Məhkəmə qərarları › İş №1(017)-108/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-108/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-108/2024 24.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs1 - xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5, 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qalan cəzası 06 ay müddətə azadılmış, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2qa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs2 - xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 07 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 07 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4şqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 mart 2024-cü il tarixdə saat 18:30 radələrində “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasından qanunsuz olaraq hər biri 113,99 manat olmaqla ümumi dəyəri 227,98 manat olan iki ədəd 0,5 litr həcmində “Chivas Regal 18” markalı viski içkisini və Təqsirləndirilən şəxs2 bir ədəd 200 manat dəyərində 1,0 litr həcmində “Chivas Regal 18” markalı viski içkisi oğurlayıb zərərçəkmiş hüquqi şəxs “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə ümumilikdə 427,98 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 18 mart 2024-cü il tarixdə saat 18:30 radələrində “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasından qanunsuz olaraq bir ədəd 200 manat dəyərində 1,0 litr həcmində “Chivas Regal 18” markalı viski içkisi və Təqsirləndirilən şəxs1 isə hər biri 113,99 manat olmaqla ümumi dəyəri 227,98 manat olan iki ədəd 0,5 litr həcmində “Chivas Regal 18” markalı viski içkisini oğurlayıb zərərçəkmiş hüquqi şəxs “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə ümumilikdə 427,98 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə Bərdə şəhərində yaxınlıqda yaşayır, uşaqlıqdan bir-birini tanıyır və yaxın münasibətləri var. 18 mart 2024-cü il tarixdə saat 13 radələrində Həsən ilə yaşadığı evin yaxınlığında qarşılaşmış, bir az ordan-burdan söhbət etmişlər və axırda gedib yeyib-içmək qərarına gəlmişlər. O, mağazadan bir ədəd araq almış və Həsəngilə getmişlər. Həmin vaxt evdə heç kim olmamış, Həsənlə yemək yeyib araq içmişlər, sonra isə evdən çıxmışlar. Onlar sonra yaxınlıqdakı mağazadan pivədə alıb içmişlər. Onlar gəzmək istəmişlər, Həsən həbsxana dostu Ramin ilə görüşməyi demişdir. Ramin təxminən iki ay əvvəl qonaq gəlmiş, ona görə də Həsənlə Ağcabədi rayonuna gəlib Ramini tapmaq qərarına gəlmişlər. Raminin isə Ağcabədi rayonunda yaşadığı ünvanı və telefon nömrəsini bilməmişlər. Həmin gün saat 17 radələrində tanımadığı yol maşını ilə Həsənlə Ağcabədi rayonuna gəlmişlər, Ramini soraqlamışlar. Sonra gəlib “Megastore” adlı mağazanın qarşısına çıxmışlar. Onlar yenidən pivə içmək üçün mağazaya daxil olmuşlar. Mağazanın spirtli içkilər olan vitrininə yaxınlaşmışlar, lakin satıcı olmamışdır. Həmin vaxt Həsən ona mağazada pivə deyil, başqa spirtli içki oğurlamağı təklif etmiş, o da razılaşmışdır. Onlar gəlib viskilər olan virtinin qarşısına çatmışlar, Həsən çatan kimi vitrindən bir ədəd 1 lirt həcmi olan “Çivas Regal” markalı viskini götürmüş, sonra qapıdan çıxanda bilinməsin deyə butulkanın baş hissəsində olan siqnalizasiya maqnitini qoparıb atmışdır. Həsən həmin viski butulkasını əynində olan qara rəngli cins şalvarın belinə qoymuşdur. Sonra o da mağazanın vitrinindən bir ədəd 0,5 lirt həcmi olan “Çivas Regal” markalı viskini götürüb siqnalizasiya maqnitini sökmək üçün Həsənə vermiş, Həsən də maqniti çıxardıb viski butulkasını ona vermiş, o da həmin butulkanı əynində olan qara rəngli gödəkcənin içəri cibinə qoymuşdur. Sonra Həsən vitrindən başqa bir ədəd 0,5 lirt həcmi olan “Çivas Regal” markalı viskini götürüb ona vermiş, o özü həmin butulkanın maqnitini açıb çıxartmış və həmin butulkanı da gödəkcənin içəri cibinə qoymuşdur. Onlar mağazadan birlikdə deyil, ayrı-ayrılıqda çıxmağa razılaşmışlar, ona görə də əvvəl o mağazadan çıxmış, sonra isə Həsən mağazadan çıxmışdır. O mağazanın qapısının çöl hissəsində olan zaman mağazanın mühafizəçisi onu saxlamış və ondan mağazadan viski götürməsini soruşmuş, o da mühafizəçiyə götürdüyünü demişdir. Mühafizəçisi ondan viskini istəmiş, oda çıxarıb viskiləri vermiş və mağazadan çıxıb bir az getmişdir. Həmin vaxt təkcə Həsənlə özü olmuş, oradan başqa nəisə oğurlamamış, başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, vurduğu zərəri tam olaraq ödəməsini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Nailə Qurbanova ilə birlikdə yaşayır, valideynləri o uşaq olanda ayrılmışlar, ondan bir yaş kiçik Zamin adlı qardaşı var, Zamin də oğurluq etdiyinə görə hazırda həbsxanadadır, özü isə heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs1 ilə yaxınlıqda yaşayır, uşaqlıqdan bir-birini tanıyır, yaxın münasibətləri var. 18 mart 2024-cü il tarixdə saat 13 radələrində Elçin ilə yaşadığı evin yaxınlığında qarşılaşmış, bir az ordan-burdan söhbət etmişlər və axırda gedib yeyib-içmək qərarına gəlmişlər. Elçin mağazadan bir ədəd araq almış və onun evinə getmişlər. Onun evində heç kim olmamış, Elçinlə yemək yeyib araq içmişlər, sonra isə evdən çıxmışlar və yaxınlıqdakı mağazadan pivə də alıb içmişlər. Onlar gəzmək istəmişlər, birdən onun ağlına tanışı Ağcabədi rayon sakini Ramin gəlmiş və Ramin ilə Kürdəxanıda bir yerdə həbsdə olmuşdur. Ramin təxminən iki ay əvvəl ora qonaq gəlmiş, həmin vaxt Elçin də onlaırn yanında olmuş, ona görə də Elçinlə Ağcabədi rayonuna gəlib Ramini tapmaq qərarına gəlmişlər. Raminin isə Ağcabədi rayonunda yaşadığı ünvanı və telefon nömrəsini bilməmişdir. Həmin gün saat 17 radələrində tanımadığı yol maşını ilə Elçinlə Ağcabədi rayonuna gəlmişlər, Ramini soraqlamışlar, bu vaxt gəlib Megastore adlı mağazanın qarşısına çıxmışlar. Onlar yenidən pivə içmək üçün mağazaya daxil olmuşlar, mağazanın spirtli içkilər olan vitrininə yaxınlaşmışlar, lakin satıcı orada olmamışdır. O Elçinə mağazada pivə deyil, başqa spirtli içki oğurlamağı təklif etmiş, Elçin də razılaşmışdır. Onlar gəlib viskilər olan virtinin qarşısına çatmışlar, çatan kimi vitrindən bir ədəd 1 lirt həcmi olan “Çivas Regal” markalı viskini götürmüş, sonra qapıdan çıxanda bilinməsin deyə butulkanın baş hissəsində olan siqnalizasiya maqnitini qoparıb atmışdır. O həmin viski butulkasını əynində olan qara rəngli cins şalvarın belinə qoymuş, həmin vaxt Elçin də onun yanında olmuşdur. Sonra Elçin də mağazanın vitrinindən bir ədəd 0,5 litr həcmi olan “Çivas Regal” markalı viskini götürüb siqnalizasiya maqnitini sökmək üçün ona vermiş, o da maqniti çıxardıb viski butulkasını Elçinə vermiş, Elçin isə həmin butulkanı əynində olan qara rəngli gödəkcənin içəri cibinə qoymuşdur. Sonra o vitrindən başqa bir ədəd 0,5 lirt həcmi olan Çivas Regal markalı viskini götürüb Elçinə vermiş, Elçin özü həmin butulkanın maqnitini açıb çıxartmış və həmin butulkanı da gödəkcənin içəri cibinə qoymuşdur. Sonra mağazadan birlikdə deyil, ayrı-ayrılıqda çıxmağı razılaşmışlar. Ona görə də əvvəl Elçin mağazadan çıxmış, sonra isə özü mağazadan çıxmışdır. O mağazanın qapısının çöl hissəsində olan zaman mağazanın mühafizəçisi onu saxlamış və ondan mağazadan viski götürməsini soruşmuş, o da mühafizəçiyə götürdüyünü demişdir. Mühafizəçisi ondan viskini istəmiş, o viskini çıxarıb vermiş və mağazadan çıxıb getmişdir. Sonra polislər onları tutmuşlar. Həmin vaxt təkcə Elçinlə özü olmuş, oradan başqa nəisə oğurlamamış, başqa heç bir yerdən oğurluq etməmişdir. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, qohumu X2 Vətən müharibəsində şəhid olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasının müdiri vəzifəsində işləyir, mağaza 24 saat ərzində fəaliyyət göstərir, gün ərzində mağazanın satıcıları müştərilərə xidmət göstərir, mağazanın mühafizəçiləri isə mağazanın mühafizəsini təşkil edirlər, mağazanın mühafizəçiləri mağazanın daxilində xidmət edirlər, həmçinin kameralar vasitəsilə də mağazaya nəzarət etmişlər. 18 mart 2024-cü il tarixdə saat 18:30 radələrində mağazada olan zaman vitrinlərin arasında səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün həmin tərəfə getmiş və maraqlananda mağazanın mühafizəçisi Şahid2 həmin vaxt Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın vitrinindən viski içkilərini oğurladıqlarını müşahidə kameralarından görüb mağazadan çıxanda saxladığını bilmişdir. Şahid2 həmin şəxslərdən içkiləri alıb geri qaytarmışdır. Həmin şəxslər mağazadan 01 ədəd 1,0 litr həcmində “Chivas Regal 18” markalı və 02 ədəd 0,5 litr həcmində “Chivas Regal 18” markalı içkiləri oğurlamışlar. Həmin 1,0 litr həcmində “Chivas Regal 18” markalı viski içkisi 200 manat, 0,5 litr həcmində “Chivas Regal 18” markalı viski içkisi isə 113,99 manat təşkil etmişdir. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Hazırda onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onlarla barışmış və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasının müdir müavini vəzifəsində işləyir, mağaza 24 saat ərzində fəaliyyət göstərir, gün ərzində mağazanın satıcıları müştərilərə xidmət göstərir, mağazanın mühafizəçiləri mağazanın daxilində xidmət edirlər, həmçinin kameralar vasitəsilə də mağazaya nəzarət etmişlər. 18 mart 2024-cü il tarixdə saat 18:30 radələrində mağazada olan zaman vitrinlərin arasında səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün həmin tərəfə getmiş və maraqlananda mağazanın mühafizəçisi Şahid2 həmin vaxt Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın vitrinindən viski içkilərini oğurladıqlarını müşahidə kameralarından görüb mağazadan çıxanda sonra saxladığını bilmişdir. Şahid2 həmin şəxslərdən içkiləri alıb geri qaytarmışdır. Həmin şəxslər mağazadan 01 ədəd 1,0 litr həcmində “Chivas Regal 18” markalı və 02 ədəd 0,5 litr həcmində “Chivas Regal 18” markalı içkiləri oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, “Grandmart” Məhdud Məsuliyyəti Cəmiyyətinə məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasının müdiri müavini vəzifəsində işləyir, mağaza 24 saat ərzində fəaliyyət göstərir, gün ərzində mağazanın satıcıları müştərilərə xidmət göstərir, mağazanın mühafizəçiləri ilə mağazanın mühafizəsini təşkil edirlər, mağazanın mühafizəçiləri mağazanın daxilində xidmət edirlər, həmçinin kameralar vasitəsilə də mağazaya nəzarət etmişlər. 18 mart 2024-cü il tarixdə saat 18:30 radələrində mağazada olan zaman vitrinlərin arasında səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün həmin tərəfə getmiş və maraqlananda mağazanın mühafizəçisi Şahid2 həmin vaxt Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın vitrinindən viski içkilərini oğurladıqlarını müşahidə kameralarından görüb mağazadan çıxanda saxladığını bilmişdir. Şahid2 həmin şəxslərdən içkiləri alıb geri qaytarmışdır. Həmin şəxslər mağazadan 01 ədəd 1,0 litr həcmində “Chivas Regal 18” markalı və 02 ədəd 0,5 litr həcmində “Chivas Regal 18” markalı içkiləri oğurlamışlar, başqa heç nə oğurlamamışlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Qasımov X6 şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasından 02 ədəd “Chivas Regal 18” markalı viski içkisini oğurladığı yeri əyani olaraq göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Qurbanlı X7 şəhəri, T.İsmayılov küçəsində yerləşən “MegaStore” mağazasından 01 ədəd “Chivas Regal 18” markalı viski içkisini oğurladığı yeri əyani olaraq göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-28/2-964/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmurlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 mart 2024-cü il tarixli qərarla o, Ağcabədi RPŞ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 mart 2024-cü il tarixli qərarla o, Ağcabədi RPŞ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan 427.98 (dörd yüz iyirmi yeddi manat, doxsan səkkiz qəpik) manat məbləğində bir ədəd 1,0 litr həcmində və iki ədəd 0,5 litr həcmində olan “Chivas Regal 18” markalı viski içkiləri Zərərçəkmiş şəxs tam təhvil verilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş 23 iyul 2024-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 13 aprel 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək altı ay müddətinə "xxxx" MMC-də reabilitasiya kursu keçir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yaşayır. X1 qohumudur (doğma əmisi oğludur). Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CM-nin 177.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, maddəsi ilə təqsirli bilinərək AR CM-nin 66.5, 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qalan cəzası 06 ay müddətə azadılmış, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bununlada Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunduğu halda yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 2 il məhkumluq müddəti ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsiin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə vurulmuş zərəri tam ödəməsini və onunla barışmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsiin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və dəymiş zərəri tam ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli bu gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, qohumu X2 Vətən müharibəsində şəhid olması, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışması və dəymiş zərəri tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qalan cəzası 07 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini, onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, qohumu X2 Vətən müharibəsində şəhid olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını və dəymiş zərəri tam olaraq ödəməsini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli Bərdə rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 427,98 manat dəyərində olan maddi ziyan, yəni bir ədəd 1,0 litr həcmində və iki ədəd 0,5 litr həcmində olan “Chivas Regal 18” markalı viski içkiləri Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə və ekspertiza xərci yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona iki il altı ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli bu gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın və hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq iki il bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli Bərdə rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 427,98 manat dəyərində vurulmuş ziyan, yəni bir ədəd 1,0 litr həcmində və iki ədəd 0,5 litr həcmində olan “Chivas Regal 18” markalı viski içkiləri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə xüsusi müsadirə və ekspertiza xərci yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 25 iş saatı üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə verildiyi) gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar