Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-137/2024 18.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, Ağdam şəhəri, Budaqov küçəsi ev 34-də qeydiyyatda olan, Ağcabədi şəhəri, K.Nəsibov küçəsi ev 111-də məskunlaşıb yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən, tamah niyyəti ilə, gizli olaraq, talamaqdan ibarət tamah niyyəti ilə 21 iyun 2024-cü il tarixdə saat 21 radələrində Ağcabədi şəhəri, K. Nəsibov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasına qapını sındıraraq açaraq qanunsuz olaraq daxil olmaqla, ərzaq mağazasından biri 4 manat olmaqla, birlikdə 120 manat dəyərində olan 30 ədəd “Winston” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, birlikdə 27 manat 90 qəpik dəyərində olan 09 ədəd “Winchester” markalı siqaret, biri 2 manat 60 qəpik olmaqla, birlikdə 18 manat 20 qəpik dəyərində olan 07 ədəd “Keno club” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, birlikdə 54 manat dəyərində olan 12 ədəd “Sobranie” markalı siqaret, biri 2 manat 40 qəpik olmaqla, birlikdə 24 manat dəyərində olan 10 ədəd “Argo” markalı siqaret, biri 3 manat 30 qəpik olmaqla, birlikdə 36 manat 30 qəpik dəyərində olan 11 ədəd “Baltika 9” markalı pivə, biri 2 manat olmaqla, birlikdə 10 manat dəyərində olan 05 ədəd “Xırdalan” markalı pivə, 14 manat 30 qəpik dəyərində olan 01 ədəd “Krakov” adlı kolbasa, biri 11 manat 70 qəpik olmaqla, birlikdə 70 manat 20 qəpik dəyərində olan 06 ədəd “Mamedoff” markalı araq, “Bakcell” mobil rabitə operatoruna aid olan 160 ədəd 1 manatlıq kontur və 40 manat dəyərində qəpik pullar oğurlayaraq ümumilikdə 574 manat 90 qəpik dəyərində özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 iyun 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə spirtli içki qəbul edib, sərxoş olmuş və Ağcabədi şəhəri, K. Nəsibov küçəsində yerləşən “Rafiqin” marketi kimi tanınan ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 21 radələrində adı çəkilən mağazaya yaxınlaşmış, mağazanın qapısı bağlı olduğu üçün, mağazanın qapısını çiyini ilə vuraraq sındırıb içəri daxil olmuşdur. Mağazaya daxil olaraq spirtli içkilər olan soyuducuya yaxınlaşmış və oradan təxminən 11 ədəd “Baltika 9” markalı pivə və əlavə olaraq bir neçə ədəd müxtəlif növ araqlar, 60-70 ədəd müxtəlif markalı siqaret qutuları götürmüş və orada olan sellofan torbalara yerləşdirmişdir. Bundan sonra marketdə yerləşən masaya yaxınlaşmış, masanın altında yerləşən qutuya baxdıqda orada qəpik pulların olduğunu görmüş və götürmüşdür. Götürdüyü qəpiklər 40 manat olmuşdur. Bundan başqa, həmin yerdə çoxlu sayda konturlar da götürmüşdür. Bundan sonra, oğurladığı əşyaları götürüb marketdən çıxmış və piyada yaşadığı evə getmişdir. Oğurladığı əşyaların bir qismini evlərinin həyətində gizlətmiş, siqaretlərin isə bir qismini istifadə etmək üçün üzərində saxlamışdır. Sonradan zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhəri, K.Nəsibov küçəsi ev 71-də yaşayır. 22 iyun 2024-cü il tarixdə, saat 07:50 radələrində Ağcabədi şəhəri, K. Nəsibov küçəsində yerləşən, özünə məxsus ərzaq mağazasına işə gəldikdə mağazanın qapısı açıq olduğunu görmüşdür. İçəri daxil olarkən kassada saxladığı 40 manat qəpik pulların götürüldüyünü və mağazanın içərisində olan vitrinlərin dağıdıldığını görmüşdür. Bunları görən kimi Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarına məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 574 manat 90 qəpik məbləğində maddi ziyan dəymişdir. Onun mağazasından biri 4 manat olmaqla, cəmi 120 manat dəyərində olan 30 ədəd “Winston” markalı siqaret, biri 3 manat 10 qəpik olmaqla, cəmi 27 manat 90 qəpik dəyərində olan 09 ədəd “Winchester” markalı siqaret, biri 2 manat 20 qəpik olmaqla, cəmi 15 manat 40 qəpik dəyərində olan 07 ədəd “Keno club” markalı siqaret, biri 4 manat 50 qəpik olmaqla, cəmi 54 manat dəyərində olan 12 ədəd “Sobranie” markalı siqaret, biri 2 manat 40 qəpik olmaqla, cəmi 24 manat dəyərində olan 10 ədəd “Argo” markalı siqaret, biri 3 manat 30 qəpik olmaqla, cəmi 36 manat 30 qəpik dəyərində olan 11 ədəd “Baltika 9” markalı pivə, biri 2 manat olmaqla, cəmi 10 manat dəyərində olan 05 ədəd “Xırdalan” markalı pivə, 14 manat 30 qəpik dəyərində olan 01 ədəd “Krakov” adlı kolbasa, biri 10 manat 50 qəpik olmaqla, cəmi 63 manat dəyərində olan 06 ədəd “Mamedoff” markalı araq, “Bakcell” mobil rabitə operatoruna aid olan 160 ədəd 1 manatlıq kontur və 40 manat dəyərində qəpik pullar oğurlanmışdır. Ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və təqsirləndirilən şəxsə köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu spirtli içki aludəçisidir və tez-tez spirtli içkilər qəbul edir. 21 iyun 2024-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs evlərinin həyətində yerləşən yardımçı tikilidə spirtli içki qəbul edərək sərxoş olmuşdur. Nahidin həmin gün yardımçı tikilidən çıxıb Ağcabədi şəhəri, K. Nəsibov küçəsində yerləşən “Rafiqin” marketi kimi tanınan ərzaq mağazasından qanunsuz olaraq daxil olub oğurluq etməsi barədə isə əvvəlcədən onun xəbəri olmamışdır. 21 iyun 2024-cü il tarixdə Ağcabədi şəhəri, K. Nəsibov küçəsində yerləşən Ağcabədi şəhəri sakini Zərərçəkmiş şəxs məxsus “Rafiqin” marketi kimi tanınan ərzaq mağazasından oğlunun oğurluq etdiyi ona məlum olmuşdur. Zərərçəkmiş şəxs oğurluq nəticəsində dəymiş maddi ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6310 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 533,80 manat müəyyən olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və arayışdan görünür ki, 34 ədəd müxtəlif markalı siqaretlər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Ağcabədi rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 452 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri, Budaqov küçəsi ev 34-də qeydiyyatda olmaqla Ağcabədi şəhəri, K.Nəsibov küçəsi ev 111-də məskunlaşıb yaşayır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunmuşdur. Baxmayaraq ki, həmin məhkumluq ödənilməyib, lakin cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs tutulduğu tarixədək, yəni xx.xx.2024-cü il tarixədək cəzasının 09 ay 15 gününü çəkmiş, onun üzərində 10 ay 11 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərin ödənilməsini, məcburi köçkün olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, zərərin ödənilməsi, zərəçəkmiş şəxsin şikayət və tələbinin olmaması, məcburi köçkün olması, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş qalan 10 ay 11 günü iki günə bir gün hesabı ilə hesablanaraq hazırkı hökmə qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanaraq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin bildirişlərindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 50 manatdır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan 34 ədəd müxtəlif markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; CM-nin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasının çəkilməmiş qalan 10 ay 11 günü iki günə bir gün hesabı ilə hesablanaraq hazırkı hökmə qismən birləşdirməklə ona 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 23 iyun 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis şöbəsində saxlanılan 34 ədəd müxtəlif markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 12 iş saatı üçün 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-137/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-137/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver