Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-142/2024 09.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1962-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yaşayan Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı sonuncunun həyat yoldaşı Şahid1 Heydər qızının pensiyasını bərpa elətdirəcəyi adı ilə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin sentyabr ayında dəqiq günü və saatı istintaqa məlum olmayan tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində yerləşən musiqi məktəbinin qarşısında 900 manat pulu nağd şəkildə, 2022-ci ilin oktyabr ayında dəqiq günü və saatı istintaqa məlum olmayan tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində yerləşən “Aydın” marketin qarşısında 200 manat pulu nağd şəkildə, 2022-ci ilin dekabr ayında, dəqiq günü və saatı istintaqa məlum olmayan tarixdə Ağcabədi rayon mərkəzi xəstəxanasının həyətində 900 manat pulu nağd şəkildə almaqla, ümumilikdə vahid niyyətlə 2000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 pensiyasını bərpa edəcəyini sonuncunun kürəkəni Şahid3 ilə aralarında olan söhbət zamanı vəd edərək 29 iyul 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yerləşən yaşadığı evin yerləşdiyi küçədə onun cinayətkar niyyətindən xəbəri olmayan Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs2 1000 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitlərini şəxsi ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs2 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar olaraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayon Hindarx qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Özü xəstəliyi ilə əlaqədar olaraq əvvəllər təqaüd almışdır. 2021-ci ilin may ayından bəri onun təqaüdü dayanmışdır. Onun Ağcabədi rayon Hüsülü kənd sakini Qara adlı şəxs ilə tanışlığı olmuşdur. 2022-ci ilin sentyabr ayında Qara onunla telefon əlaqəsi saxlamış və Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində bir nəfər tanışının olduğunu və həmin şəxsin pensiya məsələsinin həll edilməsi üçün həmin tanışına kömək etməsini xahiş etmişdir. 2022-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı vaxta Qara adlı şəxslə Ağcabədi rayon Hacıbədəlli kəndinə getmiş, Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində Qara ilə birlikdə sonradan adını Zərərçəkmiş şəxs1 kimi bildiyi şəxslə görüşmüşdür. Zərərçəkmiş şəxs1 ona müraciət edərək həyat yoldaşının pensiyası dayandığını və pensiyanı bərpa edib-edə bilməyəcəyini soruşmuş və o pensiyanı bərpa edəcəyini demiş, əvəzində 2000 manat pul lazım olmasını demişdir. Qəmbər ona həmin pulu topa verməyə imkanı olmadığını, hissə-hissə verəcəyini demiş, o da Qəmbərlə razılaşmışdır. Həmin söhbətdən təxminən 5 gün sonra Ağcabədi rayon Hacıbədəlli kəndinə gəlmiş və Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs1 900 manat pulu Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində yerləşən musiqi məktəbinin yanında ona əlbəəl vermiş və bir neçə gün sonra Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şahid1 Ağcabədi rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin gün Şahid1 göndəriş almış və həmin günün axşamı Qəmbər Radə və o Bakı şəhərinə Respublikası xəstəxanaya getmişdir. Həmin xəstəxanada Şahid1 sənədlərini təqdim etmiş və Şahid1 müayinə olunduqdan sonra Şahid1 müvafiq sənədlər verilmiş və həmin sənədləri götürüb Ağcabədi rayon mərkəzi xəstəxanasına getmişdir. Təxminən bir ay sonra Zərərçəkmiş şəxs1 zəng edərək pulun qalanını verməsini demiş və Ağcabədi rayon mərkəzi xəstəxanasının həyətində Qəmbər ilə görüşdükdən sonra Zərərçəkmiş şəxs1 ona 700 manat əlbəəl pul vermişdir. Zərərçəkmiş şəxs1 qalan 400 manatı verməyə imkanı olmadığını demiş və “sənədləri hazır olanda sənin pulunu verəcəm” sözlərini demişdir. Daha sonra Radə Əliyevının sənədləri təsdiq olunmamış, bu səbəbdən də Zərərçəkmiş şəxs1 və Şahid1 ilə Bakı şəhərinə əlillərin bərpası mərkəzinə getmişdir. Əlillərin bərpası mərkəzində bir-iki aya yoxlanışın cavabının Sosial Müdafiə Nazirliyinə göndəriləcəyi deyilmiş və ona görə də Ağcabədi rayonuna qayıtmışlar. Daha sonra Şahid1 pensiyasının bərpası məsələsi ilə maraqlanmamış, Zərərçəkmiş şəxs1 aldığı pulları xərcləmişdir. Bundan başqa, Ağcabədi rayon Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs2 mərhum qardaşı X4 onun yanına gəlib bacısı Zərərçəkmiş şəxs2 ankaloji xəstə olduğu üçün dövlət tərəfindən uzun müddət pensiya aldığını, bir müddətdir ki, Zərərçəkmiş şəxs2 pensiyasının dayandığını demişdir. X7 Əlsəgərovanın xəstəlik sənədlərini gətirməsini və sənədlərə baxdıqdan sonra cavab verəcəyini demişdir. Bu söhbətdən bir ay sonra Zərərçəkmiş şəxs2 kürəkəni Şahid3 Ətirə Əlsəgərovanın sənədlərin gətirib ona göstərmiş, sənədlərə baxanda Akifə Ətirənin xəstəxanada yatması barədə yatım sənədini gətirməsini demişdir. Şahid3 ona “sən onun yatım sənədin neynirsən”, mən özüm bu sənədləri Bakı şəhərində almışam” sözlərini demiş, Akifə müraciət edərək “mənə 1000 manat pul ver Zərərçəkmiş şəxs2 əlillik dərəcəsini bərpa edəcəm” sözlərini demişdir. 2023-cü ilin iyul ayında dəqiq tarixini xatırlamadığı vaxtda Ağcabədi rayon Hindarxı qəsəbəsi ərazisində Akif ilə görüşmüş və Şahid3 1000 manat pulu əlbəəl ona vermiş və həmin pulu Şahid3 qaynanası Zərərçəkmiş şəxs2 əlilliyini bərpa etməyi vəd verib almışdır. Şahid3 1000 manat pul aldıqdan sonra Bakı şəhərinə əlillərin bərpa mərkəzinə getmiş və əlillərin bərpa mərkəzindən ona Zərərçəkmiş şəxs2 ankaloji xəstə olmadığı və həmin xəstəxanada müalicə almadığı bildirilmişdir. Zərərçəkmiş şəxs2 pensiyasını bərpa etdirə bilməmiş, Şahid3 aldığı 1000 manat pulu xərcləmişdir. Akif və Ətirə bir neçə dəfə işlə maraqlanan zaman işin düzələcəyini demiş, lakin həmin pulu xərclədiyi üçün qaytara bilməmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Hacıbədəlli kəndində ailəsi ilə birlikdə yaşayır. Arvadı Şahid1 başında olan travma ilə əlaqədar olaraq 2015-ci il tarixdən-2021-ci il tarixədək pensiya almış və ikinci qrup əlil olmuşdur. Şahid1 pensiyası 2021-ci il tarixdə dayanmışdır. Ağcabədi rayon Hüsülü kənd sakini Qara adlı şəxsi əvvəldən tanımış və Qara ilə söhbət əsnasında Qara ona Ağcabədi rayon Hindarx qəsəbəsində Xaqani adlı şəxsin olduğunu və həmin şəxsin pensiya bərpa edə bildiyini demişdir. 2022-ci ilin sentyabr ayında Qaranın vasitəsilə Xaqanini tanımış və Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində Qara ilə birlikdə Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət əsnasında Xaqani ona 2000 manat verməsi müqabilində onun həyat yoldaşı Şahid1 kəsilmiş pensiyasını bərpa etməyi vəd vermiş və Xaqaniyə həmin pulu hissə-hissə düzəldib verəcəyini demişdir. Xaqani onunla razılaşmışdır. Həmin söhbətdən təxminən 5 gün sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamış və Ağcabədi rayon Hacıbədəlli kəndinə gəlmişdir. Tarixini xatırlamadığı vaxta və saatda Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində yerləşən musiqi məktəbinin yaxınlığında əlbəəl 900 manat pul vermış və ertəsi gün Xaqani ilə birlikdə həyat yoldaşı Şahid1 Bakı şəhərinə yoxlanışa aparmışdır. Bakı şəhəri ərazisində yerləşən Respublika xəstəxanasında həyat yoldaşı Şahid1 müayinə edilmiş və Ağcabədi rayonuna qayıtmışdır. Təxminən 20 gün sonra Xaqani ona zəng edərək yenə pul lazım olduğunu demiş və Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində yerləşən “Aydın” marketin yaxınlığında Xaqani ilə görüşmüş, 200 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermiş və Xaqani pulu alıb getmişdir. Təxminən 1 ay sonra Xaqani yenə ona zəng edərək qalan 900 manat pulu istəmiş, pulu düzəldərək dəqiq tarixini və xatırlamadığı vaxta və saatda Ağcabədi rayon mərkəzi xəstəxananın həyətində ona 900 manat əlbəəl pul vermişdir. İşin nə yerdə olduğunu soruşan zaman Xaqani onu aldadaraq pensiyanın düzələcəyini demiş, lakin heç bir iş görə bilməmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq həyat yoldaşı Şahid1 pensiyası bərpa olunmamış və Şahid1 Bərdə rayonunda doğulduğu üçün onun sənədlərini götürüb Bərdə rayonuna getmiş və orada sənədlər sistemə vurulan zaman həmin xəstəlik ilə Şahid1 pensiya düşmədiyi ona deyilmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, 2000 manatını geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Bununla da Xaqani ona 2000 manat maddi ziyan vurmuş, vurduğu ziyanı ona ödəməmişdir. Pulunu tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2007-ci il tarixdən xəstəliyi ilə bağlı olaraq pensiya almış və ikinci qrup əlil olmuşdur. 2023-cü ilin may ayında pensiyası kəsilmişdir. 2023-cü ilin iyul ayında kürəkəni Şahid3 Təqsirləndirilən şəxs pensiya düzəltdiyi barədə məlumat olduğunu və Təqsirləndirilən şəxs ilə söhbət etməsini demişdir. Kürəkəni Şahid3 Xaqani ilə danışdıqdan sonra Xaqani 1000 manata işi düzəldəcəyini Akifə demiş və Xaqani həmin pensiyanı iki aya bərpa etməyi öhdəsinə götürmüşdür. 2023-cü ilin iyul ayının 29-da kürəkəni Akif ilə Təqsirləndirilən şəxs yaşadığı küçəyə getmiş və özünə məxsus 1000 manat pulu Xaqaniyə verməsi üçün kürəkəni Şahid3 vermiş, sonuncu onun 1000 manat pulunu Xaqaniyə vermişdir. Xaqani iki aya pensiya məsələsinin həll olacağını demiş, 2 ay keçdikdən sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də, Xaqani müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Ona görə də Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Bununla da Xaqani ona 1000 manat maddi ziyan vurmuş, vurduğu ziyanı ona ödəməmişdir. Pulunu tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş Şahid1 ifadəsi ilə də təsdiq olunur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mərhum atası X2 vasitəsi ilə tanımışdır, həmin şəxslə aralarında münaqişə və ya ədavət olmamışdır. Onun Ağcabədi rayon Hacıbədəlli kəndi ərazisində qohumu vardır və həmin qohumu Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşadığı üçün Zərərçəkmiş şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs1 onunla söhbət zamanı həyat yoldaşının pensiyasının kəsildiyini demiş və Ağcabədi rayon Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs pensiya düzəltməsi barədə eşitdiyini demişdir. Qəmbər Təqsirləndirilən şəxs ilə onu görüşdürməsini xahiş etmiş və 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə Ağcabədi rayon Hacıbədəlli kəndinə getmişdir. Həmin vaxt Qəmbər ilə Xaqanini görüşdürmüş və özləri söhbət etmiş, işi olduğu üçün çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hansı məbləğdə pul verməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, qohumluq əlaqələri yoxdur, aralarında ədavət, düşmənçilik olmamışdır. Onun qaynanası Zərərçəkmiş şəxs2 ankaloji xəstə kimi qeydiyyatda olmuş və ikinci qrup əlil oduğuna görə 2006-cı ildən 2023-cü ilin may ayına pensiya almışdır. 2023cü ilin may ayında Ətirə Əlsəgərovanın əlilliyinə görə aldığı pensiya kəsilmişdir. Xaqani ilə görüşmüş və Xaqani ona müraciət edərək “narahat olma sən mənə 1000 manat pul ver sənin qaynanan Ətirənin əlillik dərəcəsini düzəldim” sözlərini demişdir. Söhbət əsnasında Xaqani ona ən geci iki ay ərzində Ətirənin əlillik dərəcəsini bərpa edəcəyini və Ətirə əvvəlki kimi pensiya alacağını demişdir. 29 iyul 2024-cü il tarixdə qaynanası Zərərçəkmiş şəxs2 ilə birlikdə Xaqaninin yaşadığı evin yaxınlığına getmiş və qaynanası Ətirə özünə məxsus 1000 manat pulu Xaqaniyə verməsi üçün ona vermişdir. Xaqaniyə 1000 manat pul vermişdir. Xaqaniyə 1000 manat pul verdikdən sonra Ətirənin şəxsiyyət vəsiqəsini xəstəlik sənədlərini Xaqaniyə vermiş və Xaqani iki ay ərzində Zərərçəkmiş şəxs2 pensiyasını bərpa edəcəyini vəd etmişdir. Həmin vaxtdan 1 il keçməsinə baxmayaraq Xaqani Zərərçəkmiş şəxs2 əlillik dərəcəsini düzəltməmiş, dəfələrlə Xaqaniyə müraciət edib pulu istəyən zaman Xaqani müxtəlif bəhanələr gətirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quliyev X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 1400 manat məbləğində ödəniş etmiş, onun 3100 manat miqdarda cərimə cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Hindarx qəsəbə nümayəndəliyinə heç bir şikayət xarakterli ərizə daxil olmamışdır. İş materiallarında olan Ağcabədi rayon X3 hüquqi şəxsin 29 iyul 2024-cü il tarixli 18- 1-23/2-864/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanserində qeydiyyatda dayanmır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddəsinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 4500 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarmamış, yəni 2022-ci ilin sentyabr-dekabr aylarında və 2023-cü ilin iyul ayında qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri əsas götürülməklə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyünü, ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 4500 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 3100 manat miqdarda cərimə cəzası tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 3100 manat miqdarda cərimə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunmalıdır. Belə ki, CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkməsinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidr. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə mülki iddia vermək hüququ izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 4500 manat miqdarda cərimə cəzasının çəkilməmiş qalan 3100 manat miqdarda cərimə cəzası tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3100 manat miqdarda cərimə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra olunsun; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-142/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-142/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver