra Lətifə ilə bir qədər söhbət etdikdən sonra öpüşməyə başlamışlar. Bir qədər öpüşdükdən sonra Lətifənin razılığı ilə paltarlarını soyunmuş və otaqda olan çarpayının üzərində təbii yolla cinsi əlaqədə olmuşlar. Sonra onlar paltarlarını geyinib digər otağa geri qayıtmışlar. Digər otağa qayıtdıqdan sonra onla üçü birlikdə söhbət etməyə və film izləməyə davam etmişlər. Onlar film izləyərkən Lətifə onun telefon ilə məşğul olduğunu görüb əlindən telefonunu almaq istəmiş, lakin o əlilə Lətifəni geriyə itələmək istəyərkən əli yalnışlıqla Lətifənin üzünə dəymişdir. Buna görə də Lətifə ondan incimiş və getmək istədiyini bildirmişdir. Sonra o, Lətifə və Şuranı geri qaytarması üçün dostu Əbilə zəng etmiş və avtomobili ilə gələrək Lətifə və Şuranı geri aparmasını xahiş etmişdir. Bir qədər sonra Əbil idarə etdiyi avtomobili ilə evin qarşısına gəlmişvə Lətifə ilə Şura avtomobilə əyəlşdikdən sonra çıxıb getmişdirlər. Sonradan ona məlum olmuşdur ki, Əbilin avtomobili təhlükəli idarə etməsi səbəbindən yolda onları polis əməkdaşları saxlamış və polis şöbəsinə aparmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o Lətifə ilə öz razılığı ilə iki dəfə təbii yolla cinsi əlaqədə olmuşdur, onunla heç vaxt qeyri təbii yolla cinsi əlaqədə olamamışdır, Lətifə ilə tanış olarkən Lətifə ona 19 yaşı olmasını bildirmişdir, həmçinin onların məqsədi evlənmək, ailə qurmaq olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, zərərçəkmiş şəxsə yardım etməsini, valideynlərinin xəstə olmasını, onlara baxmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X11 Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, zərərçəkmiş şəxsə yardım etməsini,valideynlərinin xəstə olmasını, onlara baxmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuşdur. Həmin ünvanda atası X14 və anası Qanuni nümayəndə ilə birlikdə yaşaımışdır, lakin təxminən bir il əvvəl anası Qanuni nümayəndə və atası Mənsur Baxışov rəsmi qaydada boşanmadan ayrılmışdırlar. Anası və atası ayrıldıqdan sonra anası yaşadıqları evdən iki azyaşlı qardaşlarını da götürüb, Bakı şəhərinə çıxıb getmişdir. O isə İsmayııllı rayonu Kürdmaşı kəndində bir müddət atası Mənsur Baxışovla birlikdə qalmışdır. Bundan təxminən 5-6 ay sonra anası Qanuni nümayəndə Ağsu rayonuna köçdüyündən onu da özü ilə yanına gətirmiş və o anası ilə birlikdə Ağsu şəhəri ərazisində anasının kirayə tutduğu evdə yaşamağa başlamışdır. Bundan başqa onu da qeyd edir ki, Şahid1 onun ögəy xalasıdır, Şahid1 2008-ci il təvəllüd olduğundan onlar uşaqlıqdan bir yerdə böyümüşlər və münasibətləri yaxşıdır, Şura həmçinin onun rəfiqəsidir. Şahid1 Ağsu rayon Bico kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 12 yaşı olarkən öz ehtiyyatsızlığından, yəni ağacdan yıxılması səbəbindən qızlıq pərdəsininin tamlığı pozulmuşdur. Qızlıq pərdəsinin tamlığının pozulmasını yıxıldıqdan sonra alt paltarının qanamasından müəyyən etmişdir. Həmin vaxt o, anası Qanuni nümayəndə da bu barədə məlumat vermişdir. Təxminən bir ay bundan əvvəl, yəni 2024-cü ilin yanvar ayının əvvələrində Şahid1 ilə Ağsu rayon Ağarx kəndində yerləşən “AL” marketə getmişdirlər. Həmin marketdə bir qədər gəzdikdən sonra marketdə satıcı işləyən Kamran adlı şəxslə aralarında səmimi söhbət yaranmış və onlar bir-birindən xoşlanmağa başlamışlar. Sonra isə o, mobil nömrəsini onunla əlaqə saxlaması üçün yenicə tanış olduğu Kamran adlı şəxsə vermiş, eləcə də Kamran da onun telefon nömrəsini götürmüşdür. Bundan sonra Kamranla vatsap mesajlaşma proqramı vasitəsi ilə danışmağa başlamışlar. Sonra onlar Kamranla təxminən iki həftə müddətində Ağsu şəhəri, Nizami küçəsində yerləşən parkda görüşüb söhbətlər etmişlər və nəticədə aralarında sevgi münasibətləri yarandığından evlənmək qərarına gəlmişlər. Kamranla tanış olduqdan təxminən iki həftə sonra yəni, 2024-cü ilin yanvar ayının ortalarında telefonda danışarkən Kamranla Ağsu şəhəri Nizami küçəsində yerləşən parkda görüşüb, oradan isə Kamranın Ağsu rayon Qaraqaşlı kəndində yerləşən və hazırda heç kimin yaşamadığı Kamranın deməsinə görə nənəsinə məxsus evə getmək barədə razılaşmışlar. Sonra onlar həmin parkda Kamranla görüşmüşlər. Həmin vaxt yanlarında Şahid1 da olmuşdur. Qeyd etdiyi parkda Kamranla görüşdükdən sonra onlar birlikdə Kamranın nənəsinin evinə getmişlər. Həmin evə çatdıqdan və bir qədər söhbət etdikdən sonra Şahid1 telefonla danışmaq üçün evdən çölə çıxmışdır. Şura çölə çıxdıqdan sonra o, Kamranla tək qalmışdır. Kamranla tək qaldıqdan sonra onlar əvvəlcə dodaq-dodağa öpüşməyə başlamışlar. Onlar biraz öpüşdükdən sonra cinsi əlaqədə olmaq qərarına gəlmiş və növbə ilə özləri paltarlarını soyunmağa başlamışlar. Onlar tam soyunduqdan sonra otağın döşəməsinə ədyal salaraq ədyalın üzərinə uzanmışlar. Ədyalın üzərinə uzandıqdan sonra Kamran onun üzərinə çıxmış və onlar təxminən 5-10 dəqiqə müddətində Kamranla təbii yolla cinsi əlaqədə olmuşlar, həmin vaxt Kamran onun daxilinə boşalmış, həmçinin bu onun ilk cinsi əlaqəsi olmuşdur. Sonra onlar yerdən qalxmış və o yuyunduqdan sonra Şura və Kamranla birlikdə həmin evi tərk edib çıxıb getmişlər. Həmin vaxt Şura onun Kamranla cinsi əlaqədə olmasını bilməmiş, lakin o sonradan Şuraya bu barədə danışmışdır, Şura isə buna görə onu və Kamranı danlamışdır. Buna baxmayaraq onlar Kamranla yenə də əlaqələrini davam etdirmiş və hərdən bir görüşüb söhbət etməyə davam etmişlər. Lakin bu müddət ərzində onlar yenidən, yəni təkrar cinsi əlaqədə olmamışlar. 22 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Ağsu şəhəri Mərkəz adlanan ərazidə kirayə yaşayan anasının evində Şahid1 ilə birlikdə olmuşdur. Həmin vaxt Şura onlara qonaq gəlmişdir. Onlar birlikdə kirayə yaşadığıqları evdə olarkən anası Qanuni nümayəndə ilə aralarında sözlü mübahisə yarandığından anasına acıq edərək evdən çıxmış, həmin vaxt Şura onu evə geri gətirmək üçün arxasıyca gəlsə də o, evə geri qayıtmamış, buna görə də çöldə tək qalmaması üçün Şura da onunla gəlmişdir. Sonra o Kamranla vastap mesajlaşma proqaramı vasitəsi ilə danışaraq görüşmək istədiyini və Ağsu şəhəri Mərkəz adlanan yerdə olduğunu bildirmişdir. Kamran da ona tanışınının avtomobili ilə gəlib onu götürəcəyini demişdir. Bir qədər sonra Kamranın Vaz 2019 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrk onu gözlədiyini görmüşdür. Həmin vaxt sözügedən avtomobili Kamranın tanışı, adını sonradan Əbil olaraq öyrəndiyi şəxs idarə etmiş, Kamran isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Sonra onlar Şura ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər və avtomobil ilə Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Əli” marketə gəlmişlər. Oraya çatdıqdan sonra Kamran avtomobildən düşərək marketə daxil olub, oradan meyvə şirəsi və günəbaxan tumu almış sonra onlar birlikdə Kamranın Ağsu rayon Qaraqaşlı kəndində yerləşən nənəsinə məxsus olan evə getmişlər. Oraya çatdıqdan sonra onlar avtomobildən düşmüş, avtomobili idarə edən Əbil adlı şəxs isə çıxıb getmişdir. Onlar evə çatdıqdan sonra birlikdə söhbət etməyə və telefonda film izləməyə başlamışlar. Onlar birlikdə bir qədər film izlədikdən sonra Şuraya Kamranla birlikdə təklikdə söhbət edəcəyiklərini deyərək evin digər otağın keçmişlər, həmin vaxt artıq 23 fevral 2024-cü il, saat 02 radələri olmuşdur. Onlar Kamranla birlikdə digər otağa keçərək baş-başa qaldıqdan sonra öpüşməyə başlamışlar. Onlar bir qədər öpüşdükdən sonra əyinlərində olan paltarlarını soyunmuş, sonra Kamran onun döşlərini və boğazını yalamağa başlamış, eləcə də döşlərini və boğazını bərk-bərk öpmüşdür. Sonra otaqda olan çarpayının üzərində onlar təbii yolla təxminən 5-10 dəqiqə müddətində cinsi əlaqədə olmuşlar. Həmin vaxt Kamran yenə də daxilinə boşalmışdır. Sonra onlar paltarlarını geyinərkən o, Kamranın boğazını və döşlərini yalayan zaman boğazında və döşlərində göyərti izləri yaranmasını müəyyən etmişdir. Daha sonra onlar paltarlarını geyinmiş və həmin otaqdan çıxaraq Şuranın yanına gedib film izləməyə davam etmişlər. Həmin gün saat təxminən 04 radələrində onlar film izləyərkən o, Kamranın telefon ilə məşğul olduğunu görüb, ona acıq edərək əlindən telefonu almaq istəmiş, lakin Kamran əli ilə onu geri itələmək istəyərkən əli üzünə dəymişdir. Buna görə də o, kövrələrək getmək istədiyini bildirmişdir. Sonra Kamran tanışı Əbil adlı şəxsə zəng edərək gəlib onu və Şuranı aparmasını xahiş etmişdir. Bir qədər sonra Əbil idarə etdiyi avtomobillə gəlmiş və onlar Şura ilə birlikdə Əbilin avtomobilinə əyləşmişlər. Həmin vaxt avtomobilin ön oturacağında adını sonradan öyrəndiyi Rasim adlı şəxs də olmuşdur. Sonra onlar Əbilin idarə etdiyi avtomobil ilə oradan çıxıb getmişlər. Əbil adlı şəxs Ağsu şəhəri ərazisi ilə Şura və onu mərkəz deyilən yerə apararkən yolda Əbilin avtomobilini polis əməkdaşları saxlamışlar. Həmin vaxt polis əməkdaşları avtomobilə yaxınlaşıb özlərini təqdim edərkən o, Kamrana acıqlanaraq kövrəldiyi və ağladığı üçün polis əməkdaşları onun ağlamasını görmüşlər. Polis əməkdaşları nə üçün ağladığını soruşduqda o, polislərə olanları danışmışdır. Sonra Polis əməkdaşları araşdırma aparılması üçün onları RPŞ-nə dəvət etmişdirlər. Əlavə olaraq qeyd etmişdir ki, Kamranla iki dəfə təbii yolla cinsi əlaqədə olmuşdur, ilk dəfə 2024-cü ilin yanvar ayının ortalarında Kamranın deməsinə görə nənəsinə məxsus olan Ağsu rayon Qaraqaşlı kəndində yerləşən evdə təbii yolla cinsi əlaqədə olmuşdur, ikinci dəfə isə yenə də həmin ünvanda 23 fevral 2024-cü il tarixdə saat 02 radələrində Kamranla təbii yolla cinsi əlaqədə olmuşdur, onlar Kamranla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdırlar, o Kamranla öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Ona qarşı heç bir hədə qorxu, zorakılıq və yaxud hər hansı məcburiyyət halları olmamışdır, Kamranla aralarında sevgi münasibətləri olmuşdur. O, Kamrandan əvvəl və ya sonra başqa heç kimlə cinsi əlaqədə olmamışdır, ilk dəfə Kamranla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmamasını, təqsirləndirilən şəxsin onlara baxmasını, qayğı göstərməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə Ağsu rayonu Bico kəndində anadan olmuşdur. Həmin ünvanda atası X12 və anası X4 ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun ögəy bacısı Qanuni nümayəndə qızıdır. Zərərçəkmiş şəxs ilə həmyaşıd olduqları üçün münasibətləri yaxşı olmuşdur. Təxminən bir ay əvvəl Lətifə ilə Ağsu rayon Ağarx kəndində yerləşən “Al” marketdə olarkən Lətifə həmin marketdə satıcı işləyən Kamran adlı şəxslə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Lətifə ilə Kamran tanış olduqdan sonra vatsap vasitəsi ilə telefonda danışmağa başlamış, həmçinin onun bildiyinə görə Ağsu şəhəri ərazisindəki parklardan birində bir-neçə dəfə görüşmüşdürlər. Təxminən 2024-cü ilin yanvar ayının ortalarında günorta saatlarında X28 şəhəri Nizami küçəsində yerləşən parka görüşə çağırmışdır. Həmin vaxt Lətifə ondan birlikdə görüşə getmələrini xahiş etmişdir. O da Lətifənin xahişi əsasında birlikdə Kamranla görüşə getmişdir. Onlar Kamranla parkda görüşdükdən sonra X29 rayonu Qaraqaşlı kəndində yerləşən nənəsinə məxsus evə getməyi təklif etmişdir. O, əvvəlcə buna razı olmasa da Lətifə təkid etdiyi üçün razılşaraq birlikdə Kamranın bildirdiyi evə getmişlər. Həmin evə çatdıqdan sonra otaqların birində üçü əyləşib birlikdə söhbət etməyə başlamışlar. Bir müddət sonra isə onun telefonuna zəng gəldiyindən o, telefonla danışmaq üçün evdən çölə, yəni evin həyətinə düşmüşdür. O həyətdə bir qədər telefonla danışdıqdan sonra evə geri qayıtmışdır. Evə geri qayıdan zaman isə Kamranla Lətifənin artıq getmək üçün hazırlaşdıqlarını görmüş və onlar birlikdə evdən çıxmışlar. Evdən çıxıb Kamrandan aralandıqdan sonra Lətifə ona Kamranla təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. O isə buna görə Lətifəyə acıqlanmış və səhv hərəkət etdiyini bildirmişdir. Həmçinin sonradan Kamrana da bu barədə irad bildirmişdir, lakin bu barədə başqa heç kimə bir söz deməmişdir. Bundan sonra isə Lətifə ilə Kamranın vatsap vasitəsi ilə danışmaqlarından məlumatı olmuşdur, lakin bildiyinə görə onlar görüşməmişdirlər. 22 fevral 2024-cü il tarixdə ögey bacısı Qanuni nümayəndə Ağsu rayonunda kirayə yaşadığı evinə qonaq gəlmişdir. Həmin vaxt Lətifə də evdə olmuşdur. Onlar evdə olan zaman saat təxminən 23 radələrində Lətifə anası Qanuni nümayəndə ilə mübahisə edərək evdən çıxıb getmişdir. O da Lətifəni geri qaytarmaq üçün arxasıyca getmişdir, lakin Lətifə geri qayıtmayacağını Kamranla danışdığını, gəlib onu götürəcəyini dediyindən tək getməsin deyə o da Lətifə ilə getməli olmuşdur. Sonra onlar birlikdə mərkəz deyilən yerə gəlmişlər. Bir qədər sonra Kamran avtomobil ilə gələrək onları götürmüşdür. Həmin vaxt avtomobili adını sonradan öyrəndiyi Əbil adlı şəxs idarə etmiş, Kamran isə ön oturacaqda əyləşmişdir. Onlar avtomobilə əyləşdikdən sonra birlikdə marketə getmişlər. Kamran marketdən meyvə şirəsi, şiriniyyat və günəbaxan tumu almış, sonra onlar Kamranın Ağsu rayon Qaraqaşlı kəndində nənəsinə məxsus evə getmişlər. Oraya çatdıqdan sonra onlar avtomobildən düşmüş və Əbil oradan çıxıb getmişdir. Sonra onlar evə daxil olaraq birlikdə söhbət etməyə və film izləməyə başlamışlar. Bir qədər sonra, yəni 23 fevral 2024-cü il tarixdə saat təxminən 02 radələrində Kamran və Lətifə təklikdə söhbət etmək istədiklərini deyərək evin digər otağına keçmişlər, o isə film izləməyə davam etmişdir. Kamran və Lətifə 10-15 dəqiqə müddətində digər otaqda söhbət etdikdən sonra yenidən onun yanına gəlmişlər, lakin həmin vaxt o, Kamran və Lətifənin cinsi əlaqədə olmasını bilməmişdir. Sonra onlar yenidən söhbət etməyə və film izləməyə davam etmişlər. Söhbət əsnasında Lətifə ona Kamranla yenidən cinsi əlaqədə olduğunu bildirmişdir. Sonra onlar söhbət edərkən Kamran və Lətifə arasında sözlə mübahisə yaranmış, həmin vaxt Lətifə Kamranın əlindən telefonunu almaq istəyərkən Kamranın əli Lətifənin üzünə dəymiş, buna görə də Lətifə Kamrandan incimiş və kövrələrək ona getmək istədiyini bildirmişdir. O da Kamrana avtomobil tapmasını və onları evə göndərməsini demişdir. Kamran da tanışı Əbilə zəng edərək rayonda olub-olmamasını soruşmuş, Əbil isə rayon ərazisində olduğunu deyərək gəlib onları götürə biləcəyini bildirmişdir. Bir qədər sonra, yəni saat artıq 05 radələrində Əbil idarə etdiyi avtomobil ilə gələrək Lətifə ilə onu oradan götürmüş, lakin həmin vaxt Kamran onlarla gəlməmiş, həmçinin onlar avtomobilə əyləşərkən avtomobilin ön oturacağında adını sonradan öyrəndiyi Rasim adlı şəxs də olmuşdur. Sonra onlar avtomobil ilə hərəkətə başlamış və Əbil idarə etdiyi avtomobil ilə onları Lətifənin anasının kirayə yaşadığı evə apararkən avtomobili sürətli idarə etdiyindən yolda polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt Lətifə hələ də ağladığı üçün polis əməkdaşları Lətifənin ağladığını görmüşlər. Buna görə də Polis əməkdaşları araşdırma aparılması üçün onları RPŞ-nə dəvət etmişlər. Onun Kamran və Lətifənin təbii yolla cinsi əlaqədə olmalarından məlumatı olmuşdur. Lətifə özü ona bu barədə demişdir, lakin heç kimə bu barədə danışmamasını ondan xahiş etmişdir, həmçinin onun lətifənin qızlıq pərdeəsinin zədələnməsi barədə məlumatı olmuşdur. Belə ki, səhv etmirsə Lətifə uşaq vaxtı ağacdan yıxılmışdır və nəticədə qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Lətifə ona Kamranla ancaq təbii yolla cinsi əlaqədə olması barədə danışmışdır, onların qeyri təbii yolla cinsi əlaqədə olması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Qanuni nümayəndə ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, qızı xx.xx.2009-cu il təvəllüdlü olmaqla hazırda İsmayıllı rayonu Kürdmaşı kənd tam orta məktəbində təhsil alır, lakin hazırda məktəbə getmir. Təxminən bir il əvvəl əri Mənsur Baxışovla aralarında olan mübahisələrə görə görə rəsmi qaydada boşanmasalar da, ayrılmışlar. Ərindən ayrıldıqdan sonra iki azyaşlı oğlanlarını götürüb Bakı şəhərinə getmişdir, qızı Lətifə isə atasının evində, yəni İsmayıllı rayonu Kürdmaşı kəndində qalmışdır. Bir müddət Bakı şəhərində qaldıqdan sonra Ağsu rayonuna gələrək burada kirayə ev tutub yaşamağa davam etmişdir. Ağsu rayonuna gəldikdən sonra qızı Lətifəni də atasının yanından götürüb öz yanına gətirmişdir və onlar birlikdə Ağsu rayonunda yaşamağa başlamışlar. Lətifə Ağsu rayonuna gəldikdən sonra 2024-cü ilin yanvar ayında ona Ağsu rayon sakini Kamran adlı şəxslə aralarında sevgi münasibətləri olduğunu, həmin şəxslə evlənəcəklərini bildirmişdir, lakin o, Lətifəyə hələ yaşının az olmasını bir qədər böyüdükdən sonra evlənə biləcəyini demişdir. Buna baxmayaraq Lətifə bir qədər dikbaş qız olduğundan onun sözünə qulaq asmamış və Kamranla münasibətlərini davam etdirəcəyini bildirmişdir. Lakın buna baxmayaraq o, Kamran və qızı Lətifənin cinsi əlaqədə olmasını əvvəlcədən bilməmişdir, bu barədə o sonradan məlumat almışdır. Belə ki, 23 fevral 2024-cü il tarixdə Ağsu rayonunda kirayə yaşadığı evdə olarkən polis əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət olunmuşdur. Sonra o, X8 ilə Kamranın öz istəkləri ilə cinsi əlaqədə olmasını öyrənmişdir. Bundan başqa onu da qeyd etmişdir ki, qızı Zərərçəkmiş şəxs təxminən 12 yaşında olarkən yaşadıqları evin həyətində ağacdan yıxılaraq bakirəliyini itirmişdir, həmin vaxt bu barədə Lətifə özü ona demişdir. X6 cinsi əlaqədə olmasından əvvəlcədən məlumatı olmamışdır, qızı Lətifə ona sadəcə olaraq Kamranla bir-birilərini sevdiklərini və evlənmək istədiklərini bildirmişdir, o Kamranla Lətifənin cinsi əlaqədə olmasını Polis Şöbəsində sonradan öyrənmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid4 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Ağsu rayon Növcü kəndində ailə üzvlərilə birlikdə yaşayır. 22 fevral 2024-cü il tarixdə, saat təxminən 22 radələrində həmkəndlisi Şahid3 ilə yaşadığıqları kənd ərazisində rastlaşmışlar. Həmin vaxt Əbil ona avtomobili üçün Bakı şəhərindən ehtiyyat hissəsi sifariş verdiyini həmin ehtiyyat hissəsinin taksi ilə Ağsu şəhərinə gətiriləcəyini və birlikdə Ağsu şəhərinə gedərək ehtiyyat hissəsini götürmələrini ondan xahiş etmişdir. O da Əbil ilə bu barədə razılaşmış və birlikdə yaşadığıqları kənddən Əbilin idarə etdiyi Vaz 2109 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxaraq Ağsu şəhərinə gəlmişlər. Əbil ilə birlikdə Ağsu şəhərinə gəldikdən sonra ehtiyyat hissəsinin Bakı şəhərindən gəlib çatmasını gözləyərkən Ağsu rayon sakini olan Əbil və onun tanışı Təqsirləndirilən şəxsla görüşüb, çayxanalardan birində çay içmək qərarına gəlmişlər. Bundan sonra onlar Əbilin idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs götürmüşlər və birlikdə Ağsu şəhəri ərazisində yerləşən çayxanalardan birinə gedərək çay içib, söhbətləşməyə başlamışlar. Onlar çayxanada birlikdə çay içərkən saat təxminən 23 radələrində Kamran Əbilə avtomobili ilə onu Ağsu şəhəri “Mərkəz” adlanan yerə aparmasını orada sevdiyi qızla görüşəcəyini bildirmişdir. Əbil də ona çayxanada gözləməyini Kamranı aparıb düşürtdükdən sonra yanına geri qayıdacağını bildirmişdir. O da Əbil ilə razılaşmış və çayxanada gözləməyə başlamışdır. Bir qədər sonra, yəni təxminən 15-20 dəqiqə sonra Əbil yenidən çayxanaya onun yanına gəlmiş və onlar birlikdə çay içməyə davam etmişlər. Təxminən 1-2 saat sonra, yəni 23 fevral 2024-cü il tarixdə saat 01 radələrində Əbilin sifariş verdiyi ehtiyyat hissəsi gəlib çatmadığı üçün Əbil telefonla ehtiyyat hissəsini gətirən taksi sürücüsünə zəng etmiş və harada olduğunu soruşmuşdur, taksi sürücüsü isə avtomobilinin yolda xarab olmasını, hazırda usta çağıraraq avtomobilin təmir olmasını gözlədiyini və bir qədər gec gələcəyini bildirmişdir. Buna görə də onlar birlikdə Ağsu şəhəri ərazisində qalaraq taksi sürücüsünün gəlib çatmasını gözləmişlər. 23 fevral 2024-cü il tarixdə saat 04 radələrində gözlədikləri taksi sürücüsü Ağsu şəhərinə gəlib çatmış və onlar Əbil ilə birlikdə ehtiyyat hissəsini götürüb yaşadıqları kənd istiqamətində yola düşmüşlər. Onlar yolda gedərkən Təqsirləndirilən şəxs Şahid3 telefonla zəng etmiş və telefonda sevdiyi qızla mübahisə etdiyini qızı evinə aparmaq lazım olduğunu bildirmişdir. O və Əbil artıq yaşadığıqları kəndə yola düşdüyüklərini desələr də Kamran israr etdiyi üçün geri qayıtmalı olmuşlar. Sonra onlar Əbilin avtomobili ilə Kamranın mərhum nənəsinin Ağsu rayon Qaraqaşlı kəndində yerləşən evinə getmişlər. Oraya çatdıqdan sonra onlar Kamranla görüşmüş, həmin vaxt Kamran adlarını sonradan öyrəndiyi Lətifə və Şura adlı qızları onlardan yaşadıqları evə, yəni Ağsu şəhəri “Mərkəz” adlanan yerə aparmalarını xahiş etmiş, lakin sevdiyi qızla, yəni Lətifə ilə mübahisə etdiyi üçün özü onlarla gəlməmişdir. Sonra Şura və Lətifə Əbilin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmişlər və onlar birlikdə oradan çıxaraq “Mərkəz” adlanan yerə getməyə başlamışlar. Həmin vaxt Lətifə adlı qız kövrəlmiş vəziyyətdə olmuş və ağlamışdır. Onlar yolda Əbilin idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən yəqin ki, gecə saatları olduğundan polis əməkdaşları onları saxlamış, həmin vaxt Lətifə hələ də ağladığı üçün polis əməkdaşları Lətifənin ağladığını görmüşlər. Buna görə də Polis əməkdaşları araşdırma aparılması üçün onları RPŞ-nə dəvət etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, onun Lətifə və Kamranın cinsi əlaqədə olmasından heç bir məlumatı olmamışdır. Bu barədə Kamran özü də onlara heçnə deməmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid5 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, Ağsu rayon Qaraqaşlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur, oğlu 2002-ci il təvəllüdlü olmaqla, “İkinci Qarabağ” müharibəsinin iştirakçısıdır, müxtəlif medalları vardır. Oğlu Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşayır. Qeyd etmək istəyir ki, oğlu Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmasından əvvəlcədən məlumatı olmuşdur. Belə ki, oğlu Kamran həmin qızla aralarında sevgi münasibətləri olması və Lətifə ilə evlənmək istəməsi barədə ona məlumat vermişdir və Lətifənin 19 yaşı olmasını bildirmişdir. O isə Kamrana səbirli olmasını, qızın ailə üzvləri barədə maraqlandıqdan sonra el adəti ilə Lətifəyə elçi gedəcəklərini bildirmişdir. Lakın buna baxmayaraq o, oğlu Kamran və Lətifənin cinsi əlaqədə olmasını əvvəlcədən bilməmişdir, bu barədə o sonradan məlumat almışdır. Belə ki, 23 fevral 2024-cü il tarixdə Ağsu rayonunda yaşadıqları evdə olarkən polis əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət olunmuşdur. Sonra o, X21 ilə oğlu Kamranın öz istəkləri ilə cinsi əlaqədə olmasını öyrənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun oğlu Kamranla Lətifənin cinsi əlaqədə olmasından əvvəlcədən məlumatı olmamışdır, o Kamranla Lətifənin cinsi əlaqədə olmasını Polis Şöbəsində sonradan öyrənmişdir. Məhkəmə iclasına iş üzrə şahid qismində dindirilmiş Şahid3 cinayət işi üzrə ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsi elan edilərək göstərilmişdir ki, Ağsu rayon Növcü kəndində ailə üzvlərilə birlikdə yaşayır. X10 məxsus Vaz 2109 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobilin su pompası nasaz olduğundan avtomobilin tez-tez hərarəti qalxır və bu da avtomobilin mühərrikinə ziyanlıq edir. Bu səbəbdən Bakı şəhərində yaşayan qohumundan avtomobili üçün həmin ehtiyyat hissəsini alaraq taksi vasitəsi ilə Ağsu rayonuna göndərməsini xahiş etmişdir. 22 fevral 2024-cü il tarixdə, saat təxminən 22 radələrində qohumu ona telefonla zəng edərək həmin ehtiyyat hissəsini aldığını və Ağsu rayonuna gələn taksi ilə yola saldığını, gedib ehtiyyat hissəsini Ağsu rayonundan götürməsini bildirmişdir. Bundan sonra o, avtomobil ilə yaşadığı evdən çıxmış və kənd ərazisi ilə Ağsu şəhərinə getməyə başlamışdır. Həmin vaxt o, kənd ərazisində həmkəndlisi Şahid4 görmüş və avtomobili onun yanında saxlayaraq birlikdə Ağsu şəhərinə getmələrini, Bakı şəhərindən avtomobili üçün ehtiyyat hissəsi gətirdiyini, həmin ehtiyyat hissəsini götürüb birlikdə yaşadıqları kəndə geri qayıdacalarını bildirmişdir. Şahid4 da onunla razılaşmış və avtomobilinə əyləşmişdir. Sonra onlar birlikdə Ağsu şəhərinə gəlib çatmışdır. Ağsu şəhərinə gəldikdən sonra ehtiyyat hissəsinin Bakı şəhərindən gəlib çatmasını gözləyərkən Ağsu rayon sakini olan tanışları Təqsirləndirilən şəxsla görüşüb, çayxanalardan birində çay içmək qərarına gəlmişlər. Bundan sonra o, idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs götürmüş və birlikdə Ağsu şəhəri ərazisində yerləşən çayxanalardan birinə gedərək çay içib, söhbətləşməyə başlamışlar. Onlar çayxanada birlikdə çay içərkən saat təxminən 23 radələrində Kamran ona avtomobili ilə onu Ağsu şəhəri “Mərkəz” adlanan yerə aparmasını, orada sevdiyi qızla görüşəcəyini bildirmişdir. Bundan sonra o, Rasimə çayxanada gözləməsini, Kamranı aparıb düşürtdükdən sonra geri qayıdacağını bildirmişdir. Sonra Kamranla birlikdə Ağsu şəhəri, “Mərkəz” adlanan yerə getmişdir. Oraya çatdıqdan sonra yolda adlarını sonradan öyrəndiyi Lətifə və Şura adlı qızların yolun kənarında dayandığını görmüşdür. Həmin vaxt Kamran, Lətifə və Şura adlı qızların yanında avtomobili saxlamasını bildirmişdir. O, avtomobilini saxladıqdan sonra həmin qızlar avtomobilinə əyləşmişdirlər. Sonra Kamran onları Ağsu rayon Qaraqaşlı kəndinə, mərhum nənəsinin evinə aparmasını ondan xahiş etmişdir. O da Kamranla razılaşmış və idarə etdiyi avtomobili ilə onları həmin ünvana aparmağa başlamışlar. Yolda gedərkən Kamran marketlərdən birinin qarşısında saxlamasını, marketdən meyvə şirəsi və sair alacağını bildirmişdir. Buna görə də o, Ağsu şəhəri “şlanba” deyilən yerdə marketin qarşısında avtomobilini saxlamış, sonra Kamran marketə gedərək bir qədər ərzaq almış və geri qayıtmışdır, sonra o, Kamran, Lətifə və Şuranı aparıb Kamranın göstərdiyi ünvanda düşürtmüş və geriyə, yəni Rasimin yanına çayxanaya qayıtmışdır və onlar birlikdə çay içməyə davam etmişdir. Təxminən 1-2 saat sonra, yəni 23 fevral 2024-cü il tarixdə saat 01 radələrində ehtiyyat hissəsini gətirən taksi sürücüsünə zəng edərək harada olduğunu soruşmuş, taksi sürücüsü isə avtomobilinin yolda xarab olmasını, hazırda usta çağıraraq avtomobilin təmir olmasını gözlədiyini və bir qədər gec gələcəyini bildirmişdir. Buna görə də onlar birlikdə Ağsu şəhəri ərazisində qalaraq taksi sürücüsünün gəlib çatmasını gözləmişlər. 23 fevral 2024-cü il tarixdə saat 04 radələrində gözlədikləri taksi sürücüsü Ağsu şəhərinə gəlib çatmış və Rasimlə birlikdə ehtiyyat hissəsini götürüb yaşadıqları kənd istiqamətində yola düşmüşlər. Onlar yolda gedərkən Təqsirləndirilən şəxs ona telefonla zəng etmiş və sevdiyi qızla mübahisə etdiyini, qızı evinə aparmaq lazım olduğunu bildirmişdir. O və Rasim artıq yaşadıqları kəndə yola düşdüklərini desələr də, Kamran israr etdiyi üçün geri qayıtmalı olmuşlar. Sonra onlar idarə etdiyi avtomobili ilə Kamranın mərhum nənəsinin Ağsu rayon Qaraqaşlı kəndində yerləşən evinə getmişlər. Oraya çatdıqdan sonra onlar Kamranla görüşmüşlər, həmin vaxt Kamran Lətifə və Şuranı yaşadıqları evə, yəni Ağsu şəhəri “ Mərkəz” adlanan yerə aparmalarını xahiş etmiş, lakin sevdiyi qızla, yəni Lətifə ilə mübahisə etdiyi üçün özü onlarla gəlməmişdir. Sonra Şura və Lətifə avtomobilinin arxa oturacağına əyləşmişlər və onlar birlikdə oradan çıxaraq “Mərkəz” adlanan yerə getməyə başlamışlar. Həmin vaxt Lətifə adlı qız kövrəlmiş vəziyyətdə olmuş və ağlamışdır. Onlar yolda idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən yəqin ki, gecə saatları olduğundan polis əməkdaşları onları saxlamışlar, həmin vaxt Lətifə hələ də ağladığı üçün polis əməkdaşları Lətifənin ağladığını görmüşlər. Buna görə də Polis əməkdaşları araşdırma aparılması üçün onları RPŞ-nə dəvət etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, onun Lətifə və Kamranın cinsi əlaqədə olmasından heç bir məlumatım olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan edilməklə hüquq və vəzifələri izah edilmişdir. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 05 mart 2024-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X22 13 aprel 2024-cü il tarixli, 18-1-25/2-375/24 saylı məktubundan görünür ki, Ağsu rayonu, Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs ruhiəsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxsanası PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “İsmayıllı Rayon Mərkəzi Xəstəxsanası” X22 16 iyun 2024-cü il tarixli, 18-1-47/2-815/24 saylı məktubundan görünür ki, İsmayıllı rayonu, Kürdmaşı kənd ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2009-cu il təvəllüdlü Baxışova X7 RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb” kabinetində dispanser qeydiyyatda yoxdur. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X19-Təcrübi və X23 rayon şöbəsinin 24 fevral 2024-cü il tarixli, 65 saylı rəyindən görünür ki, müayinə zamanı 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində boynun sol yan-orta-aşağı ön-arxa səthlərində və sol süd vəzisi nahiyəsində dərialtı qansızmalar kənar şəxslər tərəfindən dodaqlar arasında dərinin sovrulması nəticəsində törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin əsasına çatan, saat sferblatı ilə “6” rəqəminə uyğun nahiyədə çapığın törənmə müddəti 2(iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində hər hansı bir xəsarət izləri aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X19-Təcrübi və X23 rayon şöbəsinin 01 mart 2024-cü il tarixli, 71 saylı rəyindən görünür ki, müayinə zamanı 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində boynun sol yan orta şöbəsində dərialtı qansızma kənar şəxslər tərəfindən dodaqlar arasında dərinin sovrulması nəticəsində törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs cinsiyyət orqanında onun cinsi əlaqədə olmağa maneəçilik törədən hər hansı bir zədə, xora, yara əlamətləri aşkar edilməmişdir. - Zərərçəkmiş şəxs ilə şahid qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmasına dair 09 mart 2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs 2024-cü ilin yanvar ayında və 23 fevral 2024-cü il tarixdə, saat 02 radələrində Ağsu rayon Qaraqaşlı kəndində yerləşən fərdi yaşayış evində təbii yolla cinsi əlaqədə olmalarını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, onu bir daha ifşa etmiş, Təqsirləndirilən şəxs onun dediklərini təsdiq etmişdir. - Şahidin ifadəsinin yerində yoxlanması haqqında 18 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Qaraqaşlı kəndində yerləşən mərhum nənəsi X1 məxsus fərdi yaşayış evinin darvazasının qarşısında dayanaraq 2024cü ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə birlikdə həmin evə gəldiklərini, daha sonra evin həyətinə daxil olaraq iki mərtəbədən ibarət evin birinci mərtəbəsinin giriş hissəsində, sonra birinci mərtəbədə yerləşən birinci otağın qapısının qarşısında dayanaraq Lətifə ilə həmin otağa daxil olduqlarını, sonra isə həmin otağa daxil olaraq otağın döşəməsini təqdim edərək həmin yerdə Zərərçəkmiş şəxs ilə bir-birilərinə yaxınlaşıb dodaq-dodağa öpüşməyə başladıqlarını, bir qədər öpüşdükdən sonra hər ikisinin razılığı ilə əyinlərində olan paltarlarını tam soyunduqlarını, sonra həmin döşəməyə, yəni yerə ədyal sərdiyini və ədyalın üzərində Lətifə ilə təbii yolla cinsi əlaqədə olduqlarını, Lətifə ilə cinsi əlaqədə olduqdan sonra paltarlarını geyinərək evdən çıxıb getdiklərini ifadəsinə uyğun şəkildə göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs evin birinci mərtəbəsində yerləşən ikinci otağın qapısının qarşısında dayanaraq 2024-cü il tarixdə, saat təxminən 02 radələrində həmin otağa keçdiklərini, sonra həmin otağa daxil olaraq otaqdaki çarpayını təqdim edərək çarpayının üzərində Lətifə ilə bir qədər söhbət etdikdən sonra öpüşməyə başladıqlarını, bir qədər öpüşdükdən sonra Lətifənin razılığı ilə paltarlarını soyunduqlarını və otaqda olan çarpayının üzərində təbii yolla cinsi əlaqədə olduqlarını ifadəsinə uyğun şəkildə göstərmişdir. Bu barədə fotoşəkillər çəkilmiş, toplanmış istintaq sənədləri cinayət işi materiallarına əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Əsədov X2 CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 149 və 150-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində CMnin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından imtina edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X19- Təcrübi və X23 rayon şöbəsinin 24 fevral 2024cü il tarixli, 65 sayəı 01 mart 2024-cü il tarixli, 71 saylı rəyləri, zərər çəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolu cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin yaşını bilməməsi ilə bağlı dediklərini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs marketdə satıcı işləyirkən alış-veriş etmək üçün gələn zərər çəkmiş şəxsi bir neçə dəfə görmüş, onunla tanış olmuş və münasibətləri yaranmış, hətta bir neçə dəfə parkda görüşüb söhbət etmişlər, həmin dövrdəki münasibləri iki ay davam etmişdir. Buradan da aydın görünür ki, onların bir-biri haqqında daha geniş və ətraflı məlumat əldə etmək üçün kifayət qədər vaxtları olmuşdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 152.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 19 mart 2024-cü il tarixli, 5-34-17/2-3-144/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Qaraqaşlı kəndində yaşamaqla onun ailə üzvləri atası - 1968-ci il təvəllüdlü Şahid5, anası - 1972-ci il təvəllüdlü X20, bacısı – 2006cı il təvəllüdlü X5r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və barəsində X17 ərazi daizəri üzrə icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin yanvar və fevral aylarında öz istədyi ilə heç bir zorakılığa məruz qalmadan aralarında sevgi münasibətləri olan Təqsirləndirilən şəxs ilə sonuncunun Ağsu rayonu Qarağaşlı kəndində yerləşən evdə təbii yolla cinsi əlaqəda olmuşlar. Onun Təqsirləndirilən şəxs barəsində şikayət və tələbi yoxdur. Onlar öz istəkləri ilə cinsi əlaqədə olmuşlar. Onların niyyəti evlənmək olmuşdur. - Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 2024-cü ilin yanvar və fevral aylarında 2009-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evlənmək məqsədilə cinsi əlaqəda olmuşdurlar. Bildirir ki, Lətifə və Kamran artıq ər-arvad münasibətindədirlər. Buna görə onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası Medalının İ-6429 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci tarixli 2358 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Medalının İ-23549 nömrəli vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin MV № 01286 saylı xx.xx.2023-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2011-ci qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. İş materaillarından görünür ki, təsirləndirilən şəxs təqsirli bilindiyi cinayəti hər hansı vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla törətməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünü idarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, CPM-in 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, ekspertiza xərci yoxdur. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 (iyirmi) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, dövlət və yerli özünü idarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Pentensiar Müəssisəsi müəyyən edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-8/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-8/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver