Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-103/2024 09.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçinnun və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqın iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 9,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, 27 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib, həmin tarixdə saat 09:40-dan başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib 03 ədəd büküm və 01 ədəd kibrit qutusunun içərisində saxlayaraq daşıdığı üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,53 qram və 0,58 qram, 01 ədəd kibrit qutusunda - 7,98 qram, ümumilikdə xeyli miqdar olmaqla 9,64 qram çəkiyə malik kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər istifadə edib, lakin hazırda narkotik vasitələrdən istifadə etmir. Əvvəllər də narkotik vasitələrdən istifadə etməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkir. 27 mart 2024-cü il tarixdə saat 8 radələrində ünvan 2 ünvanında evində olarkən polis əməkdaşları gəlmiş və onu Polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən qurudulmuş maruxuana aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. O, özünün İ Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşı Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi rayon X10 şəhəri, M.Aranlı küçəsi ev 136 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Ağcabədi rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı Ağcabədi şəhəri, M.Aranlı küçəsində tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü və bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə olaraq şəxsi axtarış və müayinə aparılmış və onun üzərindən başqa cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin üç ədəd gümüşü rəngli falqa bükümləri və kibrit qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan bükümlər və kibrit qutusu elektron tərəzisində çəkilmiş, birinci büküm 0,78 qram, ikinci büküm 0,98 qram, üçüncü büküm 0,77 qram, kibrit qutusu isə 11,38 qram çəkidə olmuşdur. Həmin aşkar edilərək götürülmüş kütlələr çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq üzəri yazılıb möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Ağcabədi şəhərində məscidin arxasında olan küçədən tapmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və saxlaması öz təsdiqini tapmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılması məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin gün saat 09:40-dan 10:15-dək Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXBnün polis nəfəri, polis serjantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı X6 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd gümüşü rəngli falqa bükümündə və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, birinci büküm 0,78 qram, ikinci büküm 0,98 qram, üçüncü büküm 0,77 qram, kibrit qutusu 11,38 qram çəkidə olmuş, üç ədəd bükümdə və bir ədəd kibrit qutusunda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə götürülmüşdür. İşdə olan və məhkəmə iclası zamanı 27 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında diskə baxış keçirilməsindən görünür ki, həmin gün saat 09:40-dan 10:15-dək Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı X6 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiəçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd gümüşü rəngli falqa bükümündə və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, birinci büküm 0,78 qram, ikinci büküm 0,98 qram, üçüncü büküm 0,77 qram, kibrit qutusu 11,38 qram çəkidə olmuş, üç ədəd bükümdə və bir ədəd kibrit qutusunda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, diskdə olan görüntülərdə 27 mart 2024-cü il tarixdə saat 09:40dan 10:15-dək Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nün polis nəfəri, polis serjantı Şahid2, İTB-nin sahə polis nəfəri, polis serjantı X6 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd gümüşü rəngli falqa bükümündə və bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilməsi, birinci bükümün 0,78 qram, ikinci bükümün 0,98 qram, üçüncü bükümün 0,77 qram, kibrit qutusunun 11,38 qram çəkidə olması, üç ədəd bükümdə və bir ədəd kibrit qutusunda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin götürülməsi müşahidə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tərəfindən vrilmiş 15 aprel 2024-cü il tarixli tələbnamədən və Ağcabədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağcabədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrasına dair göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixədək 10 ay 9 gün çəkmiş, çəkilməmiş 01 il 07 ay 17 gün cəzası qalmışdır. Cəzasının sonu xx.xx.2026-cı ilə başa çatır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli aryışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır və onun MV-072761 nömrəli veteran vəsiqəsi vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 27 mart 2024-cü il tarixli, 3-16-16/2-18/340 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,98 qram, 3 ədəd falqa kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,55 qram, 0,53 qram, 0,58 qram, ümumi çəkisi 9,64 qram olan bitki mənşəli kütlələr tərkinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Aşkar edilmiş marixuananın təmiz çəkisi 9,64 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 9,56 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 22 may 2024-cü il tarixli, 880 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X9 Şəxs” in xx.xx.2024-cü il tarixli, 18-1-23/2-478/2024 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın poliklinika şöbəsində ruhi-əsəb kabinetində qeydiyyatda durmur, lakin Təqsirləndirilən şəxs narkoloji kabinetdə dispanser qeydiyyatında dayanır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 27 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokolla, 27 mart 2024-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Ağcabədi şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 26 mart 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Ağcabədi şəhəri, M.Aranlı küçəsi ev 136 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman yerdə 03 ədəd gümüşü rəngli büküm və 01 ədəd kibrit qutusunu görmüşdür. Əyilib həmin 03 ədəd bükümü və 01 ədəd kibrit qutusunu götürmüş və baxdıqda istifadəçisi olduğu üçün içərilərində tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş, həmin 03 ədəd bükümü və 01 ədəd kibrit qutusunu istifadə etmək məqsədilə əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. 27 mart 2024-cü il tarixdə təxminən saat 09 radələrində ona yaşadığı Ağcabədi şəhəri, M.Aranlı küçəsi ev 136 ünvanının yaxınlığında piyada hərəkətdə olduğum zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib, Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 03 ədəd bükümü və 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları 03 ədəd bükümlərə və 01 ədəd kibrit qutusuna baxış keçirmişlər. Həmin 03 ədəd büküm və 01 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, birinci bükümün çəkisi - 0,78 qram, ikinci bükümün çəkisi - 0,98 qram, üçüncü bükümün çəkisi - 0,77 qram, kibrit qutusunun çəkisi isə 11,58 qram olmuşdur. Bundan sonra kütlələr aşkar olunduğu qaydada 01 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri yazılıb, möhürlənmiş və zərfin üzərini imzalamışdır. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Narkotik vasitəni Ağcabədi şəhərindən yaşadığım evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdən tapdışdır, üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir formada zor tətbiq edilməmişdir Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması, 27 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, M.Aranlı küçəsi ev 136 ünvanının yaxınlığında saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin qurudulmuş marixuana üç ədəd büküm və bir ədəd kibrit qutusunda aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və onun İ Qarabağ müharibəsi veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun əvvəllərdə eyni əmələ görə məhkum olunmasını və cəzasını çəkib qurtarmamamış yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 1(017)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşırılması cəzasının çəkilməmiş qalan bir il yeddi ay on günü azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart saat 09:30 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 28 mart saat 11:40 2024-cü il tarixli qərarla o, Ağcabədi RPŞ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 09 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 9,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi rayon məhkəməsinin 1(017)-104/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşırılması cəzasının çəkilməmiş qalan bir il yeddi ay on günü azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 9,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-103/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-103/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver