Məhkəmə qərarları › İş №1(017)-100/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-100/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-100/2024 03.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Teyyub oğlunun və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:20 radələrində idarə etdiyi Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə St.Mingəçevir- Bəhrəmtəpə yolunun Xocavənd kəndi ərazisindən keçən 106-cı kilometrliyində 40-45 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbir görməli olduğu halda bu etməyərək avtomobilinin qabaq tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu sağdan sola doğru 10-15 km/saat surətlə dönərkən yolun sağ kənarında sola doğru 4.8 metr məsafədə sol yan tərəfindən toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ 21074 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs alt çənə sağ və sol şaxədə yerini dəyişən sınığı, sol tərəfdə 5-ci qabırğanın yerini az dəyişən sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə ilə idarə edir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-ü il tarixdə saat 11:20 radələrində yaşadığı kənddən çıxıb Ağdam rayonuna getmək üçün yola düşmüşdür. St.Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Xocavənd kəndindən keçən hissəsində 40-45 km/saat surətlə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış VAZ 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona çatmağa təxminən 10 metr qalmış yolun sağından soluna doğru dönməyə başladığını görmüşdür. Dərhal əyləci sıxmış, avtomobili sola doğru istiqamətlənmiş, avtomobilinin qabaq sağ tərəfi həmin avtomobilin qabaq qapı tərəfindən toqquşmuşdur. Daha sonra avtomobilinin beton arakəsməyə dəyib dayanmışdır. Nəticədə həmin avtomobilin sürücüsü xəsarət almışdır. Sürücünü Təcili yardım avtomobili Ağcabədi RMX-na aparmışdır. Hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Hadisə yerinə gələn müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilərək, bu barədə protokol tərtib olunmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurduğu maddi ziyanı ödəmişdir. Ona qarşı zərərçəkmiş şəxsin şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, VAZ 21074 markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Şahid məxsusdur. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Avtomobili idarə etməyə əvvəllər etibarnaməsi olub, lakin müddəti bitmişdir. xx.xx.2024-cü il tarixdə 11:20 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun kəndlərindən keçən hissəsində avtomobili yolun sağ ehtiyat hissəsində saxlayıb orada yerləşən mağazadan alver edib, yenidən avtomobilinə əyləşmişdir. Avtomobili sola doğru döndərib geriyə getmək istəmiş, bu vaxt arxadan gələn Kamaz 53212 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaqda olduğunu görüb dönməyə başlayarkən Ağcabədi şəhəri istiqamətindən gələn Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun avtomobilinin qabaq sol tərəfi ilə toqquşmuşdur. Nəticədə bədən xəsarəti almış, Ağcabədi RMX-na müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi və X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 96 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alt çənədə sağ və sol şaxədə yerini dəyişən sınıq, sol tərəfdə 5-ci qabırğanın yerini az dəyişən sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/504 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini təyin edən xx.xx.2024-ci il tarixli 125 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-dən daxil olmuş 06 aprel 2024-ci il tarixli 3-13-16-3/2-2568/2024 nömrəli məktubdan görünür ki Təqsirləndirilən şəxs AE 905753 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmişdir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan və eyni tarixli qəbzlərdən görünür ki, VAZ 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilərək saxlanması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini və zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin ”qeyd” hissəsindən görünür ki, Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə maddi sübut olan VAZ 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı və Kamaz 53212 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasını nəzərə alır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 128 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 128 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar