Məhkəmə qərarları › İş №1(017)-113/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-113/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-113/2024 08.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 77 33 095829 nömrəli sürücülük vəsiqəsini istintaqa məlum olmayan yer, vaxt və şəraitdə əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa, o 11 yanvar 2023-cü il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1,” kateqoriyalı 77 33 095829 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsini 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülük vəsiqəsi almaq istəmişdir. 2022-ci ilin dekabr ayının ortalarında qohumu X4 ilə birlikdə ad günü məclisində iştirak etmiş və Feruzla söhbət edən zaman sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Feruz Şükürov sürücülük vəsiqəsi almaq üçün ona kömək edəcəyini demiş və həmçinin bildirmişdir ki, sürücülük vəsiqəsi almaq üçün 500- 600 manat pul lazımdır. Sürücülük vəsiqəsi almaq üçün Feruza 570 manat pul vermiş və bundan bir neçə gün sonra, yəni 2023-ci ilin yanvar ayının əvvəllərində Feruzla görüşmüş, Feruz onun adına hazırlanmış Rusiya Fedarasıyasının sürücülük vəsiqəsini ona vermişdir. Həmin vaxt Feruza vəsiqənin saxta olmasını, Rusiya Fedarasiyasına getmədən sürücülük vəsiqəsi almasını bildirərkən Feruz narahat olmamasını ona demişdir. Bundan sonra, həmin sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirmək üçün 11 yanvar 2023-ci il tarixdə Ağcabədi şəhərində yerləşən “Asan Xidmət” mərkəzinə müraciət etmiş və Azərbaycan Respublikasına məxsus, 1 il etibarlılıq müddəti olan sürücülük vəsiqəsi almışdır. 2024-cü ilin yanvar ayında “ASAN Xidmət” tərəfindən ona müvəqqəti verilmiş sürücülük vəsiqəsinin müddəti bitdiyindən yenidən “ASAN Xidmətə” yaxınlaşaraq yenidən müvəqqəti sürücülük vəsiqəsi almaq istəmiş və həmin vaxt sürücüvlük vəsiqəsinin saxta olmasını ona demişlər. Bundan sonra, sürücülük vəsiqəsinin saxta olmasını Feruza demiş və Feruz ondan qaçmışdır. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 05 fevral 2024-cü il tarixli 3-13-16/2-19717/2024 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, Təqsirləndirilən şəxs onun adına olan Rusiya Federasiyasının “77 33 095829” nömrəli nömrəli sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ilə dəyişdirilməsi üçün xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə təqdim etməklə Azərbaycan Respublikasının “B, B1, C, C1,” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Belə ki, müvafiq sorğu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “77 33 095829” nömrəli sürücülük vəsiqəsi Rusiya Federasiyasında verilməmişdir. Bu səbəbdən də, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yeni sürücülük vəsiqəsi verilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli, 3-16-16/2- 5/384/2024 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş “77 33 095829” nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş “77 33 095829” nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından saxta sürücülük vəsiqəsini hazırlayan, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 77 33 095829 nömrəli sürücülük vəsiqəsini istintaqa məlum olmayan yer, vaxt və şəraitdə əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsini əldə etməsi, 11 yanvar 2023-cü il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan yer, vaxt və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1,” kateqoriyalı 77 33 095829 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 11 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “B, B1, C, C1” kateqoriyalı “BC756579” nömrəli sürücülük vəsiqəsini 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 şəhəri, Üzeyir Hacıbəyli prospektində fəaliyyət göstərən Ağcabədi “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2018-ci il tarixli “77 33 095829” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli “BC756579” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı çəkməyə başladığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla üç yüz saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesablansın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2018-ci il tarixli “77 33 095829” nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli “BC756579” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar