Məhkəmə qərarları › İş №1(017)-12/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-12/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-12/2025 22.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1971-ci il tarixdə Ağcabədi rayonu, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 6,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satiş məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd kibrit qutusunda daşıyaraq üzərində saxlamış, 27 noyabr 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, Pərioğullar kəndində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 15:15-dən başlayaraq üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibində gizlətdiyi 01 ədəd kibrit qutusunda, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 6,57 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən 3-4 ildir ki, arada-bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edib. 26 noyabr 2024-cü il tarixdə, təxminən saat 20 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində, qəbrisatanlığın yaxınında piyada hərəkətdə olan zaman, yaxınlıqda yerləşən zibillikdə 01 ədəd kibrit qutusu görmüşdür. Həmin kibrit qutusunu yerdən götürüb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Ətrafda heç kimin olmadığını görüb kibrit qutusunu götürmüş və istifadə etmək üçün əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində gizlətmişdir. 27 noyabr 2024-cü il tarixdə, təxminən saat 15 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində olan kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmişlər. Kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi kibrit qutusu ilə birlikdə 9,9 qram olmuşdur. Bundan sonra kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişlər. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmiş ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 6.57 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmadığını, sadəcə istifadə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor tətbiq edilmədiyini bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantı rütbəsindədir. Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis leytenantı Şahid3 və polis kapitanı X3 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, yəni 27 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, lakin saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində video çəkilişlə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində baxış aparılmasına və baxışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmiş. Sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənnin sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 9.9 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd kibrit qutusu qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs deməsinə görə üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində piyada hərəkətdə olduğu zaman, qəbristanlığın yaxınlığında yerləşən zibillikdən tapdığını, lakin Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı dəqiq olaraq tapıb-tapmaması və yaxud haradansa əldə etməsi barədə heç bir məlumatı olmadığını, X11 27 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılarkən Təqsirləndirilən şəxs yanında heçkim olmadığını, Onun RPŞ-nə gətirilməsini tədbirdə iştirak edən CAB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis leytenantı Şahid3 və polis kapitanı X3 başqa heç kəs görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Ağcabədi rayonu, Pərioğullar kəndində yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis mayoru Şahid2, polis kapitanı X8 və polis leytenantı Şahid3 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi rayonu, Pərioğullar kənd sakini Rəhimov X9 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 27 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis mayoru Şahid2, polis kapitanı X8 və polis leytenantı Şahid3 tərəfindən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş. Baxış zamanı Qərib Rəhimov əynində olan göy rəngli gödəkçənin sol yan cibində gizlədtiyi 01 ədəd kibrit qutusunda olan, çəkisi 9,9 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 noyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi rayonu, Pərioğullar kənd sakini Rəhimov X9 rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 27 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş. Baxış zamanı Qərib Rəhimov əynində olan göy rəngli gödəkçənin sol yan cibində gizlədtiyi 01 ədəd kibrit qutusunda olan, çəkisi 9,9 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azercell MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlara baxış keçirilmiş, baxış zamanı şübhəli zəng və ya mesaj mətni, həmçinin heç bir sübut əhəmiyyəti kəsb edəcək hal aşkar edilməmişdir. Eyni zamanda Azərcell MMC-dən daxil olmuş CD-diskin “abunəçilər” kateqoriyasına daxil olduqda həmin nömrənin Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilmişdir. Bundan başqa “antenanın əhatə dairəsində olması barədə məlumatlar” kateqoriyasına daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsin xx.xx.2024-cü il tarixdə saat 14:48-də Ağcabədi rayonu, Təzəkənd kəndi (Pərioğullar kəndi ilə qonşu kənd) əhatə dairəsində olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına 19 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onun özünə məxsus olması, həmin narkotik vasitəni satış məqsədi olmadan saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 28 noyabr 2024-cü il tarixli, 3-16-16/2- 18/943 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi- 6,57 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi 6,57 qram, cəmi tədqiqata sərf edildi – 0,02 qram, qalıq 6,55 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 17 dekabr 2024-cü il tarixli, 1982 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X7 Şəxs”in 06 dekabr 2024-cü il tarixli, 18-1-23/2-1333/2024 nömrəli verdiyi tibbi arayışdan görünür ki, Rəhimov X9 RMX-nın X1 narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə həmin məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib bir il beş ay iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci və 7-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilimiş və məhkumluğu üzərindən götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB Pərioğullar kənd İƏDsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1971-ci il təvəllüdlü Ağcabədi rayonunun Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ağcabədi rayonunun Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X10 (xx.xx.2011-ci il təvəllüdlü) və bir yetkinlik yaşına çatmayan X12 (xx.xx.2007-ci il təvəllüdlü) adlı övladları var. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 6,57 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 6,55 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdən 29 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 6,55 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar