Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-124/2025 17.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, Ağcabədi rayonu Hacıbədəlli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zərərçəkmiş şəxs məxsus 0,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərərək tutmuşdur. Belə ki, o, mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü il tarixdən hazıradək olan müddət ərzində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə üzrə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla Zərərçəkmiş şəxs Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində yerləşməklə mülkiyyətində olan ümumilikdə 0,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini vahid niyyətlə qəsdən özbaşına zəbt edərək xx.xx.2023-cü il tarixdən həmin torpaq sahəsinin 0,004 hektar hissəsini gediş-gəliş yolu kimi istifadə edərək özbaşına tutmuş, bundan sonra cinayətkar əməlini davam etdirərək vahid niyyətlə qəsdən 2023-cü ilin mart ayının əvvəllərində həmin torpaq sahəsinin 0,143 hektar hissəsində yonca bitkisi əkməklə becərmiş, bundan sonra cinayətkar əməlini davam etdirərək vahid niyyətlə qəsdən 2025-ci ilin aprel ayının əvvəllərində həmin torpaq sahəsinin 0,013 hektar hissəsində pambıq bitkisi əkib becərərək zərərçəkmiş Zərərçəkmiş şəxs mülkiyyətində olan ümumilikdə 0,16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini vahid niyyətlə qəsdən zəbt edərək becərmə işləri aparmaqla özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 188.3-cü madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Ağcabədi rayonu Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Onun əvvəllər Cavadla normal münasibətləri olsa da, daha sonra Cavadın onun barəsində etdiyi şikayətlərdən sonra münasibəti yoxdur. Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” adlanan ərazidə o, qardaşı Rüstəmlə birlikdə fermer təsərrüfatı ilə məşğul olur. Həmin təsərrüfatı atası 1997-ci ildə salmış, daha sonra isə atası rəhmətə gedəndən sonra onlar istifadə etmişlər. Orada qardaşı Rüstəmin və onun istifadəsində ümumi olaraq 18 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsində onlar yonca, taxıl və pambıq əkibbecərirlər. Həmin sahələrin 9 hektarına qardaşı Rüstəmin və onun adına dövlət əmlakdan çıxarışı var. Qalan 9 hektar isə kənd sakinlərinin pay torpaqlarıdır və onlar həmin torpaqları icarə əsasında istifadə edirlər. X4, Cəfər Məhərrəmovun, Nizami Əliyevin, Faiqin, Ramazanın, İlqarın, Zülfinin, Mehmanın, Sahibin, İlhamın, Çıraqın, Səməndərin, Ataşın, Nazimin və digər adları yadında qalmayan şəxslərin pay torpaqlarını öz razılıqları əsasında onlar icarəyə götürərək istifadə etmişlər. O, həmin şəxslərin bəziləri ilə yazılı, bəziləri ilə isə şifahi müqavilələr bağlamışdır. Daha sonra Zərərçəkmiş şəxs qardaşı Rüstəmdən müxtəlif şikayətlər edərək onun 0,16 hektar torpağını zəbt etdiyini bildirmişdir. Həmin zaman onlar Cavada həmin torpağın harada olduğunu bilmədiklərini, əgər özü bilirsə gəlib ölçərək götürməyini demişlər. Belə ki, 2023-cü ilin mart ayının əvvəllərində o, həmin torpaq sahəsinin bir hissəsində yonca əkmişdir. Bundan sonra həmin 0,16 hektar torpaq sahəsində ölçü işləri aparıldıqdan sonra o, həmin sahədə əkilmiş yonca sahəsini biçməmişdir. Həmin yonca sahəsini Elgün Əsədov biçərək yonca otunu götürmüşdür. Bundan başqa həmin torpaq sahəsinin ətrafı ona məxsus olduğundan o, ətraf sahələrdə əkin işləri ilə məşğul olur. 2025-ci ilin aprel ayında o, öz sahəsində pambıq əkmək üçün şumlama işləri aparmışdır. Həmin zaman onun xəbəri və icazəsi olmadan traktor Cavada məxsus 0,16 hektar torpaq sahəsinin bir hissəsinə də keçərək oranı da şumlamışdır və oraya pambıq əkilmişdir. Lakin o, bildikdən sonra orada becərmə işləri aparmamışdır. Halhazırda da Cavada məxsus olan 0,16 hektar torpaq sahəsinin bir hissəsi yonca əkinidi və o, həmin yonca əkinində becərmə işləri aparmır. Qalan hissədə isə pambıq əkilsə də yenə həmin sahədə becərmə işləri aparılmır. Zərərçəkmiş şəxs ona çıxarışla özünə məxsus torpaq sahəsini onun istifadə etdiyini bildirməmişdir. Həmin 0,16 hektar torpaq sahəsi onun istifadəsində olan digər sahələrin ortasında yerləşir. Buna görə də, traktor onun sahəsində olan yoncanı biçən zaman həmin sahədə əkilmiş yoncanı da biçmiş, lakin həmin yonca tərəfindən götürülməmiş və sahədə qalmışdır. Ona məxsus ərazi ilə Cavada məxsus olan ərazi arasında hər hansı bir tirə yoxdur. Buna görə də ona məxsus pambıq sahəsi suvarılan zaman oraya axıdılan su istər-istəməz Cavada məxsus olan və pambıq əkilən sahəyə də axaraq orada əkilmiş olan pambıqlar da sulanmışdır. Həmçinin ona məxsus pambıq sahəsində becərmə işləri də aparılan zamanı heç bir maneə olmadığı üçün traktor ümumi sahəni kultivasiya etmişdir. Onun istifadəsində çıxarışla Cavada məxsus torpaq sahəsi yoxdur. Cavada məxsus torpaq sahəsində əkin işləri aparılsada bunu bilərəkdən etməmişdir. Həmin torpaq sahəsinin Cavada məxsus olduğunu bildikdən sonra o, həmin torpaq sahəsindən istifadə etməməiş və aidiyyatı dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə həmin sözü gedən torpaq sahəsi Cavada təhvil verilmişdir. Hazırda törətdiyi əmələ görə peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını bildirib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini məhkəməndən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır. Ağcabədi rayonu Hacıbədəlli kənd sakinləri X31, X18, Təqsirləndirilən şəxs, X29 və X15 tanıyır. Onlar onun həmkəndliləridir. Onun onlarla heç bir ədavət və düşmənçiliyi yoxdur. O, X23 ona məxsus 0,39 hektar torpaq sahəsini zəbt etməyi ilə bağlı əvvəllər şikayət etmişdir. Həmin fakt üzrə Ağcabədi rayon Polis Şöbəsində cinayət işi başlanaraq cinayət işi məhkəməyə verilmişdir. Ağcabədi rayon Məhkəməsinin hökmü ilə X31 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, ötən il X18 və Təqsirləndirilən şəxs ona məxsus 0,8 hektar torpaq sahəsini və 0,16 hektar torpaq sahəsini, X23 isə əlavə olaraq 0,24 hektar torpaq sahəsini zəbt etməyi ilə bağlı şikayətlər etmişdir. Bununla bağlı araşdırmalar getmiş, həmin yerlər ölçülərək ona təhvil verilmişdir. O, əvvəllər Bakı şəhərində yaşasa da daha sonra Ağcabədi rayonu Hacıbədəlli kəndinə qayıdaraq burada yaşamağa başlamışdır. O, burada kənd təsərrüfatı işləri ilə məşğul olmuş və özünə məxsus pay torpaq sahəsində əkin-biçin işləri ilə ailəsini dolandırmaq istəmişdir. Həmçinin o, kənd sakinlərindən torpaq alaraq istifadə etmək istəmişdir. 2019-cu il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” deyilən ərazidə həmkəndlisi X5 0,08 hektar torpaq sahəsi almışdır. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsini öz adına çıxarışla sənədləşdirmişdir. O, həmin torpaq sahəsini öz adına sənədləşdirməyinə baxmayaraq istifadə edə bilməmişdir. Həmin torpaq sahəsini Rüstəm istifadə edir. 2023-cü ildə həmin torpaq sahəsi ölçülərək ona təhvil verilməsinə baxmayaraq Rüstəm Abışov həmin torpaq sahəsindən çıxmamışdır. Hal-hazırda da Rüstəm Abışov həmin torpaq sahəsində yonca əkərək becərir. O, bundan sonra da həmin yerdə istifadə etmək istəsə də, Rüstəm imkan verməyərək özü əkib becərir.Bundan başqa o, 2008-ci ildə dayısı oğlu Şahid1 Ağcabədi rayonu Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” deyilən ərazidə 0,16 hektar torpaq sahəsini almışdır. Lakin o, həmin zaman rəsmi sənədləşdirmə etməmişdir. Həmin 0,16 hektar torpaq sahəsini Rüstəm və qardaşı Təqsirləndirilən şəxs istifadə edirlər. O, onlara dəfələrlə həmin yerin ona məxsus olduğunu desə də, onlar onun həmin yerdən istifadə etməyinə imkan verməmişlər. Hətta Həsən özü də Rüstəmə zəng edərək həmin torpaq sahəsini ona satdığını desə də Rüstəm məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini öz adına çıxarışla sənədləşdirmişdir. O, həmin torpaq sahəsini öz adına sənədləşdirməyinə baxmayaraq istifadə edə bilmir. Həmin torpaq sahəsini Səxavət istifadə edir. 2023-cü ildə həmin torpaq sahəsi ölçülərək ona təhvil verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən çıxmamışdır. Hal-hazırda da Təqsirləndirilən şəxs həmin torpaq sahəsində yonca əkərək becərir. O, bundan sonra da həmin yerdə istifadə etmək istəsə də, Səxavət imkan verməyərək özü əkib becərir. 0,16 hektar torpaq sahəsinin yan qonşuları X18 və X3 məxsusdur. X13 məxsus olan həmin torpaq sahəsini o, alsa da rəsmi qaydada sənədləşdirməmişdir. Həmin torpaq sahəsi də hal-hazırda Rüstəm Abışovun istifadəsindədir. 0,24 hektar torpaq sahəsinin yan qonşuları X12 və X6 məxsusdur. 0,0799 hektar torpaq sahələrinin yan qonşuları X24 və X1 məxsusdur. Onlar orada müxtəlif illərdə müxtəlif növ əkinlər əksə də hal-hazırda orada yonca əkmişdir. Səxavət isə 0,16 hektar torpaq sahəsinin bir hissəsində yonca, bir hissəsində isə pambıq əkmişdir. O, həmin torpaq sahələrindən 0,16 hektar torpaq sahəsini 2023-cü il tarixdə rəsmi olaraq sənədləşdirmişdir. O, torpağı aldığı gündən istifadə edə bilməmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Ağcabədi rayonu Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Səxavət onun həmkəndlisidir. Onun Səxavətlə normal münasibətləri var, heç bir ədavət və düşmənçiliyi yoxdur. Səxavətin yaşadığı kəndin ərazisində fermer təsərrüfatı və əkin sahələri var. Səxavət Hacıbədəlli kəndi ərazisində “kanal üstü” adlanan ərazidə öz fermasına yaxın yerdə pambıq əkmişdir. O, pambıq və soğan alağına gedərək günə muzd işləyir. 2025-ci ilin may ayında Səxavət ona həmin pambıq əkdiyi sahədə pambıq alağı eləmək lazım olduğunu bildirmişdir. O, Səxavətlə razılaşmışdır. Bundan sonra X19 və digər qadınlarla birlikdə həmin Səxavətə məxsus olan və pambıq əkdiyi sahəyə gedərək yabanı otların alağını eləməyə başlamışdır. Bundan sonra da o, bir neçə dəfə həmin sahəyə gedərək alaq eləmiş və günəmuzd əmək haqqını almışdır. Onu həmin əraziyə Səxavət dəvət etmişdir. Səxavət ona alaq edəcəyi ərazini göstərərək həmin yerin alağını edəcəyini bildirmişdir. Onu həmin sahədə işləməyə Səxavət dəvət edərək həmin ərazinin özünə məxsus olduğunu bildirmişdir. O, da Səxavətin deməsi ilə həmin sahədə alaq işləri aparmışdır. Onun həmin ərazinin mübahisəli olması barədə heç bir məlumatı olmamışdır. O, indi öyrənmişdir ki, həmin sahənin müəyyən bir hissəsi Cavada məxsus sahəyə düşür. Lakin həmin sahələr arasında heç bir maneə olmamışdır. Səxavət də ona orada olan pambıq əkilmiş sahəsində alaq işləri aparmağını bildirmişdir. Buna görə də o, həmin sahədə alaq işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 eyni məzmunlu ifadə verərək X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu texniki vəzifəsində işləyir. Ağcabədi rayon X28 Bölməsində aparılan araşdırma ilə bağlı təyin edilmiş mühəndis-texniki ekspertizası ilə bağlı mütəxəssis rəyinin verilməsi üçün Ağcabədi rayonu Hacıbədəlli kəndinin ərazisində Zərərçəkmiş şəxs məxsus torpaq sahələrinə tərəflərindən baxış keçirilmişdir. Həmin baxışa əsasən 05 may 2025-ci il tarixdə mütəxəssis rəyi tərtib edilərək Ağcabədi rayon Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışına əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,16 hektar torpaq sahəsinin, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışına əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan, Ağcabədi rayonunun Haçıbədəlli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin və xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışına əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan, Ağcabədi rayonunun Haçıbədəlli kəndində yerləşən 0,32 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun olmaması ilə bağlı bildirmişdir ki, həmin torpaq sahəsi naturada faktiki olaraq baxış keçirilən torpaq sahəsi ilə üst-üstə düşsə də torpaq sahəsinin koordinatlarında qismən uyğunsuzluq var. Belə ki, həmin torpaq sahəsinin sərhədləri torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd olunan ərazilərlə eynidir. Həmin torpaq sahəsinin Dövlət reysterindən alınan çıxarışında göstərilən koordinatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd alındıqdan əvvəl alındığı üçün koordinatlarda qismən uyğunsuzluq vardır. Qismən uyğunsuzluq mövcud olsa da həmin torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən ərazi ilə eynidir. Ona görə də rəydə bu göstərilmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Ağcabədi rayonu Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs Səttar oğlunu tanıyır. Onun Cavadla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmçinin o, Ağcabədi rayonu Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs da tanıyır. Onunla da heç bir ədavət və düşmənçiliyi yoxdur. Onun Ağcabədi rayonu Hacıbədəlli kəndin ərazisində dövlət aktı ilə özünə məxsus 1 hektar pay torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi 0,84 hektar və 0,16 hektar olmaqla iki yerdə yerləşir. O, 2000-ci il tarixdə kənddən çıxaraq Bakı şəhərində yaşamağa getmişdir. Bundan sonra da ona məxsus ümumi 1 hektar torpaq sahəsini kənddə yaşayan rəhmətlik atası və qardaşı Səməndər istifadə etmişdir. 2008-ci il tarixdə o, özünə məxsus 1 hektar torpaq sahəsini bibisioğlu Zərərçəkmiş şəxs Səttar oğluna 2000 ABŞ dollarına satmışdır. Bu barədə də qardaşıgilə bildirərək torpağı Cavada satdığını bildirmişdir. Həmin vaxtı onlar rəsmi sənədləşdirmə aparmamışlar və 2019-cu il tarixdə onlar Cavadla rəsmi sənədləşmə aparmışlar və torpaq rəsmi olaraq Cavadın adına sənədləşmişdir. Torpaq sənədləşən zaman Səxavətgil ona zəng edərək Ağcabədi rayonu Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” adlanan yerdə yerləşən 0,16 hektar torpağı ona satmağını desə də, o, onlara torpağı daha Cavada satdığını bildirmişdir. O, həmin zaman da qardaşı Səməndərə torpağı Cavadın adına keçirdiyini bildirmişdir. O, Cavada torpağı satarkən bu barədə Səməndərə və Səxavətə bildirmişdir. O, 2019-cu ildə sənədləşdirmə aparan zaman həmin torpağın artıq Cavada məxsus olduğunu bildirmişdir. O, Ağcabədi rayonu Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” adlanan yerdə yerləşən 0,16 hektar torpaq sahəsini Səxavətə istifadəyə verməmiş və ya ona satmağa söz verməmişdir. O, həmin sözü gedən torpaq sahəsini Cavada satmış və həmin torpaq sahəsi Cavada məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 19 mart 2025-ci il tarixli, 3-21-3-45/2-1833/2025 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən 0,16 ha torpaq sahəsinə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş, baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq **********59 reyest nömrəli çıxarışda göstərilən 0.16 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək Ağcabədi Rayon Polis şöbəsinin əməkdaşına və vətəndaş Zərərçəkmiş şəxs göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən 05 may 2025-ci il tarixli, 3-21-3-45/2-2710/2025 nömrəli məktubla daxil olmuş mütəxəssis rəyindən görünür ki,
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,0799 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan 0,0799 hektar torpaq sahəsi əvvəlki illər ərzində X31 tərəfindən istifadə olunması iddia edilsə də, ölçmə işləri zamanı onun tərəfindən istifadə olunması faktı müəyyən olunmadı. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,16 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,16 hektar torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,08 hektar torpaq sahəsinin X18 tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,24 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan 0,24 hektar torpaq sahəsi əvvəlki illər ərzində X31 tərəfindən istifadə olunsa da, ölçmə işləri zamanı müəyyən olundu ki, həmin ərazi başqa şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,32 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,32 hektar torpaq sahəsinin X29 tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür.
6. Yuxarıda qeyd olunan 0,0799 hektar, 0,16 hektar, 0,08 hektar, 0,24 hektar və 0,32 hektar torpaq sahələrinin hüdudlarının koordinatları naturada müəyyən edilmişdir. Həmin torpaq sahələrinin hansı şəxslər tərəfindən və hansı ölçüdə istifadə olunması yuxarıda qeyd olunan sualların cavablarında qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 27 may 2025-ci il tarixli 10/1483 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Şahid2 tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərarın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,0799 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan 0,0799 hektar torpaq sahəsi əvvəlki illər ərzində X31 tərəfindən istifadə olunması iddia edilsə də, ölçmə işləri zamanı onun tərəfindən istifadə olunması faktı müəyyən olunmadı. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Qərarın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,16 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,16 hektar torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Qərarın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,08 hektar torpaq sahəsinin X18 tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Qərarın dördüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,24 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğundur. Qeyd olunan 0,24 hektar torpaq sahəsi əvvəlki illər ərzində X31 tərəfindən istifadə olunsa da, ölçmə işləri zamanı müəyyən olundu ki, həmin ərazi başqa şəxslər tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Qərarın beşinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,32 hektar torpaq sahəsinin sərhədləri yuxarıdakı sənədlərdə göstərilən ölçülərə uyğun deyildir. Ölçmə işləri aparılan zamanı qeyd olunan 0,32 hektar torpaq sahəsinin X29 tərəfindən istifadə olunması faktı müəyyən olundu. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Qərarın altıncı sualı üzrə: Yuxarıda qeyd olunan 0,0799 hektar, 0,16 hektar, 0,08 hektar, 0,24 hektar və 0,32 hektar torpaq sahələrinin hüdudlarının koordinatları naturada müəyyən edilmişdir. Həmin torpaq sahələrinin hansı şəxslər tərəfindən və hansı ölçüdə istifadə olunması yuxarıda qeyd olunan sualların cavablarında qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X39 İnkişaf Mərkəzindən verilmiş mütəxəssis rəyindən görünür ki, Ağcabədi rayon Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs məxsus olan Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0,0799 hektar; xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0,16 hektar; xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0,08 hektar; xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0,24 hektar; xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0,32 hektar olan torpaq sahələrinə Ağcabədi rayon Polis Şöbəsinin müstəntiqinin, X39 İnkişaf Mərkəzinin mütəxəssislərinin, Hacıbədəlli kənd sakini olan üç nəfər fermerin və şikayətçinin özünün iştirakı ilə göstərilən beş ədəd sahəyə yerində baxış keçirilərək araşdırılma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahələrdən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0,0799 hektar sahənin kordinatları əsasında göstrilən yerdə olduğu müəyyən olundu. Sahədə 2023-cü ildə EKTİS-də əlin bəyanı olmamışdır. 2024-cü ildə sahədə buğda əkini, 2025-ci il isə yenə də buğda əkilməsi barədə EKTİS-də əkin bəyanı olmaqla həmin bitkilərə uyğun olaraq subsidiya hesablanaraq vətəndaşın fermer kartına köçürülmüşdür. Lakin həmin sahəyə baxış zamanı sahədə əvvəlki illərdə yonca əkildiyi və sahənin bitki örtüyünün inkişadı sahədən istifadə olunmadığı göstərdi. Beləki, sahədə görünən alaqanqal bitkisinin noyabr – mart ayları aralığında toxumdan cücərib bitdiyi məlumdur. Hal – hazırda 0,0799 hektar sahədə alaqanqal və digər bitkilərin tam inkişaf edərək toxum əmələ gətirdiyi müşahidə olunur. Odur ki, həmin sahədə becərilmə işləri aparılmamışdır. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli 0,16 hektar sahənin kordinatlar əsasında göstərilən yerdə olduğu müəyyən olundu. Sahədə 2023-cü ildə EKTİS-də pomidor bitkisi, 2024-cü ildə buğda əkini, 2025-ci ildə buğda əkilməsi barədə bəyan aparılmışdır. Həmin sahəyə baxış zamanı həmin sahənin 0,013 hektarının pambıq, 0,004 hektarının yol yeri və qalan hissəsinin isə əvəlki illərdən yonca əkildiyi müşahidə olundu. Sahədə yoncanın birinci biçini aparılıb sonradan sahədə biçin aparılmayıb. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0,08 hektar sahənin koordinatlar əsasında göstərilən yerdə olduğu müəyyən olundu. Sahədə 2023-cü ildə EKTİS-də pamidor bitkisi, 2024-cü ildə sahədə buğda bitkisi, 2025-ci ildə isə yenədə buğda əkilməsi barədə bəyan aparılmışdır. Həmin sahəyə baxış zamanı həmin sahədə əvvəlki illərdə yonca əkildiyi müşahidə olundu. Sahədə yoncanın birinci biçini aparılıb lakin ot sahədən götürülməyib. Həmin sahədə sonradan biçin aparılmayıb. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli 0,24 hektar sahənin koordinatlar əsasında göstərilən yerdə olduğu müəyyən olundu. Sahədə 2023-cü ildə EKTİS-də pamidor bitkisi, 2024-cü ildə sahədə buğda bitkisi, 2025-ci ildə isə yenədə buğda əkilməsi barədə bəyan aparılmışdır. Həmin sahəyə baxış zamanı həmin sahədə əvvəlki illərdə yonca əkildiyi müşahidə olundu. Sahədə yoncanın 18-20 gün əvvəl biçildiyi müşahidə olundu. 9.04.2014-cü il tarixli ********** qeydiyyat nömrəli 0,32 hektar sahə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin bazasında Zərərçəkmiş şəxs məxsus olması barədə qeyd aşkar olunmadı. Sahədə 2023-cü ildə EKİS-də Zərərçəkmiş şəxs adına pomidor bitkisi, 2024-cü ildə buğda bitkisi barədə bəyan aparılsa da, 2025-ci ildə isə əkin bəyanı aparılmamışdır. Həmin sahəyə baxış zamanı sahədə əvvəlki illərdə yonca əkildiyi və becərildiyi müşahidə olundu. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli və 09 iyul 2025-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs RN **********89 saylı çıxarışla mülkiyyətində olan 0,16 hektar torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən həmin torpaq sahəsinin 0,143 hektar sahəsinə yonca, 0,013 hektar sahəsinə pambıq əkilmiş, 0,004 hektar sahəsi isə Təqsirləndirilən şəxs tərəfindən yol kimi istifadə edilir. 27 yanvar 2025-ci il tarixdə Ağcabədi rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Elçin Hüseynsoy tərəfindən Zərərçəkmiş şəxs məxsus RN **********89 saylı çıxarışla 0,16 ha torpaq sahəsinin tutulmasını bildirməsi faktı il bağlı xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar ləğv edilərək araşdırmanın davam etdirilməsi üçün İstintaq Bölməsinə göndərilmiş, toplanmış material araşdırması aparılan materiala əlavə edilməklə araşdırma davam etdirilmişdir. İş materiallarında olan 11 iyul 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə istintaq Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan 25 avqust 2025-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 25 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Aəzrbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli təlabnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abışov X8 RMX Publik Hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi RİHB-nın Hacıbədəlli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Hacıbədəlli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı X10 (xx.xx.2014-cü il təvəllüdlü), X21 (xx.xx.2015-ci il təvəllüdlü) və X22 (xx.xx.2023-cü il təvəllüdlü) adlı övladları var. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə, həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi bu Məcəllənin 188.1-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) və 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə kursu keçmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 avqust 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci madəsində göstərilir ki, azadlığın məhdudlaşdırılmsı növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X9, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona dörd il altı müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 25 avqust 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzanın dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq dörd il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN**********, AZ 41 NABZ ********************, X9, KOD 210005 SWİFT BİK STREAZ 22 keçirilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim: Sulduz Ləzimov