Məhkəmə qərarları › İş №1(017)-119/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-119/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-119/2023 02.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Budaqov küçəsi ev 34-də qeydiyyatda olan və Ağcabədi şəhəri, K.Nəsibov küçəsi ev 111-də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, özgənin əmlakını qəsdən, tamah niyyətilə, gizli olaraq, talamaqdan ibarət vahid cinayətkar niyyətlə 10 fevral 2023-cü il tarixdə saat 22:00 radələrində X3 və Zərərçəkmiş şəxs1 şifahi razılaşma əsasında icarəyə götürdükləri, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Mentor” təlim kursunun saxlanc yeri hesab edilən inzibati binasına pəncərədən qanunsuz olaraq daxil olmaqla, vahid niyyətlə kursun daxilində olan, saxlanc yeri hesab edilən dərs otağında stolların üstündən Zərərçəkmiş şəxs1 məxsus yardımçı naqillər və 01 ədəd mause ilə birlikdə 700 manat dəyərində 01 ədəd “Dell” markalı kompüter, yardımçı naqillər və 01 ədəd pult ilə birlikdə 1800 manat dəyərində 01 ədəd “Epson” markalı proyektoru, həmin otaqda digər stolun saxlanc yeri hesab edilən çəkməcəsində olan, X1 məxsus yardımçı naqillər ilə birlikdə hər biri 500 manat olmaqla cəmi 1000 manat dəyərində 02 ədəd Çin istehsalı olan kompüterləri, oğurlayaraq ümumilikdə 3500 manat dəyərində özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 10 fevral 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb küçələrinin baş tərəfində olan dükandan 2 ədəd baltika 9 pivəsi almışdır. Həmin pivələri küçənin baş tərəfində içib qurtardıqdan sonra evə qayıtmış və evdə bir neçə gün öncə içib yarımçıq saxladığı arağı da içib qurtarmış, sonra yenidən spirtli içki almaq üçün xəstəxana tərəfə getmişdir. Yaşadığı K.Nəsibov küçəsinə tərəf döndükdə küçənin baş tərəfində girişdən sağ tərəfdə boşluq əraziyə keçmiş, arxa tərəfdə olan divardan çıxmış istilik sobasının tütgəcinin səsini eşitmiş, yaxınlaşıb həmin tütgəcin ucundan tutmuş və dartmağa başlamışdır. Bir qədər güc verdikdən sonra həmin tütgəci qoparıb yerə salmış, tütgəcin çıxdığı pəncərə açılmışdır. Həmin pəncərəyə dırmanıb içəriyə daxil olmuş, zalda istilik sobasının yanılı olduğunu görüb söndürmüşdür. Bundan sonra stolların üstündə 1 ədəd kənarları boz metal rəngində olan kompüter və ondan bir qədər aralıda ağ rəngli proyektor görmüşdür. Sonra isə stolların altlarına baxmış və siyirmədə 2 ədəd qara rəngli üstündə çin heroqlifləri olan kompüterin də olduğunu görmüşdür. Həmin 3 ədəd kompüteri və 1ədəd proyektoru götürüb zibillik kimi yerdən götürdüyü əhəng kisələrinə yerləşdirib evlərinə doğru getmişdir. Evlərinə yaxınlaşan zaman küçəyə post patrul maşının girdiyini görmüş və qorxudan əlindəki kisələri yerə atmışdır. Polislər gəlib getdikdən sonra təkrar gəlib həmin kisələri götürüb evə gəlmişdir. Oğurladığı əşyaları əvvəlcə həyətlərinin girişində olan yardımçı tikilidə elektrik çıxışına taxıb yoxlamış və hamısının işlək vəziyyətdə olmasını görmüşdür. Bundan sonra isə həmin əşyaları evində anbarda gizlətmişdir. Həmin 3 ədəd kompüteri və 1 ədəd proyektoru tamah niyyətilə öz istifadəsi üçün oğurlamışdır. Oğurlanmış əşyalar natura şəklində sahiblərinə qaytarılmışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, Qarabağ küçəsində yaşayır. Ağcabədi şəhəri, 6 saylı tam orta məktəbin direktoru vəzifəsinə çalışır. Müəllim yoldaşı olan Sona Əliyeva ilə birlikdə, Ağcabədi şəhərində olan müəllimləri sertifaksiya imtahanlarına hazırlaşdırmaq barədə razılığa gəlmişlər. Bunun üçün də onlar tanışları olan Qaraxan Cəfərovla əlaqə saxlamış və Qaraxana məxsus olan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən təxminən 60 kvadratmetrlik sahəni şifahi razılaşma əsasında icarəyə götürmüşlər. Onlar kursun adını Mentor təlim kursu kimi adlandırmışlar. Bundan başqa özü ilə kursa 1 ədəd kompüter və 1 ədəd proyektor da gətirmişdir. Onları dərs zamanı istifadə etmişlər. Həmin kompüter “DELL” markalı olmuşdur. Bundan başqa kursda iştirak edən Zərərçəkmiş şəxs2 da özünə məxsus olan 2 ədəd kompüteri kömək olsun deyə gətirmişdir. Onlar dərs qurtardıqdan sonra həmin kompüterləri kursun binasında dolabda qoyub getmişlər. 11 fevral 2023-cü il tarixində Sona Əliyeva ona zəng edərək, naməlum şəxslərin içəriyə arxa tərəfdə olan pəncərədən daxil olaraq kursdan oğurluq etdiklərini demişdir. Bundan sonra Ağcabədi rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan natura şəklində ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır. ünvan 2ğcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Mentor” təlim kursunda iştirak etmişdir. Həmin kursa gedərkən özü ilə 2 ədəd Koreya istehsalı olan kompüter aparmışdır. Həmin kompüterlərdən onlar dərs keçərkən istifadə etmişlər. Dərsdən sonra isə həmin kompüterlər kursun daxilində kitab dolabında qalmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində yaxın qohumunun xəstə olması barədə ona zəng gəlmiş və kursu yarımçıq qoyub oradan çıxıb getmişdir. Həmin kompüterlər də kursda qalmışdır. 11 fevral 2023-cü il tarixində müəllim yoldaşı olan Zərərçəkmiş şəxs1 ona zəng edərək kursdan oğurluq olduğunu və yenicə xəbər tutduqlarını demişdir. Zərərçəkmiş şəxs1 ona demişdir ki, həmin ona məxsus olan 2 ədəd kompüter və onun özünə məxsus olan 1 ədəd kompüter, 1 ədəd proyektor naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Ağcabədi rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətməsi müəyyən olunmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan natura şəklində ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının12 may 2023-cü il tarixli, 9/3703 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 3 adda malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1080,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində aşağıdakı qaydada göstərilmişdir: 1 ədəd işlək vəziyyətdə olan “DELL” markalı noutbuk kompüter(yardımçı naqilləri və 01 ədəd Mouse ilə birlikdə) - 180,00 manat; 1 ədəd “Epson” markalı proyektor (yardımçı naqilləri və punt ilə birlikdə) – 300,00 manat; 2 ədəd hər biri “CHİNA AİD” markalı noutbuk kompüterlər(yardımçı naqilləri ilə birlikdə) – 600,00 manat, cəmi – 1080,00 manat təşkil edir. İş materiallarında olan ekspertiza xərclərinə dair 12 may 2023-cü il tarixli, 9/3703 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğurluq nəticəsində zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanın məbləği 2500 manat deyil 480 manat, Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanın məbləği isə 1000 manat deyil 600 manat təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ittihamın həcmi azaldılmalı, ekspertin rəyi mötəbər sübut kimi nəzərə alınaraq ona zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği 480 manat, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləği isə 600 manat həcmində saxlanılmalıdır. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “DELL” markalı noutbuk kompüter(yardımçı naqilləri və 01 ədəd Mouse ilə birlikdə) və 1 ədəd “Epson” markalı proyektor (yardımçı naqilləri və punt ilə birlikdə), 2 ədəd hər biri “CHİNA AİD” markalı noutbuk kompüterlər(yardımçı naqilləri ilə birlikdə) maddi sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, 20 may 2023-cü il tarixdə 1 ədəd “DELL” markalı noutbuk kompüter(yardımçı naqilləri və 01 ədəd Mouse ilə birlikdə) və 1 ədəd “Epson” markalı proyektor (yardımçı naqilləri və punt ilə birlikdə) ƏlZərərçəkmiş şəxs1, 2 ədəd hər biri “CHİNA AİD” markalı noutbuk kompüterlər(yardımçı naqilləri ilə birlikdə) Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, vurduğu ziyanı tam ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, vurduğu ziyanı tam ödəməsi kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 1 ədəd “DELL” markalı noutbuk kompüter(yardımçı naqilləri və 01 ədəd Mouse ilə birlikdə) və 1 ədəd “Epson” markalı proyektorun (yardımçı naqilləri və punt ilə birlikdə) sahibi ƏlZərərçəkmiş şəxs1, 2 ədəd hər biri “CHİNA AİD” markalı noutbuk kompüterlərin (yardımçı naqilləri ilə birlikdə) sahibi Zərərçəkmiş şəxs2 saxlanması üçün təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar