Məhkəmə qərarları › İş №1(017)-108/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-108/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-108/2025 19.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1992-ci il tarixdə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Salmanbəyli kəndində qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə, saat 17 radələrində X3 məxsus Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən soğan sahəsində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncuya yumruqla çənə nahiyəsindən bir dəfə vurmaqla Zərərçəkmiş şəxs alt çənənin sağ mental və sol bucaq nahiyəsinin yerini dəyişən sınığı ilə müşahidə edilən az ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonu Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir, üç övladı var. X3 məxsus Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən soğanlıq sahəsində nəzarətçi işləyir. Bundan başqa, orada olan fəhlələrin əməkhaqqısı günlük olaraq vermişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ona yaxınlaşıb soğan kisələrini təhvil verdikdən sonra 2 gününün əmək haqqını istədikdə sonuncuya cibindən 40 manat çıxarıb verdikdə Oruc ona gününün 30 manata olduğunu, buna görə də 2 günə 60 manat verəcəyini dedikdə sonuncuya “xeyr Oruc, dəftərdə də yazılıb, sənin payına düşən 40 manatdır” demiş və Oruc ona “eybi yoxdur, pula görə at peysərə” deyə cavab vermişdir. Daha sonra Oruca “yekə oğlansan, söyüş niyə söyürsən” deyib avtomobilinə tərəf getmiş, lakin Oruc yenə də onun arxasınca nalayiq ifadələr işlətməyə başladıqda əsəbiləşib sonuncunun üstünə getmiş və sağ yumruğu ilə sonuncunun çənə nahiyəsindən bir dəfə vurmuş, ardınca Oruc adlığı xəsarətdən yerə yıxıldıqdan sonra oradan uzaqlaşmışdır. Sonradan zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona vurduğu zərərin əvəzini ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Zərdab rayonu, Gödəkqobu kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birgə yaşayır. Təxminən 1 ildir ki, Ağcabədi rayonunda yerləşən kənd təsərrüfatlarında fəhlə işləyir və 2025-ci ilin aprel ayından isə Ağcabədi rayon, Salmanbəyli kənd sakini Semur Əliyevə məxsus Salmanbəyli kəndində yerləşən soğanlıq sahəsində fəhlə işləmiş və əmək haqqı kimi günə 100-200 manat arası pul almışdır. 15 iyul 2025-ci il tarixdə saat 17 radələrində həmin soğanlıq sahəsində işlərini yavaş-yavaş qurtarıb hazırladığı soğan kisələrini Semurun oğlu Təqsirləndirilən şəxs təhvil vermiş, ardınca sonuncudan iki gününün pulunu, yəni günü 30 manat olmaqla ümumi olaraq 60 manat olan əmək haqqını istədikdə Şəhriyar cibindən 40 manat çıxararaq ona verdikdə sonuncu ilə razılaşmamışdır. Daha sonra Şəhriyar ona“özün bilərsən, sənin pulun bu qədərdir” dedikdə sonuncuya “pula görə at peysərə“ ifadəsini işlətmiş və ardınca Şəhriyara da ona nalayiq ifadələr işlədərək üzərinə gəlmiş və sağ yumruğu ilə onun çənə nahiyəsindən bir dəfə vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alt çənənin sağ mental və sol bucaq nahiyəsinin yerini dəyişən sınığı -küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gəlmişdir. Çənənin qırılmasına səbəb olan zərbə ilə zərərçəkənin göstərdiyi kimi bıçağın arxası ilə vurulsaydı yəqin ki, sifətdə hər hansı yara və ya sıyrıq əmələ gələ bilərdi. Bu əlamətlər olmadığına görə də bıçağın arxası ilə vurulması inandırıcı deyil. Xəsarətlərin yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi rayon Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi rayon Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, şikayət və tələbinin olmağının bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərin ödənilməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 10 iş saatı üçün 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar