Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-9/2025 01.07.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X39 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri X10 və Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ağsu şəhəri, M.Ə.Sabir küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq, saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 477,5 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla, yaşadığı Ağsu şəhəri, M.Ə.Sabir küçəsi ev 25 ünvanında yerləşən evinə gətirib saxlamış, qanunsuz olaraq əldə edib, daşımaqla saxladığı həmin narkotik vasitədən 09 yanvar 2024-cü il tarixdə saat 01 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ağsu şəhər sakini, tanışı X11 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə apardığı danışıqla sonuncuya 210 manat müqabilində narkotik vasitə olan marixuana satmağa razılaşdıqdan sonra şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,93 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Eldar Ağayevə qanunsuz olaraq satmış, 10 yanvar 2024-cü il tarixdə, saat 19:30-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlanılıb rayon X34 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 20:00-da üzərində axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin tarixdə saat 20:30-da yaşadığı ünvan 2 ünvanında yerləşən evində aparılan axtarış və götürmə zamanı evin həyətində olan mişar daşlarının arasından 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi 144,60 qram olan, habelə iki ədəd sellofan torbalarda olmaqla hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 49,72 qram və 264,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin dindirilmə zamanı vermiş olduğu ifadəsində ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. O, narkotik vasitələrdən olan marixuananın aludəçisidir. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə etdiyi üçün narkotik vasitə olan marixuananı əldə etmək məqsədi ilə yay aylarında Ağsu rayonu ərazisində yerləşən el arasında “Şüş” dağı kimi tanınan dağlıq ərazidə narkotik tərkibli çətənə bitkiləri əkərək ev şəraitində qurudub marixuana əldə edir və özü istifadə etmək üçün yaşadığı evdə saxlayır. Ağsu şəhər sakini X14 tanıyır, həmin şəxs onunla qonşu küçədə yaşayır. Eldar Ağayevlə aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır, münasibətləri normal olmuşdur. Eldar Ağayevlə əvvələr təxminən 1-2 dəfə birlikdə narkotik vasitə olan marixuana çəkmişlər, həmin vaxt marixuanaları özü təşkil etmişdir. Eldar Ağayevlə əvvələr narkotik vasitə olan marixuana çəkdikləri üçün, həmçinin həmin vaxt narkotik vasitə olan marixuanaları özü təşkil etdiyi üçün Eldar onda narkotik vasitə olan marixuana olmasını əvvəlcədən bilmişdir. Təxminən 08 yanvar 2023-cü il tarixdə axşam saatlarında Eldar Ağayev istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng edərək ona istifadə etmək üçün narkotik vasitə olan marixuana istədiyini bildirmişdir. O da Eldar Ağayevi tanıdığı üçün, həmçinin əvvələr birlikdə narkotik vasitə olan marixuana istifadə etdikləri üçün Eldarla razılaşmış və yaşadığı evə gəlməsini, evdə ona narkotik vasitə olan marixuana verəcəyini bildirmişdir. Bundan bir qədər X43 yaşadığı evə gəlmiş və onu səsləyərək qapının qarşısına çağırmışdır. O, yaşadığı evin qapısının qarşısında Eldar Ağayevlə görüşmüş və evinin həyətindən götürdüyü sellofan torbada olan marixuanadan bir ovuc götürərək Eldar Ağayevə vermişdir. Həmin vaxt Eldar Ağayev ona verdiyi marixuananın qarşılığında 10 manat pul uzadaraq verməsini təklif etmiş, lakin o, Eldar Ağayevdən heç bir məbləğdə pul götürməyərək çıxıb getməsini bildirmişdir. Bundan X43 oradan çıxıb getmişdir. 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evin həyətində olan mişar daşlarının arasında gizlətdiyi marixuanalardan bir kibrit qutusunu istifadə etməsi üçün özü ilə götürərək yaşadığı küçəyə çıxmışdır. O, yaşadığı Ağsu şəhəri, M.Ə. Sabir küçəsində yerləşən evinin qarşısında olarkən, polis əməkdaşları onu saxlayaraq Ağsu RPŞ-nə getməsini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o, əynində olan gödəkcənin sol cibindən kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuanan qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuşdur. Daha sonra ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda o, yaşadığı evin həyətində narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Ağsu şəhəri, M.Ə.Sabir küçəsi ev 25 ünvanında yerləşən evinin həyətində polis əməkdaşları tərəfindən axtarış aparılmış və o, yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 40 ədəd kibrit qutusuna doldurduğu, iki ədəd isə sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Aşkar olunmuş bitki kütlələri kağız zərfə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən orada imzalanmışdır. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, Eldar Ağayev onun barəsində yalan danışır, doğrudur o, Eldara həmin tarixdə bir ovuc narkotik vasitə olan marixuana vermişdir, lakin bunun qarşılığında Eldar Ağayevdən pul almamışdır, Eldar Ağayevə 4 kibrit qutusunda deyil, sadəcə olaraq bir ovuc marixuana vermişdir, Eldar Ağayevin 4 ədəd kibrit qutusunda olan narkotik vasitələri ondan alması ilə bağlı bildirdiyi xüsusatlarla bağlı bir söz deyə bilməz, Eldarın nə üçün belə bir ifadə verdiyini bilmir, o, həmin kibrit qutusunda olan marixuanaları özü doldurmuşdur, lakin həmin kibrit qutularında doldurulmuş marixuanaları satmaq məqsədi ilə deyil, sadəcə olaraq rahat istifadə etmək məqsədi ilə dolduraraq saxlamışdır, o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur, yay aylarında Ağsu rayonu ərazisində yerləşən el arasında “Şüş” dağı olaraq tanınan dağlıq ərazidə narkotik tərkibli çətənə bitkiləri əkərək ev şəraitində qurudaraq marixuana əldə edir və özü istifadə etmək üçün yaşadığı evində saxlayır. Hal-hazırda narkotik vasitələrin marixuana növündən istifadə etdiyi üçün həmin aşkar olunmuş narkotik vasitələri öz istifadəsi üçün həyətində saxlamışdır, saxlanılarkən üzərində bir ədəd “Jinga” markalı mobil telefonu olmuşdur. Mobil nömrəsi isə ***-***-**-**-dür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yeni müdafəçisi Müdafiəçi iştirakı ilə əlavə dindirilən zaman vermiş olduğu ifadəsində və məhkəmə iclasında vermiş olduğu ifadəsində ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ilkin verdiyi ifadəsi polisin təzyiqi və aldatma yolu ilə verdiyindən həmin ifadəsini təsdiq etməyərək müqavilə əsasında ona hüquqi yardım göstərən vəkili Müdafiəçi iştirakı ilə baş verən hadisənin reallığını əks etdirən ifadə vermək istəyir. Belə ki, 10 yanvar 2024-cü il tarixdə saat 18 və ya 19 radələrində yaşadığı evdə yatarkən evinin həyətindən qapının döyülməsi səbəbindən evinin qarşısına çıxmışdır. Evinin qarşısına çıxdıqda iki nəfər mülki geyimli şəxsin evinin həyətinə darvazadan daxil olaraq evin giriş qapısına qədər gəldiyini müəyyən etmişdir. Daha sonra həmin şəxslərdən biri ondan onu tanıyıbtanımadığını soruşmuş, o, isə həmin şəxsə onu tanımadığını bildirsə də, bir qədər fikirləşdikdən sonra təxminən bir il yarım bundan əvvəl Ağsu rayon Pirhəsənli kəndi ərazisindən keçən Qəbələ-Bakı su xəttinin yaxınlığında həmin şəxslə rastlaşdığını xatırlamışdır. Həmin vaxt həmin şəxs mülki geyimdə olsa da ona polis vəsiqəsini göstərərək polis əməkdaşı olmasını bildirmiş və adının Vahid olmasını demişdir. Həmin vaxt Vahid adlı polis qeyd etdiyi yerdə, yəni Qəbələ-Bakı su xətinin yaxınlığında əlində bel ilə qazıntı işləri aparmışdır. Həmin yerdə isə qohumlarının taxıl əkdiyi torpaq sahəsi yerləşdiyindən o, həmin yerə nəzarət etmək üçün getmişdir. Bütün bunlar sonradan onun yadına düşmüşdür. Beləliklə də evinin qarşısında sonradan tanıdığı Vahid adlı polis yanında olan mülki geyimli şəxsin qoluna və onun sağ qoluna qandal vuraraq üzərində 210 manat pul olduğunu haraya qoyduğunu deyərək üzərini axtarmağa başlamış, lakin üzərindən cəmi 2-3 manat pul aşkar olunmuş, sonra onu evinin həyətində darvazaya tərəf aparmağa başlamışdırlar, evin həyətində darvaza istiqamətində dönərkən həyətdə 6-7 nəfər şəxs olmasını, onlardan birinin polkovnik-leytenant rütbəsində polis geymində olmasını görmüşdür. O, həmin şəxslərin yanına Vahid adlı polis əməkdaşının müşayiəti ilə gedərkən Vahid əlini onun əynində olan gödəkcəsinin sol cibinə salaraq həmin cibindən bir büküm narkotik vasitə olan marixuana çıxartmış və orada olan polkovnik-leytenant rütbəli, adını sonradan Qorxmaz olaraq bildiyi polisə onun cibində narkotik vasitə olmasını bildirmişdir. Həmin vaxt orada eynəkli və mülki geyimdə adını sonradan İlkin olaraq bildiyi rəis müavini də olmuşdur. Sonra Qorxmaz adlı polis əməkdaşı evinin həyətinə baxaraq həyətində əlavə narkotik vasitə olan marixuana olacağını bildirmiş və əli ilə evinin həyətində mişar daşları düzülmüş yeri göstərərək narkotik vasitə olan marixuananın həmin yerdə olacağını bildirmiş, sonra Vahid adlı polis həmin mişar daşları olan yerə gedərək əlini uzadaraq mişar daşlarının arxasından bir ədəd içərisi dolu sellofan torba çıxarmışdır. Sonra həmin torbanın ağzı açılmış, polis əməkdaşları torbanın içərisinə baxarkən o da kənardan həmin torbanın içərisini görmüşdür. Həmin torbanın içərisində kirbit qutularına yığılmış marixuana olmuşdur. Sonra torbanın ağzını polislər bağlamış və həmin torbanı Vahid adlı polis əlində gətirərək evinin qarşısında olan polislərə məxsus avtomobilə, arxa oturacağa onu əyləşdirmişdirlər. Həmin vaxt Vahid adlı polis sol tərəfində, digər müliki geyimdə olan polis isə sağ tərəfində oturmuşdur. Sonra avtomobil hərəkət etməyə başlayarkən Vahid sürücüyə dayanmasını, torbanın içərisində olan marxuananın az olduğunu, yerə töküldüyünü demiş və gedib baxacağını bildirmişdir. Sonra Vahid kiməsə səslənərək marixuananın yerə tökülüb-tökülmədiyini soruşmuş, həmin şəxs də cavabında 3 qutu kibrit qutusunun yerə töküldüyünü bildirmiş və gətirərək Vahidin əlindəki torbanın içərisinə atmışdır. Sonra onlar həmin avtomobil ilə Ağsu RPŞ-nə gəlmişdirlər. Ağsu RPŞnə gəldikdən sonra onu rəis müavini İlkin Kərimovun otağına aparmışlar, həmin otaqda Vahid adlı polis əlində olan torbadan kirbit qutularına yığılmış marixuanaları çıxardaraq qarşısına, stolun üzərinə düzmüşdür, həmin vaxt qarşısında təxminən 20-21 ədəd kibrit qutusunda marixuana düzülmüşdür. Sonra polislər ondan həmin narkotik vasitələri haradan əldə etməsini soruşmuş, o, isə cavabında həmin narkotik vasitələrin ona məxsus olmadığını, eləcə də Vahidin onun cibindən çıxardığı narkotik vasitənin də ona məxsus olmadığını bildirmişdir. Sonra onu rəis müavinin otağından çıxardaraq digər binada yerləşən ikinci mərtəbəyə aparmışdırlar və həmin mərtəbədə başqa bir otağa daxil olmuşdurlar. Həmin vaxt otaqda 5 nəfər polis əməkdaşları olmuşdur, onlardan adını sonradan bildiyi Vahid, Qorxmaz, sahə müvəkkili Aydın iki nəfər isə tanımadığı polis əməkdaşları olmuşdur. Həmin otaqda Vahid əynində olan şalvarını zor tətbiq edərək əynindən çıxarmış, ağzını döşəməyə, yəni yerə diriyərək Vahid onun alt paltarında telefonla şəklini çəkmişdir. Sonra Qorxmaz ayaqqabı ilə ayağını başına diriyərək sidyini ağzına tökəcəyini bildirmiş, sahə müvəkkili Aydın isə otaqda irəli-geri gedərək ona səslənib evindən avtomat, külli miqdarda narkotik çıxarılacağını, ağır cinayətdə ittiham olunacağını bildirmiş, eləcə də evini pozğunxanaya döndərəcəklərini bildirmişdir. Həmin proses təxminən 15 dəqiqə müddətində davam etmişdir. Sonra onu həmin mərtəbədə başqa otağa aparmışlar, həmin otaqda olarkən rəis müavini İlkin Kərimov yenidən yanına gəlmiş və qandal ilə qolu ona bağlanmış serjant rütbəli polisə çölə çıxmasını bildirərək ikisi həmin otaqda baş-başa qalmışdır. Həmin vaxt İlkin Kərimov onu hədələyərək evindən avtomat və külli miqdarda narkotik vasitə çıxardacağını deyərək qarşısına qoyduqları kibrit qutularında olan narkotik vasitələrin ona məxsus olmasını, yəni boynuna götürməsini bildirmiş, həmin narkotik vasitələri boynuna götürəcəyi halda ona köməklik ediləcəyini, onun sözlərini izahatında göstərməsini və yüngül xərclə işini qaydasına qoyacağını bildirmişdir. Sonra isə həmin kibrit qutularında olan narkotik vasitələri yenidən aparıb evinə qoyacaqlarını, həmin narkotik vasitənin yanına əlavə torbada da narkotik vasitə qoyacaqlarını videoçəkilişlə həmin narkotik vasitələri götürəcəklərini, çəkiliş zamanı ona dediyi sözləri danışmasını bildirmişdir. O, isə təhqir olunduğundan, döyüldüyündən və İlkin müəllimə inandığından onunla razılaşmış və dediklərini edəcəyini bildirmişdir. Sonra birlikdə yaşadığı evə getmişdirlər. O, polis əməkdaşları ilə evinə gedərkən, yəni evinin qarşısına çatdıqda Vahid adlı polis və yanında tanımadığı başqa bir polisin evindən çıxmasını görmüş, sonra onunla gələn polislərlə birlikdə evinə daxil olmuş və evinin həyətində olan mişar daşlarının arxasını polislər ona göstərərək həmin yerdə 03 ədəd sellofan torbada narkotik vasitə olduğunu bildirmiş və həmin yerdən torbaları götürüb təqdim etməsini tələb etmişdirlər. Sonra o, həmin yerə əlini uzadaraq orada olan 03 ədəd sellofan torbanı götürmüş və evinin həyətində olan stolun üzərinə yaxınlaşaraq polislər sellofan torbadan 40 ədəd kibrit qutusunda içərisində narkotik vasitələr olan kütlələri həmin stolun üzərinə düzmüş, eləcə də bir ədəd sellofan torbada da narkotik vasitə olan marixuana stolun üzərinə qoyulmuş və tərəzidə çəkilərək protokollaşdırılmışdır. Bildirir ki, birinci dəfə, eləcə də ikinci dəfə evindən aşkar olunmuş narkotik vasitələrin ona heç bir aidiyyatı yoxdur, o, o qədər narkotik vasitəni heç vaxt bir yerdə görməmişdir, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, Eldara və digər şəxslərə heç vaxt narkotik vasitə satmamışdır, sadəcə olaraq özü hərdənbir bayramda, toyda rast düşərsə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İlkin istintaq zamanı verdiyi ifadəsi, eləcə də barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədəki çıxışı zamanı səsləndirdiyi və verdiyi ifadələr heç biri onun fikrini əks etdirməmişdir, həmin ifadələr ona polis əməkdaşlarının dediyi sözlərdən ibarətdir, çünki ona ilkin ifadəsində göstərdiyi kimi ifadə verməsini bildirmişdirlər. Məhkəmə isə onu 03 ay müddətində həbs etdikdən sonra artıq aldadıldığını anlamış və həqiqətləri danışmaq qərarına gəlmişdir. Bundan başqa qeyd edir ki, ifadəsində əlavə deyəcək sözləri vardır, lakin ibtidai istintaqın obyektivliyinə inanmadığı üçün həmin xüsusatları məhkəmə istintaqı zamanı bildirəcəkdir. Təqsirləndirilən şəxs əlavə ifadəsini davam etdirərək bildirmişdir ki, o, ilkin ifadəsini verməzdən öncə, eləcə də Eldarla üzləşməzdən öncə onu saxlayan polis əməkdaşları tərəfindən kifayət qədər təzyiq, təhqir və sair hərəkətlərə məruz qaldığından, eləcə də ona polis əməkdaşlarının dedikləri kimi ifadə verəcəyi təqdirdə köməkilik olunacağı vəd olduğundan o, reallığı əks etdirməyən ifadə vermişdir, hazırda isə o, reallığı danışmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadəsində daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və evində narkotik vasitə olmamasını, ona qarşı zor tətbiq edilməklə üzərinə və evinə narkotik vasitə qoyulmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçiləri X19 və Müdafiəçi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində və evində narkotik vasitə olmamasını, ona qarşı zor tətbiq edilməklə üzərinə və evinə narkotik vasitə qoyulmasını nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2022-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini X11 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumat tərəfindən raportla Şöbənin rəisinə məruzə olunaraq əməliyyat-axtarış tərbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Əməliyyat-axtarış tədbirilərinin icra olunması məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid1 və Ağsu RPŞ-nin PPXBnın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş X14 Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət etmişdirlər. X43 rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Eldar Ağayevin müdafiəçi Vasif Səmədovun iştirakı ilə Eldar Ağayevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Eldar Ağayev əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində istifadə etməyi üçün əlavə narkotik vasitə saxlamasını bildirmiş, sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ağayev Eldar qanunsuz yolla nаrkоtik vаsitə əldə etmə, qəbul etmə ilə məşğul olur. Qanunsuz dövriyyə, alqı-satqı, istifadə ilə bağlı məlumat şəxsən ona daxil olmuş, lakin ilkin hansı ilə bağlı məlumatın daxil olması yadından deyil. Həmin gün Ağayev Eldarın yaşadığı ünvana gedərək onu saxlamışlar, şöbəyə gətirmişlər, üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkarlanmış, həmin narkotik vasitəni qonşusu Təqsirləndirilən şəxs aldığını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək onu şöbəyə gətirmişlər, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən bir qutu narkotik maddə aşkarlanmış, sonradan isə evinə baxış keçirilmiş, bu zaman özünün etirafı ilə evində kubik daşlarının arasından narkotik vasitə aşkarlanmışdır. Evində olduğunu ehtimal etmişlər, lakin dəqiq özünün etirafından sonra bilmişlər. Təqsirləndirilən şəxs hər hansı təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu Daşdəmirbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Hazırda Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayon sakini X11 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumat və həmin məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirilərinin icrası ilə əlaqədar olaraq CAB-ın əməliyyat müvəkkili Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid1 və CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağsu şəhər sakini X14 Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edərək rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Eldar Ağayevin müdafiəçi Vasif Səmədovun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Eldar Ağayev əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat barədə əvvəlcədən onlara heç bir məlumat verilmir, tədbirdən də xəbərləri olmur, Laçın barəsində əvvəlcədən hazır məlumat olmamışdır. Laçın barəsində məlumatı Eldar izahatında vermişdir. Laçını mülki maşınla məhlələrindən gətirmişlər və üzərinə polis şöbəsində baxış keçirilmişdir, Laçın evində narkotik vasitə olmasını könüllü şəkildə bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı təzyiq olmamışdır. Həmçinin həmin gün qolunda olan saatın işləmədiyini, ümumiyyətlə dayandığını, saatı həm düzəltdirmək, həm də bəzək aksesuarı kimi qoluna taxtını, şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırıldıqdan sonra imzalanarkən qolunda həmin saatda zamanın 21:30 göstərilməsini saatın xarab olması əlaqədar olduğunu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən həmin saatda zamanın 21:55, Təqsirləndirilən şəxs evində axtarış və götürmə aparılarkən 22:45 göstərilməsinin səbəbini isə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. 2022-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini X11 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid2, Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş X14 Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edib, rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Eldar Ağayevin müdafiəçi Vasif Səmədovun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Eldar Ağayev əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartları və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Laçınla bağlı əvvəlcədən məlumatı Eldar şöbəyə gətirildikdən sonra bilmişlər, ilkin olaraq Laçının həyətinə girməmişlər, gözləmişlər, Laçın çölə çıxmışdır. Darvaza qapısının açıq olubolmaması yadında qalmamışdır. Yaxınlaşaraq küçədə narkotik dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Evində də narkotik vasitə olması ilə bağlı məlumatları olmamışdır. Üzərinə və evinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Müdafiəçi ilə nə vaxt təmin olunduğu tam yadında deyil. Evə yox, həyətə baxış keçirilmişdir. Həyətdəki daş-kubiklərin arasından narkotik vasitə tapılmışdır. Laçının tədbirlərində Ağsu Rayon Polis Şöbəsinin müavini İlkin Kərimovda əməliyyat tədbirinin başlanğıcından sonuna kimi iştirak etmişdir. Əməliyyat tədbirində neçə nəfər olmaları yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2021-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini X11 narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid1, Ağsu RPŞ-nin PPXB-nın polis nəfəri işləyən Şahid4 ilə birlikdə vətəndaş X14 Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlayaraq rayon Polis Şöbəsinə gəlməyə dəvət edib, Eldar Ağayevi rayon Polis Şöbəsinə gətirmişdirlər. Bundan sonra rayon Polis Şöbəsində vəkil dəvət olunaraq Eldar Ağayevin müdafiəçisi Vasif Səmədovun iştirakı ilə Eldar Ağayevin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Eldar Ağayev əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, dörd ədəd kibrit qutularının içərisində olan, deməsinə görə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş və həmin qutuların içərisində narkotik vasitə olan marixuana (nəşə) olduğunu, həmin narkotik vasitəni Ağsu şəhər sakini, qonşusu Laçın adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Samsung A21 S” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən elektron nəzarət vasitəsi, əynində olan göy rəngli cins şalvarın arxa cibindən iki ədəd hər biri 100 manatlıq və iki ədəd hər biri 5 manatlıq pul əskinası və əynində olan qara rəngli gödəkçənin iç cibindən özünə aid plastik bank kartlar və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra narkotik vasitə, eləcə də 1 ədəd “Samsung A21 S” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Sonra şəxsi axtaış haqqında tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdir. Daha sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilindiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin qarşısında olarkən saxlanılaraq Polis Şöbəsinə gəlməyə dəvət olunmuş və rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra rayon Polis Şöbəsinə vəkil dəvət olunaraq müdafiəçi Qədir Qədirovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol cibindən bir ədəd kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı (nəşə) və üzərində olan mobil telefonu, plastik kartlar, şəxsiyyət vəsiqəsini təqdim etmiş və narkotik vasitəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra kibrit qutusuna doldurulmuş narkotik vasitə qurudulmuş marixuana (nəşə) və üzərində olan mobil telefon, plastik kartlar, şəxsiyyət vəsiqəsi qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində istifadə etməsi üçün əlavə narkotik vasitə saxlamasını bildirmişdir. Sonda axtarış aparılması haqqında protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Daha sonra vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin girişində sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr açılaraq kütlələrə baxış keçirilmiş, həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidən çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Eldarla Laçını bir yerdə gətirməmişlər. Məlumatın nəvaxt daxil olduğunu xatırlamır. Laçınla bağlı məlumat əvvəlcədən onlarda var imiş. Şahid1, Şahid4 və.s şəxslər iştirak etmişlər. Baxışın keçirilməsi saatı yadında deyil, təhqiqatçının otağında keçirilmişdir. Təqsirləndirilən şəxslə bağlı tədbirlər keçirilərkən Ağsu Rayon Polis Şöbəsinin müavini İlkin Kərimov da tədbirlərdə iştirak etmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. ***-***-**-** nömrə onun istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2021-ci ildən etibarən Ağsu RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Ağsu şəhər sakini Təqsirləndirilən şəxs əvvəllcədən tanımamışdır. Təqsirləndirilən şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 10 yanvar 2024-cü il tarixdə saat 19 radələrində RPŞ-də xidmətdə olmuşdur. Belə ki, hazırda xatırlamadığı səbəbə görə RPŞ-nin TQ-nun təhqiqatçılarının otağında olarkən o, əməliyyat müvəkkilərinin Təqsirləndirilən şəxs təhqiqatçının otağına gətirdiklərinin şahidi olmuşdur. Həmin vaxt o, ayağa qalxaraq otağı tərk etmək qərarına gəlmiş, sadəcə olaraq otaqdan çıxarkən əməliyyat müvəkkilərindən Təqsirləndirilən şəxs nə ilə bağlı gətirdiklərini soruşmuşdur və cavabında ona narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğu üçün saxladıqlarını bildirmişdirlər. O, isə heç bir söz deməmiş öz otağına keçmişdir. Bundan sonra isə daha Təqsirləndirilən şəxslə rastlaşmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri tamamilə yalandır, onun ümumiyyətlə Laçınla heç bir ünsiyyəti olmamışdır, Laçına qarşı heç bir fiziki, psixi və sair zorakılıq halları olmamışdır, nə də hanısısa polis əməkdaşının Laçına fiziki, psixi və sair zorakılıq etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaq üçün belə bir uydurma ifadə vermişdir. Şahid8 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan vaxt yanvar ayı, təxminən saat 6-dan sonra imiş, şöbədə olarkən əməliyyatçılar gəlmiş və Laçını gətirmişlər, onlar gəldiyi zaman o, otağı tərk etmişdir. o, Təqsirləndirilən şəxs təzyiq, hədə-qorxu gəlməmiş, avtomatla tutulacaqsız filan kimi sözləri söyləməmişdir. Həmin vaxt onların evlərinin ərazisinə o, baxırmış. Ona əməliyyatla bağlı hər hansı məlumat verilməmişdir. O, Təqsirləndirilən şəxs narkotiklə məşğul olduğunu heç vaxt bilməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2019-cu ildən etibarən Ağsu RPŞ-nin TQ-nun baş təhqiqatçısı vəzifəsində işləyir. 10 yanvar 2024-cü il tarixdə Ağsu rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məxfi mənbədən daxil olmuş məlumat əsasında Şöbənin CAB-si tərəfindən əməliyyataxtarış tərbirlərinin keçirilərək Təqsirləndirilən şəxs saxlanılmış və RPŞ-nə gətirilərək raportla Şöbənin rəhbərliyinə məruzə edilmiş, raportun icrası TQ-nun təhqiqatçısı polis baş leytenantı Şahid10 həvalə olunmuşdur. Şahid10 təhqiqatçı vəzifəsinə yeni təyin olunduğundan, Təhqiqat Qrupunun rəhbəri kimi gördüyü işlərdə ehtiyac yarandığı halda köməklik göstərməli olmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri M.Ə.Sabir küçəsində yerləşən evinin həyətində də narkotik vasitə olan marixuana saxladığını bildirdiyindən onun evinin həyətində də axtarış və götürmə aparılması zəruriəti yaranmışdır. Təhqiqatçı Şahid10 də şübhəli şəxsin evində axtarış və götürmə aparılmasında ona köməkilik etməsini, axtarış və götürmə zamanı fotoşəkillər çəkməsini xahiş etmişdir. Daha sonra vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs razılığı ilə Ağsu şəhəri M.Ə Sabir küçəsi ev 25 ünvanında yerləşən yaşadığı evdə və evin həyətində Polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin girişində, sağ tərəfdə üst-üstə yığılmış mişar daşların arasında özü istifadə etmək üçün gizlədərək saxladığı 03 ədəd torbalarda olan narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) kütlələrini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd torbalarda olan narkotik vasitələr polis əməkdaşları tərəfindən açılaraq kütlələrə baxış keçirilmişdir. Həmin vaxt torbalardan birinin içərisində 40 ədəd kibrit qutusuna doldurulmuş marixuana olması, eləcə də digər 02 ədəd torbalarda isə narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və tərkibinin, eləcə də çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və ilkin sənədləşdirmə aparılarkən üzərindən və yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin ona məxsus olduğunu, özünü narkotik vasitə saxlamaqda günahkar bildiyini, lakin Eldar Ağayevə narkotik vasitə satmadığını, ona köməklik etdilməsini xahiş etmişdir, lakin Təhqiqat orqanı olaraq iş üzrə tam real araşdırma aparılaraq material İstintaq aidiyyatı üzrə təhvil verilmişdir. Şahid5 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10 yanvar 2024-cü il tarixdə ona demişlər ki, narkotiklə bağlı iki nəfər adam gətirmişlər, evə baxış keçirmək lazımdır. O, da evə baxış zamanı gedib kömək etmişdir. O, sadəcə evə baxış zamanı təhqiqatçıya kömək etmək məqsədi ilə getmişdir. Laçın baxış keçirməklə bağlı heç narazılıq etməmişdir. Müdafiəçi də iştirak etmişdir. Həmin vaxt Laçına hər hansı təzyiq olmamışdır. O, təhqiqatçıya kömək etmişdir. Sübhan özü ona video və sairlə bağlı kömək etməyi xahiş etmişdir. Sadəcə kömək emişdir, protokolda yoxdur. Saatın neçə olduğunu xatırlamır. Kimlərin iştirak etdiyi yadında deyil. Protokolu Şahid10 tərtib etmişdir. Narkotik vasitə daşların altından çıxmışdır. Narkotik vasitə elə orada sayılmış, çəkilmiş və sənədləşdirilmişdir. Sənədləşmədə də ardıcıllıqla bağlı kömək etmişdir. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, keçmişdə narkotik vasitə olan marixuananın istifadəçisi olmuşdur, buna görə də keçmişdə hərdən bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir, lakin təxminən son 3 ay müddətində heç bir narkotik vasitələrdən istifadə etmir, yəni narkotik vasitə istifadə etməyi birdəfəlik tərgitmişdir. Ağsu şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, Təqsirləndirilən şəxs onun tanışıdır, aralarında yaxşı münasibətlər olmuş, heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə onun məlumatı olmamışdır, lakin təxminən 3-4 ay əvvəl Ağsu şəhəri ərazisində Təqsirləndirilən şəxslə təsadüfən rastlaşarkən Laçın ona yaşadığı evə piano aldığını və həmin pianonu daşımaq üçün ona köməklik göstərməsini ondan xahiş etmişdir. Laçin Mehdiyevlə yaxşı münasibətləri olduğundan həmin vaxt o, Laçınla yaşadığı evə aldığı pianonu daşımaq barədə razılaşmışdır. Həmin gün o və hazırda xatırlamadığı bir neçə şəxslə birlikdə Təqsirləndirilən şəxs aldığı pianonu daşıyaraq yaşadığı evə gətirib yerləşdirmişdirlər. Pianonu yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs pianonun daşınmasında köməklik etdiyi üçün ona pul verməyi təklif etmiş, lakin Laçınla yaxşı münasibətləri olduğundan o, bunun müqabilində pul istədməyini Laçına bildirmişdir. Bundan sonra isə Laçın ondan narkotik vasitə olan marixuana çəkib-çəkmədiyini soruşmuş, cavabında isə o, hərdənbir narkotik vasitə olan marixuana çəkdiyini bildirmiş, bundan sonra Laçın ona istifadə etməsi üçün bir büküm narkotik vasitə olan marixuana vermiş, o, isə istifadə etmək məqsədi ilə həmin narkotik vasitəni Laçından götürmüşdür. Bundan sonra isə təxminən bir və ya iki dəfə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana almışdır, həmçinin Təqsirləndirilən şəxs bir dəfə narkotik vasitə alarkən 20 manat pul vermişdir. Belə ki, narkotik vasitə olan marixuana çəkmək istədikdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək narkotik vasitə olan marixuana təşkil etməsini Laçından xahiş etmişdir, Təqsirləndirilən şəxs də onun xahişi əsasında pul müqabilində ona narkotik vasitə olan marixuana təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təkzib edərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmir. Fevral ayının 18-i, saat 11 radələrində iş yoldaşı ilə oturduğu vaxt onun telefonuna polisdən zəng gəlmiş və onu polis şöbəsinə dəvət edilmişdir. Ona aid olan nömrəni səsləndirmişlər və təqsirləndirilən şəxsin telefonunda zənglər siyahısında adının olduğunu bildirmişlər. O, da nömrənin onun adına olsada qardaşının istifadə etdiyini bildirmiş, qardaşını da çağırmışlar. Laçını tanıdığını soruşmuşlar o, da ümumiyyətlə Laçını tanımadığını, usta kimi, bəzən zəng edib hər hansı bir usta işi ilə bağlı yardım istədiyini, Laçının nəin ki, narkotikin dövriyyəsi, heç istifadə edən biri kimi belə tanımadığını demişdir. Daha sonra polisin biri ona narkotik vasitə istifadə edib-etmədini soruşmuşdur. O da heç vaxt istifadə etmədiyini bildirmişdir. Onun əlindəki yaranı göstərərək narkotik vasitədən istifadə edənə oxşayırsan demiş, o, da iş qəzası ilə bağlı kiçik bir yaranın olduğunu, bunun narkotiklə əlaqəsinin olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini bir daha bildirmişdir. Daha sonra o, istifadə edirsə və ya etmişdirsə test etdirməyi tələb etmişdir. Cavabında isə ona “istifadə etmirəmi çox demə, sənin qanını yoxlatdırar narkotik vasitənin hər növündən analiz zamanı mən çıxartdıraram” deyərək ona hədə-qorxu gəlmişlər. İbtidai istintaq zamanı verdiyi izahatın yarısı həqiqqəti əks etdirmir, onu məcbur edərək elə izahat almışlar. Onu məcbur etmişlər ki, ya belə izahat verəcəksən, yada 320 qram narkotik vasitə ilə həbs ediləcəksən. Onun heçkimi yoxdur, kasıb bir adamdır, qorxmuşdur və dedikləri kimi izahat vermişdir. Çünki, onu orada tutsalar onu qurtaran da olmayacaqmış. Onu evə buraxarkən gələcək zamanlarda məhkəmə prosesi olacağını, məhkəmədə də izahatda yazılan kimi Laçının əleyhinə ifadə verməyi tələb etmişlər və əgər etməzsə onun başına çox pis halların gələcəyini bildirmişlər. İndi dövlətdən xahiş edir ki, burada doğruları demişdir deyə sabah onun başına pis birşey gələrsə və ya hadisə olarsa ifadəsi nəzərə alınsın. Şahid6 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fevral ayının 18-i təxminən saat 10-11 radələrində polis şöbəsində olmuşdur. İfadəsini ondan Yaşar adlı müstəntiq almışdır, ondan analiz götürməmişlər. Təqsirləndirilən şəxsı bir usta kimi üzdən tanıyır, işlə bağlı bəzən zəng etmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Onu sözlə təhdid etmişlər, hədə-qorxu gəlmişlər, xəsarət yetirməmişlər. İlk dəfə polis şöbəsinə çağrılmışdır, tutulmaqdan qorxduğu üçün ibtidai istintaqda polisin istədiyi kimi Laçının əleyhinə ifadə vermişdir. Şikayət verməmişdir, çünki dövlətin polisini, polisə şikayət etməyəcəkmiş. Onun istifadəsində olan nömrələr ***-***-**-** və ***-***-**-**dır. Şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, X14 tanıyır, həmin şəxslə əvvələr yaxşı münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Eldar Ağayevlə əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana birlikdə çəkmişdirlər. Təxminən 2024-cü ilin yanvar ayının 8-10-u arası Eldar Ağayevlə görüşən zaman Eldardan şəxsi istifadəsi üçün ona narkotik vasitə olan marixuana təşkil edib-edəbilməyəcəyini maraqlanmışdır. Həmin vaxt Eldar Laçın adlı şəxsdən onun üçün narkotik vasitə olan marixuana ala biləcəyini, lakin Laçının bir kirbit qutusunda narkotik vasitə olan marixuananı 70 manat müqabilində satdığını bildirmişdir. O, isə həmin vaxt Eldara pulu olacağı halda xəbər edəcəyini demişdir. Sonra onlar aralanaraq hərəsi öz yoluna getmişdir. Həmin gün bir neçə dəfə Eldar ona telefon vasitəsi ilə zəng edərək Laçın adlı şəxslə danışaraq razılşadığını nə qədər narkotik vasitə istədiyini ondan soruşmuş, o, isə Eldara cəmi 70 manat pulu olduğunu və bir kirbit qutusunda narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Bir müddət sonra o, Eldar Ağayevin evinin qarşısına gedərək orada bir qutu marixuana alması üçün 70 manat pulu Eldara vermişdir. Həmin vaxt Eldar ona Laçından narkotik vasitəni aldıqdan sonra xəbər edəcəyini və gəlib narkotik vasitəni götürməsini bildirmişdir. O da Eldarla razılaşmış və xəbər gözləyəcəyini deyərək oradan çıxıb getmişdir. Lakin həmin gün Eldardan heç bir məlumat əldə edə bilməmişdir, bir neçə dəfə Eldara zəng etsə m də Eldarla heç cür əlaqə saxlaya bilməmişdir. Bundan 1-2 gün sonra isə o, Eldarın üzərində narkotik vasitə saxlaması səbəbindən polis əməkdaşları tərəfindən tutulmasını öyrənmişdir. Şahid9 ifadəsini davam etdirərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını əvvəlcədən bilməmişdir, Eldar özü ona narkotik vasitəni Laçından bir kirbit qutusunun müqabilində 70 manata alacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təkzib edərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmir, Laçını sadəcə qonşu kimi tanıyır. Heçvaxt söhbəti, yaxından tanışlığı olmamışdır. Polis şöbədinə onu çağırarkən da Eldarla bağlı suallar vermişlər ki, Eldarı tanıyırsan o da cavabında demişdir ki, tanıyır. Laçını isə sadəcə məhlədə yaşayan biri kim tanıdığını, narkotik vasitə satdığından xəbəri olmadığını bildimişdir. İbtidai istintaqda verilən ifadə də nə yazılıb dəqiq bilmir, ona demişlər ki, imzala o, da imzalamışdır. Vərəqə imza çəkib çıxıb getmişdir. İmza onundur, amma yazının ona aid olması dəqiq deyil. Ona sadəcə bura imzala demişlər, o da imzalamışdır. Laçını qonşu kimi tanıyır. Narkotik vasitədən əvvəllər istifadə etmişdir. İzahatda nə dedilər razılaşmışdır, çünki onun iki uşağı var, qorxmuşdur. İfadəni verdiyi tarix dəqiq yadında deyil. Ondan bir dəfə ifadə almışlar və o, da qol çəkib çıxıb getmişdir. Müstəntiqin yanında olmuşdur, amma tanımır. Onu döyməyiblər, amma imzalamasa imiş hərşey olarmış, çünki öz aralarında danışırdılar ki, imzalamasa, qəbul etməsə, bunuda tutacağıq. Prokurorluğa şikayət verməmişdir. Ona yaz demişlər, o da yazmış və qol çəkmişdir, çünki onu heçkim müdafiə etməyəcəkdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş müdafiəçisi olmuş X25 verilən suallara cavab olaraq bildirmişdir ki, bütün istintaq hərəkətlərinin keçirilməsində iştirak etmiş, lakin vaxt yadında deyildir. Eyni zamanda protokol tərtib edilərkən saata diqqət yetirməmişdir. Ona hər hansı təzyiq olmasını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, bütün əməliyyat tərbirində iştirak etmişdir. Bu işin rəhbərliyini özü aparmış və cavabdeh şəxsdir. Əməliyyat tədbiri nəticəsində Eldar demişdir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs deyilən şəxsdən almışdır. Onlarda Təqsirləndirilən şəxs barəsində məlumat var imiş, lakin Eldarın gəlib onun adını verəcəyini bilməmişlər. Laçın özü könüllü şəkildə etiraf edərək evində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Evinə getdikdə daşların arasını göstərərək orada narkotik vasitənin mövcud olduğunu bildirmişdir. Özünün istifadəsi üçün saxladığını, xəstə olduğunu bildirmişdir. Eldar özü Laçının üzünə duraraq bildirmişdir ki, narkotik vasitəni ondan almışdır. Laçına heç bir təzyiq, zorakılıq və ya hədəqorxu olmamışdır. O, Laçına sual vermişdir və cavabında özü istifadə etdiyini, satmadığını bildirmişdir. Niyə karobkalarda olduğunu soruşduqda, istifadə zamanı miqdarını müəyyən etmək asan olsun deyə yığdığını bildirmişdir. Laçının narkotik vasitə satmasına dair məlumatları olmuşdur, lakin Eldarın gəlib Laçından aldığını deyəcəyini bilməmişlər. Eldar könüllü şəkildə narkotik vasitəni Laçından aldığını bildirmiş, Eldarla bağlı tədbirlər bitdikdən sonra eyni əməliyyat tədbirini Laçın üçündə həyata keçirmişlər. Onlar Laçının evinə getdikdə işıqları yanırmış və Laçınla birgə həyətə giriş etmişlər. Laçının evində əməliyyat-axtarış tədbiri aparılan zamanı polis əməkdaşları da gəlmişdirlər ki, Laçının evində əməliyyat-axtarış tədbiri aparılan zaman kənar müdaxilə olmasın. Tədqiqatçıya vəkillə bağlı məlumat vermiş və o da demişdir ki, rayonda vəkil ilə bağlı problem var, vəkil Qədir Qədirova məlumat verək. Onun telefonu ilə vəkil Qədir Qədirova məlumat verilmişdir. Məhkəmə iclasında təhqiqatçı Şahid10 verilən suallara cavab olaraq bildirmişdir ki, vaxtları xatırlamır, müdafiəçi Kürdəmirdə deyil, Təqsirləndirilən şəxs üzərində şəxsi, həmçinin evində axtarış zamanı orada olmuşdur. Konkret saatı qeyd etmişdir, ola bilər ki, polis əməkdaşı Şahid4 saatı səhv işləyir, yada ümumiyyətlə işləmir. Çəkilişi aparan şəxsin kim olduğunu xatırlamır. Video çəklişdə adları qeyd edilən şəxslər əməliyyatda iştirak etmişlər. Təqsirləndirilən şəxsə hər hansı təzyiq və ya təsir olmamışdır. Məhkəmə iclasında müstəntiq X15 oğlu bildirmişdir ki, cinayət işi üzrə müstəntiq o olmuşdur. Əvvəllər Laçını tanımamışam, hətta demək olar ki, ilk dəfə bu işdə görmüşdür. İstintaq zamanı o, adətən saxlanılan şəxsə “üzərindən çıxan narkotik vasitənin ona aid olub-olmaması, əməliyyatçılar və ya digər polis əməkdaşları tərəfindən ona təzyiq olubolmaması” barədə sual verir. Laçına da eyni qayda ilə sual verilərkən ilkin tədqiqat zamanı ona zorakılıq olmadığını bildirmiş, həmçinin özünü qismən təqsirli bilərək narkotik vasitənin ona məxsus olduğunu, istifadəçisi olduğunu, lakin satmadığını qeyd etmişdir. Eldara isə pul müqabilində deyil sadəcə pay verdiyini bildirmişdir. Haradan əldə etdiyini soruşduqda isə Ağsu rayonu ərazisində, el arasında Şüşdağ adlanan ərazidə özünün əkdiyini bildirmişdir. Laçının telefon danışıqları çıxarılmiş, orada olan nömrələrin hər birinə vaxt ayırmaq fiziki cəhətdən mümkün olmadığı üçün ən çox əlaqə saxlanılmış nömrələr araşdırılmışdır. Şahid6 çağırılaraq onun ifadəsi alınmış, ilk başda pul müqabilində aldığını tam şəkildə deməsədə o bildirmişdir ki, Laçın ona ilk dəfə pay vermişdir, amma daha sonra 20 manat müqabilində də Laçından narkotik vasitə almışdır. Ağsu rayon ərazisinin anten məlumat göstəriciləri çox zəifdir. Ümumiyyətlə antenlər sadəcə Ağsu rayonunun bir neçə küçəsini və sadəcə çox az kənd ərazilərini tanıya bilir, bu səbəbdən anten məlumatları dəqiq olmaya bilər. Şahid9 həmin vaxt rayonda olmuşdur. Sadəcə ola bilər ki, protokolu yazarkən şablonun üzərində işlənilmiş tarix dəyişmilməmiş və köhnə tarix qalmışdır. Eldarla bağlı olan video kompüteriə tam yüklənmiş, lakin Laçınla bağlı olan video tam yüklənə bilməmişdir. Daha sonra məhkəmə işi geri qaytarmışdır ki, icraat ayrılmalıdır, bu zaman iş materiallarındakı diski götürmüş və komputerə köçürmüş, lakin görmüşdür ki, diskdə problem var. Diski açmaq üçün komputer mütəxəssisinə müraciət etsədə açılmamış. Başqa bir xüsusi proqramla video kadrları ekrandan skrin şotla götürmək mümkün olmuşdur. Sadəcə video kadrları tam şəkildə deyil, 10 dəqiqəlik hissəhissə götürmək mümkün olmuşdur. Bu barədə protokol və ya raport qeydə alınmamışdır. Ümumilikdə CD disqin original variantında da videonun sonuncu hissəsi donurdu. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 yanvar 2024cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli raortdan görünür ki, X2 şəhəri, Sabir küçəsində saat 17:50 radələrində saxlanılaraq Ağsu RPŞ-nə gətirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum E.Ağayev xx.xx.2024-cü il tarixdə saat 15:46dan saat 15:48-dək Ağsu şəhəri, Sabir küçəsində olmuş, saat 16:00-dan saat 16:34-dək yaşayış yerində, saat 16:35-də hərəkətə başlayaraq saat 16:39-dan 16:41-dək yenidən Sabir küçəsində olmuş, saat 16:42-dən 16:54-dək yaşayış yerində, saat 16:55-də yaşayış yerini tərk edərək saat 17:07-dək Hüseyn Məmmədov küçəsində olmuş, saat 17:10-dan başlayaraq Ağsu rayon polis şöbəsində saxlanılmışdır. - Şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə saat 18:40 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid3, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 və müdafiəçi X12 iştirakları ilə şübhəli şəxs X11 üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. 10 yanvar 2024-cü il tarixdə keçirilmiş Şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntü 14 dəqiqə 55 saniyə davam edir, video görüntünün yaradılması tarixinin 10 yanvar 2024-cü il tarixində saat 21:33-də olduğu müəyyən edilir, video çəkilişin 03:31-ci dəqiqəsindən 03:40-cı dəqiqəsinədək olan hissəsində X11 üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılır, video çəkilişin 04:22-ci dəqiqəsindən 04:31-ci dəqiqəsinədək olan hissəsində X11 üzərindən aşkar edilmiş mobil telefon və plastik kartlar götürülərək qablaşdırılarkən stolun üzərində artıq onun adından yazılmış izahatın olduğu, həmin əvvəlcədən yazılmış izahatda “İstifadə etdiyim narkotik vasitə olan qurudulmuş marixuananı çox vaxt mənimlə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs pul verərək əldə etmişəm....” sözlərinin qeyd edildiyi aşkar sürətdə müəyyən edilir. - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ehtimal doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1974-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, üzərində narkotik vasitələr gəzdirməsi, eləcə də dövriyyəsi ilə məşğul olması bildirilir. Göstərilənlərə əsasən daxil olmuş məlumatı əməliyyat yolu ilə yoxlanılması Təqsirləndirilən şəxs şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törədikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradıcılacaq əməliyyat qrupunun iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli raortdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, Sabir küçəsində saat 19:30 radələrində saxlanılaraq Ağsu RPŞ-nə gətirilmişdir. - Şübhəli şəxsin müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, CM-nin 234.2-ci maddəsi ilə tutulmuş şəxs Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkillərin siyahısı ilə tanış olduqdan sonra öz istəyi ilə Şirvan Vəkil Bürosunun vəkili X16 hüquqlarının müdafiəçisi olmasını istəmişdir. - “Müdafiəçi dəvət edilməsi barədə” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Şirvan Regional Vəkil Bürosunun vəkili X16 müdafiəçi qismində dəvət olunması qərara alınmışdır. - Şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 10 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid3, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 və müdafiəçi X16 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusuna doldurulmuş, kibrit qutusu ilə birlikdə çəkisi 8,1 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə ekspertiza tədqiqatı üçün və 01 ədəd “Jinga” markalı mobil telefon sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüş və zərflərə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs tanışı Eldar Ağayevə narkotik vasitə satıb-satmaması soruşulduqda o, 08 yanvar 2024-cü il tarixdə tanışı Eldar Ağayevə bir ovuc pay olaraq narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, narkotik vasitəni satmadığını, eləcə də yaşadığı evdə də narkotik vasitə saxlamasını bildirmişdir. - 10 yanvar 2024-cü il tarixdə keçirilmiş Şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntü 13 dəqiqə 12 saniyə davam edir, video çəkilişin 05:29-ci dəqiqəsində şəxsi axtarış zamanı aşkar edilmiş mobil telefon qablaşdırıldıqdan sonra imzalanarkən zərfi imzalayan şəxslərdən X6 qolunda saat olduğu və həmin saatda zamanın təxminən 21:52 radələri olduğu aşkar surətdə görünür. Həmçinin video çəkilişin 12:28-ci dəqiqəsindən 12:33-cü dəqiqəsinədək olan hissəsində müdafiəçi Təqsirləndirilən şəxs boynunda (qulağının arxa nahiyəsində) qızartı olması, həmin qızartının fiziki təsir nəticəsində əmələ gəlib-gəlməməsini soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında ona fiziki təsirin olmadığını, qeyd olunan qızartının elebelə şey olduğunu bildirmişdir. - “Axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:30 radələrindəm 21:00 radələrinədək Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şahid10 tərəfindən Ağsu RPŞ-nin CABın əməliyyat müvəkkili, polis mayoru Şahid3, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 və müdafiəçi X16 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, M.Ə.Sabir küçəsi ev 25A ünvanında yerləşən evində videoçəkilişlə axtarış və götürmə aparılması zamanı sonuncu evin həyətində üst-üstə düzülmüş mişar daşlarının arasından 03 ədəd sellofan torbada deməsinə görə narkotik vasitə qurudulmuş marixuana olan kütlələri təqdim etdi. Təqdim olunmuş 03 ədəd sellofan torbada olan kütlələrin ağzı açıldıqda sellofan torbalardan birinin içərisində 40 ədəd kibrit qutularında, ayrı-ayrılıqda kibrit qutularla birlikdə çəkiləri 8,2 qr, 8,4 qr, 7,4 qr, 9,2 qr, 8,8 qr, 7,4 qr, 8,0 qr, 8,2 qr, 7,8 qr, 7,7 qr, 8,6 qr, 8,9 qr, 7,9 qr, 7,8 qr, 10,0 qr, 8,7 qr, 8,5 qr, 6,6 qr, 8,8 qr, 7,8 qr, 8,9 qr, 8,7 qr, 8,4 qr, 7,6 qr, 8,4 qr, 7,6 qr, 8,6 qr, 8,5 qr, 8,3 qr, 7,8 qr, 7,6 qr, 11,8 qr, 7,8 qr, 8,0 qr, 8,6 qr, 8,2 qr, 8,7 qr, 8,8 qr, 7,6 qr və 8,5 qr çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, eləcə də 02 ədəd sellofan torbalarda müvafiq olaraq sellofan torbalarla birlikdə çəkiləri 0,275 qram və 0,055 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. - 10 yanvar 2024-cü il tarixdə keçirilmiş axtarış və götürmə aparılmasına dair videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, video çəkiliş 4 hissədən ibarətdir. 1ci hissənin 09 dəqiqə 59 saniyə davam etdiyi, yaradılması tarixinin 03 iyul 2024-cü il tarixində saat 17:02-də olduğu, 2-ci hissənin 07 dəqiqə 05 saniyə davam etdiyi, yaradılması tarixinin 04 iyul 2024-cü il tarixində saat 08:39-da olduğu, 3-cü hissənin 09 dəqiqə 59 saniyə davam etdiyi, yaradılması tarixinin 03 iyul 2024-cü il tarixində saat 18:12də olduğu, 4-cü hissənin 01 dəqiqə 57 saniyə davam etdiyi, yaradılması tarixinin 04 iyul 2024-cü il tarixində saat 08:42-də olduğu, bütün hissələrdə video görüntünün yuxarı hissəsində www.bandicam.com yazısının olduğu müəyyən edilir. 3-cü hissəsinin 07:15-ci dəqiqəsindən 07:45-ci dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Eldar Ağayevə daşların arasından götürüb bir kom verdiyini qeyd etmişdir. 3-cü hissəsinin 07:52-ci dəqiqəsindən 08:30-cu dəqiqəsinədək olan hissəsində Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq götürülən narkotik vasitəni özü üçün Ağsu rayonu, Şüş dağında əkdiyini bildirmişdir. Video çəkilişin 4-cü hissəsinin 00:50 və 01:55-ci dəqiqəsində axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırıldıqda və qablaşdırıldıqdan sonra imzalanarkən zərfi imzalayan şəxslərdən X6 qolunda saat olduğu və həmin saatda zamanın təxminən 22:35 radələri olduğu aşkar surətdə görünür. Video çəkilişin 4-cü hissəsi 00:45-ci dəqiqəsindən 01:48-ci dəqiqəsinədək donmuşdur, hər hansı baxış keçirilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 17/41 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. E.Ə.Ağayevin üzərindən aşak edilmiş kibrit qutularına doldurulmuş kütlələr..” adlar və imzalar yazılımış zərfin içərisində 03 ədəd kibrit qutularında və 01 ədəd kibrit qutusundakı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 3,67 qr., 5,01 qr., 4,84 qr., 0,41 qr., ümumi təmiz çəkisi – 13,93 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 17/42 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs, Şahid3, Şahid4, Şahid2, Aqşin Mirzəxanov, Qədir Qədirov” yazısı və imzalar olan 01 ədəd zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-5,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş bitki kütlələri” yazısı, adlar və imzalar olan 01 ədəd sintetik kisənin içəirsindəki: - 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-49,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 01 ədəd qara rəngli sellofan sellofan torbada, təmiz çəkisi-264,18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 40 ədəd kibrit qutularında, ümumi çəkiləri-144,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən götürülmüş qurudulmuş marixuanalar ilə X11 üzərindən götürülmüş qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. - Üzləşdirmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:50-dən 12:25-dək X21 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirilmədə hər iki şəxsin dövlət hesabına təyin edilmiş müdafiəçiləri iştirak etmişlər. Üzləşdirmə zamanı Ağayev Eldar üzərində aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını sonuncunu üzünə demiş, Təqsirləndirilən şəxs isə onunla razılaşmamış, onun nə üçün belə deməsi barədə bir söz deyə bilməmişdir. - Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin məlumatlarla tanış olub bildirmişdir ki, prokurora və müstəntiqə heç bir etirazı yoxdur. Protokol şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X44 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X37 18 yanvar 2024-cü il tarixli, 18-1-25/2-35/24 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliyinə görə "xxxx" PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. - Bakcell MMC tərəfindən istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan fayllarda Ağayev Eldarın istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrdə narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatlar akşar edilməmişdir. Eldar Ağayevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 18:40 radələrində zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 21:58 radələrində zəng edilmiş və 19 saniyə danışıq aparılmış, həmin tarixdə saat 23:08 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Eldar Ağayevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 23:53 radələrində zəng edilmiş və 11 saniyə danışıq aparılmış, xx.xx.2024-cü il tarixdə saat 00:16 radələrində zəng edilmiş və 8 saniyə danışıq aparılmışdır. Həmçinin həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə ilə daha çox danışıqlar aparması müəyyən edilmişdir. Dİskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. - Azercell Telekom MMC tərəfindən istintaqa təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan fayllarda Ağayev Eldarın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədə narkotik vasitələrin alqı-satqısı ilə bağlı məlumatlar akşar edilməmişdir. Eldar Ağayevin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 17:04 radələrində zəng edilmiş və 24 saniyə danışıq aparılmış, həmin tarixdə saat 19:47 radələrində zəng edilmiş və 27 saniyə danışıq aparılmış, xx.xx.2024-cü il tarixdə, saat 18:40 radələrində zəng edilmiş və 22 saniyə danışıq aparılmış, həmin tarixdə saat 21:58 radələrində zəng edilmiş və 18 saniyə danışıq aparılmış, Diskdə olan antenna.xlsx adlı fayla daxil ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin 09-10 yanvar 2024-cü il tarixlərdə Ağsu rayonu ərazisində olan antenlərin əhatə dairəsində olması müəyyən edilmişdir. Dİskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat aşkar edilməmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X11 üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları (marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 fevral 2024-cü il tarixli, 193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Xırdalan Vəkil Börosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün təqdim edilmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilmişdir. - Üzləşmədən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Müdafiəçi ifadələrində əhəmiyyətli ziddiyətlər olduğundan Şahid3, Şahid8 və Şahid7 ilə aralarında üzləşdirmə istintaq hərəkətinin keçirilməsi təklif olunmuş, lakin təqsirləndirilən şəxs Eldar Ağayev və müdafiəçisi Toğrul Vəliyev üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişlər. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 0, xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsinin ifadəsində adlarını çəkdiyi əməkdaşları tərəfindn ona qarşı nalayiq hərəkətlər edilmiş, aldatma yolu ilə təzyiq altında ifadəsi alınmışdır. Polis adına ləkə gətirən hərəkətlərə yol verən şəxslərin üzləşmə istintaq hərəkəti zamanı həqiqəti əks etdirən ifadə vermələrinə inanmır. Bundan başqa Ağsu Rayon Polis Şöbəsinin saxlama yerindədiir və barəsində ibtidai istintaqı həmin şöbənin istintaq qrupu tərəfindən aparılır. Ona qarşı eyni hərəkətlərin ediləcəyindən, həyat və sağlamlığına, ailə üzvlərinin həyatına təhlükə yaranacağından ehtiyat etdiyindən polis əməkdaşları ilə üzləşmədən imtina edir. Məhkəmə istintaqı zamanı çarpaz dindirmələrdə həmin şəxslərlə üzləşəcəkdir. - Vəsatətə baxılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən göstərdiyi xüsusatlar əsassız olduğundan təmin edilmədən rədd edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixli qərarla CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.1-ci və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə edərək satdığı narkotik vasitənin əldə olunma mənbəsi ilə bbağlı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı şübhəli X11 üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları (marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin özlərinin ilkin etirafedici ifadələri, şahidlərin ifadələri, Ağsu rayon Məhkəməsinin təqsiriləndirilən şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarlarında göstərilən xüsusatlar, axtarış və götürmə protokolları, üzləşdirmə protokolu, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X23 11 yanvar 2024-cü il tarixli, 17/41 saylı və 17/42 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 192 və 193 nömrəli ekspert rəyləri, “Azercell Telekom MMC”-dən və “Bakcell MMC”-dən daxil olmuş disklərə keçirilmiş baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - 19.03.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Jinga” markalı mobil telefon müdafiəçisi Müdafiəçi təhvil verilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət qismən təmin edilmiş, X11 CM-nin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, təqsirləndirilən şəxslər X21 və Təqsirləndirilən şəxs barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 iyun 2024-cü il tarixədək uzadılmışdır. - Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatında olan ********* saylı cinayət işinin materiallarından CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 237-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə edərək satdığı narkotik vasitənin əldə olunma mənbəsi ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, ilkin təhqiqat araşdırması zamanı şübhəli X11 üzərində axtarış və götürmə hərəkətləri zamanı aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki dörd ədəd kibrit qutularında, hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın hər iki tədqiqatdan sonrakı qalıqları (13,53 qram), eləcə də təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı aşakar edilərək götürülmüş 01 ədəd zərfin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evdə axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız kisənin içərisindəki 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 49,72 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 01 ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi 264,18 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın, 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi-144,60 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları ( marixuananın ümumi təmiz çəkisi 463,57 qram, tədqiqatdan sonraki qalığı 461,42 qram) iş üzrə maddi sübut kimi tanınaraq Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, şahidlərin ifadələri, Ağsu rayon Məhkəməsinin təqsiriləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarlarında göstərilən xüsusatlar, axtarış və götürmə protokolları, üzləşdirmə protokolu, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEMnin X23 11 yanvar 2024-cü il tarixli, 17/41 saylı və 17/42 saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli 193 nömrəli ekspert rəyləri, “Azercell Telekom MMC”-dən və “Bakcell MMC”-dən daxil olmuş disklərə keçirilmiş baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X25 xx.xx.2024-cü il tarixdə 19:40 radələrində Kürdəmir rayonunun ərazisində olmuşdur. xx.xx.2024-cü il tarixdə ümumiyyətlə Ağsu ərazisində olmamış, Sabirabad rayonu və Şirvan şəhərinin ərazisində olmuşdur. xx.xx.2024-cü il tarixdə 12:50 radələrində Kürdəmir rayonunun ərazisində olmuşdur. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X25 xx.xx.2024-cü il tarixdə 19:40 radələrində Kürdəmir rayonunun ərazisində olmuşdur. xx.xx.2024-cü il tarixdə 12:16-dək Kürdəmir rayonunun ərazisində olmuşdur. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024-cü il tarixdə saat 17:10, 17:22, 17:38, 19:30, 20:28, 20:32, 20:40, 20:45, 21:03, 21:07, 21:35-də anten məlumatı ünvan 12 ünvanını göstərmiş, həmin gün saat 18:41-də anten məlumatı Ağsu rayonu, Pirhəsənli kəndində olmasını göstərmişdir. Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024-cü il tarixdə saat 18:01-də anten məlumatı ünvan 12 ünvanını göstərmiş, həmin gün saat 18:28-də anten məlumatı Ağsu rayonu, Pirhəsənli kəndində olmasını göstərmişdir. - "xxxx" MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, Şahid2 istifadəsində və üzərində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrin 10 yanvar 2024-cü il tarixdə saat 21:00 və 21:43-də anten məlumatları eyni ərazi göstərmişdir. X12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 10 yanvar 2024-cü il tarixdə saat 17:59-dan 19:45-dək anten məlumatı Kürdəmir rayonu ünvanını göstərmişdir. Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 11 mart 2024-cü il tarixdə saat 08:46-dan 22:50-dək anten məlumatı Bakı şəhəri və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanını göstərmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİdmət X4 xx.xx.2025-ci il tarixli, 3-16-17/37/2-1868 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən müəssisəyə etapla qəbul edilmişdir. Həbs edilmiş şəxs X21 tibbi müayinə zamanı hər hansı xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxsin üzərində və evində aşkar olunan 463,57 qram narkotik vasitə qurudulmuş marixuana 40 ədəd kibrit qutularında və selofan torbada olsa da, həmin narkotik vasitənin məhz satış məqsədilə əldə olunmasını və saxlanılmasını təsdiq edən hər hansı digər hallar mövcud deyildir. Əksinə Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılan və üzərinə baxış keçirilən zaman, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət və təqdimata baxılan zaman məhkəmədə də bildirmişdir ki, narkotik vasitədən istifadə edir. Üstündə və evində aşkar edilmiş narkotik vasitə öz istifadəsi üçündür. O, narkotik vasitə istifadəçisidir. Satışı ilə məşğul olmamışdır, həmçinin belə bir məqsədi də olmamışdır. Həmin narkotik vasitəni də yay aylarında Ağsu rayonu ərazisində yerləşən “Şuş” dağı deyilən ərazidə əkərək, ev şəraitində qurudaraq öz istifadəsi üçün saxlamışdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin dediyi bu fakt təsdiqini tapmışdır. Bundan başqa təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilmiş, orada narkotik vasitənin satış məqsədilə əldə olunmasını, satış üçün sifarişin olmasını təsdiq edən hər hansı sübut, o cümlədən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir danışığın aparılmasını, məlumat və foto şəkilin aşkar olunmasını təsdiq edən sübut aşkar edilərək iş materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə göndərilmiş SMS mətnlərinə baxış keçirilsə də narkotik vasitələrin satışına dəlalət edən mesajlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə baxış keçirilərkən şəxsiyyətləri məyyən edilmiş Şahid9 və Şahid6 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsdən narkotik vasitə olan qurudulmuş marixuana aldıqlarını bildirsələr də, məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdikləri ifadəni təkzib edərək həmin ifadələri təzyiq və hədə qorxu altında verdiklərini bildirmişlər, həmçinin başlarına nə isə gəlsə məhkəmədən onları müdafiə etmələrini xahiş etmişlər. Eyni zamanda Şahid9şahid qismində dindirildiyi 11 mart 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin saat 08:46-dan 22:50-dək anten məlumatı Bakı şəhəri və Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanını göstərmişdir (müstəntiq bunu protokolun şablon üzərində işlənilməsi və tarixin dəyişdirilməməsi, köhnə tarixin qalması ilə bağlı olduğunu bildirmişdir). Odur ki, məhkəmə hesab edir ki, şahidlər Şahid9 və Şahid6 ifadələri ziddiyətli olduğu üçün sübut kimi qəbul oluna bilməz. Bundan başqa xx.xx.2024-cü il tarixli raporta əsasən X11 xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində saxlanılaraq Ağsu RPŞ-nə gətirilməsi qeyd edilsədə, Ağsu rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş məktubda əsasən Eldar Ağayevin üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi olan elektron qolbaq məlumatlarına əsasən həmin gün saat 17:10 radələrindən Ağsu Rayon Polis Şöbəsinin inzibati binasının ərazisində olması, həmçinin X11 üzərində 10 yanvar 2024-cü il tarixdə keçirilmiş Şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişə baxış keçirilərkən video çəkilişin 04:22-ci dəqiqəsindən 04:31-ci dəqiqəsinədək olan hissəsində stolun üzərində artıq onun adından yazılmış izahatın olduğu, həmin əvvəlcədən yazılmış izahatda “İstifadə etdiyim narkotik vasitə olan qurudulmuş marixuananı çox vaxt mənimlə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs pul verərək əldə etmişəm....” sözlərinin qeyd edildiyi aşkar sürətdə müəyyən edildiyindən məhkəmə hesab edir ki, X11 üzərində aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs alması ilə bağlı dedikləri şübhə doğurduğu üçün sübut kimi qəbul oluna bilməz. Göründüyü kimi şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrlə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyətlər mövcuddur, X11 faktiki saxlaındğı vaxtla raportda qeyd edilən vaxt arasında ziddiyyət vardır, eyni zamanda X11 üzərində Şəxsi axtarış və götürmə aparılarkən onun adından artıq izahat yazılmış və orada “İstifadə etdiyim narkotik vasitə olan qurudulmuş marixuananı çox vaxt mənimlə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs pul verərək əldə etmişəm....” sözləri qeyd edilmiş, Təqsirləndirilən şəxs saxlanılan vaxt ona təyin edilmiş müdafiəçinin mobil telefonunun əhatə dairəsi başqa ərazi göstərmiş, həmçinin Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, həm üzləşmə zamanı, həmdə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə verdiyi ifadəsində narkotik vasitə satmasını təkzib edərək, həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını qeyd etmişdir (bu halı müstəntiq və Ağsu Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini də bir daha təsdiq etmişlər) Bundan başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinə dair hər hansı sübut, həmçinin onların hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. İşin hallarından göründüyü kimi, bütün qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitəsini əldə edərək üzərində daşımaqla saxlamasının məhz satış məqsədi ilə edilməsini bir daha şübhə altına alır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 145.1-ci maddəsin ə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, “Avropa İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və evində saxlamasının satış məqsədilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması və saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün ilkin dindirmə zamanı verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Məhkəmə, Təqsirləndirilən şəxs bu hissə ilə əməli məhkəmə iclasında etiraf etməməsi, yəni şəxsi və evində axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, o cümlədən barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman ona hər hansı təsirin olmasına, üzərində narkotik vasitənin olmamasına, narkotik vasitənin üzərinə qoyulmasına dair söz deməmiş, bununla bağlı vəsatət və ya ərizə verməmiş, eyni zamanda məhkəmə tərəfindən verilən suallara cavab olaraq da narkotik vasitədən istiafadə etdiyini etiraf etmiş, barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xİdmət X7 etapla qəbul edilərkən tibbi müayinə zamanı hər hansı xəsarət izləri aşkar edilməmişdir, hətta orda da fiziki və ya psixoloji təsirlə bağlı hər hansı müraciət etməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, protokolun tərtib edilmə saatı təhqiqatçı tərəfindən texniki xəta nəticəsində səhf yazılsada onun üzərinə baxış keçirilməsində müdafiəçi iştirak etmiş və o, həmin vaxtda da ona qarşı hər hansı zorakılıq hərəkətlərinin olmasına və narkotik vasitəni üzərinə qoyulmasına dair müraciət etməmişdir. Üzləşdirmə aparılmasına dair CD diskə baxışdanda görünür ki, protokolun tərtib edilmə saatı texniki xəta nəticəsində səhf yazılsada üzləşdirmədə həm Ağayev Eldarın, həmdə Təqsirləndirilən şəxs müdafiəçiləri iştirak etmişlər. Məhkəmə hesab edir ki, video görüntünün 4 hissədən ibarət olması ilə bağlı müstəntiqin qeyd etdikləri həqiqəti əks etdirir. Belə ki, müstəntiq bildirmişdir ki, Laçınla bağlı olan video tam yüklənə bilməmiş, materiallarındakı diski komputerə köçürmüş, lakin görmüşdür ki, diskdə problem var. Diski açmaq üçün komputer mütəxəssisinə müraciət etsədə açılmamış, başqa bir xüsusi proqramla video kadrları ekrandan skrin şotla götürmək mümkün olmuşdur. Sadəcə video kadrları tam şəkildə deyil, 10 dəqiqəlik hissəhissə götürmək mümkün olmuşdur. Sonuncu hissə video çəkilişin özündə də donmuşdur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci və 44.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 10 yanvar 2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 19:40-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(016)-4/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 yanvar 2024-cü il tarixli, 5-34-13/2-3-334/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Ə.Sabir küçəsi ev 25 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ailə üzvü anası – 1953-cü il təvəllüdlü X1, arvadı – 1991-ci il təvəllüdlü X8, oğlu – 2010-cu il təvəllüdlü X13, oğlu – 2012-ci il təvəllüdlü X26, oğlu – 2015-ci il təvəllüdlü X17r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), təyin edilən cəzanın həbsdə saxlanıldığı müddət həcmində olması nəzərə alınaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində və evində axtarış aparılarkən götürülmüş Ağsu Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 461,42 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 34,55 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdən (01 (bir) il 05 (beş) ay 21 (iyirmi gün)) həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 461,42 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-9/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-9/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver