Məhkəmə qərarları › İş №1(017)-136/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-136/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-136/2023 19.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, , məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, “Vətən Müharibəsi” iştirakçısı, Ağcabədi rayonunun Pərioğullar kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 11.30 radələrində qonşusu Ağcabədi rayonunun Pərioğullar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlib hasarın üstündən həyətinə baxmasını və onu izlədiyini əsas gətirərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş sifət nahiyyələrinə qəsdən vuraraq, ona başında qançır və şişkinlik, sifətin sol yarısında hematoma (dəri altı qan yığılması) alt dodağın selikli qişasında qansızma ilə müşayiət olunmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisi və qonşusudur. 15 iyun 2023cü il tarixdə yaşadığı evin həyətində olan zaman Zərərçəkmiş şəxs hasardan boylanıb onun həyətinə baxdığını, sonra isə onun həyətindən küçəyə çıxmasını görüb onu çağırıb geri qaytarmış, Səxavətdən nə üçün onun həyətinə baxmasını və onu izlədiyini soruşmuş, Səxavət onun həyətinə baxmadığını deyib nalayiq ifadə işlətdiyi üçün Səxavətə yumruqla iki zərbə vurmuş, lakin zərbənin biri Səxavətin sifət nahiyyəsinə dəymişdir. Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yumruqla vurmuşdur. Zərərçəkmiş şəxslə aralarında olan münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İbtidai istintaqda verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi və qonşusudur. Onların aralarında ədavət və düşmənçilik yoxdur. 15 iyun 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında küçədə dayanan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmış, onun həyətinə baxmasını və onu izlədiyini deyərək sifət nahiyyəsinə bir neçə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Lakin o, Təqsirləndirilən şəxs əl qaldırmamış, daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib, qonşusu Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman orada kənar kimsə olmamış, dava-dalaş və münaqişə 2-3 dəqiqə davam etmişdir. İşdə olan məhkəmə-tibb ekspertizasının 16 iyun 2023-cü il tarixli, 368 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər – başında qançır və şişkinlik, sifətin sol yarısında hematoma (dəri altı qan yığılması) alt dodağın selikli qişasında qansızma – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 15 iyun 2023-cü il tarixə uyğun gəlir və qeyd edilən xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Ağcabədi İHB-nın Pərioğullar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxs olan qonşusu Zərərçəkmiş şəxs ilə barışmasını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ərizə göndərərək göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar