Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-15/2024 01.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının istintaqa məlum olmayan günündə digər şəxsdən əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutusunda 6,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 2023-cü ilin iyul-avqust ayında, istintaqa məlum olmayan gündə həmin narkotik vasitə olan qurudulmuş marixuananın 01 ədəd yarı kəsilmiş kibrit qutusunda, təmiz çəkisi 1,32 qram olan narkotik vasitə qurudulmuş marixananı Ağcabədi şəhəri, 20 yanvar küçəsində yerləşən Ağcabədi şəhər 1 saylı tam orta məktəbin qarşısında əvvəllər tanıdığı Şahid4 35 manata satmışdır. Bundan başqa, 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıyev X3 şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Embawood” mağazasının qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xeyli vaxtdır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Embawood” mağazasında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Ağcabədi rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana verilmiş və onlarla razılaşması bildirilmişdir. O, da qorxduğu üçün polis əməkdaşları ilə razılaşmış və video çəkiliş zamanı həmin kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, onunla qonşu yaşayan Şahid4 onun yanına gətirilmiş, Şahid4 ondan narkitik vasitə almasını bildirmiş, polis əməkdaşlarından qorxduğu üçün Şahid4 narkotik vasitə satmasını etiraf etmişdir. Həmçinin narkitik vasitəni digər qonşusu Şahid3 almasını bildirmişdir. Əslində isə onun üzərində narkotik vasitə olmamış, Şahid3 narkotik vasitə almamış və Anar Əliyavə narkotik vasitə satmamışdır. O, narkotik vasitə olan marixuanadan istifadə edir və 2023-cü ilin avqust ayında Arzu Əliyevdən narkotik vasitə almış olsaydı, həmin narkotik vasitə onda qala bilməzdi, yəni istifadə edərdi. Arzu Əliyev də narkotik vasitədən istifadə edir, Şahid4 isə narkotik vasitələrdən istifadə etməsini bilmir. Arzu Əliyevlə və Şahid4lə telefon danışıqları olmuşdur, yəni bir qonşu kimi danışaraq bir yerdə çay içmişlər. Qorxduğu üçün polis əməkdaşları tərəfindən ona təziq olması barədə heç bir orqana müraciət etməmişdir. Üzərinə baxış keçirilərkən video çəkiliş aparılmış və həmin vaxt vəkili də yanında olmuşdur. İstifadə etdiyi narkotik vasitəni tanımadığı İran vətəndaşından karta pul köçürmək yolu ilə alır və narkotik vasitə alarkən həmin şəxsi görmürdü, yəni həmin şəxsin kartına pul vurduqdan sonra narkotik vasitənin yeri ona bildirilirdi və o, da həmin yerdən narkotik vasitəni götürüb istifadə edirdi. Göstərdiyi kimi o, heç kimə narkotik vasitə satmamış və Şahid4 göstərdikləri yalandır. Ona görə də, özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində Ağcabədi rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞnin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Arzu adlı şəxsdən aldığını və Şahid4 də narkotik vasitə satdığını göstərmişdir. Şahid4 də onun tərəfindən saxlanışmış və onun üzərindən də narkotik vasitə aşkar olunmuşdur. Şahid4 aşkar edilmiş qurudulmuş marixuananın çəkisi az olduğundan inzibati məsuliyyətə cəlb edilmişdir. Şahid4 ondan aşkar edilmiş qurudulmuş marixuananı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əvvəldən məlumat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 02 sentyabr 2023-cü il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin gün, yəni 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Ağcabədi şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən və polis şöbəsində ona heç bir təziq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə vedeo çəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuananı Arzu adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis Şöbəsinin NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə birlikdə saxlayaraq polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, bir müddətdir ki, az miqdarda narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs onunla qonşu yaşayır. Onun Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildiyi üçün Turaldan narkotik vasitə istəmişdir. 2023-cü ilin iyul ayında, dəqiq tarixini xatırlamadığı gündə Tural onunla telefon əlaqəsi saxlayaraq marixuana olmasını və 35 manata satdığını bildirmişdir. Həmin vaxt pulu olduğu üçün Turalla görüşmüş və Turala 35 manat pulu verib yarım kibrit qutusunda marixuana almışdır. 02 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar və polis şöbəsində üzərinə baxış keçirilərkən həmin marixuana ondan aşkar olunaraq götürülmüşdür. Turaldan marixuananı aldıqdan sonra üzərindən az miqdarda istifadə etmişdir. Polis şöbəsində ona heç bir təziq göstərilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 sentyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda 10,35 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03 sentyabr 2023-cü il tarixli, 18/872 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 04 sentyabr 2023-cü il tarixli, 18/875 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid4 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 04 avqust 2023-cü il tarixli, 18/777 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid3 üzərindən...” sözləri yazılmış və imzalar olan polietilen torbada təmiz çəkisi 1700,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 13 oktyabr 2023-cü il tarixli, 18/989 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid3 və Təqsirləndirilən şəxs götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 06 noyabr 2023-cü il tarixli, 18/1042 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid4 götürülmüş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində cinayət işinin başlanması rədd edilmiş və Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın sürətinin Ağcabədi RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 18 oktyabr 2023-cü il tarixli, 1710 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X5 Hüquqi Şəxsinin 24 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Hacıyev X3 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə dispanser qeydiyyatda durur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 mart 2019-cu il tarixdə anadan olmuş X6 və 11 may 2022-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqları vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlləri üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, 02 sentyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolla, 02 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməllər üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 6 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin iyul ayında Ağcabədi şəhər sakini Şahid3 2 ədəd kibrit qutusu içərəsində narkotik vasitə olan marixuananı 60 manat müqabilində almışdır. Həmin narkotik vasitənin üzərindən bir qədər istifadə etmiş, 2023-cü ilin iyul-avqust aylarında Arzudan aldığı narkotik vasitədən təxminən yarım kibrit qutusu ölcüdə olan marixuananı tanışı Ağcabədi şəhər sakini Şahid4 35 manata satmışdır. Bundan sonra, onun üzərində 1 kibrit qutusunda marixuana qalmışdır. 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində narkotik vasitə olan marixuananı kibrit qutusu ilə birlikdə şalvarının sol yan cibinə qoyub evdən çıxıb Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Embawood” mebel mağazasının qarşısında duran zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini hüquq və vəzifələrimi izah edib Ağcabədi rayon polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, da əynində olan şalvarın sol yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kibrit qutusunun içərisini baxıldıqda içərisində yaşıl rəngli, “nəşə” deyə adlanan narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 10,35 qram olması müəyyən olunmuşdur. Bundan başqa, Ağcabədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən vermiş olduğu ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir və etdiyi əməldən peşimandır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini və Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən vermiş olduğu ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək, 2023-cü ilin iyul ayının istintaqa məlum olmayan günündə digər şəxsdən əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutusunda 6,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması, 2023-cü ilin iyul-avqust ayında, istintaqa məlum olmayan gündə həmin narkotik vasitə olan qurudulmuş marixuananın 01 ədəd yarı kəsilmiş kibrit qutusunda, təmiz çəkisi 1,32 qram olan narkotik vasitə qurudulmuş marixananı Ağcabədi şəhəri, 20 yanvar küçəsində yerləşən Ağcabədi şəhər 1 saylı tam orta məktəbin qarşısında əvvəllər tanıdığı Şahid4 35 manata satması və 02 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Embawood” mağazasının qarşısında saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,41 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında həbs etmənin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 sentyabr 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 18 oktyabr 2023-cü il tarixli, 1710 saylı rəyini və Ağcabədi rayon X5 Hüquqi Şəxsinin 24 oktyabr 2023-cü il tarixli məktubunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkiləri 5,32 qram və 1,28 qram (ilkin xalis çəkiləri 5,41 qram və 1,32 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 99 manat 48 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə on ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə üç il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq üç il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 sentyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkiləri 5,32 qram və 1,28 qram (ilkin xalis çəkiləri 5,41 qram və 1,32 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-15/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-15/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver