Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-142/2023 22.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, İmişli rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1957-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Rəncbərlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində əsas qətimkan tədbiri qismində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun yaradılmaqla, həmin Qanunla müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli, 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Ağcabədi rayonunun ərazisini əhatə edən Rəncbərlər kənd bələdiyyəsinə 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv seçilməklə bələdiyyənin 30 yanvar 2015-ci il tarixli iclas protokoluna əsasən səlahiyyətləri tanınmış və eyni tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilmiş və növbəti 23 dekabr 2019-cu il tarixdə keçirilən seçkilərdə bələdiyyə üzvü və 18 yanvar 2020-ci il tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 3,0 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı həmin kənd sakini Zərərçəkmiş şəxs1 2015-ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar, Zərərçəkmiş şəxs1 özünü həmin torpaq sahəsini təkbaşına olaraq rəsmiləşdirməsi səlahiyyətinə malik olan şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 3,0 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə dövlət büdcəsinə ödəniləcək vergi rüsumu və digər xərclərin qarşılanmasının zəruriliyi adı ilə maddi nemət olan 16.000 manat məbləğində pul vəsaitini istəyib, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 02 mart 2015-ci il tarixdə Rəncbərlər kəndində yaşadığı evində Zərərçəkmiş şəxs1 16.000 manat pul vəsaitini almaqla ələ keçirmiş, özünə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən torpağın Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 verilməsi görüntüsü yaradan “xx.xx.2015-ci il tarixli Aktı” 02 mart 2015-ci il tarixdə həmin bələdiyyənin Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən inzibati binasında tamah niyyəti ilə tərtib edib özü imzalayaraq və cinayətdən xəbərsiz olan şəxslər mühasibxəzinədar Zərərçəkmiş şəxs2, sədr müavini Şahid3, baş mühasib Şahid2, Şahid1 imza etdirib bələdiyyəyə məxsus üzərində “Azərbaycan Respublikası Ağcabədi rayonu, Rəncbərlər bələdiyyəsi” yazılar olan dairəvi möhürlə təsdiq edib həmin sənədi Zərərçəkmiş şəxs1 bələdiyyənin binasında təqdim edərək, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2000-ci il tarixli 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “X2”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfus, özünə müraciət etmiş şəxslərin isə torpaq sahəsindən qanunsuz istifadələrinə nail olmaq məqsədilə 2015-2022-ci illər ərzində torpaqdan istifadə etməklə bağlı özünə Ağcabədi rayon Rəncbərlər kənd sakinlərinin etmiş olduğu müraciətlə əlaqədar qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli 587-İQ nömrəli Azərbaycan Respublikası qanununa əsasən bələdiyyə torpaqları üzərində icarə hüquqlarını hüquqi və ya fiziki şəxslərə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsini təmin etməli olduğu halda, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Azərbaycan Respublikası qanuna əsasən torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə, istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin edilməsi, torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməsi və iddialar qaldırılması kimi nəzarət funksiyası yerinə yetirməli olduğu halda öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək rayon sakinləri X9 tərəfindən 6,0 ha, X26 tərəfindən 4,0 ha, X10 tərəfindən 4,5 ha, X8 tərəfindən 4,5 ha, X20 tərəfindən 2,0 ha, Şahid1 tərəfindən 3,2 ha, X21 tərəfindən 4,,0 ha, X13 tərəfindən 4,0 ha, X14 tərəfindən 2,0 ha, X15 tərəfindən 1,0 ha, X36 tərəfindən 1,0 ha, X16 oğlu tərəfindən 1,0 ha, Şahid3 tərəfindən 2,5 ha, X27 tərəfindən 1,0 ha, X3 tərəfindən 1,0 ha, X31 tərəfindən 1,0 ha, X22 tərəfindən 1,0 ha, X23 tərəfindən 1,0 ha, X17 tərəfindən 1,0 ha, X24 tərəfindən 1,0 ha, X25 tərəfindən 1,0 ha, X11 tərəfindən 1,0 ha, ümumililikdə Rəncbərlər kənd ərazisində yerləşən 49,7 ha ölçüdə torpaq sahələrinin 2015- 2022-ci illər ərzində icarə haqqı ödənilmədən faktiki istifadə edilməsinə şərait yaratmaqla bələdiyyə büdcəsində 26.779 manat məbləğində ziyan vurulması ilə bələdiyyə vəsaitlərinin qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozub, Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla, həmin hərəkətləri ilə Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi, bununla bağlı bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-ci ilin dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş, 2015-ci ilin yanvar ayında isə üzvlərin ümumi yığıncağında bələdiyyə sədri seçilmişdir. Ağcabədi rayonunun Rəncbərlər kənd sakini Zərərçəkmiş şəxs1 onun qohumudur və onların ailəsi ilə münasibəti çox yaxın olmuş, uzun illər qonşuluqda yaşamışlar. Zərərçəkmiş şəxs1 ilə Şahid1 dedikləri həqiqətə uygun deyildir. Belə ki, Şahid1 adına torpaq aktını tərtib etmək üçün Azərdən pul almamış, yalnız həmin söhbətlərdən əvvəl Şahid1 2.000 manata yaxın borc almışdır. Sonradan Şahid1 adına həqiqəqtən də icarə müqaviləsi bağlamaq istəmiş, sadəcə sənədləşmənin aparılması mümükün olamamışdır. Azər qardaşı Şahid1la birlikdə faktiki olaraq 10 ha torpaq sahəsində pambıqçılıqla məşğul olurlar, həmin torpağın 5,40 ha sahəsi pay torpaq kimi onların mülkiyyətində olsa da, qalan 4,60 ha sahəsini faktiki istifadə etmələrinə baxmayaraq, həmin torpaq qanuni əsaslarla mülkiyyətlərində deyildir. 2015-ci ilin fevral ayında Şahid1 ona müraciət edərək istifadəsində olan torpaq sahəsindən 150 metr aralıda yerləşən əkin təyinatlı, faktiki olaraq kənd sakini X1 istifadəsində olan 3,0 ha torpaq sahəsinin ona ayrılmasını xahiş etdi. Qeyd edilən torpaq sahəsində əkin işləri aparan Rövşən Nağıyevin hər hansı sənədləri olmadığına görə sonuncu torpaq vergisi də ödəməmişdir. O, Rövşən Nağıyevə torpağı sənədsiz istifadə etməsinin yolverilməz olduğunu bildirsə də, sonuncu da həmin torpağı 2000-ci ilin əvvələrindən istifadə etdiyini, həmin torpağı kimsəyə təhvil verməyəcəyini bildirmişdir. 2015-ci ilin fevral ayında baş mühasib Şahid2, mühasib-xəzinədar Zərərçəkmiş şəxs2, sədr müavini Rasim Binyatov ilə Rövşən Nağıyevin faktiki istifadəsində olan 3,0 ha torpaq sahəsinə baxış keçirmişlər və Rövşən yenə də torpağın uzun illər onun istifadəsində olduğunu demişdir. Bələdiyyə reyestrində həmin torpağın bələdiyyə balansında və ya pay torpağı olması barədə məlumat əldə edə bilməmiş, həmin torpağın hansı balansda olmasını öyrənmək üçün müxtəlif qurumlara sorğu verilərək cavab alımamışdır. Çünki həmin prosedur uzun vaxt apardığından bunu etməmişdir. Buna görə də qohumu Şahid1 adına həmin torpağı sənədləşdirmək üçün ilkin olaraq sonuncunu Rəncbərlər kənd bələdiyyəsinin inzibati binasına dəvət edərək orada bələdiyyənin digər əməkdaşları ilə həmin torpaq sahəsinin Şahid1 adına ayrılması barədə akt tərtib edib sonuncuya təqdim etmişdir. O, həmin torpağı Əliheydərə vermək üçün ondan qeyri-qanuni şəkildə hər hansı ödəniş etməsini tələb etməmişdir. Həmin aktın tərtib olunmasında məqsəd 3,0 ha torpaq sahəsinin Şahid1 ayrılmasından əvvəl sonuncuya torpaq sahəsinin ölçü və sərhədlərinin təqdim edilməsi olmuşdur. Həmin aktda adının qarşısındakı imza ona aiddir. Azərlə Əliheydərin guya onun torpaq sahəsinin Şahid1 adına rəsmiləşdrilməsi üçün 18.000 manat pul tələb etməsi, xx.xx.2015-ci il tarixdə yaşadığı evdə 16.000 manatı alıb aktı təqdim etməsi barədə dedikləri həqiqət deyildir. Aktı vermək üçün Azərdən pul almamış, yalnız həmin söhbətlərdən əvvəl Şahid1 2.000 manata yaxın borc pul almışdır. 2022-ci ilin noyabr ayında Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə kənd sakini, Azərin faktiki zəbt edib istifadəsində olan 4,60 ha sahəsinin 1,0 ha hissəsinin müharibə qazisi X18 ayrılması məqsədi ilə həmin sahəyə birlikdə baxış keçirmiş, Azərə bir neçə gün sonra 1,0 ha torpağın Asif Nağıyevin adına sənədləşdirmə aparılacağına dair məlumat verilmiş, lakin Azər bundan narazı qalaraq ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildimişdir. Azər zəbt etdiyi torpaq sahəsindən 2022-ci ildə kənddə yaşayan qaziyə 1,0 ha ayrılaraq verildiyi üçün onunla ədavət aparmışdır. Şahid1 ona torpağın istifadəsinə görə 2015-ci ildən başlayaraq hər il 300 manat icarə haqqı ödəməmiş, onun dedikləri həqiqət deyildir. Ona təqdim edilmiş 22 dəqiqədən ibarət səs yazısı ilə tanış olmuş, səs yazısında qeydə alınmış səs ona aiddir, Şahid1 ilə arasında həmin söhbət olmuşdur. Lakin, Azərə verilməli pul onun Əliheydərə olan borcundan ibarət olmuşdur. Həmin vaxt onun Əliheydərə 500 manat borcu olmuş, borcunu ödəyə bilmədiyi üçün özünə məxsus torpaq sahəsini sataraq ödəyəcəyini bildirmişdir. Bundan başqa, Rəncbərlər kənd ərazisində 49,7 ha torpaq sahəsi 13 nəfər kənd sakini və 9 nəfər “Vətən Müharibəsi” iştirakçıları tərəfindən zəbt edilərək istifadə edilir. Bələdiyyəyə məxsus əkin torpaq sahələrinin qanusuz istifadəsini aradan qaldırmaq üçün polis orqanlarına və məhkəməyə şifahi qaydada müraciətlər etsə də, məhkəmə və polis orqanından ona tədbir görülməsi üçün torpaqlara dair çıxarışın alınması zəruri olduğu bildirilmiş, çıxarışın alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsə də, həmin qurumun hərəkətsizliyi nəticəsində torpağa dair çıxarışın alınması mümkün olmamışdır. Həmçinin kənd sakinləri ilə münasibətləri korlamamaq üçün rəsmi qaydada müraciət etməmişdir. Bu səbəbdən də Bələdiyyəyə məxsus əkin torpaq sahələrinin qanunsuz istifadəsini aradan qaldırmaq üçün tədbir görmək imkanı olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 pul almasa da, hazırda Zərərçəkmiş şəxs1la barışmışlar, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət vətələbi yoxdur və Zərərçəkmiş şəxs1 bu bərədə məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin 2019-2021ci illər ərzində pandemiya, “Vətən Müharibəsi” və su çatışmazlığlı səbəbindən kənd sakinləri torpağdan istifadə edə bilmədikləri üçün məhsul əldə edə və sata bilməmişlər və bu səbəbdən də bələdiyyə büdcəsində 26.779 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. Lakin buna baxmayaraq torpaqları faktiki istifadə edən şəxslərlə görüşərək icarə haqqının ödənilməsini bildirmişlər və həmin şəxslər də icarə haqqından bu günə 6799 manat ödəniş etmişlər, hazırda da ödənişlər davam edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsə də, onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2000-ci ildən Ağcabədi rayonunun Rəncbərlər kəndində pambıq və taxıl əkinçiliyi ilə məşğul olur. Əkinçilik işlərini 1998-ci ildə İslahat Komissiyası tərəfindən qardaşı Şahid1 adına ayrılmış 5,0 ha və ona bitişik olan bələdiyyə tərəfindən faktiki onun istifadəsinə verilmiş 3,0 ha, cəmi 8,0 ha torpaq sahəsində həyata keçirirər. Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onların ailələrinə yaxın münasibətdə olmuş, onların ata və babaları daimi yaxın münasibətdə olmuşdurlar. 2014-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs Rəncbərlər kənd bələdiyyəsinə sədr seçildikdən sonra 2015ci ilin fevral ayında istifadəsində olan 3,0 ha torpaq sahəsindən 150 metr məsafədə yerləşən əkin təyinatlı faktiki olaraq kənd sakini X1 istifadəsində olan 3,0 ha ərazisi olan torpaq sahəsinin onun adına ayrılmasına kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində əkin işləri aparan Rövşən Nağıyevin uzun müddətdir torpaq vergisi ödəməməsi səbəbindən həmin torpaq sahəsinin alaraq onun istifadəsinə veriləcəyini bildirmişdir. 2015-ci ilin fevral ayında Zahirlə həmin torpaq sahəsinə baxmış və həmin torpaq sahəsinin istifadəsində olan, qardaşının adına ayrılmış 3,0 ha torpaq sahəsinə yaxın məsafədə yerləşdiyi üçün həmin torpağı götürməyə razılıq vermişdir. Bu səbəbdən əkinçilik fəaliyyətinin genişlənməsi üçün həmin torpaq sahəsinin qardaşı Şahid1 adına rəsmiləşdirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bu məsələnin həlli üçün ondan 18.000 manat pul istəmiş, həmin puldan həm dövlət büdcəsinə vergi rüsumu ödəniləcəyini, həm də digər xərcləri qarşılayacağını demişdir. O, 16.000 manat pulu olduğunu bildirmiş və 02 mart 2015-ci il tarixdə Təqsirləndirilən şəxs Rəncbərlər kəndində yaşadığı evə gedərək ona 16.000 manat pul vermişdir. Həmin gündən bir neçə gün sonra Zahir onu Rəncbərlər kənd bələdiyyəsinin inzibati binasına dəvət edərək orada bələdiyyənin digər əməkdaşları ilə həmin torpaq sahəsinin qardaşı Şahid1 adına ayrılması barədə akt tərtib etmiş, akt Təqsirləndirilən şəxs və orada iştirak edən bələdiyyə üzvləri tərəfindən imzalanaraq ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin ayrılmasının bir neçə ay müddətində həyata keçirəcəyini bildirmişdir. Onların razılaşmasından 1 il keçməsinə baxmayaraq, torpaq sahəsinin ayrılması barədə hər hansı addım atmadığı üçün Zahirlə söhbət etmiş, sonuncu həmin torpaq sahəsinin hazırda başqa şəxslərin istifadəsində olmasını, lakin torpaq sahəsinin həmin kənd sakinlərinin istifadəsindən alınaraq ona veriləcəyini bir daha bildirmişdir. Sonradan o, X29 söhbət etdiyini və sonuncunun ailəliklə həmin torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olduğunu və oradan çıxmayacaqlarını bildirərək, ona başqa yerdən torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yaxın günlərdə məsələnin həllini tapacağını bildirsə də hər hansı nəticə olmamışdır. Bundan sonra o, verdiyi 16.000 manat pulu geri tələb etmişdir. Zahir həmin pulu qaytarmağa da etiraz etməmiş və yaxın günlərdə qaytaracağını bildirmişdir. Daha sonra Zahirin ailəsində ard-arda bədbəxt hadisələr baş vermiş, sonuncunun oğlu Müşviq Bayramov həyat yoldaşından boşanıb arvadına bıçaqla ağır xəsarət yetirməsi səbəbindən həbs edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs pulu qaytarmaq üçün ondan vaxt istəmiş, o da sonuncunu başa düşərək vaxt vermiş, lakin yenə ona pul qaytarılmamışdır. Bu səbəbdən böyük qardaşı Şahid1 Zahirin yaşadığı evə gedərək ondan artıq onları aldatmamasını və verdikləri pulu qaytarmasını tələb etmiş, Əliheydər həmin söhbət zamanı mobil telefon vasitəsilə sonuncunun səsini qeydə almış və həmin səs yazısı araşdırma dövründə araşdırma materialına əlavə edilməsi üçün təqdim edilmişdir. 7 il keçməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs dövlət orqanlarına şikayət etməmişdir. 2022-ci ilin noyabr ayında Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə istifadəsində olan torpaq sahəsinin 1,0 ha hissəsi ayrılaraq kənd sakini, müharibə qazisi X18 verilmiş, o bu barədə Zahirə bildirmiş, sonuncuya 2015-ci ildən ondan aldığı pulu qaytarmadığını, hələ istifadəsindəki torpağı da başqasına verməsini ədalətsiz olduğunu demişdir. Bundan sonra o, aidiyyəti orqanlara şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə qonşu olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs verdiyi 16000 manatı ona bağışlamış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2006-2021-ci illərdə Ağcabədi rayonunun Rəncbərlər bələdiyyəsində xəzinədar vəzifəsində işləmişdir. 2021-ci ilin avqust ayından bələdiyyənin mühasibi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən Rəncbərlər bələdiyyəsinin sədridir. Zərərçəkmiş şəxs1 Rəncbərlər kənd sakini kimi tanıyır, sonuncu qardaşı Şahid1la birlikdə özlərinə məxsus 3,0 ha torpaq sahəsində pambıqçılıqla məşğul olurlar. Təqsirləndirilən şəxsla onların münasibətləri çox yaxın olmuş, onlar kənddə uzun illərdir ki, qonşuluqda yaşayırlar. Zərərçəkmiş şəxs1 qardaşı Şahid1la birlikdə faktiki olaraq 10 ha ölçüdə torpaq sahəsində pambıqçılıqla məşğul olurlar, həmin torpağın 5,40 ha sahəsi pay torpaq kimi onların mülkiyyətində olsa da, qalan 4,60 ha sahəsi onların mülkiyyətlərində deyildir. 02 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasında Şahid1 adına ayrılması üçün sonuncunun istifadəsində olan torpaq sahəsinin təxminən 100-150 metr məsafəsində yerləşən əlavə 3,0 ha torpaq sahəsinin istifadəyə ayrılması üçün həmin torpaq sahəsinə baxış keçirmişlər. Qeyd edilən torpaq sahəsində Rövşən Nağıyev əkin işlərini aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs, həmin vaxt sədr müavini işləmiş Şahid3, mühasib işləmiş Şahid2, xəzinədar kimi o və Şahid1 iştirak etmişlər. Həmin aktın tərtib olunmasında məqsəd sözü gedən 3,0 ha torpaq sahəsinin Şahid1 ayrılmasından əvvəl sonuncuya torpaq sahəsinin ölçü və sərhədlərinin təqdim edilməsi olmuşdur. Həmin aktda adının qarşısındakı imza ona aiddir. Həmin torpağın Əliheydərə verilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən qeyriqanuni şəkildə hər hansı ödəniş tələb edilməsini eşitməmişdir. Daha sonra həmin torpaq sahəsinin ayrılması barədə rəsmi prosedur başlanılmamış, dövlət rüsumu ödənilməmiş, həmçinin akt bələdiyyənin qeydiyyat kitabında qeydiyyata alınmamışdır. Şahid1 qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla aralarında torpaq ayrılmasına dair pul mübahisəsinin olmasınından hazırkı vaxtadək məlumatı olmamışdır. Təqdim edilmiş Şahid1 və Təqsirləndirilən şəxs arasında gedən söhbətin səs yazısındakı səslər hər iki şəxsə aiddir. Səs yazısında gedən söhbətin mövzusundan ona aydın oldu ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında pul mübahisəsi olmuşdur. Onun Zərərçəkmiş şəxs1 və Şahid1 akt verilməmişdən əvvəl Təqsirləndirilən şəxs onlardan torpaq sahəsinin adlarına rəsmiləşdirilməsi üçün 16.000 manat pul alması barədə məlumatı olmamış və bu barədə eşitməmişdir. Şahid1 Azərin faktiki istifadəsində olan zəbt olunduğu deyilən torpaq sahəsinə görə 2015-ci ildən başlayaraq hər il 300 manat icarə haqqı ödəməsi barədə məlumatı olmamış və bu barədə eşitməmişdir. Bundan başqa, bələdiyyə mülkiyyətində olan 49,7 ha ölçüdə torpaq sahəsi 13 nəfər kənd sakini və 9 nəfər “Vətən Müharibəsi” iştirakçıları tərəfindən istifadə edilir. 2019-2021-ci illər ərzində pandemiya, “Vətən Müharibəsi” və su çatışmazlığlı səbəbindən kənd sakinləri torpağdan səmərəli istifadə edə bilmədikləri üçün bələdiyyə büdcəsinə 26.779 manat məbləğində icarə haqqı ödənilməmiş qalmışdır. Son vaxtlarda torpaqları faktiki istifadə edən şəxslərlə görüşərək icarə haqqının ödənilməsini tələb etmişlər və həmin şəxslər də icarə haqqından bu günə 6799 manat ödəniş etmişlər və ödənişlər davam etdirilir. Göstərdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1998ci ildə İslahat Komissiyası tərəfindən Ağcabədi rayonunun Rəncbərlər kəndində onun adına ayrılmış 5,0 ha torpaq sahəsində 2000-cu ildən pambıq və taxıl əkinçiliyi ilə məşğul olur. Həmin torpaq sahəsinə bitişik olan bələdiyyə tərəfindən faktiki istifadəsinə verilmiş 3,0 ha torpaq sahəsində qardaşı Zərərçəkmiş şəxs1 əkinçilik işləri aparır. Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onların ailələrinə yaxın münasibətdə olmuşlar, onların ata və babaları daimi yaxın münasibətdə olmuşdurlar. Təqsirləndirilən şəxs Rəncbərlər kənd bələdiyyəsinə sədr seçildikdən sonra, yəni 2015-ci ildə qardaşı Zərərçəkmiş şəxs1 istifadəsində olan 3,0 ha torpaq sahəsindən 150 metr məsafədə yerləşən əkin təyinatlı, faktiki olaraq kənd sakini X1 istifadəsində olan 3,0 ha torpaq sahəsini Azərin adına ayrılmasına kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində əkin işləri aparan Rövşən Nağıyevin uzun müddətdir torpaq vergisi ödəməməsi səbəbindən həmin torpaq sahəsinin alınaraq Azərin istifadəsinə veriləcəyini bildirmişdir. 2015-ci ilin fevral ayında həmin torpaq sahəsinə baxmışlar və həmin torpaq sahəsi Azərin istifadəsində olan 3,0 ha torpaq sahəsinə yaxın məsafədə yerləşdiyi üçün həmin torpağı götürməyə razılıq vermişlər. Bu səbəbdən əkinçilik fəaliyyətinin genişlənməsi üçün həmin torpaq sahəsinin onun adına rəsmiləşdirməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs bu məsələnin həlli üçün Azərdən 18.000 manat pul istəmiş, həmin puldan həm dövlət büdcəsinə vergi rüsumu ödəniləcəyini, həm də digər xərcləri qarşılayacağını demişdir. Azər də 16.000 manat pulu olduğunu bildirərək həmin pulu Təqsirləndirilən şəxs Rəncbərlər kəndində yaşadığı evdə Zahirə vermişdir. Həmin gündən bir neçə gün sonra Zahir onu Rəncbərlər kənd bələdiyyəsinin inzibati binasına dəvət edərək orada bələdiyyənin digər əməkdaşları ilə həmin torpaq sahəsinin onun adına ayrılması barədə akt tərtib etmiş, akt sədr və orada iştirak edən bələdiyyə üzvləri tərəfindən imzalanaraq onlara təqdim edilmişdir. Həmin vaxtdan xeyli müddət keçmiş, lakin Təqsirləndirilən şəxs göstərilən torpaq sahəsini onlara verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla görüşərək Azərin verdiyi pulu ondan tələb etmiş, Zahir də həmin pulu yaxın günlərdə qaytaracağını və ya onlara torpaq sahəsi verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Azərdən aldığı pulu qaytarmadığı üçün Azər də aidiyyəti orqanlara müraciət etmişdir. Azər 16000 manat pulu Təqsirləndirilən şəxs onun yanında verməmişdir. O, Azərin verdiyi pulu Zahirdən tələb edərkən Zahir həmin pulu yaxın günlərdə qaytaracağına söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015ci ildən Ağcabədi rayon Rəncbərlər bələdiyyəsində mühasib-xəzinədar vəzifələrində işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən Rəncbərlər bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 və Şahid1 Rəncbərlər kənd sakini kimi tanıyır. Onlar özlərinə məxsus torpaq sahəsində pambıqçılıqla məşğul olurlar. Təqsirləndirilən şəxs ilə onların münasibətləri çox yaxın olmuş, onlar kənddə uzun illərdir ki, qonşu yaşayırlar. Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 ilə birlikdə faktiki olaraq 10 ha ölçüdə torpaq sahəsində pambıqçılıqla məşğul olurlar və həmin torpağın 5,40 ha sahəsi pay torpaq kimi onların mülkiyyətində olsa da, qalan 4,60 ha sahəsini faktiki istifadə etsələr də, qanuni əsaslarla mülkiyyətlərində deyildir. 02 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən Azərin qardaşı Şahid1 adına ayrılması üçün sonuncunun istifadəsində olan torpaq sahəsinin təxminən 100-150 metr məsafəsində yerləşən əlavə 3 ha torpaq sahəsinə baxış keçirmişlər. Qeyd edilən torpaq sahəsində əkin işləri Rövşən Nağıyev tərəfindən aparılırdı. Baxış zamanı Təqsirləndirilən şəxs, həmin vaxt sədr müavini Şahid3, xəzinədar Zərərçəkmiş şəxs2 və Şahid1 iştirak etmişlər. Həmin aktın tərtib olunmasında məqsəd 3,0 ha torpaq sahəsinin Şahid1 ayrılmasından əvvəl sonuncuya torpaq sahəsinin ölçü və sərhədlərinin təqdim edilməsi olmuşdur. Həmin aktda adının qarşısındakı imza ona aiddir. Həmin torpağın Əliheydərə verilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni şəkildə hər hansı ödəniş edilməsini tələb etməsini eşitməmişdir. Amma daha sonra həmin torpaq sahəsinin ayrılması barədə rəsmi prosedur başlanılmamış, dövlət rüsumu ödənilməmiş, tərtib edilmiş akt bələdiyyənin qeydiyyat kitabına qeydiyyata alınmamışdır. Şahid1 qardaşı Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında torpaq sahəsinin ayrılmasına dair pul mübahisəsinin olmasından məlumatı olmamışdır. Həmçinin Şahid1 Azərin faktiki istifadəsində olan, zəbt olunduğu deyilən torpağ sahəsinə görə 2015-ci ildən başlayaraq hər il 300 manat icarə haqqı ödəməsi barədə də məlumatı olmamış və bu barədə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2000- 2022-ci illərdə Ağcabədi rayon Rəncbərlər bələdiyyəsində mühasib və sədr müavini vəzifələrində işləmişdir. 2022-ci ilin mart ayından Ağcabədi RİHB-nın Rəncbərlər kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən Rəncbərlər bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 və Şahid1 Rəncbərlər kənd sakini kimi tanıyır. Onlar özlərinə məxsus torpaq sahəsində pambıqçılıqla məşğul olurlar. Təqsirləndirilən şəxsla onların münasibətləri çox yaxın olmuş, onlar kənddə uzun illərdir ki, qonşu yaşayırlar. Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 ilə birlikdə faktiki olaraq 10 ha ölçüdə torpaq sahəsində pambıqçılıqla məşğul olurlar və həmin torpağın 5,40 ha sahəsi pay torpaq kimi onların mülkiyyətində olsa da, qalan 4,60 ha sahəsini faktiki istifadə etsələr də, qanuni əsaslarla mülkiyyətlərində deyildir. 02 mart 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan razılaşmaya əsasən Azərin qardaşı Şahid1 adına ayrılması üçün sonuncunun istifadəsində olan torpaq sahəsinin təxminən 100-150 metr məsafəsində yerləşən əlavə 3 ha torpaq sahəsinə baxış keçirmişlər. Qeyd edilən torpaq sahəsində əkin işləri Rövşən Nağıyev tərəfindən aparılırdı. Baxış zamanı Təqsirləndirilən şəxs, Ağcabədi rayon Rəncbərlər bələdiyyəsində mühasibxəzinədar vəzifələrində işləyən Şahid2, xəzinədar Zərərçəkmiş şəxs2, Şahid1 və o, iştirak etmişlər. Həmin aktın tərtib olunmasında məqsəd 3,0 ha torpaq sahəsinin Şahid1 ayrılmasından əvvəl sonuncuya torpaq sahəsinin ölçü və sərhədlərinin təqdim edilməsi olmuşdur. Həmin aktda adının qarşısındakı imza ona aiddir. Həmin torpağın Əliheydərə verilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni şəkildə hər hansı ödəniş edilməsini tələb etməsini eşitməmişdir. Amma daha sonra həmin torpaq sahəsinin ayrılması barədə rəsmi prosedur başlanılmamış, dövlət rüsumu ödənilməmiş, tərtib edilmiş akt bələdiyyənin qeydiyyat kitabına qeydiyyata alınmamışdır. Şahid1 qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla aralarında torpaq sahəsinin ayrılmasına dair pul mübahisəsinin olmasından məlumatı olmamışdır. Həmçinin Şahid1 Azərin faktiki istifadəsində olan, zəbt olunduğu deyilən torpağ sahəsinə görə 2015-ci ildən başlayaraq hər il 300 manat icarə haqqı ödəməsi barədə də məlumatı olmamış və bu barədə eşitməmişdir. 2021-ci ildən etibarən Rəncbərlər kənd bələdiyyəsi mülkiyyətinə aid əkin təyinatlı 2,5 ha torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə istifadə edir. Həmin torpaq səhəsini istifadə etsə də, bələdiyyə tərəfindən istifadə etdiyi torpağa dair hər hansı müqavilə bağlanmamışdır. Yeni qaydalara uyğun olaraq bələdiyyə torpaqları hərrac yolu ilə icarəyə verilir və onunla icarə müqaviləsinin yalnız torpaq sahəsi ilə bağlı hərrac keçirildikdən sonra bağlanması mümkündür. O, da hərrac keçirildikdən sonra sənədlərin hazır olmasını gözləyir. 2023-cü ilin aprel ayına qədər torpaq sahəsində icarə müqaviləsi olmadan əkin işləri aparmağa davam etmiş, lakin icarə haqqı ödəməmişdir. 2023-cü ilin aprel ayında onunla bələdiyyə arasında icarə müqaviləsi bağlanmışdır. Bundan sonra torpaq istifadəsinə görə qalan borcu ödəməyə öhdəlik götürmüş və yaxın vaxtlarda icarə haqqını tam olaraq ödəyəcəkdir. İstifadəsində olan torpaq sahəsi ilə əlaqədar nə bələdiyyə sədri Təqsirləndirilən şəxs, nə də ki, digər vəzifəli şəxsə pul verməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 mart 2023-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, sonuncu Rəncbərlər kəndində yerləşən 3,0 ha torpaq sahəsinin qardaşı Şahid1 adına rəsmiləşdirməsi adı ilə ondan 02 mart 2015-ci il tarixdə Rəncbərlər kəndində yaşadığı evdə 16.000 manat pul almışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 mart 2023-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, onun qardaşı Zərərçəkmiş şəxs1 Rəncbərlər kəndində yerləşən 3,0 ha torpaq sahəsinin onun adına rəsmiləşdirməsi adı ilə 02 mart 2015-ci il tarixdə Rəncbərlər kəndində Təqsirləndirilən şəxs 16.000 manat pul vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Rəncbərlər bələdiyyəsinin 30 yanvar 2015-ci il tarixli 1 saylı iclas protokolunun çıxarışından görünür ki, bələdiyyə üzvü Təqsirləndirilən şəxs həmin tarixdə Ağcabədi bələdiyyəsinin sədri seçilmiş, həmin bəldiyyənin 18 yanvar 2020-ci il tarixli 2 saylı iclas protokolunun çıxarışından görünür ki, bələdiyyə üzvü Təqsirləndirilən şəxs həmin tarixdə təkrarən Ağcabədi bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03 aprel 2000-ci il tarixdə 914 nömrəsi ilə qeydiyyata alınmış Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin üzvlərinin 05 fevral 2000-ci il tarixli, 02 saylı iclas qərarı ilə təsdiq edilmiş “Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsinin Nizamnaməsi”dən görünür ki, bələdiyyə sədri bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxsdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 12 iyun 2023-cü il tarixli, 3-16-22/2- 678/2023 saylı məktubundan görünür ki, 2015-2022-ci illər ərzində Rəncbərlər Bələdiyyəsi tərəfindən icarəyə verilən əkin təyinatlı torpaq sahəsinin 1,0 ha üçün icarə haqqının yuxarı həddi torpaq müsabiqəsində 63,95 manat məbləğində müəyyən edilmişdir. Rəncbərlər Bələdiyyəsinin 15 dekabr 2020-ci il tarixli 17 nömrəli iclas qərarı ilə bələdiyyə mülkiyətinə aid əkin təyinatlı torpaq sahələrinin 1,0 ha üçün illik icarə haqqı 2021-ci ildən 200 manat məbləğində müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Rəncbərlər Bələdiyyəsinin 15 dekabr 2020-ci il tarixli 17 nömrəli iclasının qərarının surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaq sahələrinin icarə haqqı 2021-ci ildən 200 (iki yüz) manat müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Rəncbərlər Bələdiyyəsinin 15 may 2023-cü il tarixli 95 saylı icarə borcları haqqında məlumatdan görünür ki, 2015-2022-ci illər üzrə bələdiyyə icarə haqları üzrə 26.100 manat borc toplanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş bələdiyyə sədri Təqsirləndirilən şəxs, mühasib-xəzinədar Zərərçəkmiş şəxs2, sədr müavini Şahid3, baş mühasib Şahid2 və Şahid1 tərəfindən imzalanmış, üzərində “Azərbaycan Respublikası Ağcabədi rayonu, Rəncbərlər bələdiyyəsi” yazılar olan dairəvi möhürlə təsdiq edilmiş “xx.xx.2015-ci il tarixli Akt”-dan görünür ki, Rəncbərlər kəndin üst hissəsində yerləşən, şərqdən məcburi köçkün X7 həyətyanı sahəsi və mərhum X4 pay torpağı qərb və şimaldan sahələri arası yollarla həmsərhəd olan 3,0 ha ölçüdə bələdiyyəyə məxsus torpaq sahəsi Rəncbərlər kənd sakini Şahid1 verilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş torpaq sahəsinin adına ayrılmasından ötrü Təqsirləndirilən şəxs vermiş olduğu pulun geri qaytarılması ilə bağlı sonuncu ilə qardaşı Şahid1 arasında olmuş səsli danışıqları əks etdirən “CD” diskə 17 mart 2023-cü il tarixdə baxış keçirilməsi barədə protokolda görünür ki, baxış zamanı təqdim olunmuş 1 ədəd “CD” disk «HP» markalı kompüterə yerləşdirilmiş, disk müvafiq qaydada açılmış, içərisində “SəsM0011.m4a” adlı 1 ədəd səs yazısının olduğu müəyyən edilmişdir. SəsM0011.m4a” adlı audio yazı müvafiq qaydada işə salınaraq dinlənilmiş və müəyyən edilmişdir ki; Zərərçəkmiş şəxs1: “Dayım oğlu bildiyim Zahir də məni icra ilə hədələyir, sən onun pulunu ver, mən nə cür desən icranı yola verəcəm, bələdiyyə torpağı varsa, nə cür desən ver məhkəməyə, mən məhkəməyə də pulumu verəcəm, xətrimə dəyir axı sənə əlimlə pul vermişəm, mənə möhürlə, bunu mənə verməmisənsə elə çıxır pulu məndən ona görə alırdın, icradan ötrü alırdın, Seyid Nəhhəmədin oğlu sənin yerində nə qədər işlədi bir dəfə də gəlib mənim torpağımı ölçmədi, ama sən gəldin mənim yerimi ölçdün, bizdə heç bələdiyyə deyirdi ki, mən də nə qədər var torpağ, torpağ mənim deyil o, vaxt ölçüdə qalıb da. Bu iki ildir də mən bunu sənə vermişəm, o da mənə deyir bunu verdim ki, xeyr götürüm, götürmədim indi isə pulu qaytar. Ona mən pul vermişəm taxıl biçilib kurtarıb özləri əkəcək orda taxıl biçilib. Mən gedirəm bu evi dədəm evi kimi bilirəm, sən məni qurtar bu işdən qardaşlarımı tanıyırsanda.” Təqsirləndirilən şəxs: “Səndə indi neçə hektar bələdiyyə yeri var ? məndən bəri 5 ha yerdir səndə lap 5 olmasın 4 olsun 3 olsun. Sən mənə de görüm o torpaq sənin özüvündür, sənindir o tarpaq bəs kimindir o? bələdiyyə yeridir. İndi eşit, mənim darvazamın çölü var e, Vilayət ilə Əlemdar ilə mənim aramda boşluq var onun hamısı bələdiyyə torpağıdır, ümumi sahələrdə harda nə boşluq var, kolluq var, hamsı bələdiyyə yerləridi, artıq pay torpağından başqa nə yer varsa hamısı bələdiyyə torpağıdır. Var e ümümi sahələrdə harada boşluq var, hamısı bələdiyyənin torpağıdır mənim imkanım olsa çıxardım verərəm imkansızlıqdır. İndi o torpağ səndədir hə o, 1,5 ha? torpağın pulunun vaxtı nə vaxt qurtarıb, gəlib əkir orda? Torpaq sabahlar mən onunla görüşəcəm gətirim sənin yanına. O, torpağı istəmirsənsə o torpağı istəyən var satıb başqasına sənə pulu verəcəm. Qaldı o bələdiyyə torpağına gələndə yenə deyirəm, mənsiz nə var açdı baxdı, nə qədər bələdiyyə torpağ var icarədə, nə qədər borcu var kitabda deyilənlər. Öz dayım oğlu Sədrədinin 2000 manat kimi borcu var bu yaxınlarda hamsını yığacam, mən marağında deyiləm, borcların artıq yiyəsi deyir ki, səndə bu qədər bələyiyyə torpağı var, icarədə kimlərə vermisən çıxart adlarını, niyə keçirmirsən pulu, səhər görüşəcəm, sən götürməyəndən sonra başqa adama verəcəm pulunu da alçam ondan. Pulu sənə imkansızlıq oldu, 1 manatım yoxdur olsa deyərəm get ama imkan yoxdur. Dedilər bələdiyyə torpaqlarını yığ özün ək briqada qoy pambıq ək, bilsə də, bilməsə də, başçımız odur, yığdıracaq da, 600 ədəd maşın gələcək Azərbaycana 2017-ci il üçün. Yığılacaq pambıqlar, səhlənkarlıqdır hə pambıq vaxtında yığılsa”. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 16 iyun 2023-cü il tarixli rəyindən görünür ki, 2015-2022-ci illər ərzində Rəncbərlər Bələdiyyəsinə məxsus 49,7 ha ölçüdə əkinə yararlı torpaq sahələrinin icarə haqları ödənilmədiyi halda torpaqların faktiki olaraq istifadəsinə şərait yaradılması nəticəsində Rəncbərlər bələdiyyəsinin büdcəsinə 26.779 manat ziyan vurulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qonşu olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs verdiyi 16000 manatı ona bağışlamış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs köməklik olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinin 14 sentyabr 2023-cü il tarixli, 155 saylı məktubundan və çıxarışdan görünür ki, Rəncbərlər Bələdiyyəsinin mülkiyyətində olan və icarəyə verilmiş torpaq sahələri ilə əlaqədar yaranmış 26779 manat məbləğində icarə haqqından 2900 manat ödəniş olunmuş və qalan icarə haqqı icarədarlar tərəfindən tam olaraq ödəniləcəkdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş çıxarışdan görünür ki, Rəncbərlər Bələdiyyəsinin mülkiyyətində olan və icarəyə verilmiş torpaq sahələri ilə əlaqədar yaranmış 26779 manat məbləğində icarə haqqından 6799 manat ödəniş olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlləri üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinə əlavə edilmiş 17 mart 2023ci il tarixli üzləşdirmə protokolları, Rəncbərlər Bələdiyyəsinin 15 may 2023-cü il tarixli 95 saylı icarə borcları haqqında məlumat, üzərində “Azərbaycan Respublikası Ağcabədi rayonu, Rəncbərlər bələdiyyəsi” yazılar olan dairəvi möhürlə təsdiq edilmiş “xx.xx.2015-ci il tarixli Akt”, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş səsli danışıqları əks etdirən “CD” disk və həmin diskə 17 mart 2023-cü il tarixdə baxış keçirilməsi barədə protokol, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 16 iyun 2023-cü il tarixli rəyi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək “Bələdiyyələrin statusu haqqında” 02 iyul 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa uyğun yaradılmaqla, həmin Qanunla müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli, 771-İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Ağcabədi rayonunun ərazisini əhatə edən Rəncbərlər kənd bələdiyyəsinə 23 dekabr 2014cü il tarixdə keçirilən bələdiyyə seçkilərində üzv seçilməklə bələdiyyənin 30 yanvar 2015-ci il tarixli iclas protokoluna əsasən səlahiyyətləri tanınmış və eyni tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilmiş və növbəti 23 dekabr 2019-cu il tarixdə keçirilən seçkilərdə bələdiyyə üzvü və 18 yanvar 2020-ci il tarixli iclas protokoluna əsasən bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 3,0 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı həmin kənd sakini Zərərçəkmiş şəxs1 2015-ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar, Zərərçəkmiş şəxs1 özünü həmin torpaq sahəsini təkbaşına olaraq rəsmiləşdirməsi səlahiyyətinə malik olan şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 3,0 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə dövlət büdcəsinə ödəniləcək vergi rüsumu və digər xərclərin qarşılanmasının zəruriliyi adı ilə maddi nemət olan 16.000 manat məbləğində pul vəsaitini istəyib, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 02 mart 2015-ci il tarixdə Rəncbərlər kəndində yaşadığı evində Zərərçəkmiş şəxs1 16.000 manat pul vəsaitini almaqla ələ keçirməsi, törətdiyi əməllə özünə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən torpağın Zərərçəkmiş şəxs1 qardaşı Şahid1 verilməsi görüntüsü yaradan “xx.xx.2015-ci il tarixli Aktı” 02 mart 2015-ci il tarixdə həmin bələdiyyənin Ağcabədi rayonu Rəncbərlər kəndində yerləşən inzibati binasında tamah niyyəti ilə tərtib edib özü imzalayaraq və cinayətdən xəbərsiz olan şəxslər mühasib-xəzinədar Zərərçəkmiş şəxs2, sədr müavini Şahid3, baş mühasib Şahid2, Şahid1 imza etdirib bələdiyyəyə məxsus üzərində “Azərbaycan Respublikası Ağcabədi rayonu, Rəncbərlər bələdiyyəsi” yazılar olan dairəvi möhürlə təsdiq edib həmin sənədi Zərərçəkmiş şəxs1 bələdiyyənin binasında təqdim edərək, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etməsi və həmin vəzifədə işləyərkən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və bələdiyyənin xx.xx.2000-ci il tarixli 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “X2”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfus, özünə müraciət etmiş şəxslərin isə torpaq sahəsindən qanunsuz istifadələrinə nail olmaq məqsədilə 2015-2022-ci illər ərzində torpaqdan istifadə etməklə bağlı özünə Ağcabədi rayon Rəncbərlər kənd sakinlərinin etmiş olduğu müraciətlə əlaqədar qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli 587-İQ nömrəli Azərbaycan Respublikası qanununa əsasən bələdiyyə torpaqları üzərində icarə hüquqlarını hüquqi və ya fiziki şəxslərə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsini təmin etməli olduğu halda, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli 160-İİQ nömrəli Azərbaycan Respublikası qanuna əsasən torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə, istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin edilməsi, torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməsi və iddialar qaldırılması kimi nəzarət funksiyası yerinə yetirməli olduğu halda öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək rayon sakinləri X9 tərəfindən 6,0 ha, X26 tərəfindən 4,0 ha, X10 tərəfindən 4,5 ha, X8 tərəfindən 4,5 ha, X20 tərəfindən 2,0 ha, Şahid1 tərəfindən 3,2 ha, X21 tərəfindən 4,,0 ha, X13 tərəfindən 4,0 ha, X14 tərəfindən 2,0 ha, X15 tərəfindən 1,0 ha, X36 tərəfindən 1,0 ha, X16 oğlu tərəfindən 1,0 ha, Şahid3 tərəfindən 2,5 ha, X27 tərəfindən 1,0 ha, X3 tərəfindən 1,0 ha, X31 tərəfindən 1,0 ha, X22 tərəfindən 1,0 ha, X23 tərəfindən 1,0 ha, X17 tərəfindən 1,0 ha, X24 tərəfindən 1,0 ha, X25 tərəfindən 1,0 ha, X11 tərəfindən 1,0 ha, ümumililikdə Rəncbərlər kənd ərazisində yerləşən 49,7 ha ölçüdə torpaq sahələrinin 2015-2022-ci illər ərzində icarə haqqı ödənilmədən faktiki istifadə edilməsinə şərait yaratmaqla bələdiyyə büdcəsində 26.779 manat məbləğində ziyan vurulması ilə bələdiyyə vəsaitlərinin qorunub-saxlanılması ilə əlaqədar fəaliyyətini pozub, Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla, həmin hərəkətləri ilə Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin torpaqlardan bələdiyyənin və yerli əhalinin mənafeyi üçün səmərəli istifadə edilməsi, bununla bağlı bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə, yəni öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini 02 mart 2015-ci il tarixdə törətmişdir. Həmin cinayət əməlləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aiddir və qeyd edilən əməllərin törədildiyi vaxtdan səkkiz ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-in 41.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. CPM-in 43.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda məhkəmə müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Bununla yanaşı, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcüd olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır (CPM-in 44.2.1-ci maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, o həmin maddələrlə təqsirli bilinməli, lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələr üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində cəzalanmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində Ağcabədi rayon Rəncbərlər bələdiyyəsinə dəymiş ziyandan 6799 manat ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həmçinin sair şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısını alır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə yaşının çoxluğunu, xəstəliyi ilə əlaqədar mütamadı ilaraq Bakı şəhərində və Gəncə şəhərində müalicə olunmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş və həmin cinayətləri vəzifəsindən sui-istifadə etməklə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini konkret vəzifəsindən sui-istifadə etməklə törətdiyindən məhkəmə belə hesab edir ki, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası əlavə cəza kimi nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri, əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə baxışı zamanı zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinin nümayəndəsi Sadıqov X19 rayon Rəncbərlər kənd bələdiyyəsinə dəymiş 26779 manat ziyandan 6799 manat ödənildiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərər çəkmiş Ağcabədi rayon Rəncbərlər kənd bələdiyyəsinə izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilməmiş qalan hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş üzrə maddi sübut olan səsli danışıqları əks etdirən “CD” disk və 02 mart 2015-ci il tarixli “Akt” cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələrlə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə üç min manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əlavə cəza kimi bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri və əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan səsli danışıqları əks etdirən “CD” disk və 02 mart 2015-ci il tarixli “Akt” cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-142/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-142/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver