Məhkəmə qərarları › İş №1(017)-143/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-143/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-143/2024 06.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs (xx.xx.2000-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İİİ qrup əlil, Ağcabədi şəhəri, S.Vurğun küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus olan B1,B kateqoriyalı BD909300 seriya nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi özünə məxsus “Mercedes Benz C180” minik markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Ağcabədi şəhəri S.Vurğun küçəsi ilə Zərdab rayonu istiqamətində asfalt yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etmədən 80 km/saat sürətlə hərəkət etdirərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq yol-hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmayaraq və əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv qoşa nişanlanma xəttini kəsib keçərək, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən yolu soldan sağa keçən piyada X6 ehtiyatsızlıqdan yolun əks istiqamətində avtomobilinin ön hissəsi ilə vuraraq ona baş beyinin sol yarımkürəsində baş beyin toxumasına yayılmış qansızma, sol baldır sümüklərinin açıq sınığı, sağ baldır sümüklərinin qapalı, qəlpəli sınığı, alının sol yarısında qaşüstü nahiyədə cırılmış yara, sol baldırın aşağı üçdə birində cırılmış yara xəsarətləri yetirərək sonuncunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İİİ qrup əlildir. Əvvəllər sərnişin qismində əyləşdiyi avtomobildə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər almışdır. Ona görə də sağlamlıq imkanları məhduddur. Onun etibarnamə ilə özünə məxsus “Mercedes Benz C180” minik markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. Onun həmin avtomobili idarə etmək üçün B1,B kateqoriyalı BD909300 seriya nömrəli sürücülük vəsiqəsi var. Həmin avtomobil ilə “*0222” taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. 19 aprel 2024-cü il tarixdə saat 20 radələrində evdə olan zaman ona Ağcabədi şəhər “Meşə İdarəsi”nin yanından müştəri sifarişi gəlmişdir. Müştərini götürmək üçün avtomobilə əyləşmiş və S.Vurğun küçəsi ilə Zərdab rayonu istiqamətinə hərəkət etmiş, avtomobilin surəti təxminən 70-80 km/saat olmuş, təxminən 10 metr qabaqda markasını və nömrəsini xatırlamadığı avtomobili keçdikdən sonra təxminən 5 metr məsafədə piyadanın yolun ortasında dayandığını və yolu sağ tərəfə keçmək istədiyini görmüşdür. Həmin yol qaranlıq olmuşdur. Tormoz verməyərək piyadanı vurmamaq üçün avtomobili sol tərəfə hərəkət etdirmişdir. Həmin piyada da gözləmədiyi anda geriyə qayıtmış, avtomobilinin qabaq hissəsi ilə piyadanı vurmuşdur. Bundan sonra idarəetməni itirərək yolun qırağında olan köbə daşlarına və orada dayanmış nömrəsini xatırlamadığı “VAZ-2106” markalı avtomobilə dəymişdir. Avtomobilə dəydikdən sonra onun avtomobili dayanmışdır. Onun avtomobilinin hava şarları açılmışdır. Bu zaman həmin yerə ətrafdakı adamlar toplaşmağa başlamışlar. Orada olan şəxslər xatırlamadığı avtomobilə onu mindirib xəstəxanaya aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X8 aldığı xəsarətdən ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X8 onun qardaşıdır. Onun Şahinlə yaxşı münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Şahin ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamışdır. 2024-cü ilin yanvar ayında Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Şahin anaları Anaxanımın yanında qalmışdır. Şahin gəldikdən sonra o, Rusiya Federasiyası, Reatov şəhərinə onun işləri ilə bağlı getmişdir. 19 aprel 2024-cü il tarixdə axşam saatlarında o, Rusiya Federasiyasında olan zaman onun telefon nömrəsinə zəng gələrək qardaşı Şahinin yol-nəqliyyat hadisəsi keçirdiyini və xəsarət aldığını demişlər. Bundan bir qədər sonra daha bir zəng gəlmiş və Şahinin öldüyünü demişlər. Bundan sonra Şahinin ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmişdir. Onlar 20 aprel 2024-cü il tarixdə səhər saat 07 radələrində Ağcabədi şəhərinə çatmışlar. Həmin zaman Şahin dəfn olunmamışdır. Burada ona məlum olmuşdur ki, qardaşı X8 19 aprel 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Ağcabədi şəhəri, S.Vurğun küçəsində piyada yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı avtomobillə qardaşını vurmuş və qardaşı hadisə yerində vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Cəfərov Şahid Seyid oğlunu əvvəllər tanımamışdır. Onlarla heç bir münasibət, ədavət və düşmənçiliyi olmamışdır. 19 aprel 2024-cü il tarixdə saat 20 radələrində qardaşı X1 ilə birlikdə özünə məxsus “VAZ-2106” minik markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobillə evdən çıxaraq Ağcabədi şəhəri, S,Vurğun küçəsində yerləşən oğlu Nazimin işlətdiyi bərbərxanaya getmişdir. Avtomobili qardaşı idarə etmişdir. Onlar çatıb orada avtomobili yolun sağında bərbərxananın qarşısında saxlamışlar. Nazimin yanında adam olduğunu görərək yolu sağa keçib bir qədər aralıda yerləşən mağazaya getmişlər. Onlar orada bir qədər alış veriş etdikdən sonra çöldən gələn toqquşma səsinə çıxmışlar. Onlar oraya gedəndə ona məxsus yolun kənarında dayanmış avtomobilinin qabaq hissəsi ilə “Mercedes” markalı avtomobilin toqquşduğunu görmüşdür. Maraqlandıqda “Mercedes” markalı avtomobilin yolu keçən piyadanı vurduqdan sonra yolun kənarında olan köbə daşlarına dəyib daha sonra onun avtomobilinə dəydiyini öyrənmişdir. Hadisə yerinə çatan zaman hadisə yerində piyada və sürücünün olmadığını görmüşdür. Daha sonra “Mercedes” markalı avtomobildə yanğın baş vermiş və orada olan şəxslər yanğınsöndürənə xəbər vermişlər. Bundan sonra yanğınsöndürənlər və polis əməkdaşları gəlmişlər. “Mercedes” markalı avtomobildə baş verən yanğının qarşısı alınmışdır. Daha sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı onun avtomobilinin sağ qabaq hissəsi yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 19 aprel 2024-cü il tarixli, 12 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi müayinəsinə, əlavə laborator müayinələrin cavablarına, hadisə haqqında qərarın təsviri hissəsində verilən ilk məlumatlara əsaslanaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin sol yarımkürəsində baş beyin toxumasına yayılmış qansızma. - sol baldır sümüklərinin açıq sınığı. - sağ baldır sümüklərinin qapalı, qəlpəli sınığı. - alının sol yarısında qaşüstü nahiyədə cırılmış yara. - sol baldırın aşağı üçdə birində cırılmış yara.

2. Yuxarıda qeyd olunan xəsarətlər həyati olmaqla X4 bədənin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxta və şəraitdə, yəni 19 aprel 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə (bamper) piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər.

3. X4 ölümünə səbəb bədənin küt travması nəticəsində əmələ gəlmiş baş beyin toxumasına qansızma və ətraf sümüklərinin sınıqları olmuşdur.

4. Meyitin əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X4 ölümü onun meyitinin meyitxanada məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl, yəni 19 aprel 2024-cü il tarixdə baş vermişdir.

5. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), feotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (1429/K saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi akt). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyindən verilmiş xx.xx.2024-cü il tarixli 1614/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2024-cü il tarixli, 8/1599 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz C180” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli, 8/1599 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Ağcabədi rayon Polis şöbəsinin cərimə meydançasına yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C180” minik markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, DİN-nin BDYPİ Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək B1, B kateqoriyalı BD909300 nömrəli sürücülük vəsiqəsi qeydə alınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, həmin ərizədə Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını və onunla barışdıqlarını göstərmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğuna görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, barışıq əldə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə az ağır cinayət törətməsi və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbi və şikayətinin olmaması, barışıq əldə olunmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli çəzaçəkmə müəssisələrində çəkməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C180” minik markalı **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 iş saatı üçün 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar