Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-137/2023 30.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, Ağcabədi şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 14 aprel 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin evin həyətindəki saxlanc yeri hesab edilən yardımçı tikilidən bir ədəd 900 manat dəyərində alüminium materialdan olan iri tutumlu məclis qazanı, bir ədəd 80 manat dəyərində alüminium materialdan olan kiçik tutumlu qazan və bir ədəd 20 manat dəyərində alüminium materialdan olan tavanı oğurlayıb Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,373 qram çəkidə narkotik vasitə olan heroini qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə əynindəki göy rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 18 aprel 2023-cü il tarixdə saat 15:50 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək Ağcabədi şəhəri, ünvan 3 ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 16:25-dən başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,373 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. X2 əvvəllər tanımamış, qohumluğu və ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə saat 23 radələrində Ağcabədi şəhəri, 28 may küçəsində yaşayan nənəsi Kubranın evinə getmək üçün həmin küçə ilə tək olaraq piyada gedən zaman fərdi yaşayış evinin kənarından keçəndə həyətdə əl damı olduğunu görmüşdür. Onun pula ehtiyacı olmuş, fikirləşmiş ki, həmin əl damında qiymətli əşyalar ola bilər. Ona görə də həmin əl damından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan adlayıb həyətə daxil olmuş, həyətdəki evdə işıq yandığını və evdən uşaq səsi gəldiyini görmüş, ona görə də gizlincə əl damına yaxınlaşmış və damın qapısını açıb içəri daxil olmuşdur. Həmin damın qapısında qıfıl və ya kilid olmamışdır. Dama daxil olub alışqanın işığını salmış və orada qazanlar görmüşdür. Həmin qazanlar alüminium materialdan olmuş, el arasında məclis qazanı kimi tanınır, həmçinin bir ədəd kiçik ölçülü tava da olmuşdur. Həmin iki ədəd məclis qazanını və bir ədəd tavanı götürmüş, sonra damdan çıxıb hasarın yanına aparmış, özü də hasarın üstündən keçib həyətdən çıxmış və qabları götürüb Ağcabədi şəhəri, H.Hacıyev küçəsinə çıxmış, yolun kənarında dayanmış və yoldan keçən sürücüsünü tanımadığı taksi avtomobili əl edib saxlatdırmış, sonra qabları da həmin avtomobilin arxa yük yerinə qoyub yaşadığı küçəyə gəlmiş, taksiyə 2 manat pul verib yola salmışdır. Qazanı satmaq məqsədilə qonşuluqda yaşayan Rahibin evinin həyət darvazasını döymüş, qapıya Rahibin anası Reyhan çıxmışdır. Reyhana demiş ki, bu qazan evin qazanıdır, pul lazım olduğu üçün qazanı satır, Reyhan da qazanın qiymətini soruşmuş, 20 manata satdığını demişdir. Reyhan da qazanı 20 manata almağa razılaşmışdır. Reyhan gedib evdən 20 manat gətirmiş və qazanı almışdır. Qalan bir ədəd qazanı və bir ədəd tavanı həyətə gətirib gizlətmişdir. Səhəri gün isə tezdən həmin qazanları götürüb evdən çıxmışdır. Həmin qazan və tavanı isə tanımadığı motosikletdə dəmir alan şəxsə 20 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa 17 aprel 2023-cü il tarixdə yaşadığı Ağcabədi şəhəri, Babək küçəsində piyada gedən zaman yerdə siqaret qutusu görmüş, diqqətini cəlb etdiyi üçün açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və götürüb üzərində saxlamışdır. 18 aprel 2023-cü il tarixdə küçədə dayanan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər, onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi ilə təmin etmişlər, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi bildirmişlər, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroin elektron tərəzidə çəkilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayon Tarixdiyarşünaslıq muzeyində direktor müavini vəzifəsində işləyir. 15 aprel 2023-cü il tarixdə gecə saat 01:30 radələrində yataq otağında olmuş, lakin hələ yatmamışdır. Həmin vaxt yaşadığı evin həyətində yerləşən və yataq otağının pəncərəsindən səs eşidilə biləcək məsafədə yerləşən yardımçı tikilidən səs gəldiyini eşitmiş, yataqdan qalxıb pəncərəni açmadan bayıra baxmış və hasarın arxa tərəfindən sinədən yuxarı insan kölgəsi olduğunu görmüşdür. Əvvəl istəmiş ki, əri Ədalət Abbasovu oyatsın, lakin fikrindən yayınmış, düşünmüş ki, Ədalət bayıra çıxıb kiminləsə qarşılaşar, xoşagəlməz hadisə baş verər. Ona görə də Ədaləti oyatmamışdır. O yataq otağının işığını yandırıb digər otaqda yatan oğlu Raul Abbasovun yanına getmiş, Raulu çağırmış, lakin heç nə deməmişdir. Sonra yenidən yataq otağına qayıtmış və işığı söndürmüş və yenidən həmin tərəf baxanda artıq həmin insan kölgəsini görməmişdir. Fikirləşmiş ki, bəlkə gələn səs pişik olar bilər, ona görə də daha əhəmiyyət verməmişdir. Həmin gün səhər saatlarında evə aldığı yağı əritmək üçün böyük qazan lazım olmuş, gedib əl damına baxanda damda olan qazanlardan iki ədəd qazan bir ədəd tavanın yerində olmadığını görmüşdür. Artıq anlamış ki, axşam əl damından səs gələn zaman oradan kimsə qazanları oğurlamışdır. Bu barədə Ədalətə bildirmiş, Ədalət də əvvəl polis əməkdaşı olduğu üçün özü maraqlanacağını demişdir. Sonradan məlum olmuşdur ki, onun evindən qabları Təqsirləndirilən şəxs oğurlamışdır. Ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşuluqda yaşayır, aralarında ədavəti olmamışdır. Yaşadığı evdə olan vaxt görmüş ki, evin həyət darvazası döyülür və kimsə onları çağırır. Darvazaya çıxıb baxanda gələnin Qasım olduğunu görmüş, Qasımdan soruşmuş ki, nə istəyirsən? Qasım da ona demiş ki, qazanı var, onu satmaq istəyir. Həmin vaxt Qasım bir ədəd alüminium materialdan olan məclis qazanı göstərmiş və demiş ki, bu qazanı satır. Neçəyə satdığını soruşmuş, Qasım da 20 manata satdığını demişdir. Qasımdan soruşmuş ki, qazan kimindi, niyə satırsan? Həmin vaxt Qasım qazanın özlərinə məxsus olduğunu, sadəcə pul lazım olduğu üçün satdığını bildirmişdir. Qasımdan qazanı almağa razılaşmış, evdən 20 manat pul gətirib Qasıma vermiş və qazanı Qasımdan almışdır. Qasım da çıxıb getmişdir. Sonradan isə polis əməkdaşları gələndə Qasımın satdığı qazanın oğurluq olduğunu bilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi rayon X8 şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 18 aprel 2023cü il tarixdə saat 15:50 radələrində Ağcabədi şəhəri, Babək küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin kağız bükümü açıb içərisinə baxdıqda qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə iştirakçıların və müdafiəçinin iştirakları ilə elektron tərəzidə çəkilərək qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4266 nömrəli rəyindən görünür ki, bir ədəd 50 litr həcmində, qalın ölçüdə alüminium materialdan olan məclis qazanı 100 manat, bir ədəd 15 litr həcmində, alüminium materialdan olan qazan 20 manat və bir ədəd diametri 45 sm olan, alüminium materialdan olan el arasında ləyən kimi adlanan tavan 20 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4266 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 aprel 2023-cü il tarixli, 18/429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,373 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin ümumi təmiz çəkisi 0,373 qram, tədqiqatda sərf edildi 0,05 qram, qalıq 0,323 qramdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2023-cü il tarixli, 18/429 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Ağcabədi rayon X5 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 711 nömrəli məktubdan görünür ki, Novruzov X3 rayon X5 X6 şöbəsinin narkoloji kabinetdə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə qalıq çəkisi 0,323 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan, qəbzdən və arayışdan görünür ki, 1 ədəd məclis qazanı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan əlavə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Marixuna-Kannabis” olan maddələr narkotik vasitədir, onun qurudulmuş 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı “Heroin” olan maddələr narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə “külli miqdar” hesab olunur. Məhkəmə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Novruzov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon icra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinin tələbləri əsas götürülməklə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Beləliklə, məhkəmə sübutlar toplusuna qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəza Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş qalan 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən toplamaq yolu ilə üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 24 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq qalan 0,323 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan – 1 ədəd məclis qazanının saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 99 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; CM-nin 66.5-ci və 68.1.1-1-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş cəza Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış və çəkilməmiş qalan 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Ağcabədi rayon Polis şöbəsində saxlanılan və qalıq qalan 0,323 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ümumilikdə 99 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-137/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-137/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver