Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-119/2024 10.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində yerləşən torpaq sahəsinin kadastr sənədini düzəldəcəyini vəd edərək 25 sentyabr 2023-cü il tarixdə saat 13:45-də ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 7377 4174 3702 nömrəli karta 700 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək 09 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanda "xxxx" ASCyə məxsus “Bir bank” mobil tətbiqi vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 7377 4174 3702 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirmiş, vahid niyyətlə cinayət əməlini davam etdirərək istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin oktyabr ayının ortalarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin yaxınlığında 200 manat pulunu nağd şəkildə alaraq ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2023-cü ilin sentyabr ayında tanışı Şahid vasitəsi ilə tanımışdır. Şahid torpaq sahəsinin sənədini düzəlmək üçün Şəlaləyə kömək etməsini ona demiş, o da bu işdə Şəlaləyə kömək edəcəyini Vüsala demişdir. Onlar birlikdə Ağcabədi şəhəri, Ə.Talıbov küçəsinə getmişlər. O, Zərərçəkmiş şəxs ilk dəfə orda görmüşdür. Zərərçəkmiş şəxs ona həmin torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsində yarımçıq inşa edilmiş ev də olmuş, lakin torpağın və evin heç bir sənədi olmamışdır. Zərərçəkmiş şəxs ona evi və torpağı sənədləşdirmək istədiyini demiş və o, Zərərçəkmiş şəxs torpağı sənədləşdirməyə köməklik edəcəyini demişdir. O, Şəlaləyə sənədləri düzəltdirmək üçün pul lazım olduğunu da demiş, Zərərçəkmiş şəxs Bakı şəhərində yaşadığından pul göndərmək üçün ondan kart nömrəsi istəmiş, o, da özünə məxsus olan kartın nömrəsini Şəlaləyə vermişdir. Zərərçəkmiş şəxs 25 sentyabr 2023-cü il tarixdə həmin karta 700 manat pul göndərmişdir. Bundan sonra, 2023-cü ilin oktyabr ayında da Şəlalədən 1000 manat pul istəmiş və Şəlalə onun kartına 1000 manatı pul göndərmişdir. O, Zərərçəkmiş şəxs sənədlərini hazırlayıb Ağcabədi Bələdiyyəsinə təqdim etmişdir. Həmin vaxtlar Zərərçəkmiş şəxs da Ağcabədi şəhərinə gəlmiş, onlar birlikdə Ağcabədi “Asan Xidmət” mərkəzinə getmişlər və həm “Asan Xidmət” mərkəzində, həm də X2 Mejdinovanın mülkiyyətində 0,3 sot torpaq sahəsinin olduğu bildirilmişdir. Zərərçəkmiş şəxs da həmin torpaq sahəsinə sənəd almaq istəmiş, lakin bacısı ona etibarnamə vermədiyi və aralarında münaqişə baş verdiyi üçün Şəlalənin sənədləri düzəlməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs verdiyi pulu geri tələb etmiş, lakin o, həmin pulu xərclədiyi üçün qaytarmamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 1900 manat deyil, 1700 manat pul almış və həmin pulu torpaq sahəsinin sənədini düzəltmək üçün almışdır. Zərərçəkmiş şəxs əlavə olaraq 200 manat pul almamışdır. Hazırda Zərərçəkmiş şəxs aldığı 1700 manat pulu qaytarmasa da, gələcəkdə həmin pulu Zərərçəkmiş şəxs qaytaracaqdır. Məhkəmədən ona köməklik olunmasını və şərti cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onların Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində yerləşən torpaq sahələri vardır və o özünə aid olan torpaq sahəsinə çıxarış almaq istəmişdir. Vasif də ona Elvin adlı şəxsin sənədləri düzəldə biləcəyini demiş və onlar torpaq sahəsinə gedib orada görüşmüşlər. O, torpaq sahəsini Elvinə göstərmiş, həmin torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmiş, Elvin də ona sənədləri düzəldə biləcəyini və sənədlərin düzəlməsi üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra, Elvinin kartına 700 manat pul göndərmişdir. Bir müddət sonra Elvin yenə sənədlərin düzəlməsi üçün 1000 manat pul lazım olduğunu demiş və həmin 1000 manat pulu da kart vasitəsi ilə Elvinə göndərmişdir. Təxminən bundan bir həftə sonra Ağcabədi şəhərinə gəlmiş və Elvinlə danışıb Ağcabədi rayon Mərkəzi Xəstəxanasının yanında görüşmüşlər. Elvin özünə məxsus olan avtomobili ilə gəlmiş və həmin vaxt Elvin əlavə olaraq ondan 200 manat pul istəmişdir. Əvvəl narazılıq etsə də, sonra Elvinlə razılaşaraq həmin 200 manat pulu da nəğd şəkildə Elvinə vermişdir. Bir müddət keçmiş, lakin Elvin sənədləri düzəltməmişdir. Bundan sonra, Elvindən pulunu tələb etmiş, lakin Elvin ondan aldığı pulu müxtəlif bəhanələrlə ona qaytarmamışdır. Hazırda da 1900 manat pulunu tələb edir və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ağcabədi şəhər ərazisindən özünə ev alarkən Elvinlə tanış olmuş, alacağı evin sənədləri qaydasında olmamış və Elvin həmin sənədlərin düzəlməsində ona köməklik etmişdir. Zərərçəkmiş şəxs torpağın sənədinin olmadığını və həmin torpağa sənəd düzəltdirmək istədiyini ona deyərkən Şəlaləyə Elvin adlı tanışının olmasını və həmin sənədlərin düzəlməsində Elvinin ona köməklik edə biləcəyini Şəlaləyə demişdir. Bundan sonra, Elvinlə danışıb Şəlalənin torpağa sənəd düzəltmək istədiyini demiş və Elvinlə Şəlaləni görüşdürmüşdür. Şəlalə sənədlərin düzəlməsi üçün Elvinə 1900 manat pul vermiş, lakin Şəlalə həmin pulu onun yanında verməmişdir. Elvin Şəlalənin sənədlərini düzəltmədiyi üçün o, da Elvinlə telefon əlaqəsi saxlayaraq Şəlalədən aldığı 1900 manat pulu Şəlaləyə qaytarmasını Elvinə demişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-9328 nömrəli, İ-3938 nömrəli və İ-42705 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf etsə də, yəni Zərərçəkmiş şəxs 1900 manat deyil 1700 manat aldığını göstərsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus Ağcabədi şəhəri, Ə.Talıbov küçəsində yerləşən torpaq sahəsinin kadastr sənədini düzəldəcəyini vəd edərək 25 sentyabr 2023-cü il tarixdə saat 13:45-də ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus ödəniş terminalı vasitəsilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 7377 4174 3702 nömrəli karta 700 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməsi, vahid niyyətlə cinayət əməlini davam etdirərək 09 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanda "xxxx" ASC-yə məxsus “Bir bank” mobil tətbiqi vasitəsi ilə özünün adına olan "xxxx" ASC-yə məxsus 4169 7377 4174 3702 nömrəli karta 1000 manat məbləğində pul köçürülməsinə nail olaraq ələ keçirməsi və vahid niyyətlə cinayət əməlini davam etdirərək istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2023-cü ilin oktyabr ayının ortalarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin yaxınlığında 200 manat pulunu nağd şəkildə alaraq ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluqetməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1900 manat maddi ziyan dəymiş və zərər çəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il səkkiz ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-119/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-119/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver