Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-109/2025 18.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, hal-hazırda Göyçay rayonu, Potu ərazi dairəsi, Kürd kəndində qeydiyyatda olan və İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə tanışı X3 ilə cinayət əlaqəsinə girərək, tanışı İsmayıllı rayonu Diyallı kənd sakini Zərərçəkmiş şəxs4 Mədəniyyət Nazirliyi tabeliyində hər hansı dövlət orqanına işə düzəlməsində köməklik edərək, X1 Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə aralarında olan yaxın əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs4 30000 (otuz min) manat müqabilində X6 idarəsinə rəis müavini vəzifəsinə təyin etdirə biləcəklərini və buna real imkanlarının olduğunu vəd verərək, həmin məbləğdə pulu imkan etdikcə pulu hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra öz cinayətkar niyyətlərini həyata keçirərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 1000 manat pulunu İsmayıllı rayonu İsmayıllı kəndində yaşadıqları fərdi evdə onların cinayətkar niyyətindən məlumatı olmayan həyat yoldaşı Şahid3 vasitəsilə, daha sonra isə Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Kapital Bankın ATM-dən nağdlaşdırdığı 10000 (on min) manat pulunu şəxsən ələ keçirməklə özgənin xeyli miqdar təşkil edən ümumilikdə 11000 (on bir min) manat məbləğində pulunu ələ keçirərək cinayət yolu ilə əldə etdikləri pulları Mirdaməd Əsgərovla öz aralarında bölüşdürməklə həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 qəsdən 11000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 Mingeçevir-Şamaxı magistral şose yolunun kənarında yerləşən istifadə müddəti başa çatmış işıq dirəklərinin sökülməsi və daşınması ilə bağlı Dövlət Əmlak Komitəsindən razılıq alacağına və birlikdə həmin işi işləyib şərikli gəlir əldə edəcəyinə dair vəd verərək, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evində 30000 manat pulun əlbəəl şəkildə Zərərçəkmiş şəxs2 tərəfindən ona verilməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:52:26-da Nərimanov rayonu, X10 küçəsi 153 ünvanında yerləşən “Bolmart” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 5000 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:57:13-də eyni ünvanda yerləşən “Millön” ödəmə terminalı vasitəsilə 5000 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830- 7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə saat 14:58:59-da eyni ünvanda quraşdırılmış “Bolmart” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 2200 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə “ABB” mobil bank vasitəsilə 800 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:15:21-də Binəqədi rayonu, Ş.Məmmədov küçəsində yerləşən “2 Bravo” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 3900 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə özünə məxsus “Unibank”-ın 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına xx.xx.2024-cü il tarixdə saat 19:36:35-də Binəqədi rayonu, Atatürk prospekti, 65 B ünvanında yerləşən “Premier” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə 3100 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 50000 manat məbləğində pulunu ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən 50000 manat məbləğində, yəni, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə internet sosial şəbəkəsindən tanışı Zərərçəkmiş şəxs3 3-cü qrup gözdən əlil olduğunu və Qarabağ veteranı olduğunu bilib ona növbədənkənar sosial ev alınmasında köməklik göstərəcəyinə dair vəd verərək, xx.xx.2024-cü il tarixdə saat 23:10-da Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus 4098-5844-6839-6419 kart hesabından şəxsi istifadə etdiyi 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına 2000 manat pul vəsaitinin köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki fərdi yaşayış evindən mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus 4098-5844-6839-6419 kart hesabından şəxsi istifadə etdiyi 5243-7544-1830-7318 saylı “Albalı” kart hesabına 1000 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ümumilikdə vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs3 3000 manat məbləğində pulunu ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 qəsdən 3000 manat məbləğində, yəni, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən, tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı X4 müəllimlərin diaqnostik qiymətləndirmə imtahandan keçirəcəyini vəd edərək, xx.xx.2024-cü il tarixdə saat 18:01-də arvadı Şahid3 adına olmaqla özünün şəxsi istifadəsində olan 5239-1517- 4336-4575 saylı “KapitalBank”-a aid kart hesabına Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Araz Market”-dəki “eManat” terminalı vasitəsilə 8000 manat pul köçürülməsinə nail olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 8000 manat məbləğində, yəni, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə əvvəlcədən tanıdığı, Ağcabədi rayonu, Avşar kənd sakini Şahid1 ona zəng edərək həmkəndlisi Mehdi adlı şəxsin həyat yoldaşının imtahandan kəsildiyin, onu imtahandan keçirmək üçün kömək etmək lazım olduğunu demiş, bundan sonra Röyal ondan həmin iş üçün nə qədər pul lazım olacağını soruşduqda Röyala 8000 manat kifayət edə biləcəyini dedikdə Röyal bu barədə Mehdiyə məlumat verəcəyini demişdir. Bundan sonra Röyal Mehdi ilə görüşərək ona zəng edib Mehdinin yanında olduğunu demiş, Mehdi ilə Röyalın telefonu ilə danışmış və ona işlə əlaqədar kömək lazım olduğunu bildirmişdir. Mehdiyə həmin iş üçün 8000 manat pul lazım olduğunu dedikdə Mehdi ilk öncə onunla razılaşmasa da, nəticə etibarilə Mehdi ilə 8000 manata razılaşmışdır. Mehdi həmin pulu ona təxminən saat 17-yə qədər atacağını demiş, təxminən həmin vaxt ərəfələrində Mehdi onun şəxsi istifadə etdiyi, həyat yoldaşı Aygünün adına olan “Kapital Bank”a məxsus olan 5239-1517-4336-4575 saylı kart hesabına 8000 manat pul ataraq qəbzin şəklini ona göndərmiş, həmin 8000 manat pulu Nərimanovda yerləşən ATM vasitəsilə çıxararaq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanışı Ceyhunun vasitəsilə tanımışdır. Ceyhunun bilavasitə makler fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 2024-cü ilin may ayının 5-də “Azərenergetika”-dan Mingəçevir-Ağsu yolunda yerləşən 1100 ədəd istismara yararsız işıq dirəklərinin sökülməsi üçün icazə ala biləcəyini Xəyala bildirmiş və bunun müqabilində 50000 manat pul istəmişdir. Həmin təklif Xəyala sərfəli gəldiyindən onunla bu barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Xəyal ilə görüşmüş, həmin vaxt onların yanında Ceyhun və Xəyalın tanışı Siyavuş da orada olmuşdur. Həmin şəxslərin yanında 30000 manat pulu Xəyaldan alaraq sayıb özünə götürmüşdür. Bundan sonra, qalıq qalan 20000 manat məbləğində pulun köçürülməsi məqsədilə Xəyala “Unibank Albalı”-ya məxsus 5243-7544-1830-7318 saylı kart hesabını göndərmişdir.xx.xx.2025-ci il tarixdə Xəyal müxtəlif saatlarda onun kart hesabına 5000 manat, 5000 manat, 2200 manat, 800 manat, 3900 manat, 3100 manat olmaqla ümumilikdə 20000 manat pul göndərmiş, qısa zaman ərzində icazə məsələsini həll edəcəyini desə də, bu istiqamətdə heç nə etməmiş və nəticə etibarilə Xəyalın 50000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Dələduzluq yolu ilə ələ keçirdiyi pulları heç kəsə verməmiş, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 2024-cü ilin aprel ayında tanışı Ceyhun adlı şəxsin vasitəsilə tanımışdır. Elbəyiyə özünü DTX əməkdaşı kimi təqdim edərək yaxşı əlaqələrinin olduğunu bildirmiş və ona nə köməklik lazım olarsa edə biləcəyini demişdir. Bu zaman Elbəyi ona sosial ev növbəsinə yazıldığını bildirərək bu istiqamətdə köməyə ehtiyacı olduğunu demiş, bu məsələni həll edə biləcəyini deyərək Elbəyidən 5000 manat müqabilində pul istəyərək növbəni qabağa çəkəcəyini bildirmişdir. Elbəyini bu sözlərlə inandırmış, Elbəyi də xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onun “Unibank Albalı”-ya məxsus 5243-7544-1830-7318 saylı kart hesabına 2000 manat pul göndərmişdir. Bundan sonra həmin günün sabahı, yəni xx.xx.2024-cü il tarixdə Elbəyi onun kart hesabına 1000 manat da atdıqdan sonra ümumilikdə 3000 manat pulu onun kart hesabına köçürmüşdür. Həmin pulları əldə etdikdən sonra Elbəyiyə qalan 2000 manat pulun işin həll olacağı təqdirdə veriləcəyini demiş, Elbəyi də buna razılaşmışdır. Elbəyidən almış olduğu 3000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Elbəyi pulu verdikdən sonra ona dəfələrlə işlə bağlı zəng etsə də Elbəyini müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışmışdır. Bundan başqa, tanışı X3 ilə birlikdə həmyerlisi İsmayıllı rayonu Diyallı kənd sakini Zərərçəkmiş şəxs4 X1 Nazirliyində yüksək vəzifədə işləyən şəxslərlə aralarında olan yaxın əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs4 X6 idarəsinə rəis müavini vəzifəsinə təyin etdirə biləcəklərini və buna real imkanlarının olduğunu vəd verərək, ilkin olaraq 2023-cu ilin avqust ayında 1000 manat, sonra isə 10000 manat pulunu alaraq ümumilikdə 11000 manat pulu əldə etmişlər. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs4 işini düzəltməmişlər. Ona bu işdə hər hansı bir köməklik göstərməmişlər. Cinayət işi üzrə bütün zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan onun tərəfindən tam olaraq ödənilmiş, onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Törətdiyi əməllərindən peşmandır. Onun himayəsində 3 azyaşlı uşaqları vardır. Bu səbəbdən barəsində xx.xx.2025-ci il tarixli amnistiya aktının tətbiq edilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Avşar kəndində yaşayır. Həyat yoldaşı X5 1 saylı Avşar kənd orta məktəbində ibtidai sinif müəllimidir. Ağcabədi rayon Təhsil Şöbəsindən Arzu Əsədovaya müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı imtahanın xx.xx.2024-cü il tarixdə Ağcabədi rayon 11 saylı məktəbdə keçiriləcəyini bildirmişlər. Həmin imtahanda keçid balı 30 olmuş, Arzu isə həmin imtahandan 28 bal toplayaraq kəsilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə həmkəndlisi Şahid1 ilə Avşar kəndində görüşən zaman Röyaldan bu barədə ona köməklik göstərməsini xahiş etmiş, Röyal da ona Vidadi adlı tanışının olduğunu, Vidadinin vasitəsilə bu işi həll edə biləcəyini demişdir. Ondan sonra Röyal şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun tanımadığı Anar adlı şəxsin şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, Röyal telefonla danışan zaman Anar adlı şəxsin bu işi düzəldə biləcəyini demiş və bunun müqabilində 8000 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman Anar ondan şəxsi kabinetdə olan sənədləri istəmişdir. Daha sonra Anar “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə kart hesab nömrəsi atmış, kart hesab nömrəsini aldıqdan sonra Ağcabədi şəhər Tofiq İsmayılov küçəsində yerləşən “Araz Market”-dəki “eManat” terminalı vasitəsilə 8000 manat pulu Anarın göndərdiyi **********364575 saylı “KapitalBank”-a aid karta atmışdır. Pulu həmin karta atdıqdan sonra qəbzin şəklini “Whatsapp” vasitəsilə Röyala göndərmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə işin nə yerdə olduğunu öyrənmək üçün Röyala zəng etmiş, Röyal da ona Anarla danışdığını, hər şeyin qaydasında olduğunu demişdir. Lakin iş düzəlməmişdir. Bundan sonra, Anara göndərdiyi 8000 manat pulun qaytarılmasını tələb etmiş, Anar müxtəlif bəhanələr gətirərək qısa zaman ərzində işin alınacağına dair söz vermişdir. Ona vurulmuş ziyan ibtidai istintaq müddətində tam olaraq ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs onu Mirdaməd adlı tanışının köməkliyi ilə X6 İdarəsinə rəis müavini vəzifəsinə işə düzəldəcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onun iş ilə əlaqədar olaraq 10000 (on min) manat vermək lazım olduğunu demişdir. 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edərək telefonu yanında saxlamağı və nahara kimi zəng gələcəyini demiş, elə həmin gün onun mobil telefonuna zəng olunmuş, zəng zamanı ona Mədəniyyət Nazirinin müavini Yusifova Səadət xanımın köməkçisi Leyla xanım olduğu bildirilmiş və onun avqust ayının 28-dən sonra qəbula çağrılacağını demişdir. Gələn zəngdən sonra Təqsirləndirilən şəxs 10000 (on min) manatın verilməsinin vacib olduğunu demişdir. 17 avqust 2023-cü ildə Təqsirləndirilən şəxs ilə Bakı şəhərinə getmiş, həmin gün pulu Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 174 də yerləşən Kapital Bankın ATM-dən 10000 (on min) manat pulu nağdlaşdıraraq öz şəxsi avtomobilində Təqsirləndirilən şəxs vermişdir. Həmin gün Təqsirləndirilən şəxs tanışı olan Seyid adı ilə təqdim etdiyi şəxs ilə 3-cü mikrorayon dairəsinin yaxınlığında “Başkənd” restoranında görüşmüşdür. Təqsirləndirilən şəxs ilk öncə həmin şəxslə ayrıca görüşmüş, daha sonra, onların əyləşdiyi masaya dəvət olunmuşdur. Söhbət zamanı Seyid adlı şəxs ona Təqsirləndirilən şəxs X6 İdarəsinə rəis təyin etdirəcəyini və onu da ora müavin göndərəcəklərini və bunun qarşılığında onun 30 (otuz) min manat verməli olduğunu bildirmişdir. Rayona qayıtdıqdan sonra Təqsirləndirilən şəxs ona onun işini görən adamların xeyir işi olduğunu, onun adından ora hədiyyə göndərmək lazım olduğunu deyərək təcili olaraq 1000 (min) manat pul verməyini istəmiş, o da pulun hazır olduğunu Təqsirləndirilən şəxs bildirdikdən sonra pulu kimin hesabına göndərmək lazım olduğunu soruşmuş, Təqsirləndirilən şəxs pulu İsmayıllı şəhərində “Qala” restoranının arxa hissəsində yerləşən evlərinə verməli olduğunu bildirmişdir. Bundan sonra, pulu Təqsirləndirilən şəxs evinə apararaq onun həyat yoldaşı Aygünə vermişdir. 28 avqust 2023-cü il tarixdə 16 avqust 2023-cü il tarixində gələn zəng ilə əlaqədar o, həmin nömrəyə zəng etmiş, lakin nömrənin bağlı olduğu onda şübhə yaratmışdır. Bundan sonra atası Şahid4 Mədəniyyət Nazirliyinə zəng edib əlaqə saxladıqdan sonra onlara məlum olmuşdur ki, işə düzəldilməsi məsələsində aldadılmışdır. Ona vurulmuş ziyan ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Buna görə də ona vurulmuş 11000 manat ziyanla bağlı Təqsirləndirilən şəxs və Mirdaməd Əsgərova qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etmiş olduğu Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında Ceyhun adlı şəxsin vasitəsilə tanımışdır. 05 may 2024-cü il tarixdə “Azərenergetika”-dan Mingəçevir-Ağsu yolundan yerləşən 1100 ədəd istismara yararsız işıq dirəklərinin söküntüsünə dair icazə ala biləcəyini ona bildirmişdir. O da tikinti işləri ilə məşğul olduğundan həmin dirəklərin dövlət rüsumunu ödəyərək oradan götürüb metal əritmə məntəqələrinə təhvil verib əvəzində tikinti materialları almaq planı olmuşdur. Təqsirləndirilən şəxs həmin icazənin alınması üçün 50000 manat pul lazım olduğunu ona bildirmiş, həmin təklif onun üçün sərfəli olduğundan Anar ilə bu barədə razılaşmışdır. Bu məqsədlə 13 may 2024-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi küçəsi ərazisində axşam saatlarında Anar, Ceyhun və onun tanışı olan Siyavuş ilə birlikdə görüşmüşlər. Adlarının qeyd olunduğu şəxslərin iştirakı ilə o, 30000 manat nağd pulu Anara təqdim etmiş, Anar da həmin pulu sayaraq orada götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi “Unibank Albalı”-ya məxsus 5243-7544-1830-7318 saylı kart hesabına 15 may 2024-cü il tarixdə saat 14:52:26-da Nərimanov rayonu, X10 küçəsi 153 ünvanında yerləşən “Bolmart” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 5000 manat, 15 may 2024-cü il tarixdə saat 14:57:13-də Nərimanov rayonu, X10 küçəsi 153 ünvanında yerləşən “Bolmart” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 5000 manat, 15 may 2024-cü il tarixdə saat 14:58:59-da Nərimanov rayonu, X10 küçəsi 153 ünvanında yerləşən “Bolmart” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 2200 manat, 15 may 2024-cü il tarixdə “ABB” bank mobil tətbiqi vasitəsilə 800 manat, 15 may 2024-cü il tarixdə saat 17:15:21-də Binəqədi rayonu, Ş.Məmmədov küçəsində yerləşən “ 2 Bravo” mağazasında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 3900 manat, 15 may 2024-cü il tarixdə saat 19:36:35-də Binəqədi rayonu, Atatürk prospekti, 65 B ünvanında yerləşən “Premier” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 3100 manat olmaqla ümumilikdə 50000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs da ona təxminən 12 gün ərzində işin həll oluna biləcəyini bildirmişdir. Həmin vaxt gəlib çatdıqdan sonra o, işin həll olunmadığını görərək Anarla əlaqə saxlamış, Anar da ona narahatlığa heç bir əsasın olmadığını, yaxın zamanda hər şeyin yoluna düşəcəyini ona bildirərək işin həll olunması üçün verilmiş pulları başqa adamlara verdiyini bildirmişdir.O, artıq bu işin alınmayacağını başa düşmüş, Anardan həmin pulları tələb etməyə başlamış, Anar da həmin 50000 manat puldan 20000 manatını geri qaytarsa da, qalıq qalan 30000 manatı geri qaytarmamışdır. Bundan sonra Anar müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa və onunla görüşməkdən yayınmağa çalışmış və nəticə etibarilə qalıq qalan 30000 manat pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 2a, mənzil 32-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Məmmədov küçəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Onun maddi vəziyyəti yaxşı olmadığına görə, eləcə də İİİ qrup gözdən əlil olduğuna və Qarabağ veteranı olduğuna görə 2021-ci ilin mart ayında sosial ev almaq məqsədilə sosial ev növbəsinə yazılmışdır. 2024-cü ilin aprel ayında tanışı Ceyhun adlı şəxsin vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək ona yaxşı əlaqələrinin olduğunu, eləcə də Prezident Aparatında tanışlarının olduğunu bildirmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs sosial ev növbəsinə yazıldığını bildirirərək ev almaqda ona köməklik göstərməsini xahiş etmiş, Anar da buna etiraz etməmiş və ona sosial ev almaqda köməklik edəcəyini, 5000 manat müqabilində növbəni qabağa çəkdirəcəyinə, yəni növbədənkənar sosial ev almağı üçün köməklik edə biləcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs bu dediklərinə inandığı üçün xx.xx.2024-cü il tarixdə saat 23:10-da Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evdə olarkən mobil telefonunda olan mobil tətbiq vasitəsilə özünə məxsus, “Unibank”-a aid 4098-5844-6839-6419 nömrəli Leobank kartından 2000 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi “Unibank”-a aid 524375xxxx7318 nömrəli Leobank kartına, eləcə də xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən “Unibank”-a aid 4098-5844-6839-6419 nömrəli Leobank kartından 1000 manat pulu Təqsirləndirilən şəxs həmin 524375xxxx7318 nömrəli Leobank kartına göndərmiş, qalan 2000 manat pulu da iş həll olduqdan sonra verəcəyi haqda Anarla razılığa gəlmişdir. Anar sosial ev almaq məsələsini 3 ay müddətində həll edəcəyinə dair söz versə də, bundan sonrakı vaxtlarda o, Anarla dəfələrlə əlaqə saxlamağına baxmayaraq vədinə əməl etməmişdir. O da aldanıldığını başa düşərək DİN-in 102 xidmətinə və Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət etmişdir. O həmin 3000 manat pulu Təqsirləndirilən şəxs növbədən kənar sosial ev almaq məqsədilə vermişdir. Təqsirləndirilən şəxs ondan almış olduğu 3000 manat pulu kimə verəcəyi barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. İsmayıllı rayon Ağbulaq kənd orta məktəbində fransız dili müəllimi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2008-ci ildə ailə qurmuş, birgə nigahlarından 3 övladları vardır. 2022-ci ilin dekabr ayında, dəqiq tarixi xatırlamadığı gündən həyat yoldaşı Təqsirləndirilən şəxs İsmayıllı Regional Mədəniyyət İdarəsinə rəis vəzifəsinə düzəlmək üçün çalışdığından məlumatı olmuş, bunu Anar özü ona demiş, lakin Anarın işə düzəlməsində ona kimlərin köməklik edəcəyini bilməmişdir. Anar ona bu barədə heç bir söz deməmişdir. Öz aralarında söhbət edərkən Anarın dostu Şamo adlı şəxslə birlikdə eyni idarəyə işə düzələcəyini demişdir. Lakin işə düzəlmək üçün pulu kimin verdiyini, hansı məbləğdə pul verildiyini və pulun kimlərə verildiyi barəsində heç bir məlumatı olmamışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Anar istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, dostu Şamonun yaşadıqları evə 1000 (min) manat pul gətirib verəcəyini bildirmiş və onun həmin pulu götürməyini istəmişdir. Anardan həmin pulun nə məqsədlə ona verildiyini, pulun kimə veriləcəyini soruşmamışdır. Həmin gün Şamo yaşadıqları evə gələrək 1000 (min) manat pulu ona vermiş, o da pulu Şamodan götürüb evə qoymuş, pulun nə məqsədlə verilməsi barəsində Şamo da ona heç bir söz deməmişdir. Gecə saatlarında Anar evə gələrkən o, həmin pulu Anarın özünə vermişdir. 2023-cü ilin oktyabr ayında qeyd olunan işlə bağlı həyat yoldaşı Təqsirləndirilən şəxs və qayınatası Azər Abbasov barəsində şikayət olunduğunu öyrənmişdir. Məhkəmə iclasında Şahid4 Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Mirdaməd Əsgərov barəsində araşdırmanın davam etdirilməsi üçün Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Göyçay rayon İcra hakimiyyəti başçısının Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan olmaqla (xx.xx.2009-cu, xx.xx.2012-ci və xx.xx.2017-ci il təvəllüdlü) üç uşağı vardır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; təkrar; xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, şahid ifadələri ilə yanaşı, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 8000 manat ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs və onun tanışı Mirdaməd Əsgərov tərəfindən ona vurulmuş 11000 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ona ödənilmişdir. 11000 manat maddi ziyanla bağlı Mirdaməd Əsgərova və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarını tətbiq edərək cinayət məsuliyyətindən azad etməklə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının çıxışını nəzərə alaraq və iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, az ağır cinayət əməli olmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndləri tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində törətdiyi əmələ görə qeyd olunan amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Ona görə də məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından görünür ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-109/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-109/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver