Məhkəmə qərarları › İş №1(017)-135/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-135/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-135/2024 19.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs (xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, hazırda Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kəndi ərazisində yerləşən özünə məxsus pay torpağında həmkəndlisi Zərərçəkmiş şəxs əvvəlcədən sağ əlində olan ağac parçası ilə qəsdən sonuncunun başının sol təpə nahiyəsinə bir dəfə vuraraq əzilmiş yara kimi xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir və əvvələr aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Onların Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd ərzasində pay torpaq sahələri yan-yana yerləşirmiş. xx.xx.2024-cü il tarixdə pay torpaq sahəsinin suvarma növbəsi onda imiş.Təxminən saat 12 radələri olarmış, o, sahəsində tək imiş və suyu sahəsinə açmışdır. Bu vaxt Qəhraman öz sahəsinə gəlmişdir. Qəhrəman ona yerini bir gün ərzində suvarıb bitirməyini sözyəldikdə o, yerinin tam suvarılması üçün iki gün vaxt lazım olduğunu dedikdə Qəhraman İsmayıla "Sən Eşşəksən sözdən başa düşmürsən" söz ifadəsini işlətdikdə o, əsəbləşib Qəhrəmanın baş nahiyyəsinə bir dəfə ağac parçası ilə vurmuş və bundan sonra heç bir dava dalaş olmadan Qəhraman yanından uzaqlaşıb çıxıb getmişdir. O, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Qəhraman Piriyevi özünə məxsus Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kənd ərzasində yerləşən pay torpaq sahəsində bir dəfə baş nahiyəsinə ağac parçası ilə vuraraq xəsarət yetirmişdir. O, Qəhrəman Piriyevi yumuruqla yox, ağac parçası ilə baş nahiyyəsindən vurduğunu və Qəhrəman Piriyevi ölüm ilə hədələmədiyini bildirmişdir. O, həmin ağac parçasını özünə məxsus pay torpağı yerləşdiyi yerə gedərkən, sahəlikdən, yerdən götürdüyünü, Qəhrəman Piriyev ilə mübahisə etdikdə, həmin ağac parçası artıq onun əlində olduğunu, həmin ağac parçası ilə Qəhrəmanı vurduqdan sonra isə o, həmin ağac parçasını özünə məxsus pay torpağından çıxıb evinə qayıdarkən yolda, hazırda xatırlamadığı yerə tulladığını bildirmişdir. Mübahisə zamanı orada onlardan başqa heç kim olmamışdır. Aralarında olan mübahisə təxminən 3- 5 dəqiqə davam etmiş və həmin vaxt və ya sonra onların yanına heç kim gəlməmişdir. Zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Belə ki, onların yaşadığı Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd ərazsində yerləşən pay torpaq sahələri yan-yanadır. xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələri olarmış və o tək torpaq sahəsinə baxmaq üçün getmişdir. Həmin vaxt İsmayıl öz sahəsinə suyu açıb suvarırmış. O, İsmayılın yanına getmiş və İsmayıla bildirmiş ki, yerini bir gün ərzində suvarsın daha sonrada o yerini suvarsın. İsmayıl əsəbi halda ona "özüm bilərəm nə vaxt yerimi suvarıb qurtarsam sən suvararsan və öz yerimi kefimlə üç günə suvaracam" söz ifadəsini işlətdikdə o da əsəbləşib " Sən eşşəksən söz başa düşmürsən " söz ifadəsini işlətdikdə cavabını verdikdə İsmayıl əlində olan ağac parçası ilə bir dəfə baş nahiyyəsinə vuraraq xəsarət yetirmiş və o sahədən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonu, Yuxarı Qiyamadınlı kənd ərzasində yerləşən İsmayıla məxus torpaq sahəsində, İsmayıl ona bir dəfə baş nahiyyəsinə ağac parçası ilə vuraraq xəsarət yetirmişdir. O, həqiqətəndə DİN-nin 102 zəng xidmətinə müraciət edərkən, xəsarəti İsmayıl onu yumruqla vuranda və bu səbəbdən o, yerə yıxılaraq başı daşa dəyməsi nəticəsində aldığımı, həmçinin İsmayılın onu ölüm ilə hədələməsini də qeyd etsə də, əsl həqiqətdə isə onların İsmayıl ilə aralarında baş vermiş mübahisə nəticəsində İsmayıl onu yumuruqla yox, ağac parçası ilə baş nahiyəsindən vurduğunu və nəticədə o, baş nahiyəmnən xəsarət aldığını bildirmişdir. Onu da qeyd etmiş ki, İsmayıl onu ölümlə hədələməmiş, o, mübahisədən sonra əsəbi və həyacanlı olduğundan bu kimi yalnış məlumatlar verdiyini bildirmişdir. Mübahisə zamanı, orada İsmayıl və ondan başqa heç kim olmamışdır. Aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxt və ya sonra yanlarına heç kim gəlməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə tibb ekspertinin 01 iyun 2024-cü il tarixli 331 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – başın sol təpə nahiyyəsində üzərində cərrahi tikişlər olan əzilmiş yara - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən küt alətlə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Ağcabədi RİHB-nın Yuxarı Qiyaməddinli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi RİHB-nın Yuxarı Qiyaməddinli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan (2010-cu il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, xx.xx.2024-cü il tarixdə də Cinayət Prosessual Məcəlləsinin 40.3, Cinayət Məcəlləsinin 72.2-ci maddəsinə əsasən işə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq (təhqiqat) orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları və cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzasını çəkməyə başladığı vaxtdan hesablanmalı, hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) saat ictimai işlər cəzası təyin edilsin; cəza çəkməsinin əvvəli cəzasını çəkməyə başladığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar