Məhkəmə qərarları › İş №1(017)-116/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-116/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-116/2023 23.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi şəhəri F.Əlizadə küçəsi, ev 104-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 16 fevral 2023-cü il tarixdə Ağcabədi rayonu Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunub inzibati qaydada tutma tətbiq olunarkən şöbənin növbətçi hissəsində həmin tarixdə saat 18:50-dən başlayaraq baxış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli cins şalvarın kəmərinin sağ yan hissəsindən qəsdən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir, üç azyaşlı uşağı var. xx.xx.2023-cü il tarixdə Ağcabədi RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid1 qaynı X3 zəng edib polis şöbəsinə gəlməyini bildirmişdir. Həmin vaxt Orxanla bir yerdə olduğu üçün Orxandan telefonu alıb İlkinlə özü danışaraq nə məsələ olduğunu soruşmuşdur. İlkin isə ona bildirmişdir ki, sənət var gəlsin ona imza edib getsin. Bundan sonra İlkinə narahat olmamasını, Orxanı özünün gətirəcəyini demişdir. Həmin gün saat 16 radələrində Orxanla birlikdə polis şöbəsinə gəlmişdir. Orxanı polis şöbəsində saxlayaraq Bakı şəhər Binəqədi rayon polis şöbəsindən gəlib onu aparacaqlarını bildirmişlər. Buna görə İlkinə iradını bildirərək belə bir şey var idisə onu niyə bu işə alət etdin sözün demişdir. Bu səbəbdən aralarında sözlə mübahisə olmuşdur. Əsəbiləşdiyi üçün səs-küy salmağa davam etmişdir. Bundan sonra onu İTB-nin rəisinin xidməti iş otağına dəvət edərək orada onu sakitləşdirməyə çalışmışlar. Daha sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş və üzərinə baxış keçirilən zaman sağ tərəfdən şalvarının kəmərində saxladığı bir ədəd qara rəngli cib bıçağını aşkar etmişlər. Üzərindən aşkar olunmuş bıçaq ekspertizaya göndərmək üçün qablaşdırılmışdır. Həmin bıçağı uzun müddətdir ki, özünü müdafiə etmək üçün üzərində saxlayır. Üzərində saxladığı bıçağı bir il bundan əvvəl Bakı şəhərindən yaşadığı Ağcabədi şəhərinə gələn zaman yolda yadında qalmayan mağazadan almış, həmin vaxtdan da üzərində saxlamışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, Ağcabədi rayon X8 Təhlükəsizlik Bölməsinin polis nəfəri vəzifəsində xidmət edir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanısa da onun Təqsirləndirilən şəxsla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 16 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqdi RPİ-dən CM-nin 234.1 maddəsi ilə axtarışda olan Ağcabədi şəhər sakini X3 zəng edib polis şöbəsinə gəlməsi üçün dəvət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonu Orxan İmanovdan alaraq onunla telefonda danışıb Orxanı nə üçün şöbəyə dəvət etdiyinin səbəbin soruşanda Orxan polis şöbəsinə gələr nə üçün dəvət olunduğu ilə tanış edər sözünü demişdir. Telman isə ona saat 15:00-dan sonra özünün götürüb gətircəyini demişdir. Orxan İmanov polis şöbəsinə gələndən sonra ona CM-nin 234.1-ci maddəsi ilə axtarışda olduğunu deyib axtarış qərarı ilə bağlı tanış etmişdir. Bundan sonra onu RPŞ-də saxlamışlar ki, Bakı şəhəri Binqədi RPŞ-nin əməkdaşları gəlib aparsınlar. Buna görə Təqsirləndirilən şəxs polis şöbəsində səs-küy edib tabesizlik göstərərək ictimai qaydanı pozmağa başlamışdır. Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsə də polisin qanuni tələbinə tabe olmayaraq yenə də öz hərəkətlərini davam etdirməyə başlamışdır. Bundan sonra şöbənin iş rejimini pozmağına və xırda xuliqanlıq etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmiş və saxlanılması üçün növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissədə üzərində olan əşyaları yoxlayan zaman onun şalvarında olan kəmərin sağ üst tərəfində bıçağa oxşar əşya olması müəyyən edilmişdir. Bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş və aidiyyəti üzrə Ağcabədi rayon X6 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının kəmərinin sağ tərəfində taxılı olan bir ədəd açılıb-qatlanan bıçağı təqdim edərək, həmin bıçağın özünə məxsus olduğunu, özünü müdafiə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bıçaq ekspertizaya göndərilmək üçün götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid2 ifadəsi ilə də təsdiq olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2023-cü il tarixli, 3/415 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və arayışdan görünür ki, 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı maddi sübut hesab edilmiş və saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli 422 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X11 Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı (xx.xx.2010, xx.xx.2012 və xx.xx.2014cü il təvəllüdlü) vardır. İş materiallarında olan 071970 nömrəli vəsiqənin surətindən görünür ki, X4 müharibə veteranıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, atası X1 müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşağının olmasını, atası X1 müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 64 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64 manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə isə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar