Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-122/2024 04.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağcabədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 24 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və satışı ilə məşğul olmasında şübhəli bilinərək Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketin qarşısında idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq saat 12:15-də Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:35-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,35 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddət Rusiya Federasiyasının Xabarovisk şəhərində yaşayaraq hörgü ustası işləmiş, təxmnən 10 aydır ki, doğulduğu Hindarx qəsəbəsinə gəlmiş və həmin qəsəbədə yaşayıb. O, Rusiya Federasiyası ərazisində yaşadığı vaxtlarda hərdən bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, bura gələndən sonra hərdən narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olduğu üçün Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilmişdir. O, Bakı şəhərindən gündəlik taksi fəaliyyəti ilə məşğul olmaq üçün etibarnamə ilə “Xəzər” markalı, **-RE-*** nömrə nişanlı avtomobil götürüb idarə etmişdir. Əvvəllər Bakı şəhərində hazırda isə Ağcabədi rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun həmkəndlisi X16 onunla qonşuluqda yaşamış və bir-birilərini tanımışdır. Sədi tutulmamışdan təxminən 1 ay əvvəl ondan telefonunu xahiş etmiş və bir nəfər şəxslə “votsapp” da danışacağını bildirmişdir. Sədi onun istifadəsində olan mobil telefonun “votsapp” ani mesajlaşma proqramından + 98 914 *** **** saylı xarici ölkəyə məxsus mobil nömrənin vhatsapı ilə danışmış, həmin şəxslə danışdıqdan sonra ona müraciət edərək “sənə yol pulunu verəcəm gedək Bakı şəhərindən “veş” götürüm sonra qayıdaq” sözlərini demişdir. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Sədi ilə razılaşmış və Sədini Bakı şəhərinə aparmışdır. Bakı şəhəri ərazisində yerləşən aeroport yolunda Sədi ondan avtomobili saxlamasını xahiş etmiş və avtomobildən endikdən bir müddət sonra bir ədəd torba götürüb avtomobilə minmişdir. O, Sədini gətirib Hindarx qəsəbəsi ərazisində yerləşən məktəbin yanında avtomobildən endirmiş, Sədi onun yol pulunu vermişdir. Onun həmin vaxt Sədinin həmin torbada nə gətirdiyini bilməmişdir. Bir neçə gün sonra həmin nömrədən onun vhatsapına zəng gəlmiş və zəngi açıb həmin şəxslə danışan zaman həmin şəxsin İran vətəndaşı olduğunu bilmişdir. Həmin şəxs ona narkotik vasitə satdığını demişdir. Onun maddi problemləri olduğu üçün həmin adını bilmədiyi İran Respublikası vətəndaşından 45 qram qurudulmuş marixuana sifariş etmiş və həmin şəxsin ona göndərdiyi xatırlamadığı kart hesabına 400 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra 45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərində hava limanı yoluna qoyulmuş və ona konum atılmışdır. O, 01 ədəd şəffaf rəngli torbanın içərisinə qoyulmuş 45 qram qurudulmuş marixuananı götürmüş və tanımadığı şəxslərə sataraq ümumilikdə 700 manat gəlir əldə etmişdir. Həmin marixuanadan bir kibrit qutusunu da özündə saxlamışdır. O, xx.xx.2024-cü il tarixdə 11:30 radələrində idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayon Hindarx qəsəbə ərazisində yerləşən Planet marketin qarşısında dayanmış və həmin vaxt ona 3 nəfər şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, bundan sonra ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satışında şübhəli olduğunu bildirirb onu Ağcabədi RPŞya dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmuş və idarə etdiyi “Xəzər” markalı avtomobillə birlikdə Ağcabədi RPŞ-ya gətirilmişdir. RPŞ-nin duracağında onun avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən heç bir narkotik vasitə aşkar olunmamışdır. İran Respublikası vətəndaşından aldığı 45 qram qurudulmuş marixuanadan qalmış içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu üzərində saxlamışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş və öz xahişi ilə X2 ona müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə RPŞ-nin inzibatı binasında otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğunu bildirərək üzərində saxladığı 01 ədəd kibrit qutusundakı nəşəni çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və aşkar olunduğu qaydada çəkisi 8.37 qram olmuşdur. Bundan sonra həmin kütlə 01 ədəd zərfdə qablaşdırılmış və zərfin üzərini imzalamışlar. O ifadəsinə əlavə olaraq X16 ilə İran vətəndaşından narkotik vasitə almadığını, Sədi Cəfərov ilə heç bir əlbirliyinin olmadığını, Sədi Cəfərovu Bakı şəhərinə taksi kimi aparan zaman Sədinin gətirdiyi torbada nə olduğunu bilmədiyini qeyd etmişdir. Hazırda törətdiyi əməldən çox peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ona Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 Elşən oğlu daxil edilmişdir. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 24 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. 24 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində yerləşən “Planet” marketin qarşısında idarə etdiyi “Xəzər” lada markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu həmin günü saat 12:15-də avtomobili ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Ağcabədi RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” lada markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən cinayət xarakterli əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Təqsirləndirilən şəxs xahişi ilə seçdiyi vəkil X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu Təqsirləndirilən şəxs təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 3 ədəd mobil telefonu, sağ yan cibindən isə 01 ədəd açarı və 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin kibrit qutusunun qutunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlələr kibrit qutusu ilə birlikdə 8,37 (səkkiz tam yüzdə otuz yeddi) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X9 Bölməsinə göndərilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 Elşən oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXBnin polis nəfəri, polis kiçik serjantı Şahid3 Elşən və TB-nin təhqiqatçısı, polis kapitanı X10 və Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi edilməsi məqsədilə müdafiçi təyin edilmiş Ağcabədi rayon Vəkil Bürosunun müdiri X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 03 ədəd mobil telefonu, həmin qara rəngli gödəkcənin sağ yan cibindən isə 01 ədəd açar və 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusuna baxış keçirən zaman içərisində yaşıl rəngli, spesfik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş və həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkildikdən sonra 8,37 qram olmuş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 Elşən oğlu və TB-nin təhqiqatçısı, polis kapitanı X10 və Təqsirləndirilən şəxs iştirakı ilə təxirəsalınmaz halda Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobildən hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “samsung” markalı mobil telefona baxış Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X10 Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə keçirilmişdir. Baxış protokoluna əlavə edilmiş diskdən görünür ki, həmin telefonun vhatsapp proqramında “İ” hərfi yazılmış +98 ********** saylı nömrə ilə həyata keçirilmiş söhbətə daxil olan zaman iki ədəd səs yazısının olması müəyyən edilmiş, həmin səs yazısında “ürək, mənəm Sədidir ürək, şoferlə birlikdəyəm, indi pul danışmışam, götürəcəm, 100-200-250 manatı yola irzə, 700 manatı rayondan çıxıb Ucarda-Zərdabda karta atacam, it-qurd güdükdədir, mənə 100 ədəd aynoyun düz-qoş et” sözlərinin deyilməsi müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 24 mart 2024-cü il tarixdə saat 13:10 dəqiqədə Təqsirləndirilən şəxs Ağcəbədi rayon X15 Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəfael Zeynalov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarş keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı protokolda qeyd edilən xüsusatlar öz əksini tam olaraq tapmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı protokolda qeyd edilən xüsusatlar öz əksini tam olaraq tapmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 iyul 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 18 iyul 2024-cü il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrdən daxil olan və çıxan zənglərin siyahısı barədə DİN-in BİKİ-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir dəlilə rast gəlinməmişdir İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı və “Nokai” markalı mobil telefonlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fakt aşkarlanmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə isə cəzası başa çatmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 26 mart 2024-cü il tarixli, 4(017)-26/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 iyun 2024-cü il tarixli, 4(017)- 55/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24 iyul 2024-cü il tarixədək 1 ay müddətinə uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalovun 14 iyun 2024cü il tarixli, 2-2-050/2-053262/2024 nömrəli qərarına əsasən ********* saylı cinayət işinin istintaq müddəti 25 avqust 2024-cü il tarixədək 2 ay müddətinə uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 iyul 2024-cü il tarixli, 4(017)- 65/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24 avqust 2024-cü il tarixədək 1 ay müddətinə uzadılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 25 mart 2024-cü il tarixli, 18/319 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi – 5,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuanadir. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Marixuananın təmiz çəkisi 5.35 qram, tədqiqata istifadə olundu 0.02 qram, qalıq 5.33 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X8 28 iyun 2024-cü il tarixli, 1136 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstıliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X12 Şəxs”in 12 iyun 2024-cü il tarixli, 18-1-23/2-710/2024 nömrəli arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın Poliklinika Şöbəsində nevroloji və narkoloji kabinetlərində qeydiyyatda durmur. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca cinayət işi üzrə keçirilən əlavə məhkəmə-bioloji ekspertizasından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq təmiz çəkisi 5,33 qram narkotik vasitə olan qurdulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 24 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, Təqsirləndirilən şəxs avtomobilinə və mobil telefonuna keçirilmiş baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disk və və 03 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, 2024-cü ilin mart ayının əvvəllərində şəxsiyyəti müəyyən edilməmiş şəxslərə satmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından ailə üzvlərinin məlumatı olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 13 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarekterizə olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağcabədi rayon Məhkəməsinin 26 mart 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə onun cəzaçəkmə müddətinin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi X12 Şəxs»in poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübutlar – tədqiqatdan sonra qalıq qalan 5,33 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 03 ədəd mobil telefonlar sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 mart 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi X12 Şəxs»in poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübutlar – tədqiqatdan sonra qalıq qalan 5,33 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut kimi tanınmış 03 ədəd mobil telefonlar Təqsirləndirilən şəxs arvadı X5 qaytarılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin-AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə X4 apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-122/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-122/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver