Məhkəmə qərarları › İş №1(017)-127/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-127/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-127/2025 25.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxxxx 2004-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 69.3cü maddəsi tətbiq olunaraq ona qəti olaraq 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəmsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilərək 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, başqa işlə əlaqadar olaraq Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdə saat 01 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən “Heydər Parkı” adlanan ərazidən Ağcabədi şəhəri, Y.Məmmədov küçəsinə giriş hissədə tanışı Zərərçəkmiş şəxs1 ilə söhbət edərkən sonuncunun sürücülük etibarnaməsi əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Volksvagen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ələ keçirib idarə etmək, yəni talama məqsədi olmadan qəsdən qanunsuz olaraq özgə avtomobilini ələ keçirmək (qaçırmaq) qərarına gələrək nəqliyyat vasitəsinin sahibinin icazəsi olmadan avtomobildən istifadə etməyə icazəsi və hüququ olmadan, sükan arxasına əyləşərək nəqliyyat vasitəsini idarə edib Ağcabədi-Hindarx avtomobil yolunun Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində bir neçə kilometr hərəkət edərək talamadan, müvəqqəti həmin nəqliyyat vasitəsinə yiyələnmiş, həmin yolda üzü “dördyol” istiqamətində avtomobil ilə hərəkətdə olan zaman ötmə əməliyyatı etmək üçün əks istiqamətli yola çıxmış, ötmə zamanı qarşıdan öz hərəkət istiqaməti ilə hərəkətdə olan Ağcabədi rayonu, Avşar kənd sakini X4 etibarnamə ilə idarə etdiyi VAZ 21703 markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində “Volksvagen Passat” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xeyli miqdar hesab edilən 29827(iyurmi doqquz min səkkiz yüz iyirmi yeddi) manat 80(səksən) qəpik maddi ziyan vuraraq talama məqsədi olmadan qəsdən qanunsuz olaraq özgə avtomobilini ələ keçirmişdir (qaçırmışdır). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinmiş və azadlığın məhdudlaşdırılması cəzası almışdır. O, 26 avqust 2025-ci il tarixdə saat 23 radələrində dostu Rahilə məxsus Noxud Pubda pivə içmiş, həmin obyektydə istirahət edən zaman Rahil ona müraciət edərək “117” çay evinə getməyi təklif etmişdir. O, Rahil ilə razılaşmış tanımadığı taksidə “117” çay evinə getmişlər. Yolda o Rahildən kafeyə nə üçün getdiklərini soruşmuş, Rahil ona hazırda “117” çay evində işləyən Kəmaləddin adlı şəxsin borcu olduğunu demiş və Kəmaləddindən borcnu istəməyə getdiyini demişdir. Onlar 117 çay evinin qabağında avtomobildən enmiş, Rahil Rahib ilə görüşmüşdür. O da ikinci mərtəbəyə qalxmış və çay evinin içərisində Kəmaləddini səsləmişdir. Həmin vaxt sonradan adını Türkan kimi bildiyi qadın ondan Kəmaləddini niyə çağırdığını soruşmuş, buna görə də Türkan ilə aralarında sözdə mübahisə yaranmışdır. Türkan ilə qarşılıqlı olaraq bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişdir. O, birinci mərtəbəyə enmiş və Rahb mübahisə olmasın deyə onu avtomobil ilə noxud pubun qarşsında qoyub qayıtmışdır. Bir neçə dəqiqə sonra Rahil də taksi ilə noxud pubun qarşısına gəlmişdir. 27 avqust 2025-ci il tarixdə saat təxminən 01 radələrində Rahil ilə noxud pubun içərisində olan zaman Rahib “volksfogen Passat” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib onları səsləmiş və onlar bayıra çıxmışdır. Rahibin avtomobilində “qaqaş” ləqəbində bir nəfər də olmuşdur. O, Rahil ilə birlikdə Rahibin avtomobilinə əyləşmiş, Rahib avtomobili sürüb “Heydər parkı”nın sağ tərəfinə dönən küçəyə sürmüşdür. Rahib avtomobili idarə edə-edə onu təhqir etmiş və gedib kafedə söz söhbət yaratmasının səbəbini soruşmuşdur. Rahib küçənin baş hissəsində avtomobili saxlamış və avtomobildə olan hər bir kəs avtomobildən enmişdir. Rahib Rahillə mübahisə etməyə başlamış və onların arasında sözdə mübahisə yaranmışdır. O, telefonu götürmək bəhanəsi ilə Volksfogen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomoiblə yaxınlaşmış, avtomobil işlək vəziyyətdə olduğu həmçinin açarı üzərində olduğu üçün cəld şəkildə avtomobilə əyləərək sürüb oradan uzaqlaşmışdır. O, avtomobili Rahibin kafesinin yanında saxlamış və avtomobildən düşərək Rahibin və qaqaşın telefonlarını kafeyə qoyub qayıdaraq avtomobili üzü Hüsülü kəndi istiqamətində idarə etməyə başlamışdır. O, avtomobili 100 km/saat sürətlə idarə edib Hacıbədəlli kəndindən keçən hissədə radarı keçdikdən sonra qeydiyyat nişanını xatırlamadığı “Tır” markalı nəqliyyat vasitəsini ötən zaman qarşıdan öz yolu ilə gələn priora markalı avtomobil ilə əks hərəkət istimqaətində toqquşmuşdur. O, xəsarət almamış və qorxduğu üçün qaçaraq oradan uzaqlaşmış, avtomobil hadisə yerində qalmışdır. O ifadəsinə əlavə olaraq sürücülük vəsiqəsinin olmadığını, avtomobili idarə etməmişdən bir iki saat əvvəl bir bakal pivə içdiyini, həmin avtomobili tamah niyyəti ilə qaçırmadığını, sadəcə olaraq Rahibə əsəbləşdiyi üçün avtomobili qaçırdığını, yol nəqliyyat hadisəsi zamanı avtomobili 100 km saat sürlət idarə etdiyini, yol nəqliyyat hadisəsinin onun sürət həddini aşaraq ötmə əməliyyatını düzgün yetirməyib əks istiqamətli hərəkət zolağına çıxması səbəbindən baş verdiyini, hadisə zamanı avtomobildə tək olduğunu, mübahisə zamanı Rahibin onu döymədiyini, ona xəsarət yetirmədiyini, həmin avtomobilin içərisində olan iki ədəd telefonu Türkanın işlətdiyi kafeyə qoyub oradan uzaqlaşdığını bildirmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, qohumluq əlaqələri yoxdur. Şahid1 onun həyat yoldaşıdır, onlar birlikdə yaşayırlar. O, həyat yoldaşı Şahid1 ilə Ağcabədi şəhəri 556 saylı Ümid məcburi köçkün qəsəbəsi ilə üzbəüz yolun əks tərəfində yerləşən “117” çay evini işlədir. Həmin obyekti icarə əsasında işlətmişdir. 26 avqust 2025-ci il tarixdə saat 22 radələrində həyat yoldaşına məxsus Volksfagen passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş, avtomobil də obyektin qarşısında hərəkətsiz vəziyyətdə dayanmışdır. Həmin vaxt Nihad və Rahil onun işlətdiyi obyektin qarşısına gəlmiş, Nihad yuxarı mərtəbəyə qalxmış, Rahil isə gəlib onunla görüşmüşdür. O, telefonu açaraq kameradan Nihadın hərəkətlərinə baxmış, Nihadın içəridə həyat yoldaşı Türkan ilə mübahisə etdiyini görmüşdür. Nihad nalayiq ifadə işlədə-işlədə aşağı düşmüş və Rahilə “tez Kəmaləddini bas maşına” sözlərini demişdir. Kəmaləddin onun obyekttində ofisiant işləmişdir. O, Nihada maşına oturmasını xahiş etmiş, Rahildən də Kəmaləddinə dəyməməsini xahiş etmişdir. Nihad onun həyat yoldaşı Türkana məxsus olan və etibarnamə ilə idarə etdiyi Volksvagen Passat markalı avtomobilə oturmuş, o da Nihadın yanında oturaraq kafedə mübahisə etməməsi üçün onu tənbeh etmişdir. Nihad Kəmaləddinin üstünə söhbətə adamlar yığıb gətirəcəyini və Türkanı ona söydüyü üçün cəzalandıracağını demişdir. O Nihada müraciət edərək “Türkana söymüsən deyə o da sənin ünvanına nalayiq ifadə işlədir” sözlərini demişdir. O, Nihadın obyektə hansısa bir zərər vurmasından ehtiyyat etdiyi üçün Nihadı aparıb Noxud pubun qarşısında düşürmüş, daha sonra işlətdiyi obyektə gəlib həyat yoldaşı Türkanı obyektdən çıxarıb taksi ilə evə göndərmişdir. Daha sonra dostu “qaqaş” ləqəbli şəxsi Volksvagen passat markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilə götürüb Noxud puba getmiş, məqsədi həm Nihad ilə söhbət edib sakitləşdirmək və mübahisəyə son qoymaq olmuşdur. O, Noxud pubun qarşısına çatdıqdan sonra Qaqaş avtomobildə oturmuş, o da Rahil ilə Nihadı çağırıb avtomobilə dəvət etmişdir. Rahil və Nihad gəlib avtomobildə oturmuş, o avtomobili “Heydər Parkı”nın sağ tərəfində olan küçəyə sürərək bir neçə metr irəlilədikdən sonra avtomobildə Rahil və Nihada müraciət edərək “Kəmaləddinin əyər onlara borcu varsa niyə gəlib mənə demirsiniz, gəlib zorbalıq edirsiniz” sözlərini demişdir. Nihad arxadan Kəmaləddinin ünvanına nalayiq ifadə işlətmiş, o da avtomobili saxladıqdan sonra avtomobildə olan hər kəs avtomobildən enmişdir. Həmin vaxt avtomobilin qapıları açıq olmuş, avtomobil hərəkətdə olduğu üçün açarı da avtomobilin üzərində olmuşdur. Rahil onunla mübahisə etməyə başlamış və onların arasında olan dialoq zamanı Nihad həmin avtomobilə tərəf getmişdir. Nihad qəflətən avtomobilin sükanına əyləşmiş və sürüb oradan uzaqlaşmaq istəmişdir. O, avtomobildən tutsa da, Nihad saxlamamış və sürüb getmişdir. Həmin vaxt Şahid1 məxsus içərisində 1300 manat olan pul kisəsi, özünə məxsus İphone xmax markalı mobil telefon, qaqaşın Samsung markalı mobil telefonu avtomobilin içərisində olmuşdur. Nihad avtomobili sürüb onun işlətdiyi obyektə getməsini və onun telefonu ilə qaqaşın telefonunu verməsini Həmiz adlı işçisindən öyrənmişdir. Həmiz ona Nihadın “Rahibə deyərsən ki, avtomobili məndədir. Gəlsin Hüsülü kəndində söhbətimizi edək avtomobilni aparsın” sözlərini demişdir. Həmiz Nihaddan açarı almaq istəsə də, Nihad avtomobili sürüb getmişdir. O, obyektə gəlmiş, və obyektdə ona məxsus telefona zəng gəlmişdir. O, telefonu açan zaman Türkan ondan avtomobili tapıb-tapmadığını soruşmuş, o da Türkana avtomobilin hələ tapılmadığını demişdir. O, zəngi bitirdikdən sonra Volksvagen passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətdiyini öyrənmiş və hadisə baş vermiş əraziyə, yəni Hacıbədəli kəndindən keçən asfallt yolun radardan 100 metr dördyol istiqamətinə gələn zaman Nihad qaçırdığı avtomobil ilə Priora markalı avtomobillə toqquşduğunu, Nihadın avtomobili orada qoyaraq həmin yerdən qaçdığını öyrənərək polisə şikayət etmişdir. O ifadəsinə əlavə olaraq avtomobili idarə etmə hüququ verən sürücülük vəsiqəsi və etibarnaməsinin olduğunu, Nihadın onun icarə əsasında işlətdiyi 117 çay evinə gəlib sözdə mübahisə etsə də obyektə heç bir maddi zərər vurmadığını, o yol nəqliyyat hadisəsini bildikdən sonra yoldaşına məxsus avtomobili cərimə meydançasına gətirilmiş, cərimə meydançasına gələnə qədər avtomobili açıb içərisinə baxmamış, cərimə meydançasında yoldaşı Türkan ilə avtomobilə baxan zaman Türkana məxsus 1300 manat pul əskinazının kisəsinin yerində olmadığını, avtomobildən başqa heç bir şeyin yoxa çıxmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayəti olmamasını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qiyabi tanıyır, qohumluq əlaqələri yoxdur. O, Zərərçəkmiş şəxs1 işlətdiyi 117 çay evində ofisiant çalışır. Təxminən 10 gün əvvəl Noxud Pub da oturub dostları ilə yeyib içmiş, 70 manat hesab gəlməsinə baxmayaraq onun üzərində pul olmadığı üçün həmin pulu verə bilməmiş, Rahilə ertəsi gün verəcəyini demişdir. 26 avqust 2025-ci il tarixdə axşam saatlarında çay evində olan zaman Nihad ona yaxınlaşaraq bayıra çıxmasını xahiş etmiş, obyetki işlədən Şahid1 ona səs küy salmamasını xahiş etmişdir. Nihad orada Şahid1 ünvanına nalayiq ifadələr işlətmiş və Nihad obyektdən çıxan zaman Şahid1 ona iradını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 Nihadı avtomobilinə qoyub aparmış və mübahisə sakitləşmişdir. 27 avqust 2025-ci il tarixdə saat 01 radələrində obyektdə olan zaman Nihad əlində iki ədəd telefon ilə içəri girmiş və telefonları stolun üzərinə qoyaraq “məni kim soruşsa deyin ki yoxdur” sözlərini demişdir. O, Nihadın arxası ilə getməmiş və pencərədən baxan zaman Nihadın Rahibin avtomobilinə oturub getmək istədiyini və həmin vaxt Həmizin Nihada mane olmaq istədiyini görmüşdür. Nihad avtomobili sürüb oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qiyabi tanıyır, qohumluq əlaqələri yoxdur. O, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən “Noxud PUB”u işlədir. Təqsirləndirilən şəxs onun adminstratoru ilə 26 avqust 2025-ci il tarixdə axşam saatlarında danışmış və ertəsi gün gəlib kafedə dəftərdar kimi işə düzələcəyini Nihada bildirilmişdir. Təxminən 10 gün əvvəl Kəmaləddin adlı şəxs onun obyektində dost tanışları ilə gəlmiş və 70 manat borcu olmuşdur. O, Kəmaləddindən hesabı istəyən zaman Kəmaləddin kartının bloka düşdüyünü demiş və ertəsi gün pulu ödəyəcəyini bildirmişdir. Kəmaləddin borcunu ödəyə bilmədiyi üçün o 26 avqust 2025-ci il tarixdə Nihad ilə birlikdə Kəmaləddindən borcunu almaq üçün Rahibin işlətdiyi 117 çay evinə getmişdir. O, Nihad ilə birlikdə Rahibin kafesinə çatmış, o, Rahibin avtomobilində oturduğunu görüb Rahib ilə görüşmüşdür. Nihad isə içəri getmişdir. O, isə Rahibin yanında aşağıda qalmışdır. Bir neçə dəqiqə sonra Nihad aşağı enmiş və arxası ilə Türkan Cəfəova da düşmüşdür. Onlar aşağıda sözlə mübahisə etməyə başlamış, Rahib Türkana və Kəmaləddinə içəri girməsini dedikdən sonra onlar içəri girmişdir. Rahib Nihadı avtomobilinə qoyub aparmış və oda taksi ilə Noxdu Puba qayıtmışdır. Təxminən 20 dəqiqə sonra Rahib avtomobili ilə obyektin qarşısına gəlmiş və Nihad ilə onu çağırmışdır. O Nihada və ona avtomobilə əyləşməyi demiş, həmin vaxt avtomobildə bir nəfər də başqa şəxs olmuşdur. Rahib avtomobili Heydər pakının kənarında olan aralığa sürmüş və avtomobili saxladıqdan sonra aşağı düşmüşdür. Rahib ilə Nihad sözdə mübahisə etmiş, daha sonra söhbət edən zaman Nihad Rahibin avtomobilini sürüb oradan uzaqlaşmışdır. Rahib avtomobilin arxası ilə düşsə də, çata bilməmişdir. O ifadəsinə əlavə olaraq onu heç kimin döymədiyini, heç kimdən şikayət və tələbinin olmadığını, Rahibin idarə etdiyi avtomobilə oturan zaman orada çanta görmədiyini, Nihadın həmin avtomobildən 1300 manat pul oğurlayıb-oğurlamadığını bilmədiyini, Rahibin onlarla söhbət edən zaman Nahidin qəflətən həmin maşına oturub avtomobili sürərək oradan uzaqlaşdığını, o da işlətdiyi yerə getdiyini, Nahidin həmin avtomobili qaçırdığını görməsinə baxmayaraq qəza törətməsindən və sonrakı proseslərdən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıyır, qohumluq əlaqələri yoxdur əvvəllər aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. Volksvagen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi özüdür. Onun adında bir sıra maşınlar vardır və həmin avtomobillərin satışı ilə məşğul olur. Müştərinin nəğd pulu olmayan zaman ona müraciət etdikdən sonra razılıq əsasında satdığı avtomoiblii kredit ilə satır. Şahid1 ortaq tanışlar vasitəsi ilə onunla əlaqə saxlayaraq Volksvagen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili lombarda salıb götürməyi təklif etmiş, Türkan onunla razışaldıqdan sonra “Lombard Ekspress”ə müraciət etdikdən sonra həmin lombard təşkilatı ilə Türkanın arasında kredit müqavilə bağlanmışdır. O, avtomobilin satışını həyata keçirmiş və Şahid1 həyat yoldaşı kimi bildiyi Zərərçəkmiş şəxs1 avtomobili sürmək üçün etibarnamə vermişdir. 2025-ci ilin avqust ayının sonlarında hansısa kənar bir şəxsin həmin avtomobili qaçırıb avtoqəza törətdiyini öyrənmiş, sonrakı proseslərdən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun qeyri-rəsmi həyat yoldaşıdır, onlar birlikdə yaşayırlar. Onun həyat yoldaşı Rahib ilə Ağcabədi şəhəri 556 saylı Ümid məcburi köçkün qəsəbəsi ilə üzbəüz yolun əks tərəfində yerləşən “117” çay evini işlədirlər. Həmin obyekti icarə əsasında işlətmişdir. 26 avqust 2025-ci il tarixdə saat 22 radələrində obyektin içərisində oturan zaman Nihad içəri girmiş və içəri girən kimi Kəmaləddini soruşmuşdur. O, Nihada müraciət edərək Kəmaləddini nə üçün axtardığını soruşmuş, Nihad ona kobud cavab verdiyi üçün Nihaddan obyekti tərk etməsini tələb etmişdir. Nihad onun oturduğu stulun üzərinə əlin qoyaraq “ istəsəm 2000 manat verib bu obyekti götürüb işlədərəm” sözlərini demişdir. Nihad pilləkəndən duşə-düşə onun ünvanına nalayiq ifadə işlətmiş, birinci mərtəbəyə enib Nihada müraciət edərək ona qarşı söydüyü söyüşlərin hamısının ona aid olduğunu demişdir. Nihad orda mübahisə yatardığı üçün Rahib ona “Kəmaləddini götür get” demiş, o da Kəmaləddini götürüb obyektə qalxmışdır. Daha sonra Rahib Nihad ilə getmiş və bir müddət sonra gəlib ondan evə getməyi tələb etmişdir. O da taksi ilə evə getmişdir. 27 avqust 2025-ci il tarixdə gecə saat 01 radələrində Nihadın onun istifadəsində olan Volksfogen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını öyrənmişdir. O, Azərbaycan Respublikası DİN-in 102 zıng xidmətinə və Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onun istifadəsində olan Volksfogen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmasını bildirmişdir. O ifadəsində əlavə olaraq Volksfogen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 avqust 2025-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən Lombard eksperssdən ilkin 4000 manat ilkin ödəniş edərək aldığını, avtomobil üçün aylıq ödəniş 690 manat təşkil etdiyini, 500 manat avtomobili qeydyyat etmək üçün ödədiyini, 200 manat avtomobilə dəymiş zərəri özündə əks etdirən servis sənədinə ödədiyini, 150 manat isə avtomobili Bakı şəhərinə servisə aparmaq üçün evakuator xidmərtinə ödədiyini, ümumi olaraq ona 29827(iyurmi doqquz min səkkiz yüz iyirmi yeddi) manat 80(səksən) qəpik maddi zərər dəydiyini, avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsinin olmadığını, avtommobildə olan 1300 manat pulunu Təqsirləndirilən şəxs maşını qaçıran zaman oğurladığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, dostudur. 27 avqust 2025-ci il tarixdə gecə saatlarında dostu Rahibin işlətdiyi 117 çay evinə gəlmiş, kafedə Təqsirləndirilən şəxs adlı şəxsin gəlib həmin kafedə mübahisə yaratdığını öyrənmişdir. Rahib ona müraciət edərək onunla birlikdə oxud puba getməyi xahiş etmişdir. Rahibin Volksvagen passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, Rahib avtomobili Noxud puba sürüb obyektin qarşısında saxlamışdır. O avtomobildə qalmış, Rahib isə Rahil ilə Nihadı avtomobilə dəvət etmişdir. Rahil və Nihad avtomobilə oturmuş, Rahib avtomobili “Heydər parkı”nın kənarındakı küçəyə sürüb saxlamışdır. Onlar avtomobildən düşmüş, həmin vaxt ona məxsus Samsung S21 markalı telefon və Rahibin telefonu avtomobildə qalmışdır. Söhbət əsnasında Rahib Nihada və Rahilə müraciərt edərək kafeəyə gəlib mübahisə etməsinin səbəbini soruşmuş, söhbət zamanı Nihad telefonunu götürmək adı ilə avtomobilə yaxınlşaraq cəld şəkildə sükana oturub oradan avtomobili qaçırmışdır. Sonradan o Rahib ilə obyektə gedən zaman Nihadın onun və Rahibin telefonunu gətirib obyektə qoyub avtomobili də qaçırıb getidiyini öyrənmişdir. O, telefonunu götürmüş və telefonunda hər hansı bir problem olmamışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, dostudur. 27 avqust 2025-ci il tarixdə gecə saatlarında dostu Rahibin işlətdiyi 117 çay evinə gəlmiş, kafedə Təqsirləndirilən şəxs adlı şəxsin gəlib həmin kafedə mübahisə yaratdığını öyrənmişdir. Rahib ona müraciət edərək onunla birlikdə oxud puba getməyi xahiş etmişdir. Rahibin Volksvagen passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuş, Rahib avtomobili Noxud puba sürüb obyektin qarşısında saxlamışdır. O avtomobildə qalmış, Rahib isə Rahil ilə Nihadı avtomobilə dəvət etmişdir. Rahil və Nihad avtomobilə oturmuş, Rahib avtomobili “Heydər parkı”nın kənarındakı küçəyə sürüb saxlamışdır. Onlar avtomobildən düşmüş, həmin vaxt ona məxsus Samsung S21 markalı telefon və Rahibin telefonu avtomobildə qalmışdır. Söhbət əsnasında Rahib Nihada və Rahilə müraciərt edərək kafeəyə gəlib mübahisə etməsinin səbəbini soruşmuş, söhbət zamanı Nihad telefonunu götürmək adı ilə avtomobilə yaxınlşaraq cəld şəkildə sükana oturub oradan avtomobili qaçırmışdır. Sonradan o Rahib ilə obyektə gedən zaman Nihadın onun və Rahibin telefonunu gətirib obyektə qoyub avtomobili də qaçırıb getidiyini öyrənmişdir. O, telefonunu götürmüş və telefonunda hər hansı bir problem olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir birilərinin üzünə qarşı demişdirlər. İş materiallarında olan 27 avqust 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 avqust 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi RQİ və TBŞ-nin verilmiş 24 oktyabr 2025-ci il tarixli, 3-13-16-1/2-677/2025 nömrıli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs adında sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan 27 oktyabr 2025-ci il tarixli Cinayət əməlinin tövsif edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin hərtərəfli, tam, obyektiv araşdırılması üçün əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 27 avqust 2025-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan Volksvagen Passat markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırmış və yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şahid1 Nuəddin qızına məxsus 1300 manat pulu oğurlaması faktı öz təsdiqini tapmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli təlabnamədən, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 69.3-cü maddəsi tətbiq olunaraq ona qəti olaraq 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəmsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilərək 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli Ağcabədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 01 ay 22 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasını xx.xx.2025-ci il tarixdə çəkib başa vurmuş və üzərində çəkilməmiş cəzası qalmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 27 oktyabr 2025-ci il tarixli, 11-772/25 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının istintaqa təqdim etdiyi rəyin nəticə hissəsindən görünür ki, 27 avqust 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volksvagen Passat” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5045(beş min qırx beş) manat maddi ziyan vurulmuşdur. İş materiallarında olan Azərbaycan Automobiles Volksvagen QSC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, Şahid1 istifadəsində olan Volksvagen Passat markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 29827 (iyurmi doqquz min səkkiz yüz iyirmi yeddi) manat 80(səksən) qəpik maddi zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Volksvagen Passat” markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X3 mülkiyyətində olan və Ağcabədi RPŞ-nin cərimə meydançasında saxlanılan “Volksvagen Passat” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, hadisə nəticəsində mülkiyyətində olan **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymiş, ziyandan heç bir ödəniş edilməmiş və ziyanı tələb edir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Bakı şəhərində yaşadığı üçün növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhəkəmə iclasının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Rüstəmov X6 RMX Publik Hüquqi şəxsin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, zərərçəkmiş şəxsin və iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə, həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli bu gündən, yəni 25 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və başqa ilşə bağlı onun barəsində Ağcabədi rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 4(5-106)-08/2026 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, başqa ilşə bağlı Ağcabədi rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 4(5-106)-08/2026 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Volsvagen Passat minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyətçisi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli bu gündən, yəni 25 fevral 2026-cı il tarixdən hesablansın. Barəsində başqa ilşə bağlı Ağcabədi rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 4(5- 106)-08/2026 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın və hazırki cinayət işi üzrə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Volsvagen Passat minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyətçisi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar