Məhkəmə qərarları › İş №1(017)-134/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-134/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-134/2023 05.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qitimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs faktiki olaraq Rusiya Federasiyasında yaşamaqla sonuncunun Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsində yerləşən 95A nömrəli fərdi yaşayış evində heç kimin yaşamadığını bildiyindən həmin yaşayış sahəsindən Zərərçəkmiş şəxs məxsus əmlakları qəsdən gizli olaraq talamaqdan ibarət vahid tamah niyyəti ilə 2022-ci ilin avqust ayının əvvəllərindən başlanmaqla dekabr ayının sonlarınadək ayrı-ayrı vaxtlarda bir neçə dəfə həmin yaşayış sahəsinə pəncərədən keçərək qanunsuz daxil olmaqla ümumilikdə 14.700 manat dəyərində əmlakları, o cümlədən yataq otağında olan şüşə balonun içərisindən bir ədəd 1.000 manat dəyərində 12 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyü, bir ədəd 700 manat dəyərində 5 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü, bir ədəd 600 manat dəyərində 4 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü, bir ədəd 500 manat dəyərində 5 qram çəkidə 583 əyarlı səkkiz rəqəmi formalı qızıl qadın üzüyü, bir ədəd 300 manat dəyərində 3 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü, bir ədəd 300 manat dəyərində 3 qram çəkidə 583 əyarlı S hərfi formalı qızıl qadın üzüyü, bir ədəd 300 manat dəyərində 2,29 qram çəkidə 583 əyarlı dairəvi halqalar formalı qızıl qadın üzüyü, bir ədəd 200 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü, bir ədəd 160 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü, bir ədəd 700 manat dəyərində 8 qram çəkidə 583 əyarlı qızıl kale, bir ədəd 700 manat dəyərində 6 qram çəkidə 583 əyarlı remenli qızıl qolbaq, bir ədəd 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı tros formalı qızıl qolbaq, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qızıl qolbaq, bir ədəd 500 manat dəyərində 3 qram çəkidə 583 əyarlı kitab formalı qızıl kulon, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 583 əyarlı xaç formalı qızıl kulon, bir ədəd 300 manat dəyərində 2 qram çəkidə 583 əyarlı qızıl boyunbağı və bir ədəd 200 manat dəyərində 2 qram çəkidə 583 əyarlı halqa formalı qızıl sırğanı, qonaq otağından və digər otaqlardan bir ədəd 800 manat dəyərində “LG” markalı 107 sm diaqonallı televizor, bir ədəd 350 manat dəyərində “LG” markalı 80 sm diaqonallı televizor, bir ədəd 350 manat dəyərində “Volt” markalı elektrik qızdırıcısı, bir ədəd 300 manat dəyərində fincan dəsti, bir ədəd 300 manat dəyərində meyvə qabı, bir ədəd 300 manat dəyərində “Arsemia” markalı çəngəl-bıçaq dəsti, bir ədəd 300 manat dəyərində çanta, bir ədəd 300 manat dəyərində “Bosch” markalı tozsoran, bir ədəd 250 manat dəyərində ətçəkən maşın, bir ədəd 250 manat dəyərində “Harlem” markalı elektrik sobası, bir ədəd 220 manat dəyərində “BBK” markalı DVD pleyer, bir ədəd 200 manat dəyərində “Xoro” markalı DVD pleyer, bir ədəd 200 manat dəyərində “Orvica” markalı tozsoran, bir ədəd 200 manat dəyərində qazan dəsti, bir ədəd 150 manat dəyərində “Kavien” markalı yataq dəsti, bir ədəd 150 manat dəyərində pərdə, bir ədəd 150 manat dəyərində hamam xələti və məhraba dəsti, bir ədəd 110 manat dəyərində “Greblon” markalı qazan dəsti, bir ədəd 110 manat dəyərində mətbəx dəsmalı, bir ədəd 100 manat dəyərində “Seven7” markalı elektrik çaydanı, bir ədəd 100 manat dəyərində “Fantom” markalı tozsoran, bir ədəd 100 manat dəyərində şirəçəkən maşın, bir dəst 80 manat dəyərində 6 ədəddən ibarət xrustal bakal, bir dəst 50 manat dəyərində 6 ədəddən ibarət bakal, bir ədəd 85 manat dəyərində bıçaq itiləyən cihaz, bir ədəd 80 manat dəyərində “Agidel” markalı su nasosu, bir ədəd 80 manat dəyərində elektrik gücləndiricisi, bir dəst 50 manat dəyərində 6 ədəddən ibarət məhraba, bir ədəd 55 manat dəyərində “Scarlett” markalı şirəçəkən, bir ədəd 50 manat dəyərində “Sewing” markalı tikiş maşını, bir ədəd 45 manat dəyərində meyvə qabı, bir ədəd 40 manat dəyərində salat doğrayan cihaz, bir ədəd 35 manat dəyərində “Sana” markalı meyvə suyu sıxan cihaz, bir ədəd 30 manat dəyərində qəndqabı, bir ədəd 30 manat dəyərində salfet qabı, bir ədəd 30 manat dəyərində süfrə, bir ədəd 20 manat dəyərində vaza, bir ədəd 10 manat dəyərində əl mişarı, bir ədədinin qiyməti 250 manat olan cəmi 500 manat dəyərində iki ədəd çanta, bir ədədinin qiyməti 150 manat olan cəmi 300 manat dəyərində üzərinə “Elma” sözləri yazılmış iki ədəd yataq dəsti, bir ədədinin qiyməti 80 manat olan cəmi 160 manat dəyərində iki ədəd hamam xələti, bir ədədinin qiyməti 120 manat olan cəmi 240 manat dəyərində “Fucifilm” markalı fotooparat, bir ədədinin qiyməti 40 manat olan aspirator hava təmizləyən və bir ədədinin qiyməti 70 manat olan cəmi 140 manat dəyərində iki ədəd fənəri götürərək əvəzsiz olaraq özünün xeyrinə keçirməklə talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 14.700 (on dörd min yeddi yüz ) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3 və 177.2.4-cü madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma əmisidir, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Əmisi Radifin evi o yaşadığı küçədə yerləşir, aralarında təxminən 100 metr məsafə vardır. Radif ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Bu səbəbdən evi sahibsizdir. O, arada hasardan keçib evin pəncərəsindən evə daxil olub orada yatmışdır. 2022-ci ilin təxminən avqust ayının ordalarında saat 23 radələrində kafedə pivə içib yaşadığı ev istiqamətinə gəlmişdir. Onun yoldaşı namaz qıldığından içkili olduğu üçün əmisi evinə gedib orada qalmaq qərarına gəlmişdir. O, hasardan keçib həyətə daxil olmuş, sonra evin sağ tərəfində olan pəncərəni əli ilə açıb evə daxil olmuşdur. O, birinci mərtəbə olan otaqların birinə girib kravatda uzanmış, ev əşyalarına baxa-baxa qərara gəlmiş ki, evdən əşyalardan oğurlayıb və satıb pul qazansın. Bu niyyətlə durub otaqlara baxmağa başlamışdır. O, ikinci mərtəbəyə çıxıb üzbə-üz olan yataq otağına yaxınlaşmış, otağın qapısını yoxlamış, bağlı olduğundan birinci mərtəbədən götürdüyü gəlbətinlə qapının şüşəsinin birini sındırmışdır. Bundan sonra əlini salıb qapının arxasını açmış və otağa daxil olmuşdur. Həmin otaqda bir neçə əl çantaları, sandıq, müxtəlif ev əşyaları olmuşdur. O, əvvəl sandığa yaxınlaşmış, sandığın qapısı kilidlə bağlı olmuşdur. O, evə baxan zaman pəncərənin qarşısında plsatik materialdan olan, dairəvi formalı, üzərində gül naxışları olan, ayaqla açılıb-bağlanan zibil qutusunun qapağını açıb baxmışdır. Həmin zibil qutusunun içinə telefonun işığını yandırıb salmış və orada balaca şuşə balon olduğunu görmüşdür. Balonun içində nəsə parıldadığından o, balonu götürüb qapağını açmış və görmüş ki, kapron coraba doldurulmuş qızıl-zinət əşyaları vardır. Həmin kapron corabı qızıllarla birlikdə götürüb cibinə qoymuş, bir az orada qalıb sonra çıxıb yaşadığı evə gəlmiş və oğurladığı qızılları həyətlərində gizlətmişdir. Səhəri gün o, qızılları götürüb baxmış, yadında qalan 2 ədəd kişi üzüyü, 1 ədəd qolbağı, 1 ədəd boyunbağı, 2 cüt sırqa, 2 ədəd kulon, 2 ədəd qadın üzüyü olmuşdur. O, qərara gəlmiş ki, qızılları aparıb rayon mərkəzi bazarında qızıl mağazalarında satsın. O, qızılları üç hissəyə bölüb, hər cibinə bir hissəsini qoymuşdur. Belə ki, düşünmüş ki, hamısını bir mağazaya aparsa oğurluq yolu ilə əldə etdiyini düşünərlər. Bu səbəbdən qızılları üç hissəyə bölmüş ki, başqa-başqa mağazalara versin. O, piyada rayon mərkəzi bazarına gəlmiş, bazarda yerləşən Elşən adlı şəxsə məxsus qızıl mağazasına yaxınlaşmış, cibindən qızılların bir hissəsini, yəni 1 ədəd kişi üzüyü, 1 ədəd qolbağı və bir cüt sırganı çıxarıb Elşənə göstərib satmaq istədiyini demişdir. Elşən ondan qızılları haradan aldığını soruşmuş, o demiş ki, Qarabağda azad olunmuş ərazilərdə işləyir, oradan ucuz qiymətə almışdır. Sonra Elşən ona şəxsiyyətini təsdiq edən sənədini verməyi bildirmiş, o vəsiqəni iş yerində qoyduğunu, Ağcabədi şəhərində İmanovlar kimi tanınan ailənin oğlu olduğunu bildirmişdir. Elşən atasını, əmilərini tanıdığını deyib qızılları alıb baxmış, qızılları tərəzidə çəkmiş və ona 350 manat verə biləcəyini bildirmişdir. O, razılaşmış və qızılları Elşənə 350 manata satmışdır. Bundan sonra o bazarın çıxışında yerləşən qızıl mağazasına girmişdir. Həmin mağazada tanımadığı bir nəfər cavan oğlan və bir nəfər orta yaşlarında kişi olmuşdur. O, cibindən bir ədəd kişi üzüyü çıxarıb vermiş, cavan oğlan alıb baxmış, sonra yaşlı olana göstərmişdir. Yaşlı olan adam ona «qızıl qatışıq qızıla oxşayır, mən qızılı dərmanla yoxlayım yaxşıdısa alaram» sözlərini demiş, həmin şəxs ona 30 dəqiqəyə cavab verəcəyini bildirmişdir. O, üzüyü orada qoyub mağazadan çıxmış, dönərxanada bir dönər yeyib qayıdıb üzərində «Natiq Qold» sözləri yazılmış mağazaya girmişdir. Mağazada sonradan adının Samir olduğunu bildiyi şəxs olmuşdur. O, cibindən 1 ədəd sırqa və 1 ədəd qadın üzüyü çıxarıb Samirə satmaq istədiyini demiş, Samir qızılı alıb tərəzidə çəkisinə baxmış, sonra 400 manata ala biləcəyini demişdir. Samir onun kim olduğunu soruşmuş, o, İmanovlar ailəsindən olduğunu deyəndə Samir atasıgili tanımışdır. Bundan sonra 400 manat ona pul verib qızılları almışdır. O, oradan çıxıb kişi üzüyünü verdiyi mağazaya gəlmiş, orada olan cavan oğlan ondan şəxsiyyət vəsiqəsini istəmiş, o vatsapını ver, vəsiqəm evdə qalıb sənə şəklini göndərərəm cavabını vermişdir. Bundan sonra yaşlı olan adam ona 248 manata ala biləcəyini demiş, o, razılaşıb 248 manata üzüyü satmışdır. O, qayıdıb evə gəlmiş, səhəri gün yenə bazara «Natiq Qold» adlanan mağazaya getmiş, 1 ədəd boyunbağı və bir ədəd kulon satmaq istədiyini demişdir. Samir qızılları alıb tərəzidə çəkmiş və 700 manat ona pul vermişdir. O, oğurluq yolu ilə əldə etdiyi pulları öz ehtiyaclarına xərcləməyə başlamışdır. Təxminən aradan 2 ay keçmişdir. O, əmisinin evindən qızılları oğurlayan zaman evdə əşyaların çox olduğunu gördüyü üçün pulu qutardıqca oğurlayıb satmaq qərarına gəlmişdir. Ona görə tanışı Ağcabədi şəhər sakini X3 demiş ki, “uşağım olub, bəzi xərclərə ehtiyacım var, ev əşyalarından satmaq istəyirəm”. Məhəmməd isə gətirərsən anama göstərərik, münasib olarsa alarıq cavabını vermişdir. 2022-ci ilin təxminən oktyabr ayında saat 14 radələrində o, yenə hasardan keçib həyətə daxil olmuş, pəncərini əli ilə açıb əmisinin evinə daxil olmuş və qızılları oğurladığı otağa daxil olmuşdur. Həmin otaqdan 2 ədəd selofan torba götürüb əlinə keçəndən götürməyə başlamışdır. O, yadında qalan 1 ədəd Aqidel markalı su nasosu, 1 ədəd ət çəkən maşın, 8-10 dəst yataq dəsti, 6-7 dəst süfrə, 1 ədəd ütü və 1 ədəd mişar götürmüşdür. O, selofan torbaları evdən çıxartmış, hasarın başına keçirtmişdir. Bundan sonra özü hasardan keçib küçəyə düşmüş və torbaları götürüb piyada Məhəmmədin yaşadığı evin həyətinə gəlmişdir. O, Məhəmmədə zəng etmiş, Məhəmməd “anam evdədir apar göstər” cavabını vermişdir. O, Məhəmmədin anası Kəmalə xalanı çağırmış, gətirdiyi əşyaları ona göstərmişdir. Kəmalə əvvəl ondan «birdən oğurluq olar xəbərim olmaz» soruşmuş, o narahat olma özümüzə məxsusdur, “uşağım olduğu üçün satıb pul əldə etmək istəyirəm” cavabını vermişdir. Kəmalə onun gətirdiyi əşyalara baxmış, sonra ona 100 manat pul verərəm, ancaq satıb hissə-hissə verəcəm sözlərini demiş, o razılaşmışdır. Bundan sonra ayrı-ayrı vaxtlarda Kəmalə ona ümumilikdə 100 manat pul vermişdir. Kəmalə pulu ona hissə-hissə təxminən 10 gün ərzində vermiş, pulu xərcləyib qutardıqdan sonra tanışı Ağcabədi şəhər sakini X7 ilə görüşüb ona demiş ki, «yaxın adam var Bakı şəhərindən mənə ucuz televizor təklif edir, həmin adam tikintidə işləyir, sökülən evlərdən çıxan əşyaları ucuz qiymətə satırlar». O, əmisinin evində bir böyük və bir balacada ölçüdə televizorlar gördüyündən, Akifə demiş ki, böyük ölçüdə olan televizoru 200 manata satırlar. Akif ona gətirərsən baxaram cavabını vermişdir. 2022-ci ilin oktyabr ayının sonlarında o əmisinin evinə girmiş, zal otaqda karopkada olan böyük ölçüdə olan televizoru karopkadan çıxartmış, televizoru qucağına alıb piləkənlərdən düşürtmək istəmiş, ancaq pilləkənlərə dik vurulduğundan çıxara bilməmişdir. Bundan sonra o, Akifə zəng edib demiş ki, Bakıdan səhfən balaca ölçüdə televizor göndəriblər, istəyirsənsə gətirim. Akif ona 50 manata verirlərsə gətir cavabını vermişdir. O, televizoru götürüb həyətə düşmüş və televizoru həyətdə olan əl arabasına qoymuşdur. Bundan sonra giriş darvazanın arxasını açıb arabanı küçəyə çıxartmış, darvazanı çəkib örtmüş, ancaq kimsə onu görməsin deyə arxasını bağlamadan arabanı sürüb Akifin yaşadığı evin həyətinə gəlmişdir. Akifi çağırmış, Akif çıxıb televizoru evə aparıb yoxlamış və çıxıb ona 50 manat pul vermişdir. O, Akifə demiş ki, Bakıdan ev əşyaları göndəriblər istəmirsən ki, Akif nə əşyalarıdı soruşmuş, o, pastel dəsti, süfrə və müxtəlif mətbəx əşyaları olduğunu bildirmişdir. Akif ona gətirərsən baxaram cavabını vermişdir. O, qayıdıb əmisinin evinin qarşısına gəlmiş, həyətə girib darvazanının arxasını bağlayıb hasardan keçib yaşadığı evə getmişdir. Bundan iki gün sonra 2022-ci ilin noyabr ayının əvvəllərində günorta saatlarında oğurluq etmək məqsədi ilə əmisinin evinə getmiş, qızıl oğurladığı otağa daxil olmuşdur. Həmin otaqda olan qara rəngli böyük çantanın qapağını açmış, içərisində olan geyim əşyalarını boşaltmışdır. O, otaqdan pastel dəsti, süfrə dəsti, vaz, 2 ədəd mikser, 2 ədəd şəkilçəkən aparat, 2 ədəd meyvə qabı, sonra dəqiq xatırlamadığı bir neçə əşya yığıb evdən çıxmışdır. O, çantanı əlinə alıb hasardan asıb əvvəl özü keçib, sonra çantanı götürmüş və Akif yaşadığı evin həyətinə gəlmişdir. Akif əşyalara baxıb ona 40 manat verə biləcəyini demiş, o razılaşıb əşyaları Akifə 40 manata satmışdır. Təxminən 5-6 gün sonra 2022-ci ilin noyabr ayının ortalarında saat 14 radələrində o yenə əmisi evinə getmiş, yataq otağından yadında qalan 1 ədəd qaz üzərində olan hava təmizləyən, vazalar, ləpə qabları, süfrələr, 1 ədəd lampa, məhrəbalar, 1 ədəd hamam geyimi və digər yadında qalmayan əşyalar götürüb özü ilə gətirdiyi selefan kisələlə yığmışdır. O, iki selofan kisəni doldurmuş, bundan sonra həmişəki kimi selofanları hasara asmış, özü hasardan keçib torbaları götürüb Akifin yaşadığı evin həyətinə gəlmişdir. Akif evdə olmadığından ona zəng etmiş, ona demiş ki, anama demişəm qoy evin qarşısına gələndə özüm baxıb sənə xəbər edəcəm. O, əşyaları Akifin evinin qarşısına qoymuş, Akifin anasına demiş ki, bir nəfər Akifə göndərib. Həmin gün axşam Akif onunla əlaqə saxlamış, Akif ona 50 manat pul vermişdir. Təxminən 2 gün sonra 2022-ci ilin noyabr ayında o, Akifə zəng edib böyük ölçüdə olan televizoru gətirdiklərini bildirmiş, Akifə 200 manat desədə Akif ona 100 manata ala biləcəyini bildirmişdir. O, saat 23 radələrində əmisinin evinə daxil olmuş, piləkənlərin üzərində olan diki qaldırmış və bundan sonra televizoru götürüb həyətə düşmüşdür. O, televizoru götürüb darvazanı açıb küçəyə çıxıb Akifin yaşadığı evin həyətinə gəlmişdir. Akiflə görüşmüş, televizoru verib 100 manat pul almışdır. O, oğurluq yolu əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Onun pulu qutardığından yenə əmisinin evində olan əşyalardan oğurlamaq qərarına gəlmişdir. O, düşünmüş ki, Akifə desə şübhələnər ki, haradansa oğurluq edir. Bu səbəbdən əşyaları satmaq üçün başqa adam axtarmağa başlamışdır. O, tanışı Ağcabədi şəhər sakini Ağayev Fərmana demiş ki, “uşağım olub, pula ehtiyacım var, ev əşyalarımdan satmaq istəyirəm”. Fərman pulunun olmadığını, əşyalar xoşuna gələrsə ev quşları ilə dəyişə biləcəyini bildirmişdir. Həmin quşların biri 15-20 manata olur. O, razılaşmışdır. 2022-ci ilin dekabr ayının əvvəlində günorta saatlarında o əmisinin evinə daxil olmuş, oradan yataq otağından taxta karopkada olan qaşıq dəstini götürmüş və Fərmanın yaşadığı evin həyətinə gəlmişdir. Fərman qaşıq dəstinə baxmış və ona 2 qanad ev quşu vermişdir. Bundan sonra 2022-ci ilin dekabr ayı ərzində hər iki-üç gündən bir o əmisinin evindən ev əşyalarından oğurlayıb yaşadığı evin qarşısına gətirib Fərmana zəng etmiş, Fərman özünə məxsus qırmızı rəngli Vaz-21011 markalı avtomobillə gəlib əşyaları aparmışdır. Təxminən 5-6 dəfə Fərmana oğurladığı əşyalardan vermiş, əvəzində ümumilikdə 15 qanad ev quşu almışdır. O, Fərmana verdiyi əşyaların bir qismini xatırlayır. Yadında qalan 3 ədəd tozsoran aparatı, ət maşını, tikiş maşını, qazanlar, tok peçi, tok çayniki, süfrələr, tokla işləyən radiyator vermişdir. O, əşyaları oradan götürdüyü böyük çantalara yığıb vermiş, dəqiq hansı adda əşyalar olmasını xatırlamadığını bildirmişdir. Ağcabədi rayon ərazisində başqa oğurluq etmədiyini bildirmişdir. Oğurluq edən zaman ona başqa digər şəxslərin iştirakçılığı və ya köməklik edən, onu oğurluğa təhrik edən olmadığını göstərmişdir. O, konkret olaraq hansı tarixlərdə oğurluq etdiyini xatırlamadığını, ilk dəfə 2022-ci ilin avqust ayında başladığını, sonuncu 2022-ci ilin təxminən dekabr ayının sonlarına kimi davam etdiyini bildirmişdir. O, oğurluq etdiyi əşyaları satan zaman özünə məxsus olmasını, Bakı şəhərindən tanışının göndərdiyini göstərmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu, iki azyaşlı uşağının olmasını, vurduğu zərəri zərərçəkmiş şəxsə tam ödəməsini və barışıq əldə etməsini bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Ağcabədi rayon polis şöbəsinə evindən olan oğurluq barəsində ərizəni o, yazmışdır. Onun ünvan 3 ünvanda fərdi yaşayış evi vardır. Onun iki qızı və iki oğlu var. Qızları və oğlanları ailə qurub. O, özü ailəsilə birlikdə Moskvada yaşayır. Onlar 2016-cı il tarixdə Moskva şəhərinə getmişlər. O, arada bir neçə dəfə gəlmiş, 2021-ci ilin dekabr ayında gəlmiş, 2022-ci ilin yanvar ayının 19-da getmişdir. Həmin vaxtdan evləri sahibsiz qalmışdır. Onun qudası X4 arada onun evinə nəzarət etmişdir. 16 aprel 2023-cü il tarixdə Möhübbət evə baxmağa gedən zaman evin əşyalarının dağınıq olduğunu görüb onlara məlumat vermişdir. Bu səbəbdən onlar bilet alıb rayona gəlmişlər. 19 aprel 2023-cü il tarixdə yaşadığı evə gəlmiş və məlum olmuş ki, evlərindən oğurluq olub. Onlar polis şöbəsinə məlumat vermiş, sonra evlərinə dəqiq baxdıqda məlum olmuş ki,evin yataq otağında şüşə bankanın içərisindən 2 qram çəkidə 583 əyarlı dəyəri 150 manat olan 1 ədəd qızıl qolbağı, 12 qram çəkidə 583 əyarlı dəyəri 1000 manat olan qızıl kişi üzüyü, 8 qram çəkidə 583 əyarlı dəyəri 700 manat olan 1 ədəd qızıl kale, 2 qram çəkidə 583 əyarlı dəyəri 160 manat olan qızıl qadın üzüyü, 3 qram çəkidə 583 əyarlı dəyəri 500 manat olan kitab formalı 1 ədəd qızıl kulon, 2 qram çəkidə 583 əyarlı dəyəri 300 manat olan 1 ədəd qızıl boyunbağı, 4 qram çəkidə 583 əyarlı dəyəri 600 manat olan 1 ədəd qızıl qadın üzüyü, 2 qram çəkidə 583 əyarlı dəyəri 150 manat olan 1 ədəd xaç formalı kulon, 2 qram çəkidə 583 əyarlı dəyəri 200 manat olan qızıl qadın üzüyü, 3 qram çəkidə 583 əyarlı dəyəri 300 manat olan qızıl qadın üzüyü, 5 qram çəkidə 583 əyarlı 700 manat dəyərində üzərində not işarəsi olan 1 ədəd qızıl qadın üzüyü, 2,29 qram çəkidə 583 əyarlıdəyəri 300 manat olan iki dairəvi halqa formalı 1 ədəd qızıl qadın üzüyü, 5 qram çəkidə 583 əyarlı dəyəri 500 manat olan səkkiz formalı 1 ədəd qızıl qadın üzüyü, 8 qram çəkidə 583 əyarlı dəyəri 500 manat dəyərində tros formalı 1 ədəd qızıl qolbağı, 3 qram çəkidə 583 əyarlı, dəyəri 300 manat olan “S» formalı 1 ədəd qızıl qadın üzüyü, 6 qram çəkidə 583 əyarlı dəyəri 700 manat olan remenli qızıl qolbağı, 2 qram çəkidə 583 əyarlı dəyəri 200 manat olan halqa formalı qızıl sırqa, zal otaqdan 1 ədəd 800 manat dəyərində 107 ekran LC markalı televizor, 1 ədəd 350 manat dəyərində 80 ekran LC markalı televizor, 2 ədəd hər biri 150 manat dəyərində üzərində «elma» sözləri yazılmış yataq dəsti, 1 ədəd 250 manat dəyərində elektrik ət çəkən maşın, 1 ədəd 80 manat dəyərində «aqidel» markalı su nasosu, 1 ədəd 10 manat dəyərində «əl mişarı», 1 ədəd 300 manat dəyərində çaşka dəsti, 1 ədəd 100 manat dəyərində «sevenz» markalı elektrik çaydan, 1 ədəd 100 manat dəyərində «fantom ovan» markalı toz soran, 1 ədəd 150 manat dəyərində «kevien» markalı yataq dəsti, 1 ədəd 50 manat dəyərində «sexinq» markalı paltar tikən maşın, 1 ədəd 55 manat dəyərində «skarlet» markalı meyvə çəkən, 1 ədəd 250 manat dəyərində «harlem» markalı elektrik soba, 1 ədəd 30 manat dəyərində meyvə qabı, 1 ədəd 20 manat dəyərində vaz, 1 ədəd 200 manat dəyərində «orkica» markalı toz soran, 1 ədəd 45 manat dəyərində «menajniça» markalı meyvə qabı, 1 ədəd 300 manat dəyərində «arsmia» markalı bıçaq-qaşıq dəsti, 1 ədəd 110 manat dəyərində «qreblan» markalı qazan dəsti, 1 ədəd 35 manat dəyərində «sana» markalı meyvə sıxan, 1 ədəd 40 manat dəyərində salat doğrayan, 1 ədəd 200 manat dəyərində «xoro» markalı DVD, 1 ədəd 220 manat dəyərində «BBK» markalı DVD, 1 ədəd 150 manat dəyərində pərdə, 1 ədəd 300 manat dəyərində yol çantası, 2 ədəd hər biri 80 manat dəyərində hamam xalatı, 1 ədəd 350 manat dəyərində «volt» markalı elektrik radiator, 1 ədəd 300 manat dəyərində «bosch» markalı toz soran, 1 ədəd 250 manat dəyərində yol çantası, 1 ədəd 200 manat dəyərində qazan dəsti, 1 ədəd 250 manat dəyərində yol çantası, 1 ədəd 30 manat dəyərində «kitchan» markalı qənd qabı, 1 ədəd 110 manat dəyərində mətbəx dəsmalı, 1 ədəd 150 manat dəyərində hamam xalat və məhraba dəsti, 6 ədətdən ibarət 50 manat dəyərində bakal, 6 ədətdən ibarət 80 manat dəyərində xrustal bakal, 2 ədəd hər biri 70 manat dəyərində «kosmos» markalı fənər, 1 ədəd 30 manat dəyərində salfet qabı, 1 ədəd 85 manat dəyərində bıçaq itiliyən maşın, 6 ədəd 50 manat dəyərində məhraba, 1 ədəd 80 manat dəyərində elektrik gücləndirici, 1 ədəd 30 manat dəyərində süfrə, 1 ədəd 100 manat dəyərində sok çəkən maşını və 1 ədəd 200 manat dəyərində samsunq markalı notbuk oğurlanıb. Nəticədə ona təxminən 14700 manat maddi ziyan dəydiyini bildirmişdir. Şikayəti əsasında polis şöbəsində ilkin araşdırma aparılaraq müəyyən edilmişdir ki, ona məxsus evdən oğurluğu qardaşı oğlu Təqsirləndirilən şəxs etmişdir. Rahibə onun yaşadığı evə girməsinə heç bir icazə vermədiyini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, ünvan 4 ünvanda yaşayır. Bildirir ki, o Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarda qızıl alqı satqısı ilə məşqul olur. Belə ki, həmin bazarda özünə məxsus mağazası var, həmin mağazada qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşqul olur. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Bundan əlavə Rahibin atasını və yaxın qohumlarını tanıyır. Təxminən 2022-ci ilin dekabr ayının sonlarında Rahib işlədiyi mağazaya gəlmiş, Rahib ona 1 ədəd dəri qolbağısı olan kişi üçün qızıl qolbağı və bir ədəd qızıl qadın üzüyü göstərib satmaq istədiyini bildirmişdir. Rahib qızılları ona göstərib «uşağım xəstədir, satıb onu həkimə aparmaq istəyirəm» sözlərini demiş, qızılı götürüb tərəzidə çəkmiş, cəmi 6,3 qram çəkisi olmuşdur. O, Rahibə « qızıl-zinət əşyalarını biz qramla alırıq» sözlərini demiş, hesablamış və 360 manat pul etdiyini demişdir. Rahib onunla razılaşıb qızılı ona 360 manata satmışdır. Rahib ona özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satıb pul əldə etmək istədiyini demiş, o, Rahibin özünü və yaxınlarını tanıdığından inanıb almışdır. O, oğurluq mal olmasını bir neçə ay sonra yəni Rahibi polis əməkdaşları onun mağazasına gətirəndə bilmişdir. Ona görə aldığı malları geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhəri, ünvan 5 ünvanda yaşayır. Bildirir ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Rahib onun oğlu Məhəmmədlə tanışdırlar. Təxminən 2022-ci ilin oktyabr-noyabr ayları Rahib onun yaşadığı evə gəlmiş, ona Bakı şəhərində köhnə binaların sökülməsində fəhlə işləyir, həmin yerdə şəxslər özlərinə məxsus əşyaları ucuz qiymətə satır və istəsə həmin əşyalardan satmaq üçün gətirə biləcəyini bildirmiş, o isə edilən təkliflə razılaşmışdır. Bundan sonra ayrı-ayrı vaxtlarda Rahib ona 2 ədəd süfrə dəsti, 1 ədəd «Aqedel» markalı su nasosu, 1 ədəd ət maşını, 1 ədəd əl mişarı gətirib satmışdır. Dəqiq hansı məbləğə olmasını xatırlamadığını, əşyaların oğurluq olmasını bildikdən sonra könüllü olaraq rayon polis şöbəsinə təhvil verdiyini göstərmişdir. Rahib ona özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satıb pul əldə etmək istədiyini demişdir. O, Rahibin özünü və yaxınlarını tanıdığından inanıb göstərilən əşyaları almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, ünvan 6 ünvanda yaşayır. Bildirir ki, o Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarda qızıl alqı satqısı ilə məşqul olur. Belə ki, həmin bazarda onun özünə məxsus «Yusif» adlanan mağazası var. O, həmin mağazada qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşqul olur. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında Rahib işlədiyi mağazaya gəlmiş, ona 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırqa göstərib satmaq istədiyini bildirmişdir. Rahib qızılları ona göstərib «uşağım xəstədir, satıb onu həkimə aparmaq istəyirəm» sözlərini demişdir. O, qızılı götürüb tərəzidə çəkmiş, cəmi 4 qram çəkisi olmuşdur. O, Rahibə bildirmiş ki, qızıl-zinət əşyalarını biz qramla alırıq, hesablamış və 180 manat pul etdiyini demişdir. Rahib onunla razılaşıb qızılı ona 180 manata satmışdır. Rahib ona özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satıb pul əldə etmək istədiyini demiş, o Rahibin özünü və yaxınlarını tanıdığından inanıb almışdır. O, oğurluq yolu ilə əldə olunmasını bir neçə ay sonra yəni Rahibi polis əməkdaşları onun mağazasına gətirəndə bilmişdir. Ona görə də aldığı malları geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərdi ki, Ağcabədi şəhəri, ünvan 7 ünvanda yaşayır. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Bundan əlavə Rahibin atasını və yaxın qohumlarını tanıyır. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Rahib qardaşı Fəhradla onun yanına gəlmişlər. Rahib ona demiş ki, Bakı şəhərində köhnə binaların sökülməsində fəhlə işləyir, həmin yerdə şəxslər özlərinə məxsus əşyaları ucuz qiymətə satır. O, razılaşmışdır. Bundan sonra ayrı-ayrı vaxtlarda Rahib ona 1 ədəd çaşka dəsti, 1 ədəd «sevenz» markalı elektrik çaydan, 1 ədəd «fantom ovan» markalı toz soran, 1 ədəd «kevien» markalı yataq dəsti, 1 ədəd «sexinq» markalı paltar tikən maşın, 1 ədəd «skarlet» markalı meyvə çəkən, 1 ədəd «harlem» markalı elektrik soba, 1 ədəd meyvə qabı, 1 ədəd vaz, 1 ədəd «orkica» markalı toz soran, 1 ədəd «menajniça» markalı meyvə qabı, 1 ədəd «arsmia» markalı bıçaq-qaşıq dəsti, 1 ədəd «qreblan» markalı qazan dəsti, 1 ədəd «sana» markalı meyvə sıxan, 1 ədəd salat doğrayan, 1 ədəd «xoro» markalı DVD, 1 ədəd «BBK» markalı DVD, 1 ədəd pərdə, 1 ədəd yol çantası, 2 ədəd hamam xalatı, 1 ədəd «volt» markalı elektrik radiator, 1 ədəd «bosch» markalı toz soran, 1 ədəd yol çantası, 1 ədəd qazan dəsti, 1 ədəd yol çantası, 1 ədəd «kitchan» markalı qənd qabı, 1 ədəd mətbəx dəsmalı, 1 ədəd hamam xalat və məhraba dəsti, 6 ədətdən ibarət bakal, 6 ədətdən ibarət xrustal bakal, 2 ədəd «kosmos» markalı fənər, 1 ədəd salfet qabı, 1 ədəd bıçaq itiliyən maşın gətirib satmışdır. Dəqiq hansı məbləğə olmasını xatırlamadığını, bir neçə dəfə göyərçin verdiyini göstərmişdir. O, əşyaların oğurluq olmasını bildikdən sonra könüllü olaraq rayon polis şöbəsinə təhvil vermiş, Rahib əşyaların özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satıb pul əldə etmək istədiyini demişdir. O, Rahibin özünü və yaxınlarını tanıdığından inanıb almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək göstərdi ki, ünvan 9 ünvanda yaşayır. O, Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən mərkəzi bazarda qızıl alqı satqısı ilə məşqul olur. Belə ki, həmin bazarda onun özünə məxsus «Natiq Qold» adlanan mağazası var. O, həmin mağazada qızıl-zinyət əşyalarının alışı və satışı ilə məşqul olur. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının sonlarında Rahib işlədiyi mağazaya gəlmiş, ona 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 1 cüt qızıl sırqa göstərib satmaq istədiyini bildirmişdir. Rahib qızılları ona göstərib «uşağım xəstədir, satıb onu həkimə aparmaq istəyirəm» sözlərini demiş, o qızılı götürüb tərəzidə çəkmiş, cəmi 20 qram çəkisi olmuşdur. O, Rahibə bildirmiş ki, qızıl-zinət əşyalarını qramla alırlar. O, hesablamış və 1100 manat pul etdiyini demiş, Rahib onunla razılaşıb qızılı ona 1100 manata satmışdır. Rahib əşyaların özünə məxsus olduğunu, uşağı xəstə olduğu üçün satıb pul əldə etmək istədiyini demişdir. O, Rahibin özünü və yaxınlarını tanıdığından inanıb almışdır. O, oğurluq yolu ilə əldə olunmasını bir neçə ay sonra yəni Rahibi polis əməkdaşları onun mağazasına gətirəndə bilmişdir. Ona görə də aldığı malları geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 Şura oğlu ifadə verərək göstərdi ki, Ağcabədi şəhəri, ünvan 11 ünvanda yaşayır. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Rahibi oğlu Akifin vasitəsi ilə tanımışdır. Akif ona tanışının Bakı şəhərində işlədiyini və ucuz söküntü malları satdığını demişdir. Həmin vaxt o, Rahibi görüb tanımışdır. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Rahib oğlu Akiflə həyətlərinə gəlmişlər. Akif demişdir ki, 1 ədəd ət maşını, 1 ədəd elektrik soba, 1 ədəd çaşka dəsti, 2 ədəd mikser, 1 ədəd meyvə doğrayan, 3 ədəd nəlbəki dəsti, 1 ədəd tort qabı, 1 ədəd kül qabı, 1 ədəd fənər, 1 ədəd meyvə vazı, 2 ədəd qənd qabı, 1 ədəd fotoparat, 9 ədəd çüfrə, 1 ədəd məhrəba, 2 ədəd yataq dəsti, 1 ədəd hamam xalatını Rahibdən alıb yaşadıqları evə gətirmişdir. Akif 2022-ci ilin dekabr ayının sonlarında tutulmuş, hazırda həbsdədir. Sonradan o, öyrənmişdir ki, aldıqları əşyalar oğurluq yolu ilə əldə olunub. Ona görə gətirib könüllü olaraq sahibinə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4527 saylı rəyindən görünür ki, 1 ədəd 8 qram çəkidə 583 əyarlı qızıl kale 640 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü 160 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı kitab formalı kulon 240 manat 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl boyunbağı 160 manat, 1 ədəd 4 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü 320 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı xaç formalı kulon 160 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü 160 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü 240 manat, 1 ədəd 5 qram çəkidə 583 əyarlı not işarəsi olan qızıl qadın üzüyü 400 manat, 1 ədəd 2,29 qram çəkidə 583 əyarlı iki dairəvihalqa formalı qızıl qadın üzüyü 183,2 manat, 1 ədəd 5 qram çəkidə 583 əyarlı tros formalı qadın üzüyü 400 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı S formalı qızıl qadın üzüyü 240 manat, 1 ədəd 8 qram çəkidə 583 əyarlı tros formalı qızıl qolbağı 640 manat, 1 ədəd 6 qram çəkidə 583 əyarlı remenli qolbağı 480 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı halqa formalı qolbağı 160 manat, 1 ədəd 107 ekran LC markalı televizor 350 manat, 1 ədəd 80 ekran LC markalı televizor 250 manat, 1 ədəd sok çəkən 40 manat, 1 ədəd sevenz markalı samovar 50 manat, 1 ədəd fantom ovan markalı tozsoran 30 manat, 1 ədəd kevlen markalı yataq dəsti 80 manat, 1 ədəd sexlinq markalı paltar tikən maşın 50 manat, 1 ədəd scarlet markalı meyvə çəkən 40 manat 1 ədəd yol çantası 80 manat, 1 ədəd hamam xalatı 40 manat, 1 ədəd volt markalı elektrik radiator 120 manat, 1 ədəd bosch markalı tozsoran 140 manat, 1 ədəd yol çantası 80 manat, 1 ədəd qazan dəsti 80 manat, 1 ədəd kitchan markalı qənd qabı 10 manat, 1 ədəd hamam dəsti 20 manat, 6 ədəd bakal 30 manat, 6 ədəd xrustal bakal 60 manat, 1 ədəd kosmos markalı fənər 15 manat, 1 ədəd bıçaq itiliyən aparat 40 manat, 1 ədəd salfet qabı 10 manat, 1 ədəd ət çəkən maşın 60 manat, 1 dəst elma markalı yataq dəsti 80 manat, 1 ədəd aqidel markalı su nasosu 40 manat, 1 ədəd fucifilm markalı fotoaparat 40 manat, 1 ədəd samsunq markalı notbook 120 manat, 1 ədəd əl mişarı 5 manat olmaqla ekspertizaya təqdim olunmuş əşyaların istismar müddəti və orta istismar inğensivliyi paramentlərinə müvafiq olaraq 2022-ci ilin avqust-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablamaqla təxminən 8228,20 manat təşkil edir. İş materiallarında olan Ağcabədi rayon «Əli» firmasının məktubundan görünür ki, 2022-ci ilin avqust ayına pərakəndə satış qiyməti 1 ədəd 107 ekran «LC» markalı televizor 800 manat dəyərində, 1 ədəd 80 ekran «LC» markalı televizor 350 manat dəyərində, 1 ədəd üzərində «elma» sözləri yazılmış yataq dəsti 150 manat dəyərində, 1 ədəd elektrik ət çəkən maşın 250 manat dəyərində, 1 ədəd 80 manat dəyərində «aqidel» markalı su nasosu, 1 ədəd «əl mişarı» 10 manat dəyərində, 1 ədəd çaşka dəsti 300 manat dəyərində, 1 ədəd «sevenz» markalı elektrik çaydan100 manat dəyərində, 1 ədəd «fantom ovan» markalı toz soran100 manat dəyərində, 1 ədəd «kevien» markalı yataq dəsti 150 manat dəyərində, 1 ədəd «sexinq» markalı paltar tikən maşın 50 manat dəyərində, 1 ədəd «skarlet» markalı meyvə çəkən 55 manat dəyərində, 1 ədəd «harlem» markalı elektrik soba250 manat dəyərində, 1 ədəd meyvə qabı 30 manat dəyərində, 1 ədəd vaz 20 manat dəyərində, 1 ədəd «orkica» markalı toz soran 200 manat dəyərində, 1 ədəd «menajniça» markalı meyvə qabı 45 manat dəyərində, 1 ədəd «arsmia» markalı bıçaq-qaşıq dəsti 300 manat dəyərində, 1 ədəd «qreblan» markalı qazan dəsti 110 manat dəyərində, 1 ədəd «sana» markalı meyvə sıxan 35 manat dəyərində, 1 ədəd salat doğrayan 40 manat dəyərində, 1 ədəd «xoro» markalı DVD 200 manat dəyərində, 1 ədəd «BBK» markalı DVD 220 manat dəyərində, 1 ədəd pərdə 150 manat dəyərində, 1 ədəd yol çantası300 manat dəyərində, 1 ədəd hamam xalatı 80 manat dəyərində, 1 ədəd «volt» markalı elektrik radiator 350 manat dəyərində, 1 ədəd «bosch» markalı toz soran 300 manat dəyərində, 1 ədəd yol çantası 250 manat dəyərində, 1 ədəd qazan dəsti 200 manat dəyərində, 1 ədəd yol çantası 250 manat dəyərində, 1 ədəd «kitchan» markalı qənd qabı 30 manat dəyərində, 1 ədəd mətbəx dəsmalı 110 manat dəyərində, 1 ədəd hamam xalat və məhraba dəsti 150 manat dəyərində, 6 ədətdən ibarət bakal 50 manat dəyərində, 6 ədətdən ibarət xrustal bakal 80 manat dəyərində, 1 ədəd «kosmos» markalı fənər 70 manat dəyərində, 1 ədəd salfet qabı 30 manat dəyərində, 1 ədəd bıçaq itiliyən maşın 85 manat dəyərində, 6 ədəd məhraba 50 manat dəyərində, 1 ədəd elektrik gücləndirici 80 manat dəyərində, 1 ədəd süfrə 30 manat dəyərində, 1 ədəd sok çəkən maşın 100 manat dəyərində təşkil edir. Ağcabədi rayon «Əli» firmasının məktubundan görünür ki, 2022-ci ilin avqust ayına pərakəndə satış qiyməti 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl qolbağı dəyəri 150 manat, 1 ədəd 12 qram çəkidə 583 əyarlı qızıl kişi üzüyü dəyəri 1000 manat, 1 ədəd 8 qram çəkidə 583 əyarlı qızıl kale dəyəri 700 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü dəyəri 160 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı kitab formalı qızıl kulon dəyəri 500 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl boyunbağı dəyəri 300 manat, 1 ədəd 4 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü dəyəri 600 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı xaç formalı kulon dəyəri 150 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü dəyəri 200 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı qızıl qadın üzüyü dəyəri 300 manat, 1 ədəd 5 qram çəkidə 583 əyarlı üzərində not işarəsi olan qızıl qadın üzüyü 700 manat dəyərində, 1 ədəd 2,29 qram çəkidə 583 əyarlı iki dairəvi halqa formalı qızıl qadın üzüyü dəyəri 300 manat, 1 ədəd 5 qram çəkidə 583 əyarlı səkkiz formalı qızıl qadın üzüyü dəyəri 500 manat, 1 ədəd 8 qram çəkidə 583 əyarlı tros formalı qızıl qolbağı dəyəri 500 manat, 1 ədəd 3 qram çəkidə 583 əyarlı “S» formalı qızıl qadın üzüyü dəyəri 300 manat, 1 ədəd 6 qram çəkidə 583 əyarlı remenli qızıl qolbağı dəyəri 700 manat, 1 ədəd 2 qram çəkidə 583 əyarlı halqa formalı qızıl sırqa dəyəri 200 manat təşkil edir. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi ev əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 23 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi ev əşyaları Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim olnmuş əşyaları tanıyaraq əşyalarının ona məxsus evdən oğurlanan əşyalar olduğunu göstərmişdir. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 istintaqa təqdim etdiyi ev əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 23 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid4 istintaqa təqdim etdiyi ev əşyaları Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim olnmuş əşyaları tanıyaraq əşyalarının ona məxsus evdən oğurlanan əşyalar olduğunu göstərmişdir. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid6 Şura oğlunun istintaqa təqdim etdiyi ev əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 23 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid6 Şura oğlunun istintaqa təqdim etdiyi ev əşyaları Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim olnmuş əşyaları tanıyaraq əşyalarının ona məxsus evdən oğurlanan əşyalar olduğunu göstərmişdir. İş materiallarında olan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi qızıl əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 23 aprel 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi qızıl əşyaları Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim olnmuş əşyaları tanıyaraq əşyalarının ona məxsus evdən oğurlanan əşyalar olduğunu göstərmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərzəsindən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, R. İmanovla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ərzəsindən görünür ki, o, cinayət hadisəsi nəticəsində dəymiş zərəri, Zərərçəkmiş şəxs tam olaraq ödəmiş və onunla barışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 24 aprel 2023-cü il tarixli, 4(017)-44/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 aprel 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək üç ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» Pulik hüquqi şəxsin poliklinika şöbəsinin ruhi – əsəb və narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli, 2532 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020-ci və 2022-ci il təvəllüdlü iki azyaşlı uşağı var. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması və CM-nin 59.1.13-cü maddəsinə əsasən maddi ziyanı tam ödədiyindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 177.2.3 və 177.2.4-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildi. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tam ödəməsini, zərərçəkmişin şikayət və tələbinin olmamasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkün olmasını nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdən, 5 sentyabr 2023-cü il tarixədək həbsdə saxlandığı dörd ay on üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının səkkiz ay iyirmi altı günü, təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci madəsində göstərilir ki, azadlığın məhdudlaşdırılmsı növündə cəzanın icrası müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd çaşka dəsti, 1 ədəd «sevenz» markalı elektrik çaydan, 1 ədəd «fantom ovan» markalı toz soran, 1 ədəd «kevien» markalı yataq dəsti, 1 ədəd «sexinq» markalı paltar tikən maşın, 1 ədəd «skarlet» markalı meyvə çəkən, 1 ədəd «harlem» markalı elektrik soba, 1 ədəd meyvə qabı, 1 ədəd vaz, 1 ədəd «orkica» markalı toz soran, 1 ədəd «menajniça» markalı meyvə qabı, 1 ədəd «arsmia» markalı bıçaq-qaşıq dəsti, 1 ədəd «qreblan» markalı qazan dəsti, 1 ədəd «sana» markalı meyvə sıxan, 1 ədəd salat doğrayan, 1 ədəd «xoro» markalı DVD, 1 ədəd «BBK» markalı DVD, 1 ədəd pərdə, 1 ədəd yol çantası, 2 ədəd hamam xalatı, 1 ədəd «volt» markalı elektrik radiator, 1 ədəd «bosch» markalı toz soran, 1 ədəd yol çantası, 1 ədəd qazan dəsti, 1 ədəd yol çantası, 1 ədəd «kitchan» markalı qənd qabı, 1 ədəd mətbəx dəsmalı, 1 ədəd hamam xalat və məhraba dəsti, 6 ədətdən ibarət bakal, 6 ədətdən ibarət xrustal bakal, 2 ədəd «kosmos» markalı fənər, 1 ədəd salfet qabı, 1 ədəd bıçaq itiliyən maşın, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl üzük, 1 ədəd ət maşını, 1 ədəd elektrik soba, 1 ədəd çaşka dəsti, 2 ədəd mikser, 1 ədəd meyvə doğrayan, 3 ədəd nəlbəki dəsti, 1 ədəd tort qabı, 1 ədəd kül qabı, 1 ədəd fənər, 1 ədəd meyvə vazı, 2 ədəd qənd qabı, 1 ədəd fotoparat, 9 ədəd süfrə, 1 ədəd məhrəba, 2 ədəd yataq dəsti, 1 ədəd hamam xalatı, 2 ədəd süfrə dəsti, 1 ədəd «Aqedel» markalı su nasosu, 1 ədəd ət maşını, 1 ədəd əl mişarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdən, 5 sentyabr 2023-cü il tarixədək həbsdə saxlandığı dörd ay on üç gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının səkkiz ay iyirmi altı günü təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq iki il üç ay dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon icra və probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd çaşka dəsti, 1 ədəd «sevenz» markalı elektrik çaydan, 1 ədəd «fantom ovan» markalı toz soran, 1 ədəd «kevien» markalı yataq dəsti, 1 ədəd «sexinq» markalı paltar tikən maşın, 1 ədəd «skarlet» markalı meyvə çəkən, 1 ədəd «harlem» markalı elektrik soba, 1 ədəd meyvə qabı, 1 ədəd vaz, 1 ədəd «orkica» markalı toz soran, 1 ədəd «menajniça» markalı meyvə qabı, 1 ədəd «arsmia» markalı bıçaq-qaşıq dəsti, 1 ədəd «qreblan» markalı qazan dəsti, 1 ədəd «sana» markalı meyvə sıxan, 1 ədəd salat doğrayan, 1 ədəd «xoro» markalı DVD, 1 ədəd «BBK» markalı DVD, 1 ədəd pərdə, 1 ədəd yol çantası, 2 ədəd hamam xalatı, 1 ədəd «volt» markalı elektrik radiator, 1 ədəd «bosch» markalı toz soran, 1 ədəd yol çantası, 1 ədəd qazan dəsti, 1 ədəd yol çantası, 1 ədəd «kitchan» markalı qənd qabı, 1 ədəd mətbəx dəsmalı, 1 ədəd hamam xalat və məhraba dəsti, 6 ədətdən ibarət bakal, 6 ədətdən ibarət xrustal bakal, 2 ədəd «kosmos» markalı fənər, 1 ədəd salfet qabı, 1 ədəd bıçaq itiliyən maşın, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl üzük, 1 ədəd ət maşını, 1 ədəd elektrik soba, 1 ədəd çaşka dəsti, 2 ədəd mikser, 1 ədəd meyvə doğrayan, 3 ədəd nəlbəki dəsti, 1 ədəd tort qabı, 1 ədəd kül qabı, 1 ədəd fənər, 1 ədəd meyvə vazı, 2 ədəd qənd qabı, 1 ədəd fotoparat, 9 ədəd süfrə, 1 ədəd məhrəba, 2 ədəd yataq dəsti, 1 ədəd hamam xalatı, 2 ədəd süfrə dəsti, 1 ədəd «Aqedel» markalı su nasosu, 1 ədəd ət maşını, 1 ədəd əl mişarının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon məhkəməsi vasitsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar