Məhkəmə qərarları › İş №1(017)-122/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-122/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-122/2025 13.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1992-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğulunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,48 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd kibrit qutusunda əynindəki boz rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 16 avqust 2025-ci il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tamstore” supermarketin yaxınlığında saxlanılaraq saat 20:44-dən başlayaraq üzərinə yoxlama aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,48 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsnın qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, 3 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. O, təxminən 6 aydır ki, narkotik vasitə olan marixuana istifadə edir. 16 avqust 2025-ci il tarixdə səhər saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yaşadığı küçədə olan zaman orada olan zibilliyin kənarında yerdə bir ədəd kibrit qutusu diqqətini çəkmişdir. Həmin kibrit qutusunu götürüb içinə baxanda içərisində “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin kibrit qutusunu öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamışdır. 16 avqust 2025-ci il tarixdə saat 20:40 radələrində o, Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən “Tamstore” supermarketin yaxınlığında olan zaman mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğumu bildirib üzərinə baxış keçiriləcəyini demişlər. O, heç bir etiraz etməmişdir. Video çəkilişlə üzərinə baxış keçirilmiş və ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. O, təqdim etdiyi kibrit qutusunun içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Üzərinə baxış keçirilmiş və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Boz rəngli şalvarın sağ yan cibindən təqdim etdiyi kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşılımtıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu onun və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8,38 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,48 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. O, tutulduğu gün Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yaşadığı küçədə olan zaman orada olan zibilliyin kənarında yerdən tapmış və içərisində “nəşə” olduğunu görüb şəxsi istifadəsi üçün götürərək cibində saxlamışdır. O, əldə edib saxladığı narkotik vasitə qurudulmuş marixuananı heç kəsə satmamış və verməmişdir. O, həmin narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu saxlayarkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Hazırda o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, barəsində “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarını tətbiq edərək cinayət məsuliyyətindən azad etməklə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağcabədi rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11,12-ci maddələrini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 86, 445-ci maddələrinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid3 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 16 avqust 2025-ci il tarixdə saat 20:40-da tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tamstore” supermarketin yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib hüquq və vəzifələri izah edilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 150 metr aralıda yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu 16 avqust 2025-ci il tarixdə səhər saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yaşadığı küçədə olan zaman orada olan zibilliyin kənarında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olduğu qaydada kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,38 (səkkiz tam yüzdə otuz səkkiz) qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Cavid Bəhramlı tərəfindən iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək bir ədəd ağ zərfdə qablaşdırılmış kütləyə və həmin anın video görüntüsünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və ya polis şöbəsində hər hansı fiziki və ya psixoloji təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə yoxlama aparılması, müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Ağcabədi RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı X2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Ağcabədi RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı X3 iştirakları ilə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Əliyev prospektində saxlanılmış, üstünə yoxlama və götürmə aparılman zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər vasitəni təqdim etmiş, Təqsirləndirilən şəxsin təqdim etdiyi içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olduğu qaydada kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,38 (səkkiz tam yüzdə otuz səkkiz) qram olmuş və həmin qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu, həmin qutunun içərisində yaşılımtıl rəngdə, kəskin spesifik iyə malik narkotik vasitə olan qudurulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlələr kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,38 (səkkiz tam yüzdə otuz səkkiz) qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən tərtib edilmiş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 16 avqust 2025-ci il tarixdə saat 20:40-da Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, H.Əliyev prospketində olarkən saxlanılaraq üstünün yoxlanılması, üzərindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana oxşar kütlə aşkar edilməsi, həmin kütlənin 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxsdən götürülməsi qeyd olunmuş, həmin bir ədəd ağ rəngli zərfə, 1 ədəd DVD diskə baxış keçirilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılı zərfdəki 1 ədəd kibrit qutusunun içərisində açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD diskə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunar narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunması öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 17 avqust 2025-ci il tarixli, 18/600 saylı məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5,48 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Qeyd: Marixuananın təmiz çəkisi -5.48 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq – 5,46 qram. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2025-ci il tarixli, 1804 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, narkotik tərkibli bitkiləri əkib-əkməməsi, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi üzrə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlara baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı nömrəsinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il saat 20:44 tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrəsinə zənglər olunaraq danışıqlar aparılması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrənin 16 avqust 2025-ci il tarixdə saat 19:46-da anten əhatə dairəsinin Ağcabədi şəhər ərazisində olması müəyyən edilmişdir. Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,46 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 16 avqust 2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı, həmçinin əşyanın təqdim edilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk və “Azercell MMC”dən daxil olmuş 01 (bir) ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunaraq barəsində polisn nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda deyil. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyətnamədən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı X8 (xx.xx.2013-cü il təvəllüdlü), X5 (xx.xx.2014-cü il təvəllüdlü) və X9 (xx.xx.2020-ci il təvəllüdlü) adlı uşaqları var. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası xx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi N nömrəli hərbi hissədə hərbi xidmət keçib döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikasının müharibə veteranıdır. HZ- 5726855 nömrəli hərbi bilet və MV-072771 nömrəli vəsiqə. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, barəsində “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarını tətbiq edərək cinayət məsuliyyətindən azad etməklə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının rəyini nəzərə alaraq və iş materiallarını araşdırıb Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, törətdiyi əməlin az ağır cinayət olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq olunmaqla Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində törətdiyi əmələ görə qeyd olunan amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Ona görə də məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini qanuna müvafiq hesab edir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınmalıdır. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq, “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə “Konstitutsiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndləri tətbiq olunmaqla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatda alınsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 5,46 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Suluduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar