Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-128/2025 06.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1956-cı il tarixdə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi MTK-də traktor sürücüsü işləyən, Ağcabədi rayonu Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu Salmanbəyli kəndi ərazisindən keçən 106-cı kilometrliyində idarə etdiyi “MTZ 80 X” markalı, 04 T 435 dövlət qeydiyyat nişanlı traktorla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda üzü Bərdə rayon istiqamətində hərəkətdə olan zaman həmin yolun sol tərəfində yerləşən Ağcabədi rayon Salmanbəyli kəndinə gedən yola dönmək məqsədilə əks hərəkət istiqamətinə çıxaraq həmin yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişansız “Murovey ” markalı motorellerin yoluna çıxaraq traktorun qabaq hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi motorellerin sol qabaq hissəsindən dəyib toqquşaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, qarın boşluğunun və döş boşluğunun küt qapalı travması, dalağın cırılması, daxili qanaxma, sol ağciyərin irihəcmli cırılmış yaraları; sol İİ, İİİ, İV, V, Vİ qabırğaların yerdəyişmiş sınığı, 3-cü və 4-cü dərəcəli hemorragik şok və travmatik şok, hər iki kürək sümüyünün sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayon Pambıq zavodunda traktor sürücüsü işləyir. MTZ 80 X markalı 04 K 435 dövlət qeydiyyat nişanlı traktoru yol vərəqəsi əsasında idarə edir. Sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, işlədiyi zavodda traktoru işə salıb yol vərəqəsi əsasında idarə edərək Ağcabədi rayon Salmanbəyli kəndinə getmək məqsədilə yola düşmüşdür. Ağcabədi şəhərindən Mingəçevir-Bəhramtəpə yoluna birləşən hissəyə gəlib çatmış, sağa dönərək həmin yola daxil olmuş daha sonra Mingəçevir-Bəhramtəpə yolunun 106-cı kilometrliyinə daxil olub üzü Bərdə rayon istiqamətində təxminən 70 metr qət edib yenidən sola Ağcabədi rayon Salmanbəyli kəndinə dönmək istəyərkən sola dönüb hərəkətə davam edən zaman qarşıdan gələn Murovey markalı motorellerin hərəkət yoluna çıxanda onun gəldiyini görüb tormozlama etmiş, lakin toqquşmadan yayınmaq mümkün olmamış və traktorun sağ qabaq tərəfi ilə motorellerin sol qabaq hissəsi toqquşmuşdur. Motorellerin sürücüsü Zərərçəkmiş şəxs xəsarət aldığı üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. O, hadisə yerində qalaraq polis əməkdaşların hadisə yerinə gələrək baxış keçirilməsində iştirak etmişdir. Həmin gün spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tam ödəmişdir. Ona qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Ona görə işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Murovey markalı dövlət qeydiyyat nişansız motoreller ona məxsusdur. Sürücülük vəsiqəsi yoxdur. Həmin motoreller vasitəsilə kənd təsərrüfat işlərini aşırır. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində o, özünə məxsus Murovey markalı motoreller ilə Ağcabədi rayon Qaradolaq kəndinə getmək məqsədilə yola düşmüşdür. Motorellerdə tikinti materialları olsa çəkisi az olmuşdur, spirtli içkinin təsiri altında olmadan idarə etdiyi motoreller ilə Mingəçevir- Bəhramtəpə avtomobil yoluna çıxmış və üzü Beyləqan şəhəri istiqamətində yolun 106-cı kilometrliyində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdə gələn əvvəllər tanımadığı Təqsirləndirilən şəxs idarə etdiyi MTZ 80X markalı AZ 04 T 435 dövlət qeydiyyat nişanlı traktorunun qarşısında eyni hərəkətdə olan avtomobilləri buraxsa da lakin sonra onun ötüb keçməyini gözləmədən öz hərəkət yoluna nəzərən sola dönərək onun hərəkət yoluna çıxmışdır. Bu zaman onun yayınmaq imkanı olmamış və nəticədə toqquşma baş vermişdir. Hadisə nəticəsində xəsarət alaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Sonradan ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yolnəqliyyat hadisəsi Mingəçevir-Bəhramtəpə yolunun Ağcabədi rayon ərazisindən keçən 106-cı kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətlidir, Beyləqan rayonu və Bərdə rayonu istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur, hər iki istiqamətində 1 hərəkət zolağı vardır. Yolun ümumi eni 12.2 metrdir. Hər hərəkət zolağının eni 3.5 metrdir. Hər iki hərəkət istiqaməti üçün üzü Beyləqan rayonu istiqamətində sağ tərəfdə yerləşən Salmanbəyli kəndinə gedən yola dönməyə icazə vardır. Üzü Beyləqan rayonu istiqamətində sağ və sol tərəfdə hündürlüyü 25 sm olan, eni 1.5 metr olan səki yerləşir. Toqquşmanın baş verdiyi ərazidə asfalt örtük üzərində Salmanbəyli kəndinə və qarşıda sol tərəfdə yerləşən Ağcabədi şəhərinə gedən yola dönməni tənzimləyən sarı xətlər vardır. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisənin baş verdiyi yolda 70 km/saat sürətlə məhdudlaşdırılmışdır.Hadisə anına aid videogörüntü götürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 972 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan X5 İnkişaf Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 88 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixədək etibarlı, AB- 013146 seriya nömrəli T, TK, TT, H, HT, HK kateqoriyalı sürücülük vəsiqəsi vardır. Texnaz sistemində sürücülük vəqisənə dair heç bir məhdudlaşdırma olmamışdır. İş materiallarında olan Ğürlüğü-eşii ulızukeşəfıgtgt xx.xx.2025-ci şd efkşçdş 467 tbğküdş künştvüt görünür lş, Zərərçəkmiş şəxs Elbrus oğlunun bədən səthində müəyyən edilmiş xəsarətlər: qapalı kəllə beyin travması qarın boşluğunun küt qapalı travması dalağın cırılması daxili qanaxma sol ağciyərin iri həcmli cırılmış yaraları sol İİ,İİİ,İV,V,Vİ qabırğalarının yerdəyişmiş sınığı 3-cü 4-cü dərəcəli hemorragik və travmatik şok hər iki kürək sümüyünün sınığı bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2025-ci il tarixdə və yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Ьцрлцьц нщд-тцйдшннфе рфвшыцыш улызукешяфыэтэт 21 avqust 2025-ci шд ефкшчдш 8/1652 тбькцдш кцнш шдц ьъцннцт увшдшк лш;
1. - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “MTZ 80X” markalı Az 04 K 435 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunssuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxs X3 ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək təqsirləndirilən şəxs X2 barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, onun ərizəsini və zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməlin az ağır cinayət əməli olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən, cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanunauyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin ”qeyd” hissəsində göstərilir ki, Cinayət Məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 150 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. İş üzrə MTZ 80X markalı Az 04 K 435 dövlət qeydiyyat nişanlı tractor və Murovey markalı nömrə nişansız motoroller iş üzrə maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 43.3, 321 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin ikinci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə MTZ 80X markalı Az 04 K 435 dövlət qeydiyyat nişanlı tractor və Murovey markalı nömrə nişansız motoroller iş üzrə maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcini təşkil edən 150 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Sulduz Ləzimov