Məhkəmə qərarları › İş №1(017)-130/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-130/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-130/2023 12.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun vəkili Ağcabədi rayon Vəkil bürsunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə 15 avqust 1987-ci il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs o, həmkəndlisi Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayında gördüyü xırda təsərrüfat işlərinin müqabilində almalı olduğu 15 manat məbləğində muzdunu sonuncuya ödəmədiyindən 11 aprel 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs bir daha ona müraciət edərək həmin muzdun ödənilməsini tələb etdikdə Ağcabədi rayonunun Şənlik kəndində, Şənlik kənd həkim məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində münaqişə edib yumruq və təpik zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirərək Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan alt çənə sümüyünün cisminin yerdəyişmiş qəlpəli sınığı, ağız boşluğunun selikli qişasında qansızma və döş qəfəsində qançır kimi xəsarətlər yetirərək qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Şənlik kəndində yaşayır, Ağcabədi rayonunun Şənlik kənd sakini Zərərçəkmiş şəxs əvvəldən tanıyır, aralarında ədavət düşmənçilik yoxdur, uzaq qohumluq əlaqələri vardır. Təxminən mart ayında həmkəndlisi İlyas ona zəng edib xahiş etmişdir ki, Talehə zəng vurur, telefona cavab vermir, ona desin ki, sahədə gözləyir, gəlsin. X1 gözlədiyini demişdir. Taleh də ona demişdir ki, yeyib içir, qonağı vardır, getmir. Oda bundan sonra İlyasa zəng edib demişdir ki, Taleh yeyib içir gələn deyil, daha sonra oradan çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Taleh onun yanına gəlmiş, ona bildirmişdir ki, İlyasa ağac gətirmişdir, “yol pulunu sən verəcəksən”. O isə Talehə “mən sənə demişəm mənim qapıma ağac gətir? Mən sənə nə üçün pul verməliyəm get ağacı kimə gətirmisən o da pulunu versin” sözünü demişdir. Bundan sonra Taleh onu təhqir edib demişdir ki, “o pulu səndən alacağam”. O isə Talehə fikir verməmiş və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16-17 radələrində o, kəndin mərkəzində həmkəndlisi Qəşəm və Ramillə dayanıb söhbət edirmişlər. Həmin vaxt Taleh içkili vəziyətdə onun yanına gəlmiş, ona bildirmişdir ki, “səndən hesab alacam”. O və Qəşəm ona bildirmişlər ki, çıxıb getsin, ayıbdır, ancaq Taleh ondan əl çəkməmiş, onu küçə söyüşləri söyərək təhqir etmişdir. Oda buna görə Talehi qolundan tutub tibb məntəqəsinin arxa tərəfinə aparmış və bildirmişdir ki, onu camaatın yanında təhqir edir, ona baş qoşmur, içkilidir, çıxıb evinə getsin. Ancaq Taleh ona bir daha var-yox söyüşü söymüşdür, üzərinə yeriyib ona yumuruq atmışdır, lakin yumruğu ona dəyməmişdir, oda qarşlıqlı olaraq Talehə yumuruq atmış, sinəsindən itələmiş və Taleh ağzı üstə yerə yıxılmışdır. Həmin vaxt həmkəndlisi Ramil gəlmiş, onu oradan kənarlaşdırmış və o, çıxıb evlərinə getmişdir. Təxminən 20 dəqiqə sonra İlyasın evinə gedib onu Talehin anasının yanına aparmışdır ki, Talehə nə vaxt borcu olub, ona nə gətirib ki, ona borcu yaransın deyə soruşsun. İlyasla birlikdə Talehin evinə gedən zaman Talehin anası ilə yolda ona heç nə demədən sifət nahiyəsinə bir neçə şillə zərbəsi vurmuşdur. İlyas onu oradan uzaqlaşdırmış, o da oradan çıxıb evlərinə getmişdir. Lakin onun Talehin anasından heç bir şikayət və tələbi yoxdur. 10-15 dəqiqədən sonra o, Talehin evinə getmiş, həmin vaxt Taleh evdə olmamışdır. Onun qardaşı Cavidə qardaşının içib gəlib onu təhqir etdiyini bildirmişdir. Bundan sonra oradan çıxıb evinə getmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs dəymiş zərəri tam olaraq ödəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Şənlik kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisi və qohumudur, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2023-cü ilin təxminən mart ayında Şənlik kəndinin mərkəzində kafedə yemək yeyərkən həmkəndlisi İlyas onun yanına gəlmiş, ona demişdir ki, quru ağaclar var, həmin ağacları qapısına aparmaq lazımdır. Oda İlyasa gələcəyini demişdir. Bir az sonra ona Mirqasım zəng edib demişdir ki, İlyas onu gözləyir. Oda gedib İlyas üçün ağac parçalarını götürüb evinə aparmışdır. Həmin işə görə ona 15 manat pul verməli imişlər. Aradan 3-4 gün keçmiş, İlyas onun pulunu verməmişdir. Oda İlyasın yanına getmiş, İlyas ona demişdir ki, pulu Mirqasım verəcəkdir. Oda Mirqasıma bu barədə demişdir, Mirqasım ona demişdir ki, yoluna qoyarlar. Bundan sonra onların heç birindən pul ala bilməmişdir. Hər dəfə Mirqasım İlyasa yönəltmiş, İlyas isə Mirqsıma yönəldirmiş. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində o, kəndin mərkəzinə getmiş, orada Mirqasımla görüşmüş, ondan pulu istəmiş, Mirqasım ona bildirmişdir ki, ona veriləsi pulu yoxdur, getsin pulu İlyasdan alsın. Mirqasımla onun arasında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Mirqasım onu kənd tibb məntəqəsinin arxasına çəkmiş, yumruqla çənə nahiyəsinə, təpiklə sinə nahiyəsinə vuraraq onu döymüş, o, yerdən daş götürüb onu vurmaq istəmiş, onları həmkəndlisu X3 aralaşdırmışdır. Bundan sonra o, çıxıb polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışmış və ona dəymiş ziyanı ödəmişdir. Hazırda əməli törətmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Avdal oğlu ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Şənlik kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyətilə məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, həmkəndliləridir, onlarla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Taleh ilə 3 il əvvələr qarpız alveri edirmiş, sonradan Taleh gedib başqa adamla alver etdiyi üçün aralarında 30 mant borc yaranmış, Taleh ondan pulu istəyən zaman ona qarpızı götürdüyü şəxsə həmin pulu borclu olduğunu demişdir. 2023-cü ilin mart ayında Talehə bildirmişdir ki, sahəsində bir az ağacı vardır, onu gətirmək lazımdır. Taleh də ona qonağının olmasını, daha sonra gələcəyini bildirmişdir. Oda sahəyə getmiş, ağacları toplamış, Talehə zəng etmiş, lakin Taleh telefona cavab verməmişdir. Bundan sonra o, Mirqasıma zəng edib xahiş etmişdir ki, Taleh kafedə çörək yeyir gedib ona desin ki, onu gözləyir, gəlsin. Taleh də sahəyə onun yanına gəlmiş, idarə etdiyi «QAZ-24» markalı avtomobilinə odunu və çırpını yığmış, qapısına gətirmişdir. Taleh həmin günü səhəri ondan yol pulunu istəmiş, o isə Talehə bildirmişdir ki, Mirqasım ona benzin almayıb? Oda almadığını demişdir. Bundan sonra ona narahat olmamasını, Mirqasımdan sonruşacağını və sonra onun pulunu özünün verəcəyini bildirmişdir. Həmin vaxt üzərində bir manat pulu olmuş, onu da Talehə vermişdir. O, Talehə pulu Mirqasım verəcəkdir deməmişdir, sadəcə Mirqasımdan Talehə benzin pulu verməsini demişdir, Taleh də vermədiyini dedikdə ona dəqiqləşdirəcəyini demişdir. Talehin Mirqasımdan nə üçün pul istəməsini bilmir. O, Talehlə Mirqasım arasında olan davanı görməmişdir, sadəcə sonradan eşitmişdir ki, onların arasında mübahisə olmuş, mübahisə vaxtı Mirqasım Talehi vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X2» Publik Hüquqi şəxsin 11 aprel 2023-cü il tarixli, 211 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - alt çənə sümüyünün cisminin yerdəyişmiş qəlpəli sınığı; ağız boşluğunun selikli qişasında qansızma, döş qəfəsində qançır - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulması nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi» Publik Hüquqi şəxs Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 473 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin poliklinka şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai – xüsusi ittiham qaydasında cinayət təqibinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar