Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-80/2024 13.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonu Zoğallıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, İsmayıllı rayonu Zoğallıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamaq məqsədi ilə 29 may 2024-cü il tarixdə saat 21 radələrində bank kartı hesabına köçürülmüş vəsaiti nağdlaşdırmaq üçün qızı Şahid1 "xxxx" ASC-yə məxsus, 4169-7414-1073-3123 nömrəli plastik bank kartını əmanət etmiş Zərərçəkmiş şəxs1 məxsus plastik bank kartını Şahid1 Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "xxxx" ASC-yə aid bankomatdan düzgün istifadə edib, pulu nağdlaşdıra bilməməsindən sui-istifadə edərək sonuncudan bank kartını bankomatda nağdlaşdırma əməliyyatının icra olunmasında köməklik edəcəyi vədi ilə alaraq lazımi əməliyyatları icra etdikdən sonra Şahid1 bankomatda pul olmadığını yalandan deyib, əmin edərək sonuncunun bankomatdan uzaqlaşmasına nail olduqdan sonra nağdlaşdırma əməliyyatının davamında bankomatdan çıxan 1000 (bir min) manat məbləğində pulu ələ keçirib, həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq tamah məqsədi ilə14 iyun 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 ahıl şəxs olmasından, eləcə də bankomatdan düzgün istifadə etmək bacarığının olmamasından sui-istifadə edib sonuncuya məxsus "xxxx"-ASC-yə aid “5167-5111-0296-2986” nömrəli plastik bank kartını bankomatda nağdlaşdırma əməliyyatının icra olunmasında köməklik edəcəyi vədi ilə alıb, Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında olan "xxxx" ASC-yə məxsus bankomata daxil edərək lazımi əməliyyatları icra etdikdən sonra Zərərçəkmiş şəxs2 bankomatda pul olmadığını yalandan deyib, əmin edərək həmin kartdan 390 (üç yüz doxsan) manat məbləğində pulu ələ keçirib, sonuncuya kartı verib həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 390 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq tamah məqsədi ilə 28 iyun 2024-cü il tarixdə saat 18 radələrində dövlət tərəfindən kart hesabına köçürülmüş maaşını nağdlaşdırmaq üçün nəvəsi Şahid2 "xxxx" ASC-yə aid, 4169-7414-6929-8135 nömrəli plastik bank kartını əmanət etmiş Zərərçəkmiş şəxs3 məxsus plastik bank kartını Şahid2 azyaşlı olmasından, eləcə də bankomatdan düzgün istifadə edib, pulu nağdlaşdıra bilməməsindən sui-istifadə edərək sonuncudan alaraq Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edərək lazımi əməliyyatları icra etdikdən sonra Şahid2 bankomatdan maksimum 500 manat məbləğində vəsaitin nağdlaşdırılmasının mümkün olduğunu yalandan deyib, əmin edərək həmin kartdan əvvəlcə 500 manat məbləğində vəsaiti nağdlaşdırıb, sonuncuya təqdim etdikdən sonra yenidən bakomatın monitorunun qarşısına keçərək özünə məxsus plastik bank kartı hesabından nağdlaşdırma əməliyyatı etməsi görüntüsünü yaradaraq Zərərçəkmiş şəxs3 məxsus plastik bank kartı hesabından 1000 (bir min) manat məbləğində pulu çıxarıb ələ keçirdikdən sonra plastik bank kartını Şahid2 verərək həmin yerdən uzaqlaşmaqla zərərçəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə, əsasən də talama cinayətlərinə görə dəfələrlə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qismində saxlanıldığı X1 Mingəçevir şəhəri ərazisində törətdiyi cinayəti könüllü etiraf etmə barədə ərizə ilə müraciət etmişdir. Belə ki, 29 may 2024-cü il tarixdə axşam saatlarında "xxxx" ASC-nin Mingəçevir şəhər filialının qarşısında dayanmışdır. "xxxx"-ın Mingəçevir şəhər filialının qarşısında bir neçə bankomat yerləşir. O həmin vaxt bankomatın qarşısında dayanarkən adını və soyadını sonradan bildiyi Şahid1 bankomata yaxınlaşaraq bankomatdan plastik bank kartı vasitəsi ilə pul çıxarmaq istədiyini görmüşdür. Bu zaman o, bankomatdan kart vasitəsi ilə pul çıxarmaq istəyən Şahid1 yanına gedərək arxasında dayanmışdır. Şahid1 bankomatdan pul çıxartmaq üçün bir neçə dəfə əməliyyat etsə də o, arxadan səslənərək bankomatda çıxartmaq istədiyi məbləğdə pul olmadığını və digər yerdə quraşdırılmış bankomata getməsini bildirmişdir. Şahid1 yenidən bankomatdan pul çıxartmaq istəyərkən köməklik etmək niyyəti ilə o, Şahid1 yanına keçmişdir. Bu zaman Şahid1 banokmatda kartın şifrəsini daxil etdikdən sonra kartdan pul çıxarda bilməməsini görüb bankomata yaxınlaşaraq bir neçə düyməni sıxmış, bu zaman Şahid1 ona aralı durmağını bildirmişdir. Bundan sonra Şahid1 yenidən bankomatda pulun məxaric olunması ilə bağlı bir neçə əməliyyat etsə də kartından pul çıxara bilməməsini başa düşdükdən sonra bankomatda əməliyyatdan imtina düyməsini basaraq kartı çıxardıb, oradan uzaqlaşmışdır. O isə bankomatın qarşısında dayanmışdır. Şahid1 getdikdən bir neçə dəqiqə sonra həmin bankomatda Şahid1 çıxartmaq istədiyi məbləğin bankomatdan məxaric olduğunu görüb, həmin pulu götürərək oradan uzaqlaşmışdır. Təxminən bir neçə metr gedib pulu saydıqda 1000 manat olduğunu görmüşdür. Əldə etdiyi pulları gündəlik tələbat xərclərinə sərf etmişdir. Bundan başqa təqsirləndirilən şəxs qismində saxlanıldığı X1 saxlanılan zaman Zaqatala rayonu ərazisində də törətdiyi cinayəti könüllü etiraf etməsi barədə də ərizə ilə müraciət etmişdir. Belə ki, 14 iyun 2024-cü il tarixdə Zaqatala rayonunda yaşayan əsgər yoldaşı ilə görüşməyə getmişdir. Lakin əsgər yoldaşı ilə görüşü baş tutmadığından geriyə qayıtmaq qərarına gəlmişdir. Bunun üçün Zaqatala rayonunda “Bazarstore” marketin qarşısında taksi gözləyərkən adını sonradan öyrəndiyi yaşlı qadın Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq "xxxx" ASC-yə məxsus plastik bank kartını ona vermiş və kart hesabında pulunun olub-olmamasını yoxlamasını xahiş etmişdir. Bundan sonra o, həmin marketin qarşısında olan bankomata Zərərçəkmiş şəxs2 məxsus plastik bank kartını daxil etmiş və Zərərçəkmiş şəxs2 dediyi şifrəni yazmışdır. Şifrəni yazdıqdan sonra kart hesabında olan balans ekranda görsənmiş və o, Zərərçəkmiş şəxs2 hesabında 390 manat pul olmasını müəyyən etmişdir. Bundan sonra isə yol pulu olmadığından, eləcə də maddi imkanı aşağı olduğundan həmin pulu ələ keçirmək istəmiş və Zərərçəkmiş şəxs2 hesabında pul olmadığını deyərək kartını çıxarıb özünə verib yola salmışdır. Zərərçəkmiş şəxs2 getdikdən sonra isə bankomatdan həmin qadına məxsus pul məxaric olmuş və o, ümumilikdə 390 manat pulu götürüb oradan uzaqlaşmışdır. Bundan başqa 28 iyun 2024cü il tarixdə Ağsu rayonu ərazisində olarkən özünə məxsus kart hesabında olan pulu çıxarmaq üçün Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəlmişdir. Marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmış və növbəsini gözləməyə başlamışdır. Bankomatın qarşısında növbəsini gözlədiyi zaman bir nəfər tanımadığı gənc oğlan, adını sonradan Şahid2 olaraq tanıdığı şəxs ondan kart hesabında olan pulu nağdlaşdırmağa kömək etməsini istəmişdir. O, Şahid2 kartı alaraq bankomata daxil etdikdə kart hesabında yüksək məbləğdə pulun olduğunu görmüşdür. Övladı ağciyər vərəm xəstəsi olduğundan və müalicəsi üçün pula ehtiyacı olduğundan Şahid2 ona verdiyi kart hesabındakı pulu oğurlamaq qərarına gəlmişdir. Birinci dəfə kartı bankomata daxil edərək 500 manat pul çıxarmış və Şahid2 təqdim edib, növbədə olan şəxslərin getməsini, qalan məbləği də sonra çıxarıb, verəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra bankomatın qarşısında olan şəxslər getmiş və o, Rəcəbin təqdim etdiyi kartı ilə yenidən bankomatın qarşısına keçərək guya özünə məxsus plastik bank kartından pul çəkdiyi görünütüsünü yaradaraq Rəcəbin ona verdiyi kartı banokomata daxil edib kart hesabından 1000 manat pul çəkmişdir. Sonra o, Rəcəbin fikrini üzərindən yayındırmaq üçün telefonuna zəng gəldiyini bəhanə edərək kartı ona qaytarıb, pulu cibinə qoyaraq bankomatın qarşısından uzaqlaşmışdır. Yolun digər tərəfində dayanan tanımadığı taksiyə əyləşib, onu Kürdəmir rayonuna gedən taksilərin dayandığı yerə aparmasını xahiş etmişdir. O, avtomobilə əyləşərək bir qədər avtomobil ilə uzaqlaşdıqdan sonra avtomobili idarə edən taksi sürücüsünə zəng gəlmiş və taksi sürücüsü avtomobili saxlayaraq onun Rəcəbin kart hesabından pul oğurladığını deyərək pulu qaytarmayacağı halda polisə şikayət edəcəyini deyib, onu avtomobili ilə götürdüyü yerə qaytarmışdır. Həmin yerdə Rəcəb və yanında bir nəfər tanımadığı şəxsin onu gözlədiyini görmüşdür. Şahid2 kart hesabından oğurladığı pulu geri qaytarmasını istədikdə o, Rəcəbin təqdim etdiyi kart hesabından çıxardığı pulun məbləğini bilməməməsini başa düşmüdşür. O da plastik bank kartından oğurladığı 1000 manat puldan 500 manatını çıxardaraq kartdan 500 manat oğurladığını deyərək həmin pulu Rəcəbə geri qaytarmışdır. Sonra o, yenidən taksiyə əyləşib onu Kürdəmir rayonuna gedən taksilərin olduğu yerə aparmasını bildirmişdir. Övladı Bakı şəhərində xəstəxanada müalicə aldığı üçün o, oğurladığı bütün pulları ailəsinə vermək üçün Kürdəmir rayonundan Bakı şəhərinə getmişdir. Sabahısı gün isə, yəni 29 iyun 2024-cü il tarixdə Ağdaş rayonu Ləki kəndinə gəlmişdir. Ağdaş rayonu Ləki kəndində olarkən Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayətçi olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayətçi olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs kimi dəvət olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri 3 saylı orta məktəbdə müəllimə işləyir. xx.xx.2024-cü il tarixdə əmək haqqı yükləndiyi üçün qızı Şahid1 Kapital Banka aid əmək haqqı kartını verərək maaşını onun əvəzinə almasını bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra qızı Şahid1 az yaşlı nəvəsi X5 ilə birlikdə evdən çıxmışdır. Bundan bir neçə saat sonra isə qızı Şəms ona zəng edərək telefonda olan Birbank mobil tətbiqə baxmasını və balansında olan məbləği bildirməsini söyləmişdir. O, da tez bir zamanda telefona baxaraq 1000 manat pulun məxaric olunduğunu görmüşdür. Daha sonra qızı Şəms evə gələrək ona başına gəldiyi hadisəni danışmışdır. Bundan sonra o, ilk növbədə Kapital Bankın əlaqə nömrəsi olan 196 ilə əlaqə saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, qızı Şahid1 bankomatdan pul çıxardan zaman bankomatın fəaliyyətində nasazlıq olduğu üçün bankomatdan çıxartmaq istədiyi pulla bağlı əməliyyatı yerinə yetirib, kartı götürüb bir neçə dəqiqə pulun məxaric olunmasını gözləmiş, lakin pulun bankomatdan məxaric olunmadığını görüb, oradan uzaqlaşmışdır. Həmin vaxt qızı Şahid1 getdikdən sonra onun yanında dayanmış adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs bankomatdan məxaric olunan ona məxsus 1000 manat məbləğdə pulu götürmüşdür. O da bu səbəbdən DİN-nin 102 xidmətinə məlumat vermiş, bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 daha sonra məhkəməyə teleqram vuraraq ona dəymiş ziyanın 550 manatının ödənildiyini, hər ayda yerdə qalan məbləğin ödənilməsinə söz verildiyi üçün artıq şikayətçi olmadığını qeyd etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs kimi dəvət olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə teleqramla müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqaüdçüdür, o, təqaüd pulunu "xxxx"-na məxsus plastik kartdan alır. Son 3 aydır ki, onun təqaüd məbləği 394 manatdır. O, adətən təqaüdünu Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “Bazarstore” marketin qarşısında yerləşən “Beynəlxalq Bank”-a məxsus bankomata yaxınlaşıb ətrafda olan tanımadığı şəxsə kartı verərək onun üçün pul çıxarmasını xahiş edir. 14 iyun 2024-cü il tarixdə ona məlum olmuşdur ki, təqaüdlər köçürülmüşdür. Buna görə də həmin gün saat 18 radələrində qeyd etdiyi bankomata təqaüd kartından pul çıxarmaq üçün yaxınlaşmışdır. X6 məxsus bankomat işləmədiyi üçün “Azərbaycan Sənayə Bankı”-na yaxınlaşmışdır. Həmin vaxt “Azərbaycan Sənayə Bankı”nın bankomatından pul çıxarmağa çalışan tanımadığı bir oğlandan onun üçün də təqaüdünü çıxarmasını xahiş etmişdir. Həmin naməlum şəxs isə ilk öncə kartını “Azərbaycan Sənayə Bankı”-na məxsus bankomata salaraq kartda pul olmamasını bildirmişdir. Bir müddət bankomatın qarşısında gözlədikdən sonra həmin naməlum şəxs yenidən ona yaxınlaşaraq pul çıxarmağa köməklik göstərməsi üçün bank kartını istəmişdir. O, bank kartını verdikdən sonra isə həmin naməlum şəxs kartı bankomata yenidən salaraq təxminən 4-5 dəqiqə bankomatda əməliyyatlar etmişdir. Daha sonra isə kartı bankomatdan çıxarıb ona vermişdir. O isə həmin şəxsdən bankomatda hansı əməliyyatları etməsi ilə bağlı heç bir söz soruşmamışdır və “Bazarstore” marketə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində isə o, yenidən “Beynəlxalq Bank”-a məxsus bankomata yaxınlaşıb tanımadığı bir qadına kartı pul çıxarmaq üçün vermişdir. Həmin qadın kartı salıb yoxladıqdan sonra kartda pul olmadığını bildirmişdir. Buna görə də o, naməlum şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə pulunun çıxarıldığından şübhələnmişdir və DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. O, yaşlı adam olduğu üçün müalicə alır, həmçinin bir azyaşlı nəvəsi də onun himayəsində olduğu üçün həmin 390 manata ehtiyacı var, buna görə də ona məxsus pulun ödənilməsini xahiş edir. Əlavə olaraq bildirirmişdir ki, o, bankomatdan pul çıxarılmasının qaydasını bilmədiyi üçün hər dəfə pulun çıxarılmasını tanımadığı başqa şəxslərə həvalə etmişdir. Həmin şəxsi tanımır və ilk dəfə görmüşdür. Belə güman edir ki, həmin şəxs bankomat vasitəsilə əməliyyat edərək onun kartından 390 manat pulu özünə məxsus karta göndərmişdir. Zərərçəkmiş şəxs2 teleqramda ziyanın tam ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağsu şəhər 3 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Təxminən 800-900 manat arası əmək haqqı alır. Əmək haqqı "xxxx" ASC-yə aid 4169-7414-6929-8135 saylı plastik bank kartına yüklənir. Həmin plastik bank onun adına olmaqla özünə məxsusdur. Həmin plastik bank kartından adətən özü və ya nəvələri vasitəsi ilə nağdlaşdırma edir. 28 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində o birgə yaşadığı 2009-cu il təvəllüdlü nəvəsi Şahid2 sözügedən maaş kartını verərək kart hesabında olan 118 manat pulu nağdlaşdıraraq gətirib ona verməsini bildirmişdir. Sonra Rəcəb ondan plastik bank kartını götürərək yaşadıqları evdən çıxıb getmişdir. Rəcəb evdən çıxıb getdikdən bir neçə dəqiqə sonra mobil telefonunda olan “Birbank” tətbiqi vasitəsi ilə telefonuna mesaj daxil olmuş və həmin mesajla o, kart hesabına məzuniyyət pulu olaraq 1642,75 manat pul yüklənildiyini öyrənmişdir. Bundan sonra mobil telefonu vasitəsi ilə nəvəsi Şahid2 zəng edərək kartına əlavə pul yüklənildiyini və ehtiyyatlı olmasını bildirmişdir. Bundan bir qədər sonra, yəni saat 18 radələrində o “Birbank” tətbiqi vasitəsi ilə plastik bank kartı hesabından əvvəlcə 500 manat, sonra 1000 manat, sonda isə 241 manat olmaqla ümumilikdə 1741 manat pul çəkilməsini müşahidə etmişdir və həmin pulların nəvəsi Rəcəb tərəfindən çəkildiyini düşünərək heç bir narahatçılıq keçirməmişdir. Lakin Bir qədər sonra nəvəsi Rəcəb yaşadıqları evə gələrək ona 1241 manat pul çəkdiyini bildirmişdir. O isə Rəcəbə kart hesabından ümumilikdə 1741 manat pul çəkildiyini, 500 manatın əskik olduğunu bildirdikdə, Rəcəb ona tanımadığı şəxsin kartdan pulu nağdlaşdırarkən köməyindən istifadə etməsini, həmin zaman həmin şəxsin kartdan çıxardığı pulun 500 manatını oğurlaya biləcəyini bildirmişdir. Bundan sonra o, naməlum şəxs tərəfindən bank kartı hesabından pulunun oğurlanmasını müəyyən edərək Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ağsu RPŞ-də aparılmış araşdırma ilə həmin əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, onun **********298135 saylı kapital banka məxsus kart hesabında 1761 manat pul olmuşdur. Həmin puldan 1741 manatı nağdlaşdırılmış, 20 manat isə hesabında qalmışdır. həmin şəxs onun plastik bank kartından 1000 manat pul oğurlamışdır, lakin ətrafda olan şəxslər tərəfindən ifşa olunduqdan sonra həmin puldan 500 manatını geri qaytarmışdır, lakin 500 manat pulunu isə geri qaytarmamışdır. Zərərçəkmiş şəxs3 daha sonra ifadəsində bildirmişdir ki, ona dəymiş ziyandan 50 manat ödənilmiş, hər ayda yerdə qalan məbləğin ödənilməsinə söz verildiyi üçün artıq şikayətçi deyil, bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində evdə olan zaman anası Zərərçəkmiş şəxs1 maaşını nağdlaşdırması üçün ona Kapital Banka aid olan əmək haqqı kartını vermişdir. O, kartı anasından götürdükdən bir qədər sonra az yaşlı oğlu Nihadla birlikdə anası və özünə məxsus maaşları almaq üçün evdən çıxmışdır. İlk öncə oğlu ilə birlikdə “Mingo Park”a getmiş, bir qədər orada vaxt keçirtdikdən sonra isə anası və özünə məxsus maaşları çıxartmaq üçün X3 şəhər filialına getmişdir. Filialın qarşısına çatdıqda bankomatların qarşısında bir neçə nəfər olduğu üçün o və oğlu növbədə gözləməli olmuşdur. Həmin zaman onun ətrafında tanımadığı insanlar da olmuşdur. Onun növbəsi çatdıqda o, bankomata yaxınlaşaraq anasına məxsus plastik kartı bankomata daxil edib, kartın şifrəsini yazmış, kart hesabında olan 1043 manat məbləğində pulu çıxartmaq üçün əməliyyatı yerinə yetirən vaxt onun arxasında dayanan adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs onun yanına yaxınlaşaraq guya ona kömək etmək məqsədi ilə bankomatda bir neçə düyməni sıxmış, o, həmin vaxt üzünü ona tutub irad bildirərək geri durmasını söyləmiş, həmçinin həmin vaxt onun çıxartmaq istədiyi məbləğ bankomatdan məxaric olunmamışdır. O, yenidən kartı banomata daxil etmiş, bundan sonra yanında dayanan Təqsirləndirilən şəxs bir daha geri çəkilməsi barədə irad tutsa da, Təqsirləndirilən şəxs onun yanından çəkilməmişdir. O, yenidən təkrar olaraq çıxartmaq istədiyi məbləğ ilə bağlı əməliyyatı yerinə yetirmiş və yanındakı Təqsirləndirilən şəxs bir daha bankomatda bir neçə düyməni sıxmışdır. Həmin vaxt o, Tapdığa qışqıraraq yanından çəkilməsini bildirmiş, bu zaman Tapdıq bir neçə metr geriyə çəkilmişdir. Sonra o, bankomatdan çıxan kartı götürüb, bir neçə dəqiqə pulun çıxmasını gözləmiş, lakin pul çıxmadığı üçün oğlu ilə birlikdə oradan uzaqlaşmışdır. Sonradan o və oğlu Nihad şəhərin Maqomayev keçəsində yerləşən 5 + supermarketə quraşdırılmış Kapital Banka aid olan bankomata getmiş, orada ilkin olaraq anasına məxsus əmək haqqı kartı ilə pulu çıxarmaq istəyən zaman hesabında 42 manat olduğunu görmüş, daha sonra o, özünə məxsus əmək haqqı kartından təxminən 450 manat pul çıxarmış, sonradan isə anasına zəng edib məlumat vermiş, evə gəldikdən sonra anası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, ilk növbədə kartı Təqsirləndirilən şəxs verməmişdir, Tapdıq sadəcə ona guya kömək etmək məqsədilə yanına yaxınlaşaraq bankomatda bir neçə düyməni sıxmışdır, o pul çıxardan zaman bankomatın fəaliyyətində nasazlıq olduğu üçün o, bankomatda çıxartmaq istədiyi pulla bağlı əməliyyatı yerinə yetirib, kartı götürüb bir neçə dəqiqə pulun məxaric olunmasını gözləsə də pulun bankomatdan məxaric olunmadığını görüb oradan uzaqlaşmışdır. O, getdikdən sonra yanında dayanmış Təqsirləndirilən şəxs bankomatdan məxaric olunan anası Zərərçəkmiş şəxs1 məxsus pulu götürmüşdür. Məhkəmə iclasında mütəxəssis və qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu şəhəri M.A.Əliyev küçəsi ev 8-də ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 onun nənəsidir. Nənəsi Zərərçəkmiş şəxs3 ilə eyni ünvanda yaşayır. Nənəsi ünvan 2 "xxxx" ASC-yə aid plastik bank kartı vasitəsi ilə əmək haqqı alır. Əvvəllər bir neçə dəfə nənəsi Lətifə maaş kartını ona verərək kartında olan pulu nağdlaşdıraraq gətirib geri qaytarmasını ona tapşırmışdır. O da həmişə nənəsinin kartından pulu nağdlaşdıraraq gətirib, nənəsinə vermişdir. 28 iyun 2024-cü il tarixdə, saat təxminən 17 radələrində yaşadığı evdə olarkən nənəsi Lətifə Nuriyevə "xxxx" ASC-yə məxsus 4169-7414-6929- 8135 saylı plastik bank kartını ona verərək kart hesabında 118 manat pul olduğunu həmin pulu nağdlaşdıraraq gətirib geri verməsini tapşırmışdır. O da nənəsinin kartını götürüb, pulu çəkmək üçün həmin gün saat təxminən 18 radələrində Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına getmişdir. Həmin marketin qarşısına çatdıqdan sonra nənəsinin maaş kartını yalnışlıqla “Azərbaycan Beynəlxalıq Bank”-na məxsus bankomata daxil etmiş, lakin bankomatın funksiyasını bilmədiyindən kartdan pulu çəkə bilməmişdir. Həmin vaxt bankomatın yaxınlığında tanımadığı bir neçə şəxs də olmuşdur. Həmin şəxslərdən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq daxil etdiyi kartın "xxxx" ASC-yə məxsus olduğunu deyərək kartı ona verməsini, marketin qarşısına quraşdırılmış "xxxx" ASC-yə məxsus Bankomatdan pulu çəkərək ona verəcəyini bildirmişdir. O da həmin şəxsin ona kömək edəcəyinə inanaraq nənəsinə məxsus plastik bank kartını Tadpıq Əzizova vermişdir. Sonra Təqsirləndirilən şəxs həmin kartı "xxxx" ASC-nin bankomatına daxil edərək kartda pulun çox olduğunu maksimum 500 manat məbləğində pul çəkməyin mümkün olduğunu, hissə-hissə çəkərək pulu ona verəcəyini, lakin növbədə gözləyən şəxslərin çox olması səbəbindən kartı bankomatdan çıxardaraq gözləməli olduğnu bildirmişdir. O da həmin şəxslə razılaşmış və gözləməyə başlamışdır. Bir qədər sonra növbədə adamlar azaldığından Təqsirləndirilən şəxs ondan aldığı kartı bankomata daxil etmiş və kartdan 500 manat pul çəkərək ona vermişdir. Sonra isə kartı bankomatdan çıxardaraq növbədə olan şəxslərin pul çəkmələrini gözləməyə başlamışdır. Bir qədər sonra yenidən Təqsirləndirilən şəxs bankomata yaxınlaşmış və bankomata kart daxil edərək bakomatdan bilmədiyi məbləğdə pul çəkmiş və telefonunu qulağına qoyaraq onun kartını özünə verib danışa-danış çıxıb getmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs əlində onun verdiyi kartdan başqa kart da olduğundan o, Təqsirləndirilən şəxs özünə məxsus bank kartından pul çəkərək cibinə qoyduğunu düşünmüş və Təqsirləndirilən şəxs heçnə deməmişdir. Sonradan isə o, özü həmin kartı bankomata daxil etdikdə hesabda 261 manat pul qaldığını görmüş və pulun az olması səbəbindən həmin şəxsin pulu oğurladığını düşünərək tez arxasıyca getmişdir. Lakin o, həmin şəxsin takisyə əyləşərək artıq çıxıb getdiyini görmüşdür. Həmin vaxt yaxınlıqda olan atası Qalib Nuriyevin tanışı Cəlal adlı şəxs ondan nə baş verdiyini soruşduqda o, Təqsirləndirilən şəxs nənəsinə məxsus bank kartından 500 manat pul oğurladığını bildirmişdir. O, Cəlal adlı şəxsə Təqsirləndirilən şəxs cəmi 500 manat məbləğində pul oğurladığını ona görə demişdir ki, çünki Təqsirləndirilən şəxs əvvəlcədən ona kartdan maksimum 500 manat pul çəkməyin mümkün olduğunu demişdi. Lakin Təqsirləndirilən şəxs dəqiq olaraq hansı məbləğdə kartdan pul oğurladığını bilməmişdir. Sonra Cəlal adlı şəxs Təqsirləndirilən şəxs aparan taksi sürücüsünün tanışı olduğunu demiş və həmin taksi sürücüsü adını sonradan öyrəndiyi Mirsahil adlı şəxsə zəng etmiş və sərnişinin pul oğurladığını, geri gətirməsini bildirmişdir. Bir qədər sonra Mirsahil adlı şəxs avtomobili ilə həmin yerə gəlmiş və Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüşdür. Təqsirləndirilən şəxs əvvəlcə kartdan pul oğurlamadığını bildirsə də o, yalnışlıqla kartdan cəmi 500 manat pul oğurlandığını dedikdən sonra Tapdıq əməlini etiraf etmiş və cibindən 500 manat pul çıxardaraq ona vermişdir. Sonra isə oradan çıxıb getmişdir. O da bundan sonra yenidən bankomata yaxınlaşmış və hesabda qalan 261 manat puldan 241 manatını çəkmişdir. Ümumilikdə 1241 manat pulu cibinə qoyaraq yaşadığı evə getmişdir. Yaşadığı evə çatdıqdan sonra 1241 manat pulu nənəsinə vermişdir. Lakin nənəsi Zərərçəkmiş şəxs3 kartından 1741 manat pul çəkildiyini bildirmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs kartdan 500 manat yox 1000 manat pul çəkməsini müəyyən etmiş və baş verənləri atası Qalib Nuriyevə və nənəsi Zərərçəkmiş şəxs3 danışmışdlr. Əlavə olaraq bildirmişdir ki, o həmin şəxsi əvvəlcədən tanımamışdır, həmin şəxs ona kömək etmək adı ilə yaxınlaşmışdır, adını sonradan X7 Əzizov olaraq öyrənmişdir. O, kart hesabından məbləği nağdlaşdıra bilmədiyindən həmin şəxsin özünün təklifi ilə guya ona kömək etməsi üçün kartı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs kartdan ümumilikdə 1000 manat pul oğurlamışdır, lakin ifşa olunduğundan həmin puldan 500 manatını geri qaytarmışdır, 500 manatını isə qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. İstifadəsində “Daevo racer” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili ilə Ağsu rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 28 iyun 2024-cü il tarixdə, saat 18 radələrində idarəsində olan avtomobili ilə Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısında dayanaraq sərnişin gözləmişdir. Həmin vaxt tanışı Qalib Nuriyevin azyaşlı oğlu Şahid2 qeyd olunan marketin qarşısından “pulumu oğurladılar” deyərək qışqıra-qışqıra yola tərəf gəlməsini görmüşdür. O, tez Şahid2 yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Rəcəb ona əli ilə adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs uzaqdan göstərərək həmin şəxsin kartından pul oğurlamasını bildirmişdir. Bu zaman isə Təqsirləndirilən şəxs artıq qohumu taksi sürücüsü olan Şahid4 avtomobilinə əyləşmiş və avtomobil hərəkətə başlamışdır. Buna görə də o, tez Şahid4 zəng edərək sərnişini Təqsirləndirilən şəxs bank kartından oğurluq etməsini bildirmiş və həmin şəxsi geri gətirməsini istəmişdir. Bir qədər sonra Mirsahil həmin şəxsi geriyə, yəni onların yanına gətirmişdir. Təqsirləndirilən şəxs yanlarına gəldikdən sonra əvvəlcə kartdan pul oğurlamadığını bildirsə də, o polis çağıracağını dediyindən, həmçinin Şahid2 kartdan 500 manat pul oğurlandığını dediyi üçün cibindən xeyli miqdarda pul çıxardaraq həmin pullardan 500 manatını sayıb Şahid2 vermişdir. Sonra isə onlardan polisə məlumat verməmələrini xahiş edərək oradan çıxıb getmişdir. O, isə Təqsirləndirilən şəxs kartdan oğurladığı pulun cəmi 500 manat olduğunu və həmin pulu da qaytardığını düşünərək arxayn olub polisə məlumat verməmişdir. Sonradan isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid2 aldığı plastik bank kartından 500 manat yox, 1000 manat pul oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu rayon Prihəsənli kəndində ailə üzvlərilə birlikdə yaşayır. İstifadəsində “Vaz 21001” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili ilə Ağsu rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 28 iyun 2024-cü il tarixdə, saat 18 radələrində idarəsində olan avtomobili ilə Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısında daynaraq sərnişin gözləmişdir. Həmin vaxt adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı şəxs avtomobilinə əyləşərək sərnişin qismində onu Ağsu şəhəri, Nizami küçəsinə, yəni Kürdəmir rayonuna gedən takislərin olduğu yerə aparmasını istəmiş və avtomobilinə əyləşmişdir. Sonra o, avtomobilini hərəkətə gətirərək Ağsu şəhəri Vidadi küçəsi ilə Ağsu şəhəri Nizami küçəsi istiqamətinə getməyə başlamışdır. Ağsu şəhəri Vidadi küçəsi ilə hərəkətdə olarkən həmin küçədə yerləşən köhnə xəstəxananın qarşısına çatmasına az qalmış qohumu Şahid3 ona telefonla zəng edərək avtomobilinə əyləşmiş şəxsin, yəni Təqsirləndirilən şəxs azyaşlı bir uşağın bank kartı hesabından oğurluq etməsini, həmin şəxsi geri gətirməsini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs belə bir hadisənin, yəni bank kartı hesabından oğurluq edib-etməməsini soruşmuş, cavabında isə Təqsirləndirilən şəxs heç bir oğurluq etməməsini, avtomobili saxlamasını və düşəcəyini bildirmişdir. Lakin o, Təqsirləndirilən şəxs avtomobildən düşməsinə imkan verməmiş və polisə məlumat verəcəyini deyərək geriyə qayıtmağı və oğurladığı pulu qaytarmasını bildirmişdir. Sonra onlar birlikdə Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəlmişlər. Oraya çatdıqdan sonra marketin qarşısında Şahid3 və azyaşlı Şahid2lə qarşılaşmışlar. Orada Şahid2 bank kartı hesabından 500 manat pul oğurlandığını dedikdən sonra Təqsirləndirilən şəxs cibindən topa şəkildə xeyli pul çıxardaraq 500 manat sayıb Şahid2 vermişdir. Sonra onlardan polisə məlumat verməmələrini xahiş edərək övladının xəstə olduğu üçün oğurluq etdiyini bildirmişdir. Buna görə də onların Təqsirləndirilən şəxs yazığı gəlmiş və polisə məlumat verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs avtomobilinə əyləşdirərək onu Kürdəmir rayonuna gedən taksilərin olduğu yerə aparmış və bir daha Ağsu rayonuna gələrək oğurluq etməməsi barədə ona xəbərdarlıq etmişdir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Ağsu rayon PŞ-nin İQ-nin Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - 29 iyun 2024-cü il tarixli ərizədən görünür ki, 28 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 ona məxsus maaş kartını hesabında olan məbləği nəğdiləşdirmək üçün nəvəsi Şahid2 vermişdir. Şahid2 Ağsu rayonu, Vidadi küçəsində yerləşən Bolmart mağazasının qarşısında quraşdırıılmış bankomatdan pulu nəğdləşdirmək istədikdə bunun üçün ona kömək etməyi təklif edən tanımadığı şəxs kart hesabından 1000 manat pul çıxarmış, 500 manatını Rəcəbə qaytarsada qalan 500 manatını oğurlamışdır. - Baxış keçirilməsi haqqında 29 iyun 2024-cü il tarixli protokoldan və fotocədşəkillərdən görünür ki, hadisə yeri Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısıdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında Ağsu rayon PŞ-nin İQ-nin 05 iyul 2024cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - X10 Kartı üzrə çıxarışdan görünür ki, əməliyyatın aparılması üçün əsas və ünvan ATM Withdrawal KAPS, BUTA MARKET, Ağsu, Az/28-JUNE-24. əməliyyatın məbləği 1000 manatdır. - Şübhə edilən şəxsin tutulması haqqında Ağsu rayon PŞ-nin İQ-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayanaraq 28 iyun 2024-cü il tarixdə saat təxminən 18 radələrində Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəldiyini, marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşdığını və növbə gözləməyə başladığını, bankomatın qarşısında növbə gözlədiyi zaman bir nəfər tanımadığı gənc oğlan, adını sonradan Şahid2 olaraq tanıdığı şəxsin ondan kart hesabında olan pulu nağdlaşdırmağa kömək etməsini istədiyini, Şahid2 kartı alaraq bankomata daxil etdikdə kart hesabında yüksək məbləğdə pulun olduğunu gördüyünü, övladı ağciyər vərəm xəstəsi olduğundan və müalicəsi üçün pula ehtiyacı olduğundan Şahid2 ona verdiyi kart hesabındakı pulu oğurlamaq qərarına gəldiyini, birinci dəfə kartı bankomata daxil edərək 500 manat pul çıxardığını və Şahid2 təqdim edib, ona növbədə olan şəxslərin getməsini bildirib, qalan məbləği də sonra çıxarıb verəcəyini bildirdiyini, bir neçə dəqiqə sonra bankomatın qarşısında olan şəxslər getdikdən sonra Rəcəbin ona təqdim etdiyi kartı ilə yenidən bankomatın qarşısına keçərək guya özünə məxsus plastik bank kartından pul çəkdiyi görünütüsünü yaradaraq Rəcəbin ona verdiyi kartı banokomata daxil edib kart hesabından 1000 manat pul çəkdiyini, sonra Rəcəbin fikrini üzərindən yayındırmaq üçün telefonuna zəng gəldiyini bəhanə edərək kartı Şahid2 qaytarıb, pulu cibinə qoyaraq bankomatın qarşısından uzaqlaşdığını ifadəsinə uyğun şəkildə bir daha bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Ağsu rayon PŞ-nin İQ-nin 08 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Diskə baxış keçirilməsi haqqında 09 iyul 2024-cü il tarixli protokoldan görünür ki, “CD” diskə baxış zamanı videogörüntünün 28 iyun 2024-cü il tarixdə saat 18:38 radələrinə aid olması və 1 dəqiqə, 12 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs Şahid2 ilə birlikdə Ağsu şəhəri, Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayanmaları, Təqsirləndirilən şəxs bankomatda hansısa əməliyyatı icra etdikdən sonra plastik bank kartını Şahid2 verərək, qulağına telefon qoyub həmin yerdən uzaqlaşması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogürüntüdəki şəxsin özü olduğunu təsdiq edərək 28 iyun 2024cü il tarixdə saat təxminən 18 radələrində Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Bolmart” marketin qarşısına gəldiyini, marketin qarşısında yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşdığını və növbə gözləməyə başladığını, bankomatın qarşısında növbə gözlədiyi zaman bir nəfər tanımadığı gənc oğlan, adını sonradan Şahid2 olaraq tanıdığı şəxsin ondan kart hesabında olan pulu nağdlaşdırmağa kömək etməsini istədiyini, Şahid2 kartı alaraq bankomata daxil etdikdə kart hesabında yüksək məbləğdə pulun olduğunu gördüyünü, övladı ağciyər vərəm xəstəsi olduğundan və müalicəsi üçün pula ehtiyacı olduğundan Şahid2 ona verdiyi kart hesabındakı pulu oğurlamaq qərarına gəldiyini, birinci dəfə kartı bankomata daxil edərək 500 manat pul çıxardığını və Şahid2 təqdim edib, ona növbədə olan şəxslərin getməsini bildirib, qalan məbləği də sonra çıxarıb verəcəyini bildirdiyini, bir neçə dəqiqə sonra bankomatın qarşısında olan şəxslər getdikdən sonra Rəcəbin ona təqdim etdiyi kartı ilə yenidən bankomatın qarşısına keçərək guya özünə məxsus plastik bank kartından pul çəkdiyi görünütüsünü yaradaraq Rəcəbin ona verdiyi kartı banokomata daxil edib kart hesabından 1000 manat pul çəkdiyini, sonra Rəcəbin fikrini üzərindən yayındırmaq üçün telefonuna zəng gəldiyini bəhanə edərək kartı Şahid2 qaytarıb, pulu cibinə qoyaraq bankomatın qarşısından uzaqlaşdığını bildirmişdir. - Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Ağsu rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və istintaqın bir icraata davam etdirilməsi üçün Ağsu rayon polis şöbəsinə göndərilmişdir. - Ağsu rayon polis şöbəsinin Cinayət işini icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zaqatala RPŞ-nin İB-də istintaqı aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon Polis Şöbəsinin İB-nə göndərilmiş ********* nömrəli cinayət işi qanunvericiliyin tələbinə əsasən icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi 05 iyul 2024-cü il tarixli qərarla CM-nin 177.2.3-1-ci maddəsi ilə bağlanmış ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Zaqatala RPŞ-nin TB-nin Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir - 15 iyun 2024-cü il tarixli raportdan görünür ki, 15 iyun 2024-cü il tarixdə saat 19:08-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzindən operator məlumat vermişdir ki, Zaqatala rayonu, S.Qocayev küçəsi ev 35-də yaşayan Zərərçəkmiş şəxs2 99***-***-**-** saylı mobil nömrədən zəng edərək dünən tanımadığı şəxsə ona təqaüdünü çıxartmaqda köməklik etməsi məqsədi ilə təqaüd kartını verməsi, şəxsin karta pulun oturmamasını bildirərək geri qaytarması, bugün banka yaxınlaşan zaman isə 395 manat pulunun çıxarılmasının bildirilməsi barədə məlumat vermişdir. - ABB Zaqatala filialının əməliyyat bölməsinin xx.xx.2024-cü il tarixli Kart üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs2 kartından xx.xx.2024-cü il tarixdə Zaqatala rayonunda ATM-dən 350 manat pul çıxarılmışdır. - Təqsirləndirilən şəxs cinayəti könüllü etiraf etməsi barədə müraciətindən görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayının təxminən 9-10-da Zaqatala şəhərinə getdiyini, şəhər ərazisində yerləşən “Bazar-Store” marketin qarşısında “ABB”yə məxsus bankomat aparatının qarşısında öz kartından pul çıxarmaq istəyən, yanında azyaşlı qız uşağı olan, təxminən 65-70 yaş arasında olan qadına kömək məqsədilə yaxınlaşdığını, qadına məxsus kartı bankomata salaraq dörd rəqəmli şifrəni əldə etdiyini, lakin yalandan kartda pul olmadığını bildirdiyini, qadının başı qarışan kimi zərərçəkmiş şəxsə məxsus kartdan 390 manat pulu gizli yolla oğurladığını, kartı qadına qaytardıqdan sonra dərhal həmin ərazidən uzaqlaşdığını qeyd etmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında Zaqatala RPŞ-nin İB-nin 03 avqust 2024cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Zaqatala RPŞ-nin İB-nin 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında Zaqatala RPŞ-nin İB-nin 17 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Ağsu RPŞ-nin İstintaq Qrupunda CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə DİN-nin Ağsu RPŞ-nin İstintaq Qrupuna göndərilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında Ağsu RPŞ-nin İB-nin 03 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. - Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir ŞPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işi Ağsu RPŞ-nin İB-də istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və istintaqın bir icraata davam etdirilməsi üçün Ağsu rayon polis şöbəsinə göndərilmişdir. - Ağsu rayon polis şöbəsinin Cinayət işini icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Mingəçevir ŞPŞ-nin İB-də istintaqı aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon Polis Şöbəsinin İB-nə göndərilmiş ********* nömrəli cinayət işi qanunvericiliyin tələbinə əsasən icraata qəbul edilmiş və ********* nömrəli cinayət işi 05 iyul 2024-cü il tarixli qərarla CM-nin 177.2.3-1-ci maddəsi ilə bağlanmış ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Mingəçevir ŞPŞ-nin İB-nin Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürələrək istintaq aparılmışdır. - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:34-də DİN-in “102” Xidmətindən məlumat verilmişdir ki, Mingəçevir şəhər 20 yanvar küçəsi, ev 168, mənzil 36-da yaşayan Zərərçəkmiş şəxs1 zəng edərək kartından 1000 manat pulun çıxarılmasını bildirmişdir. - Təqsirləndirilən şəxs cinayəti könüllü etiraf etməsi barədə müraciətindən görünür ki, o, iyun ayının ortalarında Mingəçevir şəhərinə gəzməyə getmişdir. Həmin vaxt saat təxminən 15:16 radələrində şəhərin əsas prospektinə üzü kür çayı körpüsünə tərəf gedən küçədə yolun sağ hissəsində yerləşən kapitalbanka məxsus bankomata çatanda təxminən 30-35 yaşlarında bir qadın ona yaxınlaşaraq kartdan pul çıxarmağı ondan xahiş etmiş, o, həmin qadından kartın kodunu öyrənib kartı bankomata salaraq yalandan pul olmadığını bildirmiş və kartdan 1000 manat pulu çıxararaq oğurlamış, kartı isə qadına qaytarmışdır. Bundan sonra dərhal oradan uzaqlaşmışdır. - Baxış keçirilməsi barədə Mingəçevir ŞPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə saat 21:35-dən 21:37-dək olan müddət ərzində "xxxx" ASC-nin Mingəçevir şəhər filalında quraşdırılmış bankomatdan Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu gizli talaması müəyyən edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında Mingəçevir ŞPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - X10 Kartı üzrə çıxarışdan görünür ki, əməliyyatın aparılması üçün əsas və ünvan ATM Withdrawal KAPS, Mİngəçevir şəhəri. V.Hüseynov küçəsi 10/97, MİNGECEVİR BRANCH2, Mingechevir, Az/29-MAY-24. əməliyyatın məbləği 1000 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Mingəçevir ŞPŞ-nin İB-nin 05 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında Mingəçevir ŞPŞ-nin İB-nin 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirililərək bir icraatda istintaqı davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə Ağsu rayon polis şöbəsinin istintaq qrupuna göndərilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında Ağsu RPŞ-nin İB-nin 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.1, 177.2.2 və 177.2.3-1-ci maddələrindən həmin məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında Ağsu RPŞ-nin İB-nin 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X8 15 iyul 2024-cü il tarixli, 18-1-47/2-840/2024 nömrəli məktubdan görünür ki, İsmayıllı rayonu, Zoğallı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1982-ci il təvəllüdlü Əzizov X2 RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2024-cü il tarixli qərarla CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 və Şahid4 barəsində CM-nin 307-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs cinayəti aşkar surətdə qoca və azyaşlı şəxslərə qarşı törətməsinin CM-nin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal olması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, Zərərçəkmiş şəxs3 məxsus "xxxx" ASC-yə aid 4169-7414-6929-8135 nömrəli plastik kartının 08 iyul 2024-cü il tarixli hesabdan çıxarışı, Zərərçəkmiş şəxs2 məxsus "xxxx"-ASC-yə aid “5167-5111-0296-2986” nömrəli plastik kartının 20 iyun 2024-cü il tarixli hesabdan çıxarışı və ATM-dən əldə olunmuş qəbzi, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid “4169-7414-1073-3123” nömrəli plastik kartının 01 oktyabr 2024-cü il tarixli hesabdan çıxarışı, Təqsirləndirilən şəxs X1 saxlanılarkən Zaqatala rayonu ərazisində və Mingəçevir şəhəri ərazisində törətmiş olduğu talama cinayətini könüllü etiraf etməsi barədə Azərbaycan Respublikası DİN-nin BCAİ-nə ünvanladığı iki ədəd ərizəsi, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus bank kartını “Bolmart” marketin qarşısında quraşdırılmış bankomata daxil edərək oradan pul çıxarmasını özündə əks etdirən “CD” disk, eləcə də Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus bank kartını "xxxx" ASC-nin Mingəçevir şəhər filialının qarşısında quraşdırılmış bankomata daxil edərək oradan pul çıxarmasını özündə əks etdirən “CD” disk iş iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarda həmçinin göstərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən məbləği çıxartması ilə bağlı bibisinin məlumatlı olmasını, onun kartdan oğurluq etməsini təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Xüsusi hissəsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 06 iyul 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 06 iyul 2024-cü il tarixdə saat 17:30-da tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(016)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyul 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 106.2, 122, 122.1 maddələri ilə təqsirləndirilməsinə dair materiala İsmayıll RPŞ tərəfindən CPM-in 7-1 maddəsinə əsasən xx.xx.1998-ci il tarixdə xitam verilmiş; İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə islah işi cəzasına məhkum edilmiş; Göyçay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 128, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə islah işi cəzasına məhkum edilmiş; Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.1, 69.4-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmiş; Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarı ilə xx.xx.2016-cı il tarixdə əsas cəzadan azad edilmiş; Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ RPİ tərəfindən CPM-in 40.3, Cm-nin 73.2-ci maddələrinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. - Bakı şəhər probasiya idarəsinin 265823/17 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum T.Əzimov Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 177.2.2, 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayıllı RİHB-nin Quşencə üzrə Nümayəndəliyinin 16 avqust 2024-cü il tarixli, 253 saylı Arayışından görünür ki, Əzizov X2 rayonunun Zoğallıq kəndində qeydiyyatdadır və ailə tərkibi qardaşı – xx.xx.1984-cü il təvəllüdlü X4r. - İsmayıllı RİHB-nin Quşencə üzrə Nümayəndəliyinin 16 avqust 2024-cü il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə həm yazılı, həm də şifahi şikayətlər daxil olmuşdur və axtarışda olmuşdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, ona dəymiş ziyanın 550 manatı ödənilmiş, hər ayda yerdə qalan məbləğin ödənilməsinə söz verildiyi üçün artıq şikayətçi deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, könüllü təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti aşkar surətdə qoca və azyaşlı şəxslərə qarşı törətməsini CM-nin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarına əlavə edilmiş Bakı şəhər probasiya idarəsinin 265823/17 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1 maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 415/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 iyul 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir; iş üzrə cinayət işində saxlanılan 04 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 177.2.2, 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 (on) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-415/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 06 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə cinayət işində saxlanılan 04 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-80/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-80/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver