Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-116/2025 11.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X5 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakları ilə Təqsirləndirilən şəxs – (xx.xx.2003-cü il tarixdə Xocavənd rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xocavənd rayonunun Xocavənd kəndində qeydiyyatda olan və Ağcabədi rayonunun 556 saylı qəsəbəsi, bina 9, mənzil 57-də məskunlaşıb yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 14 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evə qanunsuz daxil olaraq, həmin evdən 200 manat dəyərində olan 01 ədəd “BORK” markalı elektrik soba, 200 manat dəyərində olan 01 ədəd “HOFFMANN” markalı ətçəkən kombaynı, 100 manat dəyərində olan 01 ədəd “Redmond” markalı şirəçəkən, 250 manat dəyərində olan 01 ədəd “Panasonic” markalı mikrodalğalı soba, 30 manat məbləğində olan 01 ədəd “Braun” markalı ütü, 170 manat məbləğində olan 01 ədəd “Bosh” markalı su qızdıran, 90 manat dəyərində olan 01 ədəd “Sumak” markalı su motoru, 90 manat dəyərində olan 01 ədəd “JYSK” markalı yorğan, 20 manat dəyərində olan 01 ədəd “Arawaza” markalı yataq örtüyü, biri 5 manat dəyərində olmaqla, birlikdə 60 manat dəyərində olan 12 ədəd “İleton” markalı əl-üz dəsmalı, biri 15 manat dəyərində olmaqla, birlikdə 90 manat dəyərində olan 06 ədəd “Giltex” markalı can dəsmalı, biri 25 manat dəyərində olmaqla, birlikdə 100 manat dəyərində olan 04 ədəd “Sarvagelli” markalı süfrə, biri 1 manat dəyərində olmaqla, birlikdə 32 manat dəyərində olan 32 ədəd “Frette” markalı əl dəsmalı, biri 3 manat olmaqla, birlikdə 96 manat dəyərində olan 32 ədəd “Emsan” markalı stəkan dəsmalı, bir dəsti 7 manat olmaqla, birlikdə 14 manat dəyərində olan 02 ədəd “Bony” markalı kişi corabı, biri 3 manat dəyərində olmaqla, birlikdə 6 manat dəyərində olan 02 ədəd “RR” markalı mayka, 25 manat dəyərində olan 01 ədəd “Safe Union” markalı paltar dəsti və biri 5 manat dəyərində olmaqla, birlikdə 20 manat dəyərində olan 04 ədəd “JYSK” markalı yastıq üzü oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1593 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 29 aprel 2025-ci il tarixdə səhər saatlarında ünvan 4-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan mənzilin eyvanından mənzilin içərisinə qanunsuz daxil olaraq qonaq otağında yerləşən 1099,99 manat dəyərində olan 01 ədəd “LG LED 55UQ81006LB” markalı televizor, 200 manat dəyərində olan 01 ədəd “Atlantik” markalı xalça, 231 manat dəyərində olan 01 ədəd 01 ədəd “Ho-me” markalı süfrə, 150 manat dəyərində olan 01 ədəd “Kilim” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 60 manat dəyərində olan 02 ədəd “Emsan” markalı əl-üz dəsmalı, 380 manat dəyərində 01 ədəd “Elit” markalı tozsovuran, 360 manat dəyərində olan 01 ədəd “Galaxy” markalı qazan, 260 manat dəyərində olan 01 ədəd “Kenwood” markalı elektron ət çəkən, 180 manat dəyərində olan 01 ədəd “LG” markal mikrodalğalı soba və 80 manat dəyərində olan 01 ədəd “Gorenje” markalı ütü oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3000,99 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 30 aprel 2025-ci il tarixdə axşam saatlarında Ağcabədi rayonu, 556 saylı qəsəbə, bina 10, mənzil 6-da yerləşən X2 məxsus olan mənzilin eyvanından mənzilin içərisinə qanunsuz daxil olaraq 300 manat dəyərində olan 01 ədəd “Vinsor” markalı tozsovuran, 300 manat dəyərində olan 01 ədəd “Vinsor” markalı mikser, 300 manat dəyərində olan 01 ədəd “Dessini” markalı ət çəkən, 280 manat dəyərində olan 01 ədəd “Kiwi” markalı termos, 180 manat dəyərində olan 01 ədəd “Sokany” markalı blinçik bişirən aparat, biri 90 manat dəyərində olmaqla, birlikdə 180 manat dəyərində olan 02 ədəd “Perla” markalı örtük (çexol) dəsti, biri 80 manat dəyərində olmaqla, birlikdə 160 manat dəyərində olan 02 ədəd “Lucia” markalı dəsmal dəsti və 200 manat dəyərində olan 01 ədəd “Bonera” markalı qazan dəsti oğurlayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1900 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 19 may 2025-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən, Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab olunan və yaşadığı binanın arxasında yerləşən yardımçı tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən biri 180 manat dəyərində olmaqla, birlikdə 360 manat dəyərində olan 02 ədəd “Hoffman” markalı ventilyator, 700 manat dəyərində olan 01 ədəd “Andeli Stabilizator” markalı motor gücləndiricisi və 60 manat dəyərində olan 01 ədəd “Globex” markalı hava nasosu oğurlayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 09 iyun 2025-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs5 ailə üzvlərilə birlikdə yaşadığı saxlanc yeri hesab olunan mənzilə qəsdən, həmin mənzilin eyvanından qanunsuz daxil olaraq həmin mənzilin yataq otağında sandıqda yerləşən və əl çantasının içərisində olan 2000 manat pul vəsaitini oğurlayaraq Zərərçəkmiş şəxs5 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 12 iyun 2025-ci il tarixdə saat 19 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən, Zərərçəkmiş şəxs6 Nemət qızına məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evinə, həmin evin nəfəsliyindən qanunsuz daxil olaraq, evdən biri 300 manat dəyərində olmaqla, birlikdə 600 manat dəyərində olan 02 ədəd mis samovar, 60 manat dəyərində olan “Happy HVT” markalı su motoru, 1200 manat dəyərində olan 01 ədəd “Elit” markalı xrustal qab dəsti və biri 175 manat dəyərində olmaqla, birlikdə 700 manat dəyərində olan 04 ədəd “Perla” markalı yataq dəsti oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 2560 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 27 iyun 2025-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs7 məxsus saxlanc yeri hesab olunan mənzilə qəsdən, həmin mənzilin eyvanından qanunsuz daxil olaraq, biri 1000 manat dəyərində olmaqla, birlikdə 2000 manat dəyərində olan 02 ədəd “Odunchu Fiona” markalı yataq dəsti və biri 500 manat dəyərində olmaqla, birlikdə 2000 manat dəyərində olan 04 ədəd “Odunchu Fiona” markalı paltar dəsti oğurlayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, qəsdən, tamah niyyətilə, xeyli miqdarda ziyan vurmaqla, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 14 iyul 2025-ci il tarixdə saat 23 radələrində Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən, X16 məxsus saxlanc yeri hesab olunan fərdi yaşayış evə qanunsuz daxil olaraq, həmin evin bağlı otağında yerləşən və Zərərçəkmiş şəxs8 məxsus biri 200 manat dəyərində olmaqla, birlikdə 600 manat dəyərində olan 03 ədəd “Samsung” markalı mikrodalğalı soba, 250 manat dəyərində olan 01 ədəd “Ninja” markalı çörək bişirən soba, biri 100 manat dəyərində olmaqla, birlikdə 200 manat dəyərində olan 02 ədəd “Sony” markalı tozsovuran, 50 manat dəyərində olan 01 ədəd “Hausberg” markalı qəhvə üyüdən, biri 50 manat dəyərində olmaqla, birlikdə 100 manat dəyərində olan 02 ədəd “Delta” markalı saç qırxan maşın, biri 40 manat dəyərində olmaqla, birlikdə 120 manat dəyərində olan 03 ədəd “Rettberg” markalı çaydan, biri 60 manat dəyərində olmaqla, birlikdə 240 manat dəyərində olan 04 ədəd “Beko” markalı elektrik çaydan, 400 manat dəyərində olan 01 ədəd “Vera” markalı elektrik samovar, biri 200 manat olmaqla, birlikdə 600 manat dəyərində olan 03 ədəd “Tramontina” markalı çuqun qazan, biri 50 manat dəyərində olmaqla, birlikdə 250 manat dəyərində olan 05 ədəd “West” markalı qranit tava, bir metri 100 manat dəyərində olmaqla, birlikdə 500 manat dəyərində olan 5 metr “Premium” markalı tül parçası, 150 manat dəyərində olan 01 ədəd “Beko” markalı buxar ütü, biri 150 manat dəyərində olmaqla, birlikdə 2700 manat dəyərində olan 18 ədəd “Mirvana Glory” markalı yataq dəsti, biri 20 manat dəyərində olmaqla, birlikdə 600 manat dəyərində olan 30 ədəd “Aryaza” markalı can dəsmalı, biri 10 manat dəyərində olmaqla, birlikdə 400 manat dəyərində olan 40 ədəd “Aryaza” markalı əlüz dəsmalı, biri 5 manat dəyərində olmaqla, birlikdə 165 manat dəyərində olan 33 ədəd “Aryaza” markalı stəkan dəsmalı, biri 25 manat dəyərində olmaqla, birlikdə 175 manat dəyərində olan 07 ədəd “Perla” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 180 manat dəyərində olan 06 ədəd sadə (markasız) ədyal, 55 manat dəyərində 01 ədəd “Puma” markalı kişi idman dəsti, biri 35 manat dəyərində olmaqla, birlikdə 105 manat dəyərində olan 03 ədəd “Bosch” markalı drel, 40 manat dəyərində olan 01 ədəd “Dexell” markalı dəmir kəsən aparat, biri 10 manat dəyərində olmaqla, birlikdə 200 manat dəyərində olan 20 ədəd “Diamond” markalı stəkan, biri 15 manat dəyərində olmaqla, birlikdə 450 manat dəyərində olan 30 ədəd “Diamond” markalı nəlbəki, 25 manat dəyərində olan 01 ədəd “Perla” markalı divan üzü, 70 manat dəyərində olan 01 ədəd “Berg” markalı çəngəl-blçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl), dəsti 1 manat dəyərində olmaqla, birlikdə 25 manat dəyərində olan 25 dəst kişi corabın (sadə, markasız) və biri 35 manat dəyərində olmaqla, birlikdə 70 manat dəyərində olan “Nike” markalı idman çantasını oğurlayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 8720 manat məbləğində maddi ziyan vurmaqla təkrar özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 evindən oğurluq edilməsi epizodları üzrə özünü təqsirli bilir. Həqiqətən də onların əmlaklarını gizli yolla talayaraq onlara maddi ziyan vurmuşdur. Onlardan oğurladığı əmlakları tanımadığı adamlara sataraq, əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Lakin, zərərçəkmiş şəxslər: X3, Zərərçəkmiş şəxs6 Nemət qızı, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 evindən oğurluq edilməsi epizodları üzrə özünü təqsirli bilmir. Onlarla bağlı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadəsini təsir və təzyiq altında vermişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 ona qarşı verdikləri mülki iddianı qəbul edir. Zərərçəkmiş şəxs8 ona qarşı verdiyi mülki iddianı qəbul etmir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 14 dekabr 2024-cü il tarixdə, saat 19 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış, səhəri gün evlərinə qayıtdıqda isə görmüş ki, evin qapısı aralanmış vəziyyətdədir. İçəri daxil olduqda, evindən oğurluq olduğunu başa düşmüşdür. Onun evindən 01 ədəd “BORK” markalı elektrik soba, 01 ədəd “HOFFMANN” markalı ətçəkən kombaynı, 01 ədəd “Redmond” markalı şirəçəkən, 01 ədəd “Panasonic” markalı mikrodalğalı soba, 01 ədəd “Braun” markalı ütü, 01 ədəd “Bosh” markalı su qızdıran, 01 ədəd “Sumak” markalı su motoru, 01 ədəd “JYSK” markalı yorğan, 01 ədəd “Arawaza” markalı yataq örtüyü, 12 ədəd “İleton” markalı əl-üz dəsmalı, 06 ədəd “Giltex” markalı can dəsmalı, 04 ədəd “Sarvagelli” markalı süfrə, 32 ədəd “Frette” markalı əl dəsmalı, 32 ədəd “Emsan” markalı stəkan dəsmalı, 02 ədəd “Bony” kişi corabı, 02 ədəd “RR” markalı mayka, 01 ədəd kişi üçün “Safe Union” markalı paltar dəsti və 04 ədəd “JYSK” markalı yastıq üzü oğurlayaraq ona maddi ziyan vurmuşdur. Həmin ziyanın məbləği ibtidai istintaqla ümumilikdə 1593 manat məbləğində vurulduğu müəyyən edilmişdir. Həmin an oğurluğun kim tərəfindən törədilməsini bilmirmiş, sonradan bilmiş ki, Ağcabədi rayonu, Xocavənd kəndi və 556 saylı qəsəbə ərazisində ev oğurluqları olur və sakinlər həmin oğurluqların Ağcabədi rayonu, 556 saylı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələndiyini demişlər. Sonradan oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edildi. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, gecələri çox vaxtı atası gildə qalır. Lakin öz evinə hər gün baş çəkir. Bir qayda olaraq, 28 aprel 2025-ci il tarixdə, saat 11 radələrində bir daha gəlib evinə baş çəkmiş, həmin vaxt evdə olan əşyaların hamısı yerində olmuşdur. 29 aprel 2025-ci il tarixdə gəlib evinə baxdıqda isə görmüş ki, evinə giriblər. Evə diqqətlə baxdıqda başa düşmüş ki, naməlum şəxs evinə daxil olaraq evindən oğurluq edib. Odur ki, naməlum şəxs qanunsuz olaraq evinə daxil olub, evin qonaq otağında yerləşən 1099 manat dəyərində olan 01 ədəd “LG” markalı televizoru, yataq otağında yerləşən 200 manat dəyərində olan 01 ədəd xalçanı və həmin otaqda yerləşən sandığın kilidinin sındırılması nəticəsində 01 ədəd 231 manat dəyərində olan süfrə dəsti, 150 manat dəyərində olan yataqdəsti, 01 ədədi 30 manat olmaqla, 02 ədəd əl-üz dəsmalı, 380 manat dəyərində olan 01 ədəd “Elit” markalı tozsovuranı, 360 manat dəyərində olan 01 “Galaxy” markalı qazan dəstini, 260 manat dəyərində olan 01 ədəd elektron ət çəkən maşını, 180 manat dəyərində olan 01 ədəd yemək qızdırıcısını və 80 manat dəyərində olan 01 ədəd ütünü oğurlayaraq ona maddi ziyan vurmuşdur. Həmin ziyanın məbləği ibtidai istintaqla ümumilikdə 3000,99 manat məbləğində vurulduğu müəyyən edilmişdir. Həmin an oğurluğun kim tərəfindən törədilməsini bilmirmiş, sonradan bilmiş ki, oğurluqlar Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadığı binanın arxasında özünə məxsus yardımçı tikilisi var, həmin tikilidə özünə məxsus təsərrüfat və məişət avadanlıqları saxlayır, və demək olar ki, hər gün həmin tikiliyə baş çəkirmiş. 18 may 2025-ci il tarixdə, saat 18 radələrində həmin yardımçı tikilidə olduğu zaman əşyaların hamısı yerində idi, lakin səhəri gün, səhər 10 radələrində, həmin tikiliyə yaxınlaşdıqda görmüş ki, tikilinin arxa qapısının kilid hissəsi sındırılmış vəziyyətdədir. İçəri daxil olduqda isə görmüş ki, həmin tikilidə olan əşyalar oğurlanıb. Yardımçı tikilidən hər biri 180 manat dəyərində olan 02 ədəd “Hoffman” markalı ventilyator, 700 manat dəyərində olan “Andeli Stabilizator” markalı motor gücləndiricisi və 01 ədəd 60 manat dəyərində “Globex” markalı hava nasosunu oğurlanaraq ona ümumilikdə 1120 manat məbləğində maddi ziyan dəymişdir. Sonra Ağcabədi rayon Polis şöbəsinə şikayət etmişdir. Müəyyən olunmuşdur ki, oğurluqlar Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 09 iyun 2025-ci il tarixdə saat 18 radələrində onunla birlikdə yaşayan oğlu Pərvin Ağcabədi rayonu ərazisində yerləşən Versal şadlıq sarayına toy mərasiminə getmiş, gəlini və nəvələri isə iki gün olardı ki, Ağdam rayonunda, Alıbəyli qəsəbəsinə getmişlər. Həmin gün saat 20 radələrində arvadı X19 ilə gəlinlərini anası gildən götürüb evlərinə gətirmək üçün Ağdam rayonu, Alıbəyli qəsəbəsinə getmişlər. Saat 22 radələrində onlar evlərinə qayıtmışlar. Evə qayıdıb yataq otağında paltarını dəyişəndə hiss etmiş ki, içərisində saxladığı 2000 manat pul vəsaiti olan sandıq yerindən tərpənib, həmçinin həmin otaqda olan eyvanın qapısı və pəncərəsi aralanmış vəziyyətdədir. Bunu görən kim əlini sandığa atıb pulu yoxlamaq istədikdə görmüş ki, pullar sandıqda yoxdur. Bundan sonra oğlu toydan çıxıb evə qayıtdıqdan sonra isə DİN-nin 102 xidmətinə evlərindən 2000 manat pul vəsaitinin oğurlanması barədə məlumat vermişdir. Müəyyən olunmuşdur ki, oğurluqlar Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, tez-tez Ağdam rayonu, Ergi ərazisində yaşayan oğlu gilə arvadı ilə birlikdə gedir və çox vaxt qonaq getdikdə 1-2 gün oğlu gildə qalırlar. 25 iyun 2025-ci il tarixdə oğlunun yaşadığı evdən öz evinə gələndə hər şey qaydasında olmuşdur. Həmin gün bir daha arvadı X7 ilə oğlu gilə Ağdam rayonuna getmiş və 27 iyun 2025-ci il tarixdə, saat 12 radələrində qayıtdıqda görmüş ki, yaşadıqları mənzilin qapısı açıq vəziyyətdədir, içəri daxil olduqda isə evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüşdür ki, evə oğru daxil olub. Onun evindən 02 ədəd “Odunchu Fiona” yataq dəsti və 04 ədəd “Odunchu Fiona” markalı paltar dəsti (xanımlar üçün) oğurlanmış, ona ümumilikdə 4000 manat məbləğində maddi ziyan dəymişdir. Sonra Ağcabədi rayon Polis şöbəsinə şikayət etmişdir. Müəyyən olunmuşdur ki, oğurluqlar Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, X23 onun bacısının əridir, onlar Rusiya Fedarasiyasında yaşayır. Bacımın əri X21 rayon Xocavənd kəndində olan evini 2024-cü ilin sentyabr ayında Xocavənd kənd 1 saylı tam orta məktəbində müəllim işləyən Zərdab rayon sakini X10 ayı 100 manata kirayə vermiş və həmin vaxt Taleh İsmayılova bildirmiş ki, evin 1 otağının qapısı bağlıdır həmin otaqda özünə məxsus əşyaları var. Bundan sonra həmin evə özü və Şahid3 nəzarət etmişdir. 16 iyul 2025-ci il tarixində saat 17:00 radələrində Rusiya Federasiyasında yaşayan yeznəsi Vaqif Əliyev ona zəng etmiş və bildirmiş ki onların kirayə verdikləri evdən oğurluq olubdur. Bundan sonra Şahid3 zəng etmiş və Şahid3la həmin evə getmiş və qapıya daxil olan zaman həyətdə Taleh İsmayılovun arvadının nənəsi Məleykə Quliyevanın olduğunu görmüşdür. Ondan soruşan zaman bildirmiş ki evin qapısı açıqdı, evi dağıdıblar. Bundan sonra onlar həyətə baxan zaman həyətdə evin əşyalarının yığıldığını görmüş. Bundan sonra evin içinə daxil olmuş və evin bağlı olan otağında olan sandıqların içərisinin dağıldığını görmüş. Taleh İsmayılov qaldığı otaqlara daxil olan zaman sonuncunun otağının dağılmadığını görmüşdür. Evə baxan zaman evdən, əşyaları olduğu bağlı otaqdan 03 ədəd “Samsung” markalı mikrodalğalı soba, 01 ədəd “Ninja” markalı çörək bişirən soba, 02 ədəd “Sony” markalı tozsovuran, 01 ədəd “Hausberg” markalı qəhvə üyüdən, 02 ədəd “Delta” markalı saç qırxan maşın, 03 ədəd “Rettberg” markalı çaydan, 04 ədəd “Beko” markalı elektrik çaydan, 01 ədəd “Vera” markalı elektrik samovar, 03 ədəd “Tramontina” markalı çüqun qazan, 05 ədəd “West” markalı qranit tava, 05 metr “Premium” markalı tül parçası, 01 ədəd “Beko” markalı buxar ütü, 18 ədəd “Mirvana Glory” markalı yataq dəsti, 30 ədəd “Aryaza” markalı can dəsmalı, 40 ədəd “Aryaza” markalı əl-üz dəsmalı, 33 ədəd “Aryaza” markalı stəkan dəsmalı, 07 ədəd “Perla” markalı yataq dəsti, 06 ədəd sadə (markasız) ədyal, 01 ədəd “Puma” markalı kişi idman dəsti, 03 ədəd “Bosch” markalı drel, 01 ədəd “Dexell” markalı dəmir kəsən aparatı, 20 ədəd “Diamond” markalı stəkan, 30 ədəd “Diamond” markalı nəlbəki, 01 ədəd “Perla” markalı divan üzü, 01 ədəd “Berg” markalı çəngəl-blçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl), 25 ədəd (dəst) kişi corabı (sadə, markasız) və 02 ədəd “Nike” markalı idman çantasını oğurlanaraq, ona maddi ziyan dəymişdir. Həmin ziyanın məbləği ibtidai istintaqla ümumilikdə 8720 manat məbləğində vurulduğu müəyyən edilmişdir. Sonra Ağcabədi rayon Polis şöbəsinə şikayət etmişdir. Müəyyən olunmuşdur ki, oğurluqlar Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, 30 aprel 2025-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə getmişdir. O, evə nəzarəti bacısı Aybənizə tapşırmış və getmişdir. 05 may 2025ci il tarixdə bacısı evə gələn zaman evin giriş qapısının açıq olmasını görmüşdür. Bundan sonra evə daxil olub əlavə baxış keçirəndə evdə ilk öncə ətçəkən maşın və mikserin olmadığını görmüşdür. Bundan sonra Aybəniz ona zəng edərək bu barədə məlumat vermişdir. O da Aybəniz ona bu barədə məlumat verdikdən sonra evindən əşyaların oğurlanması ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. 07 may 2025-ci il tarixdə o, ailəsi ilə birlikdə evlərinə qayıdan zaman həyat yoldaşı Solmaz evə baxış keçirən zaman 300 manat dəyərində olan 01 ədəd “Vinsor” markalı tozsovuran, 300 manat dəyərində olan 01 ədəd “Vinsor” markalı mikser, 300 manat dəyərində olan 01 ədəd “Dessini” markalı ət çəkən, 280 manat dəyərində olan 01 ədəd “Kiwi” markalı termos, 180 manat dəyərində olan 01 ədəd “Sokany” markalı blinçik bişirən aparat, biri 90 manat dəyərində olmaqla, birlikdə 180 manat dəyərində olan 02 ədəd “Perla” markalı örtük (çexol) dəsti, biri 80 manat dəyərində olmaqla, birlikdə 160 manat dəyərində olan 02 ədəd “Lucia” markalı dəsmal dəsti və 200 manat dəyərində olan 01 ədəd “Bonera” markalı qazan dəstin oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 Nemət qızı ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən X13 xəstəxanasında həkim-qastroenteroloq işləyir. Bakı şəhərində yaşasa da, əlavə olaraq Ağcabədi rayonu, Xocavənd kəndində fərdi yaşayış evi var, həmin evdə heç kəs yaşamır, lakin buna baxmayarq həmin evdə özünə məxsus məişət avadanlıqları və digər əşyalar vardır. O, ara-bir həmin evə baş çəkirmiş. Sonuncu dəfə həmin evə 2025-ci ilin may ayında baş çəkmiş, həmin vaxt əşyaların hamısı evdə imiş. 15 iyul 2025-ci il tarixdə əmisi X24 ona telefonla zəng edərək, evinin qapısının qırıq olmasını, evindən əşyaların oğurlanmasını bildirmişdir. O da bunu eşidən kimi dərhal Bakıdan Ağcabədi rayonu, Xocavənd kəndinə gəlmiş ki, görsün həmin evdən nə oğurlanıb. Evə daxil olduqda görmüş ki, naməlum şəxs qanunsuz olaraq evinə daxil olmuş, evindən biri 300 manat olmaqla 02 ədəd mis samovar, 01 ədəd 50 manat dəyərində olan “Happy HVT” markalı su motoru, 01 ədəd 1200 manat dəyərində olan “Elit” markalı xrustal qab dəsti və biri 175 manat olmaqla 04 ədəd “Perla” markalı yataq dəstini oğurlayaraq ümumilikdə ona 2550 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin an oğurluğun kim tərəfindən törədilməsini bilmirmiş, sonradan bilmiş ki, Ağcabədi rayonu, Xocavənd kəndi və 556 saylı qəsəbə ərazisində ev oğurluqları olur və sakinlər həmin oğurluqların Ağcabədi rayonu, 556 saylı qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsindən şübhələndiyini demişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Qızı onun yaşadığı qəsəbədə yaşayır və çox vaxtı gecələri onun evində qalır, səhərlər isə ünvan 4 ünvanında yerləşən evinə qayıdır. 29 aprel 2025-ci il tarixdə, 10-11 radələrində qızı gecəni onun evində qaldıqdan sonra, evinə getmiş. Evinə gəldikdə isə həmin evdən əşyaların oğurladığını görmüşdür. Qızı bu barədə ona məlumat vermişdir. O isə DİN-nin 102 xidmətinə qızının evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra qızının yaşadığı evə getmiş və görmüş ki, qızının evindən 01 ədəd “LG LED 55UQ81006LB” markalı televizor, 01 ədəd “Atlantik” markalı xalça, 01 ədəd “Ho-me” markalı süfrə dəsti, 01 ədəd “Kilim” markalı yataq dəsti, 02 ədəd “Emsan” əl-üz dəsmalı, 01 ədəd “Elit” markalı tozsovuran, 01 ədəd “Galaxy” markalı qazan dəsti, 01 ədəd “Kenwood” markalı elektron ət çəkən maşını, 01 ədəd “LG” markal mikrodalğalı soba və 01 ədəd “Gorenje” markalı ütü oğurlanmışıdr. Oğurluq nəticəsində qızına 3000,99 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan bilmiş ki, həmin oğurluğu törədən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 09 iyun 2025-ci il tarixdə saat 18 radələrində Ağcabədi rayonu ərazisində yerləşən Versal şadlıq sarayına toy mərasiminə getmişdir. Həyat yoldaşı və övladları isə iki gün olardı ki, Ağdam rayonun, Alıbəyli qəsəbəsində idilər. Həmin gün saat 20 radələrində, atası və anası X19 ailəsini götürüb evlərinə gətirmək üçün Ağdam rayonu, Alıbəyli qəsəbəsinə getmişlər. Saat 22 radələrində onlar evə çatmışlar. O da həmçinin toydan evə gəlmişdir. Evə gələndə anası yataq otağında paltarın dəyişəndə, balkonun pəncərəsinin aralanmış vəziyyət olduğunu, bundan başqa həmin otaqda olan sandığın tam olaraq yerində olmadığını görüb evdə kənar şəxsin olduğundan şübhələnmişdir. Bundan sonra atası ilə anası həmin otaqda olan sandığa baxmışlar. Baxdıqda görüblər ki, həmin sandıqda olan və balaca əl çantasının içərisində saxlanılan 2000 manat pul vəsaitləri yerində deyil. Onlar da başa düşmüş ki, evlərindən sandıqda olan 2000 manat pul vəsaitini oğurlamışlar. Oğurluq barədə DİN-nin 102 zəng xidmətinə və Ağcabədi RPŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 16 iyul 2025-ci il tarixdə DİN-nin 102 zəng xidmətinə və Ağcabədi RPŞ-nə ərizə ilə Rusiya Federasiyasında yaşayan dayısı X14 evindən oğurluq olunması barədə o məlumat vermişdir. Dayısının Ağcabədi rayon Xocavənd kəndində olan evini dayısı baldızı Zərərçəkmiş şəxs8 2024-cü ilin sentyabr ayında Xocavənd kənd 1 saylı tam orta məktəbində müəllim işləyən Zərdab rayon sakini X10 ayı 100 manata kirayə vermişdir. Bundan sonra həmin evə o və dayısının baldız Zərərçəkmiş şəxs8 nəzarət etmişdir. Rusiya Federasiyasında yaşayan dayısı Vaqif Əliyevin evinin bir otağı açarla bağlı şəkildə kirayə verilib və həmin otaqda Zərərçəkmiş şəxs8 öz əşyaları olmuşdur. 16 iyul 2025-ci il tarixində dayısı baldızı Zərərçəkmiş şəxs8 ona zəng etmiş və bildirmiş ki, dayısı Vaqif Əliyevin kirayə verilən evinə kənar şəxs daxil olub. Həmin evə getmiş və orada ev əşyalarının evin həyətində olan hasarlarının kənarlarına yığıldığını görmüşdür. Onlar daha sonra evə daxil olan zaman evin dağıldığını və həmin evdə Zərərçəkmiş şəxs8 şəxsi əşyalarının yığıldığı və bağlı olan otağının dağıldığını görmüşlər. Bundan sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X8 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Pambıq alağına özünə məxsus QAZ avtomobili ilə adam aparıbgətirir. Təxminən 2025-ci ilin may ayının axırında, evdə olduğu zaman arvadı X15 ona demiş ki, həmkənldiləri X4 WhatsApp sosial şəbəkəsində “statusa” cehizlik əşyalarını paylaşmışdır. Onların da iki qızları nişanlı olduqlarından, qərara gəlmiş ki, arvadı Şəhanənin qapısına gedib həmin paylaşılan əşyalara baxsın. Həmin gün arvadı gedib həmin əşylara baxıb müəyyən gedər əşyaları alıb evə gətirmişdir. Arvadı evə yataq dəsti, qazan, əl-üz dəsmalı, stakan dəsmalı, ütü və digər hazırda xatırlamadığım əşyaları evə gətirmişdir. Danışıqlarına uyğun olaraq arvadı həmin əşyalara görə ümumilikdə 140 manat pul verəcəkdi. Həmin məbləği isə o, hissə-hissə olaraq Şəhanə gilə vermişdir. Həmin məbləği hazırda tam olaraq ödəmişdir. Bundan sonra bilmiş ki, onlar aldığı əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalardı. Bunu biləndən sonra arvadı Şəhanə ilə əlaqə saxlasa da, o, həmin əşyaların oğurluq olduğundan xəbəri olmadığını bildirmişdir. Hazırda həmin əşyaların hamısı onun evindədir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X4 ifadəsində göstərmişdir ki, “Putin” ləqəbli Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Əvvəllər onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2025-ci ilin dəqiq xatırlamadığı tarixində, yəni həmin ilin may ayında Putin yoldaşı X11 zəng edərək bildirmişdir ki, ucuz qiymətə ev əşyaları var, həmin əşyaları yeznəsi Qarabağdan gətirdiyini bildirmişdir. Odur ki, Elsevər əri Müşviqlə münasibətləri olduğundan, Elsevər Müşviqdən xahiş etmişdir ki, həmin əşyalar onların evinə gətirilsin və onlar həmin əşyaları həmkəndlilərinə və digər şəxslərə sataq. Onlar da buna razılaşmışlar. Dəqiq xatırlamadığı tarixdə, səhv etmirsə may ayında, Elsevər onların evinə ev əşyaları gətirmişdir. Həmin əşyaları onlar yaşadıqları evin yataq otağına yerləşdirmişlər. Həmin əşyalar cehizlikdən (dəsmal, pastel dəsti, əl dəsmalı, duxovka və sair) ibarət idi. Həmin əşyaların içərisində duxovkanı bəyəndiyindən, o Elsevərdən həmin duxovkanı 70 manata almışdır. Digər əşyaları o, öz WhatsApp hesabında paylaşmışdır ki, Elsevərin əşyaları satılsın. Bir müddət sonra həmin əşyalarla Elvin adlı həmkəndlisinin həyat yoldaşı maraqlanmış, onlar razılaşmış, və onlar birlikdə gəlib əşyalara baxaraq, bəyənib cehizlik üçün əşyalar almışlar. Səhəri gün isə Elsevər onlara gəlmiş və qalan əşyaları götürüb bilmədiyi yerə aparmışdır. Bundan sonra, Elsevərin polis əməkdaşları tərəfindən tutulduğunu və Elsevərin onların evinə gətirib saxladığı əşyaların oğurluq olduğunu bilmişdir. Bunu biləndən sonra o, könüllü olaraq Ağcabədi RPŞ-nə yaxınlaşıb, Elsevərdən 70 manata aldığı duxovkanı RPŞ-nə təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş 01 avqust 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş fotocədvəldən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi törətdiyi oğurluq hadisəsi yerlərində özünün iştirakı ilə yoxlanılmışdır. Həmin istintaq hərəkəti aparılarkən Rüstəmov X9 rayonu, Xocavənd kəndi və 566 saylı qəsəbə ərazilərində oğurluq etdiyi yerləri, yerləşən saxlanc yerlərinə necə daxil olduğunu və hansı otaqlardan oğurluq etdiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş “Əli” firmasının 06 oktyabr 2025-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Çəzahir oğluna məxsus 01 ədəd “BORK” markalı elektrik sobanın qiyməti 200 manat, 01 ədəd “HOFFMANN” markalı ətçəkən kombaynın qiyməti 200 manat, 01 ədəd “Redmond” markalı şirəçəkənin qiyməti 100 manat, 01 ədəd “Panasonic” markalı mikrodalğalı sobanın qiyməti 250 manat, 01 ədəd “Braun” markalı ütünün qiyməti 30 manat, 01 ədəd “Bosh” markalı su qızdıranın qiyməti 170 manat, 01 ədəd “Sumak” markalı su motorunun qiyməti 90 manat, 01 ədəd “JYSK” markalı yorğanın qiyməti 90 manat, 01 ədəd “Arawaza” markalı yataq örtüyünün qiyməti 20 manat, 01 ədəd “İleton” markalı əl-üz dəsmalın qiyməti 5 manat olmaqla 12 ədədin qiyməti 60 manat, 01 ədəd “Giltex” markalı can dəsmalın qiyməti 15 manat olmaqla 06 ədədin qiyməti 90 manat, 01 ədəd “Sarvagelli” markalı süfrənin qiyməti 25 manat olmaqla 04 ədədin qiyməti 100 manat, 01 ədəd “Frette” markalı əl dəsmalın qiyməti 1 manat olmaqla, 32 ədədin qiyməti 32 manat, 01 ədəd “Emsan” markalı stəkan dəsmalın qiyməti 3 manat olmaqla 32 ədədin qiyməti 96 manat, 01 ədəd “Bony” kişi corabın qiyməti 7 manat olmaqla 02 ədədin qiyməti 14 manat, 01 ədəd “RR” markalı maykanın qiyməti 3 manat olmaqla 02 ədədin qiyməti 6 manat, 01 ədəd kişi üçün “Safe Union” markalı paltar dəstin qiyməti 25 manat və 01 ədəd “JYSK” markalı yastıq üzünü qiyməti 5 manat olmaqla 04 ədədin qiyməti 20 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 14 dekabr 2024-cü il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1593 manat müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “LG LED 55UQ81006LB” markalı televizorun qiyməti 1099.99 manat, 01 ədəd “Atlantik” markalı xalçanın qiyməti 200 manat, 01 ədəd “Ho-me” markalı süfrə dəstinin qiyməti 231 manat, 01 ədəd “Kilim” markalı yataq dəstin qiyməti 150 manat, 01 ədəd “Emsan” əl-üz dəsmalın qiyməti 30 manat olmaqla 02 ədədin qiyməti 60 manat, 01 ədəd “Elit” markalı tozsovuranın qiyməti 380 manat, 01 ədəd “Galaxy” markalı qazan dəstin qiyməti 360 manat, 01 ədəd “Kenwood” markalı elektron ət çəkən maşının qiyməti 260 manat, 01 ədəd “LG” markalı mikrodalğalı sobanın qiyməti 180 manat və 01 ədəd “Gorenje” markalı ütünün qiyməti 80 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 29 aprel 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3000,99 manat müəyyən olunmuşdur. Bundan başqa, X2 məxsus 01 ədəd “Vinsor” markalı tozsovuranın qiyməti 300 manat, 01 ədəd “Vinsor” markalı mikserin qiyməti 300 manat, 01 ədəd “Dessini” markalı ət çəkənin qiyməti 300 manat, 01 ədəd “Kiwi” markalı termosun qiyməti 280 manat, 01 ədəd “Sokany” blinçik bişirən aparatın qiyməti 180 manat, 01 ədəd “Perla” markalı örtük (çexol) dəstin qiyməti 90 manat olmaqla 02 ədədin qiyməti 180 manat, 01 ədəd “Lucia” markalı dəsmal dəstin qiyməti 80 manat olmaqla 02 ədədin qiyməti 160 manat və 01 ədəd “Bonera” markalı qazan dəstinin qiyməti 200 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 30 aprel 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1900 manat müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Hoffman” markalı ventilyatorun qiyməti 180 manat olmaqla 02 ədədin qiyməti 360 manat, 01 ədəd “Andeli Stabilizator” markalı motor gücləndiricisinin qiyməti 700 manat və 01 ədəd “Globex” markalı hava nasosunun qiyməti 60 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 19 may 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1120 manat müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs6 Nemət qızına məxsus 01 ədəd mis samovarın qiyməti 300 manat olmaqla 02 ədədin qiyməti 600 manat, 01 ədəd “Happy HVT” markalı su motorun qiyməti 60 manat, 01 ədəd “Elit” markalı xrustal qab dəstin qiyməti 1200 manat və 01 ədəd “Perla” yataq dəstinin qiyməti 175 manat olmaqla 04 ədədin qiyməti 700 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 12 iyun 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2560 manat müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd “Odunchu Fiona” yataq dəstin qiyməti 1000 manat olmaqla 02 ədədin qiyməti 2000 manat və 01 ədəd “Odunchu Fiona” yataq dəstin qiyməti 500 manat olmaqla 04 ədədin qiyməti 2000 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 27 iyun 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4000 manat müəyyən olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd “Samsung” markalı mikrodalğalı sobanın qiyməti 200 manat olmaqla 03 ədədin qiyməti 600 manat, 01 ədəd “Ninja” markalı çörək bişirən sobanın qiyməti 250 manat, 01 ədəd “Sony” markalı tozsovuranın qiyməti 100 manat olmaqla 02 ədədin qiyməti 200 manat, 01 ədəd “Hausberg” markalı qəhvə üyüdənin qiyməti 50 manat, 01 ədəd “Delta” markalı saç qırxan maşının qiyməti 50 manat olmaqla 02 ədədin qiyməti 100 manat, 01 ədəd “Rettberg” markalı çaydanın qiyməti 40 manat olmaqla 03 ədədin qiyməti 120 manat, 01 ədəd “Beko” markalı elektrik çaydanın qiyməti 60 manat olmaqla 04 ədədin qiyməti 240 manat, 01 ədəd “Vera” markalı elektrik samovarın qiyməti 400 manat, 01 ədəd “Tramontina” markalı çuqun qazanın qiyməti 200 manat olmaqla 03 ədədin qiyməti 600 manat, 01 ədəd “West” markalı qranit tavanın qiyməti 50 manat olmaqla 05 ədədin qiyməti 250 manat, 01 metr “Premium” markalı tül parçasının qiyməti 100 manat olmaqla 05 metrin qiyməti 500 manat, 01 ədəd “Beko” markalı buxar ütünün qiyməti 150 manat, 01 ədəd “Mirvana Glory” markalı yataq dəstin qiyməti 150 manat olmaqla 18 ədədin qiyməti 2700 manat, 01 ədəd “Aryaza” markalı can dəsmalın qiyməti 20 manat olmaqla 30 ədədin qiyməti 600 manat, 01 ədəd “Aryaza” markalı əl-üz dəsmalın qiyməti 10 manat olmaqla 40 ədədin qiyməti 400 manat, 01 ədəd “Aryaza” markalı stəkan dəsmalın qiyməti 5 manat olmaqla 33 ədədin qiyməti 165 manat, 01 ədəd “Perla” markalı yataq dəstin qiyməti 25 manat olmaqla 07 ədədin qiyməti 175 manat, 01 ədəd sadə (markasız) ədyalın qiyməti 30 manat olmaqla 06 ədədin qiyməti 180 manat, 01 ədəd “Puma” markalı kişi idman dəstin qiyməti 55 manat, 01 ədəd “Bosch” markalı drelin qiyməti 35 manat olmaqla 03 ədədin qiyməti 105 manat, 01 ədəd “Dexell” markalı dəmir kəsən aparatın qiyməti 40 manat, 01 ədəd “Diamond” markalı stəkanın qiyməti 10 manat olmaqla 20 ədədin qiyməti 200 manat, 01 ədəd “Diamond” markalı nəlbəkinin qiyməti 15 manat olmaqla 30 ədədin qiyməti 450 manat, 01 ədəd “Perla” markalı divan üzünün qiyməti 25 manat, 01 ədəd “Berg” markalı çəngəl-bıçaq dəstin (10 ədəd bıçaq, 10 ədəd çəngəl) qiyməti 70 manat, 01 ədəd (dəst) kişi corabın (sadə, markasız) qiyməti 1 manat olmaqla 25 ədədin qiyməti 25 manat və 01 ədəd “Nike” markalı idamn çantasının qiyməti 35 manat olmaqla 02 ədədin qiyməti 70 manat təşkil etmişdir. Qeyd olunan əşyaların 14 iyul 2025-ci il tarixdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 8720 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ona vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs6 Nemət qızı tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, ona vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Onun iştirakı olmadan işə baxılmasını xahiş edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və arayışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs8 məxsus, istintaq orqanına təqdim olunmuş 200 manat dəyərində olan 01 ədəd “Samsung” markalı mikrodalğalı soba, biri 25 manat olmaqla, birlikdə 50 manat dəyərində olan 02 ədəd “Perla” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 90 manat dəyərində 03 ədəd sadə (markasız) ədyal, 40 manat dəyərində olan 01 ədəd “Dexell” markalı dəmir kəsən aparat, 25 manat dəyərində olan 01 ədəd “Perla” markalı divan üzü, 70 manat dəyərində olan 01 ədəd “Berq” markalı çəngəl-bıçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl) maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinin sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamənin və hökmün surətindən görünür ki, Rüstəmov X9 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində 1 (bir) il sınaq müddəti tətbiq edilməklə həmin cəza şərti hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Xocavənd rayon İHB-nın Xocavənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində icra nümayəndəliyinə şikayət xarakterli heç bir müraciət daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstəmişdir ki, X1 onun 556 saylı qəsəbədə yaşadığı blokun yaxınlığında evləri vardır. Həmin evdə yaşayış olmadığını da bilirmiş. Buna görə də o, fürsətdən istifadə edərək həmin mənzilə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Həmin ev 2-ci mərtəbədə yerləşirdi. 30 aprel 2025-ci il tarixdə axşam saatlarında o, Zərərçəkmiş şəxs3 evinə eyvandan daxil olmaq üçün pəncərəni güclü zərbə ilə ali ilə itələmiş və bu zaman pəncərə açılmışdır. Bundan sonra o, eyvandan evin içərisinə daxil olmuşdur. Evin içərisində daxil olduqda o, qonaq otağında yerləşən 01 ədəd “Vinsor” markalı tozsovuran, 01 ədəd “Vinsor” markalı mikser, 01 ədəd “Dessini” markalı ət çəkən, 01 ədəd “Kiwi” markalı termos, 01 ədəd “Sokany” blinçik bişirən aparatı, və 01 ədəd “Bonera” markalı qazan dəstini, bundan əlavə evin yataq otağında yerləşən 02 ədəd “Perla” markalı örtük (çexol) dəsti, 02 ədəd “Lucia” markalı dəsmal dəstini oğurlayaraq özü ilə aparmışdır. Onun həmin əşyaları oğurlamaqda başlıca məqsədi pula ehtiyacı olduğundan həmin əşyaları sataraq əlinə pul gəlməsindən ibarət olmuşdur. O, oğurladığı əşyaları Bakı şəhərinə aparmış və Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bit Bazarı”-nda dəqiq xatırlamadığı qiymətə satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 Nemət qızını əvvəllər tanımamış, əvvəllər onunla ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs6 Nemət qızına məxsus olan, Ağcabədi rayonu, Xocavənd kəndində yerləşə fərdi yaşayış evindən oğurluğu o, etmişdir. Odur ki, həmin kənd yaşadığı qəsəbəyə yaxın olduğundan, o, həmin kəndə tez-tez baş çəkirmiş. Oğurluq etdiyi evin Zərərçəkmiş şəxs6 məxsus olmasını bilməsə də, həmin evdə yaşayış olmadığını bilirmiş və maddi sıxıntıları olduğundan qərara gəlmiş ki, həmin evdən oğurluq etsin. Bunun üçün 12 iyun 2025-ci il tarixdə, təxminən 19 radələrində həmin evin həyətinə daxil olmaq üçün hasardan tullanıb həyətə daxil olmuşdur. Həyətə daxil olduqda, görmüş ki, evin hamam otağının nəfəsliyi pəncərəsiszdi, nəfəsliyin altında isə boru var. O da ayağını boruya qoyaraq, yuxarı qalxıb nəfəslikdən evin içərisinə daxil olmuşdur. Evə daxil olduqda isə, otaqlar arası qapıların bağlı (kilitli) olduğunu görmüşdür. Bu səbəbdən həmin qapıların kilidlərini çiyinilə itəliyib sındıraraq otaqlara daxil olmuşdur. Həmin ev təmirsiz idi və bir o gedər də əşya yox idi. Otaqları gəzdikdən sonra, o, həmin evdən hazırda dəqiq xatırlamadığı otaqlardan 02 ədəd mis samovar, 01 ədəd “Happy HVT” markalı su motoru, 01 ədəd “Elit” markalı xrustal qab dəsti və 04 ədəd “Perla” yataq dəstini oğurlamışdır. Bundan sonra isə əsas qapının kilidini çiyinilə itəliyib sındıraraq, evdən çıxıb həmin yerdən uzaqlaşmışdır. Oğurladığı əşyaları isə Bakı şəhəri ərazisində xatırlamadığı mağazaya gəlir əldə etmək üçün satmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 şəxsən əvvəllər tanımamış, əvvəllər onunla ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs7 onun yaşadığı qəsəbədə ailə üzvləri ilə birlikdə yaşayır. 26 iyun 2025-ci il tarixdə bilmiş ki, Zərərçəkmiş şəxs7 ailə üzvləri ilə 25 iyun 2025-ci il tarixdə Ağdam rayonuna, qohumları gilə qonaq getmək üçün, yaşadığı mənzildə olmamışlar. O da maddi sıxıntıları olduğu üçün qərara gəlmiş ki, həmin mənzildən oğurluq etsin. Bunun üçün o, 27 iyun 2025-ci il tarixdə, saat 02 radələrində ikinci mərtəbədə olan həmin mənzilə çöldən dırmaşıb eyvanın pəncərəsini aralayaraq içəri daxil olmuşdur. Orada bahalı əşyalar və pul axtarmağa başlamışdır. Nəticədə o, həmin evdən 02 ədəd “Odunchu Fiona” yataq dəsti və 04 ədəd “Odunchu Fiona” markalı paltar dəstini oğurlayaraq, əsas qapını içəridən açıb sərbəst şəkildə oradan uzaqlaşmışdır. Oğurladığı əşyaları isə Bakı şəhəri ərazisində tanımadığı mağazaya satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, X17 əvvəllər tanımamış, sonuncu ilə ədavət və düşmənçiliyi olmamışdır. X21 rayonu, Xocavənd kəndində fərdi yaşayış evi var idi, sadəcə X30 Federasiyasında yaşadığından, çox vaxtı kəndəki evində heç kəs qalmırdı. Onun da maddi sıxıntılar olduğundan qərara gəlmiş ki, həmin evdən oğurluq etsin. Bunun üçün o, 14 iyul 2025-ci il tarixdə, saat 23 radələrində həmin evə daxil olmaq üçün, hasardan tullanıb evin həyətinə keçərək, qapını sındırıb içəri daxil olmuşdur. Daxil olduqda isə həmin evdən 03 ədəd “Samsung” markalı mikrodalğalı soba, 01 ədəd “Ninja” markalı çörək bişirən soba, 02 ədəd “Sony” markalı tozsovuran, 01 ədəd “Hausberg” markalı qəhvə üyüdən, 02 ədəd “Delta” markalı saç qırxan maşın, 03 ədəd “Rettberg” markalı çaydan, 04 ədəd “Beko” markalı elektrik çaydan, 01 ədəd “Vera” markalı elektrik samovar, 03 ədəd “Tramontina” markalı çüqun qazan, 05 ədəd “West” markalı qranit tava, 05 metr “Premium” markalı tül parçası, 01 ədəd “Beko” markalı buxar ütü, 18 ədəd “Mirvana Glory” markalı yataq dəsti, 30 ədəd “Aryaza” markalı can dəsmalı, 40 ədəd “Aryaza” markalı əl-üz dəsmalı, 33 ədəd “Aryaza” markalı stəkan dəsmalı, 07 ədəd “Perla” markalı yataq dəsti, 06 ədəd sadə (markasız) ədyal, 01 ədəd “Puma” markalı kişi idman dəsti, 03 ədəd “Bosch” markalı drel, 01 ədəd “Dexell” markalı dəmir kəsən aparatı, 20 ədəd “Diamond” markalı stəkan, 30 ədəd “Diamond” markalı nəlbəki, 01 ədəd “Perla” markalı divan üzü, 01 ədəd “Berg” markalı çəngəl-blçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl), 25 ədəd (dəst) kişi corabı (sadə, markasız) və 02 ədəd “Nike” markalı idman çantasını oğurlamışdır. Həmin əşyaları evin içərisindən qapını açaraq çıxıb aparmışdır. Oğurladığı əşyaları isə Bakı şəhəri ərazisində xatırlamadığı mağazaya gəlir əldə etmək üçün satmışdır. O, yuxarıda qeyd etdiyi oğurluqlardan başqa heç bir oğurluq hadisəsini törətmədiyini. Törətdiyi əməlləri səmimi etiraf etdiyini, hazırda isə törətdiyi əməldən peşman olduğunu, qeyd olunan oğurluqları tək etdiyini, bununla bağlı ona köməklik edən olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli göstərdiyi dəlillər istintaq materialları ilə təkzib edilməklə, törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla - zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər istintaq sənədləri ilə tam təsdiq edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər ərazisində saxlanılaraq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal MSY-dən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi) müddət bir günə bir gün hesabı ilə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 mülki iddiası tam, Zərərçəkmiş şəxs8n mülki iddiası isə qismən təmin edilərək Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 3000,99 manat, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs8 8245 manat məbləğində pul verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs8 məxsus, istintaq orqanına təqdim olunmuş 200 manat dəyərində olan 01 ədəd “Samsung” markalı mikrodalğalı soba, biri 25 manat olmaqla, birlikdə 50 manat dəyərində olan 02 ədəd “Perla” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 90 manat dəyərində 03 ədəd sadə (markasız) ədyal, 40 manat dəyərində olan 01 ədəd “Dexell” markalı dəmir kəsən aparat, 25 manat dəyərində olan 01 ədəd “Perla” markalı divan üzü, 70 manat dəyərində olan 01 ədəd “Berq” markalı çəngəl-bıçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl) maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon polis şöbəsinin sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir: iddia qiyməti 1.000 manatdan 10.000 30 manat + 1.000 manatdan yuxarı olan manatadək olduqda iddia qiymətinin 1 faizi Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edildiyi üçün Təqsirləndirilən şəxs dövlət rüsumuna görə cəmi 192,45 manat məbləğində pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan - 200 manat dəyərində olan 01 ədəd “Samsung” markalı mikrodalğalı soba, biri 25 manat olmaqla, birlikdə 50 manat dəyərində olan 02 ədəd “Perla” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 90 manat dəyərində 03 ədəd sadə (markasız) ədyal, 40 manat dəyərində olan 01 ədəd “Dexell” markalı dəmir kəsən aparat, 25 manat dəyərində olan 01 ədəd “Perla” markalı divan üzü, 70 manat dəyərində olan 01 ədəd “Berq” markalı çəngəl-bıçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl) hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs8 qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə (vəkillərə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 2 gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 mülki iddiası tam, Zərərçəkmiş şəxs8n mülki iddiası isə qismən təmin edilsin. Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 3000,99 manat, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs8 8245 manat məbləğində pul ödənilsin. Həmçinin, Təqsirləndirilən şəxs dövlət rüsumuna görə cəmi 192,45 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan - 200 manat dəyərində olan 01 ədəd “Samsung” markalı mikrodalğalı soba, biri 25 manat olmaqla, birlikdə 50 manat dəyərində olan 02 ədəd “Perla” markalı yataq dəsti, biri 30 manat dəyərində olmaqla, birlikdə 90 manat dəyərində 03 ədəd sadə (markasız) ədyal, 40 manat dəyərində olan 01 ədəd “Dexell” markalı dəmir kəsən aparat, 25 manat dəyərində olan 01 ədəd “Perla” markalı divan üzü, 70 manat dəyərində olan 01 ədəd “Berq” markalı çəngəlbıçaq dəsti (10 ədəd bıçaq, 10 ədəd çəngəl) hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Zərərçəkmiş şəxs8 qaytarılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 30 iş saatı üçün 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, X3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə mülki iddia vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-116/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-116/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver