Məhkəmə qərarları › İş №1(017)-12/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-12/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-12/2023 24.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Ağcabədi rayon təhsil şöbəsinin nümayəndəsi X8 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abışov X4 Qəbulu üzrə Dövlət Komissiyasının Ali məktəblərə qəbul üçün təşkil etdiyi test imtahalarında iştirak edərək lazım olan keçid balı toplamayaraq heç bir Ali məktəbə qəbul olmadığını bildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetində qeydiyyatdan keçməyən hüquq verən və rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstutunun Qazax filialı tərəfindən xx.xx.2012-ci ildə adına yazılmış B 170430 nömrəli saxta diplomu Ağcabədi rayon X16 Şahmat məktəbinə təqdim edib xx.xx.2016-cı il tarixdən 23 nömrəli əmrlə 15 iyun 2017-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən 13 saylı əmrlə hazırki vaxta qədər həmin məktəbdə məşqçi-müəllim kimi işləyərək bilə-bilə saxta diplomdan istifadə etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 320.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verərək göstərdi ki, Ağcabədi rayon İHB-nın Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyən Şahid1 onun doğma əmisidir. Əvvəllər Xaləddinlə münasibətləri yaxşı olmuş, hazırda Xaləddinin onun barəsində verdiyi şikayət ərizəsi ilə tanışdır. 2020-ci ilin avqust ayında Şahid1 həmkəndlisi X1 rüşvət alaraq saxta diplom düzəltməsinə söz verməsi və Niyaməddin Şirinovu aldatması nəticəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğu nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbir keçirilmiş və Şahid1 saxlanılaraq barəsində cinayət işi başlanmışdır. Ona görə də, Şahid1 onun barəsində prokurorluğa şikayət verərək göstərmişdir ki, Azərbaycan Müəllimlər İnstutunun Qazax filialı tərəfindən 2012-ci ildə onun adına yazılmış B 170430 nömrəli diplom saxtadır. O, 2007-ci il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanda İİİ qrup üzrə iştirak etmiş, ancaq həmin il keçid balı toplaya bilmədiyi üçün hər hansı ali məktəbə qəbul ola bilməmişdir. Bundan sonra mərhum atası X11 onun universitetə qəbul ola bilmədiyini görüb narahat olmamasını, onu universitetə qəbul etdirəcəyini demişdir. Həmin vaxt atası tanımadığı dostu vasitəsi ilə onu Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının Tarix- Coğrafiya fakültəsinə qiyabi olaraq qəbul etdirdiyini bildirmişdir. Həmin dövr ərzində heç bir imtahanlarda və dərslərdə iştirak etməmişdir. 2012-ci il tarixdə isə atası evə gəlib Azərbaycan Müəllimlər İnstutunun Qazax filialı tərəfindən 2012-ci ildə onun adına yazılmış B 170430 nömrəli diplomu ona vermişdir. Həmin diplomun saxta olmasını onda bilmişdir. Azərbaycan Müəllimlər İnstutunun Qazax filialı tərəfindən 2012-ci ildə onun adına yazılmış B 170430 nömrəli diplomu Ağcabədi rayon X16 Şahmat məktəbinin direktoru mərhum Cavanşir Məmmədova təqdim edərək işə qəbul olmağını səmimi etiraf etmiş, törətdiyi əməldən peşmandır. Özü 2007-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanda İİİ qrup üzrə iştirak etmiş, ancaq həmin il keçid balı toplaya bilmədiyi üçün hər hansı məktəbə qəbul ola bilməmişdir. O, heç bir dərslərdə iştirak etməmiş və dövlət imtahanı verməmişdir. Əvvəl verdiyi ifadəsində mərhum atası Zahid Abışovun direktor İsa Veyisov adlı şəxslə danışdıqdan sonra üçüncü turda iştirak etmədən adını Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının Tarix-Coğrafiya fakültəsinə yazdırdığını bildirsə də, İsa Veyisovu nə görməmiş , nədə ki tanımamışdır. 5 ildən sonra atası Zahid hazır diplomu gətirib ona vermişdir. Əvvəl verdiyi ifadəsində Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının Tarix-Coğrafiya fakültəsində təhsil aldığı müddətdə tələbə yoldaşları Elçin Vəliyev, Etibar İsmayılov, Akif Aslanov, Xəyal və Ələddin Piriyevin olduğunu bildirsə də, həmin şəxsləri tanımamış, ilkin araşdırma zamanı aldığı diplomun saxta olmamağına müstəntiqi inandırmaq üçün bu şəkildə ifadə vermişdir. 2016-cı il tarixdən 2017-ci il tarixədək Ağcabədi rayon X16 Şahmat məktəbində müəllim kimi işləmiş, həmin vaxtlar məktəbin direktrou olmuş Cavanşir Məmmədov 2017-ci il tarixdə onu heç bir səbəb olmadan işdən azad etmiş, bununla bağlı icra hakimiyyətinə şikayət etdikdən sonra 2018-ci il tarixdən işə bərpa olmuş və hal-hazırki vaxta qədər həmin məktəbdə məşqçimüəllim vəzifəsində işləyir. 2016-cı il tarixdə Ağcabədi rayon X16 Şahmat məktəbinə sənədlərini verən zaman diplomu da təqdim etmiş, bundan başqa Ağcabədi rayon X16 Şahmat məktəbinə tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqəsi və ərizə yazan zaman ali təhsilli olduğunu qeyd etmişdir. Özünü təqsirli bilir, tutduğu əməldən peşmandır. Onun bu səmimi peşmançılığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X12 ifadə verərək göstərdi ki, Ağcabədi rayonu, Kürdlər kənd sakini Təqsirləndirilən şəxs hazırda Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan X16 Şahmat məktəbinin Ağcabədi rayonu, Kürdlər kəndindəki 12 nəfərlik qrupunda şahmat müəllimi kimi fəaliyyət göstərir və məktəbdə dediyi 6 saat dərs müqabilində dövlətdən əmək haqqı alır. Ağcabədi rayon təhsil şöbəsi müəllimlərin təqdim etdikləri diplomların saxta olub-olmamasını yoxlatdırmaqla bağlı səlahiyyətləri yoxdur. Buna görə də Ağcabədi rayon təhsil şöbəsində Təqsirləndirilən şəxs istifadə etdiyi diplomun saxta olub-olmaması ilə bağlı heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixli, 23 nömrəli əmr ilə Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan X16 Şahmat məktəbinin Ağcabədi rayonu, Kürdlər kəndində olan 12 nəfərlik qrupunda şahmat müəllimi kimi fəaliyyət göstərir. Odur ki, iş üzrə qanuna müvafiq qaydada qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Ağcabədi rayon prokurorluğuna Təqsirləndirilən şəxs saxta diplomdan istifadə etməsi barədə şikayət ərizəsi vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Kürdlər kənd Şahmat məktəbində heç bir təhsili olmadan təxminən 4-5 ildir ki, müəllim kimi fəaliyyət göstərir. Allahverdi saxta diplomdan istifadə edərək bir neçə ildir ki, əmək haqqı alaraq müəllim olmadığı halda şagirdləri aldadır. Təqsirləndirilən şəxs Dövlət İmtihan Mərkəzinin təşkil etdiyi test imtahanlarında aşağı bal yığdığı üçün heç bir yerdə oxumamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs diplomunun saxta olduğunu bilə-bilə istifadə edib, əmək haqqı almışdır. O, Allahverdinin diplomunu görmüş və saxta olmasını bilmiş, Allahverdi diplomu Azərbaycan Müəllimlər İnstutunun Qazax filialından almış, ancaq Allahverdi həmin filialda oxumamışdır. X9 təşkil etdiyi test imtahanlarından keçməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan Ağcabədi rayon Uşaq İdman məktəbinin direktoru vəzifəsində işləmişdir. 2017-ci il tarixdə Ağcabədi rayon Uşaq İdman məktəbi Ağcabədi rayon Uşaq Şahmat məktəbinə birləşdirilməklə Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan Ağcabədi rayon X18 məktəbi kimi fəaliyyət göstərməyə davam etmişdir. Həmin vaxt o, Ağcabədi rayon X18 məktəbində təlimatçı-metodist vəzifəsində işləməyə başlamışdır. Həmin dövr ərzində Ağcabədi rayon X18 məktəbinin direktoru X5 işləmişdir. Cavanşir Məmmədov 2018-ci ilin mart ayında vəfat etdikdən sonra həmin ilin aprel ayında o, Ağcabədi rayon X16 Şahmat məktəbinin direktroru vəzifəsinə təyin olunmuşdur. Abışov X2 rayon İdman Şahmat məktəbinin direktoru Cavanşir Məmmədov tərəfindən verilmiş 23 nömrəli əmrlə 2016-cı ilin dekabr ayında işə qəbul olunmuşdur. Bir müddət işlədikdən sonra, xx.xx.2017-ci il tarixdə 40 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018ci il tarixdə 12 saylı əmrə əsasən yenidən işə qaytarılmış və hal-hazırda da Təqsirləndirilən şəxs Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan X16 Şahmat məktəbinin Ağcabədi rayonu, Kürdlər kəndindəki 12 nəfərlik qrupunda şahmat müəllimi kimi fəaliyyət göstərir. Ağcabədi rayonu təhsil şöbəsində çalışan işçilərin maaşını Ağcabədi rayon təhsil şöbəsi tərəfindən hesablanıb köçürüldüyündən Təqsirləndirilən şəxs nə qədər maaş aldığını dəqiq bilmir. Ağcabədi rayon təhsil şöbəsi müəllimlərin təqdim etdikləri diplomların saxta olub-olmamasını yoxlatdırmaqla bağlı heç bir səlahiyyətləri yoxdur. Təqsirləndirilən şəxs istifadə etdiyi diplomun saxta olub-olmaması ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs mərhum Cavanşir Məmmədovun xx.xx.2016-cı il tarixli, 23 nömrəli əmrinə əsasən Ağcabədi rayon təhsil şöbəsinin nəzdində olan Ağcabədi rayon X18 məktəbinin Ağcabədi rayonu, Kürdlər kəndində olan 12 nəfərlik qrupunda şahmat üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmiş, xx.xx.2018-ci il tarixli 13 saylı əmrlə Təqsirləndirilən şəxs hal-hazıradək Ağcabədi rayon X18 məktəbində məşqçi müəllim vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 31-31-592/10 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Müəllimlər İnstutunun Qazax filialı tərəfindən 2012-ci ildə Təqsirləndirilən şəxs adına yazılmış B 170430 nömrəli diplom blankın hüquqi əsası yoxdur. İş materiallarında olan Ağcabədi rayon X16 Şahmat Məktəbi üzrə 07 dekabr 2016cı il tarixli, 23 №-li əmrdən çıxarışdan görünür ki, “Ərizəsinə əsasən Təhsil şöbəsinin razılığı ilə ali təhsilli şahmat üzrə İİ dərəcəli Təqsirləndirilən şəxs müvəqqəti olaraq əvəzçiliklə həftəlik dərs yükü 6 saat olmaqla 20 №-li qrup ona həvalə edilmiş və bir illik əmək müqaviləsi bağlanmış – dərslər Kürdlər kənd orta məktəbdə Şahmat üçün ayrılmış otaqda keçirilməlidir.”. İş materiallarında olan Ağcabədi rayon X16 Şahmat Məktəbi üzrə 01 fevral 2018-ci il tarixli, 13 №-li əmrdən çıxarışdan görünür ki, “Məktəbin məşqçi müəllimi X3 dərs yükü çox olduğuna görə 6 saat dərs yükündən azad edilmişdir. Məktəbin – məşqçi müəllimi Təqsirləndirilən şəxs rayon Təhsil şöbəsinin xx.xx.2016-cı il tarixli dərkənarına əsasən öz yerinə qaytarılmışdır. Dərs yükü 6 saat olmaqla Kürdlər kənd tam orta məktəbində tədris edilməlidir. Həmin 6 saat müvəqqəti olaraq əvəzçiliklə saat hesabına tədris ilinin sonuna kimi Kürdlər kənd tam orta məktəbinin nəzdində ayrılmış otaqda keçirilməlidir. İş materiallarında olan Ağcabədi rayon X16 Şahmat Məktəbinin 14 noyabr 2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Kürdlər kənd sakini Abışov X2 rayon Şahmat məktəbinə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən verilən B 170430 nömrəli diplom əsasında işə qəbul olunmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Tibbi ərazi bölmələrinin X7 Rayon Mərkəzi Xəstəxanasının X14 xx.xx.2021-ci il tarixli, 827 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinkada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Kürdlər kənd İƏDÜ nümayəndəliyinin arayışından və xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, xx.xx.2016-cı il təvəllüdlü Abışlı Rəvan adlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs AR CM-nin 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi və eləcə də məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə sübuta yetirildi. Ona görə də məhkəmə hesab edir ki, onun əməli AR CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tariüli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə aldı. Onun barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə aldı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halları nəzərə alıb, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayıb, cəza təyini ilə bağlı məsələni müzakirə edib, ona cərimə cəzasının tətbiqini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası məcəlləsinin 23.1-ci maddəsində göstərilir ki, məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İcra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına yazılmış xx.xx.2012-ci il tarixli B 170430 nömrəli diplom maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-356, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1200 (bir min iki yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. İş materiallarında olan Təqsirləndirilən şəxs adına yazılmış xx.xx.2012-ci il tarixli B 170430 nömrəli diplom maddi sübut kimi cinayət işində saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar