Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-117/2025 17.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.2001-ci il tarixdə Ağcabədi rayonunun Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, müharibə veteranı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Boyat kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə saat 12 radələrində qəsdən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Ağcabədi rayonu, Boyat kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan evin arxa hasarından evin həyətyanı sahəsinə keçib evə qanunsuz daxil olub evin yataq otağının açıq pəncərəsinin kənarında olan və Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindəki əl dəsmalına bükülmüş 50 manat dəyərində 39,23 qram çəkidə dəmir metaldan olan 01 ədəd sep, 16 manat dəyərində 14,14 qram çəkidə dəmir metaldan olan 01 ədəd qolbaq, 10 manat dəyərində, 1,33 qram çəkidə dəmir metaldan olan 01 ədəd təkqaş sırqa, 10 manat dəyərində 4,92 qram çəkidə dəmir metaldan olan 01 ədəd üzük, 10 manat dəyərində, 5,18 qram çəkidə dəmir metaldan olan 01 ədəd üzük, 10 manat dəyərində, 2,15 qram çəkidə dəmir metaldan olan 01 ədəd üzük və 390 manat dəyərində, 3,25 qram çəkidə 583 əyar 01 ədəd qızıl üzük götürməklə Zərərçəkmiş şəxs ümumilikdə 496 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Boyat kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə yaşadığı kənd ərazisində qonşuluqda yas mərasimi olmuş və kənd camaatı həmin yasda iştirak etmək üçün oraya getmişlər. Onun bir az borcu olduğu üçün çox sıxılmış və həmin borc yiyələri yaşadığı evə gəlib pullarını istəmişlər. Heç bir yerdən pul tapa bilmədiyi üçün kənd ərazisindən oğurluq etmək qərarına gəlmiş və bunun üçün qonşuluqda tək yaşayan və yaşlı qadın olan Nanənin yaşadığı evi seçmiş və xx.xx.2025-ci il tarixdə saat 12 radələrində həmin evə heç kim görməsin deyə, qabaq qapıdan deyil, evin arxa girişindən yaxınlaşmışdır. Daha sonra çəpəri adlayıb evin həyətinə daxil olmuş, daha sonra evin balkonuna pilləkənlərlə qalxdıqdan sonra otağın pəncərəsini açıq olduğunu görmüş, bundan sonra həmin pəncərədən içəri baxdıqda pəncərənin kənarında balaca qara rəngli çanta görmüş, ardınca həmin çantanın içərisinə açıb baxdıqda içində 01 ədəd bükülmüş vəziyyətdə əl dəsmalı görmüş. Ardınca həmin dəsmalı açıb içərisinə baxdıqda içərisində qızıl-zinət əşyasına bənzər 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd təktay sırğa və 04 ədəd üzük görmüşdür. Ardınca həmin əşyaları olduğu əl dəsmalında büküb cibinə qoymuşdur. Daha sonra çantanı olduğu yerə qoyub gəldiyi kimi geri qayıtmışdır. Məqsədi isə sabahısı gün Ağcabədi şəhərinə gəlib həmin qızılları satmaq olmuş, lakin xx.xx.2025-ci il tarixdə saat 16 radələrində polis əməkdaşları ona yaxınlaşıb oğurluqda şübhəli olduğunu deyib onu Ağcabədi rayon polis şöbəsinə dəvət etmişlər. Hər şeyi olduğu kimi etiraf etmiş və oğurladığı qızılları polisə təhvil vermişdir. Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödənilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayon Boyat kəndində yaşayır. Ağcabədi rayonu Boyat kəndində qeydiyyatda olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evində tək yaşayır və uzun illərdir ki, Ağcabədi rayonu, Boyat kəndində yerləşən H.Əliyev adına tam orta məktəbdə xadimə işləyir. Təxminən 01 il əvvəl qohumlarını ziyarət etmək üçün Gəncə şəhərinə getmiş, həmin zaman Gəncə bazarında alış-veriş edərkən orada olan dükanların birindən özünə sadə dəmirdən olan 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd (1 cüt) sırqa və 03 ədəd üzük almış, lakin həmin əşyalara nə qədər pul ödəməyini xatırlamamışdır. Ardınca həmin bazarda yerləşən qızıl dükanına getmiş və orada olan bir üzük onun çox xoşuna gəlmişdir. Ardınca satıcıdan həmin qızılın qiymətini soruşduqda ona 400 manat olduğunu dedikdə əvvəlcə baha olduğu üçün almaq istəməmiş, lakin üzük çox xoşuna gəldiyi üçün onu 400 manata almışdır. Həmin gündən etibarən toy və digər şən günlərdə həmin aldığı əşyalardan istifadə etmiş, lakin dəqiq gününü xatırlamadığı vaxtda Ağcabədi rayonu ərazisində olarkən sırğanın bir tayı qulağından düşərək itmiş, bundan sonra həmin əşyaları istifadə etdikdən sonra onları üzərində olan cib dəsmalına büküb özünə məxsus əl çantasının içərisinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdən çıxıb qonşuluqda baş tutan yas mərasiminə getmiş və orada görüləsi işlərlə bağlı qadınlara kömək etmişdir. Saat təxminən 13 radələrində evə qayıtmış, həmin zaman həmin qeyd etdiyi bəzək əşyaları əl dəsmalının arasında qara əl çantasının içində olmuşdur. Daha sonra evin yataq otağına daxil olduqda çantanın ağzının açıq olduğunu görmüş, daha sonra çantanın içərisində baxdıqda orada olan içərisində qızıl və digər bəzək əşyalarının olduğu əl dəsmalının olmadığını gördükdə evdən oğurluq olduğunu bilmişdir. Bundan sonra DİN-in 102 xidmətinə məlumat vermiş və az sonra hadisə yerinə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları gəlmişdir. Polis əməkdaşları onun yaşadığı evdən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan natura şəklində ona qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd tək tay sırğa və 04 ədəd üzük iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd tək tay sırğa və 04 ədəd üzük iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon polis şöbəsinin saxlancına verilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı (xx.xx.2025-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli 02-426/25 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, təqdim edilmiş 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd tək qaşlı sırğa və 04 ədəd üzük, əyyarı 583, cəmi çəkisi 3,25 qram olan qızıl-zinət əşyalarının xx.xx.2025-ci il tarixinə bazar dəyəri 496,0 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli 02-426/25 nömrəli xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır. “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, oğurlanmış qızıl-zinət əşyaları natura şəklində ona qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, müharibə veteranı olmasını, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, vurduğu ziyanı tam ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, müharibə veteranı olmasını, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, vurduğu ziyanı tam ödəməsi kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlama müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq qəti olaraq üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq, "xxxx" MMC, Kapital Bank ASC Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, hesab AZ90AİİB******************** nömrəli hesaba köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan – 01 ədəd sep, 01 ədəd qolbaq, 01 ədəd tək tay sırğa və 04 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 gün (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq üzərində 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Aparılmış tədqiqatının dəyərini təşkil edən 70 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq, "xxxx" MMC, Kapital Bank ASC Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, hesab AZ90AİİB******************** nömrəli hesaba köçürülsün. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-117/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-117/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver