Məhkəmə qərarları › İş №1(017)-109/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-109/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-109/2023 23.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbdaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,23 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxt və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd kibrit qutusunda qablaşdırıb əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 21 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, H.Əliyev prospektində yaşadığı 353 nömrəli evin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 11:40 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki qara rəngli idman şalvarının sağ yan cibində daşıyaraq saxladığı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Əvvəllər “nəşə” deyə bildiyi marixuanadan istifadə etmişdir. 20 fevral 2023-cü il tarixində səhər saatlarında Ağcabədi rayonu, Avşar kəndinin girişində olan körpünün yaxınlığından keçən Qarabağ kanalında balıq tutmağa getmişdir. Həmin Qarabağ kanalında balıq tutan zaman kanalın qırağında bir kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu bir qədər şişkin formada olduğu üçün içində nəyinsə olduğunu düşünmüş və içinə baxmışdır. Həmin kibrit qutusunun içində narkotik maddə olan qurudulmuş marixuana olduğunu görmüş və həmin narkotiki istifadə edər deyə özü üçün götürmüş və əynindəki şalvarın cibinə qoymuşdur. 21 fevral 2023-cü il tarixində saat 10 radələrində yaşadığı H.Əliyev küçəsində yerləşən dükana siqaret almaq üçün getmişdir. Dükandan siqaret alıb yaşadığı evə gələrkən evinin yaxınlığında bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını deyib onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra ona müdafiəçi vəkil Əbülhəsən Əmirovun təyin edilmişdir. Ona bütün hüquqları izah olunmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə əgər varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içində “nəşə” deyə bildiyi narkotik maddə olmuşdur. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içinə baxıldıqda içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuşdur. Sonra onun üzərinə razılığı ilə şəxsi axtarış keçirilmiş və heç bir narkotik maddə və ya psixotrop maddə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd kibrit qutusu ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,74 qram olması məlum olmuşdur. Həmin narkotik maddə aşkar olunduğu qaydada kibrit qutusu ilə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Sonra o, təyin edilmiş məhkəmə ekspertizasının cavab rəyində üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisinin 6,23 qram olmasını bilmiş və həmin ekspert rəyi ilə razıdır. O, həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Hazırda törətdiyi əməldən çox peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 fevral 2023-cü il tarixdə Ağcabədi şəhəri, H.Əliyev prospekti, ev 353 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı aidiyyatı üzrə rəhbərliyə məruzə etdikdən sonra, onun qərarı ilə ondan və PPXB-in polis nəfəri Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 21 fevral 2023-cü il tarixdə onlar tərəfindən Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı Ağcabədi şəhəri, H.Əliyev prospektində evinin yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və üzərində daşımasında şübhəli olmasını izah edib onlarla birlikdə rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və polis şöbəsinə gətirilmişdir. Ağcabədi rayon polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Çingiz Quliyev tərəfindən Təqsirləndirilən şəxs öz vəkili olmadığına görə Təqsirləndirilən şəxs Ağcabədi rayonunda xidmət göstərən vəkillərin siyahısını təqdim edilmişdir. Nicat Talıobv özünə Ağcabədi rayon vəkil bürosunn müdiri X2 müdafiəçi qismində təyin edilməsini xahiş etmişdir. X6 dəvət etmişdir. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, Təqsirləndirilən şəxs axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı onun, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında müdafiəçisi X3 da iştirak etmişdir. Polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr olub-olmaması soruşmuş və əgər varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin 01 ədəd kibrit qutusunun içərisinə baxıldıqda yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. İçərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə 01 ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin kibrit qutusunun çəkisi 8,74 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzərinə Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurulub ekspertizaya təqdim edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən axtarış zamanı əlavə olaraq narkotik vasitələr və ya psixotrop maddələr aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən təyin edilmiş məhkəmə ekspertizasınn cavab rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisinin 6,23 qram olmasını bilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlə aşkar edildiyi vəziyyətdə yəni 01 ədəd kibrit qutusunda çəkildiyindən ekspert rəyində göstərilənlərdən artıq çəkidə olmuş, həmin kütlələr tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyyat edilərək aşkar olunduğu kimi çəkilmişdir. Ekspertizanın tərəzisi rəsmi standartlara uyğun olduğu üçün daha dəqiq çəkini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 eyni məzmunlu ifadə verib, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə saat 11:30-da şübhəli şəxs kimi tutulmuş və 22 fevral 2023-cü il tarixdə saat 17:40da azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad olunmuşdur. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və TB-nin təhqiqatçısı, polis baş leytenantı X11 dar oğlu və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiəçi təyin edilmiş Ağcabədi rayon vəkil bürosunun müdiri X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd kütlə kağız zərfdə qablaşdırılmış və üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan qurudlmuş marixuanadan mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş quruudlmuş marixuana onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 fevral 2023-cü il tarixli, 18/217 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilmiş marixuananın ümumi çəkisi 6,23 qram, cəmi tədqiqata istifadə olundu – 0,02 qram, qalıq 6,21 qramdır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr siyahısı”na daxildir. İş materiallarında olan X8 08 may 2023-cü il tarixli, 850 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 603 nömrəli “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 verdiyi tibbi arayışından görünür ki, Talıbov X10 RMX-nın Poliklinika Şöbəsinin ruhi-əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda deyil. İşdə olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə anadan olub, orta təhsilli, ailəli, himayəsində iki övladı var, Ağcabədi şəhəri, H.Əliyev prospekti 353 ünvanında yaşayır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində, 2016-cı il təvəllüdlü Talıbov Zahid və 2019-cu il təvəllüdlü Talıbov Tunar adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni 6,23 qram narkotik vasitə olan qurudulmuş marixuanani qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması, özünün etiraf etməsi, şahid ifadəsi, məhkəmə-bioloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirildi. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti tşrətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən, yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə tşrədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 poliklinika şöbəsinin narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 6,21 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il iki ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 poliklinika şöbəsinin narkoloji kabinetində proflaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 6,21 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34JTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar