Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-128/2024 24.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 iştirakı ilə, 01 avqust 1976-cı il tarixdə Ağcabədi rayonu Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 32.4, 312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək həmin məccəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8000 manat cərimə cəzasına məhkum edilmiş və 8000 manat cərimə cəzasını çəkib qurtarmamış, Ağcabədi rayonu, Şənlik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair; xx xxxxxxx 1955-ci il tarixdə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, birinci dərəcəli əlil, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin məccəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasına məhkum edilmiş və 6000 manat cərimə cəzasını çəkib qurtarmamış, Ağcabədi rayonu Xocavənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs1 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs2 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs3 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs3 1300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs4 əvvəllər işlədiyi Ağcabədi rayonu Yuxarı Hüsülü kənd körpələr evi-uşaq bağçasında müəllim vəzifəsinə düzəldəcəyini aralarında olan söhbət zamanı vəd edərək, 02 dekabr 2021-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında Zərərçəkmiş şəxs4 4400 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında Zərərçəkmiş şəxs4 600 manat pulunu alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə işə düzəldəcəyini sonuncunun anası Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının ortalarında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Uçbulaq” adlanan ərazidə Zərərçəkmiş şəxs5 1500 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının ortalarında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Uçbulaq” adlanan ərazidə Zərərçəkmiş şəxs5 5500 manat pulunu alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs1 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs2 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs3 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs3 1300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, 1993-cü il tarixdən 2017-ci il tarixədək Ağcabədi rayonu, Şənlik kəndində yerləşən uşaq bağçasında müdir vəzifəsində işləmiş, 2017-ci il tarixdə onkoloji xəstəliyi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. Təxminən 2019-cu ildə Mobil ilə Ağcabədi rayon mərkəzi xəstəxanasında tanış olmuş, o qara ciyar dərmanı almış, Mobil də şəkər dərmanı almışdır. Onlar növbədə gözləyən zaman tanış olmuş, ordan burdan söhbət etmişlər, yanında olan şəxslər də təqaüddən danışmışlar. Ona Mobil demiş ki, sən təqaüd düzəldə bilirsən? O da tanışları vasitəsilə təqaüd düzəldə bildiyini demişdir. Həmin vaxt Mobil ona demiş ki, sənə adamlar tapıb gətirərəm, təqaüdlərini düzəldərək, hər ikisi qazanc əldə edərlər. Bundan sonra 2019-cu il ərzində on iki nəfər şəxsin həmin məqsədlə pulunu Mobil və başqa bir şəxslə birlikdə ələ keçirmişlər, buna görə də sonradan barələrində cinayət işi başlanmış və yekunda məhkəmədə ona 8000 manat cərimə cəzası verilmişdir. Onlar hələ tutulmamışdan əvvəl o Mobilə adamlar tapıb gətirməsini, təqaüdlə bağlı pul almağı və aldığı pulun bir miqdarını bölüb verəcəyini demiş və onlar razılaşmışlar. Təxminən 2021-ci ilin sentyabr ayında Mobil xatırlamadığı nömrəyə zəng etmiş, həmkəndlisi Zərərçəkmiş şəxs1 təqaüdünün kəsildiyini və həmin təqaüdü bərpa etdirmək istədiyini demiş, Radil ilə Mobilin telefonunda danışmış, Radilə təqaüdü bərpa etdirə biləcəyini və bunun üçün lazımı sənədlər düzəltməyi demişdir. Aradan bir neçə gün keçdikdən sonra Radil sənədlərin hazır olduğunu demiş və onlar Mobil ilə birlikdə xəstəxanada görüşmüşlər. O Radilə sənədləri sistemə vuracağını, təqaüdün bərpa olunacağını demiş və bunun müqabilində 2000 manat pul istəmiş, Radilə 1000 manatı əvvəlcədən, qalan 1000 manatı sonradan verməyi demiş və razılaşmışlar. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Radil zəng edib pulun hazır olduğunu demiş, o da pulu Mobilə verməyi demişdir. Sonra Mobil ilə danışıb Radildən 1000 manatı götürməyi demiş, Mobil də həmin gün Radildən 1000 manat pulu götürmüş və onlar xəstəxanada görüşmüşlər. Mobil 1000 manat pulu ona vermiş, o da həmin puldan 150 manat Mobilə vermişdir. O Mobilə əlavə yenə də adam olsa gətirməsini, pulu aldıqdan sonra böləcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra xəstəxanada olan zaman Mobil onu yanına çağırmışdır. Həmin vaxt Mobilin yanında sonradan tanıdığı Radilin bacıları Gülbəs və Nəzakət olmuş, Mobil Gülbəs və Nəzakətin də təqaüdlərinin kəsildiyini, bərpa etdirmək istədiklərini demiş, o da təqaüdlərini bərpa edə biləcəyini demişdir. O təqaüdün bərpası üçün Gülbəsdən 2000 və Nəzakətdən 2300 manat pul istəmiş, Gülbəsdən pulun 1000 manatını və Nəzakətdən 1300 manatını əvvəlcədən, qalan 1000 manatı da təqaüd düzələndə verəcəklərini demişdir. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Gülbəs, Radil və Nəzakət Mobil ilə birlikdə xəstəxanaya gəlmişlər, Gülbəs 1000 manat pulu Mobilə vermiş, Mobil də həmin pulu ona vermiş, sonra Gülbəsgil getmişlər. O da həmin puldan yenə 150 manat Mobilə vermişdir. Təxminən bir neçə gün sonra, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində Nəzakət 1300 manat pulu hazırladığını demiş, o da həmin pulu Mobilə verməsini, Mobilin ona çatdıracağını demişdir. Sonra Mobilə də Nəzakətlə görüşüb 1300 manat pulu götürməsini demişdir. Mobil də həmin gün Nəzakətdən 1300 manat pulu alıb xəstəxanada görüşmüşlər, o həmin puldan yenə də 150 manat Mobilə vermişdir. O təqaüdün bir ay ərzində düzələcəyinə söz vermiş, lakin təqaüd düzəltməmiş, vəd etdiyi vaxt tamam olmuş, Radilgil təqaüdlə maraqlanmışlar. O və Mobil təqaüdün yaxında düzələcəyini demişlər. Sonradan isə pulu geri tələb etmişlər, lakin o pulları şəxsi ehtiyaclarına xərclədiyi üçün geri qaytara bilməmişdir. O Mobil ilə əvvəlcədən razılaşmış ki, Mobil ona təqaüd düzəltməklə bağlı adam tapıb gətirsin, həmin şəxslərin pullarını alsınlar, sonra da həmin puldan Mobilə də müəyyən miqdarda bölüb versin, Mobil də öz qazancı üçün adamları təqaüdə görə onun yanına gətirmiş, həmin şəxslərə də təqaüdün birlikdə düzəldəcəklərini demişlər. Mobil onun təqaüdü düzəltmədiyini bilmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 ilə əvvəllər bir sahədə işlədiyinə görə tanış olmuş və aralaırnda mehriban münasibətləri olmuşdur. 2021-ci ilin dekabr ayında Mina ilə söhbət edən zaman Mina oğlu İlhamı FHN-nə işə qoymaq istədiyini demiş, o isə həmin vaxt Minaya narahat olmamasını, tanışları olduğunu, onların vasitəsi ilə oğlu İlhamı FHNnə işə düzəldəcəyini, əgər alınmasa Ədliyyə Nazirliyinə düzəldə biləcəyini, işin həlli üçün 10000 manat məbləğində pul vermək lazım olduğunu demişdir. O Minaya işi vəzifədə işləyən qohumu vasitəsi ilə həll edəcəyii bilərəkdən yalandan demişdir. 2021-ci ilin dekabr ayının ortalarında Ağcabədi rayonu, bazar ərazisində yerləşən “üç bulaq” adlanan ərazidə Mina ilə görüşmüş, Mina ona 5500 manat məbləğində pul vermişdir. Təxminən 15 gün sonra Mina ilə yenidən həmin yerdə görüşmüşlər. Həmin vaxt Mina ona 1500 manat məbləğində pul vermişdir. Bundan sonra Mina ondan bir neçə dəfə zəng edib işinin nə yerdə qaldığını soruşmuş, o isə hər dəfə işinin yaxın zamanda həll olunacağını, səbirli olmasını, oğlu İlhamın yaxın zamanlarda işə çıxacağını demişdir. Mina sonradan ondan verdiyi pulu tələb etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs5 ilə barışmış və dəymiş zərəri tam olaraq ödəmişdir. O, Zərərçəkmiş şəxs4 ilə bir sahədə işlədiyinə görə tanış olmuş və aralarında mehriban münasibətləri olmuşdur. 2021-ci ilin sentyabr aylarında Göhər ilə mobil telefonla danşıan zaman Göhər ona ali təhsilli olmadığına görə işdən çıxarıldığını demişdir. Həmin ərəfədə Göhər işə bərpa olmaq üçün Ağcabədi rayonu İcra hakimiyyətində imtahan verdiyi, lakin imtahandan keçə bilmədiyini demiş, o isə Göhərə Ağcabədi rayonu icra hakimiyyətində olan qohumu vasitəsi ilə işini həll edə biləcəyini demişdir. Göhər ona işini danışmağı xahiş etmiş, bundan bir neçə gün sonra Göhərə zəng edib işini 5000 manata həll edəcəyini demişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Göhər ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında görüşmüş, Göhər orada ona 600 manat pul vermişdir. Bundan sonra Göhər ondan bir neçə dəfə zəng edib işinin nə yerdə qaldığını soruşmuş, o isə hər dəfə narahat olmamağı, işinin yaxın zamanda həll olunacağını demişdir. 2022-ci ilin aprel ayında isə onu Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tutmuşlar. O azadlığa çıxdıqdan sonra Mina ilə Göhər onun yaşadığı evə gəlib pullarını geri tələb etmişlər. Onunda imkanı olmadığı üçün aldığı 600 manat pulu geri qaytara bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, təqaüdçüdür, Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavət olmamış, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyır, həmkəndliləridir. O şəkər xəstəsi olduğu üçün 2023-cü ilin sentyabr ayında sol ayağı kəsilib amputasiya olunmuş, həmçinin insult keçirdiyi üçün sağ ayağı işləmir, ona görə də uzun müddət xəstəxanada yatmış, hazırda da daima evdə xəstə yatır. O Zeynabı xəstəxanadan tanımış, xəstəliyinə görə xəstəxanadan dərman preparatı almış, Zeynab da həmişə oradan şəkər dərmanı almış və orada tanış olmuşlar. Təxminən 2018-ci il tarixdən aralarında münasibət yaranmışdır. Həmin vaxt Zeynab ilə ordan-burdan söhbət edərkən Zeynab ona Əlillərin bərpa cəmiyyətində qohumu işlədiyini, kəsilmiş təqaüdləri bərpa edə bildiyini demişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ilə xəstəxanada qarşılaşmış, onlar söhbətləşən zaman Radil ona təqaüdünün kəsildiyini bərpa etdirmək üçün sənədləri verdiyini, lakin bərpa olunmadığını demişdir. O da Radilə demiş ki, Zeynab adlı tanışı var və kəsilmiş təqaüdü bərpa etdirə bilir. Radil də ona Zeynabla danışmağı demiş, həmin vaxt Zeynab da xəstəxanada olmuş, buna görə Zeynabı tapıb danışmış, Radilin təqaüdü kəsildiyini, bərpa etdirmək istədiyini demişdir. Zeynabda Radilin təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Radil təqaüdü necə bərpa etdirəcəyini soruşmuş, Zeynab da bunun üçün 2000 manat pul lazım olduğunu, 1000 manatı əvvəlcədən, qalan 1000 manatı sonradan verməyi demiş, Radil də razılaşmış, lakin həmin vaxt pulu olmadığını, pulu olan kimi əlaqə saxlayacağını demişdir. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Radil ona 1000 manat pulu düzəltdiyini və gəlib götürməyi demişdir. O da buna görə Radilin yaşadığı evə getmiş və Radil darvazasının qarşısında ona 1000 manat pul vermişdir. O Zeynab ilə danışıb xəstəxanada görüşmüş və orada 1000 manat pulu Zeynaba vermişdir. Zeynab Radilin sənədini sistemə vuracağını və 10-15 gün ərzində Radilin telefonuna mesajla bildiriş gələcəyini demişdir. Həmin günlərdə Radil bacıları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da təqaüdlərinin kəsildiyini, təqaüdü bərpa etdirmək istədiklərini demişdir. O bu barədə Zeynab ilə danışmağı demişdir. Bundan sonra Nəzakət və Gülbəs xəstəxanaya gəlmişlər və Zeynab ilə tanış olub təqaüd barəsində danışmışlar. Zeynab yekunda Nəzakətin təqaüdünün bərpasına 2300 manat, Gülbəsin təqaüdünün bərpasına 2000 manat pul istəmiş və razılaşmışlar. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Gülbəs ona zəng edib Zeynabın pulu istədiyini, xəstəxanada görüşəcəklərini, pulu onun yanında verməyi demiş, o da razılaşmışdır. Onlar xəstəxanada görüşmüşlər. Gülbəs Nəzakət və Radilin yanında 1000 manat pulu ona vermiş, o da yanlarında pulu Zeynaba vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Zeynab zəng edib Nəzakətin 1300 manat verəcəyini, həmin pulu çatdırmasını demişdir. Həmin gün Nəzakət gəlib 1300 manat pulu ona verib getmişdir. O da həmin pulu Zeynab ilə xəstəxanada görüşüb özünə vermişdir. Zeynab Nəzakət və Gülbəsə də təqaüdün 10 gün ərzində düzələcəyinə vəd vermişdir. Aradan 10-15 gün keçmiş, Radil və bacıları təqaüdlə maraqlanmağa başlamışlar, o da Zeynabdan soruşmuş, Zeynab da ona düzələcəyini demiş, o da Radilgilə düzələcəyini demişdir. Bundan sonra dəfələrlə Zeynabla əlaqə saxlayıb və görüşüb təqaüdlə maraqlanmış, Zeynab da hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdün düzələcəyini demiş, lakin düzəltməmişdir. Axırda isə Radil, Nəzakət və Gülbəs pullarını geri tələb etməyə başlamışlar, lakin Zeynab pulu da geri qaytarmamışdır. O şəxslərdən aldığı pulun hamısını Zeynaba vermişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı kənddə özünə məxsus olan torpaq sahəsində əkinçiliklə məşğul olaraq ailəsini dolandırır, uzun müddət şəkərli diabet xəstəliyi ilə əlaqədar ikinci dərəcə əlilliyə görə pensiya almış, lakin 2021-ci ilin aprel ayında müddətin başa çatması ilə əlaqədar əlillik dərəcəsi ləğv olunmuşdur. O əlillik dərəcəsini bərpa edilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasına müraciət etmiş, xəstəliyilə bağlı stasionar müalicə qəbul etmiş və haqqında “Forma № 88” sənədi tərtib olunaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün elektron qaydada TSEK-ə göndərilmiş, lakin TSEK tərəfindən əlillik dərəcəsinin təyin olunmamış və imtina qərarı qəbul olunmuşdur. Bundan sonra da bir neçə dəfə “Forma № 88” sənədi tərtib olunaraq TSEK-ə göndərilsə də əlillik dərəcəsi təyin olunmamışdır. 2021-ci ilin sentyabr ayında bununla əlaqədar rayon mərkəzi xəstəxanasında olduqda həmkəndlisi, yəni Ağcabədi rayonu, Xocavənd kəndində yaşayan Təqsirləndirilən şəxs2 Muxtar oğlu ilə qarşılaşmış, Mobil ilə söhbətləşən zaman təqaüdün düzəlməməsi barədə gileylənmiş, Mobil də onun sözlərini eşidib soruşmuş ki, nə baş verib? O da Mobilə demiş ki, 5-6 aydır təqaüdü kəsilib, bərpa etdirmək istəyir, lakin hər dəfə sənədləri sistemə vuranda imtina gəlir. Bu vaxt Mobil ona demiş ki, narahat olma, onun əlində asan məsələdir, Zeynab adlı adam var, kəsilmiş təqaüdləri bərpa edir. Mobil həmin vaxt tanıdığı Ağcabədi rayonu, Şənlik kənd sakini Təqsirləndirilən şəxs1 zəng etmiş, onun təqaüdü barəsində Zeynaba danışmış, sonra isə telefonu ona verib Zeynabla danışmağı bildirmişdir. O Mobilin telefonu ilə Zeynabla danışmış, danışarkən Zeynab da təqaüdü bərpa edəcəyini bildirmişdir. Zeynab telefonda ona zəruri sənədləri toplamağı demişdir. O da bir neçə gün ərzində lazımı sənədləri toplamış, Mobilə sənədlərin hazır olduğunu demiş, Mobil də Zeynabla danışmış və onlar xəstəxanada görüşmüşlər. O Zeynabı ilk dəfə orada görmüşdür. O orada sənədləri Mobilə vermiş, Mobil də sənədlərə baxıb Zeynaba vermişdir. Zeynab ona demiş ki, sənədlərini sistemə vuracaq, bunun müqabilində 2000 manat pul verəcəksən, o da razılaşmışdır. Zeynab sənədləri götürüb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Zeynab zəng edib demiş ki, sənədlərin sistemə vurulub, 1000 manat pulu indi verəcəksən, qalan 1000 manat pulu isə təqaüd düzələndə verərsən. Təxminən 2021-ci ilin sentyabr ayının axırlarında 1000 manat pul düzəltmiş, Zeynabla əlaqə saxlayıb pulun hazır olduğunu demiş və Zeynabda pulu Mobilə verməyi demişdir. Elə həmin gün günorta saatlarında Mobil tanımadığı bir avtomobillə gəlmiş, həyət darvazasının qarşısında 1000 manat pulu Mobilə vermiş, Zeynab ilə əlaqə saxlayıb pulu Mobilə verdiyimi demişdir. Onun bacıları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 da əvvəllər 2-ci dərəcə əlilliyə görə pensiya almışlar və 2021-ci ilin aprel ayında bacılarının da pensiyası dayandırılmışdır. O həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həqiqətən də DTSERA-da tanışlarının olduğuna, həmin tanışları vasitəsi ilə bütün əlillik məsələlərini həll etdiklərinə inandığından bu barədə bacılarına da danışmışdır. Bundan sonra bacıları da özləri əlilliyə görə pensiyalarının bərpa edilməsi müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə danışıb təqaüdün bərpası üçün razılaşmışlar. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 onun yanında rayon mərkəzi xəstəxanasının həyətində 1000 manat pulu sayaraq Təqsirləndirilən şəxs2 vermiş, Mobil də həmin pulu Zeynaba vermişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 da 1300 manat pulu aparıb Mobilə vermişdir. Zeynab və Mobil təqaüdlərin on gün ərzində düzələcəyinə vəd etmişlər, lakin həmin müddətdə təqaüd düzəlməmişdir. O Mobil və Zeynab ilə əlaqə saxlayıb təqaüd barəsində maraqlanmış, hər ikisi ona narahat olmamağı, təqaüdün yaxında düzələcəyini demişlər. O bu gedişlə bir neçə dəfə Mobil və Zeynabla əlaqə saxlayıb özünün və bacılarının təqaüdü ilə maraqlanmış, hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdün yaxında düzələcəyini demişlər. Təxminən 2021-ci ilin noyabr ayında o xəstəxanada olan zaman tanımadığı bir şəxsin Mobil ilə mübahisə etdiyini görmüş, o danışıqdan başa düşmüş ki, Mobil həmin şəxsdən təqaüd üçün pul alıb, lakin təqaüdü düzəltmir. O artıq başa düşmüş ki, Mobil və Zeynab onları aldatmışlar. Çünki Mobilin və Zeynabın vəd etdikləri vaxt çoxdan tamam olmuş, təqaüdü də düzəltməmişlər. O artıq Mobilin və Zeynabın onları aldatdığına əmin olmuş, ona görə də pulu geri tələb etmiş, Mobil və Zeynab pulu yaxında qaytaracaqlarını demişlər, lakin qaytarmamışlar. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs olunduqlarını eşitmiş, bundan sonra əlaqə saxlaya bilməmişdir. Onlar 2022-ci ilin iyul ayının sonlarında həbsdən azad olunmuşlar, Mobil və Zeynabın evinə gedərək pulları geri qaytarmalarını tələb etmiş, onlar pulu qaytaracaqlarına söz versələr də hələ də qaytarmamışlar. Zeynab və Mobil ona təqaüdü birlikdə düzəldəcəklərini demişlər, çünki ilk dəfə təqaüdllə bağlı Mobil və Zeynab ilə danışdıqdan sonra hər dəfə görüşəndə və danışanda, pulu verdikdə təqaüdü birlikdə düzəldəcəklərini demişlər, Mobilə pulu verəndə təkcə ikisi olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, o, qardaşı Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 təqaüd almışlar, lakin 2021-ci ilin aprel ayında təqaüdləri kəsilmişdir. O əlillik dərəcəsini bərpa edilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasına müraciət etmiş, xəstəliyilə bağlı stasionar müalicə qəbul etmiş və “Forma № 88” sənədi tərtib olunaraq əlillik vəziyyəti qiymətləndirilməsi üçün elektron qaydada TSEK-ə göndərilmiş, lakin TSEK tərəfindən əlillik dərəcəsi təyin olunmamış və imtina qərarı qəbul olunmuşdur. Bundan sonra da bir neçə dəfə “Forma № 88” sənədi tərtib olunaraq TSEK-ə göndərilsə də ona əlillik dərəcəsi təyin olunmamışdır. 2021-ci ilin sentyabr ayında qardaşı Radil təqaüdünün bərpası üçün həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə danışmış, Mobil və Zeynab Radilə təqaüdün bərpa etdirəcəyini barədə razılaşmışlar və Radil 1000 manat pul vermişdir. O və Gülbəs bunu bilmiş, onlar da təqaüdü bərpa etdirmək istəmişlər. Buna görə həmin vaxtlarda Gülbəs ilə Mobilin xəstəxanada olduğunu bilib birlikdə xəstəxanaya gəlmişlər. Onlar Mobili görüb yaxınlaşmış, Mobilə təqaüdlərinin kəsildiyini və bərpa etdirmək istədiklərini demişlər. Mobil də təqaüdü Zeynab ilə bərpa etdiyini demişdir. X11 zəng edib yanına dəvət etmiş, Zeynab da gəlmişdir. Mobil onları Zeynaba təqdim etmiş, Radilin bacıları olduğunu və təqaüdün kəsildiyini və bərpa etmək istədiyini demişdir. Zeynab da təqaüdü bərpa edəcəklərini demişdir. Onlar təqaüd barəsində Mobil və Zeynabla danışmış, onlara lazımı sənədləri toplamağı demişlər. Onlar bir neçə gün ərzində sənədləri toplamış, yenidən Mobil və Zeynab ilə xəstəxanada görüşmüşlər. Mobil və Zeynab sənədlərə baxmışlar, onun təqaüdünün bərpası üçün 2300 manat, Gülbəsə isə 2000 manat pul istəmişlər, həmin pulun 1300 manatını əvvəlcədən, qalan 1000 manatı isə təqaüd düzələndən sonra verəcəyini demişlər, həmçinin Gülbəsə də 1000 manatı əvvəlcədən, qalan 1000 manatı da sonradan verməyi demişlər, onlar da razılaşmışlar. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində Gülbəs və Radil ilə birlikdə xəstəxanaya getmişlər, Gülbəs onlaırn yanında 1000 manat pulu Mobilə vermiş, Mobil də həmin pulu Zeynaba vermişdir. Bundan bir neçə gün sonra 1300 manat pul düzəltmiş və Zeynab ilə danışıb pulun hazır olduğunu demiş, bir az sonra Mobil zəng edib pulu xəstəxanaya gətirməyi demişdir. O da Gülbəs ilə birlikdə xəstəxanaya gedib Xəstəxananın qarşısında Mobil ilə görüşüb 1300 manat pulu Mobilə vermişdir. Sonradan Mobildən pulu geri qaytarmaq qərarına gəlmişdir. O Mobilə zəng edib pulu geri qaytarmasını demiş, Mobil isə artıq pulu Zeynaba verdiyini demiş, ona görə də pulu geri qaytarmamışdır. O düşünmüş ki, yəqin təqaüdü bərpa edərlər, ona görə də gözləyəsi olmuş, çünki Zeynab və Mobil təqaüdün bir ay müddətində düzəldəcəklərini demişlər, lakin həmin müddətdə təqaüd düzəlməmişdir. O Mobil və Zeynab ilə əlaqə saxlayıb təqaüd barəsində maraqlanmış, hər ikisi ona narahat olmamağı, təqaüdün yaxında düzələcəyini demişlər. Təxminən 2021-ci ilin noyabr ayında Radil gəlib demiş ki, xəstəxanada olan zaman tanımadığı bir şəxsin Mobil ilə mübahisə etdiyini görmüş və başa düşmüş ki, Mobil həmin şəxsdən təqaüd üçün pul alıb, lakin təqaüdü düzəltmir. Onlar artıq Mobil və Zeynabın onları aldatdığını əmin olmuşlar, ona görə də pulu geri tələb etmişlər. Mobil və Zeynab pulu yaxında qaytaracaqlarını demişlər, lakin qaytarmamışlar. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs olunduqlarını eşitmiş, 2022-ci ilin iyul ayının sonlarında isə onlar həbsdən azad olunmuşlar, Mobil və Zeynabın evinə gedərək pulları geri qaytarmasını tələb etmişlər, onlar pulu qaytaracaqlarına söz versələrdə hələ də qaytarmamışlar. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, qardaşı Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs3 ilə təqaüd almışlar, lakin 2021-ci ilin aprel ayında təqaüdləri kəsilmişdir. O əlillik dərəcəsini bərpa edilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasına müraciət etmiş, xəstəliyilə bağlı stasionar müalicə qəbul etmiş və “Forma № 88” sənədi tərtib olunaraq əlillik vəziyyəti qiymətləndirilməsi üçün elektron qaydada TSEK-ə göndərilmiş, lakin TSEK tərəfindən əlillik dərəcəsi təyin olunmamış və imtina qərarı qəbul olunmuşdur. Bundan sonra da bir neçə dəfə “Forma № 88” sənədi tərtib olunaraq TSEK-ə göndərilsə də ona əlillik dərəcəsi təyin olunmamışdır. 2021-ci ilin sentyabr ayında qardaşı Radil təqaüdünün bərpası üçün həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə danışmış, Mobil və Zeynab Radilə təqaüdün bərpa etdirəcəyini barədə razılaşmışlar və Radil 1000 manat da pul vermişdir. O və Gülbəs bunu bilmiş, onlar da təqaüdü bərpa etdirmək istəmişlər. Buna görə həmin vaxtlarda Gülbəs ilə Mobilin xəstəxanada olduğunu bilib birlikdə xəstəxanaya getmişlər. Onlar Mobili görüb yaxınlaşmış, Mobilə təqaüdlərinin kəsildiyini və bərpa etdirmək istədiklərini demişlər. Mobil də Zeynab ilə təqaüdünü bərpa etdiyini demişdir. X11 zəng edib yanına dəvət etmiş, Zeynab da gəlmişdir. Mobil onları Zeynaba təqdim etmiş, Radilin bacıları olduğunu və təqaüdün kəsildiyini və bərpa etmək istədiyini demişdir. Zeynab da təqaüdü bərpa edəcəklərini demişdir. Onlar təqaüd barəsində Mobil və Zeynabla danışmış, onlara lazımı sənədləri toplamağı demişlər. Onlar bir neçə gün ərzində sənədləri toplamış, yenidən Mobil və Zeynab ilə xəstəxanada görüşmüşlər. Mobil və Zeynab sənədlərə baxmışlar, onun təqaüdünün bərpası üçün 2000 manat, Nəzakətin sənədlərinə baxanda isə əlavə 300 manat da lazım olduğunu deyib 2300 manat pul istəmişlər, həmin pulu 1000 manatını əvvəlcədən, qalan 1000 manatı isə təqaüd düzələndən sonra verməyi demişlər, həmçinin Nəzakətə də 1300 manatı əvvəlcədən, qalan 1000 manatı da sonradan verməyi bildirmişlər və onlar razılaşmışlar. O, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində 1000 manat pul düzəltmiş, Zeynab ilə danışmış, sonra xəstəxanada görüşmüşlər. Həmin vaxt Mobil də orada olmuş, o 1000 manat pulu Mobilə vermiş, Mobil də pulu sayıb Zeynaba vermişdir. Həmin vaxt Radil və Nəzakət də onun yanında olmuşlar. Ondan bir neçə gün sonra Nəzakət də təqadün bərpası üçün onun yanında Mobilə xəstəxananın qarşısında 1300 manat pul vermişdir. Zeynab və Mobil təqaüdlərin bir ay müddətində düzələcəyini vəd etmişlər, lakin həmin müddətdə təqaüd düzəlməmişdir. O Mobil və Zeynab ilə əlaqə saxlayıb təqaüd barəsində maraqlanmış, hər ikisi ona narahat olmamağı, təqaüdün yaxında düzələcəyini demişlər. Təxminən 2021-ci ilin noyabr ayında Radil gəlib demiş ki, xəstəxanada olan zaman tanımadığı bir şəxsin Mobil ilə mübahisə etdiyini görmüş və başa düşmüş ki, Mobil həmin şəxsdən təqaüd üçün pul alıb, lakin təqaüdü düzəltmir. Onlar artıq başa düşmüş ki, Mobil və Zeynab onları aldadıblar. Onlar artıq Mobil və Zeynabın onları aldatdığını əmin olmuşlar, ona görə də pulu geri tələb etmişlər. Mobil və Zeynab pulu yaxında qaytaracaqlarını demişlər, lakin qaytarmamışlar. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs olunduqlarını eşitmiş, 2022-ci ilin iyul ayının sonlarında isə onlar həbsdən azad olunmuşlar, Mobil və Zeynabın evinə gedərək pulları geri qaytarmasını tələb etmişlər, onlar pulu qaytaracaqlarına söz versələrdə hələ də qaytarmamışlar. Mobilə pulu verəndə yanında Radil və Nəzakət olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, heç bir heç bir yerdə işləmir, Ağcabədi rayonu, Şənlik kənd sakini Təqsirləndirilən şəxs1n əvvəldən tanıyır və mehriban münasibətdə olmuşlar. Təqsirləndirilən şəxs1 Şənlik kəndində bağça müdiri vəzifəsində işləmiş, o isə Şərəfxanlı kəndində bağça müdiri vəzifəsində işləmiş, 10 iyun 2021-ci il tarixdə öz ərizəsi əsasında işdən çıxmışdır. Vətən müharibəsi zamanı oğlu X1 olaraq müharibəyə getmiş, müharibə zamanı İlham kəllə beyin travması almış, o da İlhamı FHN-nə işə düzəltmək qərarına gəlmişdir. Həmin ərəfədə Zeynab zəng etmiş, onunla söhbət zamanı oğlu İlhamı soruşmuş, o isə Zeynaba İlhamı FHN-nə işə qoymaq istədiyini demişdir. Onun bu sözündən sonra Zeynab ona narahat olmamağı, tanışları olduğunu demişdir. O da Zeynabı tanıdığı üçün inanmış, bu minvalla aralarında danışıqlar getmişdir. Danışıq zamanı Zeynab ona Fövqaladə Hallar Nazirliyində yer olmadığını, İlhamı Ədliyyə Nazirliyinin Bərdə rayonunda yerləşən Regional Şöbəsinə düzəltməyi demiş, o da Zeynabla razılaşmışdır. Zeynab ona İlhamın işə düzəlməsi üçün 10000 manat xərci çıxacağını demiş, o da Zeynabla danışıb 7000 manatını indi, 3000 manatını isə İlham işə çıxandan sonra verəcəyini demişdir. 2021-ci ilin dekabr ayının ortalarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Üçbulaq” adlanan ərazidə Zeynabla görüşmüş, Zeynaba əvvəlcə oğlu İlhamın sənədlərini və 1500 manat pul vermiş, həmin vaxt Zeynab əlavə 5500 manat pul da vermək lazım olduğunu demişdir. Aradan 15 gün keçəndən sonra, yəni 2021-ci ilin dekabr ayının axırlarında 5500 manat pulu düzəldib Zeynabla həmin yerdə, yəni Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində “Üçbulaq” adlanan ərazidə görüşmüş və həmin pulu Zeynaba vermişdir. Zeynab pulu alandan sonra İlhamın 2022-ci ilin aprel ayında işə çıxacağını demiş, o da inanmışdır. 05 aprel 2022-ci il tarixdə Zeynaba zəng edib İlhamın işi ilə maraqlanan zaman Zeynab ona İlhamın aprel ayının 11də işə çıxacağını demişdir. 2022-ci ilin aprel ayının 10-da Ağcabədi RMX-da olan zaman Zeynabın tutulduğunu eşitmişdir. Həmin vaxtlar rəfiqəsi Hüsülü kənd sakini Göhər ona zəng etmiş və telefonda danışan zaman Göhərə Zeynabın tutulduğunu demiş, Göhər isə ona Zeynabın işə düzəltmək adı ilə pul aldığını, lakin vədinə əməl etmədiyini demişdir. O da Göhərə işə düzəltmək adı ilə ondan 7000 manat pul aldığını demişdir. O bundan sonra Zeynabla heç bir əlaqə saxlaya bilməmişdir. 2022-ci ilin Təxminən sentyabr ayında Göhər zəng edib Zeynabın türmədən çıxdığını demiş, Zeynabla danışmış, Zeynab narahat olmamağı, başının qarışıq olduğunu, İlhamı işə qoyacağına söz vermiş, lakin İlhamı işə düzəltməmiş, o da Zeynabın onu aldatdığını bilib şikayət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs1 yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs4 məhkəməyə göndərdiyi və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs1 cinayət işi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərdən heç bir ödəniş edilmədiyini, pulunu tələb etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, Ağcabədi rayonu, Şənlik kənd sakini Təqsirləndirilən şəxs1 əvvəldən tanımış, aralaırnda ədavət və düşmənçilik olmamış, mehriban münasibətdə olmuşlar. Təqsirləndirilən şəxs1 Şənlik kəndində bağça müdiri vəzifəsində işləmiş, o isə Hüsülü kəndində bağça müəlliməsi işləmiş, 2021-ci ildə səhhəti ilə bağlı ərizə yazıb işdən çıxmış, bir müddət evdə işsiz qalmış, dolanşıq vəziyyəti ağır olduğu üçün təkrar işinə qayıtmaq istəmişdir. Təxminən 2021-ci ilin oktyabr ayında Zeynab ilə telefonda danışan zaman işə qayıtmaq istədiyini demiş, Zeynab da ona Təhsil nazirliyində əmisi işlədiyini, əmisi vasitəsilə işə qaytara biləcəyini demiş, hətta bağçaya düzəltmək alınmasa Ağcabədi rayon su idarəsinə də işə düzəldə biləcəyini demişdir. O da Zeynaba inanmış və necə düzəldəcəyini soruşmuş, Zeynab da bunun üçün 10000 manat pul istəmiş, o da həmin məbləğdə imkanı olmadığını demiş və axırda 5000 manat pula razılaşmışlar. 02 dekabr 2021-ci il tarixdə günorta saatlarında Zeynabla Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında görüşmüş, Zeynaba hazırda üstündə 4400 manat pul olduğunu və qalan 600 manatın isə qısa müddətdə verəcəyimi demiş, Zeynab da razılaşmış, orada Zeynaba 4400 manat pulu vermiş, Zeynab da bir ay müddətinə bağçaya, olmasa da su idarəsinə işə çağrılacağımı demişdir. O 3-4 gün keçəndən sonra Zeynaba zəng etmiş, 600 manat pulu topladığını demiş, Zeynabla yenidən görüşəsi olmuşdur. 07 dekabr 2021-ci il tarixdə günorta saatlarında Zeynab ilə yenidən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında görüşmüş, orada Zeynaba 600 manat pulu vermişdir. Zeynab işin bir ay müddətində düzələcəyinə vəd vermişdir. Aradan bir ay keçmiş, Zeynabın dediyi vaxt bitəndən sonra əlaqə saxlayıb işi maraqlanmış, Zeynab isə işin yaxında düzələcəyini demişdir. Bundan sonra bir müddət də keçmiş, lakin hələ də Zeynab işi düzəltməmişdir. Sonradan Zeynabın tutulduğunu eşitmişdir. Aradan bir müddət keçdikdən sonra Ağcabədi rayonu, Şərəfxanlı kəndində yaşayan rəfiqəsi Zərərçəkmiş şəxs5 ilə telefonla danışan zaman Minaya Zeynabın işə düzəltmək üçün 5000 manat pul aldığını demiş, bu sözdən sonra Mina da işə düzəltmək adı ilə ondan 7000 manat pul aldığını demişdir. Artıq Zeynabın onları aldatdığını bilmişlər. Sonradan Zeynab həbsdən azad olunmuş, onlar pulu geri tələb etmişlər, lakin Zeynab hələ də pulu qaytarmamışdır. Zeynaba pul verən zaman təkcə Zeynab ilə özü olmuşdur. İş üzrə 06 sentyabr 2023-cü il tarixdə müstəntiq Salman Abbasov tərəfindən Təqsirləndirilən şəxs1 istintaqdan gizləndiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. İş üzrə icraat 06 sentyabr 2023-cü il tarixdə müstəntiq Salman Abbasov tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. İş üzrə 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan şəxs Ağayeva X6 RPŞ-nə könüllü gələrək özünü təqdim etmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 32.4, 312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq beş il müddətə azadlıqdan məhrum etmə cəzasına və bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmək cəzası təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilərk Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 32.4, 312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8000 manat miqdaırnda cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına və bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmək cəzası təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilərk Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 91-24-38-03 nömrəli məktubundan görünür ki, şöbənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan Şirvan Appelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-556/2022 saylı qərarı daxil olmamış və eyni zamanda onlar tərəfindən heç bir məbləğdə pul ödənilməmişdir. Cinayət işinə əlavə edilmiş tibbi arayışdan görünür ki, Ağayeva X6 MRX-da ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş tibbi arayışdan görünür ki, Həsənov X7 MRX-da ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermdiyi ifadəsini təsdiq edir, ona dəymiş ziyandan heç bir məbləğdə ödəniş edilməmiş və pulunu tələb edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş Ambulator Kitabçanın (xəstəlik tarixindən) çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə sol budun orta üçdə bir hissəsi amputasiya edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulin tələbli, ağrı ilə müddətsiz birinci dərəcəli əlildir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilməsədə, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs1nun törətdiyi cinayət əməlinin Zərərçəkmiş şəxs4 ilə bağlı hissəsi onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 əvvəllər Ağcabədi rayonu Hüsülü kəndində yerləşən uşaq bağçasında müdir vəzifəsində işləmiş, Göhər ilə bir sahədə işlədiyinə görə tanış olmuş, aralarında düşmənçilik olmamış, əksinə mehriban münasibətləri olmuşdur. 2021-ci ilin sentyabr aylarında Göhər ilə mobil telefonla danşıan zaman ona ali təhsilli olmadığına görə işdən çıxarıldığını demişdir. Həmin ərəfədə Göhər işə bərpa olmaq üçün Ağcabədi rayonu İcra hakimiyyətində imtahan verdiyi, lakin imtahandan keçə bilmədiyini demiş, o isə Göhərə Ağcabədi rayonu icra hakimiyyətində olan qohumu vasitəsi ilə işini həll edə biləcəyini demişdir. Göhər isə işini danışmağı xahiş etmiş, bundan bir neçə gün sonra Göhərə zəng edib işini 5000 manata həll edəcəyini demişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Göhər ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında görüşmüş, Göhər orada ona 4400 manat pul vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Göhər zəng edib yenidən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında görüşmüşlər, Göhər orada ona 600 manat pul vermişdir. Bundan sonra Göhər ondan bir neçə dəfə zəng edib işinin nə yerdə qaldığını soruşmuş, o isə hər dəfə narahat olmamağı, işinin yaxın zamanda həll olunacağını demişdir. 2022-ci ilin aprel ayında isə onu Korupsiyaya qarşı mübarizə baş idarəsinin əməkdaşları tutmuşlar. O azadlığa çıxdıqdan sonra Mina ilə Göhər onun yaşadığı evə gəlib pullarını geri tələb etmişlər. Onunda imkanı olmadığı üçün pulu geri qaytara bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs1nun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs1 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, o, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs2 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi, bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs3 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs3 1300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi, bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs4 əvvəllər işlədiyi Ağcabədi rayonu Yuxarı Hüsülü kənd körpələr eviuşaq bağçasında müəllim vəzifəsinə düzəldəcəyini aralarında olan söhbət zamanı vəd edərək, 02 dekabr 2021-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında Zərərçəkmiş şəxs4 4400 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 dekabr 2021-ci il tarixdə günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən avtovağzalın yanında Zərərçəkmiş şəxs4 600 manat pulunu alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi, eyni zamanda o, qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinə işə düzəldəcəyini sonuncunun anası Zərərçəkmiş şəxs5 ilə aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının ortalarında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Uçbulaq” adlanan ərazidə Zərərçəkmiş şəxs5 1500 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin dekabr ayının ortalarında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Uçbulaq” adlanan ərazidə Zərərçəkmiş şəxs5 5500 manat pulunu alaraq ələ keçirməklə verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Digər Təqsirləndirilən şəxs2 cinayət əməllərini şərh olunan qaydada törədərək qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs1 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs2 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi, bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs3 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı vəd edərək, dəqiq müəyyən edilməyən tarixdə və vaxtda, yəni təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X12in inzibati binasında Zərərçəkmiş şəxs3 1300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 1300 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılmış mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 residivə görə cəza təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə cinayətlərin məcmusuna ağır və ya xüsusilə xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Beləliklə, məhkəmə sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 yeni hökmlə təyin edilmiş cəzaya Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-556/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 32.4, 312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8000 manat cərimə cəzasının çəkilməmiş qalan 8000 manat cərimə cəzası tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 yeni hökmlə təyin edilmiş cəzaya Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-556/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzası tamamilə toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrun etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-556/2022 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş əlavə cəzanın, yəni bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasından bu günədək iki ildən artıq müddət keçmişdir. Ona görə də həmin əlavə cəza hazırkı cəzaya toplanılmamalıdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)-556/2022 nömrəli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş əlavə cəzanın, yəni bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasından bu günədək iki ildən artıq müddət keçmişdir. Ona görə də həmin əlavə cəza hazırkı cəzaya toplanılmamalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurduğu 15300 (on beş min üç yüz) manat zərərdən qismən ödəməsini və Zərərçəkmiş şəxs5 ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və dəymiş zərərin müəyyən hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, 15300 (on beş min üç yüz) manat zərərdən qismən ödəniş etməsini və Zərərçəkmiş şəxs5 ilə barışmasını, həmin şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdutlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulin tələbli, ağrı ilə müddətsiz birinci dərəcəli əlil (90%) və sol budun orta üçdə bir hissəsi amputatsiya olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini, onun törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, birinci dərəcəli əlil olmasını habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minanədək dəyişdirilməməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası - Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxslər göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi imkanı olmadığına görə məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 38 iş saatı üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 357, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 32.4, 312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş bir altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8000 manat cərimə cəzasının çəkilməmiş qalan 8000 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəzayla tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 8000 manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minanədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası - Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3, 66.4 və 69.4-cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş bir il altı ay müddətə dövlət orqanlarında və özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzasının çəkilməmiş qalan 6000 manat yeni hökmlə təyin edilmiş cəzayla tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 6000 manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minanədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası - Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 38 iş saatı üçün 228 (iki yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-128/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-128/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver