Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-104/2024 03.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsi ev 8-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 13 noyabr 2023-cü il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs Abbasqulu qızının kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən şkafa qanunsuz daxil olaraq həmin şkafdakı əl çantasının içərisindən Zərərçəkmiş şəxs məxsus “585” əyarlı, qızıl materialdan olan bir ədəd 550 manat dəyərində, 5 qram çəkidə olan qadın üzüyü, bir ədəd 1100 manat dəyərində, 10 qram çəkidə boyunbağı və həmin boyunbağının üzərində bir ədəd 220 manat dəyərində, 2 qram çəkidə olan xaç şəkilli klon, bir ədəd 880 manat dəyərində, 8 qram çəkidə sırğa-üzük dəstini qəsdən, qanunsuz olaraq oğurlayıb ümumilikdə 2750 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 15 noyabr 2023-cü il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs Abbasqulu qızının kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağında yerləşən masanın üzərindəki əl çantasından Zərərçəkmiş şəxs məxsus 8 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartını qəsdən, qanunsuz olaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2758 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 15 noyabr 2023-cü il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs Abbasqulu qızının kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağında yerləşən masanın üzərindəki əl çantasının içərisindən Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid plastik bank kartını götürüb, qəsdən, qanunsuz olaraq həmin bank kartı məlumatlarını və məxfi şifrəni əldə edib elektron məlumat daşıyıcısılarından və informasiya texnologiyalarından istifadə etməklə 15 noyabr 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən bankomatdan həmin kartın hesabından vahid niyyətlə 3 dəfə ardıcıl əməliyyat etməklə birinci dəfə 1000 manat, ikinci dəfə 1000 manat və üçüncü dəfə 470 manat olmaqla cəmi 2470 manat pul vəsaitini çıxarıb oğurlamaqla özgə əmlakını gizli olaraq talamış, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək həmin kartdan elektron məlumat daşıyıcısılarından və informasiya texnologiyalarından istifadə etməklə 21 noyabr 2023-cü il tarixdə axşam saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Asan Xidmət Mərkəzinin qarşısındakı bankomatdan həmin kartın hesabından vahid niyyətlə 2 dəfə ardıcıl əməliyyat etməklə birinci dəfə 1 manat, ikinci dəfə 1 manat olmaqla cəmi 2 manat pul vəsaitini çıxarıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2472 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, Səadəti ilk dəfə təxminən 2023-cü ilin iyul ayında müştəri kimi avtomobilə əyləşən zaman görmüş, onlar tanış olmuşlar, sonra əlaqə saxlayıb görüşməyə başlamışlar və yaxın münasibəti yaranmışdır. Səadət Bakı şəhərində “Kubinka” adlanan ərazidə bir otaqlı mənzildə kirayə qalmış, onun Səadətlə qeyri-rəsmi münasibəti olduğu üçün mütəmadi olaraq həmin evə gedib gəlmiş, hətta günlərlə həmin evdə qalmışdır. Bəzən Səadət evdə olmayan zaman evin açarını qapıda olan gül dibçəyinin altına qoymuş, o da qapını açıb evə daxil olmuşdur. 13 noyabr 2023-cü il tarixdə saat 16 radələrində evə gəlmiş, Səadət evdə olmamış, evi axtarmağa başlamış və dolabdakı paltarların arasında qadın çantası tapmışdır. Həmin çantanı açıb içərisinə baxdıqda bir ədəd kiçik bağlama görmüş, həmin bağlamaya da baxdıqda içərisində qızılzinət əşyaları olduğunu görmüşdür. Onun pula ehtiyacı olduğu üçün həmin qızılları oğurlamaq qərarına gəlmişdir. Həmin bir ədəd boyunbağı, bir ədəd üzük və bir cüt sırğanı çantadan götürmüş və evdən çıxmışdır. Qızılları satmaq üçün Nizami metro stansiyasının yaxınlığında yerləşən Lombarda getmiş, həmin qızılları lombardda tanımadığı bir şəxsə 1100 manata satmışdır. Sonra həmin gecə adını xatırlamadığı gecə klubuna getmiş və 1100 manatı əyləncəyə xərcləmişdir. 14 noyabr 2023-cü il tarixdə yenə də Səadətin evinə gəlmiş, pulu olmadığı üçün Səadətin bankomat kartını oğurluq etmək qərarına gəlmişdir. Səadət bir neçə dəfə onun yanında telefonda olan proqram vasitəsilə həmin kartdan istifadə etmiş, həmin vaxt kartın kodunun 1971 olduğunu görmüşdür. 15 noyabr 2023-cü il tarixdə səhər saatlarında Səadət yuyunmaq üçün hamama getmiş, bundan istifadə edib masanın üzərinə qoyduğu əl çantasından Səadətin Kapital banka məxsus kartını götürmüşdür. Həmin gün təxminən saat 10 radələrində evdən çıxmış və gəzərək Nizami metro stansiyasının yaxınlığında yerləşən Kapital banka məxsus bankomata yaxınlaşmış, həmin kartı bankomata daxil edib kodu yazmış və kartın açıldığını görmüşdür. Sonra həmin kartdan 1000 manat pul çıxartmış, aradan 10 dəqiqə keçdikdən sonra yenidən kartı daxil edib əlavə 1000 manat da çıxartmış, aradan 10 dəqiqə keçdikdən sonra 470 manat da çıxartmış və oradan getmişdir. Həmin gün Bərdə şəhərinə getmiş, orada iki gün qalmış, kartdan çıxartdığı pulları xərcləmişdir. 18 noyabr 2023-cü il tarixdə Ağcabədi rayonu, Rəncbərlər kəndində yaşayan bacısı Ayşənin evinə gəlmiş, 3 gün də bacısıgildə qalmışdır. 21 noyabr 2023-cü il tarixdə axşam saatlarında yeznəsi Kərim evindən Ağcabədi şəhərinə gələrkən onunla gəlmiş və şəhərin girişində yerləşən Asan xidmətin yanında avtomobildən düşmüş və Kərim getmişdir. Kartdan hər dəfə bir manat olmaqla iki manat pul çıxartmış və həmin pulu tanımadığı taksiyə verib Ağcabədi rayon polis şöbəsinə gəlmiş və etdiyi əməli etiraf edərək təslim olmuşdur. Bu yolla əldə etdiyi bütün pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs Abbasqulu qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “Şirvan” ərzaq mağazasında xadiməçi işləyir. Təxminən 2023-cü ilin iyul ayında taksi ilə gedən zaman sürücü Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonra Əli ilə danışıb görüşmüş və yaxın münasibətləri yaranmışdır. Əlinin daimi iş yeri olmadığı üçün çox vaxt onun kirayədə yaşadığı evdə qalmışdır. İşə gedən zaman evin açarını Əliyə vermiş, Əli də evdən gedəndə evin açarını qapının qarşısında olan gül dibçəyinin altına qoymuşdur. O hər ay əmək haqqından kartına pul atıb yığmış, həmin pulları Kapital bankdan öz adına açdığı kartda saxlamışdır. Bundan başqa təxminən 3 il bundan əvvəl Moskva univermağından özünə qızıllar almış, həmin qızılları da dolabdakı paltarların arasında olan ağ rəngli əl çantasında saxlamışdır. 15 noyabr 2023-cü il tarixdə axşam saatlarında evə gəlib çantanı açıb baxanda Kapital bank kartının yerində olmadığını görmüşdür. Sonra evdə əşyaları yoxlamağa başlamış və dolabda olan qızıllarının da yerində olmadığını görmüşdür. Onun evində heç bir dağınıqlıq olmamış, ona görə də ağlına gəlmiş ki, əşyaları Əli oğurlamışdır. Əliyə zəng etmiş, lakin telefonu söndürülmüşdür. Artıq əşyalarının Əli tərəfindən oğurlandığına əmin olmuş, ona görə də DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin əşyalar 585 problu qızıl materialdan, üzərilərində hər hansı bir qaşı olmayan, bir ədəd 550 manat dəyərində, 5 qram çəkidə olan qadın üzüyü, bir ədəd 1100 manat dəyərində, 10 qram çəkidə boyunbağı və həmin boyunbağının üzərində bir ədəd 220 manat dəyərində, 2 qram çəkidə olan xaç şəkilli klon, bir ədəd 880 manat dəyərində, 8 qram çəkidə sırğa-üzük dəstindən ibarət olmuş, ona görə də ümumilikdə 2750 manat maddi ziyan dəymişdir. Əli onun kartından ümumilikdə 2472 manat pul çıxartmışdır. O həmin vaxt həyəcanlı olduğu üçün ümumi dəymiş ziyanı nəzərdə tutub təxminən 5000 manat göstərmiş, əslində isə qızılların dəyəri 2750 manat olmuş, ona görə də həqiqətə uyğun olaraq ona qızıllara görə dəymiş ziyanın 2750 manat məbləğində hesablanmasını xahiş etmişdir. Əliyə əşyalarını axtarmaq, şkaflardan istifadə etmək, şkafdakı əşyalara baxmaq və ya götürmək icazəsini verməmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Abbasqulu qızı tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ona vurulmuş 5230 manat ziyandan heç bir ödəniş edilməmişdir, ifadəsini təsdiq edir və şikayətçidir. Onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon İHB-nın Puta qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Əli” firmasının məktubundan görünür ki, 13 noyabr 2023-cü il tarixdə 585 əyarlı, qızıl materialdan, üzərilərində hər hansı bir qaşı olmayan bir ədəd 5 qram çəkidə olan qadın üzüyü 550 manat, bir ədəd 10 qram çəkidə boyunbağı 1100 manat, bir ədəd 2 qram çəkidə olan xaç şəkilli klon 220 manat, bir ədəd 8 qram çəkidə sırğa-üzük dəsti 880 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" ASC-yə məxsus Visa elektron AZN kartının 2021-ci il üzrə dəyəri 8 AZN təşkil edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 24 gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs Abbasqulu qızına vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-104/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-104/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver