Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-126/2023 18.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 Teyyub oğlunun, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “MBM” Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs2 – (xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, himayəsində 3 azyaşlı uşağı olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 2 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası xx.xx.2019-cu il tarixli hökmə qismən birləşdirməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası təyin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(017)-102/2019 nömrəli hökmü ilə ona təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, xx.xx.2023-cü il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış, 4000 manat miqdarda cərimə cəzasını çəkib qurtarmamış, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs3 – (xx.xx.1995-ci il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olmuş, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 1(99)-122/19 nömrəli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, xx.xx.2021-ci il tarixdə sınaq müddəti başa çatmış, əlavə cəzasının 03 il 09 ay 29 gün hissəsini çəkmiş, 02 ay 01 gün çəkilməmiş əlavə cəzası qalmış, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs1 – (xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs4 – (xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olmuş, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, məcburi köçkün, Xocavənd rayonunun Günəşli kəndində qeydiyyatda olan və Ağcabədi rayonunun Qaravəlli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 24 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin ətrafında qalıb ətrafı gözətləmişlər, o isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının içərisindən 8500 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabını, 300 manat dəyərində 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəstini, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələm, 200 manat dəyərində dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəstini, həmin evin digər yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının qapısını sındırmaqla içərisindən 10 manat dəyərində 01 ədəd qara rəngli pul qabı, həmin pul qabının içərisindən 400 ABŞ dolları (680 manat) və 150 AVRO (277,35 manat) pul, 30 manat dəyərində 01 ədəd qadın çantası, həmin qadın çantasının içərisindən 10710 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağı, 5100 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağı, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərzik, 2295 manat dəyərində 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərzik, 1105 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzüyü, 5000 manat dəyərində olan 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezlərini, 595 manat dəyərində 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd klonu, 50 manat dəyərində 700 qram həcmində markası istintaqa məlum olmayan 01 ədəd araq butulkasını oğurlayaraq Zərərçəkmiş şəxs1 38252,35 (otuz səkkiz min iki yüz əlli iki manat otuz beş qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq oğurlayıb talamışdır. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 40000 manat məbləğində pulu gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında iştirak edərək, 24 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin hasarının qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin ətrafında qalıb ətrafı gözətləmişlər, o isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin otaqlarında gizli olaraq talamaq üçün 40000 manat məbləğində pulu axtarmış, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasının içərisindən 10 manat məbləğində pul götürmüş, lakin başqa pul tapa bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da cinayət törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs3 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 24 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və o, evin ətrafında qalıb ətrafı gözətləmişlər, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının içərisindən 8500 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabını, 300 manat dəyərində 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəstini, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələm, 200 manat dəyərində dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəstini, həmin evin digər yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının qapısını sındırmaqla içərisindən 10 manat dəyərində 01 ədəd qara rəngli pul qabı, həmin pul qabının içərisindən 400 ABŞ dolları (680 manat) və 150 AVRO (277,35 manat) pul, 30 manat dəyərində 01 ədəd qadın çantası, həmin qadın çantasının içərisindən 10710 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağı, 5100 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağı, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərzik, 2295 manat dəyərində 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərzik, 1105 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzüyü, 5000 manat dəyərində olan 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezlərini, 595 manat dəyərində 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd klonu, 50 manat dəyərində 700 qram həcmində markası istintaqa məlum olmayan 01 ədəd araq butulkasını oğurlayaraq Zərərçəkmiş şəxs1 38252,35 (otuz səkkiz min iki yüz əlli iki manat otuz beş qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq oğurlayıb talamışdır. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 40000 manat məbləğində pulu gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında iştirak edərək, 24 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin hasarının qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və o, evin ətrafında qalıb ətrafı gözətləmişlər, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin otaqlarında gizli olaraq talamaq üçün 40000 manat məbləğində pulu axtarmış, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasının içərisindən 10 manat məbləğində pul götürmüş, lakin başqa pul tapa bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da cinayət törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 24 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, evin ətrafında qalıb ətrafı gözətləmişlər, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının içərisindən 8500 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabını, 300 manat dəyərində 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəstini, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələm, 200 manat dəyərində dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəstini, həmin evin digər yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının qapısını sındırmaqla içərisindən 10 manat dəyərində 01 ədəd qara rəngli pul qabı, həmin pul qabının içərisindən 400 ABŞ dolları (680 manat) və 150 AVRO (277,35 manat) pul, 30 manat dəyərində 01 ədəd qadın çantası, həmin qadın çantasının içərisindən 10710 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağı, 5100 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağı, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərzik, 2295 manat dəyərində 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərzik, 1105 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzüyü, 5000 manat dəyərində olan 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezlərini, 595 manat dəyərində 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd klonu, 50 manat dəyərində 700 qram həcmində markası istintaqa məlum olmayan 01 ədəd araq butulkasını oğurlayaraq Zərərçəkmiş şəxs1 38252,35 (otuz səkkiz min iki yüz əlli iki manat otuz beş qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq oğurlayıb talamışdır. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 40000 manat məbləğində pulu gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında iştirak edərək, 24 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin hasarının qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və o, evin ətrafında qalıb ətrafı gözətləmişlər, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin otaqlarında gizli olaraq talamaq üçün 40000 manat məbləğində pulu axtarmış, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasının içərisindən 10 manat məbləğində pul götürmüş, lakin başqa pul tapa bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da cinayət törətməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs4 qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 24 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin ətrafında qalıb ətrafı gözətləmişlər, o isə Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin daş hasarından keçməklə evin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının içərisindən 8500 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabını, 300 manat dəyərində 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəstini, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələm, 200 manat dəyərində dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəstini, həmin evin digər yataq otağında yerləşən saxlanc yeri hesab edilən paltar dolabının qapısını sındırmaqla içərisindən 10 manat dəyərində 01 ədəd qara rəngli pul qabı, həmin pul qabının içərisindən 400 ABŞ dolları (680 manat) və 150 AVRO (277,35 manat) pul, 30 manat dəyərində 01 ədəd qadın çantası, həmin qadın çantasının içərisindən 10710 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağı, 5100 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağı, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərzik, 2295 manat dəyərində 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərzik, 1105 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzüyü, 5000 manat dəyərində olan 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezlərini, 595 manat dəyərində 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd klonu, 50 manat dəyərində 700 qram həcmində markası istintaqa məlum olmayan 01 ədəd araq butulkasını oğurlayaraq Zərərçəkmiş şəxs1 38252,35 (otuz səkkiz min iki yüz əlli iki manat otuz beş qəpik) manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq oğurlayıb talamışdır. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 40000 manat məbləğində pulu gizli olaraq talamaq məqsədilə tanışları və həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X6 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında iştirak edərək, 24 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin hasarının qarşısına gəlmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin ətrafında qalıb ətrafı gözətləmişlər, o isə Təqsirləndirilən şəxs2lə birlikdə qəsdən qanunsuz olaraq fərdi yaşayış evinin həyətinə daxil olmuş, daha sonra evin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə daxil olub, evin otaqlarında gizli olaraq talamaq üçün 40000 manat məbləğində pulu axtarmış, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasının içərisindən 10 manat məbləğində pul götürmüş, lakin başqa pul tapa bilmədiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən oğurluq əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da cinayət törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, Bakı şəhərində yaşayıb dam örtüklərinin inşa və təmiri ilə məşğul olaraq ailəsini dolandırmışdır. Ağcabədi rayon Qaravəlli kəndi ərazisində iki ayrı-ayrı yerlərdən oğurluq etmişdir. Ağcabədi rayon Qaravəlli kənd sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Ağcabədi rayonu, Qaravəlli kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, onun kəndçisi həm də qohumudur. Onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 24 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakıda olan zaman Qurbani mobil telefonla ona zəng edib yaşadıqları kəndə çağırıb işlərinin olduğunu demiş, ona gələcəyini bildirmişdir. Həmin gün saat 16 radələrində Bakı şəhərindən tanımadığı taksi ilə yola çıxmış, təxminən saat 19 radələrində Bərdə rayonuna çatmışdır. Bərdə rayonunda Hüseyin, Qurbani və Fərman onu qarşılamışlar. Onların maşınına əyləşmiş və onlar Qaravəlli kəndinə yola düşmüşlər. Maşında gedən zaman Hüseyin, Qurbani və Fərman ona kənddə ev oğurluğu etmək istədiklərini, onu köməklik etmək üçün çağırdıqlarını demişdirlər. Onlar təxminən saat 20 radələrində Qaravəlli kəndinə gəlmişlər. Onlar kənd ərazisində avtomobil ilə gəzib oğurluq etmək üçün içərisində işığı yanmayan ev axtarmağa başlamışlar. Həmin vaxt onlar Zərərçəkmiş şəxs1 nəvəsi Qazanxanın avtonəqliyyat hadisəsi törətdiyini eşitmişlər, Qəndafın qohumları ilə birlikdə evdə olmayacağını ehtimal edib ilk öncə avtomobil ilə Qəndafın yaşadığı evin qarşısına getmişlər. Onlar Qəndafın evində işıqların yanmadığını görmüşlər və evdə heç kimin olmadığını anlamışlar. Bundan sonra özü Fərmanla avtomobildən düşmüşlər və Qəndafın evinin həyətinə hasardan keçməklə daxil olmuşlar. Hüseyin ilə Qurbani isə avtomobildə həmin evin ətrafında gəzib kiminsə gələcəklərini görəcəkləri təqdirdə onlara məlumat verəcəkmişlər. Onlar evin arxa hissəsində əllərində olan vintaçanla plastik pəncərəni açıb evin qonaq otağına daxil olmuşlar. Qonaq otağında olan bütün qapıların bağlı olduqlarını görüb daxil olduqları pəncərədən bayıra çıxmışlar. Bundan sonra həmin qonaq otağına bitişik yataq otağının qarşısına gəlib əllərində olan vintaçanla pəncərəni açıb içəri daxil olmuşlar. Həmin otaqda yerləşən paltar dolabının içərisindən siqaret qutusunu, üzərində iki ədəd qələmlərlə birlikdə bir ədəd sadə qələm dəstini, bir ədəd qələmi və bir dəst ayaqqabını götürmüşlər. Bundan sonra onlar həmin otaqda olan yatağın döşəyini qaldırıb altına baxmışlar və digər dolabları axtarmışlar və heç bir şey tapmayıb həmin otaqdan daxil olduqları qaydada çıxmışlar. Bundan sonra onlar evin yan tərəfində digər yataq otağının qarşısına gəlmişlər və vintaçanla pəncərəni açıb otağa daxil olmuşlar. Həmin otaqda iki ədəd yataq, bir ədəd dolab və soba da olmuşdur. Onlar həmin otağı axtarmışlar, lakin heç bir dəyərli əşya və pul tapmayıb həmin otaqdan çıxmışlar. Bundan sonra onlar evin qarşısına keçmişlər, giriş qapısının sağ tərəfində yerləşən pəncərəni vintaçanla açıb içəri daxil olmuşlar. Həmin otaqda iki ədəd çarpayı, bir ədəd divan, iki ədəd kreslo və dolab da olmuşdur. Onlar həmin otaqda olan üç qapılı dolabın qarşısına gəlmişlər. Həmin dolabın sol tərəfində yerləşən qapısının bağlı olduğunu görüb vintaçanla dolabın qapısını sındırmışlar. Bundan sonra onlar dolabın içərisindən bir ədəd pul qabı və bir ədəd çanta görüb götürmüşlər. Həmin çantanın içərisindən bir butulka markasını xatırlamadığı araq, bir ədəd ağ sellofan paketdə bükülmüş vəziyyətdə qızıl-zinət əşyalarının və dişlər olan alt və üst çənə protezlərinin olduğunu görmüşlər. Eyni zamanda həmin dolabdan qara rəngli pul kisəsi də olmuşdur. Pul kisəsinin içərisində 400 ABŞ dolları və 150 AVRO əskinslarını götürmüşlər. Oğurladıqları bütün əşyaları qara rəngli qadın çantasına qoyub pəncərədən çıxmışlar. Həmin vaxt Hüseyin evin həyətinə girib onları çağırmışdır. Onlar daxil olduqları hasardan keçməklə həyətə çıxıb avtomobilə əyləşmişlər. Bundan sonra onlar kəndin çıxışında yaşayan İbrahimə məxsus evin qarşısına getmişlər. İbrahim təxminən bir il bundan əvvəl özünə məxsus təxminən 30 baş iribuynuzlu heyvanları Hüseyin ilə Qurbaniyə satmışdır. Qurbani ilə Hüseyin birlikdə həmin heyvanlar üçün İbrahimə ümumilikdə 40 min manat məbləğində pul vermişdirlər. Həmin heyvanları satdıqdan sonra İbrahim hər hansı bir heyvan almadığı üçün onlar həmin pulu evində saxladığını ehtimal etmişlər. Eyni zamanda İbrahim də Qazanxanın qohumu olduğu üçün onlar İbrahimin hadisə yerinə getməsini ehtimal etmişdirlər. İbrahimin evində işıq olmadığını görüb Fərmanla çantanı avtomobildə qoyub İbrahimə məxsus evə hasardan keçməklə daxil olmuşlar. Onlar pəncərədən evə daxil olmuşlar, evin otaqlarında 40 min manat məbləğində pulu axtarmışlar, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasından 10 manat məbləğində pul götürmüşlər, bundan başqa pul və hər hansı dəyərli bir əşya tapmadıqları üçün evdən çıxmışlar. Onlar daxil olduqları qaydada evin həyətindən çıxıb kəndin girişində Qurbaniyə zəng edib onları götürmələrini demişlər. Qurbani ilə Hüseyin gəlmişlər və onlar avtomobilə əyləşib Ağcabədi şəhəri istiqamətinə getmişlər. Yolda onlar oğurladıqları əşyaları çıxarmışlar. Çantanın içərisindən Fərman sellofan paketdə bükülmüş vəziyyətdə qızıl-zinət əşyalarını çıxarıb kənara qoymuşdur. Bundan başqa çantanın içərisində pul qabı da çıxmışdır. Həmin pul qabının içərisindən 400 ABŞ dolları və 150 avro pul çıxmışdır. Bundan sonra onlar Ağcabədi rayonu dörd yol deyilən ərazidə maşını döndərib geri, yəni Qaravəlli kəndi istiqamətinə hərəkət etmişlər. Onlar Ağcabədi rayonu, Aşağı Qiyamadınlı kəndinin girişində avtomobili saxlamışlar. Fərman suvenir siqaret qutusunu, bir ədəd qələm dəstini və dəqiq xatılamadığı əşyaları boş çanta ilə birlikdə körpüdən Qarabağ kanalına atmışdır. İki ədəd suvenir qələmlər, 0,7 litr həcmində bir butulka markasını xatırlamadığı arağı, bir ədəd qolbağı götürmüşdür. Ayaqqabı dəstini götürmək istəyən zaman Fərman ayaqqabını ondan alıb atacağını demişdir. Həmin vaxt Fərman çantanı götürmüş və kanala atmışdır. Həmin vaxt çantanın içərisində suvenir siqaret qabı, bir ədəd qələm dəsti və digər xatırlamadığı əşyalar da olmuşdur. Bundan sonra Bakıya çıxmalı olduğunu demişdir. Buna görə onlar Bərdə rayonuna avtovğzala getmişlər. Həmin vaxt Qurbani ona cibindən 100 manat yol pulu vermişdir. Avtomobildən düşmək üçün qapını açan zaman avtomobilin içərisinin işıqları yanmış və avtomobilin ayaq altı hissəsində 01 ədəd üzük və 01 ədəd qızıl boyunbağını görmüşdür. Həmin vaxt həmin üzüklə boyunbağını götürmüş və gödəkcəsinin cibinə qoymuşdur. Lakin Hüseyin, Qurbani və Fərmana bu barədə heç bir şey deməmişdir. Onu Bakı şəhərinə taksi ilə yola salmışlar. Avtomobildən düşən zaman götürdüyü 01 ədəd üzük və 01 ədəd qızıl boyunbağı növbəti gün, yəni 25 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında qızıl mağazasında satmışdır. Üzüklə boyunbağını 3500 manata satmışdır. İki ədəd suvenir qələmlərdən birini istintaqa təqdim etmişdir. Bir ədəd qolbağını isə hadisədən bir neçə gün sonra Bakı şəhərində Qurbani ilə Fərmanla görüşüb onlara vermişdir. Onlar həmin qolbağı satdıqdan sonra ona pul verəcəklərini demişdirlər. Sonra isə Fərmanla danışan zaman sonuncu ona həmin qolbağının qızıl çıxmadığını və həmin qolbağını yolda atdıqlarını demişlər. Fərman, Qurbani və Hüseyindən başqa bu işdən heç kimin xəbəri və köməkliyi olmamışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Qaravəlli kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 onun dostlarıdır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 24 yanvar 2023-cü il tarixdə günorta radələrində Qurbani və Fərman ilə kənddə görüşmüş, onlar oğurluq etmək qərarına gəlmişlər. Qurbani ilə iri buynuzlu heyvanların alveri ilə məşğul olmuşdur. Lakin son vaxtlar işdə ziyanlıq olduğu üçün onların borcları yaranmışdır. Oğruluq etməklə yaranmış borclarını qaytarmaq istəmişdir. Bundan sonra onlar digər tanışları Bakı şəhərində yaşayan əvvəllərdə oğurluq etmiş Təqsirləndirilən şəxs2 zəng edib, oğurluq etmək fikirlərinin olduğunu ona demişlər. Qalib isə onlarla razılaşmış və həmin gün gələcəyini demişdir. Həmin gün təxminən saat 18 radələrində Fərman və Qurbani ona məxsus BMW markalı avtomobil ilə Bərdə rayonunda Qalibi qarşılayıb təxminən saat 20 radələrində yaşadıqları Qaravəlli kəndinə gəlmişlər. Onlar kənd ərazisində avtomobil ilə gəzib oğurluq etmək üçün içərisində işığı yanmayan ev axtarmağa başlamıışlar. Həmin vaxt onlar Zərərçəkmiş şəxs1 nəvəsi Qazanxanın avtonəqliyyat hadisəsi törətdiyini eşitmişlər, Qəndafın qohumları ilə birlikdə evdə olmayacağını ehtimal edib ilk öncə avtomobil ilə Qəndafın yaşadığı evin qarşısına getmişlər. Onlar Qəndafın evində işıqların yanmadığını görmüşlər və evdə heç kimin olmadığını anlamışlar. Bundan sonra Fərman və Qalib avtomobildən düşmüşlər və Qəndafın evinin həyətinə hasardan keçməklə daxil olmuşlar. Qurbani ilə evin ətrafında dayanıb kiminsə gələcəyi halda onlara məlumat verəcəkmişlər. Onlar maşınla gəzən zaman digər həmkəndliləri İbrahimin yoldaşı ilə özünə məxsus avtomobil ilə qarşılarından keçdiyini görmüşlər. İbrahimin qohumları Qazanxanın yanına getdiklərini və evdə heç kimin olmayacağını anlamışlar. Təxminən 20 dəqiqə sonra onlar avtomobili Qəndafın evinin qarşısına sürmüşlər, avtomobildən düşüb hasardan keçərək Qəndafın evinin həyətinə girib Qalib ilə Fərmanı çağırmışdır. Tələsməkdə məqsədləri İbrahimin də evinə girib oğurluq etmək olmuşdur. Bundan sonra Fərman və Qalib avtomobilə əyləşmişlər. Həmin vaxt Fərmanın əlində qara rəngli çanta da olmuşdur. İbrahim təxminən bir il bundan əvvəl özünə məxsus təxminən 30 baş iribuynuzlu heyvanları Qurbani ilə ona satmış, İbrahimə ümumilikdə 40000 min manata yaxın məbləğində pul vermişlər. Həmin heyvanları satdıqdan sonra İbrahim hər hansı bir heyvan almadığı üçün onlar həmin pulu evində saxladığını ehtimal etmişlər. Ona görə də İbrahimin evindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar daha sonra avtomobili kəndin çıxışına doğru İbrahimə məxsus evin qarşısına sürmüşlər. Onlar evin işıqlarının yanmadığını görmüşlər və Qalib ilə Fərman avtomobildən düşmüşlər və evin həyətinə daxil olmuşlar. Qurbani ilə avtomobildə həmin evin ətrafında gəzməyə başlamışlar, kənar şəxslərin gələcəkləri təqdirdə Qalib və Fərmana məlumat versinlər. Təxminən 15 dəqiqədən sonra Qalib onlara zəng etmiş və onları götürmələrini istəmişdir. Onlar kəndin çıxışında asfalt yola çıxmış, onları kəndin girişindən götürüb Ağcabədi şəhəri istiqamətinə getmişlər. Yolda onlar oğurladıqları əşyaları çıxarmışlar. Onlar Ağcabədi rayonu Aşağı Qiyamadınlı kəndinin girişində avtomobili saxlamışlar, Fərman ilə Qurbani avtomobildən düşüb evdən oğurlanmış çantanı bütün əşyalarla birlikdə körpüdən Qarabağ kanalına atmışdır. Əlavə olaraq Qurbani, Qalib və Fərman özlərinə oğurlanmış əşyalardan götürsələr də o, avtomobili idarə etdiyi üçün dəqiq kimin nəyi götürdüyünü bilməmişdir. Oğurluq hadisəsindən sonra isə Qalib Bakıya çıxmaq istədiyindən, onlar Bərdə rayonuna gedib Qalibi Bakı şəhərinə taksi ilə yola salmışlar. Bundan sonra kəndə evə qayıtmışdır. Qalib, Fərman və Qurbanidən başqa bu işdən heç kimin xəbəri və köməkliyi olmamışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin yanvar ayının ortalarından başlayaraq Hüseyin və Fərmanla oturub söhbət edən zaman həmişə maddi vəziyyətin çətinliyindən danışmışlar. Onlar, söhbət edən zaman oğurluq edib pul qazanmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar Fərmana məxsus VAZ-2107 markalı avtomobillə yaşadıqları Qaravəlli kəndi ərazisini gəzib oğurluq etməyə münasib yer axtarmışlar. Hüseyinlə iri buynuzlu heyvanların alveri ilə məşğul olmuşdur. Lakin son vaxtlar işdə ziyanlıq olduğu üçün onların borcları yaranmışdır. Oğruluq etməklə yaranmış borclarını qaytarmaq istəmişlər. 24 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində həmkəndliləri Hüseyin və Fərman ilə zəngləşib kənddə görüşmüşlər. Bundan sonra onlar digər tanışları Bakı şəhərində yaşayan əvvəllərdə oğurluq əməllərini törətmiş Təqsirləndirilən şəxs2 Fərhad oğluna zəng edib, oğurluq etmək fikirlərinin olduğunu ona demişlər. Qalib isə onlarla razılaşmış və həmin gün gələcəyini demişdir. Həmin gün təxminən saat 18 radələrində Fərman və Hüseyin, sonuncuya məxsus BMW markalı avtomobil ilə Bərdə rayonunda Qalibi qarşılayıb təxminən saat 20 radələrində yaşadıqları Qaravəlli kəndinə gəlmişlər. Onlar kənd ərazisində avtomobil ilə gəzib oğurluq etmək üçün içərisində işığı yanmayan ev axtarmağa başlamışlar. Həmin vaxt onlar Zərərçəkmiş şəxs1 nəvəsi Qazanxanın avtonəqliyyat hadisəsi törətdiyini eşitmişlər, Qəndafın qohumları ilə birlikdə evdə olmayacağını ehtimal edib ilk öncə avtomobil ilə Qəndafın yaşadığı evin qarşısına getmişlər. Onlar Qəndafın evində işıqların yanmadığını görüb evdə heç kimin olmadığını anlamışlar. Bundan sonra Fərman və Qalib avtomobildən düşmüşlər və Qəndafın evinin həyətinə hasardan keçmişlər. Həmin vaxt Hüseyinlə həmin evin ətrafında avtomobil ilə gəzmişlər, kiminsə gələcəklərini görəcəkləri təqdirdə onlara məlumat versinlər. Onlar maşınla gəzən zaman digər həmkəndliləri İbrahimin yoldaşı ilə özünə məxsus avtomobil ilə qarşılarında keçdiyini görmüşlər. Həmin vaxt onlar İbrahimin qohumları Qazanxanın yanına getdiklərini və evdə heç kimin olmayacağını anlamışlar. Təxminən 20 dəqiqə sonra onlar avtomobili Qəndafın evinin qarşısına sürmüşlər, Hüseyin avtomobildən düşüb hasardan keçərək Qəndafın evinin həyətinə girib Qalib ilə Fərmanı çağırmışdır. Tələsməkdə məqsədləri İbrahimin də evinə girib oğurluq etmək olmuşdur. Bundan sonra Hüseyin, Fərman və Qalib avtomobilə əyləşmişlər. Həmin vaxt onların əllərində qara rəngli çanta da olmuşdur. İbrahim təxminən bir il bundan əvvəl özünə məxsus təxminən 30 baş iribuynuzlu heyvanları Hüseyinlə ona satmış, İbrahimə ümumilikdə 40000 min manata yaxın məbləğində pul vermişlər. Həmin heyvanları satdıqdan sonra İbrahim hər hansı bir heyvan almadığı üçün onlar həmin pulu evində saxladığını ehtimal etmişlər. Ona görə də İbrahimin evindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə onlar daha sonra avtomobili kəndin çıxışına doğru İbrahimə məxsus evin qarşısına sürmüşlər. Onlar evin işıqlarının sönlü vəziyyətdə olduğunu görmüşlər və Qalib ilə Fərman avtomobildən düşmüşlər və evin həyətinə daxil olmuşlar. Hüseyin ilə avtomobildə həmin evin ətrafında gəzməyə başlamışlar, kənar şəxslərin gələcəkləri təqdirdə Qalib və Fərmana məlumat versinlər. Təxminən 15 dəqiqədən sonra Qalib onlara zəng etmiş və onları götürməklərini istəmişdir. Onlar kəndin çıxışında asfalt yola çıxmışlar. Onlar Qalib ilə Fərmanı kəndin girişindən götürüb Ağcabədi şəhəri istiqamətinə getmişlər. Yolda onlar oğurladıqları əşyaları çıxarmışlar. Fərman ona 200 ABŞ dolları və 150 avro əskinaslarında olan pulu və 1 ədəd bilərziyi vermişdir. Fərman özü isə 200 ABŞ dolları götürmüşdür. Qalib bir ədəd araq, iki ədəd qələmi və bir ədəd bilərziyi götürmüş, Hüseyin isə oğurlanmış əşyalar az olduğu üçün heç bir şey götürməmişdir. Bundan sonra onlar Ağcabədi rayonu dörd yol deyilən ərazidə maşını döndərib geri, yəni Qaravəlli kəndi istiqamətinə hərəkət etmişlər. Onlar Ağcabədi rayonu Aşağı Qiyamadınlı kəndinin girişində avtomobili saxlamışlar, Fərman ilə o, avtomobildən düşüb evdən oğurlanmış çantanı bütün əşyalarla birlikdə körpüdən Qarabağ kanalına atmışdır. Qalib bir butulka arağı, iki ədəd qələmi və bir ədəd bilərziyi götürmüşdür. Bundan sonra Qalib Bakıya çıxmalı olduğunu demiş, onu Bərdə rayonundan Bakı şəhərinə taksi ilə yola salmışlar. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, 24 yanvar 2023-cü il tarixdə səhər saat 10 radələrində həmkəndliləri Hüseyin və Qurbani ilə zəngləşib kənddə görüşmüşlər. Qurbani ilə Hüseyin şərikli heyvan bazarında hevanların alqı-satqısı ilə məşğul olmuşlar. Qurbani ilə Hüseyin söhbət zamanı müxtəlif şəxslərdən aldıqları heyvanlara görə ziyanlığa düşdüklərini və həmin şəxslərə borclu qaldıqlarını və pulu ehtiyaclarının olduğunu demişlər. Bundan sonra Qurbani digər tanışları Bakı şəhərində yaşayan əvvəllər də oğurluq əməllərini törətmiş Təqsirləndirilən şəxs2 zəng edib, oğurluq etmək fikirlərinin olduğunu ona demişlər. Qalib isə onlarla razılaşmış və həmin gün gələcəyini demişdir. Həmin gün təxminən saat 18 radələrində Hüseyinə məxsus BMW markalı avtomobil ilə Bərdə rayonunda Qalibi qarşılayıb təxminən saat 20 radələrində birlikdə Qaravəlli kəndinə gəlmişlər. Onlar kənd ərazisində avtomobil ilə gəzib oğurluq etmək üçün içərisində işığı yanmayan ev axtarmağa başlamışlar. Həmin vaxt onlar Zərərçəkmiş şəxs1 nəvəsi Qazanxanın avtonəqliyyat hadisəsi törətdiyini eşitmişlər, Qəndafın qohumları ilə birlikdə evdə olmayacağını ehtimal edib ilk öncə avtomobil ilə Qəndafın yaşadığı evin qarşısına getmişlər. Onlar Qəndafın evində işıqların yanmadığını görmüşlər və evdə heç kimin olmadığını anlamışlar. Bundan sonra Qaliblə avtomobildən düşüb Qəndafın evinin həyətinə hasardan keçməklə daxil olmuşlar. Hüseyin ilə Qurbani isə avtomobildə həmin evin ətrafında gəzib kiminsə gələcəklərini görəcəkləri təqdirdə onlara məlumat verəcəkmişlər. Onlar evin arxa hissəsində əllərində olan vintaçanla plastik pəncərəni açıb evin qonaq otağına daxil olmuşlar. Qonaq otağında olan bütün qapıların bağlı olduqları görüb daxil olduqları pəncərədən bayıra çıxmışlar. Bundan sonra həmin qonaq otağına bitişik yataq otağının qarşısına gəlib əllərində olan vintaçanla pəncərəni açıb içəri daxil olmuşlar. Həmin otaqda yerləşən paltar dolabını içərisindən qutuların içərisindən siqaret qutusunu, iki ədəd suvenir qələmlər, bir ədəd suvenir qələm, bir dəst ayaqqabını götürmüşlər. Bundan sonra onlar həmin otaqda olan yatağın döşəyini qaldırıb altına baxmışlar və digər dolabları axtarmışlar və heç bir şey tapmayıb həmin otaqdan daxil olduqları qaydada çıxmışlar. Bundan sonra onlar evin yan tərəfində digər yataq otağının qarşısına gəlmişlər və vintaçanla pəncərəni açıb otağa daxil olmuşlar. Həmin otaqda iki ədəd yataq, bir ədəd dolab və soba da olmuşdur. Onlar həmin otağı axtarmışlar, lakin heç bir dəyərli əşya və pul tapmayıb həmin otaqdan çıxmışlar. Bundan sonra onlar evin qarşısına keçmişlər, giriş qapısının sağ tərəfində yerləşən pəncərəni vintaçanla açıb içəri daxil olmuşlar. Həmin otaqda iki ədəd çarpayı, bir ədəd divan, iki ədəd kreslo və dolab da olmuşdur. Onlar həmin otaqda olan üç qapılı dolabın qarşısına gəlmişlər. Həmin dolabın sol tərəfində yerləşən qapının bağlı olduğunu görüb vintaçanla dolabın qapısını sındırmışlar və oradan bir ədəd pul qabı və bir ədəd çanta götürmüşlər. Həmin çantada bir butulka markasını xatırlamadığı araq, bir ədəd ağ sellofan paketdə bükülmüş vəziyyətdə qızıl-zinət əşyalarının və dişlər olan alt və üst çənə protezlərinin olduğunu görmüşlər. Dolabdan çıxmış pul qabından isə 400 ABŞ dolları və 150 AVRO əskinslarını götürmüşlər. Oğurladıqları bütün əşyaları dolabdan götürdükləri qara rəngli qadın çantasına qoyub pəncərədən çıxmışlar. Bundan sonra Qalib Qurbaniyə zəng edib onlara evin qarşısına gəlmələrini demişdir. Onlar avtomobilin səsinin gəldiyini eşidib daxil olduqları hasardan keçməklə həyətə çıxıb avtomobilə əşyləşmişlər. İbrahim təxminən bir il bundan əvvəl özünə məxsus təxminən 30 baş iribuynuzlu heyvanları Hüseyin ilə Qurbaniyə satmışdır. Hüseyin ilə Qurbani həmin heyvanlar üçün İbrahimə təxminən 40000 manata yaxın pul vermişlər. Həmin heyvanları satdıqdan sonra İbrahim hər hansı bir heyvan almadığı üçün onlar həmin pulu evində saxladığını ehtimal etmişlər. Bu səbəbdən onlar kəndin çıxışında yaşayan İbrahimə məxsus evin qarşısına getmişlər. İbrahim də Qazanxanın qohumu olduğu üçün onlar İbrahimin hadisə yerinə getməsini ehtimal etmişdirlər. İbrahimin evində işıq olmadığını görüb Qalib ilə çantanı avtomobildə qoyub İbrahimə məxsus evə hasardan keçməklə daxil olmuşdurlar. Onlar pəncərədən evə daxil olmuşlar, evin otaqlarında 40 min manat məbləğində pulu axtarmışlar, evin yataq otağında yerləşən dolabın içərisindən olan əl çantasından 10 manat məbləğində pul götürmüşlər, bundan başqa pul və hər hansı dəyərli bir əşya tapmadıqları üçün evdən çıxmışlar. Onlar daxil olduqları qaydada evin həyətindən çıxıb kəndin girişində Qurbaniyə zəng edib onları götürmələrini demişlər. Qurbani ilə Hüseyin gəlmişlər və onlar avtomobilə əyləşib Ağcabədi şəhəri istiqamətinə getmişlər. Yolda onlar oğurladıqları əşyaları çıxarmışlar. Qurbaniyə 200 ABŞ dolları və 100 avro pulu və 1 ədəd bilərziyi vermişdir. 200 ABŞ dolları götürmüşdür. Qalib bir ədəd araq, bir ədəd qızıl qələmi götürmüşdür. Bundan sonra onlar Ağcabədi rayonu dörd yol deyilən ərazidə maşını döndərib geri, yəni Qaravəlli kəndi istiqamətinə hərəkət etmişlər. Onlar Ağcabədi rayonu Aşağı Qiyamadınlı kəndinin girişində avtomobili saxlamışlar, evdən oğurladıqları çantanı bütün əşyalarla birlikdə körpüdən Qarabağ kanalına atmışdır. Qalib bir butulka arağı götürmüş. Bundan sonra Qalib Bakıya çıxmalı olduğunu demiş, onu Bərdədən taksi ilə yola salıb evlərinə qayıtmışlar. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, əri Qiyas Məmmədov 2018-ci il tarixdə vəfat etdikdən sonra Ağcabədi rayonu Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır. Qızları Günel, Mehriban və Tükazban onu tək qoymamaq üçün növbəli şəkildə onunla gecələmişlər. 19 yanvar 2023-cü il tarixdə səhhətində yaranmış problemlərə görə Bakı şəhərinə müalicəyə getmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində müalicədən kəndə qayıtmışdır. Evə gələn zaman ona məlum olmuşdur ki, evindən oğurluq edilmişdir. Oğurluq hadisəsi 24 yanvar 2023-cü il tarixdə baş vermişdir, həmin vaxt evdə heç kim olmamışdır. Onun səhhətində ciddi problemlər olduğu üçün Bakıda olan zaman yaxınları ona bu barədə heç nə deməmişlər. Onun evinin yataq otağında yerləşən paltar dolabının içərisindən 8500 manat dəyərində olan 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabı, 300 manat dəyərində 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəsti, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələm, 200 manat dəyərində dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəsti, həmin evin digər yataq otağında yerləşən paltar dolabının qapısını sındırmaqla içərisindən 10 manat dəyərində 01 ədəd qara rəngli pul qabı, həmin pul qabının içərisindən 400 ABŞ dolları (680 manat) və 150 AVRO (277,35 manat) pul, 30 manat dəyərində 01 ədəd mənə məxsus qadın çantası, həmin qadın çantasının içərisindən 10710 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağı, 5100 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağı, 1700 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərzik, 2295 manat dəyərində 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərzik, 1105 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzük, 5000 manat dəyərində olan 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezləri, 595 manat dəyərində 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd klon, 50 manat dəyərində 700 qram həcmində markasını xatrılamadığı 01 ədəd araq oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 38252,35 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Mehdi oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 24 yanvar 2023-cü il tarixdə gecə saat 21 radələrində evdə olan zaman qohumları Qazanxanın nəvəsinin avtonəqliyyat hadisəsini törətdiyi eşitmişdir. Buna görə evdən çıxıb bacısı evinə hal-əhval tutmağa getmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Təxminən saat 22-23 radələrində evinə qayıdan zaman evin arxa tərəfində olan plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə baxan zaman hər hansı dağıntı olmamışdır. Bundan sonra yataq otağında olan dolabın içərisinə baxmışdır, dolabın içərisində olan qara rəngi əl çantasının içərisindən 10 manat pulun olmadığını görmüşdür. Həmin vaxt gec olduğu üçün Ağcabədi rayon polis şöbəsinə gəlməmişdir. Növbəti gün ərizə ilə müraciət edərək evindən oğurluq olduğunu bildirmişdir. Aparılmış araşdırma nəticəsində onun evindən oğurluğu həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Mehdi oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən törədildiyi müəyyən edilmişdir. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Mehdi oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır. 2018-ci ildə atası X7 rəhmətə getdikdən sonra anası Mamedova X1 rayonu Qaravəlli kəndində yerləşən fərdi yaşayış evində tək yaşayır. Həmin vaxtdan bacıları Mehriban, Tükazban anasının yanında növbə ilə qalmışlar. 19 yanvar 2023-cü il tarixdə anası Qəndafın səhhətində ciddi problemlər olduğu üçün Bakı şəhərinə xəstəxanaya getmişdir. 24 yanvar 2023-cü il tarixdə saat 11 radələrində əri Zabil özünə məxsus VAZ 2106 markalı avtomobil ilə anasının evinə gəlmiş, qızı Türkan və bacısı Tükazban ilə evdən çıxmış, evin giriş qapısını bağlamış, daha sonra evin dəmir darvazasının da kilidini bağlamışdır. Onlar ərinin avtomobilinə əyləşmiş, əvvəl Tükəzbanı yaşadığı ünvana aparmışlar, daha sonra isə öz evlərinə gəlmişlər. Təxminən saat 23:30 radələrində Zabillə anasının evinə gəlmişlər. Onlar evin qiriş qapısını açıb içəri daxil olmuşlar. Girişin sağ tərəfində yerləşən yataq otağında daxil olmuşlar, həmin vaxt onlar pəncərənin üzərində olan pərdənin aralı olduğunu görmüşlər. Pəncərəyə yaxınlaşan zaman artıq pəncərənin açıq vəziyyətdə olduğunu görüb evə oğru girdiyini anlamışlar. Həmin otaqda yerləşən üç qapısı olan köhnə paltar dolabına yaxınlaşmışlar. Həmin dolabın sol tərəfində olan qapısını kilidi əvvəldən bağlı olmuş və açarı onda olmuşdur. Həmin dolabda anasına məxsus qızıl-zinət əşyaları və pul olmuşdur. Açarla dolabın bağlı olan qapısını açmağa çalışmış lakin açar qapını açmamışdır. Qonaq otağının girişindən sağ tərəfdə birinci yataq otağına girmişlər və orada pəncərənin açıq olduğunu, lakin əşyaların dağınıq vəziyyətdə olmadığını görmüşlər. Bundan sonra digər yataq otağının açarını götürmüş, onlar qapını açmışlar və otağa daxil olmuşlar. Həmin otaqda paltar dolabında müxtəlif növ qızıl-zinət əşyaları olmuşdur. Onlar otağa daxil olan zaman otağın girişində sol tərəfdə birinci pəncərənin açıq olduğunu görmüşlər. Otaqda yerləşən yataq dəstinin sanki dağılıb sonra səliqəsiz şəkildə yığıldığını görmüşdür. Bundan sonra əri Zabil mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Ağcabədi rayon polis şöbəsindən əməkdaşlar gəlmişdir. Oğurluq hadisəsi 24 yanvar 2023-cü il tarixdə saat 11-23 radələri arasında baş vermişdir. Evin girişində sağ tərəfdə yerləşən yataq otağında olan paltar dolabından anası Qəndafa məxsus qara rəngli çantanın içərisində olan anasına məxsus qızıl-zinət əşyaları və pul oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində anasına 38252,35 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda dəymiş maddi ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən anası Zərərçəkmiş şəxs1 tam olaraq ödənilmişdir. Məhkəmə iclasında Şahid3 Müşrəvan oğlu Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, “Xalqlar Dostluğu” ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 25 yanvar 2023-cü il tarixdə saat 11 radələrində işdə olan zaman ticarət mərkəzinə gəlmişdir. Həmin vaxt Qalib ona 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış təxminən 60 qram çəkidə boyunbağı və 01 ədəd 925 əyarlı gümüşdən hazırlanmış çəkisini dəqiq xatırlamadığı üzərində qızıl hissələri olan üzüyü satmaq istədiyini bildirmişdir. O, isə üzük və boyunbağı üçün Qalibə xatırladığı qədər 3500 manat məbləğində pul vermişdir. O, həmin boyunbağı və üzüyü əritməyə vermişdir. Daha sonra əridilmiş materialdan digər qızıl-zinət əşyaları sifariş verib xatırlamadığım şəxslərə satmışdır. O, Qalibdən üzük və boyunbağını alan zaman həmin əşyaların oğurluq mal olduğunu bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 9/2307 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və tədqiqata təqdim edilmiş malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9960,00 (9955man + 5 man) manat müəyyən edilir. Digər qərarda göstərilən 2 ədəd hər birinin 8 qızıl dişlər olan alt, üst çənə protezlərin əyarı, kütləsi və 1 ədəd 700 qram həcmində arağın markası, istehsal yeri barədə məlumat olmadığından qiymətlindirilmə aparmaq mümkün olmadı. Qərarda qeyd edilən 1 ədəd 27 qram 999 əyarlı qızıldan hazırlanmış boyunbağı qeyd edilən əyarda boyunbağının satışına, qiymətinə dair Mərkəzdə və zərgərlik satışı mağazalarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. -1 ədəd 925 əyarlı gümüşdən hazırlanmış üzərində qızıl hissələri olan üzüyün tərkibində qiymətli metalın ayrılıqda kütləsi müəyyən olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış suvenir siqaret qab və 1 ədəd 585 əyarlı qızıldan hazırlanmış suvenir qələm tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan həmin mallar üzrə qitmətləndirmə aparmaq mümkün deyil. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli 9/3950 nömrəli əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və tədqiqata təqdim edilmiş malların hadisə baş verən tarixə, yəni 2023-cü ilin yanvar ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 18135,00 (18130 man+5 man) manat müəyyən edilir. Digər qərarda qeyd edilən 1 ədəd 27 qram 999 əyarlı qızıldan hazırlanmış boyunbağı – qeyd edilən əyarda boyunbağının satışına, qiymətinə dair Mərkəzdə və zərgərlik satışı mağazalarında məlumat olmadığından qiymətləndirmə aparılmadı. Qərarda göstərilən 01 ədəd 925 əyarlı gümüşdən hazırlanmış üzərində qızıl hissələri olan üzüyün tərkibindəki qiymətli metalın ayrılıqda kütləsi müəyyən olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. -02 ədəd hər birində 8 qızıl dişlər olan alt, üst çənə protezlərin əyarı, kütləsi və 01 ədəd 700 qram həcmində arağın markası, istehsal yeri barədə məlumat olmadığından qiymətlindirilmə aparmaq mümkün olmadı. -01 ədəd qızıl rəngli suvenir qələm dəsti (üzərində iki ədəd sadə qələmlər), 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış süvenir qələm və 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış suvenir siqaret qabı tədqiqata təqdim edilmədən, müvafiq tədqiqatlar aparılmadan həmin mallar üzrə qitmətləndirmə aparmaq mümkün deyil. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisnsa edilmir. İş materiallarında olan “Əli” firmasının 22 may 2023-cü il tarixli məktubundan görünür ki, 585 əyarlı qızıldan hazırlanmış 100 qram çəkidə 01 ədəd suvenir siqaret qabının pərakəndə bazar satış qiyməti 8500 manat, 100 qram çəkidə üzərində 02 ədəd qızıl rəngli sadə qələmlər olan 01 ədəd qızıl rəngli suvenir qələm dəstinin pərakəndə bazar satış qiyməti 300 manat, 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd qələmin pərakəndə bazar satış qiyməti 1700 manat, dəri materialından hazırlanmış 01 ədəd “guardi” firması istehsalı olan kişi ayaqqabısı dəstinin pərakəndə bazar satış qiyməti 200 manat, 01 ədəd qara rəngli pul qabının pərakəndə bazar satış qiyməti 10 manat, 01 ədəd qadın çantasının pərakəndə bazar satış qiyməti 30 manat, 585 əyarlı qızıldan hazırlanmış 126 qram çəkidə 01 ədəd boyunbağının pərakəndə bazar satış qiyməti 10710 manat, 585 əyarlı qızıldan hazırlanmış 60 qram çəkidə 01 ədəd boyunbağının pərakəndə bazar satış qiyməti 5100 manat, 585 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə 01 ədəd bilərziyin pərakəndə bazar satış qiyməti 1700 manat, 999 əyarlı qızıldan hazırlanmış 27 qram çəkidə 01 ədəd bilərziyin pərakəndə bazar satış qiyməti 2295 manat, 925 əyarlı gümüşdən hazırlanmış 13 qram çəkidə üzərində 585 əyarlı qızıldan hazırlanmış hissələri olan 01 ədəd üzüyün pərakəndə bazar satış qiyməti 1105 manat, 02 ədəd hər birində 8 qızıl dişlər olan alt və üst çənə protezlərinin pərakəndə bazar satış qiyməti 5000 manat, 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə klonun pərakəndə bazar satış qiyməti 595 manat, 700 qram həcmində markası istintaqa məlum olmayan 01 ədəd araq butulkasının pərakəndə bazar satış qiyməti 50 manat təşkil etmişdir. İşdə olan əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, 1 ədəd qızıl rəngli sadə qələm iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü protokoldan və qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü protokoldan və “həbs” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 2 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası xx.xx.2019-cu il tarixli hökmə qismən birləşdirməklə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası təyin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(017)-102/2019 nömrəli hökmü ilə ona təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, xx.xx.2023-cü il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmış, 4000 manat miqdarda cərimə cəzasını çəkib qurtarmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(017)-102/2019 nömrəli hökmü ilə təyin edilmiş cəzasını tam çəkib qurtarmamış, yenidən CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs2 şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Bayramov X4 Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 1(99)-122/19 nömrəli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, xx.xx.2021-ci il tarixdə sınaq müddəti başa çatmış, əlavə cəzasının 03 il 09 ay 29 gün hissəsini çəkmiş, 02 ay 01 gün çəkilməmiş əlavə cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsində göstərilmişdir ki, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göründüyü kimi cinayət törədən zaman Təqsirləndirilən şəxs3 üzərində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi cəzası çəkilib qurtarmamışdır. Odur ki, onun çəkilməmiş əlavə cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 87/23-38-03 nömrəli məktubundan görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 2 (iki) il 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası xx.xx.2019-cu il tarixli hökmə qismən birləşdirməklə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzaların müstəqil icra edilməsi hökm edilmişdir. Hökm azadlığın məhdudlaşdırılması hissəsində icra olunmuş, lakin hökmün cəriməyə aid hissəsi icra edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 387, 388, 389 və 390-cı nömrəli tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 xəstəxananın narkoloji və nevroloji kabinetdə qeydiyyatda dayanmırlar. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara vurulmuş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qohumları tərəfindən tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qaravəlli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı (xx.xx.2017-ci, xx.xx.2019-cu və xx.xx.2021-ci il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində üç azyaşlı (xx.xx.2017-ci, xx.xx.2019-cu və xx.xx.2022-ci il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı (xx.xx.2022-ci il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı (xx.xx.2023-cü il təvəllüdlü) uşağı vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməli CMnin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 4000 manat miqdarda cərimə cəzası hazırkı hökmə tam birləşdirməklə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 4000 manat miqdarda cərimə cəzası saxlanılmalıdır. CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunmalı, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 1(99)-122/19 nömrəli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün əlavə cəza hissəsi CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmə tam birləşdirməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan – 1 ədəd qızıl rəngli qələmin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması (təhvil verilməsi) nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 100 manatdır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; CM-nin 67.1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 4000 manat miqdarda cərimə cəzası hazırkı hökmə tamamilə birləşdirməklə üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və 4000 manat miqdarda cərimə cəzası saxlanılsın; CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunsun; cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəksin; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 1(99)-122/19 nömrəli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 01 gün əlavə cəza hissəsi CM-nin 67.5-ci maddəsinə əsasən hazırkı hökmə tamamilə birləşdirməklə 02 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs3 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 29, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti, yəni 08 ay 10 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs4 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-126/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-126/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver