Məhkəmə qərarları › İş №1(017)-131/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-131/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-131/2025 28.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 iştirakı ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(17)-40/2025 saylı qərarı ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən xx.xx.2026-cı il tarixdə amnistiya tətbiq edilmiş və cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, tamah niyyəti ilə, təkrarən, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 sosial müavinat düzəltməsinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 500 (beş yüz) manat pulu xx.xx.2024-cü il tarixdə, istintaqa məlum olmayan saatda Ağcabədi rayonu, Yuxarı Kəhrizli kəndində yerləşən “Ay işığı” kafesində əlbəəl almış, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin iyun ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında isə 500 manat pulunu sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 ( bir min ) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 həyat yoldaşı X5 təqaüd düzəltməsinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1200 (bir min iki yüz) manat pulu 08 aprel 2024-cü il tarixdə saat 15 radələrində Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən “Alsu” marketinin qarşısında əlbbə almış, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda, Zərərçəkmiş şəxs5 yaşadığı Ağcabədi rayonu, Kəhrizli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qarşısında isə 300 (üç yüz) manat pulu sonuncudan əlbəəl alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 ( bir min beş yüz ) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlindən xəbəri olmayan tanışı Şahid vasitəsilə Zərərçəkmiş şəxs3 2-ci qurp əlillik dərəcəsi alınmasında köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla Zərərçəkmiş şəxs3 məxsus 1100 (bir min yüz ) manat pulu 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda, Ağcabədi rayon, Şərəfxanlı kənd orta məktəbinin qarşısında Şahid əlbbəl almış, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin oktyabr ayının ortalarında istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs3 tərəfindən 500 (beş yüz) manat pulu “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus **********746699 nörməli plastik kart hesabına köçürülmə yolu ilə, bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin oktyabr ayının sonlarında istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs3 tərəfindən 200 (iki yüz) manat pulu “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus **********746699 nörməli plastik kart hesabına köçürülməsinə nail olaraq vahid əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 sosial müavinat düzəltməsinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 335 (üç yüz otuz beş) manat pulu 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində sonuncudan əlbəəl almış, , bundan sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2024-cü ilin noyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və saatda, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində yerləşən “Qardaşlar” marketdə quraşdırılmış, "xxxx" ödəmə terminalından Zərərçəkmiş şəxs2 tərəfindən 400 (dört yüz) manat pulu özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********746699 nömrəli kart hesabına köçürülməsinə nail olaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 735 (yeddi yüz otuz beş) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 dövlət tərəfindən verilən, lakin sonradan dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 2000 (iki min) manat pulu xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Ağcabədi rayonu Muğanlı kəndində yerləşən “Oba” marketdə quraşdırılmış, "xxxx" ödəmə terminalından Zərərçəkmiş şəxs4 tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********746699 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 2000 (iki min) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən, təkrarən tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Ağcabədi rayon, Azərsu ASC-yə işə düzəldəcəyinə köməklik etmək imkanına malik olduğuna inandırıb yalan vəd verməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla sonuncuya məxsus 1300 ( min üç yüz) manat pulu xx.xx.2025-ci il tarixdə saat 16:28-də Ağcabədi rayonu, Arasbar kəndində yerləşən “Adil” marketdə quraşdırılmış, "xxxx" ödəmə terminalından Zərərçəkmiş şəxs6 tərəfindən özünə məxsus olan, Kapitalbank ASC-dən verilmiş **********746699 nömrəli kart hesabına köçürülməsinə nail olaraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 1300 ( min üç yüz) manat miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə brilikdə yaşamışdır. Ailəlidir, iki övladı var. Ağcabədi rayonu, Arasbarlı kənd sakini Zərərçəkmiş şəxs1 təxminən 2 ilə yaxındır ki, tanımış və sonuncu ilə arasında düşmənçilik və ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonu, Yuxarı Kəhrizli kəndində yerləşən “Ay işığı” kafesində olan zaman orada Talehi və sonuncunun atası Mirbabanı görmüş və onlara yaxınlaşmışdır. Onlarla oturub çay içdikdən sonra Talehə dövlət tərəfindən sosial müavinat alıb-almadığını soruşduqda sonuncu belə bir təqaüd almadığını bildirmiş və Talehə sosial müavinat verilə biləcəyini dedikdə sonuncu çox sevinmişdir. Daha sonra Taleh ondan işin necə düzələcəyini soruşduqda o, sonuncuya həmin işin 1000 manata düzələcəyini və 3-4 ay ərzində dövlət tərəfindən sosial müavinat ayrılacağını demişdir. Daha sonra Talehin atası Mirbaba cibindən 500 manat çıxarıb elə oradaca ona vermiş və qalan pulu tezliklə verəcəyini bildirdikdə o, Talehə həmin iş üçün sənədləri yığmağa başlayacağını demişdir. Sonra 2024-cü ilin iyun ayının əvvəllərində Taleh ona zəng edib Ağcabədi şəhərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısısına gəlməyini ondan xahiş etdikdə yaşadığı evdən çıxaraq oraya getmişdir. Təxminən yarım saatdan sonra oraya çatdıqda Taleh ona yaxınlaşaraq bankdan kredit götürdüyünü demiş və cibindən 500 manat pulu çıxarıb iş üçün qalan pul olduğunu ona vermişdir. Ardınca o da Talehə işin bir ay ərzində həll olunacağını deyib oradan ayrılmışdır. Daha sonra Taleh ona telefon vasitəsi ilə dəfələrlə yığıb işin nə yerdə olduğunu soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış və son zamanlar heç Talehin zənglərinə belə cavab verməmiş, o, Talehdən aldığı həmin puları şəxsi ehtiyaclarına xərcləmişdi. Ardınca Talehin onun barəsində Ağcabədi RPŞ-nə şikayət etdiyini öyrənmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 həmkəndlisi kimi tanıyır, sonuncu ilə qohumluğu və ədavəti olmamışdır. Təxminən 2024-cü ilin mart ayında Şəlalə ilə kənddə görüşüb söhbət edən zaman əri Mətləbin xəstəliyi barəsində danışmış, Mətləbin əvvəl təqaüd aldığını, sonra kəsildiyini və hazırda təqaüdün bərpa etdirmək istədiyini dedikdə pula ehtiyac olduğu üçün Şəlaləyə tanışlarıın olduğunu və həmin tanışlarının vasitəsilə təqaüd düzəldə biləcəyini bildirmişdir. Sonra Şəlalə ilə bu barədə ətraflı danışmış və təqaüdün düzəlməsi üçün ilkin olaraq 1500 manat pul verməsini Şəlaləyə dedikdə sonuncu razılaşmışdır. Bundan sonra Şəlalə 08 aprel 2025-ci il tarixdə ona zəng etmiş və kənd ərazisində onunla görüşmək istədiyi bildirmişdir. Söhbət ərəfəsində Şəlalə ona 1200 manat pulun olduğunu və qalan 300 manatı sonra düzəldəcəyini dedikdə sonuncu ilə razılaşmışdır. Həmin gün saat 15 radələrində Şəlalə ilə birlikdə Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən Alsu marketin qarşısına getmiş və həmin yerdə Şəlalə ona 1200 manat pul vermiş, o da həmin 1200 manat pulu öz kartına vurub ödəniş qəbzini gətirib Şəlaləyə vermişdir. Daha sonra o, Şəlaləyə təqaüdün 2025-ci ilin yanvar ayınadək düzələcəyinə söz vermişdir. Bundan başqa, Şəlalə ona həkim komissiyasından keçmədən təqaüd almaq olmadığını bildirmişdir. O, Şəlaləni inandırmaq üçün 2024-cü ilin yay aylarında Mətləb ilə birlikdə Ağcabədi rayon mərkəzi xəstəxanasına həkim komisiyasından keçməyə gəlmiş, orada Mətləbin adına Forma 88 adlı əlilliyi təsdiq edən sənədin olmadığı deyildikdə o Şəlaləyə həmin sənədi özü alacağını, Mətləbin daha gəlməsinə ehtiyac olmadığını demişdir. 2024-cü ilin sentyabr ayında o, Şəlalədən qalan 300 manat pulu almaq üçün Mətləbi özü olmadan Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən həkim komisiyasından keçirəcəyini deyib əlavə olaraq 300 manat pul istəmiş və Şəlalə də 2024cü ilin sentyabr ayının axırlarında günorta saatlarında 300 manat pulun hazır olduğunu demiş, ardınca o da Şəlalənin yaşadığı evin qarşısına gəlmiş və 300 manat pulu orada Şəlalədən almışdır. Şəlalə ona ümumilikdə 1500 manat pul vermişdir. O, Şəlalədən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş və sonralar Şəlalə zəng edib təqaüdlə maraqlanmış və o da Şəlaləyə narahat olmamağı, yaxında düzələcəyini demişdir. Daha sonradan Şəlalə ondan pulunu geri tələb etdikdə pulu qaytaracağını demiş, lakin imkanı olmadığı üçün qaytara bilməmişdir. Ağcabədi rayonun Şərəfxanlı kənd sakini Zərərçəkmiş şəxs3 tanışı olan Şahid vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən kənd çayxanasında Elşənlə oturub söhbət edən zaman sonuncu ona qohumu olan Zərərçəkmiş şəxs3 2-ci qurp əlillik dərəcəsi düzəltmək istədiyini və buna görə də belə işlə məşğul olan tanış axtardığını dedikdə o sonuncuya bu işi həll edə biləcəyini və belə işlə məşğul olan tanışlarının olduğunu demişdir. Sonra Elşən ona həmin işin hansı qiymətə düzələcəyini soruşduqda bu işin təxminən 2000 (iki min) arasıda düzələcəyini demiş və ardınca sonuncu onunla razılaşmışdır. Təxminən bundan 3-4 saat sonra Elşən ona telefon vasitəsi ilə zəng edib görüşmək istədiyini dedikdə sonuncu ilə razılaşmış, daha sonra Elşən ilə görüşmək üçün Ağcabədi rayon, Şərəfxanlı kənd tam orta məktəbinin yanına gəlmişdir. Sonra Elşən orada cibindən 1100 manat pulu çıxarıb ona vermiş və həmin pulu Seyhunun işi üçün sonuncunun ona göndərdiyini bildirmişdir. Daha sonra o da pulu götürüb işin həlli üçün proseslərə başlayacağını bildirmişdir. Bundan təxminən 10 gün sonra, yəni 2024-cü ilin oktyabr ayının ortalarında o, telefon vasitəsi ilə Seyhunun özünə zəng vurub işin həlli üçün əlavə olaraq 500 manat lazım olduğunu dedikdə sonuncu onunla razlaşmış və pulu atmaq üçün kart atmağını bildirdikdə Seyhunun Vatsapına özünə məxsus olan 4169-7388-5974- 6699 saylı kart hesabını atmışdır. Təxminın 2-3 saat sonra kart hesabına 500 manat pul gəlmiş, ardınca Seyhun ona zəng edib pulun çatdığını bildirdikdə razılığını bildirib işin həlli üçün yalandan sənəd topladığını bildirmişdir. Bundan təxminən 10 gün sonra, yəni 2024cü ilin oktyabr ayının sonlarında o, yenidən telefon vasitəsi ilə Seyhuna zəng vurub işin həlli üçün yekun olaraq 200 manat lazım olduğunu dedikdə sonuncu onunla razılaşmış və pulu əvvəlki kimi kart hesabına atacağını bildirmişdir. Təxminın 1 saat sonra kart hesabına 200 manat pul gəlmiş, ardınca Seyhun ona zəng edib pulun çatdığını bildirdikdə sonuncuya razılığını bildirib işi maksimum 1 ay ərzində yekunlaşdıracağını bildirmişdir. Təxminən 01 ay sonra Seyhun və Elşən ona telefon vasitəsi ilə dəfələrlə yığıb işin nə yerdə olduğunu soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış və son zamanlar heç sonuncuların zənglərinə belə cavab verməmiş, Seyhundan aldığı həmin puları şəxsi ehtiyaclarına xərcləmişdir. Ardınca o, Elşənin barəsində Ağcabədi RPŞ-nə şikayət etdiyini öyrənmişdir. Bundan başqa Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd sakini Zərərçəkmiş şəxs2 təxminən 2 ilə yaxındır ki, tanıyırmış və sonuncu ilə arasında ədavət olmamışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində tanışı olan Zərərçəkmiş şəxs1la söhbət zamanı sonuncu ona Hilal adlı qohumunun olduğunu və həmin şəxsə sosial müavinat düzəldə biləcəyini dedikdə Talehə “problem yoxdu, həll edərik” deyə cavab vermişdir. Daha sonra, həmin günün səhərisi o, Talehlə birlikdə Hilal adlı şəxsin yaşadığı fərdi yaşayış evinə getmiş və orada söhbət etdikdən sonra Hilala sosial müavinat düzəldə biləcəyini və bunu 1000 manata həll edə biləcəyini dedikdə sonuncu ona həmin pulun özündə olmadığını deyib üzərində olan 335 manatı çıxarıb elə orada ona vermiş və 1 ay sonra ona əlavə olaraq 400 manat verəcəyini dedikə bununla razılaşmışdır. Təxminən 01 ay sonra, yəni 2024-cü ilin noyabr ayının əvvəllərində o, Hilalin vatsapına özünə məxsus olan 4169-7388-5974-6699 saylı kart hesabını atmış və bundan təxminən 2 saat sonra həmin kart hesabına 400 manat gəlmiş və ardınca o da telefon vasitəsi ilə Hilala zəng edib pulun çatdığını bildirmiş və həmin işin bir ay ərzində həll edəcəyini dedikdə sonuncu onunla razılaşmışdır. Təxminən 02 ay sonra Hilal ona telefon vasitəsi ilə dəfələrlə yığıb işin nə yerdə olduğunu soruşduqda o, yenə də müxtəlif bəhanələr gətirib işi yubandırmış və son zamanlar heç Hilalın zənglərinə belə cavab verməmiş, Hilaldan aldığı həmin puları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Hilalın onun barəsində Ağcabədi RPŞ-nə şikayət etdiyini öyrənmişdir. Bundan başqa Ağcabədi rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs4 təxminən 01 ilə yaxındır ki, tanıyır və sonuncu ilə arasında ədavət olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində yaşadığı Ağcabədi rayonu, Kəhrizli kəndində Dilafətlə söhbət edən zamanı sonuncu ona əlilliyə görə aldığı təqaüdün dayandırıldığını və bu səbəbdən yenidən dayandırılmış təqaüdünün bərpa etmək istədiyini dedikdə sonuncuya bu işlə bağlı tanışlarının olduğunu və həll edə biləcəyini dedikdən sonra sonuncu ona bu işin hansı qiymətə düzələcəyini soruşduqda Dilafətə bu işin 3000 manata düzələcəyini demiş və Dilafət ona “ 3000 çoxdur, sənə bu iş üçün 2000 manat pul verəcəm” dedikdə sonuncu ilə razılaşmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Dilafət ona zəng edib həmin 2000 manat pulun hazır olduğunu və həmin pulu atmaq üçün kart hesabını atmağını dedikdə sonuncuya telefonla özünə aid 4169-7388- 5974-6699 saylı kart hesabını atmış və təxminın yarım saat sonra həmin pul onun kart hesabına gəlmişdir. Ardınca Dilafət ona zəng edib pulun çatdığını soruşduqda sonuncuya razılığını bildirib işinin 2-3 ay müddətində həll olunacağını bildirmişdir. Həmin müddət keçəndən sonra Dilafət onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda o, hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmışdır. Daha sonra aylar keçsə də, o artıq Dilafətin telefonlarına da cavab verməmişdir. 2025-ci ilin yanvar ayında borc alıb Dilafətdən aldığı 2000 manatdan 300 manatını yaşadığı kənd ərazisində qaytarmış və qalanını da tez bir zamanda qaytaracağını bildirmişdir. Sonra Dilafətin onun barəsində Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazdığını öyrənmişdir. Bundan başqa, Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd sakini Zərərçəkmiş şəxs6 təxminən 01 ildir ki, tanıyır və sonuncu ilə arasında heç bir ədavət olmamışdır. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd ərazisində Natiqlə söhbət zamanı sonuncu neçə vaxtdır işsiz olduğunu, əgər alınırsa bir iş tapmağını xahiş etdikdə sonuncuya maraqlanıb bu barədə məlumat verəcəyini demişdir. Səhərisi gün, o, Natiqə telefon vasitəsi ilə zəng edib yaşadığı fərdi yaşayış evində olduğunu və həmin evə gələ biləcəyini dedikdə sonuncu heç bir problemin olmadığını bildirmiş və təxminən 1 saat sonra Natiq onun yaşadığı evə gəlmişdir. Orada söhbət zamanı o, Natiqə Ağcabədi rayonu Su İdarəsinə işə düzəldə biləcəyini, bunun üçün 1300 manat pul lazım olacağını dedikdə sonuncu ona 10 gün ərzində həmin pulu düzəldə biləcəyini deyib sağollaşıb evdən çıxmışdır. Həmin müddət ərzində o, Natiqə tez-tez zəng edib pulu nə vaxt həll edəcəyini soruşuqda sonuncu tez bir zamanda həll edib ona xəbər verəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Natiq ona zəng edib görüşmək istədiyini bildirdikdə sonuncu rayon ərazisində olmadığını, bu səbəbdən özünə məxsus kart hesabının nömrəsini atacağını və həmin pulu ora vuracağını bildirmişdir. O, Natiqin Vatsapp sosial şəbəkəsinə özünə məxsus 4169-7388-5974-6699 kart nömrəsini atmış və təxminən yarım saat sonra 1300 manat pul həmin kart hesabına gəlmişdir. Ardınca Natiq ona zəng edib pulun çatdığını soruşduqda sonuncuya həmin pulun çatdığını və 01 ay ərzində işin alınacağını bildirmişdir. Həmin müddət keçəndən sonra Natiq hər dəfə onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncuya hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, daha sonra aylar keçsə də, artıq sonuncunun telefonlarına belə cavab verməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs6 onun barəsində Ağcabədi RPŞ-nə şikayət etdiyini öyrənmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmasını və zərərçəkmiş şəxslərə vurduğu zərərdən qismən ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Arasbar kəndində ailə üzvləri ilə birlikdə yaşadığını Ağcabədi rayonu, Yuxarı Kəhrizli kənd sakini Teymur Mamedovu təxminən 2 ilə yaxındır ki, tanıdığını və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmadığını bildirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə atası Mirbaba ilə Ağcabədi rayonu, Yuxarı Kəhrizli kəndində yerləşən kənd çayxanasında oturub çay içən zaman Teymur onlara yaxınlaıb hal-əhval turtuduqdan sonra ona dövlət tərəfindən sosial müavinat düşəcəyini dedikdə çox sevinmiş, daha sonra Teymurdan işin necə düzəldəcəyini soruşduqda Teymur ona həmin işin 1000 manata düzələcyəini və 3-4 ay ərzində ona dövlət tərəfindən sosial ayrılacağını demişdir. Daha sonra atası Mirbaba cibindən 500 manat çıxarıb elə oradaca Teymura vermiş və qalan pulu tezlikdə ona verəcəyini bildirmişdir. Daha sonra təmixnən 2024-cü ilin iyun ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Finca” bankdan 500 manat kredit götürdüm və ardınca ağcabədi şhəərində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında həmin pulu Teymura vermiş və sonuncu bir ay ərzində işin həll edəcəyini dedikdə o da razılaşmışdır. Bundan sonra Teymurla tez-tez telefon əlaqəsi saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu mənə hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmışdır. Daha sonra aylar keçsə də,Teymur artıq telefonlara da cavab verməmişdir. Bundan sonra, Teymurun sosial müavinat düzəltmək adlı ilə ondan başqa bir neçə nəfərə də bu cür dələduzluq hərəkətləri etdiyi öyrəndikdə Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində yaşadığını, Ağcabədi rayonu, Yuxarı Kəhrizli kənd sakini Teymur Mamedovu təxminən 2 ilə yaxındır ki tanıdığını və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavətin olmadığını bildirmişdir. Belə ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində qohumu olan Ağcabədi rayon, Arasbarlı kənd sakini Zərərçəkmiş şəxs1la söhbət zamanı sonuncu ona Teymur Mamedov adlı tanışının olduğunu və həmin çəxsin sosial müavinat düzəldə bildiyini dedikdə sonuncuya “mənim üçün də etsin, hörmətin edərəm” deyə cavab vermişdir. Səhərisi günü, Taleh Teymur adlı şəxslə birlikdə onun yaşadığı fərdi yaşayış evinə gəlmiş və orada Teymur adlı şəxslə tanış olmuşdur. Daha sonra həmin şəxs ona sosial müavinat düzəldə bildiyini və bunu 1000 manata həll edə biləcətini demiş, ardınca o, Teymura həmin pulun onda olmadığını deyib üzərində olan 335 manatı çıxarıb elə orada sonuncuya verdi və 1 ay sonra ona əlavə olaraq 400 manat verəcəyini dedikdə Teymur bununla razılaşmışdır. Təxminən 01 ay sonra, yəni 2024-cü ilin noyabr ayınən əvvəllərində Teymur onun vatsapına özünə məxsus kart hesabı atmış və həmin 400 manat pulu həmin hesaba vurmağını istədikdə elə həmin günü yaşadığı kənddə yerləşən “Qardaşlar” adlı marketdə yerləşdirilən "xxxx" vasitəsi ilə Teymurun kart hesabına 400 manat göndərmiş və Teymur ona telefon vasitəsi ilə zəng edib pulun çatdığını bildirmiş və ardınca ona bir ay ərzində işin həll edəcəyini dedikdə Teymurla razılaşmışdır. Bundan sonra Teymurla tez-tez telefon əlaqəsi saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, daha sonra aylar keçsə də, Teymur artıq telefonlara da cavab verməmişdir. Bundan sonra, Teymurun sosial müavinat düzəltmək adlı ilə ondan başqa bir neçə nəfərə də bu cür dələduzluq hərəkətləri etdiyini öyrənmiş, ardınca Teymurun ona qarşı etdiyi dələduzluq hərkətlərinə görə Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Muğanlı kəndində yaşadığını bildirmişdir. Rəsmi olaraq heç bir yerdə işləmirə. 2-ci qrup əlildir və əlilliyə görə 2005-ci il tarixdən 358 manat təqaüd almış, 2021ci ilin mart ayında həmin təqaüd dövlət tərəfindən kəsilmişdir. Təxminən 01 ildir ki, Ağcabədi rayon, Kəhrizli kənd sakini Təqsirləndirilən şəxs tanıyır və sonuncu ilə arasında əvvəldən heç bir düşmənçilik və ədavət olmamışdır. 2024-cü ilin noyabr ayının əvvəllərində Ağcabədi rayonu, Kəhrizli kəndində Teymurla söhbət edən zamanı sonuncuya əlilliyə görə aldığı təqaüdün dayandırıldığını və bu səbəbdən yenidən dayandırılmış təqaüdünü bərpa etmək istədiyini sonuncuya dedikdə Teymur ona bu işlə bağlı tanışlarının olduğunu və həll edə biləcəyini dedikdən sonra sonuncuya bu işin hansı qiymətə düzələcəyini soruşduqda Teymur bu işin 3000 manata düzələcəyini dedikdə sonuncuya “ 3000 çoxdur, sənə bu iş üçün 2000 manat pul verəcəm” dedikdə Teymur razılaşmışdır. Daha sonra o da xx.xx.2024-cü il tarixdə Ağcabədi şəhərində yerləşən “Yelo Banka” gedib oradan özünün adına 3000 manat kredit götürmüş və həmin pulun 1000 manatını özünün şəxsi ehtiyacları üçün saxlamış və qalan 2000 manat pulu xx.xx.2024-cü iul tarixdə saat 17 radələrində Ağcabədi ryonu, Muğanlı kəndində yerləşən “Oba” maekrtdə quraşdırılmış "xxxx" aparatı vasitəsi ilə Teymura məxsus 4169-7388-5974-6699 saylı kart hesabına atmış və daha sonra sonuncu ilə telefon əlaqəsi saxlayıb həmin pulu ona məxsus kart hesabına atdığımı bildirdikdə Teymur ona işimin 2-3 ay müddətində həll olunacağını bildirmişdir. Həmin müddət keçəndən sonra, Teymurla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmışdır. Bundan sonra, Teymurun sosial müavinat düzəltmək adlı ilə ondan başqa bir neçə nəfərə də bu cür dələduzluq hərəkətləri etdiyini öyrənmiş, ardınca Teymurun ona qarşı etdiyi dələduzluq hərkətlərinə görə Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərərdən 300 manat qaytarmış lakin qalan 1700 manat pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Şərəfxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Təqsirləndirilən şəxs təxminən 01 ildir ki, tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Belə ki, Teymuru qohunu olan Şahid vasitəsi ilə tanımışdır. Bildirirəm ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı bir vaxtda Elşənlə yaşadığım fərdi yaşayış evində söhbət edən zamanı sonuncuya müharibədə aldığı xəsarətlərə görə 2-ci qrup əlillik dərcəcəsi almaq istədiyi bildirdikdə Elşən ona həmin işin Təqsirləndirilən şəxs tərəfindən həll edə biləcəyini demişdir. Daha sonra o, Elşənə gedib Teymurla danışmağını və nəticəsini ma deməyini xahiş etdikdə həmin günün səhərisi Elşən onun yaşadığı evə gəlib Teymurla görüşdüyünü, sonuncunun həmin işi həll edə biləcəyini və qarşılığında 2000 manat pul alacağını ona dedikdə Elşənə həmin pulun çox olduğunu, bir az aşağı qiymətə həll edtməsini xahiş etdikdə Elşən Teymurla danışacağını bildirmiş, daha sona o, Elşənə evdə olan özünə məxsus 1100 manat pulu reymura verməsi üçün ona vermiş və qalan pulu yaxın günlərdə verəcəyini bildirmişdir. Daha sonra Elşən həmin pulu götürüb getiş və təxminən 1 saat sonra Elşən ona telefonla zəng edib həmin 1100 manat pulu Teymura verdiyini demiş və o da sonuncuya öz təşəkkürünü bildirmişdir. Təxminən bundan 1 həftə sonra, yəni 2024-cü ilin oktyabr ayının əvvəllərində Teymur özü onunla telefon əlaqəsi saxlayıb hal-əhval tutduqdan sonra işin həlli üçün əlavə olaraq 500 manat pul lazım olduğunu dedikdə özünə məxsus Birbank mobil tətbiqi vasitəsi ilə Teymurun **********746699 saylı kart hesabına 500 manat pul göndərmiş və ardınca sonuncu ilə telefon əlaqəsi saxlayıb həmin pulu göndərdiyini dedikdə Teymur pulun çatdığını bildirmişdir. Bundan təxminən 10 gün sonra, yəni 2025-ci ilin oktyabr ayınını sonlarında Teymur yenidən özü onunla telefon əlaqəsi saxlayıb işin həlli üçün yekun olaraq 200 manat pul lazım olduğunu dedikdə yenidən özünə məxsus Birbank mobil tətbiqi vasitəsi ilə sonuncunun **********746699 saylı kart hesabına 500 manat pul göndərmiş və ardınca Teymurla telefon əlaqəsi saxlayıb həmin pulu göndərdiyini dedikdə Teymur pulun çatdığını bildirmiş, ardınca Teymura işin nə zaman düzələcəyini dedikdə sonuncu işin 02 ay ərzində düzələcəyini ona bildirmişdir. Həmin müddət keçəndən sonra Teymurla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, daha sonra aylar keçsə də,Teymur artıq telefonlara da cavab verməmişdir. Daha sonra o, qohumu olan Elşənlə əlaqə saxlayıb Teymurun hərəkətləri barədə sonuncuya danışmış və Elşən də ona Teymura zəng etdiyini, lakinin sonuncunun onun da zənglərinə cavab vermədiyini bildirmişdir. Həmin ərəfələrdə səhhti ilə əlaqədar ciddi problemlər yaşadığına görə Bakı şəhərində yerləşən xəstəxanalarda müalicə almalı olmuş, bu səbəbdən Teymur hərəkətləri ilə bağlı qohmu olan Şahid Ağcabədi RPŞ-nə şikayət etmişdir. Hazırda pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Kəhrizli kəndində yaşadığını, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıdığını, sonuncu ilə arasında qohumluq və ya ədavəti olmadığını bildirmişdir. Belə ki, onun həyat yoldaşı X6 anadan gəlmə ruhi-əsəb xəstəsidir və ikinci qrup əlildir. O, Mətləblə 2007-ci il tarixdə ailə həyatı qurmuş və birgə nigahdan iki övladları var. Həyat yoldaşı Mətləb əvvəllər xəstəliyinə görə təqaüd almış, lakin sonradan təqaüdü kəsilmiş və maddi imkanları çox aşağı olduğu üçün həmin maddi yarımı bərpa etmək istəmişdir. Təxminən 2024-cü ilinmart ayında yaşadığım kənd ərazisində Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncuya Mətləbin xəstəliyi ilə bağlı danışdıqdan sonraa Teymur ona həmin təqaüdü bərpa etdirə biləcəyini demiş və bunun qarşılığında ondan 1500 manat pul istəmiş və həmin zaman maddi vəziyyəi çox aşağı olduği üçün həmin pulu bankdan götürüb verəcəyini demiş və Teymurda bununla razılaşmışdır. 04 mart 2025-ci il tarixdə o, Ağcabədi şəhərində yerləşən, Finca bankdan 2500 manat kredit götrümüş və həmin pulun bir hissəsini övladının müalicəsinə xərcləmiş, qalan 1200 manat pulu isə Teymura vermək üçün saxlamışdır. 08 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxsla Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən Alsu maarketin qarşısında görüşmüş, ardınca üzərində olan 1200 manat pulu Teymura vermiş, qalan 300 manatı isə tezliklə verəcəyini dedikdə Teymur bununla razılaşmışdır. Daha sonra Teymur marketə daxil olub həmin pulu öz kart hesabına vurduqdan sonra qəbzi ona vermiş və təqaüd işinin 2025-ci ilin yanvar ayına kimi düzələcəyini demişdir. Bundan sonra 2024-cü ilin yay aylarında Mətləb və Teymur birlikdə Ağcabədi RMX-na həkim komissiyasından küçmək üçün getmiş və orada Mətləbin adına Forma 88 adlı əlilliyi təsdiq edən sənədin olmadığını demişlər. Ardınca Teymur həmin sənədi də özü düzəldəcəyini bildirmişdir. Təxminən 2024-cü ilin sentyabr ayında Teymur Mətləb özü olmadan sonuncunu Ağdam rayonu, Quzanlı qəsəbəsində həkim komissiyasından keçirtmək adı ilə məndən 300 manat pul istədi və 2025-ci ilin sentyabr ayının sonlarında yaşadığı fərdi yaşayış evinin qarşısında həmin 300 manat pulu Teymura vermişdir. 2025-ci ilin yanvar ayının sonlarında Teymura zəng edib vəd verdiyi müddətin başa çatdığını bildirdikdə sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmışdır. Bundan sonra Teymurun ona qarşı etdiyi dələduzluq hərkətlərinə görə Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndində kəndində yaşadığını bildirmişdir. Belə ki, o, Ağcabədi rayonu, Kəhrizli kənd sakini Təqsirləndirilən şəxs təxminən 01 ildir ki, tanıyır və sonuncu ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 2025-ci ilin yanvar ayının sonlarında yaşadığı kənd ərazisində Teymurla söhbət zamanı sonuncuya neçə vaxtdır işsiz olduğumu, əgər alınırsa ona bir iş tapmağını xahiş etdikdə sonuncu ona maraqlanıb bu barədə məlumat verəcəyini demiş, ardınca hər ikisi də sağollaşıb oradan uzaqlaşmışdır. Səhərisi gün, Teymur ona telefon vasitəsi ilə zəng edib yaşadığı fərdi yaşayış evində olduğunu və həmin evə gələ biləcəyimi dedikdə sonuncuya heç bir problemin olmadığını bildirmiş, daha sonra yaşadığı evdən çıxıb taksi ilə Teymurun yaşadığı Ağcabədi rayonu, Kəhrizli kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada söhbət zamanı sonuncu onu Ağcabədi rayonu Su İdarəsinə işə düzəldə biləcəyini, bunun üçün 1300 manat pul lazım olacağını dedikdə sonuncuya 10 gün ərzində həmin pulu düzəldə biləcəyimi deyib sağollaşıb evdən çıxmışdır. Həmin müddət ərzində Teymur ona tez-tez zəng edib pulu nə vaxt həll edəcəyini soruşuqda sonuncuya tez bir zamanda həll edib xəbər verəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, həmin 1300 manat pulu düzəldib Teymura zəng edib görüşmək istədiyini bildirdikdə sonuncu ona rayon ərazisində olmadığını, bu səbəbdən ona özünə məxsus kart hesabının nömrəsini atacağını və həmin pulu ora vuracağını bildirmiş, daha sonra Teymur onun Vatsapp sosial şəbəkəsinə xatırlamadığı kart nömrəsini atmış və o da Ağcabədi rayonu, Arasbar kəndində yerləşən “Adil “ marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 1300 manat pulu göndərmiş və ardınca Teymura zəng edib pulun çatdığını soruşquda sonuncu həmin pulun çatdığını bildirmiş və 01 ay ərzində işin alınacağını bildirmişdir. Həmin müddət keçəndən sonra Teymurla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib işi yubandırmış, daha sonra aylar keçsə də, Teymur artıq telefonlara da cavab verməmişdir. Bundan sonra Teymurun ondan başqa bir neçə nəfərə də bu cür dələduzluq hərəkətləri etdiyini öyrənmiş və ardınca Teymurun ona qarşı etdiyi dələduzluq hərkətlərinə görə Ağcabədi RPŞ-nə şikayət ərizəsi yazmışdır. Hazırda pulunu tələb edərək onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclası zamanı elan edilmiş ifadəsindən görünür ki, Ağcabədi rayonu İmamqulubəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 03 ildir ki, tanıyır və sonuncu ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Belə ki, qohumu olan Zərərçəkmiş şəxs3 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və o, həmin müharibədə müxtəlif qəlpə yaraları almışdır. Bu səbəbdən Seyhun özünə 2-ci qrup əlillik dərəcəsi düzəltmək istəmiş və o da həmin işi düzüb-qoşan tanış adam axtarmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Ağcabədi rayonu, Şərəfxanlı kəndində yerləşən kənd çayxanasında Teymurla oturub söhbət edən zaman sonuncuya qohumu olan Zərərçəkmiş şəxs3 2-ci qurp əlillik dərəcəsi düzəltmək istədiyini və buna görə də belə işlə məşğul olan tanış axtardığını dedikdə Teymur ona bu işi həll edə biləcəyini və belə işlə məşğul olan tanışlarının olduğunu dedikdən sonra sonuncuya həmin işin hansı qiymətə düzələcəyini soruşduqda Teymur bu işin təxminən 2000 ( iki min) arasıda düzələcəyini demiş və o da sonuncu ilə razılaşmışdır. Bundan sonra həmin məsələni danışmaq üçün qohumu olan Seyhunun yaşadığı evə getmiş, ardınca olanları sonuncuya danışmış, lakin Seyhun həmin pulun bir az çox olduğunu və aşağı qiymətə həll etməyə çalışmağını ondan xahiş etmiş, daha sonra cibindən 1100 manat pulu çıxarıb Teymura verməyi üçün ona vermiş və razılığını bildirib evdən çıxıb getmişdir. Daha sonra Teymura zəng edib görüşmək istədiyini bildirmiş və sonuncu ilə Ağcabədi rayon, Şərəfxanlı tam orta məktəbin yanında görüşmüşdür. Daha sonra o, orada cibindən 1100 manat pulu çıxarıb Teymura vermiş və qalan pulu da tezliknən verəcəklərini demişdir Daha sonra əlaqə saxlamaq üçün Teymur ondan Seyhunun mobil telefon nömrəsini istəmiş və o da həmin nömrəni sonuncuya vermiş, ardınca oradan uzaqlaşmışdır. Bundan sonra Seyhun ilə Teymur arasında olanlardan xəbəri olmamışdır. 2025-ci ilin yaz aylarında Seyhun onunla əlaqə saxlayıb Teymura işi ilə əlaqədar olaraq 1100 manatdan əlavə olaraq pullar verməsini, lakin hər hansı bir nəticənin olmamasını, həmçinin sonuncunun telefonlarına cavab verməməsini bildirdikdən sonra özü də Teymurun mobil nömrəsinə zəng vurmuş, lakin sonuncu onun da zənglərinə cavab verməmişdir. Daha sonra 2025-ci ilin iyun ayında Seyhun xəstəliyi ilə bağlı Bakı şəhərində yerləşən xəstəxanalarda müalicə almalı olmuş və bu səbəbdən özü Ağcabədi RPŞ-nə gedib Teymurun hərəkətləri ilə bağlı şikayət ərizəsi yazmışdır. İş materiallarında olan Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2025-ci il tarixli, 18-1-23/2-729/2025 nömrəli məktubundan görünür ki, Məmmədov X4 rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmur. Məhkəmə, iş üzrə istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(017)- 40/2025 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Ağcabədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(017)-40/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi olan yeddi ay iki gününə amnistiya tətbiq edilərək cəzadan azad edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərdən qismən ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını və dəymiş zərərdən qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 04 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd qəbz iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd qəbz iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 20 iş saatı üçün 220 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar