Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-10/2025 28.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəailiyyəti ilə məşğul olan, hazırda Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağcabədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə saat 11:30-da sürücülük hüququ və etibarnamə ilə idarə etdiyi VAZ-21011 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi-Ağdam avtomobil yolunun 24-cü km-də, Ağcabədi rayonu, Hindarx qəsəbəsinin mərkəzində keçən asfalt yolda hərəkətdə olarkən «Yol hərəkəti haqqında» 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yol hərəkəti qaydalarını pozub idarə etdiyi avtomobili hərəkət hissəsinin sağ kənarından yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsindən arxaya doğru hərəkət etdirərək həmin yolda Ağdam rayonu istiqamətində hərəkətdə olan X4 idarə etdiyi VAZ-21061 markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan qarşısına çıxaraq toqquşmuş, nəticədə sürücü Türbəndə Quliyevin idarə etdiyi VAZ-21061 markalı avtomobil yolun sağ kənarında yerləşən X6 məxsus fərdi yaşayış evinin həyətyani sahəsinin hasarına dəyərək sonuncunun İV dərəcə travmatik şok, sol 4,5,6,7,8-ci qabırğaların yerini dəyişən sınığı, sol ağciyərin əzilməsi, sağ diz qapağının qəlpəli sınığı, sağ almacıq nahiyəsində əzilmişcırılmış yara xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Türbəndə Quliyevin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Türbəndə Quliyev aldığı bədən xəsarətlərindən 08 may 2024-cü il tarixdə saat 18:00 radələrində “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında ölmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, etibarnamə ilə ona məxsus olan VAZ-2101 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik etməklə məşğul olur. 07 may 2024-cü il tarixdə saat 11:30 radələrində arvadı Şahid və iki yaşlı qızı Fatimə Mirzayevanı diş həkiminə aparmaq üçün evdən çıxmışlar. O özünə məxsus avtomobili həyətə salmadan darvazanın qarşısında saxlamış və İlknur onun arxasında, Fatimə isə sağ tərəf arxa oturacaqda əyləşmişdir. O avtomobili işə salıb arxaya doğru hərəkət etməyə başlamış, həmin vaxt yolu tam görə bilməmiş, ona görə də yolda avtomobil gəlib-gəlmədiyini görməmiş və avtomobili arxaya doğru idarə etməyə başlamışdır. O təxminən bir metr getdikdən sonra sağa tərəf yola baxmış, artıq avtomobil tam yola çıxdığı üçün yolu görə bilmiş, bu vaxt Ağcabədi şəhəri tərəfindən sonradan tanıdığı Türbəndə Quliyevin idarə etdiyi göy rəngli VAZ-2106 markalı avtomobilin gəldiyini görmüşdür. Həmin vaxt aralarında təxminən 20 metr məsafə olmuşdur. O dərhal avtomobili saxlamış və irəli doğru sürmək istəmiş, lakin çatdıra bilməmiş və həmin avtomobil gəlib onun avtomobilinin sol tərəfindən vurmuşdur. Həmin avtomobil onun avtomobilini vurduqdan sonra hərəkətini davam etdirib yolun sağ kənaırnda olan hasara dəyib dayanmışdır. O dərhal avtomobildən aşağı düşmüş, İlknurda Fatiməni qucağına alıb aşağı düşürtmüşdür. O digər avtomobilə tərəf getmiş, yaxınlaşıb baxanda sürücü Türbəndə sükanın arxasında olmuş, oraya gələn tanımadığı bir şəxslə köməkləşib Türbəndəni sükanın arxasından çıxartmış və otluq yerdə uzandırmışlar. Aradan bir az keçdikdən sonra oraya təcili tibbi yardım avtomobili gəlib Türbəndəni xəstəxanaya aparmışdır. Oda həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Səhəri gün isə Türbəndənin xəstəxanada öldüyünü eşitmişdir. O avtomobili yenicə hərəkətə başlamışmış ki, hadisə baş vermiş, ona görə də avtomobili 5-10 km/saat sürətlə idarə etmiş, hadisənin qarşısı alımaq məqsədilə avtomobili dayandırıb qabağa sümrək istəmiş, lakin çatdıra bilməmiş, darvazanın qarşısındakı səkidə ağaclar olduğu üçün yolu görməmiş, ona görə arxası üstə təxminən bir metr yola çıxdıqdan sonra yolu görmüşdür. Həmin vaxt avtomobildə İlknur və Fatimə olmuş, hadisə zamanı kənarda heç kimi görməmiş, heç bir xəsarəti olmamışdır. Hazırda o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını və “Vətən Müharibəsi iştirakçısı” olmasını nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X1 və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 ifadə verərək göstərdi ki, mərhum X7 onun doğma atasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohumluğu və ədavəti olmamışdır. O atası ilə qonşu yaşamışdır. 07 may 2024cü il tarixdə səhər saatlarında atası işi olduğu üçün rayon mərkəzinə getmişdir. Həmin gün günorta saatlarında o yaşadığı evdə olan zaman atasının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına aparıldığını bilmiş, ona görə də dərhal həmin xəstəxanaya getmişdir. Atasına xəstəxanada tibbi yardım göstərilmiş və 08 may 2024-cü il tarixdə atası mərkəzi xəstəxanada vəfat etmişdir. O hadisə zamanı orada olmadığı üçün hadisənin necə baş verdiyini dəqiq görməmiş, sonradan atasının hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə arxa tərəfə hərəkət edərək yolda atasının qarşısına çıxması nəticəsində baş verdiyini bilmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onlar 2020-ci il tarixdə ailə qurmuş və birgə nigahdan Fatimə adlı qızı olmuşdur. 07 may 2024-cü il tarixdə saat 11:30 radələrində onun dişi ağrıdığı üçün Emil onu xəstəxanaya aparmaq istəmişdir. Onların evi Hindarx qəsəbəsinin mərkəzindən keçən asfalt yolun kənarında yerləşir. O avtomobilə qızı ilə birlikdə arxada əlyəşmişlər. Emil avtomobili işə salıb arxaya doğru hərəkət etməyə başlamış, təxminən bir metr getdikdən sonra Ağcabədi şəhəri tərəfindən sonradan tanıdığı Türbəndə Quliyevin idarə etdiyi göy rəngli VAZ-2106 markalı avtomobilin gəldiyini gömüşlər. Emil dərhal avtomobili saxlayıb irəli doğru sürmək istəmiş, lakin çatdıra bilməmiş və həmin avtomobil gəlib onlaırn avtomobilinin sol tərəfindən vurmuşdur. Həmin avtomobil vurduqdan sonra hərəkətini davam etdirib yolun sağ kənaırnda olan hasara dəyib dayanmışdır. O dərhal Fatiməni qucağına alıb avtomobildən aşağı düşmüşdür. Onların heç birnin xəsarəti olmadığı üçün oradan evə getmişlər. Emil də həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində baş vermiş, onun və Fatimənin heç bir xəsarəti olmamışdır. İş materiallarında olan Ağcabədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin 15 may 2024-cü il tarixli, 19 nömrəli rəyində göstərilmişdir ki, X4 meyitində İV dərəcə travmatik şok, sol 4,5,6,7,8-ci qabırğaların yerini dəyişən sınığı, sol ağciyərin əzilməsi, sağ diz qapağının qəlpəli sınığı, sağ almacıq nahiyəsində əzilmiş-cırılmış yara aşkar edilmişdir. Həmin xəsarətlər həyati olmaqla X4 bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 07 may 2024-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə qeyd edilən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqədədirlər. X4 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş travmatik şok olmuşdur. X4 ölümü 08 may 2024-cü il tarixdə saat 18:00-da baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 8/2425 saylı rəyində göstərilmişdir ki, VAZ-21011 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş AC 984567 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqə xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli, 125461 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında VAZ 2101 minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna malikdir. Etibarnamə 8 ay 16 gün müddətinə verilib və xx.xx.2024-cü il saat 23:59-dək qüvvədədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 07 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verərkən sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən xx.xx.2024-cü il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Mirzayev X10 RMX-da ruhi-əsəb və narkoloji dispanser qeydiyyatda durmur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs X7 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində öldüyündən onun oğlu X5 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Prezidenti tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Baş Naziri tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissyası tərəfindən verilmiş 10 aprel 2024-cü il tarixli, 145654 nömrəli vəsiqədən görünür ki, Mirzayev X11 veteranıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Hindarx qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X8 (2021-ci il təvəllüdlü) adlı uşağı var. Beləliklə, məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulmuş və həmin qayda pozuntusu ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cnayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsə onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini , onun “Vətən müharibəsi” veteranı olmasını, “Vətən müharibəsi iştirakçısı” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi X5 ilə barışıq əldə etməsini və ona dəymiş zərərin ödənilməsini, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 56.1.1-ci maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Onun cəzaçəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, cinayət prosesini həyata keçirən orqanın çağrışlarına vaxtında gəlməsini və hökmün icrasına mane olmayacağını nəzərə alaraq, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Hökmün icrası Ağcabədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344, 349, 351- 356, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X3 Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-10/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-10/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver