Məhkəmə qərarları › İş №1(017)-14/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-14/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-14/2025 27.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, Ağcabədi rayon Şərəfxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, xeyli miqdarda qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 04 fevral 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 450 metr uzunluğunda, 5595,46 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabeli özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 5595,46 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla xeyli miqdarda oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hacılar və Qaraxanlı kəndləri ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 150 metr uzunluğunda, 1880,63 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 13 fevral 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1880,63 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 24 fevral 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Qaraxanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 170 metr uzunluğunda, 1854,13 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1854,13 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin qəsəbə sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 120 metr uzunluğunda, 747.65 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabelini 11 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 747.65 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon İmamqulubəyli kəndi istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 360 metr uzunluğunda, 7733.06 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabelini 22 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə xeyli miqdarda 7733.06 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 23 mart 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Muğanlı-Təzəkənd kənləri istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 110 metr uzunluğunda, 1511.88 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1511.88 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hindarx qəsəbəsində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin qəsəbə sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 195 metr uzunluğunda, 2567.92 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 24 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2567.92 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 257 metr uzunluğunda, 5520.55 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabelini 31 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə xeyli miqdarda 5520.55 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 300 metr uzunluğunda, 1401.84 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabelini 13 aprel 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1401.84 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 22 aprel 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 250 metr uzunluğunda, 2056,74 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2056,74 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Muğanlı-Təzəkənd kəndləri ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 200 metr uzunluğunda, 1765.28 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 05 may 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1765.28 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 16 may 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 180 metr uzunluğunda, 1906,50 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1906,50 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o təkrarən qəsdən, tamah niyyətilə, qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 16 may 2024-cü il tarixdə saat 03:30 dəqiqədə Ağcabədi rayon Şotlanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 250 metr uzunluğunda, 2169.31 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2169.31 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talamışdır. Bundan başqa, o xeyli miqdarda, yəni təmiz çəkisi 6,63 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynində olan boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 16 may 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq saat 11 radələrində Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib saat 11:45-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda saxladığı təmiz çəkisi 6,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 13 aprel 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində çəkilmiş internet kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlamışdır. Bundan başqa, 22 aprel 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində çəkilmiş internet kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlamışdır. Bundan başqa, 05 may 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Muğanlı-Təzəkənd kəndləri ərazisində çəkilmiş internet kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlamışdır. Bundan başqa, 16 may 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində çəkilmiş internet kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlamışdır. Bundan başqa, 16 may 2024-cü il tarixdə saat 03:30 dəqiqədə Ağcabədi rayon Şotlanlı kəndi ərazisində çəkilmiş internet kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlamışdır. Oğurladığı kabeli yaşadığı evə apararaq əritmiş, əldə etdiyi misi tanımadığı şəxslərə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Lakin, ittiham aktında qeyd olunan digər oğurluqları, yəni fevral-mart ayında olan oğurluqları etməmişdir. 16 may 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonunun Şərəfxanlı kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Ağcabədi Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə və digər qanunsuz əşya olmamışdır. Ağcabədi Rayon Polis Şöbəsində onun üzərinə bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana qoymuşlar və üzərinə baxış keçirilərkən həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Üzərinə baxış keçirilərkən vəkili də yanında olmuşdur. Lakin, narkotikin üzərinə qoyulması barədə vəkilinə heç bir söz deməmişdir. Hazırda göstərdiyi oğurluqları etdiyinə görə peşmançılıq çəkir və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 04 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kəndində quraşdırılmış Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 450 metr uzunluğunda, 5595.46 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelinin oğurlanması barədə Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialına məlumat daxil olmuş və nəticədə həmin idarəyə 5595.46 manat maddi zərər dəymişdir. Bundan başqa, 13 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Hacılar və Qaraxanlı kəndləri ərazisində quraşdırılmış 150 metr uzunluğunda, 1880,63 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 24 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Qaraxanlı kəndində quraşdırılmış 170 metr uzunluğunda, 1854.13 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 11 mart 2024-cü il tarixdə Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində quraşdırılmış 120 metr uzunluğunda, 747.65 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabel, 22 mart 2024-cü il tarixdə Ağcabədi rayon İmamqulubəyli kəndiində quraşdırılmış 360 metr uzunluğunda, 7733.06 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabel, 23 mart 2024-cü il tarixdə Ağcabədi rayon Muğanlı-Təzəkənd kənləri istimqamətində quraşdırılmış 110 metr uzunluğunda, 1511.88 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 24 mart 2024-cü il tarixdə Ağcabədi rayon Hindarx qəsəbəsində quraşdırılmış 195 metr uzunluğunda, 2567.92 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 31 mart 2024-cü il tarixdə Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində quraşdırılmış 257 metr uzunluğunda, 5520.55 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabel, 13 aprel 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış 300 metr uzunluğunda, 1401.84 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabel, 22 aprel 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış 250 metr uzunluğunda, 2056,74 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 05 may 2024-cü il tarixdə Ağcabədi rayon Muğanlı-Təzəkənd kəndləri ərazisində quraşdırılmış 200 metr uzunluğunda, 1765.28 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 12 may 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış 180 metr uzunluğunda, 1906,50 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabel, 16 may 2024-cü il tarixdə Ağcabədi rayon Şotlanlı kəndində quraşdırılmış 250 metr uzunluğunda, 2169.31 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabeli naməlum şəxs tərəfindən oğurlanmış və bunun da nəticəsində idarəyə ümumilikdə 36710,95 manat maddi zərər dəymişdir. Sonradan məlum olmuşdur ki, həmin kabellər Təqsirləndirilən şəxs oğurlamışdır. Hazırda həmin ziyan ödənilməmiş, Zərərçəkmiş şəxs2 MMC tərəfindən mülki iddia verilmiş və Zərərçəkmiş şəxs2 MMC mülki iddiaçı kimi tanınmışdır. Mülki iddianı müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs həmin gün, yəni 16 may 2024-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayonunun Şərəfxanlı kəndində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin kibrit qutusunda marixuana olmasını bildirmişdir. Kibrit qutusuna baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, kağız konvertdə qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat daxil olmamışdır. Bundan başqa, Əlizadə X2 rayonunnun müxtəlif kəndlərinin ərazisində çəkilmiş internet naqillərini oğurlayaraq satdığını, həmçinin yaşadığı evin həyətində olan yardımçı tikilidə həmin oğurladığı internet naqilinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və evin həyətyanı sahəsində olan tikilinin içərisindən təxminən 200 metr uzunluğunda internet naqilini və həmin naqili kəsən zaman istifadə etdiyi 01 ədəd dəmirkəsən mişarı Vasif Əlizədə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 MMC-də işləyir və Ağcabədi rayon Şərəfxanlı, Şotlanlı və Şahmallar kəndləri ərazisinə gedən internet xətləri üzrə nəzarətçi işləyir. 13 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Qaraxanlı-Hacılar kəndlərində internet dayandığı üçün əraziyə nəzarətə çıxmış, həmin vaxt Hacılar-Qaraxanlı kəndləri ərazisində yol kənarı ilə hava xəttiynən gedən internet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan başqa, 22 mart 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində olan zaman kənd sakinləri ona zəng edərək internetin işləmədiyini bildirmiş, yaşadığı kəndə gedən avtomobil yolunun kənarında yeraltı xətllərlə gedən internet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan başqa, 31 mart 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində olan zaman kənd sakinləri ona zəng edərək internetin işləmədiyini bildirmiş, kəndə gedən avtomobil yolunun kənarında yeraltı xətllərlə gedən internet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan başqa, 13 aprel 2024-cü il tarixdə nəzarətçisi olduğu Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində çəkilmiş olan internet naqillərinin vəziyyəti ilə bağlı yoxlama aparan zaman Ağcabədi rayon Şərəfxanlı-Şotlanlı avtomobil yolunun kənarında hava xətti ilə gedən internet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan başqa, 22 aprel 2024-cü il tarixdə Ağcabədi rayon Şərəfxanlı kənd sakinləri ona zəng edərək internetin işləməməsi barədə narazılıq etmiş, həmin əraziyə baxış keçirərkən unternet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bundan başqa, 16 may 2024-cü il tarixdə nəzarətçisi olduğu Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində çəkilmiş olan internet naqillərinin vəziyyəti ilə bağlı yoxlama aparan zaman Ağcabədi rayon Şərəfxanlı-Şotlanlı avtomobil yolunun kənarında hava xətti ilə gedən internet naqilinin kəsilərək oğurlandığını müəyyən etmişdir. Bütün bunlar barədə idarəyə və Ağcabədi RPŞ-yə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin kabellər Ağcabədi rayon Şərəfxanlı kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsə də, şahid X5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusunun içərisinə baxış keçirilərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 17 may 2024-cü il tarixli 3-16- 16/2-18/503 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 07 noyabr 2024-cü il tarixli 1809 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 16 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi narkoloji kabinetdə dispanser qeydiyyatdadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığn məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(061)-570/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(061)-570/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 20 may 2024-cü il tarixədək 1 il 7 ay 9 gününü çəkmiş, 4 ay 17 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 dekabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlləri üzrə, yəni fevral-mart aylarında olan oğurluqları və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən həmin cinayətləri törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokolla, həmin protokola əlavə edilmiş baxış keçirilərkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd olunan cinayətləri törətməsi onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə Tərtər rayon məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xeyli müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Usta olsa da, iş olmadığı üçün maddi vəziyyəti aşağı olmuş və bu səbəbdən də, oğurluq etmək qərarına gəlmişdir. Usta fəaliyyəti göstərdiyi üçün müxtəlif kəndlərə getmiş və həmin kəndlərə gedən zaman yolun kənarı ilə hava xətti vasitəsi ilə internet xəttlərinin getdiyini və həmin xəttlərin içərisində qiymətli metal olduğunu bilmişdir. 04 fevral 2024-cü il tarixdə gecə saat 03 radələrində özü ilə götürdüyü dəmir kəsən “mişar” aləti ilə Ağcabədi rayon Şərəfxanlı-Şotlanlı yolunun sağ kənarı ilə, hava xətti ilə gedən internet naqilini kəsib oğurlamaq üçün həmin əraziyə getmiş, özü ilə apardığı mişar aləti ilə təxminən 450 metr uzunluğunda internet naqilini kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə aparıb, əriddikdən sonra kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. Daha sonra, öz əməllərini davam etdirərək 13 fevral 2024-cü il tarixdə gecə saat təxminən 03 radələrində özü ilə götürdüyü dəmir kəsən “mişar” aləti ilə Ağcabədi rayon Hacılar-Qaraxanlı kəndi ərazisində hava xətti ilə keçən internet naqilini kəsib oğurlamaq üçün həmin əraziyə getmiş və özü ilə apardığı mişar aləti ilə təxminən 150 metr uzunluğunda internet naqilini kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə apararaq orada əridib kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. 150 metr naqildən nə qədər metal çıxdığını dəqiq xatırlamamışdır. Daha sonra Qaraxanlı kəndinə gedən zaman yolun kənarında həmin naqillərdən olduğunu bilmiş və diqqət çəkməmək üçün 24 fevral 2024-cü il tarixdə gecə saat 03 radələrində özü ilə götürdüyü dəmir kəsən “mişar” aləti ilə Ağcabədi rayon Qaraxanlı kəndinə gedən avtomobil yolunun sağ kənarı ilə, hava xətti ilə gedən internet naqilini kəsib oğurlamaq üçün həmin əraziyə getmişdir. O, özü ilə apardığı mişar aləti ilə təxminən 170 metr uzunluğunda internet naqilini kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə apararaq orada əridib kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. Bundan sonra, 11 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində Ağcabədi rayon Hindarx qəsəbəsinə getmiş, bir gün əvvəl həmin ərazidə iş görmək üçün gedən zaman yeraltı xəttlə gedən naqillərin çıxarılıb həmin əraziyə qoyulduğunu görmüşdür. O, uzunluğu təxminən 120 metr olan kənara qoyulmuş naqilləri götürmüş və oğurlayaraq yaşadığı evin həyətinə aparmışdır. Həmin naqilləri əritmiş və tanımadığı şəxsə satmışdır. Bundan sonra, 22 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisi ilə yol kənarıda hava xətti ilə çəlkilmiş internet naqillərinin keçdiyi yerə getmiş, yaşadığı ev ilə həmin ərazinin arasında məsafə elə də çox olmamışdır. Özü ilə apardığı mişar aləti ilə təxminən 360 metr uzunluğunda internet naqillini kəsmiş və oğurlayaraq yaşadığı evə aparıb əridərək satmışdır. Bundan sonra, 23 mart 2024-cü il tarixdə gecə saatlarında Ağcabədi rayon Muğanlı-Təzəkənd kəndləri istiqamətində hava xətti ilə keçən təxminən 100-110 metr uzunluğunda internet naqilini özü ilə apardığı mişar ilə kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə apararaq orada əridib kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. Bundan sonra, 23 mart 2024-cü il tarixdə günün birinci yarısında Hindarx qəsəbəsi ərazisində olan zaman təmir işləri ilə əlqədar olaraq yeraltı xəttlərlə gedən internet naqillərinin çıxarılıb yol kənarına qoyulduğunu bilmiş və 24 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində həmin əraziyə gedərək təxminən 195 metr uzunluğunda internet naqilini oğurlayıb yaşadığı evin həyətinə apararaq əridib tanımadığı şəxsə satmışdır. Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində yeraltı xəttlə gedən naqillərin təmir üçün kənara çıxırılıb qoyulduğunu bildiyinə görə 31 mart 2024-cü il tarixdə gecə saatlarında İmamqulubəyli kəndi ərazisinə getmiş və təxminən 250-260 metr uzunluğunda naqili gtirib evin həyətindəki tikilidə əridib satmışdır. Bundan sonra, 12 aprel 2024-cü il tarixdə gecə saatlarında dəmir kəsən mişarını götürüb Şərəfxanlı yolunun kənarına çıxmış və ətrafa göz gəzdirdikdən sonra yolun sol kənarında hava xətti ilə gedən internet naqilini əlilə dartıb təxminən 300 metrini kəsib yaşadığı evin həyətindəki tövləyə aparmışdır. Həmin naqili də əridib tanımadığı şəxsə satmışdır. Bundan sonra, 22 aprel 2024-cü il tarixdə gecə saatlarında özü ilə götürdüyü dəmir kəsən “mişar” aləti ilə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən yaşadığı küçə ilə qonşuluqda yerləşən və kənd arasında “peyinlik” kimi adlanan ərazidə hava xətti ilə gedən internet naqilini kəsib oğurlamaq üçün həmin əraziyə getmiş və özü ilə apardığı mişar aləti ilə təxminən 250 metr uzunluğunda internet naqilini kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə apararaq orada əridib kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. Həmin vaxtadan təxminən 10 gün sonra gecə saatlarında yenə də həmin küçəyə getmiş və 10 gün əvvəl kəsdiyi hissədən başlayaraq 180 metr uzunluğunda internet naqilini kəsib oğurlayaraq yaşadığı evin həyətində olan tövləyə aparıb orada əridərək kiloqramını 10 manatdan tanımadığı şəxsə sataraq pulunu xərcləmişdir. Bundan sonra, 05 may 2024-cü il tarixdə gecə saat 03 radələrində mişar alətini götürüb Ağcabədi rayon Muğanlı kəndinə getmiş və hava xətti ilə gedən naqili şalbana çıxıb kəsdikdən sonra əli ilə dartıb çıxararaq 200 metr uzunluğunda naqili gətirib evinin həyətində olan tikilidə əridərək satmışdır. Bundan sonra, 16 may 2024-cü il tarixdə saat təxminən 03:30 radələrində həmin əraziyə tək getmiş və naqilləri kəsmək üçün evdə həyət üçün işlətdiyi “najofka” adlanan alət və kəlbətin adlanan aləti də özü ilə götürmüşdür. O, təxminən 150-200 metr uzunluğunda naqili kəsmiş və əridib satmaq üçün yaşadığı evin həyətində olan mal tövləsində saxlamışdır. Həmin naqilləri əridib bir gün sonra satmaq üçün saxlamışdır. Həmin gün diqqət çəkməmək üçün əridib satmamışdır. O, təxminən 3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 16 may 2024-cü il tarixdə saat 08 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarı ilə işə gedən zaman yolun kənarında yerdə bir ədəd kibrit qutusu görmüş, qutu diqqətini çəkdiyi üçün götürüb içərisini açan zaman içərisində yaşıl rəngli, spesfik iyə malik qurudulmuş marixuana olduğunu görmüşdür. Onun özü də 3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə oduğunu bilmiş və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra, işə getməmək qərarına gəlmiş və evinə qayıtmışdır. 16 may 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona saxlanma səbəbini, hüquq və vəzifələrimi izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Müdafiəçi iştirakı ilə, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmiş, kibrit qutusunun içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmişdir. Bundan sonra, aşkar edilmiş bükümün içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılaraq möhürləndikdən sonra o, da imza etmişdir. Daha sonra, onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, şəxsi axtarışdan sonra başqa cinayət əməllərini törətdiyini etiraf etmiş və evinin həyətyanı sahəsində yerləşən tövlədə saxladığı kəsib oğurlamış olduğu naqili maddi sübut ilə birlikdə təqdim etmişdir. Narkotik vasitəni üstündə saxlamaqda məqsədinin sadəcə istifadə etmək olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş həmin ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək qəsdən, tamah niyyətilə, xeyli miqdarda qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 04 fevral 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 450 metr uzunluğunda, 5595,46 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabeli özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 5595,46 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla xeyli miqdarda oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hacılar və Qaraxanlı kəndləri ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 150 metr uzunluğunda, 1880,63 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 13 fevral 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1880,63 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 24 fevral 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Qaraxanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 170 metr uzunluğunda, 1854,13 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1854,13 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin qəsəbə sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 120 metr uzunluğunda, 747.65 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabelini 11 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 747.65 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon İmamqulubəyli kəndi istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 360 metr uzunluğunda, 7733.06 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabelini 22 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə xeyli miqdarda 7733.06 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 23 mart 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Muğanlı-Təzəkənd kənləri istimqamətində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 110 metr uzunluğunda, 1511.88 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1511.88 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Hindarx qəsəbəsində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin qəsəbə sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 195 metr uzunluğunda, 2567.92 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 24 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2567.92 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 257 metr uzunluğunda, 5520.55 manat dəyərində TPP 200x2 troslu ictimai əhəmiyyətli kabelini 31 mart 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə xeyli miqdarda 5520.55 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 300 metr uzunluğunda, 1401.84 manat dəyərində TPP 50x2 troslu ictimai əhəmiyyətli kabelini 13 aprel 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1401.84 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 22 aprel 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 250 metr uzunluğunda, 2056,74 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2056,74 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə Ağcabədi rayon Muğanlı-Təzəkənd kəndləri ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 200 metr uzunluğunda, 1765.28 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini 05 may 2024-cü il tarixdə saat 03 radələrində özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1765.28 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 16 may 2024-cü il tarixdə saat 03 radələrində Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 180 metr uzunluğunda, 1906,50 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsib oğurlayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 1906,50 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması, təkrarən qəsdən, tamah niyyətilə, qanunsuz olaraq ictimai əhəmiyyətli rabitə xətti olan özgə əmlakını talamaq məqsədilə 16 may 2024-cü il tarixdə saat 03:30 dəqiqədə Ağcabədi rayon Şotlanlı kəndində quraşdırılmış Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə məxsus həmin kənd sakinlərinə rabitə xidməti göstərilməsi üçün hava xətti ilə çəkilmiş 250 metr uzunluğunda, 2169.31 manat dəyərində TPP 100x2 troslu ictimai əhəmiyyətli kabelini özü ilə gətirdiyi dəmir kəsənlə kəsərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 2169.31 manat maddi zərər vuraraq özgənin əmlakını gizli yolla oğurlayıb talaması və xeyli miqdarda, yəni təmiz çəkisi 6,63 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynində olan boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlaması, 16 may 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayon Şərəfxanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq saat 11 radələrində Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib saat 11:45-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda saxladığı təmiz çəkisi 6,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(061)-570/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 20 may 2024-cü il tarixədək təyin olunmuş cəzadan 01 il 07 ay 09 gününü çəkmiş, 04 ay 17 gün çəkilməmiş cəzası qalmış və Ağcabədi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(061)-570/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 04 ay 17 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 20 may 2024-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 07 noyabr 2024-cü il tarixli 1809 saylı rəyini və “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 16 sentyabr 2024-cü il tarixli məktubunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində yalnız narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,61 qram (ilkin xalis çəkisi 6,63 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 200 metr internet naqili və cinayətin törədilməsində istifadə olunan 01 ədəd “mişar” məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin Aran regional filialının Ağcabədi şöbəsinə 36710,95 manat maddi ziyan dəymiş, həmin ziyanla bağlı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı və məhkəməyə ünvanlanmış ərizədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsin mülki iddiası ilə bağlı maddi imkanının olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia təmin edilərək Təqsirləndirilən şəxs 36710,95 manat maddi ziyan və ödənilmiş 200 manat dövlət rüsumu, cəmi 36910,95 manat alınaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 1(061)- 570/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən 18 may 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona qəti olaraq təyin olunmuş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 20 may 2024-cü il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,61 qram (ilkin xalis çəkisi 6,63 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 200 metr internet naqili və cinayətin törədilməsində istifadə olunan 01 ədəd “mişar” məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 36710 manat 95 qəpik maddi ziyan və ödənilmiş 200 manat dövlət rüsumu, cəmi 36910 (otuz altı min doqquz yüz on) manat 95 (doxsan beş) qəpik alınaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar