Məhkəmə qərarları › İş №1(017)-146/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-146/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-146/2023 24.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Mərzildi kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində etibarnamə və sürücülük vəsiqəsi ilə idarə etdiyi “Lada 21214 URBAN LEGEND UNİVERSAL” minik markalı, ** EM *** dövət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisindən keçən Ağdam-Ağcabədi avtomobil yolunun 23cü km-nə Hindarx qəsəbə xəstəxanasının yerləşdiyi ərazidən saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq yola bitişik ərazidən (yolun hər iki tərəfinə nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaq-doldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıx dıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməli olduğu halda, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən həmin əsas yolda Hindarx qəsəbəsindən Ağcabədi rayonu Hüsülü kəndi istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə və sürücülük vəsiqəsi ilə idarə etdiyi «CHEVROLET CRUZE » markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq ehtiyatsızlıqdan həmin avtomobilin qarşı tərəfi ilə toqquşmuş və nəticədə «CHEVROLET CRUZE » markalı avyomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər alması ilə müşayiət edilən yolnəqliyyat hadisəsi törətmişdır. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. 03 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində «CHEVROLET CRUZE » markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəmiş, onunla barışmış və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır və həmçinin də avtomobilinə ziyan dəymişdir. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermiş və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, cinayət işinin ibtidai istintaqı zamanı ona dəymiş ziyanla bağlı mülki iddiaçı kimi tanınmışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan da imtina edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT X4 Şəxsin Ağcabədi rayon şöbəsinin 25 aprel 2023-cü il tarixli 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı, qəlpəli sınığı, alının sağ yarısında əzilmiş yara – bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli 8/597 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21214 markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət təqibinə xitam verilməli və onun əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ziyan dəymiş və həmin ziyanla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyannın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını və mülki iddiadan imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi digər şəxslərin hüquqları və qanuni mənafeləri pozmur və bu səbəbdən də məhkəmnə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtinasını qəbul etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. İşdə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-347, 356 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu gündən ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta olub-olmaması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Mülki iddia üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar