Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-146/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, X15 X8təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləyən, məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “X18 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə maksimum hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Heydər Əliyev” parkının yaxınlığında Ağdam rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək 50 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qabaq tərəfi ilə həmin yolun sağ tərəfindən sol tərəfinə keçən piyada- X6 ehtiyyatsızlıqdan vuraraq sonuncunun sol gicgah sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, başın sol gicgah nahiyəsində hematoma, hər iki göz qapaqlarında qançır (eynək simptomu), alının sol yarısında əzilmiş yara, sifətin sol yarısında və sol çənəaltı nahiyələrində əzilmiş-didilmiş yaralar, sol mil-bilək və sağ diz oynaqlarında sıyrıqlar xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs Ədalət Abbasovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Ədalət Abbasov aldığı bədən xəsarətlərindən 20 fevral 2024-cü il tarixdə hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X15 X8-təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləyir. “Toyota Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və sürücülük vəsiqəsi də vardır. 20 fevral 2024-cü il tarixdə saat 21 radələrində işdən çıxaraq idarə etdiyi avtomobili 50 km/saat sürətlə idarə edib yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndi istiqamətində gedərkən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində sonradan adını bildiyi X4 yolun sol tərəfindən sağ tərəfinə keçdiyini görüb əyləci basaraq avtomobili sol tərəfə istiqamətləndirsə də, idarə etdiyi avtomobilin sol qarşı tərəfi Ədalət Abbasova dəymişdir. Avtomobili saxlayıb tanımadığı şəxslərin köməyi ilə Ədalət Abbsovu idarə etdiyi avtomobillə Ağcabədi MRX-na aparmış, Ədalət Abbasovu xəstəxanaya yerləşdirdikdən sonra Ağcabədi RPŞ-yə gələrək hadisə barədə məlumat vermişdir. RPŞ-də olarkən Ədalət Abbasovun aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Hadisədən sonra yaxın adamları Ədalət Abbasovun yas mərasimində iştirak edərək, mərhumun yaxın adamlarından üzr istəmişlər və məhrumun hüquqi varisi olan arvadı X7 da onu bağışlayaraq ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Bundan başqa, iki ali təhsil almasını, hazırda X15 X8-təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləməklə dövlətinə və xalqına xidmət etməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında videokonfransla əlaqə sistemindən istifadə edilməklə (WhatsApp tətbiqi vasitəsi ilə) zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, mərhum X11 onun əridir. 20 fevral 2024-cü il tarixdə baş vermiş hadisə zamanı əri Ədalət Abbasov vəfat etmişdir. Hadisə Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilmişdir. Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 20 fevral 2024-cü il tarixdə axşam saatlarında dostu Şahid3 ilə birlikdə Yalçına məxsus avtomobillə Ağcabədi şəhərinə gəlmişlər. Saat 21 radələrində şəhərin Ü.Hacıbəyli prospekti ilə «Asan xidmətin» yaxınlığında yerləşən kafe istiqamətinə hərəkətdə olarkən parkın yaxınlığında avtomaşınların dayandığını görmüşlər və Yalçın da avtomaşını saxlamışdır. Həmin vaxt yolda bir nəfərin uzandığını və xəsarət aldığını görmüşlər. Yalçın avtomaşını idarə edərək polis şöbəsinə getmiş, o isə hadisə yerində qalmışdır. Hadisəni törətmiş şəxs, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs orada olan şəxslərin köməyi ilə yerdə uzanan şəxsi, yəni sonradan adını bildiyi X6 avtomaşını ilə xəstəxanaya aparmışdır. Onlar da xəstəxanaya getmişlər və xəstəxanada olarkən ona məlum olmuşdur ki, X11 aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 Ağcabədi rayon şöbəsinin 20 fevral 2024-cü il tarixli, 06 saylı rəyindən görünür ki, X4 meyitində sol gicgah sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, başın sol gicgah nahiyəsində hematoma, hər iki göz qapaqlarında qançır (eynək simptomu), alının sol yarısında əzilmiş yara, sifətin sol yarısında və sol çənəaltı nahiyələrində əzilmiş-didilmiş yaralar, sol mil-bilək və sağ diz oynaqlarında sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər həyati olmaqla X4 bədəninin ağır küt travması nəticəsində törənmiş, 20 fevral 2024-cü il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə piyadanı vurması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və mərhumun ölümü ilə bir başa səbəbli əlaqədədir. X4 ölümünə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və sol gicgah sümüklərinin sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən göstərmək olar ki, X4 ölümü 20 fevral 2024-cü il tarixdə baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 2,16 promilli etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir (735/K saylı, 27 fevral 2024-cü il tarixli məhkəmə-kimyəvi akt). İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 27 fevral 2024-cü il tarixli, 735/K nömrəli rəyindən görünür ki, X4 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 2,16 %-dir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2024-cü il tarixli 3-16-16/2-8/1151- 4/620 saylı rəyindən görünür ki, “Toyota Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş 13 iyun 2024-cü il tarixdə Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən və 30 iyun 2024-cü il tarixli ərizədən görünür ki, 20 fevral 2024-cü il tarixdə saat 21 radələrində baş vermiş hadisə nəticəsində həyat yoldaşı X11 almış olduğu xəsarətlərdən ölmüşdür. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və hər hansı bir tələbi yoxdur və onunla barışmışlar. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 həmçinin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və cinayət işinin bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2024-cü il təvəllüdlü X5 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və “26 iyun – Azərbaycan Respublikasının Silahlı qüvvələrinin yaranmasının 98-ci il dönümü” münasibəti ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 2 Fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, Mürşüdlü X10 Dövlət Aqrar X8-təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləyir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 20 fevral 2024-cü il tarixdə saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi “X18 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə maksimum hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdırıldığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Heydər Əliyev” parkının yaxınlığında Ağdam rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək 50 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qabaq tərəfi ilə həmin yolun sağ tərəfindən sol tərəfinə keçən piyada-X6 ehtiyyatsızlıqdan vuraraq sonuncunun sol gicgah sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, başın sol gicgah nahiyəsində hematoma, hər iki göz qapaqlarında qançır (eynək simptomu), alının sol yarısında əzilmiş yara, sifətin sol yarısında və sol çənəaltı nahiyələrində əzilmiş-didilmiş yaralar, sol mil-bilək və sağ diz oynaqlarında sıyrıqlar xəsarətləri ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs Ədalət Abbasovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi və nəticədə Ədalət Abbasov aldığı bədən xəsarətlərindən 20 fevral 2024-cü il tarixdə hadisə yerində ölməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, hazırda X15 X8-təsərrüfat sektorunun müdiri, direktor müavini vəzifəsində işləməklə dövlətinə və xalqına xidmət etməsini, eyni zamanda gənc əməkdaş kimi dövlət sektorunda yerinə yetirdiyi faydalı əməli fəaliyyətini, döyüş və ictimai-siyasi hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və “26 iyun – Azərbaycan Respublikasının Silahlı qüvvələrinin yaranmasının 98-ci il dönümü” münasibəti ilə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 2 Fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə fəxri fərmanlarla təltif olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yol-nəqliyyat hadisəsinin törədilməsindən bilavasitə sonra mərhum X6 “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə aparmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunacaq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “X18 Prado” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-146/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-146/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver